Məhkəmə qərarları › İş №1(050)-210/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-210/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-210/2024 06.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Masallı rayonu, Yeddioymaq kəndində anadan olmuş, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 1(050)- 221/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 1 (bir) il 9 (doqquz) ay 25 (iyirmi beş) gün çəkilməmiş cəzası qalan, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(050)- 85/2024 saylı qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçrmək məqsədilə Masallı rayonu Köhnə Alvadı kənd sakini Zərərçəkmiş şəxs2 1100 manat pul müqabilində sonuncunun qızı Şahid1 üçün pensiya təyin etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2023-cü ilin mart ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixlərdə Masallı şəhəri Səməd Vurğun küçəsində yerləşən Xətai parkında 600 manat və Masallı RMX-nın inzibati binasının həyətində 500 manat, ümumilikdə Zərərçəkmiş şəxs2 1100 manat pulunu vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə 1100 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Masallı rayonu Lürən kənd sakini Zərərçəkmiş şəxs1 1000 manat pul müqabilində pensiya təyin etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Masallı şəhəri Səməd Vurğun küçəsində yerləşən Xətai parkında Zərərçəkmiş şəxs1 1000 manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətlərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2ci maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, əvvəllər dələduzluq cinayət əməlini törətdiyinə görə məhkum olunmuşdur. 2023-cü ilin mart ayının əvvəllərində Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən Masallı 1 saylı mediasiya təşkilatında olduğu zaman şəxsiyyətini sonradan tanıdığı Zərərçəkmiş şəxs2 həmin yerə yaxınlaşıb qızına pensiya təyin etdirmək istədiyini bildirməsini görmüşdür. O, da Zərərçəkmiş şəxs2 kənara çağırıb ondan ətraflı məlumat aldıqdan sonra yanında olan qızı şəxsiyyətini sonradan tanıdığı Şahid1 üçün pensiya təyin etdirə biləcəyini və bunun üçün 1500 manat pul lazım olduğunu demişdir. Daha sonra o, öz mobil nömrəsini Zərərçəkmiş şəxs2 vermiş və Xəyaləyə aid sənədləri qısa zamanda ona təqdim etmələrini bildirmişdir. Həmin ayda Zərərçəkmiş şəxs2 ona zəng edərək dediyi məbləğin 600 manatını hazır etdiyini və ona vermək istədiyini demişdir. O, həmin gün saat 13 radələrində Zərərçəkmiş şəxs2 Masallı şəhəri Səməd Vurğun küçəsində yerləşən Xətai Parkına dəvət edib, orada Zərərçəkmiş şəxs2 600 manat pulu və qızı Xəyaləyə dair sənədləri almışdır. Növbəti gün isə Zərərçəkmiş şəxs2 yenə ona zəng edərək 400 manat pulu hazır etdiyini və vermək istədiyini bildirmiş və o da Zərərçəkmiş şəxs2 Masallı rayon Mərkəzi Xəstəxanasında olduğunu və ora getməsini demişdir. Həmin gün saat 10 radələrində Masallı RMX-nın həyətində Zərərçəkmiş şəxs2 400 manat pulu almış, sonra Zərərçəkmiş şəxs2 onun yanından uzaqlaşıb getmişdir. Lakin, sonralar Zərərçəkmiş şəxs2 ona istədiyi ümumilikdə 1500 manat pulun 500 manatını imkanı zəif olduğu üçün verə bilməcəyini bildirmişdir. O, da Zərərçəkmiş şəxs2 ilə razılaşmış və əlavə pul tələb etməmişdir. O, Şahid1 pensiya təyin etdirməyə çalışsa da, bunu bacarmamış və Zərərçəkmiş şəxs2 aldığı pulu Xəyalə üçün pensiya təyin edilməsinə görə sənədləşmə işinə və öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs2 1000 manat pul almış, lakin Zərərçəkmiş şəxs2 bildirir ki, ondan 1100 manat pul almışdır. Əgər Zərərçəkmiş şəxs2 belə deyirsə, “qoy onun dediyi kimi olsun” deyərək etiraz etməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 isə qaynı və onun tanışı olan Şahid3 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə ona zəng edərək xəstə olmasını, özünə pensiya təyin etdirmək istədiyini və ona köməklik göstərməyini bildirmişdir. O, da Zərərçəkmiş şəxs1 ilə razılaşmış və sonuncunu həmin gün Xətai parkına dəvət etmişdir. Orada Zərərçəkmiş şəxs1 ona sağ ayağının sındığını, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyini və bu səbəbdən qrup əlillik almaq istədiyini demişdir. O, da Zərərçəkmiş şəxs1 pensiya təyin etdirmək üçün 1000 manat pul lazım oduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşıb yanından gedərək həmin gün saat 18 radələrində təkrar Xətai parkına gəlib orada ona 1000 manat pulu vermişdir. O, da Zərərçəkmiş şəxs1 pensiya təyin etdirəcəyinə dair vəd verib sonuncu ilə sağollaşmışdır. Sonradan Zərərçəkmiş şəxs1 də pensiya təyin etdirə bilməyəcəyini bildiyi üçün sonuncudan aldığı 1000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməmişdir. Barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza seçilərsə, işləyib 3-4 ay müddətində zərərçəkmişlərin maddi ziyanını ödəyəcəkdir. Əməlindən peşmandır, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Masallı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Masallı rayonu, Yeddioymaq kənd sakini Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında tanımışdır. Hazırda Masallı rayonu, Banbaşı kəndində ailəsi ilə birlikdə yaşayan qızı Şahid1 eşitmə qabiliyyəti pozulmuş və danışıq qabiliyyətini itirdiyindən o, qızına pensiya təyin etdirmək istəmişdir. 2023-cü ilin mart ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən Masallı 1 saylı mediasiya təşkilatına gedib orada Şahid2 qızına pensiya təyin etdirməklə bağlı məsləhət alıb çıxdıqdan sonra onun danışığını eşidən Masallı rayonu, Yeddioymaq kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşıb qızı Şahid1 pensiya təyin etdirə biləcəyini və bunun üçün 1500 manat pul lazım olduğunu həmin pul müqabilində qızına pensiya təyin etdirə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona öz mobil telefon nömrəsini verib və onun da telefon nömrəsini alıb telefonuna qeydiyyata salmışdır. Həmin vaxt qızı Şahid1 da onun yanında olmuşdur. Həmçinin Tural ondan pulu və qızına məxsus sənədləri qısa zaman ərzində təqdim etməyini istəmiş, daha sonra o və qızı Xəyalə oradan uzaqlaşıb yaşadıqları evə geri qayıtmışlar. O, evində əlacsız vəziyyətdə olduğuna görə Təqsirləndirilən şəxs səmimiyyətinə inanıb sonuncu ilə razılaşmış, həmin ərəfələrdə qızının müalicəsi üçün yığıb saxladığı 600 manat pulu götürüb Turala zəng edərək, dediyi məbləğin 600 manatını hazır etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs də ona Masallı şəhəri, Səməd Vurğun küçəsində yerləşən Xətai parkına getməyini və orada gözlədiyini demiş, o da təxminən saat 13 radələrində həmin yerə gedib orada Təqsirləndirilən şəxs ilə görüşüb sonuncuya 600 manat pulu və qızı Xəyaləyə aid xəstəlik sənədlərini vermişdir. Tural ondan qalan pulu nə vaxt verəcəyini soruşduqda o, Turala qısa müddətə qalan pulu da verəcəyinə dair söz vermişdir. Bundan sonra o, tanışlarından 500 manat pul borc alıb yenə də Turala zəng edərək sonuncuya 500 manat pul hazır etdiyini bildirib vermək istədiyini demişdir. Təqsirləndirilən şəxs də növbəti gün səhər saat 10 radələrində Masallı RMX-ya gedib orada həmin pulu ona verməyini ondan istəmiş, o da dəqiq xatırlamadığı gündə qızı Xəyalı Yəhyayeva ilə birlikdə Masallı RMX-ya gedib orada Təqsirləndirilən şəxs ilə görüşmüş və sonuncuya 500 manat pulu verdikdən sonra qalan 400 manat pulu verə bilməyəcəyini və imkanının olmadığını demişdir. Təqsirləndirilən şəxs də ondan pulu alıdıqdan sonra razılaşmış və ona köməklik edəcəyini və qısa zaman ərzində qızına pensiya təyin etdirəcəyinə dair söz vermişdir. Lakin, xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs onu aldatdığını görüb sonuncudan dəfələrlə pulunu tələb etsə də, Təqsirləndirilən şəxs onun pulunu geri qaytarmamış və onu aldatmışdır. Buna görə də o, Təqsirləndirilən şəxs barəsində Masallı RPŞ-yə şikayət etmişdir. Hazırda təqsirləndirlən şəxslə barışmamış və ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs 1100 manat pul vermişdir, sonuncunun 1000 manat almasında israr etməsini başa düşə bilmir. O, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı olmasına görə tutulmasını istəmir, lakin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona dəymiş 1100 manat maddi ziyanı tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Masallı rayonu Yeddioymaq kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən tanıyır, sonuncu ilə əvvəllər münasibəti yaxşı olsa da, sonradan aralarında ədavətlər yaranmağa başlamışdır. Həmin ərəfələrdə qaynı Şahid3 tanışı Təqsirləndirilən şəxs pul müqabilində pensiya təyin etdirə biləcəyi barədə ona məlumat vermişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə saat 16 radələrində qaynı Şahid3 ilə birlikdə Masallı şəhəri Səməd Vurğun küçəsində yerləşən Xətai parkında olarkən Təqsirləndirilən şəxs orada olduğunu görüb yaxınlaşmış və sonuncu ilə görüşdükləri zaman o, Turala sağ ayağının sındığını, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyini, bu səbəbdən qrup əlillik almaq istədiyini demişdir. Tural ondan epikrizləri və digər sənədlərini götürərək ona pensiya təyin etdirə biləcəyini və bunun üçün 1000 manat pul lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxs ilə razılaşıb dediyi məbləği 1-2 saat ərzində ona verəcəyini demiş, sonra oradan uzaqlaşıb getmişdir. Həmin gün saat 18 radələrində qaynı Şahid3 ilə həmin yerə gedib qaynının yanında Turala 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ondan pulu alaraq qısa müddətdə ona pensiya təyin etdirəcəyinə dair vəd versədə sonradan mobil telefon zənglərinə cavab verməmiş və verdiyi vədə əməl etməyərək onu aldatmışdır. Buna görə də, Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Hazırda təqsirləndirlən şəxslə barışmamış və ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı olmasına görə tutulmasını istəmir, lakin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona dəymiş 1000 manat maddi ziyanı tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, o, əvvəllər Masallı 1 saylı mediasiya təşkilatının mediatoru vəzifəsində işləmişdir. Hazırda fəaliyyətini dondurmuşdur. 2023-cü ilin mart ayında mediator işlədiyi ərəfədə Zərərçəkmiş şəxs2 qızı şəxsiyyətini sonradan tanıdığı Şahid1 ilə birlikdə işlədiyi təşkilata gələrək qızına pensiya təyin etdirmək istədiyini bildirmişdir. O, da ona aidiyyəti üzrə müraciət etməsini və pensiya təyin etdirməklə heç bir əlaqəsinin olmadığını söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 və qızı Şahid1 onun yanından uzaqlaşıb getmişdilər. Bir müddət sonra dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs2 yenidən onun yanına gəlib Masallı rayonu, Yeddioymaq kənd sakini Təqsirləndirilən şəxs onu aldatdığını və qızı Şahid1 üçün pensiya təyin etdirəcəyinə dair vəd verib 1100 manat pulunu aldığını bildirmişdir. O, da Zərərçəkmiş şəxs2 qeyd etdiyi hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini demişdir. Təqsirləndirilən şəxs əvvəllər onun özünə qarşı dələduzluq etdiyinə görə müraciəti əsasında Masallı RPŞ-də onun barəsində cinayət işi aparılmışdır. Onunla Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs2 aldadılması ilə bağlı hər hansı bir razılaşma və sövdələşmə olmamışdır. Zərərçəkmiş şəxs2 ilk dəfə onun yanına gəldiyi ərəfədə Təqsirləndirilən şəxs də mediasiya təşkilatında idi və hazırda hansı işlə bağlı ora gəlməsini xatırlamır, sonradan Zərərçəkmiş şəxs2 yanına gedib onunla söhbət etməsini və vədlər verməsini görməmişdir. Bu barədə Zərərçəkmiş şəxs2 özü ona məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Axtarışda olan şəxsin tutulması haqqında protokoldan və cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Ağayev X5 RPŞnin İB-də CM-in 178.2.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə elan edilmiş axtarış üzrə xx.xx.2024-cü il tarixdə tutularaq RPŞ-yə təhvil verilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 16 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona pensiya təyin etdirməsi üçün 1000 manat pul verdiyini, pulu verdikdən sonra qısa müddətdə pensiya təyin etdirəcəyinə dair vəd versə də, sonralar verdiyi vədə əməl etməyərək onu aldatdığını, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 onunla razı olduğunu ondan 1000 manat pul alıb pensiya təyin etdirəcəyi vədini verdiyini, lakin verdiyi vədə əməl etmədiyini bir-birilərinin üzünə demişlər. Cinayət işinin materiallarında olan 17 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qızı Şahid1 1500 manat müqabilində pensiya təyin etdirə biləcəyini, buna görə ayrı-ayrı vaxtlarda 600 manat və 500 manat pul verdiyini, qalan 400 manat pulu verə bilməyəcəyini, onun da razılaşaraq qısa zamanda pensiya təyin etdirəcəyini söz verməsini, lakin onu aldatdığını və dəfələrlə pulunu tələb etsə də geri qaytarmamasını, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 onunla razı olduğunu qızına pensiya təyin etdirəcəyinə yalan vəd verib aldatdığını və ondan 1500 manat pul istədiyini, ayrı-ayrı vaxtlarda 600 manat və 400 manat olmaqla ümumilikdə 1000 manat pulunu aldığını bir-birilərinin üzünə demişlər. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Yeddioymaq kənd sakini Ağayev X5 şəhəri Heydər Əliyev prospekti Mediasiya xidmətində tanış olduğu Masallı rayonu Köhnə Alvadı kənd sakini Zərərçəkmiş şəxs2 1100 manat pul müqabilində pensiya təyin etdirəcəyinə dair vəd verməklə 2023-cü ilin mart ayının əvvəllərində Masallı şəhəri Səməd Vurğun küçəsində yerləşən Xətai parkında 600 manat, 2023-cü ilin mart ayının ortalarında Masallı RMX-nın həyətində 500 manat, ümumilikdə Zərərçəkmiş şəxs2 1100 manat pulunu vahid niyyətlə ələ keçirmişdir. Bundan başqa o, Masallı rayonu Lürən kənd sakini Zərərçəkmiş şəxs1 1000 manat pul müqabilində pensiya təyin etdirəcəyinə dair vəd verməklə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində sonuncudan Masallı şəhəri Səməd Vurğun küçəsində yerləşən Xətai parkında 1000 manat pulu vahid niyyətlə alıb dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan dələduzluq cinayət əməllərini törətməsində ona hər hansı bir şəxsin köməklik etməsi faktı əməliyyataxtarış tədbirləri zamanı öz təsdiqini tapmamış və onun dələduzluq cinayət əməlini törətməsi nəticəsində əldə etdiyi ümumilikdə 2100 manat puldan hər hansı bir şəxsə verməsi müəyyən olunmamışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağayev X5 rayonu, 1-ci Yeddioymaq kəndində yaşayır. Atası xx.xx.1962-ci il təvəllüdlü X8, anası xx.xx.1965-ci il təvəllüdlü X2, oğlu xx.xx.2012-ci il təvəllüdlü X10, qızı xx.xx.2010-cu il təvəllüdlü X11, arvadı xx.xx.1985-ci il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 1(050)-221/2023-cü il nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-in 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Masallı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 2-2391/24-62-16 saylı məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-221/2023-cü il nömrəli, xx.xx.2023-cü il tarixli hökm və hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Masallı Rayon Mərkəzi X7 Şəxs tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli, 18-1- 60/2-1387/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” X13 psixo-nevroloji kabinetdə dispanser qeydiyyatda durmurlar. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3465 saylı arayışdan görünür ki, Ağayev X3 Xəstəxanasında qeydiyyatda deyildir. Beləliklə, məhkəmə CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, üzləşdirmədə dindirmə protokolları, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə, bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin Qeyd hissəsinin ikinci bəndinə əsasən, bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-in 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını CMin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:.....353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; İşdə olan tələbnamədən, işə əlavə edilmiş hökmün surətindən və Masallı Rayon İcra və Probasiya Şöbəsinin 03 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Ağayev X5 Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 1(050)-221/2023 saylı hökmünə əsasən CM-in 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hökm və hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Hazırda Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixli hökm üzrə 1 (bir) il 9 (doqquz) ay 25 (iyirmi beş) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayətə görə məhkum olunmuş şəxsdir, cəzasını çəkib qurtarmamış yenidən eyni növ cinayət törətmişdir. Bu səbəblə də o, azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə onun əməlində cəzanı yüngülləşdirən halların məcmusunu, təyin olunacaq cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini məqsədəuyğun hesab edir. O, CM-in 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli, cəkilməmiş cəzası üzrə ona hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Belə ki, CM-in 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. CPM-in 158.2, 158.2.1 və 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi tutulması və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun axtarışda olan şəxs kimi tutulduğu 13 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanla bağlı mülki icraat qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. Məhkəmə, iş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək, müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə maddi sübüt, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin 04 dekabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın və Azərbaycan Respublikasının CM-in 67.1ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanla bağlı mülki icraat qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar