Məhkəmə qərarları › İş №1(050)-203/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-203/2025

03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-203/2025 03.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə İdarənin şöbə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli-himayəsində iki azyalı uşağı olan, Masallı rayon, Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək tanışı Masallı rayonu Eminli kənd sakini Şahid1 vasitəsilə tanıdığı Əli-Bayramlı şəhəri 1 May küçəsi ev 53 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Zərərçəkmiş şəxs 7000 manat pul müqabilində sonuncunun oğlu Şahid3 Rusiya Federasiyasında təhsil aldığı diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2023cü ilin avqust ayının istintaqa dəqiq məlum olmayan günündə Zərərçəkmiş şəxs Şahid1 vasitəsilə ona göndərdiyi 3000 manat pulu sonuncudan Masallı şəhəri Bakı prospektində yerləşən “Turac” adlı restoranda və 4000 manat pulu isə 2023-cü ilin sentyabr ayının istintaqa dəqiq məlum olmayan günündə Masallı şəhəri Səməd Vurğun küçəsində yerləşən Xətai parkında alaraq, ümumilikdə Zərərçəkmiş şəxs 7000 manat pulunu vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə 7000 manat maddi ziyan vurmaqla xeyli miqdarda dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə olunmuş ittihamda özünü tam təqsirli bilərək tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs qarşı öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakını ələ keçirərək 7000 manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etdiyini, buna baxmayaraq zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam şəkildə geri qaytardığını, əməlindən səmimi peşman olduğunu, həmçinin vurulmuş ziyan məbləğinin 25%-nin dövlət büdcəsinə ödədiyini bildirib barəsində cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam veriməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş 7000 manat maddi ziyanı tam şəkildə Təqsirləndirilən şəxs ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib barəsində cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. Cinayət işinin materiallarında olan və məhkəmə hazırlıq iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işi başlanması və icrataa qəbul edilməsi haqqında qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs maddi ziyan vurulduğundan o, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:21-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 tanışı Şahid1 3000 manat və 4000 manat pulun alınmasını əks etdirən qeydlərin surətlərinin əks olunduğu 1 ədəd A4 kağızı maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs Təvəkkül oğlu arasında üzləşdirmə keçirilmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Təvəkkül oğlu arasında arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Rəşad Abıyevin üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Sorğu əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Astara regional Təhsil idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 2003-cü il tarixdən Masallı rayonu, Ərkivan qəsəbəsi 3 nömrəli tam orta ümumtəhsil məktəbinə ixtisası üzrə fiziki tərbiyə müəllimi kimi işə qəbul edilmiş, xx.xx.2019-cu i tarixdən həmin məktəbə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, hazırda həmin vəzifədə çalışır. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməklə təqsirləndirilən şəxs yenidən həmin maddələrlə ittiham elan edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abiyev X4 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, dörd nəfərdən ibarət ailə üzvü (onlardan iki nəfər azyaşlı uşaqdır) vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs tərəfindən yazılmaqla imzalanmış və məhkəmə iclasında təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə ona vurulmuş 7000 manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, barışmalarının nəzərə alınıb işin icraatına xitam verilməsini xahiş edir. "xxxx" ASC-yə məxsus xx.xx.2025-ci il tarixli, 131661 saylı ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1(050)-203/2025 saylı cinayət işi üzrə cinayət nəticəsində vurulmuş 7000 manat ziyanın 25% miqdarında-1750 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmənin mövqeyi və hüquqi məslələr: Məhkəmə hazırlıq iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək tanışı Masallı rayonu Eminli kənd sakini Şahid1 vasitəsilə tanıdığı Əli-Bayramlı şəhəri 1 May küçəsi ev 53 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Zərərçəkmiş şəxs 7000 manat pul müqabilində sonuncunun oğlu Şahid3 Rusiya Federasiyasında təhsil aldığı diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2023cü ilin avqust ayının istintaqa dəqiq məlum olmayan günündə Zərərçəkmiş şəxs Şahid1 vasitəsilə ona göndərdiyi 3000 manat pulu sonuncudan Masallı şəhəri Bakı prospektində yerləşən “Turac” adlı restoranda və 4000 manat pulu isə 2023-cü ilin sentyabr ayının istintaqa dəqiq məlum olmayan günündə Masallı şəhəri Səməd Vurğun küçəsində yerləşən Xətai parkında alaraq, ümumilikdə Zərərçəkmiş şəxs 7000 manat pulunu vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə 7000 manat maddi ziyan vurmaqla xeyli miqdarda dələduzluq etmişdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş qəbzə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən aldadaraq zərərçəkmişdən əldə etdiii 7000 manat pulun 25%-i yəni-1750 manatı cinayət məsuliyyətindən azad olunması üçün dövlət büdcəsinə ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərlə zərər çəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən və vurulmuş ziyanın iyirmi beş faizini dövlət büdcəsinə ödəniş edildiyindən o, cinayət məsuliyyətindən azad olunaraq barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tanışı Şahid1 3000 manat və 4000 manat pulun alınmasını təsdiq edən qeydlərin əks olunduğu 1 ədəd A4 kağızı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili X1 8 saat üçün nəzərdə tutulan 88 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tanışı Şahid1 3000 manat və 4000 manat pulun alınmasını təsdiq edən qeydlərin əks olunduğu 1 ədəd A4 kağızı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkili X1 8 saat üçün nəzərdə tutulan 88 (səksən səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon "xxxx"dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************). Qərardan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar