Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-208/2024 16.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxx 2003-cü il tarixdə Masallı rayonu, Kosakül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Kosakül kəndində qeydiyyatda olmaqla Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə səhər saatlarında Masallı şəhəri Digah küçəsi ev 6-da yaşayan Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Qəriblər kəndində yerləşən “Sərin Gecə” ailəvi istirahət mərkəzinin həyətinə qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq oradan 3500 manat dəyərində 01 ədəd elektrik transformatorunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 3500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə axşam saatlarında nəzarətçi işlədiyi Masallı şəhəri Digah küçəsi ev 6-da yaşayan Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Qəriblər kəndində yerləşən “Sərin Gecə” ailəvi istirahət mərkəzinin mətbəxindən 300 manat dəyərində 01 ədəd qədimi mis samovarı, 200 manat dəyərində 01 ədəd qədimi mis samovarı, hər biri 50 manat dəyərində 02 ədəd sıxılmış qaz balonunu, xx.xx.2024-cü il tarixdə səhər saatlarında həmin istirahət mərkəzinin mətbəxinin dəhlizindən 100 manat dəyərində 01 ədəd “Eurolux” markalı cərəyan artırıcını, istirahət mərkəzinin katejindən 120 manat dəyərində 01 ədəd "Aquahot” markalı elektrik su qızdırıcısını, istirahət mərkəzinin həyətindən 140 manat dəyərində 01 ədəd dəmir borunu, hər birinin qiyməti 42 manat olmaqla ümumi dəyəri 252 manat olan olan 06 ədəd dəmir borunu, hər birinin qiyməti 30 manat olmaqla ümumi dəyəri 60 manat olan 02 ədəd dəmir listi vahid niyyətlə gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1272 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətlərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 2024-cü ilin may ayı ərəfələrində işsiz olduğu üçün özünə iş axtarırmış, bu minvalla xx.xx.2024-cü il tarixdə səhər saatlarında əvvəllər xidmətçi kimi işlədiyi, lakin həmin ərəfələrdə həyətinə daxil olmaq səlahiyyəti olmayan “Sərin gecə” ailəvi istirahət mərkəzinin açıq olan həyət qapısından həyətə daxil olmuşdur. İstirahət mərkəzinin həyətində gəzərkən gözünə həyətin aşağı tərəfində olan transformator dəymişdir. Maddi imkanı aşağı olduğu üçün transformatoru söküb əsasən içərisində olan misi satmaq qərarına gəlmişdir. Buna görə də transformatoru söndürmüş və yerdən götürdüyü dəmir parçası ilə kabelərini vurub ayırmışdır. Daha sonra isə transformatorun taxtaya bərkidilmiş hissələrinin simlərini açıb yerə düşürmüşdür. Transformatorun içərisində olan misi sökə bilməyinin zaman alacağını görüb onu olduğu kimi satmaq qərarına gəlmişdir. Bundan sonra transformatoru itələyə itələyə bir qədər istirahət mərkəzinin həyətinə tərəf gətirmişdir. Əvvəllər “Sərin Gecə” istirahət mərkəzində işlədiyi ərəfələrdə yol kənarından arabir dəmir alıb satan şəxslərin keçdiyini bilmiş, buna görə də transformatoru istirahət mərkəzinin həyətində qoyub yol kənarına düşüb gözləmişdir. Gözlədiyi ərəfələrdə isə yük yerində dəmirlər yığılmış “Muravey” markalı motosiklet sürücüsünün gəlməsini görüb əl edərək onu saxlatdırmışdır. Həmin motosiklet sürücüsü saxladıqdan sonra ona özlərinə məxsus olan istirahət mərkəzində işləməyən transformatoru satdıqlarını bildirmişdir. Motosiklet sürücüsü isə birlikdə istirahət mərkəzinə gedərək həmin transformatora baxdıqdan sonra qiymət qoya biləcəyini demişdir. Bundan sonra o həmin motosklet sürücüsü ilə “Sərin Gecə” istirahət mərkəzinin həyətinə gəlmişdir. Motosiklet sürücüsünə transformatorun içərisində olan misi sökə bilmədiyini və onu bütövlükdə satdığını bildirmişdir. Motosiklet sürücüsü transformatora baxdıqdan sonra ona bütövlükdə 200 manat pul verəcəyini dedikdə, onlar razılaşmışdır. Bundan sonra həmin şəxs Təqsirləndirilən şəxs 200 manat pul vermiş və onlar birlikdə köməkləşərək transformatoru həmin şəxsə məxsus “Muravey” markalı motosikletin yük yerinə qoymuşlar. Həmin şəxs motosikletlə oradan çıxıb getdikdən sonra isə o da istirahət mərkəzinin həyətini tərk edib çıxıb getmişdir. 2024-cü ilin iyun aylarında isə Masallı rayonu, Qəriblər kəndində yerləşən “Mənzərə” istirahət mərkəzində işə düzəlmişdir. 2024-cü ilin avqust ayının əvvəllərində “Mənzərə" istirahət mərkəzi təmirə bağlandığı üçün işsiz qalmışdır. Buna görə də yenidən özünə iş axtarmağa başlamışdır. Bu minvalla Rahim adlı şəxsə məxsus olan “Sərin Gecə” ailəvi istirahət mərkəzinə nəzarət edən işçinin işdən çıxdığını öyrəndiyi üçün Rahim adlı şəxsə işlə bağlı müraciət etmişdir. Rahim isə onu işə götürdüyünü bildirmiş və o, avqust ayının 10-da günorta saatlarından etibarən “Sərin gecə” istirahət mərkəzində işə başlamışdır. İşə başladığı gün istirahət mərkəzində 2 ədəd samovar, 2 ədəd qaz balonu, 07 ədəd dəmir boru, 02 ədəd dəmir list, 01 ədəd cərəyan artırıcı və 01 ədəd su qızıdırıcı olmasını görüb həmin əşyaları hissə-hissə oğurlayıb satmaq qərarına gəlmişdir. Buna görə Maqsud adlı dəmir alqı-satqısı ilə məşğul olan şəxsin mobil nömrəsini tapıb, xx.xx.2024-cü il tarixdə ona zəng etmişdir. Aralarında olan danışıq zamanı Maqsud ona motosikletinin xarab olmasını bildirib qardaşı Hilalın onunla əlaqə saxlayacağını demişdir. Daha sonra isə qardaşı Hilal onunla əlaqə saxlamışdır. Aralarında olan danışıq zamanı o “whatsapp” mobil tətbiqi ilə Hilala həmin samovarlardan birinin şəklini göndərmişdir. Hilal isə samovarın özünə real baxdıqdan sonra qiyməti barədə ona bir söz deyəcəyini bildirmişdir. Bundan sonra isə aralarında olan danışıq zamanı o, 1 ədəd də əlavə samovarın və 2 ədəd də qaz balonunun olmasını bildirmişdir. Aralarında olan razılıq əsasında xx.xx.2024-cü il tarixdə axşam saatlarında Hilal adlı şəxs həmin əşyaları Masallı rayonunda yerləşən inşaat bazarının yanına göndərməyini, həmin əşyaları alacağını demişdir. Bundan sonra o, həmin tarixdə axşam saatlarında Ədalət adlı taksi sürücüsünün vasitəsi ilə həmin əşyaları Hilal adlı şəxsə göndərmişdir. Ədalət həmin əşyaları İnşaat bazarının yanına aparıb Hilala təqdim etmişdir. Hilal həmin əşyalara baxdıqdan sonra 53 manat qarşılığında onunla razılaşmışdır. Hilal həmin pulu Ədalətə verdikdən sonra Salam, Ədalətə yoldan 1 qutu siqaret almasını demişdir. Ədalət aldığı siqareti gətirib vermiş vəpulun qalığını Salam qaytarmışdır. Salam isə 15 manat pulu Ədalətə zəhmət haqqı kimi vermişdir. Bundan sonra isə əvvəlcədən oğurlayıb satmağı qərarlaşdırdığı “Sərin gecə” ailəvi istirahət mərkəzinin koteclərinin birindən ora quraşdırılmış su qızıdırıcısını və istirahət mərkəzinin mətbəxindən isə cərəyən artırıcını (stablizator) satmaq üçün xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 08 radələrində Ədalət adlı şəxsə zəng edib yenidən “Sərin Gecə” ailəvi istirahət mərkəzinə gəlməyini xahiş etmişdir. Ədalət istirahət mərkəzinə gəldikdən sonra həmin cərəyan artırıcını və su qızıdırıcını onun maşınına qoymuş və özü də onunla birlikdə Masallı şəhəri, Digah küçəsində yerləşən Akif adlı şəxsə məxsus metal qəbulu dükanına getmişdir. Həmin əşyaları Akif adlı şəxsə 10 manata satmışdır. Həmin pulu isə yol haqqı olaraq Ədalət adlı taksi sürücüsünə vermiş və Ədalət onu yenidən işlədiyi “Sərin Gecə” ailəvi istirahət mərkəzinə gətirmişdir. Həmin tarixdə isə istirahət mərkəzinin həyətində olan 7 ədəd dəmir borunu və 2 ədəd dəmir listi də oğurlayıb satmaq üçün Masallı rayonunda yerləşən İnşaat bazarında işləyən Əli adlı şəxslə əlaqə saxlayıb, ona satılıq dəmir boruların, dəmir üstlərin olmasını bildirmişdir. Əli isə həmin əşyaları inşaat bazarına göndərməsini, həmin əşyalara baxdıqdan sonra onların pulunu verəcəyini bildirmişdir. Bundan sonra həmin dəmir boruları və dəmir listi göndərmək məqsədi ilə saat təxminən 09 radələrində Masallı rayonu, Kosakül kəndindən olan tanışı Hakim adlı “Qazel” markalı yük avtomobilinin sürücüsünə zəng edərək, “Sərin gecə” ailəvi istirahət mərkəzinə gəlməsini, Masallı rayonunda yerləşən İnşaat bazarına dəmir aparacağını demişdir. Lakin Hakim ona avtomobilində yük olmasını deyib, başqa bir “Qazel” sürücüsünə bu barədə məlumat verəcəyini bildirmişdir. Bir qədər sonra isə adının sonradan İsrail olduğunu bildiyi “Qazel” sürücüsü onunla əlaqə saxlamışdır. Aralarında olan danışıq zamanı o, İsrailə özlərinə məxsus olan Masallı rayonu, Qəribər kəndində yerləşən “Sərin gecə” ailəvi istirahət mərkəzində olan lazımsız əşyalardan satdıqlarını, həmin əşyaları Masallı rayonunda yerləşən inşaat bazarına aparıb təhvil verəcəyini bildirmişdir. İsrail adlı şəxs isə bu işin zəhmət haqqı olaraq ondan 25 manat pul alacağını qeyd etmişdir. Bundan sonra İsrail adlı şəxs özünə məxsus olan “Qazel” markalı yük avtomobili ilə “Sərin Gecə” isitirahət mərkəzinə gəlmişdir. O, ümumilikdə 7 ədəd dəmir borunu və 2 ədəd dəmir listi İsrail adlı şəxsə məxsus “Qazel“ markalı yük avtomobilinə yığmışdır. İsrail həmin əşyaları aparıb Əli adlı şəxsə təhvil verdikdən sonra o, Əli ilə telefonla əlaqə saxlamışdır. Əli göndərdiyi dəmir borulara və dəmir listə görə 207 manat pul verəcəyini bildirmişdir. Salam isə həmin pulu əşyaları gətirən Qazel markalı yük avtomobilinin sürücüsünə verməsini demişdir. Bundan sonra isə İsrail adlı yük avtomobilinin sürücüsü ilə əlaqə saxlayıb pulu “Sərin Gecə” ailəvi istirahət mərkəzinə gətirməsini demişdir. Lakin İsrail adlı Qazel sürücüsü pulu istirahət mərkəzinə gətirə bilməyəcəyini, başqa bir şəxsə deməyini və həmin şəxsin gəlib pulu ondan götürməsini demişdir. Bundan sonra o, mobil telefonunda taksi sürücüsü kimi qeyd etdiyi, əvvəllər bir neçə dəfə onu müxtəlif ünvanlara aparan, adının isə Mirbaloğlan olmasını bildiyi şəxsə zəng etmişdir. Həmin şəxslə aralarında olan telefon danışığı zamanı ona Masallı şəhəri Digah küçəsindən Şərəfə kəndi istiqamətinə gedən yolun yaxınlığında bir nəfər Qazel sürücüsü olduğunu, həmin şəxsdə ona çatacaq pul olduğunu, həmin şəxsdən pulu alıb ona gətirməsini demişdir. Mirbaloğlan adlı taksi sürücüsü Salama zəhmət haqqı olaraq 15 manat pul alacağını bildirmişdir. Salam isə onunla razılaşmışdır. Bundan bir müddət sonra isə Mirbaloğlan adlı taksi sürücüsü 182 manat ona pul gətirib verərək, 25 manatını Qazel sürcüsünün götürdüyünü bildirmişdir. Salam, isə həmin puldan Mirbaloğlana zəhmət haqqı kimi 15 manat pul vermişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Qəriblər kəndində yerləşən “Sərin Gecə” istirahət mərkəzinin həyətində olan transformatoru oğurlayan zaman həmin istirahət mərkəzinin həyətinə daxil olmaq ixtiyarı olmamışdır. Buna görə həmin vaxt istirahət mərkəzinin həyətinə qıfılsız olan həyət qapısından keçmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs həmin istirahət mərkəzinə nəzarəti ona həvalə etdiyi üçün istirahət mərkəzinin həyətinə, mətbəxinə, koteclərə daxil olmaq ixtiyarı olmuşdur. O, xx.xx.2024-cü il tarixdə “Sərin Gecə” istirahət mərkəzinin həyətinə, mətbəxinə və su qızdırıcısı olan kotecə baxdıqdan sonra artıq həmin əşyaları hissə-hissə oğurlayıb satmaq qərarına gəlmişdir. Buna görə də oğrulayıb satdığı əşyaları vahid niyyətlə oğurlayıb satmışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək bildirdi ki, o, ünvan 1 ünvanda yaşayır. Masallı rayonu Qəriblər kəndində yerləşən “Sərin Gecə” ailəvi istirahət mərkəzini işlədir. İstirahət mərkəzinin həyətində qalmaq üçün ümumilikdə 5 ədəd kotec yerləşdirilmişdir. Fərdi və ailəvi istirahət etmək istəyən şəxslərə həmin koteclərin icarəsi verilir. “Sərin Gecə” istirahət mərkəzi əsas etibarı ilə mövsüm aylarında, yəni daha çox iyun, iyul, avqust aylarında işləyir. Buna görə də hər ilin may ayının axırlarında mövsümlə əlaqədar istirahət mərkəzində təmizlik işləri aparırlar. Belə ki, həmişəki kimi təxminən 2024-cü ilin may ayının 19-20-si tarixlərində həmin istirahət mərkəzində müəyyən təmizlik işləri görmüşlər. Təmizlik işləri aparan zaman istirahət mərkəzinin işıqlandırılmasını təmin edən transformator yerində olmuşdur. Həmin tarixdə istirahət mərkəzinin işıqlarını sayğac vasitəsi ilə yandıran zaman işıqlar işlək vəziyyətdə olmuşdur. Lakin həmin tarixdən təxminən 10 gün sonra istirahət mərkəzinə gedib baxarkən istirahət mərkəzinin işıqlarının yanmadığını görmüşdür. Buna görə də transformatorun yerləşdiyi yerə gedib baxarkən transformatorun sökülməsini, transformator yuvasının yerinin boş qalmasını görmüşdür. Buna görə də xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək, oğurluq hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Həmin ərəfələrdə Masallı RPŞ-nin TBdə etdiyi müraciətlə bağlı araşdırma aparılmışdır. Lakin oğurluq edən şəxsin kim olduğunu öyrənə bilməmişdir. Həmin ərəfələrdə transformatorun oğurlaması nəticəsində 90 manat maddi ziyan dəydiyini düşündüyü üçün izahatında ona dəymiş maddi ziyanın 90 manat olmasını bildirmişdir. Lakin sonralar həmin transformatorun oğurlanması ilə ona əslində 3500 manat məbləğində maddi ziyan dəydiyini müəyyən etmişdir. Lakin bu barədə əlavə olaraq müraciət etməmişdir. Belə ki, sonradan istirahət mərkəzinə yeni transformator alarkən transformatorun qiymətinin daha artıq olduğunu bilmişdir. 2024-cü ilin avqust ayının əvvəllərində “Sərin Gecə” ailəvi istirahət mərkəzində işləyən köhnə işçi işdən çıxmışdır. Buna görə də istirahət mərkəzinə nəzarət etməsi üçün əlavə işçi axtarmışdır. 2023-cü ilin yay aylarında “Sərin Gecə” ailəvi istirahət mərkəzində Salam adlı Masallı rayonu Ərkivan qəsəbəsindən olan bir nəfər şəxs işləmişdir. 2024-cü ilin avqust ayının əvvəllərində, yəni o işçi axtardığı ərəfələrdə Salam yenidən istirahət mərkəzində işləmək üçün ona müraciət etmişdir. Onun isə işçiyə ehtiyacı olduğundan Salamı işə götürməyə razılıq vermişdir. Bu minvalla 10 avqust 2024-cü il tarixdə günorta saatlarında o Salamı işə götürmüş və istirahət mərkəzini ona təhvil vermişdir. Onun iş funksiyası istirahət mərkəzində gecələməkdən, gəlib gedən qonaqları koteclərə yerləşdirməkdən ibarət olmuşdur. 12 avqust 2024-cü il tarixdə günorta saatlarından sonra Salam ona zəng edərək işləyə bilmədiyini, özünə yeni iş yeri tapdığını, işdən çıxmaq istədiyini demişdir. O, bundan sonra “Sərin Gecə” istirahət mərkəzinə gəlmişdir. Həmin vaxt Salama nə üçün iki günlük işləmək adı ilə istirahət mərkəzinə gəlməsini bildirib, ona əsəbləşmiş və istirahət mərkəzindən çıxıb getməsini demişdir. Həmin tarixdə istirahət mərkəzində olan əmlaklara diqqət yetirməmişdir. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə istirahət mərkəzinə baxmaq üçün getmişdir. İstirahət mərkəzinin həyətində gəzişərkən istirahət mərkəzinin həyətində olan 2 ədəd dəmir listin, 7 ədəd dəmir turbanın yerində olmadığını görmüşdür. Bundan sonra istirahət mərkəzinin mətbəxini, kotecləri gəzməyə başlayan zaman mətbəxdən 2 ədəd qaz balonunun, 2 ədəd samovarın, cərəyan artırıcının, koteclərin birindən 1 ədəd su qızdırısıcının (ariston) oğurlandığını aşkar etmişdir. Bundan sonra oğurluq hadisəsinin baş verməsi barədə ərizə ilə Masallı RPŞ-nə müraciət etmişdir. Masallı Rayon Polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri zamanı oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Salamın törətdiyi oğurluq əməli nəticəsində ona ümümilikdə 4772 manat ziyan dəymiş, ibtidai istintaq dövründə ona təqsirləndirilən şəxs tərəfindən ziyanın 2200 manatı, məhkəmə istintaqı dövründə isə qalan hissəsi ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxs barəsində həbslə ələqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilməsini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı rayonu Böyük Xocavar kəndində ailəsi ilə birlikdə yaşayır. Masallı rayonu Böyük Xocavar kənd tam orta məktəbində fiziki tərbiyə ixtisası üzrə müəllim işləyir. Bundan əlavə onun özünə məxsus olan “Vaz 2106” markalı, **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. Həmin avtomobil ilə təxminən bir ildən artıq müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Adətən özünə məxsus avtomobil ilə Masallı şəhəri “İsgəndərli dairəsi” yaxınlığında dayanır və müştəri olduqca lazımi ünvanlara aparıb yenidən həmin yerə qayıdır. 2024-cü ilin iyul ayının 20-si ərəfələrində axşam saatlarında həmişəki kimi Masallı şəhəri “İsgəndərli” dairəsində avtomobili ilə dayanmışdır. Həmin vaxt bir nəfər əvvəllər tanımadığı adının sonradan Salam olduğunu bildiyi şəxs ona yaxınlaşaraq boş olubolmamağını soruşmuşdur. O, isə boş olduğunu demişdir. Həmin vaxt həmin şəxs ona “sənə gül versəm həmin gülü “Mənzərə” istirahət mərkəzinə çatdıra bilərsən” deyə sual vermişdir. O isə “çatdıra bilərəm” deyə cavab vermişdir. Bundan sonra həmin Salam adlı şəxs ona bir buket gül vermiş və o isə Salamdan 5 manat zəhmət haqqı alaraq birabaşa Masallı rayonu Qəriblər kəndində yerləşən “Mənzərə istirahət mərkəzi”nə getmişdir. Getməmişdən qabaq Salam adlı şəxs ona öz mobil telefon nömrəsindən zəng edərək, nömrəsinin mobil telefonunun qeydiyyatına düşməsini təmin etmiş və həmin istirahət mərkəzinə qaxdıqdan sonra ona zəng etməyini, özünün ona zəng edəcəyini bildirmişdir. O həmin yerə çatdıqdan sonra ona zəng edərək, bu barədə məlumat vermişdir. Bundan sonra bir nəfər orta yaşlı qadın ona yaxınlaşmış və gətirdiyi gülü həmin şəxsə vermişdir. Bundan sonra 10 avqust 2024-cü il tarixdə Salam ona zəng edərək, vacib pula ehtiyaclarının olması səbəbindən özlərinə məxsus samovarı satdığını bildirib, samovar istəyən şəxslərin olub olmadığını soruşmuşdur. O isə Salam adlı şəxsə samovar istəyən hər hansı bir tanışının olmadığını bildirib, əlavə bir məlumat olarsa ona bildirəcəyini demişdir. Bundan sonra 11 avqust 2024-cü il tarixdə axşam saatlarında Salam ona məxsus mobil telefona zəng edərək, onun işlədiyi Masallı rayonu İstisu ərazisində yerləşən “Sərin gecə” istirahət mərkəzinə gəlməyini, 2 ədəd samovar və 2 ədəd qaz balonunu Masallı rayonu İnşaat bazarına aparmağını, orada həmin əşyaları əvvəlcədən özünün zəng edib danışdığı dəmir yığan şəxsə verməyini xahiş etmişdir. Bundan sonra o Salamın işlədiyi “Sərin gecə” istirahət mərkəzinə getmişdir. O, həmin istirahət mərkəzində olan zaman Salam adlı şəxsdən buranın nə üçün boş olduğunu soruşmuşdur. Salam adlı şəxs isə ona istirahət mərkəzinin özlərinə məxsus olduğunu, təmir elətdirib fəaliyyətə başlayacaqlarını bildirmişdir. Həmin vaxt o Salamdan 2 ədəd samovarı və 2 ədəd qaz balonunu alıb avtomobilə qoyduqdan sonra həmin əşyaları Masallı rayonu Binə Xocavar kəndinə gedən yolun kənarında yerləşən İnşaat bazarının yanına aparmışdır. Orada əvvəllər münasibəti olmadığı, lakin dəmir alıb satan şəxs kimi tanıdığı şəxsə 2 ədəd samovarı və 2 ədəd qaz balonunu təhvil verib, həmin şəxsdən 53 manat pul almışdır. Bundan sonra Salama zəng edib, bu barədə məlumat verdikdən sonra Salam ondan bir qutu siqaret və çayla içmək üçün dilimlənmiş tort almağını xahiş etmişdir. O Salamın dediyi kimi etmişdir. Pulun qalığını verdikdən sonra isə Salam ona zəhmət haqqı olaraq ona 15 manat pul vermişdir. xx.xx.2024-cü il tarixdə isə Salam səhər saatlarında ona zəng edərək, işlədiyi “Sərin gecə” istirahət mərkəzinə gəlməyini, oradan ona məxsus avtomobil ilə Masallı şəhəri “Seybətin dairəsi” yaxınlığına su qızdırıcı və cərəyan artırıcı aparacağını demişdir. O, istirahət mərkəzinə getmiş və Salam özü ilə su qızdırıcı və cərəyan artırıcı aparatı gətirib, ona məxsus avtomobilin yük yerinə qoymuşdur. Onlar birlikdə həmin su qızdırıcını və cərəyan aparatını Masallı şəhəri Digah küçəsində yerləşən dəmir alqı-satqısı dükanına gətirmişlər. Həmin vaxt Salam dəmir alqı-satqısı dükanına gətirdiyi su qızdırıcını və cərəyan artırıcını 10 manata satdıqdan sonra isə həmin 10 manatı da yol haqqı olaraq ona vermişdir. Sonradan isə Salamdan heç bir xəbəri olmamışdır. Belə ki, Salam sonradan onu taksi kimi yenə də çağırsa da, öz şəxsi işləri olduğu üçün onun çağırışına gedə bilməmişdir. O, Salam adlı şəxsin həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Salam “Sərin Gecə” ailəvi istirahət mərkəzinin özlərinə məxsus olmasını, istirahət mərkəzinin təmirə bağlanması səbəbindən orada olan lazımsız əşyaları satdıqlarını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Masallı şəhəri, Digah küçəsi, ev 10-da ailəsi ilə birlikdə yaşayır. Masallı şəhəri, Digah küçəsinə aid ərazidə metal əşyaların qəbulu ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 08 radələrində metal qəbulu dükanında olan zaman dükana vaz 2106 markalı avtomobil ilə iki nəfər şəxs gəlmişdir. Gələn şəxslərdən biri adının sonradan Salam olduğunu bildiyi şəxs ona yaxınlaşaraq, bir ədəd su qızdırıcı, bir ədəd isə cərəyan artırıcını satmaq üçün gətirdiyini bildirmişdir. Digər şəxs isə taksi sürücüsü olduğu üçün kənarda gözləmişdir. O, Salam adlı şəxsə əsasən dükanda dəmir əşyaların alındığını deyib, gətirdiyi əşyalara bir o qədər çox pul verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Salam adlı şəxs avtomobilin yük yerindən 1 ədəd su qızdırıcını və 1 ədəd cərəyan artırıcını gətirib ona təqdim etmişdir. O, həmin əşyalara baxdıqdan sonra isə Salam adlı şəxsə ən yaxşı halda həmin əşyaların ikisinə 10 manat pul verə biləcəyini bildirmişdir. Salam adlı şəxs isə onunla razılaşmışdır. Bundan sonra o Salama 10 manat pul vermiş və aldığı əşyaları dükanına qoymuşdur. Salam adlı şəxs isə gəldiyi taksi sürücüsü ilə oradan uzaqlaşıb, getmişdir. Salam adlı şəxs ona xx.xx.2024-cü il tarixdə 1 ədəd su qızdırıcı və 1 ədəd cərəyan artırıcını təqdim edən zaman həmin əşyaların özlərinə məxsus olduğu, lazım olmadığı üçün satdığını bildirmişdir. O, həmin əşyaları alarkən onların oğurluq olduğundan məlumatsız olmuşdur. Salam adlı şəxsdən aldığı 1 ədəd su qızdırıcı və 1 ədəd cərəyan artırıcını istintaqa təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Masallı rayonu Təzəkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Masallı rayonu Binə Xocavar yolunun üstündə yerləşən İnşaat bazarında metal qəbulu ilə məşğul olur. Mütəmadi olaraq metal əşyalar satmaq istəyən şəxslər ya ona zəng edib satmaq istədikləri əşyaları göndərirlər, yada ki, birbaşa özləri həmin əşyaları gətirib satırlar. xx.xx.2024-cü il tarixdə bir nəfər adının sonradan Salam olduğunu bildiyi, əvvəllər tanımdağı şəxs mobil telefonla ona zəng edərək, özlərinə məxsus olan samovar, qaz balonunu satmaq istədiyini bildirmişdir. O, Salam adlı şəxsə onun samovar və qaz balonu almadığını, yalnız metal əşyalar qəbul etdiyini demişdir. Həmin şəxs ona samovarı və qaz balonunu sata biləcəyi hər hansı bir şəxsin mobil telefon nörməsini verməyini xahiş etmişdir. O isə həmin şəxsə belə əşyaları alıb satmaqla məşğul olan Maqsudun mobil telefon nörməsini vermişdir. Sonradan isə onların aralarında alqı-satqı olub olmadığını bilməmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Salam adlı şəxs ona zəng edərək özlərinə lazım olmayan dəmir boruların və dəmir üstlərin olduğunu bildirib, həmin əşyaları satdığını demişdir. O isə Salam adlı şəxsə həmin əşyalara baxdıqdan sonra onları qiymətləndirə biləcəyini bildirib, əşyaları İnşaat bazarına göndərməsini demişdir. Bundan bir neçə saat sonra isə əvvəllər tanımadığı Qazel markalı yük avtomobilin sürücüsü Salam adlı şəxsin göndərdiyi ümumilikdə 7 ədəd dəmir borunu və 2 ədəd dəmir listi İnşaat bazarına gətirmişdir. O Qazel sürücüsünün gətirdiyi dəmir borulara və dəmir listə baxdıqdan sonra həmin əşyalara ümumilikdə 207 manat pul verə biləcəyi barədə Salama məlumat vermişdir. Salam isə həmin pulu Qazel sürücüsünə verməyini bildirmişdir. Bundan sonra o həmin pulu Qazel sürücüsünə vermişdir. Sonradan isə Salam adlı şəxslə hər hansı bir əlaqəsi olmamışdır. O, Salam adlı şəxsi tanımamışdır. Ümumiyyətlə onu görməmişdir. Salam adlı şəxs ona xx.xx.2024-cü il tarixdə 07 ədəd dəmir borunu və 02 ədəd dəmir listi satan zaman həmin əşyaların özlərinə məxsus olduğunu, lazım olmadığı üçün satdığını bildirmişdir. O həmin əşyaları alarkən onların oğurluq olmasından məlumatsız olmuşdur. Salam adlı şəxsdən aldığı 07 ədəd dəmir borunu və 02 ədəd dəmir listi əvvəlcədən alıb yığdığı başqa metal əşyalarla birlikdə xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhərində yerləşən metal qəbulu zavoduna göndərmiş və satdığı həmin əşyaların da pulunu almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Masallı rayonu Köçəkli kəndində ailəsi ilə birlikdə yaşayır. Onun özünə məxsus M markalı motosikleti var. Həmin motosikletlə əsasən rayon ərazisində kəndlərdən dəmir alıb satmaqla məşğul olur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Masallı şəhəri Digah küçəsində qardaşı Maqsudla rastlaşan zaman Maqsud ona özünə məxsus motosikletin xarab olduğunu, Masallı rayonu Qəriblər kəndində Salam adlı bir nəfər şəxsin ona zəng edərək, satılıq samovar və qaz balonları olduğunu dediyini, onun Masallı rayonu Qəriblər kəndinə gedib həmin əşyaları götürməyini bildirmişdir. Qardaşı da dəmir, samovar, qaz balonu və bu kimi digər əşyaları alıb satmaqla məşğul olur. O, qardaşına motosikletininin işığının olmadığını, havanın qaranlıq saatlarında motosikleti idarə edə bilməyəcəyini, buna görə də taksi ilə həmin əşyaları Masallı rayonu Binə Xocavar kəndi yolunda yerləşən İnşaat bazarına göndərməsini, həmin əşyaları orada ala biləcəyini demişdir. Bundan sonra qardaşı Salam adlı şəxsin mobil telefon nömrəsini ona vermişdir. O, Salam adlı şəxslə mobil telefonla danışmışdır. Salam adlı şəxs ona Samovar barədə məlumat verib "whatsapp” mobil tətbiqində Samovarın birinin şəklini göndərmişdir. O isə həmin samovarın özünə baxdıqdan sonra qiyməti barədə nəsə deyə biləcəyini bildirmişdir. Növbəti gün o həmin samovarları və qaz balonlarını almalı olduğu aralarında razılaşdırılmışdır. Bundan sonra növbəti gün axşam saatlarında Salamla əlaqə saxlayaraq, Masallı rayonunda yerləşən İnşaat bazarına getdiyini, satmaq istədiyi əşyaları göndərməsini, həmin əşyaların pulunu verib alacağını bildirmişdir. Həmin vaxt qardaşı Maqsud da onun yanında olmuşdur. Bundan sonra Salam adlı şəxs tanımadığı sarı rəngli vaz 2106 markalı taksi sürücüsü ilə 2 ədəd samovarı və 2 ədəd qaz balonunu İnşaat bazarına göndərmişdir. O, həmin vaxt 2 ədəd samovara və 2 ədəd qaz balonuna baxdıqdan sonra ümumilikdə həmin əşyalara 50 manat pul verə biləcəyini bildirmişdir. Samovarların biri digərinə nisbətən iri olmudur. Lakin qaz balonları eyni ölçülərdə olmuşdur. Salam adlı şəxs isə mobil telefonda ona əlavə olaraq 3 manat da üzərinə pul qoymağını xahiş etmişdir. O isə yekun qiymət olaraq 53 manat pul qarşılığında razılaşıb, 53 manat pulu Salamın özünün istəyi ilə əşyaları gətirən taksi sürücüsünə vermişdir. Bundan sonra isə növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə isə İnşaat bazarında həmin 2 ədəd samovarı və 2 ədəd qaz balonunu bazara vaz 2106 markalı avtomobil ilə gələn özlərini Ağcabədi rayon sakinləri kimi təqdim edən şəxslərə 120 manat məbləğində pul qarşılığında satmışdır. Salam ona da, qardaşı Maqsuda da həmin əşyaların özünə aid olmasını bildirmişdir. Onlar həmin əşyaların cinayət yolu ilə əldə edilməsini bilməmişlər, onun oğurluq əşya satmasından şübhələnməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Masallı rayonu Ərkivan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Onun özünə məxsus olan Qazel markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili var. Həmin yük avtomobili ilə sifariş olduqca yüklərin daşınması ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində tanışı Hakim adlı Qazel sürücüsü zəng edərək, özünün Qazelində yük olmasını, bir nəfər şəxsin ona zəng edərək, yük aparmaq üçün maşına ehtyacının olmasını dediyini, onun əvəzinə özünün gedib həmin yükü aparmağını bildirmişdir. Bundan sonra Hakim ona adının Salam olduğunu bildiyi şəxsin mobil telefon nömrəsini vermiş və o həmin şəxsə zəng etmişdir. Salam adlı şəxs ona işlədiyi Masallı rayonu Qəriblər kəndində yerləşən “Sərin Gecə” ailəvi istirahət mərkəzinə gəlməyini, orada olan lazımsız əşyalardan satılacağını və onun avtomobili ilə həmin əşyaları İnşaat bazarına aparacağını bildirmişdir. O isə Salama zəhmət haqqı olaraq 25 manat pul alacağını demişdir. Salam adlı şəxs isə onunla razılaşmış və o Salamın dediyi kimi özünə məxsus yük avtomobili ilə həmin yerə getmişdir. Həmin vaxt Salam adlı şəxs ona məxsus olan Qazel markalı yük avtomobilinin yük yerinə müəyyən turba və list dəmir əşyaları yığmışdır. Onun belində ağrı olduğu üçün kənarda dayanıb gözləmişdir. Salamdan istirahət mərkəzinin kimə aid olduğu və həmin əşyaları nə üçün satdığını soruşduqda Salam ona “Sərin gecə” ailəvi istirahət mərkəzinin özlərinə məxsus olduğunu, əşyaların isə lazımsız olması səbəbindən satdığını bildirmişdir. Belə ki, havanın işıqlı vaxtı həmin əşyaları yük avtomobilinə yığmadığına görə onun oğurluq etməsindən qətiyyən şübhələnməmişdir. Salam adlı şəxs əşyaları ona məxsus Qazel markalı yük avtomobilinə yığıb qurtardıqdan sonra ona həmin əşyaları Masallı şəhəri Digah küçəsində yerləşən İnşaat bazarına aparıb, Əli adlı şəxsə verməyini, Əlinin verəcəyi puldan isə özünün zəhmət haqqını götürməyini demişdir. Bundan sonra o Salamın dediyi kimi həmin əşyaları İnşaat Bazarına aparıb, Əli adlı şəxsə təhvil vermişdir. Yük avtomobilində olan həmin əşyaları Əli adlı şəxs və yanında olan şəxslər özləri boşaltmışlar. Əli adlı şəxs isə ona Salam adlı şəxsə çatdırılması üçün 207 manat pul vermişdir. Lakin o Salama zəng edərək pulu ona gətirib verə bilməyəcəyini, əlavə olaraq başqa bir adama tapşırmasını və gəlib pulu ondan götürməsini demişdir. Bundan sonra ona adının sonradan Mirbaloğlan olduğunu bildiyi şəxs zəng edərək, taksi sürücüsü olmasını, Salam adlı şəxsə çatdırılmalı pulu ona verəcəyini demişdir. O, Mirbaloğlanla danışan zaman ondan harada olmasını soruşmuşdur. Mirbaloğlan isə ona Masallı şəhəri İsgəndərli dairəsi adlanan yerdə olduğunu bildirmişdir. O, Mirbaloğlana elə İsgəndərli dairəsində gözləməyini, özünün oradan gəlib keçəcəyini, həmin vaxt pulu ona verəcəyini demişdir. Bundan sonra o İsgəndərli dairəsinə gəldikdən sonra 207 manat pulun üzərindən 25 manat zəhmət haqqını götürüb, 182 manat pulu Mirbaloğlana vermiş və oradan isə evə çıxıb getmişdir. O, həmin əşyaların oğurluq olmasını bilməmişdir. Salam adlı şəxs ona “Sərin Gecə” ailəvi istirahət mərkəzinin onlara məxsus olduğunu və həmin əşyaların lazımsız əşyalar olduğuna görə satdığını bildirmişdir. Həmçinin Salamın həmin əşyaları havanın gündüz saatlarında avtomobilinə yüklədiyinə görə heç nədən şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Masallı rayonu Ərkivan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Onun özünə məxsus olan Opel Astra markalı **-HC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. O, həmin avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 2024-cü ilin təxminən iyul ayının ortalarında Masallı rayonu Qəriblər kəndi ərazisində İstisu kimi adlanan yerdən Masallı şəhəri istiqamətinə gələn zaman yol kənarında adının sonralar Salam olduğunu bildiyi şəxs taksi kimi maşınına əl etmişdir. O, avtomobili saxladıqdan sonra Salam avtomobilə minmişdir. Həmin vaxt onu Masallı şəhəri İsgəndərli dairəsinə gətirib, yol haqqını almışdır. Yolda olan zaman Salam onun mobil telefon nömrəsini öz telefonuna qeyd edərək, gələcəkdə taksi lazım olduğu zaman ona zəng edəcəyini bildirmişdir. Həmin vaxtdan sonra Salam təxminən iki dəfə ona zəng etmiş və o Masallı rayonu Qəriblər kəndi ərazisinə gedərək, onu Masallı şəhərinə gətirmişdir. Sonralar isə onların aralarında danışıq olmamışdır. xx.xx.2024-cü il tarixdə isə saat təxminən 10 radələrində Salam adlı şəxs mobil telefonla ona zəng edərək, “Qazel” markalı yük avtomobilinin sürücüsünün nömrəsini ona verəcəyini, həmin şəxsin Masallı şəhəri Digah küçəsində yolun Şərəfə kəndinə dönən hissəsində bir yerlərdə olacağını, həmin şəxsdə ona çatdırılası pul olduğunu, həmin sürücüdən pulu götürüb, onun işlədiyi “Sərin Gecə” ailəvi istirahət mərkəzinə gətirməyini demişdir. O, Salama zəhmət haqqı olaraq ondan 15 manat pul alacağını bildirmişdir. Salam isə razılıq vermişdir. Bundan sonra Salam ona həmin “Qazel” markalı yük avtomobilinin sürücüsünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsini vermişdir. O, adının sonradan İsrail olduğunu bildiyi həmin “Qazel” markalı yük avtomobilinin sürücüsünə zəng edərək, taksi sürücüsü olduğunu, ona onun nömrəsinin verildiyini, ona pul verəcəyini və həmin pulu aparıb zəng edən şəxsə çatdıracağını bildirib, harada olmasını soruşmuşdur. İsrail adlı “Qazel” markalı yük avtomobilinin sürücüsü isə ondan harada olduğunu soruşmuşdur. O, həmin şəxsə Masallı şəhəri İsgəndərli dairəsi adlanan yerdə olduğunu bildirmişdir. İsrail adlı şəxs isə ona elə İsgəndərli dairəsində gözləməyini, özünün oradan gəlib keçəcəyini, həmin vaxt onda olan pulu ona verəcəyini bildirmişdir. Bundan sonra o həmin şəxsi İsgəndərli dairəsində gözləmişdir. Həmin şəxs İsgəndərli dairəsinə gəldikdən sonra Salam adlı şəxsə çatdırması üçün ona 182 manat pul vermişdir. O, isə həmin pulu “Sərin Gecə” istirahət mərkəzinə aparıb, Salam adlı şəxsə vermişdir. Həmin puldan isə Salam onun yol haqqı üçün 15 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi pulun nəyin pulu olması, həmin pulun oğurlayıb satdığı əşyaların pulu olması barədə heç bir söz deməmişdir. Bu barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2024-cü ilin may ayının 20-si ərəfələrində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində törədilmiş oğurluq hadisələri Zərərçəkmiş şəxs məxsus olan Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “Sərin Gecə” ailəvi istirahət mərkəzində baş vermişdir. “Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid2 01 ədəd 30 litr su tutumlu “Aquahot” markalı su qızdırıcı və 01 ədəd “Eurolux” markalı cərəyan artırıcı götürülmüşdür. xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs məxsus “Sərin Gecə” istirahət mərkəzində törətdiyi oğurluq cinayət əməlini hadisə yerində əyani təqdim etməklə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli əşyanın maddi sübut qismində tanınması barədə qərar əsasında götürülmüş 01 ədəd “Aquahot” markalı su qızıdırıcı və 01 ədəd “Eurolux” markalı cərəyan artırıcı maddi sübut qismində tanınaraq, RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. 14 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “Aquahot” markalı elektrik su qızdırıcısı (ariston) və 01 ədəd “Eurolux” markalı cərəyan artırıcı Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əzizov X2 rayonu, Ərkivan qəsəbəsində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon Mərkəzi X3 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-60/2- 1456/2024 saylı məktubdan görünür ki, Masallı rayonu Kosakül kəndində qeydiyyatda olmaqla Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan xx.xx.2003-cü təvəllüdlü Təqsirləndirilən şəxs və Masallı şəhəri Digah küçəsi ev 6-da yaşayan xx.xx.1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin narkoloji və psixo-nevroloji kabinetində dispanser qeydiyyatında durmur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3552 saylı arayışdan görünür ki, Əzizov X1 xəstəxanasında qeydiyyatda deyildir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, təsvir olunmuş 01 ədəd 10 KVA gücündə elektrik transformatorun qiyməti 3500 manatdır, təsvir olunmuş 01 ədəd 7 litr su tutumlu olan qədimi mis samovarın qiyməti 300 manatdır, təsvir edilmiş 01 ədəd 5 litr su tutumu olan qədimi mis samovarın qiyməti 200 manatdır, təsvir edilmiş 02 ədəd 25 litr propan qaz tutumu olan sıxılmış qaz balonun 01 ədədinin qiyməti 50 manat olmaqla, cəmi qiyməti 100 manatdır. Təsvir olunmuş 01 ədəd diametri 159 mm, uzunluğu 4 metr, divarının qalınlığı 0,4 sm olan dəmir borunun 1 metrinin qiyməti 35 manat olmaqla, cəmi qiyməti 140 manatdır. Təsvir olunmuş 06 ədəd diametri 120 mm, uzunluğu 3 metr divarının qalınlığı 0,2 sm ümumi 18 metr olan dəmir borunun 1 metrinin qiyməti 14 manat olmaqla, cəmi 252 manatdır. Təsvir olunmuş 02 ədəd uzunluğu 3 metr, eni 14 sm olan dəmir listin 1 ədədinin qiyməti 30 manat olmaqla, cəmi 60 manatdır. Təqdim olunmuş 01 ədəd 30 litr su tutumlu “Aquahot” markalı elektrik su qızdırıcısının qiyməti 120 manatdır. Təqdim olunmuş 01 ədəd 1500 SVC gücündə “Eurolux” markalı, cərəyan artırıcının qiyməti 100 manatdır. Təqdim və təsvir olunmuş əşyaların qiyməti tələb və təklifə uyğun olaraq, orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, baxış keçirilməsı haqqında protokol, ona əlavə edilmiş fotocədvəl, ifadənin yerində yoxlanılması haqqında protokol, ona əlavə edilmiş fotocədvəl, götürmə aparılması haqqında protokol və ona əlavə edilmiş fotocədvəl və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Məhkəmə, bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə CM-in 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yaşını, həyat tərzini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə 4772 manat maddi ziyanın zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. Maddi sübut-01 ədəd “Aquahot” markalı elektrik su qızdırıcısı və 01 ədəd “Eurolux” markalı cərəyan artırıcının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə xərci 30 (otuz) manat tutularaq, "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********,M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES************ ******** hesabına köçürülməlidir. Məhkəmə, iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Maddi sübut-01 ədəd “Aquahot” markalı elektrik su qızdırıcısı və 01 ədəd “Eurolux” markalı cərəyan artırıcı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə xərci 30 (otuz) manat tutularaq, "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h:AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN:AZ11BRES******************** hesabına köçürülsün. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-208/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-208/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver