Məhkəmə qərarları › İş №1(050)-207/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-207/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-207/2024 21.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 14 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-68/2024 saylı, 15 iyul 2024-cü il tarixli qərarına əsasən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 4(050)- 74/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1999-cu il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 14 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-67/2024 saylı, 15 iyul 2024-cü il tarixli qərarına əsasən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 4(050)- 78/2024 saylı, 20 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1994-cü il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 14 iyul 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-66/2024 saylı, 15 iyul 2024-cü il tarixli qərarına əsasən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 4(050)-79/2024 saylı, 21 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə xx.xx.2024-cü il tarixdə saat 03 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus olan Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində, saxlanc yeri hesab edilən pərdə dükanına qapını açmaq üsulu ilə qanunsuz daxil olub sonuncuya məxsus bir metrinin qiyməti 0,35 manat olmaqla ümumi uzunluğu 10000 (on min) metr, cəmi qiyməti 3500 manat olan Vertical tipli parça, bir metrinin qiyməti 0,15 manat olmaqla ümumi uzunluğu 20000 (iyirmi min) metr, cəmi qiyməti 3000 manat olan Metal Jalüz, bir ədədinin qiyməti 3 manat olmaqla cəmi qiyməti 150 manat olan 50 ədəd pərdə üçün sıxac, bir ədədinin qiyməti 4 manat olmaqla cəmi qiyməti 200 manat olan 50 ədəd JYSK model halqalı qarmaqlar, bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 400 manat olan 8 ədəd JYSK Zylinder model karniz, bir ədədinin qiyməti 1 manat olmaqla cəmi qiyməti 50 manat olan 50 ədəd yapışqan qırmaq, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 200 manat olan 40 ədəd JYSK Fixi model karniz üçün kronşteyn, bir ədədinin qiyməti 2.50 manat olmaqla cəmi qiyməti 250 manat olan 100 ədəd JYSK model metal qırmaq, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 50 manat olan 10 ədəd SİRİUS model pərdə tutacağı və bir ədədinin qiyməti 70 manat olmaqla cəmi qiyməti 700 manat olan 10 ədəd JYSK CONE model karnizi gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 8500 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə xx.xx.2024-cü il tarixdə saat 03 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus olan Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində, saxlanc yeri hesab edilən pərdə dükanına qapını açmaq üsulu ilə qanunsuz daxil olub sonuncuya məxsus bir metrinin qiyməti 0,35 manat olmaqla ümumi uzunluğu 10000 (on min) metr, cəmi qiyməti 3500 manat olan Vertical tipli parça, bir metrinin qiyməti 0,15 manat olmaqla ümumi uzunluğu 20000 (iyirmi min) metr, cəmi qiyməti 3000 manat olan Metal Jalüz, bir ədədinin qiyməti 3 manat olmaqla cəmi qiyməti 150 manat olan 50 ədəd pərdə üçün sıxac, bir ədədinin qiyməti 4 manat olmaqla cəmi qiyməti 200 manat olan 50 ədəd JYSK model halqalı qarmaqlar, bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 400 manat olan 8 ədəd JYSK Zylinder model karniz, bir ədədinin qiyməti 1 manat olmaqla cəmi qiyməti 50 manat olan 50 ədəd yapışqan qırmaq, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 200 manat olan 40 ədəd JYSK Fixi model karniz üçün kronşteyn, bir ədədinin qiyməti 2.50 manat olmaqla cəmi qiyməti 250 manat olan 100 ədəd JYSK model metal qırmaq, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 50 manat olan 10 ədəd SİRİUS model pərdə tutacağı və bir ədədinin qiyməti 70 manat olmaqla cəmi qiyməti 700 manat olan 10 ədəd JYSK CONE model karnizi gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 8500 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə xx.xx.2024-cü il tarixdə saat 03 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus olan Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində, saxlanc yeri hesab edilən pərdə dükanına qapını açmaq üsulu ilə qanunsuz daxil olub sonuncuya məxsus bir metrinin qiyməti 0,35 manat olmaqla ümumi uzunluğu 10000 (on min) metr, cəmi qiyməti 3500 manat olan Vertical tipli parça, bir metrinin qiyməti 0,15 manat olmaqla ümumi uzunluğu 20000 (iyirmi min) metr, cəmi qiyməti 3000 manat olan Metal Jalüz, bir ədədinin qiyməti 3 manat olmaqla cəmi qiyməti 150 manat olan 50 ədəd pərdə üçün sıxac, bir ədədinin qiyməti 4 manat olmaqla cəmi qiyməti 200 manat olan 50 ədəd JYSK model halqalı qarmaqlar, bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 400 manat olan 8 ədəd JYSK Zylinder model karniz, bir ədədinin qiyməti 1 manat olmaqla cəmi qiyməti 50 manat olan 50 ədəd yapışqan qırmaq, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 200 manat olan 40 ədəd JYSK Fixi model karniz üçün kronşteyn, bir ədədinin qiyməti 2.50 manat olmaqla cəmi qiyməti 250 manat olan 100 ədəd JYSK model metal qırmaq, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 50 manat olan 10 ədəd SİRİUS model pərdə tutacağı və bir ədədinin qiyməti 70 manat olmaqla cəmi qiyməti 700 manat olan 10 ədəd JYSK CONE model karnizi gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 8500 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Həmin əməllərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla arasında heç bir düşmənçilik və ədavət olmamışdır. O, 05 iyul 2024-cü il tarixdə günorta saatlarında həmkəndliləri olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə Ərkivan qəsəbəsində yerləşən Şahin marketin yaxınlığında görüşmüşlər. Onlar söhbət edən zaman son vaxtlar işsiz olduqlarını və pul tapa bilmədiklərini demişlər. Daha sonra söhbət əsnasında Ərkivan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs həyətindəki pərdə sexinə girib oradan oğurluq etməklə bağlı razılaşmışlar. Bundan başqa o, həmin malları Bakı şəhərində işləyən və onun qiyabı tanıdığı Bakı şəhər sakini Nizami adlı şəxsə satacaqlarını və qarşılığında pul əldə edə biləcəklərini demişdir. Süleyman və Kənan onunla razı olmuşlar. Onlar həmin gün gecə saatlarına qədər məhəllədə olmuşlar və hər kəsin yatmasını gözləmişlər. O, oğurlamaq istədiklləri malları daşımaq üçün avtomobil lazım olduğunu düşünmüş və bu məqsədlə dayısı oğlu Ülviyə ona gecə bir iki saatlıq maşın lazım olacağını demişdir. Ülvi də ona özünün yorğun olduğunu və avtomobil lazım olsa gəlib həyətdən götürə biləcəyini demişdir. O da dayısıgilin həyətinə gedərək Ülvinin idarə etdiyi VAZ 2107 markalı avtomobili işə salıb geri dostlarının yanına gəlmişdir. O, Süleyman və Kənanı da götürüb Zərərçəkmiş şəxs yaşadığı küçəyə gəlmişdir. Onlar avtomobildə olarkən bir neçə gün əvvəl evdə əllə hazırladığı maskaları geyinmiş və aşağı düşmüşlər. O, Kənanla birlikdə dəmir məftil-tel vasitəsilə çöl qapını açmış və içəriyə daxil olmuşlar. İçəridə isə sexə daxil olan dəmir qapını kiçik məftillər vasitəsi ilə açmışdır. Kənan onunla birlikdə həm çöl qapını, həm də içəri sexə girən qapını açmağa köməklik etmişdir. Bundan sonra ikisi sexin içərisinə daxil olmuşdur. Süleyman isə həmin vaxt çöldə durub kimsə gəldiyi halda onlara xəbər verməli imiş. Onlar içəridə rahat şəkildə malları yığıb sexdən təxminən 20 metr aralıqda olan yaşayış olmayan evin həyətinə yığmışlar. Sonra isə o, Kənan və Süleymanla birlikdə oğurladıqları malları avtomobilə yükləmişlər. Onlar içəridə olan zaman o, içəridə kameraların olduğunu görmüşdür. Onların maskada olmasına baxmayaraq, o, ehtiyat üçün kameranı elektrik şəbəkəsindən ayırmışdır. Onlar təxminən içəridə 40 dəqiqə ərzində pərdə və pərdə aksessuarlarını oğurlamışlar. Onlar oğurluğu qurtardıqdan sonra avtomobillə birlikdə onun yaşadığı evə getmişlər və birlikdə malları həyətdə boşaltmışlar. Sonra isə avtomobili sürüb dayısı evinə getmiş və avtomobili həyətdə qoyub geri qayıtmışlar. Süleyman və Kənanla birlikdə saat 05 radələrinə qədər həyətdə oturmuşlar. Sonra isə o, saat 05 radələrində tanışı olan və əvvəllər də Bakı şəhərinə gedib gəldiyi taksi sürücüsü Əfqan adlı şəxslə əlaqə saxlamış və Bakı şəhərinə yük aparmaq lazım olduğunu demişdir. Əfqan yaşadığı ünvana gəlmiş və oğurladıqları malları Əfqanın Sprinter markalı mikroavtobusuna yükləmişlər. Bundan sonra hər üçü həmin avtomobillə Bakı şəhərinə getmişlər. Əfqan onları Bakı şəhəri, Nizami rayonunda yerləşən Əhmədli metrostnasiyasının yaxınlığına aparmış və o, Süleyman və Kənanla birlikdə Nizami adlı satıcının dükanına getmişlər. Onlar malları Nizamiyə təqdim etmişlər. Nizami mallara baxdıqdan sonra həmin mallara 1600 manat pul verəcəyini demişdir. Onlar da həmin məbləğə razılaşmışlar. O, Nizamidən 1600 manat pulu almış və geri taksi ilə Masallı rayonuna qayıtmışlar. Onlar yolda olan zaman o, aldığı 1600 manat puldan 250 manat yol xərclərini çıxıb qalan 1350 manat pulu 3 hissəyə bərabər şəkildə bölmüşlər. Beləcə hər üçü də 450 manat pul qazanc əldə etmişlər. İttiham aktında qeyd olunan məbləğdə oğurluq etməmişlər, məbləğ çox göstərilmişdir. Əslində isə oğurlanmış əşyaların dəyəri göstəriləndən az olmuşdur. Çünki oğurladıqları əşyalar işlənmiş pərdə və aksesuarları idi. Onların üçündən başqa bu hadisədən heç kimin xəbəri olmamışdır. Zərərçəkmiş şəxsdən üzr istəyir, törətdiyi cinayət əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, X3 və Təqsirləndirilən şəxs3 onun həmkəndliləridir və onlar dost olmuşlar. Zərərçəkmiş şəxs tanımış, aralarında əvvəllər heç bir düşmənçilik və ədavət olmamışdır. Rüfət, Süleyman və o, 05 iyul 2024-cü il tarixdə günorta saatlarında Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən Şahin marketin yaxınlığında görüşmüşlər. Üçü söhbət edən zaman Ərkivan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs həyətindəki pərdə dükanına girməyi və həmin dükandan pərdə və pərdə materiallarını oğurluq etməyi razılaşmışlar. Bundan başqa Rüfət onlara həmin malları Bakı şəhərində işləyən və tanıdığı Nizami adlı şəxsə sata biləcəklərini və qarşılığında pul əldə edəcəklərini demişdir. O və Süleyman Rüfətin təklifi ilə razılaşmış və beləliklə üçü Zərərçəkmiş şəxs evindəki pərdə sexindən oğurluq etmək qərarına gəlmişlər. Onlar həmin gün gecə saatlarına qədər məhəllədə olmuş və hər kəsin yatmasını gözləmişlər. 06 iyul 2024-cü il tarixdə gecə saat 02 radələrində Rüfət dayısı oğlu Ülvinin evinə gedib Ülviyə məxsus olan vaz 2107 markalı avtomobillə gəlmişdir. Onlar həmin avtomobilə minmiş və Qiyasın evi tərəf getmişlər. Onlar avtomobildə olan zaman başlarına Rüfətin düzəltmiş olduğu maskaları taxmışlar. Rüfət avtomobili Qiyasın evindən təxminən 500 metr uzaqlıqda saxlamışdır. O, Rüfətlə birlikdə piyada Qiyasın evinə getmiş, Süleyman isə yolun kənarında qalmışdır. Süleyman kimsə gəldiyi təqdirdə onlara xəbər etmək üçün aralıda güdükçülük etmişdir. O, Rüfətlə birlikdə əvvəlcə çöl qapını tel-məftil vasitəsilə açmış, daha sonra isə Rüfət məftil-tel parçası ilə içəridə olan dəmir qapının kilid yuvasına mexaniki təsir edib qapını açmışdır. Onlar içəri otağa daxil olmuşlar. O, Rüfətlə içəridə təxminən 40 dəqiqə ərzində malları götürüb çölə çıxarmış və 20 metr aralıda olan yaşayış olmayan evin həyətinə qoymuşdur. Sonra isə Rüfət aşağı düşüb Süleymanın yanına getmiş və Süleymanı yanına göndərmişdir. Bir neçə dəqiqə sonra Rüfət həmin vaz 2107 markalı avtomobillə gəlmiş və onlar birlikdə malları avtomobilə yükləmişlər. Bundan sonra onlar avtomobilə minib Rüfətin evinə gəlmiş və birlikdə malları həyətdə boşaltmışlar. Sonra isə onlar birlikdə avtomobillə Ülvinin evinə getmiş və avtomobili həyətdə qoyub yenidən piyada geri Rüfətin yaşadığı evə qayıtmışlar. Rüfət, Süleyman və o, saat 05 radələrinə qədər həyətdə oturmuşlar. Sonra isə Rüfət 05 radələrində tanışı olan taksi sürücüsü ilə əlaqə saxlamış və ona Bakı şəhərinə yük aparmaq lazım olduğunu demişdir. Həmin Əfqan adlı şəxs Rüfətin yaşadığı ünvana gəlmiş və oğurladıqları malları Əfqanın Sprinter markalı mikroavtobusuna yükləmişlər. Bundan sonra hər üçü həmin avtomobillə Bakı şəhərinə getmişlər. Onlar Bakı şəhərinə həmin gün saat 08 radələrində çatmışlar. Əfqan onları Bakı şəhəri, Nizami rayonunda yerləşən Əhmədli metrostansiyası yaxınlığına gətirmiş və Rüfət orada Nizami adlı satıcının dükanına getmişdir. Süleyman və o da Rüfətlə birlikdə dükana daxil olmuşlar. Onlar həmin malları yerə boşaltmış və Nizamiyə təqdim etmişlər. Nizami mallara baxdıqdan sonra həmin mallara 1600 manat pul verəcəyini demişdir. Onlar da həmin məbləğə razılaşmışlar. Rüfət Nizamidən 1600 manat pulu almış və geri taksi ilə Masallı rayonuna qayıtmışlar. Onlar yolda olan zaman Rüfət aldığı 1600 manat puldan 250 manat yol xərclərini çıxıb qalan 1350 manat pulu 3 hissəyə bərabər şəkildə bölmüşdür. Beləcə hər üçünə 450 manat pul qazanc əldə etmişlər. Onların üçündən başqa bu hadisədən heç kimin xəbəri olmamışdır. Zərərçəkmiş şəxsdən üzr istəyir, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini və xəstə olmaqla cərrahiyyə əməliyyatı olunacağını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs2 və Rüfət Bəhlulzadə onun həmkəndliləridir. O, həmin şəxslərlə uşaqlıqdan bir yerdə böyümüş və heç biri ilə arasında düşmənçilik və ədavət olmamışdır. 05 iyul 2024-cü il tarixdə günorta saatlarında onlar üç nəfər Ərkivan qəsəbəsi ərazisində Şahin marketin yanında görüşmüşlər. Onlar söhbət edən zaman Zərərçəkmiş şəxs pərdə dükanına girib oradan oğurluq etmək qərarına gəlmişlər. Həmçinin Rüfət həmin malları Bakı şəhərində əvvəllər tanıdığı Nizami adlı pərdə alverçisinə sata biləcəklərini və pul qazanacaqlarını demişdir. Rüfətlə razılaşmışlar. Onlar əvvəlcə 06 iyul 2024-cü il tarixdə 02 radələrinə qədər gözləmişlər. Daha sonra Rüfət dayısı evinə gedib dayısı oğlu Ülvinin avtomobilini sürüb gəlmişlər. Rüfət Kənanla birlikdə Qiyasın dükanı tərəfə getmiş, o, isə küçədə dayanmışdır. Təxminən bir saata yaxın müddət sonra Rüfət və Kənanla birlikdə oğlurlanmış malları avtomobilə yükləyib Rüfətin yaşadığı evin həyətinə gəlmişlər və malları həyətə boşaltmışlar. Daha sonra Ülvinin avtomobilini Rüfət Ülvinin həyətə qoymuşdur. Həmin gün saat 05 radələrinə qədər həyətdə oturmuşlar. Rüfət Əfqan adlı Bakıya yük və sərnişin daşıyan şəxsi çağırmışdır. Onlar malları Əfqan adlı şəxsin mikroavtobusuna yükləmiş və üçü birlikdə Bakı şəhərinə yola düşmüşlər. Onlar Bakı şəhəri Nizami rayonu ərazisində Əhmədli metrostansiyası ərazisində yerləşən dükanların birinə gəlmişlər və malları boşaltmışlar. Həmin vaxt Nizami adlı şəxsi görmüş və onunla mallar barədə danışmışlar. Nizami onlara 1600 manat pul təklif etmiş və onlar da razılaşmışlar. Bundan sonra onlar geri Masallı rayonuna qayıtmışlar. Ona həmin 1600 manat puldan yol xərcləri çıxıldıqdan sonra 450 manat pul qazanc qalmışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcədə iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evi vardır. Həmin evin həyətində 100 kvadratmetr təşkil edən pərdə dükanı vardır. O, həmin pərdə dükanında əsasən pərdə, pərdə parçaları və pərdə aksessuarları satmaqla məşğul olmuşdur. 6 iyul 2024-cü il tarixdə səhər satlarında o, həmin pərdə dükanın girən zaman orada arxa tərəfdə olan giriş qapısında kənar müdaxilə izləri görmüşdür. Onun pərdə dükanında ön və arxa tərəfdən olmaqla iki giriş olmuşdur. Ön girişi o, kilidlə kilidləmiş və açarı həmişə özündə olmuşdur. Lakin arxa giriş qapısı kilidli olmamışdır, içəridən kustar üsülla hazırlanmış açarla bağlanmışdır. O, həmin qapıda fərqli izlər gördüyü üçün dükanda malların oğurlanmasından şübhələnmişdir. Daha sonra arxa qapını açmış və qapını açdıqdan sonra orada olan izlərlə davam etmişlər. Müşahidə kameralarında oğurluq etmiş şəxslərin başlarında olan qara rəngli maskaları tapana qədər izlərin ardınca getmişlər. Daha sonra müşahidə kameralarına baxmışlar. Kameraya baxdıqları zaman oğurluq etmiş şəxsləri aydınlaşdıra bilməmişlər. Sonra isə yol kənarında əmisi oğlunun evində olan müşahidə kameralarına baxış keçirmişlər. Kameraya baxdıqları zaman oğurluq zamanı istifadə olunan avtomobili görmüşlər, rəngini müəyyən etmişdir, lakin avtomobilin qeydiyyat nömrəsini müəyyənləşdirə bilməmişdir. Bundan sonra isə o, polis şöbəsinə gedərək iş yerindən oğurluq olması ilə bağlı şikayət etmişdir. Polislərdə 2-3 gün sonra onunla birlikdə iş yerinə baxış keçirmişlər. Polis əməkdaşları ilə birlikdə araşdırmalar aparmış, mövcud izlərlə müşahidə apararaq oğurluq etmiş şəxslərin izinə düşmüşlər. Bunları aydınlaşdırdıqdan sonra yenidən polis şəbəsinə gələrək şikayət etmişdir. Sağolsunlar müstəntiqlər, cinayət axtarış şöbəsinin işçiləri oğurluq etmiş şəxsləri tapmışlar. Bundan sonra həmin şəxslərin yaxın qohumları ona dəymiş ziyanı ödəmişlər, ondan üzrxahlıq etmişlər, o da həmkəndli olmalarını nəzərə alıb onları bağışlamış, onlarla barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərin bağışlanmalarını xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X6 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 onun bibisi oğludur və aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs da tanıyır. Qiyas onun həmkəndlisidir. Zərərçəkmiş şəxs pərdə dükanından oğurluq edilməsi barədə həmin hadisədən təxminən bir ay sonra xəbər tutmuşdur. O, xəbəri qohumum olan Rüfət və digər dostlarının tutulmasından sonra qohumlarından almışdır. Onun özünə məxsus olan VAZ 21074 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili o, əsasən ev işləri üçün idarə etmişdir, o, bəzən yaxın qohumlarına həm də Rüfətə lazım olduqda idarə etmələri üçün həmin avtomobili vermişdir. 05 iyul 2024-cü il tarixdə Ərkivan qəsəbəsində dostları ilə görüşmüşdür. Axşam saatlarında o, evə qayıdan zaman Rüfəti yolun kənarında görmüşdür. Rüfətlə salamlaşıb görüşmüş və hmin vaxt Rüfət ona gecə avtomobil lazım olacağını deyib icazə istəmişdir. O da Rüfətə “gecə mən heç yerə getməyəcəm, avtomobil də həyətdə olacaq, istədiyin vaxtı gəlib sürüb apararsan. Açarı da avtomobilin üzərində qoyacam.” demişdir. Rüfət daha başqa söz deməmiş və avtomobilin nə məqsədə lazım olması barədə də soruşmamışdır. Həmin gecə o və digər ailə üzvləri evdə yatdıqları saatda Rüfət gələrək avtomobili sürüb aparmış və daha sonra səhərə yaxın geri gətirmişdir. O, bu barədə daha sonra Rüfətlə danışan zaman xəbər almışdır. O, 05 iyul və 06 iyul 2024-cü il tarixlərdə Rüfətin onun avtomobili ilə haraya getməsi, yanında başqa kimlərin olması və avtomobillə nələrisə daşıyıb-daşımaması barədə heç bir məlumatı yoxdur. Onun bu olanlardan əvvəlcədən xəbəri olmamışdır. Rüfətin kimlərlə haradan oğurluq edəcəyindən əvvəlcədən xəbəri olmamışdır. O, Rüfət də digərləri tutulduqdan sonra bu barədə xəbər almışdır. Rüfət ona avtomobillə nəsə daşıayacağı barədə heç bir söz deməmişdir. O, Rüfətə ara-sıra avtomobili sürməyə verdiyi üçün bu onun üçün adi hal sayılmışdır. Ona görə Rüfətdən məqsədi barədə dəqiq bir söz soruşmamışdır. Rüfət qohumu olduğu üçün onun evinin həyətinə və evə tez-tez gəlmiş, maşınını da idarə etməyə o, özü icazə vermişdir. Təqsirləndirilən şəxs1 onun evinin həyətinə qanunsuz daxil olmamışdır. Cinayət işində olan 10 sentyabr 2024-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilmişdir ki, təqdim olunmuş 10000 (on min) metr uzunluqda Vertical tipli parçanın bir metrinin qiyməti 0,35 manat olmaqla, cəmi qiyməti 3500 manat, 20000 (iyirmi min) metr uzunluqda Metal Jalüzün bir metrinin qiyməti 0,15 manat olmaqla 3000 manat, 50 ədəd pərdə üçün sıxacın bir ədədinin qiyməti 3 manat olmaqla cəmi qiyməti 150 manat, 50 ədəd JYSK model halqalı qarmaq dəstinin bir ədədinin qiyməti 4 manat olmaqla cəmi qiyməti 200 manat, 8 ədəd JYSK Zylinder karnizin bir ədədinin qiyməti 50 manat olmaqla cəmi qiyməti 400 manat, 50 ədəd yapışqan qırmağın bir ədədinin qiyməti 1 manat olmaqla cəmi qiyməti 50 manat, 40 ədəd JYSK Fixi model karniz üçün kronşteynin bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 200 manat, 100 ədəd JYSK model metal qırmağın bir ədədinin qiyməti 2.50 manat olmaqla cəmi qiyməti 250 manat, 10 ədəd SİRİUS model pərdə tutacağının bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 50 manat, 10 ədəd JYSK CONE model karnizin bir ədədinin qiyməti 70 manat olmaqla cəmi qiyməti 700 manatdır. İş materiallarında olan Masallı RİH Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ambulator xəstənin kartından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 talassemiya əlamətlərinin daşıyıcılığı və irsi hemoqlobinopatiya diaqnozu qoyulmuşdur. İş materiallarında olan Masallı RİH Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla anası xx.xx.1967-ci təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı RİH Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (аltı) аy müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Qurbаnov Süleymаn Vidаdi oğlunun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsinin 14 sentyabr 2024cü il tarixli məktubundan görünür ki, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış və cəza müddəti bitdiyi üçün xx.xx.2022-ci il tarixdə Masallı Rayon icra və Probasiya Şöbəsinin icraatından çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadəsi elan olunmuş şəxslərin (təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin, şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirildiyi üçün onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, xəstəliyini və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 14 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-68/2024 saylı, 15 iyul 2024cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 iyul 2024-cü il tarixdən hesablanmışdır İş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 4(050)-74/2024 saylı, 14 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri əvəz edilmişdir. Buda onu göstərir ki, Təqsirləndirilən şəxs1 14 iyul 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanılmış və ev dustaqlığında olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 14 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-66/2024 saylı, 15 iyul 2024cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 iyul 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 4(050)-79/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 21 avqust 2024-cü il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Buda onu göstərir ki, Təqsirləndirilən şəxs3 14 iyul 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək tutularaq həbsdə saxlanılmış və ev dustaqlığında olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 14 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-67/2024 saylı, 15 iyul 2024cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 iyul 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 4(050)-78/2024 saylı, 20 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri əvəz edilmişdir. Buda onu göstərir ki, Təqsirləndirilən şəxs1 14 iyul 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanılmış və ev dustaqlığında olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə mütəxəssis rəyinin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 14 iyul 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək olan 03 (üç) ay 07 (yeddi) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və X1 üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 14 iyul 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək olan 03 (üç) ay 07 (yeddi) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 14 iyul 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək olan 03 (üç) ay 07 (yeddi) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 02 (iki) il, 5 (beş) ay, 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mütəxəssis rəyinin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə qaydada tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülsün. Hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar