Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-200/2025 04.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1984-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla Masallı şəhəri H.Əliyev prospekti bina 38, mənzil 15-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Masallı rayonu, Göyəçöl kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs 15000,0 manat pulun müqabilində Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin Masallı rayon X17 Hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayının sonlarında saat 14 radələrində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Kənd Təsərrüfatı Nazirliyinin X24 Mərkəzinin (DAİM) inzibati binasının yaxınlığında 2000,0 manat və 2023-cü ilin oktyabr ayının əvvəllərində saat 16 radələrində Masallı şəhəri “Bayraq meydanının” yaxınlığında yerləşən “Elçin” adlı şəxsin ərzaq dükanının qarşısında 13000,0 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 15000,0 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxsla DİN Baş Mühafizə İdarəsinin X12 Şöbəsində birlikdə işləmişlər. Zərərçəkmiş şəxs ona Fövqəladə Hallar Nazirliyində işləmək istədiyini bildirmişdir. O, da X14 Nazirliyinin Suraxanı rayon İdarəsinin rəisi vəzifəsində işləyən Vüqar adlı şəxsin tanışı olduğunu demiş və ondan Sahilin işə düzəlməsinə köməklik göstərməsini xahiş edəcəyini bildirmişdir. Bir müddət keçəndən sonra o, X7 Hallar Nazirliyində işə düzəlməsinə köməklik göstərməsini xahiş etmişdir. Vüqar da onunla razılaşmışdır. Bundan sonra o, Sahili Vüqarın yanına göndərmişdir. X18 Nazirliyində işə qəbul qaydalarının bütün prosesindən keçmişdir. Sahilin işə düzəldilməsi üçün Vüqar ona 15000 manat pul lazım olduğunu bildirmişdir. O, bununla bağlı Sahilin qohumu “Hacı” deyə müraciət etdikləri Şahid3la danışmışdır. O, heç bir problemin olmadığını demişdir. Şahid3 ona pul vermiş o da həmin pulu Vüqara göndərmişdir. Sahilin işə düzəlməsi barədə əmri gəlmədiyindən aralarında narazılıq yaranmış və Sahil pulunu geri istəmişdir. O, da Vüqardan pulu geri tələb etmişdir. Vüqar müxtəlif vaxtlarda pulu hissə-hissə Sahilin ona verdiyi kart hesabına ataraq çeki ona göndərmişdir. 2024-cü ilin dekabrında pulun çox hissəsini qaytarmış, qaytarılmamış 4900 manat qalmışdır. 2025-ci ilin aprel ayında Sahilin qohumu Pərvin adlı şəxsin vasitəsilə Sahilə 4900 manat pulu qaytarmışdır. Sonrakı məhkəmə iclasında ifadəsinin davamında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın tam şəkildə ödənildiyini aralarında barışıq əldə olunduğunu göstərmiş, buna görə də barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə DİN Baş Mühafizə İdarəsinin X12 Şöbəsində birlikdə işləmişdir. Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyində işləmək istədiyini bildirmişdir. Aralarında olan söhbət əsnasında Rasim ona Fövqəladə Hallar Nazirliyində tanışının olduğunu və onu işə düzəldə biləcəyini demişdir. O, da bununla bağlı dayısı Şahid3 bildirmişdir. X22 arasında onun Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəməsi ilə bağlı söhbət olmuşdur. Buna görə Rasimə 15000 manat pul verilmişdir. Rasim onlara 3-4 ay ərzində Fövqəladə Hallar Nazirliyində işinin düzələcəyini bildirmişdir. Sonra o, Fövqəlada Hallar Nazirliyinə işə qəbulla bağlı prosedurlardan keçmişdir. Lakin işə qəbul olunması ilə bağlı əmri verilməmişdir. Əmri verilmədiyinə görə Rasimlə aralarında narazılıqlar yaranmışdır. Sonrakı məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam şəkildə ödədiyini ona qarşı heç bir şikayət və tələbinin olmadığını aralarında barışıq əldə olunduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Fövqəladə Hallar Nazirliyinin X25 Xilasetmə Xidmətinin Əməyin təhlükəsizliyi və mühafizə işinin təşkili şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs çoxdan tanıyır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, heç vaxt görməmiş, yalnız Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi başlanıldıqdan sonra tanımışdır. Sözügedən cinayət təqibi ilə bağlı o, Masallı Rayon Polis şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. Fövqəladə Hallar Nazirliyinin X19 Xidmətinin Suraxanı rayon Yanğın Muhafizə Xidmətinin rəis vəzifəsində işlədiyi vaxtda guya Sahil yanında olub. O, Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyində işə düzəlməsi ilə bağlı heç kimə vəd verməmiş, nə də ki, onun işə düzəldilməsi ilə bağlı heç kimdən pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qohumu Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyində işə düzəldilməsi üçün 15000 manat pul Təqsirləndirilən şəxs verilmişdir. Həmin pul Təqsirləndirilən şəxs iki dəfəyə verilmişdir. Belə ki, pulun 2000 manatını Sahil vermişdir. Digər 13000 manatı Masallı şəhərində “Bayraq meydanı”nın yaxınlığında şəxsən əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək qohumu Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyində işə düzəldə bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumudur və eyni zamanda aralarında dostluq münasibətləri vardır. Təxminən iki il əvvəl Zərərçəkmiş şəxs ona iş yoldaşı Təqsirləndirilən şəxs X17 Xidmətinin Masallı rayon X17 Hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlmək üçün ondan iki dəfəyə ümumilikdə 15000 manat pul aldığını bildirmişdir. 2025-ci ilin mart ayında Sahil onunla telefon əlaqəsi saxlayıb Bakı şəhərində olduğunu, Təqsirləndirilən şəxs onu vəd etdiyi yanğınsöndürən vəzifəsinə işə düzəltmədiyini və Rasimlə görüşüb ona verdiyi 15000 manat pulun 4900 manatını alıb aparıb anasına verməyini demişdir. Bundan sonra o, həmin günü Masallı rayonu Musaküçə kəndi ərazisində yerləşən “Cənub 77” restoranında Təqsirləndirilən şəxslə görüşmüşdür və Rasimdən 4900 manat pulu alıb, Göyəçöl kəndində Sahilin anası Zeynəb Həsənovaya vermişdir. Bir müddət sonra o, Zərərçəkmiş şəxs qalan pullarını Təqsirləndirilən şəxs ala bilmədiyini və buna görə də Rasimin barəsində şikayət etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və ona qarşı heç bir ədavəti olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o 2017-ci ilin yanvar ayından 2024-cü ilin oktyabr ayına kimi DİN-nin Baş Mühafizə İdarəsinin X12 Şöbəsində polis nəfəri, 2024-cü ilin oktyabr ayından isə hazırki vaxtadək Masallı RPŞ-nin Boradigah PB-də sahənin polis nəfəri vəzifəsində işləyir. X12 Şöbəsində işləyərkən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun iş yoldaşları olmuşdur və həmin şəxslərlə arasında heç bir ədavət olmamışdır. 2023-cü ilin sentyabr ayının sonlarında dəqiq xatırlamadığı gündə saat 10 radələrində o, Masallı ASAN xidmətin inzibati binasında iş yoldaşı Zərərçəkmiş şəxsla birlikdə xidmətdə olduğu vaxtı Sahilə zəng edildiyi üçün ASAN xidməti tərk edib harasa getmişdir və təxminən yarım saatdan sonra yenidən yanına gəlmişdir. Sahil yanına qayıtdıqdan sonra ondan haraya getdiyini soruşmuşdur. Həmin vaxtı Sahil ona ASAN xidmətin həyətində olan Kapital Bankın qarşısında hər ikisinin iş yoldaşı olan Təqsirləndirilən şəxslə görüşdüyünü, mühafizə işindən çıxıb X17 Xidmətinin Masallı rayon X17 Hissəsinə keçmək istədiyini, buna görə də Rasimlə danışıb söhbət etdiyini və Rasimin həmin işə onu 15000 manat pulun müqabiləndə düzəltməsinə danışıb razılıq əldə etdiyini bildirmişdir. Bundan təxminən bir ay sonra o, Sahil ilə yenə birlikdə xidmətdə olduğu zaman ondan Masallı DYMH-nə işə düzəlmək məsələsinin nə yerdə qaldığını soruşduq da, Sahil ona bununla bağlı Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda ümumilikdə 15000 manat pul verdiyini və yaxın müddətdə Masallı rayon DYMH-nə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyini demişdir. Təxminən bir il sonra Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs onu vəd etdiyi işə düzəltmədiyini və aldadıb 15000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs FHN-nin DYMX-nin Masallı rayon DYMH-nə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində Təqsirləndirilən şəxslə heç bir söhbət aparmamış, ona vasitəçi olmamış və Rasimdən 750 manat “zəhmət haqqı” almamışdır. Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs aldadıb 15000 manat pulunu ələ keçirmişdir, törətdiyi cinayət əməlini başqalarının üstünə atmaq üçün adını hallandırmışdır və buna görə də ona böhtan atmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: ● xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs üzünə 2023-cü ilin sentyabr-oktyabr aylarında dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs ona zəng etdiyini, iş yoldaşı Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini və ona köməklik göstərməsini xahiş etdiyini, o, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəxsən köməklik göstərə bilməyəcəyini lakin Sahilin FHN-də işə düzəlməsindən ötrü FHN-nin Baş Kadrlar İdarəsinə müraciət etməsini bildirməsini, Təqsirləndirilən şəxs Şahid1 üzünə “sən bəzi şeyləri düz danışmırsan 2023-cü ilin sentyabr-oktyabr aylarında tanışı Zərərçəkmiş şəxs işə yəni FHN-nin DYMX-nin Masallı rayon Yanğından mühafizə Xidmətinə yanğınsöndürən vəzifəsinə düzəldəcəyinə köməklik edəcəyini bildirib məndən 15000 manat pul almısan” ifadəsini işlətmişdir. ● xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə FHN-nin DYMX-nin Masallı Rayon DYMH-nə yanğınsöndürən vəzifəsində işə düzəldəcəyinə vəd verərək ümumilikdə 15000 manat pul almasını, lakin verdiyi vədə əməl etməyərək onu aldadıb pulunu ələ keçirmək niyyətinin olduğunu başa düşdükdən sonra verdiyi pulu geri tələb etdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə FHN-nin DYMX-nin Masallı Rayon DYMH-nə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə vəd verərək ümumilikdə ayrı-ayrı vaxtlarda 15000 manat pul aldığını həmin pulları Suraxanı rayonunda Vüqar adlı şəxsə verdiyini, işə qəbul məsələsinin uzun çəkdiyi üçün Zərərçəkmiş şəxs pulunu geri tələb etməsini, o, da ayrı-ayrı vaxtlarda 15000 manat pulu hissə-hissə Zərərçəkmiş şəxs geri qaytardığını bildirmişdir. ● xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Şahid1 üzünə Təqsirləndirilən şəxs işə düzəlməsi üçün ondan 15000 manat pul aldığını, Şahid1 tanımadığını və adını eşitmədiyini bildirmiş, Şahid1 Zərərçəkmiş şəxs üzünə onun Təqsirləndirilən şəxs ilə arasında Zərərçəkmiş şəxs 15000 manat pulun müqabilində FHN-nin DYMX-nin Masallı Rayon DYMH-nə yanğınsöndürən vəzifəsinə işə düzəltməsi ilə bağlı hər hansı danışığı olmadığını demişdir. ● xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs üzünə o, 2023-cü ilin sentyabr ayının sonlarında Masallı “Asan xidməti”n inzibati binasında Zərərçəkmiş şəxsla birlikdə xidmətdə olduqları zaman Sahilə zəng gəldiyi üçün “Asan xidməti” tərk edib getmiş, təxminən yarım saat sonra yenidən yanına gəlmiş, Sahil ona “Asan xidməti”n həyətində yerləşən "xxxx" ASC-nin yanında Təqsirləndirilən şəxslə görüşdüyünü, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs FHN-nin DYMX-nin Masallı Rayon DYMH-nə yanğınsöndürən vəzifəsinə işə düzəltmək üçün 15000 manat pulun müqabilində danışıb razılıq əldə etdiyini bildirmiş, hadisədən təxminən bir ay sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs işə düzəlməsi üçün ayrı-ayrı vaxtlarda 15000 manat pul verdiyini yaxın müddətdə FHN-nin DYMX-nin Masallı Rayon DYMH-nə yanğınsöndürən vəzifəsinə düzələcəyini bildirmiş, hadisədən təxminən 1 il sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu aldadaraq 15000 manat pulunu ələ keçirtdiyini bildirmiş, Təqsirləndirilən şəxs Şahid2 üzünə o, Zərərçəkmiş şəxs FHN-nin DYMX-nin Masallı Rayon DYMH-nə yanğınsöndürən vəzifəsinə işə düzəltməyi üçün ayrı-ayrı vaxtlarda 15000 manat pul aldığını və pulu Vüqara verdiyini bildirmişdir. ● xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs üzünə onun Zərərçəkmiş şəxs 15000 manat pul müqabilində FHNnin DYMX-nin Masallı Rayon DYMH-nə yanğınsöndürən vəzifəsinə işə düzəltməyə heç bir problem olmadığını bildirmiş, 15000 manat pulun 2000 manatını Zərərçəkmiş şəxs özü tək vermiş, qalan 13000 manatı Masallı şəhərində “Bayraq meydanı”nın yaxınlığında Ərzaq dükanının qarşısında şəxsən özü Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs Şahid3 üzünə ondan Zərərçəkmiş şəxs işə düzəltməsi üçün ayrı-ayrı vaxtlarda 15000 manat pul aldığını və həmin pulu ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs tam geri qaytardığını bildirmişdir. ● Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla Masallı şəhəri H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Masallı rayonu Göyəçöl kənd sakini Zərərçəkmiş şəxs FHN-nin DYMX-nin Masallı rayon DYMH-nə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq ondan 2023-cü ilin sentyabr ayının sonlarında Masallı şəhəri H.Əliyev prospektində yerləşən Kənd Təsərrüfatı Nazirliyinin X24 Mərkəzinin (DAİM) inzibati binasının yaxınlığında əvvəlcə 2000 manat, daha sonra isə 2023-cü ilin oktyabr ayının əvvəllərində Masallı şəhəri “Bayraq meydanı”nın yaxınlığında olan “Elçin” adlı şəxsin ərzaq dükanının qarşısında 13000 manat pul almışdır. Təqsirləndirilən şəxs həmin məqsəd üçün Zərərçəkmiş şəxs iki dəfə ümumilikdə 15000 manat pul almışdır və sonuncu dəfə 13000 manat pulu alan zaman orada Göyəçöl kənd sakini Şahid3 olmuşdur. Bundan başqa həmçinin keçirilmiş əməliyyat tədbirlər zamanı o da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməldə hər hansı bir kənar şəxslər iştirak etməmiş, əldə etdiyi 15000 manat puludan tanışları X4, Şahid1 və Şahid2 verməmiş və həmin şəxslərin bundan məlumatı olmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs qeyd edilən işə düzəlməsindən ötrü FHN-nin əməkdaşı olan Bakı şəhər sakini Şahid1la görüşüb söhbətlər aparmamış və onu tanımamışdır. Təqsirləndirilən şəxs əldə etdiyi pulun bir qismini sonradan Zərərçəkmiş şəxs geri qaytarmışdır. Ruslan Cəfərovun olduğu yer müəyyən edilmədiyindən dindirilməsi üçün istintaqa təqdim edilməsi mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs başqa şəxslərə qarşı da analoji əməllər törətməsinə dair hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. ●Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir ●xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ●xx.xx.2026-cı il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir. ●Masallı Rayon Mərkəzi X13 Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1- 60/2-1627/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Həsənov X10 Rayon Mərkəzi X13 Şəxsində psixo-nevroloji və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. ●Masallı Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmasına baxmayaraq Masallı şəhərində yaşayır. Masallı rayonu, Xırmandalı kəndində yaşadığı müddət ərzində onun barəsində məlumat daxil olmamışdır. ●Elektron çıxarışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. ●xx.xx.2025-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 ilə aralarında olan danışığı özündə əks etdirən 01 ədəd audio disk götürülərək cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahilərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tədbiq olunaraq onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini və öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladının olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsini, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladının olmasını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və öhdəsində 2 nəfər yetkinlik yaşına çatmayan övladının olduğundan və vurulmuş ziyan məbləğini tam ödədiyindən yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər təqsirləndirilən şəxsin əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş cinayət işi materiallarında saxlanan Təqsirləndirilən şəxs ilə Şahid1 arasında olan danışığı özündə əks etdirən 01 ədəd audio disk, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən 01 ədəd disk və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd disk ümumilikdə 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi hüquqi yardıma görə 11 saat vaxt sərf etmişdir. Ona görə də, 121 (bir yüz iyirmi bir) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut- cinayət işi materiallarında saxlanan Təqsirləndirilən şəxs ilə Şahid1 arasında olan danışığı özündə əks etdirən 01 ədəd audio disk, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən 01 ədəd disk və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd disk ümumilikdə 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi hüquqi xidmətə görə 121 (bir yüz iyirmi bir) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Qərar elan olunduqdan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-200/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-200/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver