Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-206/2025 24.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Qəhrəman oğlu və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2-ci qrup əlil, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Masallı rayonu, Kəlbəhüseynli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qəhrəman oğlu istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisi toxumlarını Masallı rayonu Kəlbəhüseynli kəndi ərazisində yerləşən meşəlik massivi ərazisindəki kolluq sahəsində qanunsuz olaraq 2025ci ilin iyun ayının əvvəllərində əkib onlara aqrotexniki qaydada qulluq göstərməklə ümumilikdə 10 ədəd çətənə bitkilərini yetişdirib kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə saat 09:32-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkibbecərməkdə, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərməkdə və istifadə etməkdə şübhəli olduğundan Masallı rayonu Kəlbəhüseynli kəndi ərazisində yerləşən meşəlik massivi ərazisində yerləşən kolluq sahəsində saxlanılıb üzərinə və saxlandığı əraziyə baxış keçirilən zaman oradan əkilib-becərilməsi qanunla qadağan edilmiş yaş vəziyyətdə ümumi təmiz çəkisi 15160,0 qram təşkil edən 10 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Qəhrəman oğlu məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi işi olmadığından fərdi olaraq kənd təsərüfatı ilə məşğul olur. Belə ki, yaşadığı Masallı rayonu Kəlbəhüseynli kəndi ərazisində yerləşən ona məxsus təsərrüfatda müxtəlif növdən ev quşlarını saxlayıb böyüdərək satır. O, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuana alan zaman onun yarpaqlarının içərisində tək-tük çətənə toxumları da olmuşdur. Həmin toxumları özü üçün yığıb saxlamışdır. 2025-ci ilin iyun ayında yığdığı çətənə toxumlarını əkmək qərarına gəlmişdir. Evinin 1 km uzaqlığında Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən meşəlik sahədə kolluq olan ərazidə yığdığı çətənə toxumlarını əkmiş və suvararaq bitməsini gözləmişdir. Həmin toxumlardan 10 ədəd çətənə bitkisinin cücərdiyini görmüş və təkrarən suvararaq qulluq etmişdir. Daha sonra həftədə bir dəfə olmaqla həmin bitkilərə su verib qulluq etmiş və bitkiləri ziyanvericilərdən qorumaq üçün dərman vasitəsitələrindən istifadə etmişdir. Ümumilikdə həmin yerdə 10 ədəd çətənə bitkisinin şitillərini yetişdirməyə başlamışdır. Məqsədi isə həmin şitillərə aqrotexniki qaydada qulluq göstərərək yetişdirdikdən sonra onları toplamaq və qurutduqdan sonra öz şəxsi istifadəsi üçün saxlamaq olmuşdur. O, müharibə iştirakçısıdır. Yanında tank partlamış, “kantuziya” zədəsi almışdır. Narkotik vasitəni istifadə edən zaman əsəbləri sakitləşir. Əkdiyi çətənə kolunun yarpaqlarından bir dəfə istifadə etmişdir. Qanunsuz çətənə kolları yetişdirdiyi üçün xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlində cinayət tərkibi olduğu üçün barəsində qanunamüvafiq sənədləşdirilmə işləri aparılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu və müharibə iştirakçısı olmasını bildirib barəsində yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı rayon X7 aparıcı aqronomu Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Masallı rayon DAİM-nin Bitki Mühafizəsi və Fumiqasiyası Mərkəzinin baş aqronomu vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat qrup üzvləri ilə birlikdə Masallı rayon Kəlbəhüseynli kəndi ərazisinə getmişdir. Həmin tarixdə saat 09:32-də ünvan 3əşən meşə zolağında Təqsirləndirilən şəxs olduğunu görüb videoçəkilişlə yaxınlaşmışlar. Əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs onun narkotik tərkibli bitkilərin əkib-becərilməsində, kultivasiya edilməsində şübhəli olduğunu, bunun üçün saxlandığı əraziyə və yaxınlıqda yerləşən meşə zolağına baxış keçiriləcəyi bildirilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs saxlandığı əraziyə, eləcə də yaxınlıqda yerləşən meşə zolağına baxışın keçrilməsinə hər hansı etirazının olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxladığı əraziyə baxış keçirməyə başlamışlar və həmin ərazidə olan narkotik tərkibli çətənə bitkilərinə bənzər kolların ona məxsus olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs yaxınlıqda olan həmin bitkilərin ona məxsus olmasını və kulvitasiya üsulu ilə yetişdirdiyi çətənə kolları olduğunu bildirmişdir. O, həmin ərazidə olan bitkilərə baxaraq həmin bitkilərin xüsusi qaydada kultivasiya edilmiş çətənə bitkiləri olduğunu demişdir. Bunun ardınca həmin ərazidə olan çətənə kollarına bənzər bitkilər hər biri ayrı ayrılıqda polis əməkdaşları tərəfindən çıxarılmış və hər biri ayrılıqda elektron tərəzi ilə çəkilmiş və metrlə hündürkükləri ölçülmüşdür. Ümumilikdə 10 ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən qablaşdırılmış və üzərləri möhürlənmişdir. Bundan başqa ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Polis əməkdaşlarının keçirtdiyi əməliyyat tədbirinin hamısı videoçəkilişlə qeydə alınmışdır. Əlavəsi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ona Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi ev 24-də qeydiyyatda olmaqla Masallı rayonu Kəlbəhüseynli kəndində yaşayan Təqsirləndirilən şəxs Qəhrəman oğlunun narkotik xassəli bitkilərin əkilib-becərilməsində, kultivasiya edilməsində, narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə, istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış, o, həmin qrupun rəhbəri, üzvləri isə CAB-nin əməliyyat müvəkkili Şahid2, Post Patrul Xidməti Bölüyünün polis nəfəri polis serjantı Şahid3, Azərbaycan Respublikası Dövlət X11 bitki mühafizəsi və fumiqasiyası üzrə baş aqronomu Şahid4 və RPŞ-nin KTQnun baş inspektor kriminalisti Ramal Şükürov təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 3əşən meşə zolağında olması barədə məlumat əldə etdikdən sonra Şahid2, Ramal Şükürov, Şahid3 və Şahid4 birlikdə həmin ünvana getmişlər. Həmin tarixdə saat 09:32-də ünvan 3əşən meşə zolağı ərazisində Təqsirləndirilən şəxs olduğunu görərək həmin yerə videoçəkilişlə yaxınlaşıb Təqsirləndirilən şəxs saxlamışlar. Sonra Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və onun qanunsuz olaraq tərkibində narkotik vasitə olan çətənə kollarının əkib-becərilməsində, kultivasiya edilməsində, istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirib onun müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını demişlər. Lakin, Təqsirləndirilən şəxs müdafiəçidən imtina etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun narkotik tərkibli bitkilərin əkib-becərilməsində, kultivasiya edilməsində şübhəli olduğunu, bunun üçün saxlandığı əraziyə və yaxınlıqda yerləşən meşə zolağına baxış keçiriləcəyini bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs ərizə ilə polis şöbəsinə müraciət edərək saxlandığı əraziyə, eləcə də yaxınlıqda yerləşən meşə zolağına baxışın keçrilməsinə hər hansı etirazının olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxladığı əraziyə baxış keçirilməyə başlanmış və həmin ərazidə olan narkotik tərkibli çətənə bitkilərinə bənzər kolların ona məxsus olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs yaxınlıqda olan həmin bitkilərin ona məxsus olmasını və kulvitasiya üsulu ilə yetişdirdiyi çətənə kolları olduqlarını demişdir. Ardınca baxışda iştirak etmiş Azərbaycan Respublikası DAİM-in (X13 Mərkəzi) bitki mühafizəsi və fumiqasiyası üzrə baş aqronomu Şahid4 həmin ərazidə olan bitkilərə baxaraq həmin bitkilərin xüsusi qaydada kultivasiya edilmiş çətənə bitkiləri olduğunu bildirmişdir. Bunun ardınca həmin ərazidə olan çətənə kollarına bənzər bitkilər hər biri ayrı ayrılıqda polis əməkdaşları tərəfindən çıxarılmış, hər biri ayrılıqda elektron tərəzi ilə çəkilmiş və metrlə hündürlükləri ölçülmüşdür. Həmin ərazidə ümumulikdə 10 ədəd çətənə bitkiləri tərəfindən qablaşdırılmış və üzəri RPŞ-yə məxsus 90 nömrəli möhürlə möhürlənmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs saxlandığı yerin yaxınlığında yerləşən quşçuluq fermer təsərrüfatına baxış keçirilmiş, lakin həmin ərazidən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, ancaq sonuncunun üzərindən də hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 və məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadələrindən görünür ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: İ. “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 26 avqust 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Masallı rayonu, Kəlbəhüseynli kənd ərazisində yerləşən meşə zolağına və Təqsirləndirilən şəxs Qəhrəman oğluna məxsus quşçuluq fermasına baxış keçirilərkən Təqsirləndirilən şəxs saxlanıldığı yer, yəni Masallı rayonu, Kəlbəhüseynli kənd ərazisində yerləşən meşə zolağında olan kollar aqranom tərəfindən nəzərdən keçirilərək narkotik tərkibli çətənə kolları olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ayrı-ayrı çəkidə və ölçüdə olan ümumilikdə 10 ədəd narkotik tərkibli bitkilərin əkini və kultivasiyası ilə məşğul olduğunu və aşkar olunan narkotik tərkibli bitkilərin ona məxsus olmaqla iyun ayında əkdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin çətənə kollar çıxardılaraq uzunluqları və çəkiləri ölçülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Qəhrəman oğlunun özünə məxsus quşçuluq fermasına və onun həyətyanı sahəsinə baxış keçirilmişdir. Yoxlama zamanı quşçuluq fermasında qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Həmçinin yoxlama zamanı Təqsirləndirilən şəxs Qəhrəman oğlunun üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İİ. Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Masallı rayon, Kəlbəhüseynli kənd ərazisində yerləşən meşə zolağında Təqsirləndirilən şəxs Qəhrəman oğluna məxsus aşkar edilərək götürülmüş və qablaşdırılmış 10 ədəd çətənə bitkisinə tədqiqatçı tərəfindən baxış keçirilmiş, baxış keçirildikdən sonra möhürlənmişdir. Eyni zamanda tədqiqatçı keçirilmiş əməliyyat tədbirinin videogörüntüləri köçürülən 1 ədəd DVD disk istifadəsində olan HP markalı notebookda baxılmışdır. İİİ. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Masallı rayonu Kəlbəhüseynli kəndində yaşayan Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Masallı rayonu Kəlbəhüseynli kəndi ərazisində yerləşən meşə massivində sıx kolluq ərazidə təmizlədiyi yerdən aşkar olunmuş hündürlükləri 2,60 metrdən 3,80 metrədək hündürlükdə olan 10 (on) ədəd çətənə bitkiləri narkotik tərkibli çətənə bitkiləridir və aqrotexniki qaydada becərmişdir. İV. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının 26 avqust 2025-ci il tarixli 19\342 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Vət. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun əkib becərdiyi 10 (on) ədəd narkotik tərkibli çətənə koluna bənzər bitki...” sözlər və imzalar olan paketdəki, ümumi sayı 10 (on) ədəd, ümumi təmiz çəkisi: - 15160,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir, çətənə bitkisinin ümumi təmiz çəkisi- 15160,0 qram, cəmi tədqiqata sərf edildi -0,5 qr, qalıq -15159,5 qramdır. (1-10 №li ob) V. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X12 Yoxlamanın nəticələrinə dair 28 avqust 2025-ci il tarixli 475 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunda kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi ********** nömrəli arayışına əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Vİ. “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Qəhrəman oğlundan Masallı rayonu Kəlbəhüseynli kəndi ərazisində yerləşən meşə massivində aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra müvafiq olaraq 10 ədəd qalıq çəkisi 15160,0 qram narkotik təbiətli çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilməsi, həmçinin “əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 02 ədəd və şübhəli şəxsin dindirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd olmaqla ümumilikdə 04 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Vİİ. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən Təqsirləndirilən şəxs Qəhrəman oğlu əvvəllər məhkum olunmamışdır. Vİİİ. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon, Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, İbrahimov X5 rayonu, Kəlbəhüseynli kəndində yaşayır, İ Qarabağ müharibəsi iştirakçısıdır, İİ qrup əlildir, evlidir və 3 nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İX. Ə № 015809 saylı vəsiqənin surətindən görünür ki, X3 İİ qrup müharibə əlilidir. X. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş Elektron informasiya sistemi Əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu sol yuxarı ətrafın postravmatik parezi. Hərəkət və hissiyatın pozulması, sol bazunun dəlib keçən güllə yaralanmasından s/v, hərəkət məhdudluğu diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. Xİ. Masallı Rayon Mərkəzi X9 Şəxs tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli, 18-1-60/2-1579/2025 saylı məktubdan görünür ki, İbrahimov X5 Rayon Mərkəzi X9 Şəxsin psixo-nevroloji kabinetində dispanser qeydiyyatında durmur. Xİİ. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası PHŞ tərəfindən verilmiş 09 sentyabr 2025-ci il tarixli, 698 saylı məktubdan görünür ki, Masallı rayonu, Kəlbəhüseynli kəndində yaşayan İbrahimov X4 şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Xİİİ. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X10 Mərkəzi xx.xx.2025-ci il, 3-14-27-05/2- 153/2025 saylı məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Kəlbəhüseynli kənd sakini Təqsirləndirilən şəxs Qəhrəman oğlunun əkib-becərdiyi 10 (on) ədəd çətənə kolunun aşkar edildiyi ərazi 11 saylı X10 X2 20 saylı meşə dolayının, 5-ci kvartalının, 15-ci bölməsində yerləşir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələbinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs Qəhrəman oğlunun saxlanılması, Masallı rayonu, Kəlbəhüseynli kənd ərazisində yerləşən meşə zolağında baxış keçirilən zaman ona məxsus 10 ədəd narkotik tərkibli çətənə kollarının aşkar edilməsi və polis şöbəsinə dəvət edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Qəhrəman oğlunun Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, şаhid qismində dindirilmiş şəxslərin ifadələri, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokolları və həmin protokollara əlavə edilmiş video disklər, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmətibbi ekspertizalarının rəyləri, maddi sübut, əməliyyat tapşırığının cavabı, digər istintaq hərəkətlərinin protokolları və cinayət işi üzrə toplanmış digər mötəbər dəlillərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməuə (əkmə və ya yetişdirmə) görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsi başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda tərkibində narkotik maddə olan çətənə növlü bitkilərin xeyli miqdar (hissə) daxil olmaqla, aşağı həddi-3 ədəd (6 hissə) təşkil edir. Məhkəmədə müəyyən edilir ki, İbrahimov X5 rayonu, Kəlbəhüseynli kəndində meşəlik massivi ərazisində yerləşən kolluq sahəsində qanunsuz olaraq əkdiyi toxumlardan bitən tərkibində narkotik maddələr olan xeyli miqdarda hesab edilən ümumi təmiz çəkisi-15160, 0 qram təşkil edən 10 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkilərinə qulluq etməklə onları yetişdirib kultivasiya etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Qəhrəman oğlu Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə)-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən İ Qarabağ muharibəsində iştirak etməsi, Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlil olmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 66 və Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddələrinin tələbinə görə heç kəs özunə qarşı ifadə verməyə məcbur edilə bilməz və cinayətin törədilməsinə aidiyyatı olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Özünə qarşı ifadə vermək məcburiyyətində olmayan şəxsin tamamilə əks davranış variantı seçərək təqsirini etiraf etməsi onun şəxsiyyət baxımından tam aşınmadığından, ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Təqsirləndirilən şəxs Qəhrəman oğlu da təqsirini etiraf etməklə məhz belə davranmışdır. Səmimi peşmançılıq isə şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığından, törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən və artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən davranışı isə ona cəza təyin edilən zaman nəzərə alınmaya bilməz Təqsirləndirilən şəxs Qəhrəman oğlunun ilk dəfə cinayət törətməsi, onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına, əsasən, vicdanlı munasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqətəlayiq cizgiləridir. Məhkəmənin fikrincə, mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan belə şəxsin cəmiyyətdən təcrid edilərək barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etməzdi. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın–azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri olan cərimə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu İİ qrup əliliyinə görə pensiya almasına və fərdi əməklə məşğul olmasına baxmayaraq Məhkəmə bunları cərimə cəzasının icrası üçün kifayət hesab etmir. Bundan başqa məhkəmə tərəfindən cərimə cəzasının icrası üçün təqsirləndirilən şəxsin hər hansı əmlakı aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Qəhrəman oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Masallı Rayon Probasiya və İcra Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 avqust 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə 27 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlu 26 avqust 2025-ci il tarixdə saat 09:32-də şübhəli şəxs qismində tutulmuş və 27 avqust 2025ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla ondan çıxılmalıdır. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs , Təqsirləndirilən şəxs Qəhrəman oğlunun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 475 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunda kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi ********** nömrəli arayışına əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış və həmin vaxt yaş vəziyyətdə 15159,5 qram olmuş narkotik təbiətli 10 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan 4 ədəd CD disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qəhrəman oğlundan aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Qəhrəman oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 11 saat 30 dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 126 (bir yüz iyirmi altı) manat 50 (əlli) qəpik məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Qəhrəman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Qəhrəman oğlunın məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 26 avqust 2025-ci il tarixindən 27 avqust 2025-ci il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs Qəhrəman oğlunun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Qəhrəman oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs Qəhrəman oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Qəhrəman oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut- Masallı rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış və həmin vaxt yaş vəziyyətdə 15159,5 qram olmuş narkotik təbiətli 10 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 4 ədəd CD disklər iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Qəhrəman oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Qəhrəman oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 126 (bir yüz iyirmi altı) manat 50 (əlli) qəpik məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-206/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-206/2025
24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver