Məhkəmə qərarları › İş №1(050)-2/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-2/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-2/2024 22.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs4, (eyni zamanda mülki iddiaçılar) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Müdafiəçi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh)-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1993-cü il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 arvadı X1 2300 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Masallı rayonu, Türkoba kəndində yol kənarında Zərərçəkmiş şəxs1 1000 manat pulunu və xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Masallı rayonu, Miyankü kəndinin girişində 1300 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 2300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 arvadı X4 2700 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində Masallı rayonu, Kolatan kəndində yerləşən “Kolatan” marketin qarşısında Zərərçəkmiş şəxs2 1500 manat pulunu və xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində yenə həmin “Kolatan” marketin qarşısında 1200 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 2700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 və arvadı X5 4930 Azərbaycan manatına nisbətdə 2900 ABŞ dollar pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs3 aldadıb özünə inandırdıqdan sonra xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində Masallı rayonu, Kolatan kəndində yerləşən “Kolatan” marketin qarşısında sonuncunun 1000 ABŞ dollar pulunu və 2022-ci ilin yanvar ayının ortalarında Masallı şəhəri ərazisində tanışı Şahid3 vasitəsilə 1900 ABŞ dollar pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 4930 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs4 arvadı X2 2500 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Masallı rayonu, Qızılavar kəndində yerləşən “Tuba” tibb klinikasının qarşısında Zərərçəkmiş şəxs4 2500 manat pulunu alıb ələ keçirməklə ona maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs5 5500 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin qarşısında qohumu Zərərçəkmiş şəxs4 vasitəsilə 3500 manat pulunu və xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Masallı rayonu, Qızılavar kəndi ərazisində yerləşən “Tuba” tibb klinikasının qarşısında yenə qohumu Zərərçəkmiş şəxs4 vasitəsilə 2000 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda, yəni ümumilikdə 5500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs6 3000 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Masallı şəhəri ərazisində yerləşən “Rahat” marketin qarşısında 1000 manat pulunu və xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Qızıltac” şadlıq sarayının yaxınlığında 2000 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 ümumilikdə 3000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib və mülki iddianı qismən qəbul edərək ifadəsində göstərdi ki, onun hazırki cinayət əməllərini törətməsinə səbəb uşaqlarının ağır xəstə olması və maddi cəhətdən əziyyət çəkməsi olmuşdur. Belə ki, 2021-ci ilin noyabr ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə Masallı şəhəri, Fizuli küçəsində yerləşən Xətai parkında tək gəzərkən parkda olan bir nəfər əvvəllər tanımadığı təxminən 65-70 yaşlı şəxsi görüb ona yaxınlaşmış, həmin şəxslə salamlaşıb bir az söhbət etdikdən sonra ona ad və soyadının Təqsirləndirilən şəxs olduğunu, Masallı rayonu, Təklə kəndində yaşadığını və pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. Bundan sonra həmin şəxs də ona adının Zərərçəkmiş şəxs1 olduğunu, Masallı rayonu, Miyankü kəndində yaşadığını, aravdı Qıztamam Dadaşovanın uzun müddətdir əsəb xəstəsi olduğundan ona pensiya düzəltmək istədiyini bildirmiş və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 xəstəliklə əlaqədar arvadı Qıztamama 3 ay müddətində pensiya düzəldə biləcəyini, bunun üçün 2300 manat pulun lazım olduğunu və həmin pulun hamsını əvvəlcədən ona verməsini demişdir. Nadir ona inandığı üçün 2300 manat pulun qarşılığında arvadı Qıztamama pensiya düzəltməyinə razılşmış və iki dəfəyə 2300 manat pulu ona vermişdir. Hər dəfə pulu alanda yalandan Nadirə narahat olmamasını, 3 ay müddətində arvadı Qıztamamın pensiya düzəlmə işini həll edəcəyini demişdir. Üç ay müddətindən sonra Nadir istifadəsində olan mobil telefonlara zəng edib işi ilə maraqlanmağa başmış, hər dəfə onunla danışanda Nadirə narahat olmamasını, 2022-ci ilin mart ayının sonuna kimi arvadı Qıztamamın pensiya alacağı vədini vermiş, lakin o, Qıztamamın heç bir pensiya düzəltmə işi ilə məşğul olmamış, aldığı pulların hamsını şəxsi istifadəsinə xərcləmişdir. Nadir onu aldatdığını başa düşdüyünü bildiyi üçün hər dəfə ona zəng vurduqda utandığından telefonu söndürüb cavab verməmiş və onunla əlaqəni tam kəsmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə Masallı şəhəri ərazisində olduğu vaxt əvvəllər uzaqdan tanıdığı Masallı rayonu, Kolatan kənd sakini Şahid1 mobil telefonuna zəng edərək tanışı Masallı rayonu, Kolatan kənd sakini Zərərçəkmiş şəxs2 adlı şəxsin arvadı Gülzadə Məmmədovaya xəstəliyi ilə əlaqədar pensiya düzəldə bilib-bilməyəcəyini soruşduqda, o, Mirbabaya pensiya düzəldə biləcəyini demişdir. Sonra Mirbaba ona həmin şəxslə özünün görüşüb danışmasını bildirmiş və o buna etiraz etməmişdir. Həmin günü saat 17 radələrində o, Şahid1lə Masallı rayonu, Kolatan kəndində yerləşən “Kolatan” ərzaq marketin qarşısına gedib orada Zərərçəkmiş şəxs2lə görüşmüşdür. Söhbət vaxtı o, Mirbaba və orada olan Allahşükürün yanında Vasifə pensiya düzəltmə işinə baxdığını, buna görə də arvadı Gülzadəyə pensiya düzəldə biləcəyini, lakin bunun üçün 2700 (iki min yeddi yüz) manat pulun lazım olduğunu və həmin miqdarda pulu əvvəlcədən ona verməsini demişdir. Həmin vaxt Vasif onunla razılaşmış, lakin hissə-hissə olmaqla 1500 manat və 1200 manat pulu ona vermişdir. O, Zərərçəkmiş şəxs2lə görüşən zaman sonuncu Masallı rayonu, Kolatan kənd sakini olan dostu Ağazədə Cəfərov və onun arvadı Səadətin də pensiyasının dayandırıldığını deyib, həmin şəxslərə də yenidən pensiya düzəldə bilib-bilməyəcəyini soruşduqda, o, yalandan Vasifə həmin şəxslərə də pensiya düzəldə biləcəyini deyərək Ağazadəni çağırmasını xahiş etmişdir. Bundan sonra Vasif mobil telefonla dostu Ağazadəyə zəng edib onu “Kolatan” marketin yanına çağırmışdır. Ağazadə gəldikdən sonra onunla görüşüb danışmış və həmin vaxt o, Ağazadədən ona və arvadı Səadətə pensiya düzəltmək üçün 2900 ABŞ dolları pul istəmişdir. Ağazadə hazırda üzərində 1000 ABŞ dolları pulu olduğunu, həmin məbləğdə pulu indi verə biləcəyini, 1900 ABŞ dolları pulu da qısa zamanda düzəldib verəcəyini ona dedikdə, o Ağazadə ilə razılaşmış və iki dəfəyə, 1000 ABŞ dolları və 1900 ABŞ dolları pulu Zərərçəkmiş şəxs3 almışdır. Bundan başqa 2021-ci ilin dekabr ayında dəqiqi tarixini atırlamadığı gündə yenə tanışı Şahid1 mobil telefonuna zəng edərək qonşu kənd sakinləri olan tanıdığı Zərərçəkmiş şəxs4 arvadı Rəvayətə və Zərərçəkmiş şəxs5 xəstəlikləri ilə əlaqədar pensiya düzəldə bilib-bilməyəcəyini soruşduqda, o, yenə Mirbabaya yalandan həmin şəxslərə də pensiya düzəldə biləcəyini deyərək onlarla görüşdürməyi xahiş etmişdir. Bundan bir müddət sonra təxminən 2021-ci ilin axırlarında dəqiq tarixini xatırlamadığı gündə Masallı şəhəri Xətai parkı adlanan ərazidə yerləşən “məşğulluq” idarəsinin qarşısında o, tanışı Şahid1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5la birlikdə görüşmüşdür. Həmin vaxtı orada Şahid1 onu Rahim və Mürsəllə tanış etdikdən sonra pensiya düzəltmə işinin ona aid olmadığını, bunu özlərinin danışmaqlarını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 ona həyat yoldaşı Rəvayətin və kürəkəni Mürsəlin pensiyalarının kəsilməsi barədə məlumat verib bununla əlaqədar bəzi sənədləri ona göstərmişdir. O, sənədlərə baxdıqdan sonra yalandan pensiya düzəldə biləcəyini, lakin Rahimin arvadı Rəvayətə pensiya düzəltməyindən ötrü 2500 manat, Mürsəl üçün isə 5500 manat pul lazım olacağını bildirmişdir. İlk əvvəl Rahim və Mürsəl ona dediyi qiymətin baha olduğunu demişdir. O, bundan aşağı qiymətə edə bilməyəcəyini və həmin məbləğdə pulu hər ikisi verdikdən sonra 3 ay müddətində pensiyaları düzəltdirəcəyi vədini vermişdir. Bundan sonra Rahim və Mürsəl vədinə inanıb onunla razılaşmış, lakin həmin vaxt pulları olmadığı üçün 02 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs4 Masallı rayonu, Qızılavar kəndi ərazisində yerləşən Tuba tibb klinikasının qarşısında ona 2500 manat pul vermiş, 04 yanvar 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs5 razılaşmaya əsasən 5500 manat pulun 3500 manatını qohumu Rahimə vermiş, o da Masallı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin qarşsında Rahimdən 3500 manatı almışdır. Sonra 06 yanvar 2022-ci il tarixdə Mürsəl yenə ona zəng edib qalan 2000 manat pulu da düzəltdiyini və həmin pulu da qohumu Rahimin gətirib ona verəcəyini demişdir. Həmin günü o, saat 18 radələrində Zərərçəkmiş şəxs4lə yenidən Masallı rayonu, Qızılavar kəndi ərazisində yerləşən “Tuba” tibb klinikasının qarşısında görüşüb Mürsəlin razılaşmaya əsasən ona verməli olduğu qalan 2000 manat pulu da Rahimdən almışdır. Lakin Rahim və Mürsəl pensiya düzəltməyəcəyini başa düşərək ondan əl çəkməyib pullarını qaytarmağını tələb etməyə başlamışlar. 2022-ci ilin sentyabr ayında həmin şəxslərin şikayət edə biləcəklərindən qorxduğu üçün Mürsəldən aldığı pulun 2000 manatını Masallı şəhəri ərazisində yerləşən “Kapital Bankın” qarşısında qaytarmışdır. Daha sonra Rahimin barəsində şikayət etdiyini bilib, 2022-ci ilin dekabr ayının axırlarında ondan aldığı 2500 manat pulu da Zərərçəkmiş şəxs4 geri qaytarmışdır. Bundan başqa 2022-ci ilin iyul ayının ortalarında dəqiq xatırlamadığı gündə bir nəfər mobil telefonuna zəng edib özünü Masallı rayonu, Bədəlan kənd sakini Zərərçəkmiş şəxs6 kimi təqdim edərək xəstəliyi ilə əlaqədar aldığı pensiyasının kəsildiyini deyərək yenidən pensiya almaq üçün ona köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, o, telefonda Zərərçəkmiş şəxs6 pensiya düzəltmə işinə baxdığını, lakin bu işin telefonla danışılıb həll ediləsi iş olmadığını, buna görə də Masallı şəhərində yerləşən “Seyidlər” çayxanasına gəlib orada görüşüb ətraflı danışmaqlarını təklif etmişdir. Həmin günü o, “Seyidlər” çayxanasında Mahirlə görüşmüş və Mahirin etibarını qazanmaqdan ötrü yalandan ona pensiya düzəltmək üçün geniş imkanlarının olduğunu, əvvəllər başqa şəxslərə də pensiya düzəltdiyini, buna görə ona da pensiya düzəltməyində heç bir problemin olmadığını, lakin bunun üçün 3000 manat pulun lazım olduğunu demişdir. Həmin vaxt Mahir 3000 manat pulun qarşılığında ona pensiya düzəltməsi ilə razılaşmayıb bu barədə bir az düşünəcəyini, əgər pul düzəldə bilsə xəbər edəcəyini ona bildirmişdir. Bundan təxminən bir həftə müddətində gözləsə də Mahir ona zəng etməmişdir. Sonra o mütamadi olaraq istifadəsində olan mobil telefonla Mahirə zəng edib ondan xəbər gözlədiyini, 3000 manat pulu ona tam verdikdən sonra 3 ay müdətində pensiya düzəldəcəyi vədləri vermişdir. Bundan sonra Mahir ona inanıb etibar etməyə başlamış və xx.xx.2022-ci il tarixdə saat 21 radələrində ona zəng edib 1000 manat pul düzəltdiyini, həmin pulu gəlib yaşadığı Bədəlan kəndində ondan götürməsi dedikdə, o, telefonda Mahirə vaxtı olmadığından Bədəlan kəndinə gələ bilməyəcəyini, hazırda Masallı şəhərində yerləşən “Rahat” marketin qarşısında olduğunu və həmin yerə gəlməsini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs6 “Rahat” marketin qarşısına gəlib orada 1000 manat pulu ona vermişdir. Bundan 4 gün sonra yəni, xx.xx.2022-ci il tarixdə Mahir yenidən ona zəng edib qalan 2000 manat pulu da tapıb düzəltdiyini və həmin pulu da ondan götürməsi bildirmişdir. O, Mahirə saat 18 radələrində Masallı şəhərində yerləşən “Qızıltac” şadlıq sarayının qarşısda olacağını və həmin vaxt ora gəlib pulu həmin yerdə ona verməsini demişdir. Həmin günü Mahir saat 18 radələrində “Qızıltac” şadlıq sarayının yanına gəlib orada qalan 2000 manat pulu da ona vermişdir. Hər dəfə həmin şəxslərdən pulu alan zaman narahat olmamaqlarını yalandan deyərək 6 ay müddətində pensiya düzəldəcəyi sözünü vermişdir. Lakin heç bir pensiya düzəltməyib onlardan aldığı pulları da şəxsi istifadəsi üçün ayrı-ayrı vaxtlarda xərcləmişdir. Zərərçəkmiş şəxslər dediyi müddətdə pensiya düzəltmədiyini görüb dəfələrlə mobil telefonlarına zəng etməyə başlamış, lakin o, hər dəfə onlara yalan vəd verib vaxtı uzatmağa çalışmışdır. Sonra həmin şəxslərdən uzaqlaşmaq üçün zənglərinə cavab verməyib əlaqəni kəsmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslərə vurulmuş ziyanı qismən ödəyərək qalan ziyanın ödənilməsi ilə bağlı öz aralarında razılığa gəldiklərini, onlarla barışdığını, sonuncuların ondan şikayətçi olmadığını, ailəli olmaqla himayəsində iki nəfər anadangəlmə xəstə uşaqlarının olmasını, özünün gözdən İİ qrup əlilliyini, ailəsinin yeganə təminatçısı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, mülki iddianın qismən təmin edilməsini və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, arvadı Qıztamam Dadaşova uzun müddət əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün ona pensiya düzəltmək istəmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə Masallı şəhəri Fizuli küçəsində yerləşən Xətai parkında oturacaqda tək əyləşib dincəldiyi zaman sonradan tanıdığı X14 parka gələrək onunla salamlaşıb yanında əyləşmişdir. Həmin şəxs bir az söhbət etdikdən sonra ona Masallı rayonu, Təklə kəndində yaşadığını və pensiya düzəltmək işinə baxdığını demişdir. Bu zaman, o, Orxana aravdı Qıztamam Dadaşovanın uzun müddətdir əsəb xəstəsi olduğundan ona pensiya düzəltmək istədiyini bildirərək, pensiya düzəltməkdə ona köməklik götərə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ona xəstəliklə əlaqədar arvadı Qıztamama 3 ay müddətində pensiya düzəldə biləcəyini, bunun üçün 2300 manat pulun lazım olduğunu və həmin pulun hamsını əvvəlcədən ona verməsini demişdir. O, Təqsirləndirilən şəxs inanıb etibar etdiyi üçün razılaşmış, lakin həmin məbləğdə üzərində pulu olmadığından qısa müddətdən iki dəfəyə pulu düzəldib verəcəyini ona bildirmişdir. Orxan iki dəfəyə hissə-hissə 2300 manat pulu ondan almasına heç bir etirazı olmadığını deyərək əlaqə saxlamağından ötrü istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrini vermişdir. xx.xx.2021-ci il tarixdə ilkin olaraq 1000 manat pul düzəltdiyindən həmin günü saat 14 radələrində Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək Boradigah-Lənkəran avtomobil yolunun Masallı rayonu, Türkoba kəndindən keçən yolun kənarında 1000 manat və xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Masallı rayonu, Miyankü kəndinin girişində 1300 manat pulu Orzana vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə 2300 manat pulu iki dəfəyə hissə-hissə ondan alan zaman yanlarında başqa şəxs olmamışdır. Hər dəfə Orzan pulu alanda ona narahat olmamasını, 3 ay müddətində arvadı Qıztamamın pensiya düzəlmə işini həll edəcəyini demişdir. Üç ay müddətində o, Orxana zəng etməyib gözləsə də sonuncudan pensiya düzəltməsi ilə əlaqədar heç bir xəbər ala bilməmişdir. Bundan sonra o, Orxanın istifadəsində olan mobil telefonlara zəng edib işi ilə maraqlanmağa başlamışdır. Hər dəfə Orxanla danışanda ona narahat olmamasını, 2022-ci ilin mart ayının sonuna kimi arvadı Qıztamamın pensiya alacağını demişdir. 2022-ci ilin mart ayının sonuna kimi gözləsə də, Orxan verdiyi vədə əməl etməyib pensiya işini düzəltməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs pensiya düzəltməsi barədə ona verdiyi vədinin yalan olduğunu və etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 2300 manat pulunu ələ keçidiyini başa düşdüyündən Orxandan pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. 2022-ci ilin noyabr ayına kimi Orxanla danışıb pulunu geri qaytarmasını tələb etsə də, Orxan hər dəfə ona hazırda pulu olmadığını, bir az da səbrli olmasını, pul tapan kimi onun 2300 manat pulunu geri qaytaracağını demişdir. Noyabr ayından sonra Orxanın istifadəsində olan mobil telefonlara nə qədər zəng etsə də, bağlı olduğundan cavab verməmiş və onunla bütün əlaqəni kəsmişdir. Bundan sonra o, məcbur olub xx.xx.2022-ci il tarixdə Masallı Rayon Polis X11 Bölməsinə gedib barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs vurduğu ziyandan atası tərəfindən ona 1200 manat ödənildiyini, mülki iddianı qismən müdafiə etdiyini, ziyanın ödənilməyən hissəsi ilə bağlı aralarında razılığa gəldiklərini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını və onunla barışdığını qeyd edib, mülki iddianın qismən təmin edilərək Təqsirləndirilən şəxs 1100 manat onun xeyrinə tutulmasını və barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, arvadı X7 uzun müddət xəstəliyi ilə əlaqədar pensiya alsa da 2021-ci ilin fevral ayında pensiyası ona məlum olmayan səbəblərdən dayandırılmış və o da arvadı Gülzadəyə yenidən pensiya düzəltmək istəmişdir. xx.xx.2021-ci il tarixdə həmkəndlisi Şahid1lə görüşüb söhbət edən zaman ona arvadı Gülzadənin aldığı pensiya dayandırıldığı üçün yenidən pensiya düzəltmək istədiyini bildirərək pensiya düzəltmək işinə baxan hər hansı bir tanışının olub-olmadığını soruşmuşdur. Həmin vaxt Mirbaba ona pensiya düzəltmək işinə baxan Masallı rayonu, Təklə kənd sakini Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, bu barədə həmin şəxslə danışacağını, əgər pensiya düzəltmə işini öhtəsinə götürərsə ona xəbər edəcəyini demişdir. Bundan iki gün sonra yəni, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olduğu vaxt həmkəndlisi Mirbaba istifadəsində olan mobil telefonuna zəng edərək tanışı Orxan adlı şəxslə arvadı Gülzadəyə pensiya düzəltməsi barədə danışıb razılıq aldığını, hazırda Orxanla Masallı rayonu, Kolatan kəndində yerləşən “Kolatan” ərzaq marketin qarşısında olduğunu və həmin yerə gəlib orada özünün bu barədə Orxanla ərtaflı danışmasını bildirmişdir. Bundan sonra o, yaşadığı evdən çıxıb qohumu Şahid2lə birlikdə “Kolatan” marketin qarşısına getmişdir. Marketin qarşısına çatan zaman həmkəndlisi Mirbaba İsyaevin və Orxan adlı şəxsin orada olduğunu görmüşdür. Sonra Orxanla görüşüb söhbət edən zaman sonuncu Mirbaba və Allahşükürün yanında ona pensiya düzəltmə işinə baxdığını, buna görə də arvadı Gülzadəyə pensiya düzəldə biləcəyini, lakin bunun üçün 2700 manat pul lazım olduğunu və həmin miqdarda pulu əvvəlcədən ona verməsini demişdir. Həmin vaxt o, Oraxana 2700 manat pulu olmadığını, hazırda üzərində 1500 manat pul olduğunu, 1500 manat pulu indi, qalan 1200 manat pulu isə düzəldib dekabr ayının əvvəllərində ona verə biləcəyini bildirmişdir. Orxan hissə-hissə iki dəfəyə pulu ondan almasına razılaşmış və o həmin vaxt Orxana inanıb etibar etdiyi üçün 1500 manat pulu verməzdən əvvəl həmkəndlisi, yəni Masallı rayonu, Kolatan kənd sakini olan dostu Ağazədə Cəfərov və onun arvadı Səadətin də pensiyasının dayandırıldığını deyərək həmin şəxslərə də yenidən pensiya düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona həmin şəxslərə də pensiya düzəldə biləcəyini deyərək Ağazadəni çağırmasını bildirmişdir. Bundan sonra o, mobil telefonla dostu Ağazadəyə zəng edib onu “Kolatan” marketin yanına çağırmışdır. Ağazadə gəldikdən sonra yanlarında Orxanla görüşüb danışmış və həmin vaxt Orxan Ağazadədən ona və arvadı Səadətə pensiya düzəltmək üçün 2900 ABŞ dolları pul istəmişdir. Ağazadə Orxana hazırda üzərində 1000 ABŞ dolları pulu olduğunu, həmin məbləğdə pulu indi verə biləcəyini, 1900 ABŞ dolları pulu da qısa zamanda düzəldib verəcəyini demişdir. Orxan onlarla razılaşdıqdan sonra Orxana o, 1500 manat, sonra isə Zərərçəkmiş şəxs3 1000 ABŞ dolları pulu çıxardıb vermişdir. Orxan pulları aldıqdan sonra ona və Ağazadəyə narahat olmamalarını, pulun qalan hissəsini də ona verdikdən sonra 6 ay müddətində onun və Ağazadənin pensiya işini düzəldəcəyi vədini vermiş və oradan çıxıb getmişdir. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə 18 radələrində Təqsirləndirilən şəxs Mirbabanın yanında 1200 manat pul vermişdir. Təqsirləndirilən şəxs hər dəfə də pulu alan zaman narahat olmamağını deyərək 6 ay müddətində pensiya düzəldəcəyi sözünü vermişdir. Altı ay keçdikdən sonra Orxanın istifadəsində olan mobil telefona zəng edib işi ilə maraqlandıqda hər dəfə Orxan narahat olmamağı, 2022-ci ilin avqust ayının sonuna kimi düzəldəcəyini demişdir. 2022-ci ilin avqust ayının sonuna kimi gözləsə də, Orxan verdiyi vədə əməl etməyib pensiya işini düzəltməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs pensiya düzəltməsi barədə ona verdiyi vədinin yalan olduğunu, etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 2700 manat pulunu ələ keçidiyini başa düşmüşdür. Sonra Orxandan pulunu geri almaq üçün dəfələrlə telefonuna zəng etsə də, telefonu söndürdüyündən cavab verməmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs həmkəndlisi və dostu olan Zərərçəkmiş şəxs3 da pensiya düzəldəcəyi adı ilə aldadıb ümumilikdə 2900 ABŞ dollar pulunu ələ keçirdiyini bilmiş və bundan sonra məcbur olub xx.xx.2023-cü il tarixdə Ağazadə ilə birlikdə Masallı Rayon Polis Şöbəsinə gedib şikayət etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs vurduğu ziyandan atası tərəfindən ona 1300 manat ödənildiyini, mülki iddianı qismən müdafiə etdiyini, ziyanın ödənilməyən hissəsi ilə bağlı aralarında razılığa gəldiklərini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını və onunla barışdığını qeyd edib, mülki iddianın qismən təmin edilərək Təqsirləndirilən şəxs 1400 manat onun xeyrinə tutulmasını və barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o və arvadı X8 uzun müddət xəstəliklə əlaqədar pensiya alsa da, Səadətin pensiyası 2021-ci ilin may, onun isə oktaybr ayından dayandırılmışdır. Buna görə də, arvadı Səadət Məmmədovaya və özünə yenidən pensiya düzəltmək istəmişdir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olduğu vaxt həmkəndlisi, eyni zamanda dostu olan Zərərçəkmiş şəxs2 mobil telefonuna zəng edərək “Kolatan” marketin yanında Şahid1, Şahid2 və pensiya düzəltmə işinə baxan Təqsirləndirilən şəxs adlı şəxslə birlikdə olduğunu demiş və həmin yerə gəlməsini xahiş etmişdir. O, yaşadığı evdən çıxıb “Kolatan” ərzaq marketinin yanına getmişdir. Orada Təqsirləndirilən şəxs adlı şəxslə salamlaşıb görüşdükdən sonra ona özü və arvadı Səadətin xəstəliklə əlaqədar aldığı pensiyanın dayandırıldığını deyib, yenidən pensiya düzəldə bilib-bilməməsini soruşmuşdur. Həmin vaxt Orxan ona həmkəndlisi Zərərçəkmiş şəxs2 arvadı üçün 2700 manat pulun qarşılığında pensiya düzəldəcəyi ilə Vasiflə indi razılaşdığını, ona və arvadı Səadətə də pensiya düzəldə biləcəyini, bunun üçün 2900 ABŞ dolları, yəni təqribən 4930 manat pulun lazım olduğunu və həmin miqdarda pulu əvvəlcədən ona verməsini demişdir. O, Təqsirləndirilən şəxs inanıb etibar etdiyi üçün ona hazırda üzərində 1000 ABŞ dolları pulu olduğunu, həmin məbləğdə pulu indi verə biləcəyini, 1900 ABŞ dolları pulu isə qısa müddətdə düzəldib verəcəyini dedikdə, Orxan heç bir etiraz etmədən pulu iki dəfəyə hissə-hissə ondan almağına razılaşmışdır. Bundan sonra əvvəlcə Zərərçəkmiş şəxs2 1500 manat, sonra isə o, 1700 Azərbaycan manatı nisbətində olan 1000 ABŞ dolları pulu çıxardıb Təqsirləndirilən şəxs vermişdir. Orxan ondan 1000 ABŞ dolları, Vasifdən isə 1500 manatı alıb cibinə qoyaraq ona və Vasifə narahat olmamaqlarını, pulun qalan hissəsini də ona verdikdən sonra 6 ay müddətində onun və Vasifin pensiya işini həll edəcəyi vədini verərək sağollaşıb oradan çıxıb harasa getmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ona və arvadına pensiya düzəltmə işini tez həll etməsindən ötrü iki ay müddətində 1900 ABŞ dolları pulu da tapıb düzəldərək 2022-ci ilin yanvar ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə Orxana zəng edib pulun qalan hissəini də düzəltdiyini demiş və həmin məbləğdə pulu gəlib ondan götürməsini xahiş etmişdir. Həmin vaxt Orxan telefonda ona hal-hazırda Bakı şəhərində olduğunu, Masallı şəhərinə bir az gec gələcəyini, 1900 ABŞ dollar pulu Masallı şəhərində yaşayan və ikisinində ortaq tanışı olan Şahid3 aparıb verməsini, özü Masallı şəhərinə gəldikdən sonra həmin məbləğdə pulu Əkbərxandan götürəcəyini bildirmişdir. O, yaşadığı Kolatan kəndindən çıxıb Masallı şəhərində yaşayan Şahid3 yaşadığı evə getmiş, sonuncuya bu barədə ətraflı danışaraq 1900 ABŞ dolları pulu ona verib həmin məbləğdə pulu Təqsirləndirilən şəxs verməsini xahiş etmişdir. Həmin günü təxminən saat 17 radələrində Kolatan kəndində olduğu vaxt Əkbərxan mobil telefonuna zəng edərək Orxanın yaşadığı evin həyətinə gəlib ondan 1900 ABŞ dolları pulu götürmək istədiyini deyərək həmin pulu Orxana verməsində fikrinin qəti olub-olmamasını soruşmuşdur. O, X17 inanıb etibar etdiyini, onun pensiya işini düzəldəcəyi barədə verdiyi sözə əməl edəcəyini, buna görə də 1900 ABŞ doları pulu Orxana verməsini bir daha bildirmiş, Əkbərxan da həmin məbləğdə pulu Orxana vermişdir. Təqsirləndirilən şəxs ona və arvadı Səadətə pensiya düzəltmək adı ilə ondan ümumilikdə 4930 Azərbaycan manatı nisbətində olmaqla 2900 ABŞ dolları pul almış və hər dəfə pulu alan zaman narahat olmamağını deyərək 6 ay müddətində pensiya düzəldəcəyi sözünü vermişdir. O, 6 ay müddətində Orxanla telefonda danışıb pensiya düzəltmə işinin nə yerdə olduğunu soruşurduqda, hər dəfə Orxan ona səbrli olmasını, işin getdiyini, qısa müddətdə həll edib yekunlaşdıracağını demişdir. 2022-ci ilin sentyabr ayından sonra Orxana nə qədər zəng etsə də, telefonu bağlı olduğundan heç bir xəbər ala bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs pensiya düzəltməsi barədə ona verdiyi bütün vədinin yalan olduğunu, etibarından suiistifadə edib onu aldadaraq pulunu ələ keçidiyini başa düşmüş və ondan pulunu geri almaq qərarına gəlmişdir. 2023-cü ilin yanvar ayına kimi nə qədər çalışsa da, Orxanı tapa bilmədiyi üçün pulunu geri ala bilməmişdir. Bu müddətə ərzində Təqsirləndirilən şəxs həməndlisi və dostu olan Zərərçəkmiş şəxs2 də pensiya düzəldəcəyi adı ilə aldadıb ümumilikdə 2700 manat pulunu ələ keçirdiyini eşitmişdir. Bundan sonra məcbur olub xx.xx.2023-cü il tarixdə Vasiflə birlikdə Masallı Rayon Polis Şöbəsinə gedib şikayət etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs vurduğu ziyandan atası tərəfindən ona 2500 manat ödənildiyini, mülki iddianı qismən müdafiə etdiyini, ziyanın ödənilməyən hissəsi ilə bağlı aralarında razılığa gəldiklərini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını və onunla barışdığını qeyd edib, mülki iddianın qismən təmin edilərək Təqsirləndirilən şəxs 2430 manat onun xeyrinə tutulmasını və barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Masallı rayonu, Xanalion kənd sakini Zərərçəkmiş şəxs4 qaynıdır. O, İ Qarabağ müharibəsi veteranı olduğu üçün əvvəllər İİ qrup əlilliklə pensiya alsa da, 2021-ci ildə təkrar yoxlanış zamanı aldığı pensiya kəsilmişdir. Ötən müddət ərzində xəstəliklə əlaqədar pensiya almaqdan ötrü lazım olan prosedurlardan yenidən keçsə də, pensiya təyin edilməsi barədə imtina gəlmişdir. 2021-ci ilin dekabr ayında yaşadığı kənddə olarkən qaynı Zərərçəkmiş şəxs4 ona zəng edib tanışı Mirbabanın pensiya düzəltmək işi ilə məşğul olan bir nəfər Orxan adlı tanışı olduğunu, əgər istəsə birlikdə həmin şəxslə görüşüb pensiya işlərini danışmağı bildirmiş, o da Rahimin təklifilə razılaşmışdır. Daha sonra 2021-ci ilin axırlarında dəqiq tarixini xatırlamadığı gündə Masallı şəhəri Xətai parkı adlanan ərazidə yerləşən “məşğulluq” idarəsinin qarşısında o, Rahim, Mirbaba və sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə görüşmüşdür. Həmin vaxtı orada Mirbaba onu və Rahimi Təqsirləndirilən şəxslə tanış etdikdən sonra pensiya düzəltmə işinin özlərinin Orxanla danışmağını onlara demişdir. Bundan sonra qaynı Rahim Orxana həyat yoldaşı Rəvayətin və onun pensiyasının kəsilməsi barədə məlumat verib ona sənədləri göstərmişdir. Orxan sənədlərə baxdıqdan sonra pensiya düzəldə biləcəyini, lakin həyat yoldaşı Rəvayətə pensiya düzəltməkdən ötrü 2500 manat, onun üçün isə 5500 manat pul lazım olacağını bildirmişdir. Əvvəl o və Rahim Orxana dediyi qiymətin baha olduğunu dedikdə, Orxan bundan aşağı qiymətə edə bilməyəcəyini və həmin məbləğdə pulu verdikdən sonra 3 ay müddətində pensiyaları düzəltdirəcəyini onlara demişdir. Bundan sonra o və Rahim Təqsirləndirilən şəxslə razılaşmış və hazırda pulları olmadığı üçün ona çatacaq ümumilikdə 8000 manat pulu qısa müddətdə hissə-hissə verəcəklərini bildirdikdə, Orxan buna etiraz etməmişdir. Daha sonra yaşadıqları kəndə qayıdaraq pulu toplamağa başlamışlar. Əvvəlcə qaynı Zərərçəkmiş şəxs4 02 yanvar 2022-ci il tarixdə 2500 manat pul düzəldib Orxana vermiş, sonra o, 3500 manat pul düzəldərək 04 yanvar 2022-ci il tarixdə Rahimə zəng edərək Orxana çatacaq pulun bir qismini, yəni 3500 manatını düzəltdiyini, bu barədə Orxana zəng edib dediyini, avtomobili olmadığı üçün həmin pulu özünə məxsus avtomobillə Orxana aparıb verməsini ondan xahiş etmişdir. Həmin günü Zərərçəkmiş şəxs4 gəlib ondan 3500 manat pulu götürüb saat 11 radələrində Masallı şəhəri H.Əliyev prospektində yerləşən Masallı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin qarşsında Orxana vermişdir. Bundan iki gün sonra, yəni 06 yanvar 2022-ci il tarixdə o, yenə qaynı Rahimə zəng edib Orxana pensiya düzəltmək üçün çatacaq qalan 2000 manat pulu da düzəltdiyini və həmin pulu da yenə ondan götürüb Orxana verməsi xahiş etmişdir. Rahim həmin günü 2000 manat pulu ondan götürüb Orxanla danışdıqdan sonra Masallı rayonu, Qızılavar kəndi ərazisində yerləşən “Tuba” tibb klinikasının qarşısında təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs vermişdir. Bir müddət o və qaynı gözləmiş, lakin Orxandan xəbər çıxmadığı üçün onun istifadəsində olan mobil telefon nömrələrinə zəng etmişdir. Orxan hər dəfəsində narahat olmamağı və uzağı aprel ayına kimi pensiyaları düzələcəyini demişdir. O, pensiyaların düzəlmədiyini, Orxanın onu və Rahimi aldatdığını görüb ondan pullarını tələb etməyə başlamışdır. 2022-ci ilin sentyabr ayında Orxan onun pulunun 2000 manatını Masallı şəhəri ərazisində yerləşən “Kapital Bankın” qarşısında geri qaytarmışdır. Sonra Orxan telefonlarını söndürdüyü üçün əlaqə saxlaya bilməmiş və barəsində şikayət etmək qərarına gəlmişdir. Şikayət etdikdən sonra Orxan Rahimdən aldığı 2500 manat pulu geri qaytarmışdır. Lakin Orxan hazırki vaxta kimi onun 3500 manat pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs vurduğu ziyandan atası tərəfindən ona 1500 manat ödənildiyini, mülki iddianı qismən müdafiə etdiyini, ziyanın ödənilməyən hissəsi ilə bağlı aralarında razılığa gəldiklərini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını və onunla barışdığını qeyd edib, mülki iddianın qismən təmin edilərək Təqsirləndirilən şəxs 2000 manat onun xeyrinə tutulmasını və barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs6 Mürsəl oğlu ifadəsində göstərdi ki, Masallı rayonu, Təklə kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Uzun müddət xəstəliyi ilə əlaqədar pensiya alsa da, 2021-ci ilin yay aylarında ona məlum olmayan səbəblərdən aldığı pensiya dayandırılmışdır. Buna görə də həmin vaxtdan sonra özünə yenidən pensiya düzəltmək istəmişdir. 2022-ci ilin iyul ayının ortalarında dəqiq xatırlamadığı evlərin birində usta kimi işlədiyi vaxt ev sahibi ilə söhbət əsnasında ona pensiyasının kəsildiyini demiş və pensiya düzəltmə işinə baxan tanışının olub-olmamasını soruşmuşdur. Həmin şəxs ona Masallı rayonu, Təklə kənd sakini Təqsirləndirilən şəxs adlı bir nəfər şəxsin pensiya düzəltmə işinə baxdığını eşitdiyini bildirmişdir. Bundan iki gün sonra o, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsini tapıb ona zəng edərək özünü təqdim etmiş və ona xəstəliyi ilə əlaqədar aldığı pensiyanın kəsildiyini deyib yenidən pensiya almaq üçün köməklik göstərə bilibbilməməsini soruşmuşdur. Orxan pensiya düzəltmə işinə baxdığını, lakin bu iş telefonla danışılıb həll ediləsi iş olmadığını, bu görə də Masallı şəhərində yerləşən “Seyidlər” çayxanasına gəlib orada görüşüb ətraflı danışmağı təklif etmişdir. Həmin günü o, “Seyidlər” çayxanasına gedib orada Orxanla tək görüşmüşdür. Çayxanada Orxan ona pensiya düzəltmək üçün geniş imkanlarının olduğunu, əvvəllər başqa şəxslərə pensiya düzəltdiyini, buna görə ona da pensiya düzəltməsində heç bir problemin olmadığını, lakin bunun üçün 3000 manat pulun lazım olduğunu demişdir. Həmin vaxt o, Orxanı yaxşı tanımadığı üçün əvvəlcə 3000 manat pulun qarşılığında pensiya düzəltməsi ilə razılaşmayıb ona hazırda həmin məbləğdə pulunun olmadığını, bu barədə bir az düşünəcəyini və əgər pul düzəldə bilsə xəbər edəcəyini bildirmişdir. Bundan təxminən bir həftə müddətində o, Orxana zəng etməyib düşünsə də, Orxan mütamadi olaraq istifadəsində olan mobil telefonuna zəng edib ondan xəbər gözlədiyini, 3000 manat pulu ona tam verdikdən sonra 3 ay müddətində pensiya düzəldəcəyi vədini vermişdir. O, Orxana inanıb etibar etdiyindən əvvəlcə 1000 manat pul düzəldərək xx.xx.2022-ci il tarixdə saat 21 radələrində ona zəng edib gəlib yaşadığı Bədəlan kəndində həmin 1000 manat pulu ondan götürməsini demişdir. Orxan telefonda ona vaxtı olmadığından Bədəlan kəndinə gələ bilməyəcəyini, hazırda Masallı şəhərində yerləşən “Rahat” marketin qarşısında olduğunu və ora gəlməsini bildirdikdə, o, “Rahat” marketin qarşısına gedərək orada Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Orxan 1000 manat pulu ondan alaraq pensiya düzəltmə işinə tez başlaması üçün qalan 2000 manat pulu da qısa müddətdə ona çatdırmasını demişdir. Bundan 4 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə o, 2000 manat pulu da tapıb düzəltmiş və yenidən Orxana zəng etmişdir. Orxan telefonda ona saat 18 radələrində Masallı şəhərində yerləşən “Qızıltac” şadlıq sarayının qarşısda olcağını və həmin vaxt ora gəlib pulu orada verməsi bildirdikdə, o, saat 18 radələrində “Qızıltac” şadlıq sarayının qarşısına gedib orada Təqsirləndirilən şəxslə görüşərək 2000 manat pul ona vermişdir. Təqsirləndirilən şəxs pensiya düzətmək adı ilə ondan iki dəfəyə hissə-hissə ümumilikdə 3000 manat pulu almışdır. O, Orxana hər dəfə pul verəndə yanlarında başqa şəsx olmamışdır. O, 3 ay müddətində Orxana zəng etməyib gözləsə də, Orxandan pensiya düzəltməsi ilə əlaqədar heç bir xəbər ala bilməmişdir. Bundan sonra o, Orxanın istifadəsində olan mobil telefonlara zəng edib işi ilə maraqlanmağa başlamış, hər dəfə Orxanla danışanda ona narahat olmamasını, 2022-ci ilin noyabr ayının sonuna kimi pensiya düzəldəcəyini bildirmişdir. O, 2022-ci ilin noyabr ayının sonuna kimi gözləsə də, Orxan verdiyi vədə əməl etməyib pensiya işini düzəltməmişdir. Bundan sonra Orxanın pensiya düzəltməsi barədə ona verdiyi vədlərin yalan olduğunu və məqsədinin etibarından sui-istifadə edib onu aldadaraq pulunu ələ keçirməsini anladığı üçün ondan 3000 manat pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. 2022-ci ilin dekabr ayının ortalarına kimi Orxanla danışıb pulunu geri qaytarmasını istəsə də, hər dəfə Orxan ona hazırda pulu olmadığını, bir az da gözləməsini, pulu olan kimi onun 3000 manat pulunu geri qaytaracağını demişdir. Dekabr ayından sonra Orxanın istifadəsində olan mobil telefonlara nə qədər zəng etsə də, bağlı olduğundan cavab verməmişdir. Bundan sonra o, məcbur olub Orxanın barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs vurduğu ziyandan atası tərəfindən ona 1500 manat ödənildiyini, mülki iddianı qismən müdafiə etdiyini, ziyanın ödənilməyən hissəsi ilə bağlı aralarında razılığa gəldiklərini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını və onunla barışdığını qeyd edib, mülki iddianın qismən təmin edilərək Təqsirləndirilən şəxs 1500 manat onun xeyrinə tutulmasını və barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Masallı rayonu, Sirəbil kənd sakini Zərərçəkmiş şəxs5 onun kürəkənidir. Həyat yoldaşı X3 2011-2021-ci illər ərzində ruhi əsəb xəstəliyi ilə əlaqədar olaraq pensiya alsa da, sonradan təkrar yoxlanış adı ilə aldığı pensiya kəsilmişdir. Həyat yoldaşı Rəvayət Babayeva xəstəliklə əlaqədar pensiya almaqdan ötrü lazım olan prosedurlardan yenidən keçsə də, ona pensiya təyin edilməsi barədə imtina gəlmişdir. 2021-ci ilin dekabr ayında yaşadığı kənddə olarkən qonşu kənddən olan Şahid1 adlı tanışını görmüş və ona həyat yoldaşının pensiya işini düzəldə bilmədiyini demişdir. Həmin vaxt Mirbaba ona Masallı rayonu, Təklə kənində Orxan adlı şəxsin olduğunu və həmin şəxsin pensiya düzəltmə işi ilə məşğul olduğunu eşitdiyini bildirmişdir. Mirbabadan onu Orxan adlı şəxslə tanış etməsini xahiş etdikdə, Mirbaba buna heç bir etiraz etməmişdir. Kürəkəni Zərərçəkmiş şəxs5 da İ Qarabağ veteranı olduğu üçün əvvəllər pensiya almış və həmin ərəfədə onun da pensiyası kəsilmişdir. Buna görə də, o, Zərərçəkmiş şəxs5 zəng edib ona tanışı Mirbabanın pensiya düzəltmək işi ilə məşğul olan bir nəfər Orxan adlı şəxsi tanıdığını, əgər istəsə birlikdə həmin şəxslə görüşüb pensiya işlərini danışmağını bildirmiş və Mürsəl də razılaşmışdır. Daha sonra 2021-ci ilin axırlarında dəqiq tarixini xatırlamadığı gündə Masallı şəhəri Xətai parkı adlanan ərazidə yerləşən “məşğulluq” idarəsinin qarşısında o, Zərərçəkmiş şəxs5, tanışı Mirbaba və sonradan adını Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə görüşmüşdür. Həmin vaxtı orada Mirbaba onu və Mürsəli Təqsirləndirilən şəxslə tanış etdikdən sonra pensiya düzəltmə işinin özlərinin Orxanla danışmaqlarını demişdir. Bundan sonra o, Orxana həyat yoldaşı Rəvayətin və kürəkəni Mürsəlin pensiyalarının kəsilməsi barədə məlumat verib ona sənədləri göstərmişdir. Orxan sənədlərə baxdıqdan sonra pensiya düzəldə biləcəyini, lakin həyat yoldaşı Rəvayətə pensiya düzəltməkdən ötrü 2500 manat, kürəkəni Mürsəl üçün isə 5500 manat pul lazım olacağını bildirmişdir. İlk əvvəl o və Mürsəl Orxana dediyi qiymətin baha olduğunu dedikdə, Orxan bundan aşağı qiymətə edə bilməyəcəyini və həmin məbləğdə pulu verdikdən sonra 3 ay müddətində pensiyaları düzəltdirəcəyini söz vermişdir. Bundan sonra o və Mürsəl Təqsirləndirilən şəxslə razılaşmış və hazırda pulları olmadığı üçün ona çatacaq ümumilikdə 8000 manat pulu qısa müddətdə hissə-hissə verəcəklərini bildirdikdə, Orxan buna etiraz etməmişdir. Daha sonra o və Mürsəl yaşadıqları kəndə qayıdaraq pul toplamağa başlamışlar. 02 yanvar 2022-ci il tarixdə 2500 manat pul düzəldib Orxana zəng etmiş və həmin günü saat 22 radələrində Masallı rayonu, Qızılavar kəndi ərazisində yerləşən “Tuba” tibb klinikasının qarşısında Orxanla tək görüşüb həyat yoldaşının pensiyasını düzəltməsi üçün 2500 manat pul ona vermişdir. 04 yanvar 2022-ci il tarixdə kürəkəni Mürsəl ona zəng edərək Orxana çatacaq pulun bir qismini, yəni 3500 manatını düzəltdiyini və bu barədə Orxana zəng edib dediyini, avtomobili olmadığı üçün həmin pulu ona məxsus avtomobillə Orxana aparıb verməsini xahiş etmişdir. O da, Mürsəldən 3500 manat pulu götürüb həmin günü saat 11 radələrində Masallı şəhəri H.Əliyev prospektində yerləşən Masallı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin qarşsında Orxanla görüşüb ona vermişdir. Bundan iki gün sonra, yəni 06 yanvar 2022-ci il tarixdə Mürsəl yenə ona zəng edib Orxana pensiya düzəltmək üçün çatacaq qalan 2000 manat pulu da düzəltdiyini və həmin pulu da ondan götürüb aparıb Orxana verməysni yenə xahiş etmişdir. Həmin günü o, 2000 manat pulu Mürsəldən götürüb Orxanla danışdıqdan sonra Masallı rayonu, Qızılavar kəndi ərazisində yerləşən “Tuba” tibb klinikasının qarşısında təxminən saat 18 radələrində yenidən tək Orxanla görüşüüb Mürsəlin verdiyi qalıq 2000 manat pulu da ona vermişdir. Bir müddət o və kürəkəni gözləsə də, Orxandan xəbər çıxmadığı üçün onun istifadəsində olan mobil telefon nömrələrinə zəng etmiş, Orxan da hər dəfəsində narahat olmamağı, uzağı aprel ayına kimi pensiyaları düzələcəyini demişdir. Lakin deyilən vaxtda pensiyaların düzəlmədiyini, Orxanın onu və Mürsəli aldatdığını görüb ondan pullarını tələb etməyə başlamışlar. Bundan sonra 2022-ci ilin sentyabr ayında Orxan kürəkəni Mürsələ məxsus pulun 2000 manatını Masallı şəhəri ərazisində yerləşən “Kapital Bankın” qarşısında Mürsələ qaytarmışdır. Daha sonra Orxan telefonları söndürdüyü üçün onunla əlaqə saxlaya bilməmiş və barəsində şikayət etmək qərarına gəlmişdir. Şikayət etdikdən sonra Orxan qorxduğu üçün ondan aldığı 2500 manat pulu 2022-ci ilin dekabr ayının axırlarında geri qaytarmışdır. Orxan aldığı 2500 manat pulu ona tam qaytarsa da, lakin hal-hazırki vaxta kimi kürəkəni Mürsələ məxsus qalan 3500 manat pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası olmadığını və onunla barışdığını qeyd edib, barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Təklə kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə ona pensiya düzəltmə işinə baxdığını demişdir. xx.xx.2021-ci il tarixdə yaşadığı Masallı rayonu, Kolatan kəndində olduğu zaman həmkəndlisi Zərərçəkmiş şəxs2lə görüşüb söhbət edərkən Vasif ona arvadı Gülzadənin aldığı pensiyanın dayandırıldığı üçün ona yenidən pensiya düzəltmək istədiyini bildirmiş və pensiya düzəltmək işinə baxan hər hansı bir tanışının olub-olmadığını soruşmuşdur. Həmin vaxt o, Vasifə pensiya düzəltmək işinə baxan Masallı rayonu, Təklə kənd sakini Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, bu barədə həmin şəxslə danışacağını, əgər pensiya düzəltmə işini öhtəsinə götürərsə ona xəbər edəcəyini demişdir. Bundan sonra o, Orxanın mobil telefonuna zəng edib bu barədə ona dedikdə, Orxan pensiya düzəldə biləcəyini bildirmişdir. Sonra xx.xx.2021-ci il tarixdə saat 17 radələrində həmkəndlisi Vasifə zəng edərək tanışı Orxan adlı şəxslə arvadı Gülzadəyə pensiya düzəltməsi barədə danışıb razılıq aldığını, hazırda Orxanla Kolatan kəndində yerləşən “Kolatan” marketin qarşısında olduğunu və həmin yerə gəlib orada özünün bu barədə Təqsirləndirilən şəxslə ərtaflı danışmasını bildirmişdir. Vasif bundan qısa müddət sonra qohumu Şahid2lə birlikdə “Kolatan” marketin qarşısına gəlib orada Təqsirləndirilən şəxslə görüşmüşdür. Söhbət zamanı Orxan onun və Allahşükürün yanında Zərərçəkmiş şəxs2 pensiya düzəltmə işinə baxdığını, buna görə də arvadı Gülzadəyə pensiya düzəldə biləcəyini, lakin 2700 manat pulun lazım olduğunu və həmin miqdarda pulu əvvəlcədən ona verməsini demişdir. Həmin vaxt X19 hazırda üzərində 1500 manat pul olduğunu, 1500 manat pulu indi, qalan 1200 manat pulu isə dekabr ayının əvvəllərində verə biləcəyini bildirmiş, Orxan da onunla razılaşmışdır. Vasif 1500 manat pulu Orxana verməzdən əvvəl ona həmkəndliləri olan Ağazədə Cəfərov və arvadı Səadətin də pensiyasının dayandırıldığını demiş və həmin şəxslərə də yenidən pensiya düzəldə bilib-bilməməsini soruşmuşdur. Orxan həmin şəxslərə də pensiya düzəldə biləcəyini deyərək Ağazadəni çağırmasını xahiş etmişdir. Bundan sonra Vasif mobil telefonla Ağazadəyə zəng edib onu “Kolatan” marketin yanına çağırmışdır. Ağazadə gəldikdən sonra onların yanında Orxanla görüşüb danışmış və həmin vaxt Orxan Ağazadədən ona və arvadı Səadətə pensiya düzəltmək üçün 2900 ABŞ dolları pul istəmişdir. Ağazadə Orxana hazırda üzərində 1000 ABŞ dolları pul olduğunu, həmin məbləğdə pulu indi verə biləcəyini, 1900 ABŞ dolları pulu da qısa zamanda düzəldib verəcəyini demiş və onlar razılaşmışdır. Bundan sonra əvvəlcə Zərərçəkmiş şəxs2 1500 manat, sonra isə Zərərçəkmiş şəxs3 1000 ABŞ dolları pulu çıxardıb Təqsirləndirilən şəxs vermişdir. Orxan həmin şəxslərdən pulları alıb cibinə qoyaraq onlara narahat olmamaqlarını, pulun qalan hissəsini də verdikdən sonra 6 ay müddətində pensiya düzəldəcəyi vədini verərək sağollaşıb getmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdə olduğu vaxt Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək Zərərçəkmiş şəxs2 qalan 1200 manat pulu da düzəltdiyini və həmin pulu Vasifdən almaq üçün birlikdə yenə Kolatan kəndində yerləşən “Kolatan” marketinin qarşısına getməyi ondan xahiş etmişdir. O, Orxanın xahişini nəzərə alıb onunla birlikdə “Kolatan” marketin qarşısına getmiş və Orxan marketin qarşısında Zərərçəkmiş şəxs2lə görüşüb ondan pensiya düzəltmək üçün qalan 1200 manat pulu da almışdır. Bundan başqa yenə 2021-ci ilin dekabr ayında dəqiq xatırlamadığı gündə qonşu kənd olan Masallı rayonu, Xanalion kəndində olduğu zaman həmin kənd sakini tanışı Zərərçəkmiş şəxs4 görmüşdür. Söhbət əsnasında Zərərçəkmiş şəxs4 ona həyat yoldaşı Rəvayət xəstə olduğundan xəstəliyi ilə əlaqədar ona pensiya düzəldə bilmədiyini demişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs4 də köməklik etmək məqsədilə ona da pensiya düzəltmə işi ilə məşğul olan Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu bildirmişdir. Rahim ondan Təqsirləndirilən şəxs adlı şəxslə onu tanış etməsini xahiş etdikdə, o, buna etiraz etməmişdir. O, bu barədə Orxana zəng edib bildirdikdən bir neçə gün sonra, yəni 2021-ci ilin axırlarında dəqiq tarixini xatırlamadığı gündə Masallı şəhəri Xətai parkı adlanan ərazidə yerləşən “məşğulluq” idarəsinin qarşısında Təqsirləndirilən şəxs onun yanında Zərərçəkmiş şəxs4 və həmin vaxt Rahimlə gəlmiş qohumu Zərərçəkmiş şəxs5la görüşmüşdür. Orada Təqsirləndirilən şəxslə həmin şəxsləri tanış etdikdən sonra o, Rahimə pensiya düzəltmə işinin özlərinin Orxanla danışmasını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 Orxana həyat yoldaşı Rəvayətin və kürəkəni Mürsəlin pensiyalarının kəsilməsi barədə məlumat verərək ona bununla bağlı üzərində olan bəzi sənədləri göstərmişdir. Orxan sənədlərə baxıb pensiya düzəldə biləcəyini, lakin Rəvayətə pensiya düzəltmək üçün 2500 manat, kürəkəni Mürsələ isə 5500 manat pulun lazım olacağını bildirmişdir. İlk əvvəl Rahim və Mürsəl Orxana dediyi qiymətin baha olduğunu desələr də, Orxan bundan aşağı qiymətə edə bilməyəcəyini və həmin məbləğdə pulu verdikdən sonra 3 ay müddətində pensiyaları düzəldəcəyini vəd etmişdir. Rahim və Mürsəl Təqsirləndirilən şəxslə razılaşaraq hazırda üzərlərində pulları olmadığı üçün ona çatacaq ümumilikdə 8000 manat pulu qısa müddətdə hissə-hissə verəcəklərini bildirmiş, Orxan da buna etiraz etəyib onlarla razılaşmışdır. Bundan sonra baş verənlərdən onun xəbəri olmamışdır. Sonradan aldığı məlumata görə Təqsirləndirilən şəxs pensiya düzəltmək üçün Zərərçəkmiş şəxs4 2500 manat, Zərərçəkmiş şəxs5 5500 manat, Zərərçəkmiş şəxs2 2700 manat və Zərərçəkmiş şəxs3 ümumilikdə 2900 ABŞ dolları pulu hissə-hissə alsa da, verdiyi vədlərə əmələ etməyib həmin şəxsləri aldadıb pullarını ələ keçirmişdir. O, Orxanı pensiya düzəltməsi üçün həmin şəxslərdən başqa digər şəxslərlə tanış etməmişdir. O, Orxana inanıb etibar etdiyi üçün onu həmin şəxslərlə tanış etmişdir. Orxan həmin şəxsləri aldadacağını qabaqcadan ona deməmiş və aldığı pullardan ona verməmişdir. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Təklə kənd sakini Təqsirləndirilən şəxs əvəllər tanımamış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı Masallı rayonu, Kolatan kəndində yerləşən evində olduğu vaxt qohumu Zərərçəkmiş şəxs2 mobil telefonuna zəng edərək həmkəndliləri olan Şahid1 ona zəng edərək tanışı Orxan adlı şəxsin arvadı Gülzadəyə pensiya düzəltmək üçün Masallı rayonu, Kolatan kəndində yerləşən “Kolatan” marketin qarşısına gəldiyini demiş və həmin yerə onunla birlikdə getməyi xahiş etmişdir. O da, yaşadığı evdən çıxıb qohumu Zərərçəkmiş şəxs2lə birlikdə “Kolatan” marketin qarşısına getmişdir. Marketin qarşısna çatan zaman orada həmkəndlisi Mirbaba İsyaevin və Orxan adlı şəxsin olduğunu görmüşdür. Zərərçəkmiş şəxs2 Orxanla görüşüb söhbət edən zaman Orxan onun və Mirbabanın yanında Vasifə pensiya düzəltmə işinə baxdığını, buna görə də arvadı Gülzadəyə pensiya düzəldə biləcəyini, lakin bunun üçün 2700 manat pulun lazım olduğunu və həmin miqdarda pulu əvvəlcədən ona verməsini demişdir. Həmin vaxt Vasif Oraxana 2700 manat pulu olmadığını, hazırda üzərində 1500 manat pul olduğunu, 1500 manat pulu indi, qalan 1200 manat pulu isə düzəldib dekabr ayının əvvəllərində ona verəcəyini bildirmiş və Orxan da hissə-hissə iki dəfəyə pulu Vasifdən almağa razılaşmışdır. Vasif 1500 manat pulu Orxana verməzdən əvvəl ona həmkəndliləri olan Ağazədə Cəfərovla arvadı Səadətin də pensiyasının dayandırıldığını demiş və həmin şəxslərə də pensiya düzəldə bilib-bilməməsini ondan soruşmuşdur. Orxan həmin şəxslərə də pensiya düzəldə biləcəyini deyərək Ağazadəni çağırmasını xahiş etmişdir. Bundan sonra Vasif mobil telefonla Ağazadəyə zəng edib onu “Kolatan” marketin yanına çağırmışdır. Ağazadə gəldikdən sonra orada Orxanla görüşüb danışmış və həmin vaxt Orxan Ağazadədən ona və arvadı Səadətə pensiya düzəltmək üçün 2900 ABŞ dolları pul istəmişdir. Ağazadə Orxana hazırda üzərində 1000 ABŞ dolları pul olduğunu, həmin məbləğdə pulu indi verə biləcəyini, 1900 ABŞ dolları pulu da qısa zamanda düzəldib verəcəyini demiş və Orxan da onunla razılaşmışdır. Sonra həmin vaxt Zərərçəkmiş şəxs2 1500 manat, Zərərçəkmiş şəxs3 isə 1000 ABŞ dolları pulu çıxardıb Orxana vermişdir. Orxan pulları aldıqdan sonra onlara narahat olmamaqlarını, pulun qalan hissəsini də ona verdikdən 6 ay sonra onların pensiya işini düzəldəcəyini demişdir. Bundan sonra baş verənlərdən onun xəbəri olmamışdır. Sonradan qohumu Vasifdən aldığı məlumata görə Təqsirləndirilən şəxs pensiya düzəltmək üçün ondan əlavə olaraq 1200 manat, Zərərçəkmiş şəxs3 isə 1900 ABŞ dolları pul alsa da, verdiyi vədlərə əmələ etməyib pensiya işini düzəltməmiş, onları aldadıb pullarını ələ keçirmişdir. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Təklə kənd sakini Təqsirləndirilən şəxs təxminən 3 ildir tanıyır, onunla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin yanvar ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə yaşadığı Masallı şəhərində yerləşən özünə məxsus evdə olduğu vaxt tanışı Masallı rayonu, Kolatan kənd sakini Zərərçəkmiş şəxs3 yaşadığı evə gələrək Təklə kənd sakini Təqsirləndirilən şəxslə ona və arvadı Səadət Məmmədovaya 2900 ABŞ dolları pulun müqabilində pensiya düzəltməsi barədə razılıq əldə etdiyini, 1000 ABŞ dolları pulu xx.xx.2021-ci il tarixdə Masallı rayonu, Kolatan kəndində Orxana verdiyini, 1900 ABŞ dolları pulu isə bu gün Orxana vermək istəsə də, Orxan Bakı şəhərində olduğundan Masallı şəhərinə bir az gec gələcəyindən pulu Orxana vermək üçün ona gətirdiyini demiş və həmin pulu Orxana verməsi ondan xahiş etmişdir. O, Ağazadə ilə Orxanı tanıdığı üçün 1900 ABŞ dolları pulu Ağazadədən götürüb Orxana verməyə heç bir etiraz etməmişdir. Həmin günü təxminən saat 17 radələrində yaşadığı evdə olduğu vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə gəlib onu çağırmışdır. O, həyətə düşüb Orxanla salamlaşdıqdan sonra sonuncu ondan Ağazadənin ona çatacaq 1900 ABŞ dolları pulu verməsini demiş, o da, Orxana 1900 ABŞ dolları pulu verməzdən əvvəl onun yanında Ağazadəyə zəng edib Orxanın gəldiyini və ona verdiyi 1900 ABŞ dolları pulu Orxana verib-verməməsini bir daha soruşmuşdur. Həmin vaxt Ağazadə ona heç bir problemin olmadığını, pulu Orxana verməsini bir daha xahiş etmişdir. Bundan sonra o, 1900 ABŞ dolları pulu yaşadığı evin həyətində Təqsirləndirilən şəxs vermişdir. Orxan ondan pulu aldıqdan sonra yaşadığı evin həyətini tərk edib getmişdir. Sonra baş verənlərdən xəbəri olmamışdır. Sonradan Ağazadədən aldığı məlumata görə Təqsirləndirilən şəxs pensiya düzəldəcəyi adı ilə ondan ümumilikdə 2900 ABŞ dolları pul alsa da, verdiyi sözə əməl etməyib pullarını ələ keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 286 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs X9 ilə birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X12 və X13 adlı əkiz uşaqları vardır. İş materiallarında olan uşağın inkişaf tarixi kitabçalarından görünür ki, xx.xx.2019cu il təvəllüdlü X12 və X13 perinatal hipoksik ensefalopatiya (qıcolma tutmaları ilə) diaqnozu ilə Bakı şəhərində Perinatal Mərkəzdə qeydiyyatda olmaqla müalicə alırlar. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs gözdən İİ qrup əlildir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(050)-62/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 3-13-9712- 1250/2024 saylı 12 yanvar 2024-cü il tarixli məktub məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə Masallı Rayon Polis Şöbəsinə könüllü gəlmiş və saxlanılaraq MSY-yə təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini CM-in 59.1.14-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və İİ qrup əlil olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri tutulursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alıb, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdən 22 yanvar 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinəyət əməli nəticəsində vurulmuş maddi ziyana görə 2300 manat tutulalaq Zərərçəkmiş şəxs1, 2700 manat tutularaq Zərərçəkmiş şəxs2, 4930 manat tutularaq Zərərçəkmiş şəxs3, 3500 manat tutularaq Zərərçəkmiş şəxs5 və 3000 manat tutularaq Zərərçəkmiş şəxs6 ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Həmçinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək vurulmuş ziyanın bir qisminin Təqsirləndirilən şəxs atası tərəfindən ödənildiyini qeyd edib, mülki iddianın qismən təmin edilməsini və Təqsirləndirilən şəxs cinəyət əməli nəticəsində vurulmuş maddi ziyana görə 1100 manat tutulalaq Zərərçəkmiş şəxs1, 1400 manat tutularaq Zərərçəkmiş şəxs2, 2430 manat tutularaq Zərərçəkmiş şəxs3, 2000 manat tutularaq Zərərçəkmiş şəxs5 və 1500 manat tutularaq Zərərçəkmiş şəxs6 ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs mülki iddianı qismən qəbul edərək, borclu qaldığı məbləğlər hissəsində təmin olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməl nəticəsində zərərçəkmiş şəxslərə maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddia qismən təmin edilməklə Təqsirləndirilən şəxs 1100 manat və ödənilmiş dövlət rüsumunun məbləği 30 manat alınaraq Zərərçəkmiş şəxs1, 1400 manat alınaraq Zərərçəkmiş şəxs2, 2430 manat alınaraq Zərərçəkmiş şəxs3, 2000 manat alınaraq Zərərçəkmiş şəxs5 və 1500 manat alınaraq Zərərçəkmiş şəxs6 ödənilməlidir. İş üzrə məhkəmə xərclərinin və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdən 22 yanvar 2024-cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 3000 (üç min) manat miqdarda cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 1100 (bir min yüz) manat və ödənilmiş dövlət rüsumunun məbləği 30 (otuz) manat alınaraq Zərərçəkmiş şəxs1, 1400 (bir min dörd yüz) manat alınaraq Zərərçəkmiş şəxs2, 2430 (iki min dörd yüz otuz) manat alınaraq Zərərçəkmiş şəxs3, 2000 (iki min) manat alınaraq Zərərçəkmiş şəxs5 və 1500 (bir min beş yüz) manat alınaraq Zərərçəkmiş şəxs6 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar