Məhkəmə qərarları › İş №1(050)-208/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-208/2025

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-208/2025 16.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən Abbasova Ellara Həsən qızının, Məhkəmə iclasının katibi X1, Təqsirləndirilən şəxs X4 və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi cinayət məsuliyətinə cəlb edilməsinə dair Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə baxış iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Daha sonra X5 məhkəməyə ərizə ilə müraciət edərək X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinin Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə ittiham hissəsindən imtina etdiyini və Rauf Cəbiyevin Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddə ilə barəsində ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin qərarına əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair hissədə X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, xüsusi ittihamçı X5 məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin xüsusi ittihamçı X2 nümayəndəsi və vəkili Müdafiəçi1 Azemis elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq hazırkı iş üzrə xüsusi ittihamçının ittihamdan imtina etdiyini, ittihamdan imtinanın hüquqi nəticələrinin xüsusi ittihamçıya aydın olduğunu və ərizənin nəzərə alınmasını xahiş etmişdir. Odur ki, məhkəmə xüsusi ittiham qaydasında şikayətə X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X6 barəsində olan xüsusi ittiham qaydasında iş üzrə xüsusi ittihamçının ittihamdan imtinasını qəbul etdiyini, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X4 müdafiəçisi Müdafiəçi2 xüsusi ittihamçının ittihamdan imtinasını qəbul etdiklərini, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 nömrəli qərarının 17-ci bəndində əsasən məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir. (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Beləliklə, məhkəmə qanunvericiliyin imperativ tələblərini və xüsusi ittihamçının ərizəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X4 cinayət məsuliyyətinə cəlb edilməsinə dair başlanmış cinayət təqibinə, xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında irəli sürdüyü ittihamdan imtina etməsi əsasında xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq qərara aldı: X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair başlanmış cinayət təqibinə, xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında irəli sürdüyü ittihamdan imtina etməsi əsasında, AR CPM-nin 43.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar