Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-204/2023 10.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxin nümayəndəsi X3, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə. xx xxxxxx 1962-cı il tarixdə Masallı rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Möcüzə Palace” şadlıq sarayında nəzarətçi işləyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə saat 10 radələrində Masallı rayonu Çaxırlı kəndində yerləşən etibarnamə əsasında idarə edilməsi və üzərində sərəncam verilməsi ona həvalə edilmiş “Möcüzə Palace” şadlıq sarayının qarşısındakı xüsusi mülkiyyətdə olan torpaq sahəsində meşə fonduna daxil olmayan palıd cinsindən olan 61 sm diametrli 1 ədəd, 65 sm diametrli 1 ədəd, 70 sm diametrli 1 ədəd ağacı, bundan başqa o, 09 mart 2023-cü il tarixdə saat 11 radələrində həmin ünvanda yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsində meşə fonduna daxil olmayan palıd cinsindən olan 35 sm diametrində 1 ədəd və 79 sm diametrində 1 ədəd olmaqla vahid niyyətlə ümumilikdə 5 ədəd palıd cinsindən olan köküstə yaş ağacları özünəməxsus ağackəsən elektrik mişar ilə qanunsuz kəsməklə təbiətə ümumilikdə 7700 manat məbləğində, yəni külli miqdarda maddi ziyan vurmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu Çaxırlı kəndi ərazisində yerləşən qohumuna məxsus “Möcüzə Palace” şadlıq sarayı vardır. Həmin şadlıq sarayı baldızı X2 məxsusdur və etibarnamə əsasında o, idarə edir. “Möcüzə Palace” şadlıq sarayının yerləşdiyi torpaq sahəsində palıd cinsli ağaclar vardır, həmin ağacların bəzilərinin gövdəsi çürümüşdür, ona görə də küləkli havada aşırlar və toyda iştirak edən şəxslərə təhlükə yaradırlar. 2023-cü il mart ayının əvvəllərində şadlıq sarayının həyətinə səliqə-sahman yaratmaqdan ötrü nəzarət edərkən orada olan 5 ədəd palıd cinsli ağacın aşma təhlükəsi olduğunu görmüşdür. Həmin ağacların gələcəkdə şadlıq sarayına gələn qonaqlara hər hansı bir təhlükə yaradacağını düşünüb ağacları kəsmək qərarına gəlmişdir. Bunun üçün 06 mart 2023-cü il tarixdə səhər saat 10 radələrində şadlıq sarayının həyətində tək olarkən ağackəsən elektrik mişarla 3 ədəd palıd cinsli ağacı kökündən kəsmiş, 09 mart 2023-cü il tarixdə saat 11 radələrində şadlıq sarayının həyətində tək olduğundan yenidən aşma təhlükəsi olan digər 2 ədəd palıd cinsli ağacını ağackəsən elektrik kökündən kəsmişdir. Kəsdiyi ağacların hamısı köküstə yaş ağaclar olmuş, ağacın yerlərinin üzərini üzlük daşı ilə səliqəli şəkildə üzlətmiş, bununla da həmin yerdə ağac olmasının izin itirmək, ağacların kəsilməsini gizlətməyə və məsuliyyətdən yayınmağa çalışmışdır. 09 mart 2023-cü il tarixdə 2 ədəd palıd cinsli ağacı kəsərkən həmin elektrik mişarı yanmış və hadisədən bir neçə gün sonra zibilliyə atmışdır. 01 aprel 2023-cü il tarixdə təxminən saat 13 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əvvəllər tanımadığı 3 nəfər əməkdaşları “Möcüzə Palace” şadlıq sarayının ərazisinə reydə gəldikləri bildirmişlər, həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Nümayəndə, Şahid1 və Şahid2 şadlıq sarayının həyətində ağackəsmə faktını aşkar etdiklərini və həmin əraziyə baxış keçirəcəklərini bildirmişlər, həmin vaxtı onların şadlıq sarayının ərazisinə baxış keçirmələrinə etiraz etməmiş və şifahi olaraq həmin ağacları aşma təhlükəsi olduğu üçün qanunsuz kəsdiyini bildirmişdir. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları orada müvafiq sənədləşmə işləri aparacaqlarını demişlər, bunun üçün onlar oraya Masallı RİHB-nın Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3 və Çaxırlı kənd bələdiyyəsinin sədri Şahid4 dəvət etmişlər, ona üzlüklə döşənmiş sahənin qazılmalı olduğunu bildirmişlər, buna etiraz etməmiş və kəsdiyi 5 ədəd palıd cinsli ağacın yerini təqdim etmişdir. İştirakı ilə “Möcüzə Palace” şadlıq evinin qarşısında olan kəsilmiş ağacların kötüklərinin üzərinə yeni döşənmiş üzlük daşları səliqəli şəkildə sındırılmadan təmizlənmiş və orada yeni kəsilmiş palıd cinsindən olan köküstə yaş ağacların kəsilmiş kötükləri aşkar olunmuşdur. Aşkar olunmuş ağacların dib kötüklərinin üzərilərinə sement qum qarışığı töküldüyündən baxış keçirilməsindən ötrü həmin kötüklər su ilə yuyularaq təmizlənmiş, palıd cinsindən olan 1 ədəd 35 sm diametrli, 1 ədəd 61 sm diametrli, 1 ədəd 65 sm diametrli, 1 ədəd 70 sm diametrli və 1 ədəd 79 sm diametrli, cəmi 5 ədəd köküstə yaş ağacların kök boğazından kəsilməsi və sonradan üstünün üzlük daşları ilə örtülməsi aşkar edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına şifahi olaraq həmin ağacları aşma təhlükəsi olduğu üçün qanunsuz kəsdiyini demiş, məsuliyyətdən qorxduğu üçün bu barədə yazılı izahat verməkdən imtina etmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən akt tərtib edilmiş, həmin aktı məsuliyyətdən yayınmaqdan ötrü imza etməmiş və aktın nüsxəsini almaqdan imtina etmişdir. Qanunsuz 5 ədəd palıd cinsli ağacı kəsməsi ilə əlaqədar təbiətə 7700 manat ziyan vurduğunu bilmiş, həmin ağacların kəsilməsi ilə bağlı hər hansı bir orqana şifahi və ya yazılı müraciət etməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan qismən yəni, 2000 manat ödəniş etmiş, qalan 5700 manat maddi ziyanın ödənilməsi təmin ediləcəkdir. Əməlindən səmimi peşmandır, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, müəsissənin 31 mart 2023-cü il tarixli, 00063 saylı sərəncamına əsasən Masallı rayonu inzibati ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində qanunvericiliyin tələblərinə riayət edilməsi vəziyyətinə nəzarət etmək məqsədilə 01 aprel 2023-cü il tarixdə məsləhətçi müfəttişi vəzifəsində işləyən Şahid1 və sektorun aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyən Şahid2lə birlikdə Masallı rayonu Çaxırlı kəndi ərazisində reyd keçirmişlər. Reyd zamanı kənd ərazisində “Möcüzə Palace” şadlıq sarayının həyətində palıd cinsindən olan köküstə yaş ağacların tac hissəsində çətirinin budaqlarının kəsilməsini müşahidə etmişlər və həmin əraziyə yaxınlaşmışlar. Əraziyə yaxınlaşdıqda əlavə olaraq şadlıq sarayının qarşısında palıd cinsindən olan ağacların kök boğazından kəsilməsi və kötüklərinin üstünün üzlük daşları ilə örtülməsi aşkar edilmişdir. Əraziyə dəvət edilən Təqsirləndirilən şəxs yazılı izahat verməkdən imtina etmiş və şifahi olaraq həmin ağacların aşma təhlükəsi olduğu üçün kəsdiyini bildirmişdir. Araşdırmanı davam etdirmək və üzlük daşlarının altında olan kəsilmiş ağacların dib kötüklərinin üstünün təmizlənməsi üçün əraziyə Masallı RİHBnın Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3 və Çaxırlı kənd bələdiyyəsinin sədri Şahid4 dəvət etmişlər, Təqsirləndirilən şəxs və digər adlarını sadaladığı şəxslərin iştirakı ilə “Möcüzə Palace” şadlıq evinin qarşısında olan kəsilmiş ağacların kötüklərinin üzərinə yeni döşənmiş üzlük daşları səliqəli şəkildə sınıdırılmadan təmizlənmiş və orada yeni kəsilmiş palıd cinsindən olan köküstə yaş ağacların kəsilmiş kötükləri aşkar olunmuşdur. Aşkar olunmuş ağacların dib kötüklərinin üzərilərinə sement qum qarışığı töküldüyündən baxış keçirilməsindən ötrü həmin kötüklər su ilə yuyularaq təmizlənmiş, baxış keçirilərkən sözügedən ərazidə palıd cinsindən olan 35 sm diametrli 1 ədəd, 61 sm diametrli 1 ədəd, 65 sm diametrli 1 ədəd, 70 sm diametrli 1 ədəd və 79 sm diametrli 1 ədəd, cəmi 5 ədəd köküstə yaş ağacların kök boğazından kəsilərək məhv edildiyini, gövdələrinin ərazidən aparıldığı və sonradan üstünün üzlük daşları ilə örtüldüyünü müəyyən etmişlər. Dərhal 01 aprel 2023-cü il tarixli 78994 saylı akt tərəfindən tərtib edilmiş, Təqsirləndirilən şəxs akta imza etməkdən və bir nüsxəsini almaqdan imtina etmiş, digər iştirakçılar tərtib edilmiş aktı imzalamışlar. Hazırda dəymiş ziandan 2000 manat manat ödənilsədə ziayanın tam olaraq ödənilməsi tələb olunur. Məhkəmədən dəymiş ziyanın tam ödənilmədiyi təqdirdə təqsirləndirilən şəxsə qeyd edilən maddələrin sanksiyasında ağır həddə cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi vəzifəsində işləyən Şahid1 və Şahid2 oxşar məzmunlu ifadələr verərək Nümayəndə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 01 aprel 2023-cü il tarixdə günorta radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının kənd ərazisində reydə gəldikləri barədə məlumat verilmiş, bu zaman Masallı rayonu Çaxırlı kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən Şahid4 ilə birlikdə reyd olan yerə, yəni kənd ərazisində yerləşən “Möcüzə Palace” şadlıq sarayına gəlmişlər. Oraya gələn zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Nümayəndə, Şahid1 və Şahid2 ilə rastlaşmışlar, həmin vaxtı orada şadlıq sarayını faktiki olaraq işlədən kənd sakini Təqsirləndirilən şəxs da olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ağackəsmə faktını aşkar etdiklərini, Şahid4la birlikdə iştirakı ilə üzlüklə döşənmiş sahənin qazılmalı olduğunu bildirmişlər, buna etiraz etməmişlər. Təqsirləndirilən şəxs və iştirakları ilə “Möcüzə Palace” şadlıq evinin qarşısında olan kəsilmiş ağacların kötüklərinin üzərinə yeni döşənmiş üzlük daşları səliqəli şəkildə sındırılmadan təmizlənmiş və orada yeni kəsilmiş palıd cinsindən olan köküstə yaş ağacların kəsilmiş kötükləri aşkar olunmuşdur. Aşkar olunmuş ağacların dib kötüklərinin üzərilərinə sement qum qarışığı töküldüyündən baxış keçirilməsindən ötrü həmin kötüklər su ilə yuyularaq təmizlənmiş, sözügedən ərazidə palıd cinsindən olan 35 sm diametrli 1 ədəd, 61 sm diametrli 1 ədəd, 65 sm diametrli 1 ədəd, 70 sm diametrli 1 ədəd və 79 sm diametrli 1 ədəd, cəmi 5 ədəd köküstə yaş ağacların kök boğazından kəsilərək məhv edilməsi, gövdələrin ərazidən aparılması və sonradan üstünün üzlük daşları ilə örtülməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq həmin ağacların aşma təhlükəsi olduğu üçün qanunsuz kəsdiyini bildirmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş, həmin akt tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayonu Çaxırlı kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kəsilmiş diametri 35, 61, 65, 70 və 79 sm olan 5 ədəd palıd cinsli ağac Masallı rayonu Çaxırlı kəndi ərazisində sahibkarlıq məqsədi ilə istifadə edilən xüsusi mülkiyyətdə olan torpaqda yerləşmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən təbiətə dəymiş ziyanın hesablanması cədvəllərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən diametri 35 sm (350 manat), 61 sm (1450 manat), 65 sm (1650 manat), 70 sm (1900 manat), 79 sm (2350 manat) olan 5 ədəd palıd cinsli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 7700 manat maddi ziyan dəymişdir. Masallı rayon Çaxırlı bələdiyyəsindən daxil olmuş məktubdan görünür ki, Masallı rayonu Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq sarayının rəhbərliyi tərəfindən orada palıd ağaclarının kəsilməsi ilə bağlı ərazi nümayəndəliyinə heç bir müraciət daxil olmamışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş məktubdan görünür ki, Masallı rayonu Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq sarayının rəhbərliyi tərəfindən orada palıd ağaclarının kəsilməsi ilə bağlı ərazi nümayəndəliyinə heç bir müraciət daxil olmamışdır. Masallı rayon Yaşıllaşdırma Müəssisəsindən daxil olmuş məktubdan görünür ki, Masallı rayonu Çaxırlı kəndi ərazisində yerləşən “Möcüzə Palace” şadlıq evinin yerləşdiyi torpaq sahəsinin ərazisində 5 ədəd palıd cinsli ağacların 2023-cü ilin mart ayı ərzində kəsilməsi ilə əlaqədar hər hansı bir müraciət Masallı rayon Yaşıllaşdırma Müəssisəsinə daxil olmamışdır. Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Çaxırlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı kənddə yerləşən etibarnamə əsasında idarə etməsi və üzərində sərəncam verməsi ona qohumu X4 tərəfindən həvalə edilmiş “Möcüzə Palace” şadlıq sarayının qarşısındakı xüsusi mülkiyyətdə olan torpaq sahəsində palıd cinsindən olan 1 ədəd 61 sm diametrli, 1 ədəd 65 sm diametrli və 1 ədəd 70 sm diametrli köküstə yaş ağacı 06 mart 2023-cü il tarixdə, palıd cinsindən olan 1 ədəd 35 sm diametrində və 1 ədəd 79 sm diametrində köküstə yaş ağacı isə 09 mart 2023-cü il tarixdə ağackəsən elektrik mişarı ilə qanunsuz kəsmiş, həmin ağacları kəsməkdə Təqsirləndirilən şəxs hər hansı bir şəxs kömək etməmiş, hər hansı bir iştirakçı qismində kənar şəxs olmamış, Təqsirləndirilən şəxs kəsdiyi ağaclardan əldə etdiyi odunu hələki kimliyi müəyyən edilməyən şəxslərin at arabasına yüklədərək həmin ərazidən hadisənin izin itirmək məqsədilə uzaqlaşdırmış, baş vermiş hadisənin kimsə şahidi olmamışdır. Cinayət işində olan qəbzlər görünür ki, maddi ziyan kimi hesablanmış 7500 manat məbləğində puldan Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixlərdə ümumilikdə 2000 manat Kapital Bank ASC-nin Masallı filialında ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən Təqsirləndirilən şəxs etirafı, şahidlərin ifadələri, narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxs X6 verilmiş Azərbaycan Respublikası CM-nin 259.2.4.-cü maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Belə ki, CM-nin 259.2.4.-cü maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurma əməli cinayət tərkibi yaradır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 259.2.4.-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-44/2020 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1ci maddəsində nəzərdə tutulmuş cinayət cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 20 faiz pul dövlət nəfinə tutulmaqla 01 il, 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-cı il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmişdir. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Yelağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Dadaşov X5 rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsi Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin həmin Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, dəymiş ziyanı qismən ödəməsi, cinayətin ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Təqsirləndirilən şəxs təyin olanacaq islah işləri cəzasını iş yerində çəkməklə cəzasının başlanğıcı qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci, Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur, zərərçəkmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5700 manat maddi ziyanın ödənilməsi ilə bağlı mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-3206, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5700 manat maddi ziyanın ödənilməsi ilə bağlı mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduqdan və ya həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-204/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-204/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver