Məhkəmə qərarları › İş №1(050)-201/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-201/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-201/2024 23.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1982-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Masallı Rayon Məhkəməsinin 25 aprel 2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götrülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 27 avqust 2024-cü il tarixdə, saat 18:26-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, Azərbaycan küçəsində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan boz rəngli cins şalvarının arxa sağ yan cibindən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,518 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 27 avqust 2024-cü il tarixdə narkotik vasitə əldə etmək üçün Lənkəran rayonu, Qumbaşı kəndinə getmiş və orada gəzərkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq narkotik maddə satdığını bildirmişdir. O da arada-bir narkotik maddə qəbul etdiyi üçün həmin şəxsə 20 manat pul verərək bir ədəd bükümdə metamfetamini alıb Masallı şəhərinə qayıtmışdır. 27 avqust 2024-cü il tarixdə Masallı şəhəri, Azərbaycan küçəsində piyada hərəkət etdiyi zaman Masallı Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamış, həmin əməkdaşlar özlərini ona təqdim etmiş və üzərində narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Saxlanıldığı yerdə videoçəkilişlə üzərində yoxlama aparılan zaman ona üzərində narkotik maddə varsa təqdim etməyi təklif olunmuş və o da əynində olan boz rəngli cins şalvarın arxa sağ yan cibindən 1 ədəd bükümdə metamfetamini çıxararaq təqdim etmişdir. Həmçinin əynində olan şalvarın sol arxa yan cibindən 1 ədəd 20 manatlıq pul əskinazı çıxararaq təqdim etmiş, üzərində yoxlama aparılmış, lakin başqa hər hansı bir əşya aşkar olunmamışdır. 20 manatlıq pul əskinazı ona qaytarıldıqdan sonra təqdim etdiyi metamfetamin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,58 qram olmuşdur. Sonra həmin metamfetamin 1 ədəd zərfdə qablaşdırılmış, o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Masallı RPŞ-nə gətirilmiş, polis şöbəsində təhqiqatçı tərəfindən müəyyən sənədləşmə işləri aparılaraq bu barədə protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi həmin protokola imza etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən gəncliyini və narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 avqust 2024-cü il tarixdə ona ünvan 1 qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr saxlaması və daşıması barədə məlumat daxil olmuş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin gün onun tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə əmr hazırlanmış, o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektoru Ramal Şükürov təyin edilmişdir. 27 avqust 2024-cü il tarixdə, saat 18:26-da Şahid2 və Ramal Şükürov ilə birlikdə Masallı şəhəri, Azərbaycan küçəsində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirmiş və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, saxlanıldığı yerdə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünü yoxlamış və üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik maddə varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın arxa sağ yan cibindən 1 ədəd bükümü çıxararaq təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxdıqda içərisində həqiqətən psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd 20 manatlıq pul əskinazını da təqdim etmişdir. Psixotrop maddə metamfetaminə oxşar kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,58 qram olmuşdur. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş psixotrop maddə metamfetamini Lənkəran rayonu, Qumbaşı kəndi ərazisindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Eyni zamanda 1 ədəd 20 manatlıq pul əskinazı iş üçün əhəmiyyətli olmadığından Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Psixotrop maddə metamfetaminə oxşar kütlə onun tərəfindən qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Protokolu yerində tərtib etmək üçün şərait olmadığından Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Masallı rayon polis şöbəsinin inzibati binasında bu barədə onun tərəfindən protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psoxotrop maddə metamfetaminə oxşar kütlə və Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman çəkilmiş görüntüləri özündə əks etdirən 1 ədəd DVD disk rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı Ariz Səfərova təqdim etmişdir. Ariz Səfərov tərəfindən həmin əşyalara baxış keçirilmiş və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir. Şahid Masallı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan təqsirləndirlən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X6 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə, saat 18:26-da Masallı şəhəri, Azərbaycan küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, təqdim edilən bükümə baxış keçirilərək elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq zərfə qoyulmuşdur. İş materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsiin təhqiqatçısı Ariz Səfərov tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirə disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 bükümdə metamfetaminə bənzər psixotrop maddə olmuş və həmin büküm elektron tərzidə çəkilərkən 0,58 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən video diskə baxış keçirilmişdir. İş materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi İqbal Rəhimli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən video diskə baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan Masallı Rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin xx.xx.2024-ci il tarixli, 19/625 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metmfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,518 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına daxildir. (Metamfetaminin təmiz çəkisi-0,518 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,468 qram). İş materiallarında olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-0,468 qram olan psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair xx.xx.2024-cü il tarixli 679 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 4(050)-80/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-87/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər eyni xarakterli qəsdən az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-in 59.1 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivi müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvələr məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və ya götürülməməsini, habelə narkotik vasitələrin aludəçisi olduğunu və narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,468 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,468 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyyasiya Məhkəməsinə apelyyasiya şikayəti və apelyyasiya protesti verilə bilər. Hökmdən apelyyasiya şikayəti və apelyyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar