Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-200/2023 04.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1981-ci il tarixdə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(99)-369/18 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 05 il 01 aya endirilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 1 il 1 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 21 iyul 2023-cü il tarixdə, saat 20 radələrində Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Qızılavar kəndi ərazisində saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi:- 57,646 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə olan qurudulmuş marixuana almaq məqsədilə Lənkəran şəhərinə getmiş və “Ləvəngi dairə” deyilən yerdə bir qədər piyada hərəkət etdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsdən bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuananı 50 manata almışdır. Sonra həmin bükümü əynində olan şalvarının sağ yan cibinə qoyaraq yaşadığı Masallı rayonu, Qızılavar kəndinə qayıtmışdır. Kənddə piyada yaşadığı evin yerləşdiyi istiqamətdə hərəkət edən zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Masallı RPŞ-nin Boradigah PB-nin polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları ilə birlikdə X8 getmişdir. Polis bölməsində Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Xalid Qurbanov ona qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis bölməsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi kimi dəvət olunmuşdur. Sonra baş təhqiqatçı Xalid Qurbanov onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirərək, ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsini təklif etdikdə, o, əynində olan şalvarın sağ yan cibindən qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuananı çıxardıb təqdim etmişdir. Daoa sonra baş təhqiqatçı Xalid Qurbanov tərəfindən onun üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra baş təhqiqatçı Xalid Qurbanov tərəfindən təqdim etdiyi qara rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 72 qram olduğu müəyyən olunmuşdur. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində mümkün qədər cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik maddələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin Boradigah PB-nin rəisinə məruzə edilmiş və rəis tərəfindən əməliyyattəhqiqat qrupu yaradılmışdır. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılavar kəndi ərazisində piyada hərəkət etməsi barədə məlumat əldə edib polis əməkdaşları ilə birlikdə həmin əraziyə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə gəzdirməsini, qəbulunda şübhəli olmasını bildirərək X11 dəvət etmişlər. Polis bölməsində baş təhqiqatçısı Xalid Qurbanov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Sonra baş təhqiqatçı Xalid Qurbanov tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya varsa iştirakçılara təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan şalvarın sağ yan cibindən qara rəngli sellofana bükülmüş bükülü çıxardıb təqdim etmişdir. Daha sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2023-cü il tarixdə günortadan sonra Lənkəran şəhərində tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı Xalid Qurbanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Sonra baş təhqiqatçı Xalid Qurbanov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qara rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisinin 72 qram olduğu müəyyən olunmuş, kağız zərfə qoyulub qablaşdırılmış və üzərinə imzalar edilmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PBnin sahə polis nəfəri Şahid2 və cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra ifadəsi elan olunmuş Masallı RPŞ-nin Boradigah PB-nin sahə polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Masallı RPŞ-nin Boradigah PB-nin sahə polis nəfərləri Şahid3 və Şahid2 və Masallı RPŞ-nin Kriminalistik TK-nin baş inspektor kriminalisti, polis baş leytenantı X5 iştirakları ilə Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı X6 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bağlama çıxarıb təqdim edərək, həmin sellofan bağlamada “nəşə”, yəni narkotik maddə qurudulmuş marixuana olduğunu, Lənkəran şəhərində tanımadığı şəxsdən 50 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzidə çəkilmiş, ümumi təmiz çəkisinin 72 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış, Masallı RPŞ-nin Boradigah PB-nin 107 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 22 iyul 2023-cü il tarixli 19/750 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq 1 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd torbada təmiz çəkisi:-57,646 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Marixuananın təmiz çəkisi-57,646 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-57,546 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 24 iyul 2023-cü il tarixli 762 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Ağayev X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(99)-369/18 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 05 il 01 aya endirilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 1 il 1 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır (eyni xarakterli) cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, cinayətin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Masallı rayon İcra və Probasiya Şöbəsinin 28 avqust 2023cü il tarixli, 2-539/23-62-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasına dair Masallı Rayon Məhkəməsinin 7(050)-157/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş, sınaq müddəti xx.xx.2023-cü il tarixdə başa çatır. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü müddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci müddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından görünür ki, Ağayev X10 Rayon Məhkəməsinin 7(050)-157/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad edilməsi dövründə, cəzanın çəkilməmiş hissəsi ərzində yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 7(050)- 157/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 1 il 1 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda əvvələr də eyni xarakterli cinayət əməli törətdiyi üçün məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və ya götürülməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi və onun cəzasının çəkilməmiş qalan 1 il 1 ay 14 gün şərti olaraq vaxtından əvvəl azad edilməsinin ləğv olunaraq, ona CM-nin 67-ci maddəsinə əsasən qəti cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 23 iyul 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Həmçinin, Masallı Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 1(050)-200/2023 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 57,546 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(050)-157/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 14 (on dörd) gün şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(050)-157/2022 saylı qərarı ilə çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 14 (on dörd) gün azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə, ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 57,546 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-200/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-200/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver