Məhkəmə qərarları › İş №1(050)-211/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-211/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-211/2025 20.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X2 iştirakları ilə. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək barəsində böhtan və təhqir xarakterli məlumatlar yaymış X2 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Masallı rayonu Kolatan bələdiyyəsinin sədri seçilmişdir. Bundan əlavə o, Masallı xəbərləri MİP-FZB səhifəsinin və Azinfo.az saytının rəhbəridir. O, Masallı rayonu Ərkivan qəsəbəsinin sakini X3 jurnalist bloqer kimi tanıyır. Əvvəllər aralarında hər hansı bir ziddiyyət və düşmənçilikləri olmamışdır. Lakin o, onun şəffaf media fəaliyyətini qısqanaraq 3 (üç) ildən artıq müddətdir ki, özünə məxsus FZ səhifəsində, Asiya TV. bir müddət öncə fəaliyyəti dayandırılmış Asiya.az saytında və saxta profillərdə onun şərəf və layəqətini alçaldıb, ona şər və böhtan ataraq onu təhqir etməkdədir. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə bir qayda olaraq qanunlara riayət edir, başqalarının hüquqlarına hörmətlə yanaşırlar. Bununla bərabər, qeyd etmək lazımdır ki, bəzi vətəndaşlar və kütləvi informasiya vasitələri onlara verilmiş bu hüquq və azadlıqlardan istifadə etdikdə başqalarının şərəf və ləyaqətinə toxunan, onları ləkələyən hərəkətlərə yol verirlər. Qeyd olunduğu kimi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda, "İnsan Hüquqlarının və X1 haqqında" Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. O X2 yuxarıda qeyd olunan internet informasiya ehtiyatlarında və özünün «Faccbook» səhifəsində onun barəsində yaydığı və paylaşdığı məlumatları şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları böhtan və təhqir hesab edir. Onun barəsində özünə məxsus FB səhifəsində, Asiya TV, bir müddət öncə fəaliyyəti dayandırılmış Asiya.az saytında və saxta profillərdən onun şərəf və layəqətini ləkələyən, onu kollektivdə və rəhbərlikdə hörmətdən salan paylaşımlar etməklə onu nüfuzdan salmağa çalışmışdır. Ona görə də hesab edir ki, o, bu hərəkətlərinə görə Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 izahat verərək bildirdi ki, X5 atıq 3 ildir ki, barəsində eyni qaydada saxta profillərdə və öz profilində ərizədə qeyd olunduğu kimi və daha ifrat formada səbəbsiz olaraq təhqirlər yağdırmışdır. Eləcədə onun barsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişdir. “Vətənaşiqi” səhifəsində vardır, hansı ki, həmin səhifə açılmışdır ki, onu və rayon rəhbərliyi şantaj etmək, onun şəkillərini təhqir etmək, səbəbsiz olaraq Kolatan bələdiyyəsinə qarşı əsassız ittihmalar etmək. O, beş aydır ki, bələdiyyə sədridir müəyyən şikayətlər olmuş və həmin şikayətlər dövlət orqanları tərəfindən yoxlanılmış və hələ bu günə kimidə heç bir nöqsan tapılmamışdır. Amma buna baxmayaraq bu insan bütün günü sifarişli olaraq Kolatan bələdiyyəsinin faliyyətini şantaj edir, onu şantaj edir. İki gündür isə yazmağa başlayıbdır ki, guya həbsin bir addımlığındadır və bu sifarişlidir. Onunla əsaslandırır ki, rayon icra başçısı ilə, prokurorluqla, Masallı RPŞ ilə ki, bu onların sişarişidir. Burda hansı sifarişdən söz gedə bilər?, “sənin yazdığın sözlərdir, sən ötən dəfə məhkəmədə hakim Elşən Hüseynovun icraatında olan işə baxıldığı zaman etiraf edirsən ki, o səhifə mənimdir sözləri mən yazmışam”. Sonda R.Cəbiyev ərizə ilə məhkəməyə müraciət edərək X5 ilə barşdığını, bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 izahat verərək bildirdi ki, o, Su Melorasiya idarəsindən başqa həmdə jurnalist bloger olaraq fəaliyyət göstərir. X8 arasında olan mübahisələrin problemlərin başlanğıcı Rauf Cəbiyevin özü ilə bağlı olub, özü ilə başlamışdır. Müəyyən vaxtlar bir-birilərinin haqqında tənqidi yazıları olmuş, bəlkədə təhqirə yol verdikləri yazıları olmuşdur. Amma o, uzun müddət idiki onun bağlı orta tanışlarının xahişi ilə heç bir yazısı olmamışdır. Son vaxtlar təkrar olaraq əvvəldə indi danışdıqlarının da böyük əksəriyyəti şər-böhtan xarakteri daşıyır. Rauf Cəbiyevin onun haqqında yazdığı saxta profili vardır onun guyaki sahibi odur, onu göstərir. Amma o profilin öz sahibi Gədəbəydəndir, oda orda göstərilir, kim olmağı göstərilir. Bir müddət öncə Rauf Cəbiyev həmin profilin başqa bir adama məxsus olduğunu, başqa bir adamın rəhbərlik etdiyini özü bildirmişdir. Sonradan isə son vaxtlarda bildirir ki, həmin profil guya onundur. Nə üçün bu profil barədə danışırlar çünki həmin profildə rayon haqqında, rayon rəhbərliyi haqqında, Raufun özü haqqında və digərləri haqqında təhqiramiz ifadələr işlənən sözlərə oda rast gəlmişdir, görmüşdür. Amma həmin profilin onunla heç bir bağlılığı olmayıb, ona görə də, o, Rauf barəsində məhkəməyə müraciət etmiş, hakim isə onun tələbini təmin etməmişdir. Raufa gəlincə hazırda onun Masallı Rayon Prokurorluğu və Polisi ilə bağlı şikayətləri olmuşdur, üç dəfə məhkəmə qaydasında polisin qərarları ləğv olunub, polislə çox böyük problemləri yaranıb, o, DİN-nə, prokurorluğa Masallı RPŞ-də, Masallı rayon prokurorluğunda aparılan, əslində isə aparılmayan onun dələduzluğa məruz qalması ilə bağlı olan araşdırmanın aparılmaması ilə bağlı şikayətlər edir, onlarla dərin bir uçurumdadır. Son zamanlarda isə Ərkivan qəsəbəsində yaşadığı küçənin bərbad vəziyyətdə olması ilə bağlı, sonra Kolatan bələdiyyəsinin Kolatanda gördüyü, xalqın Raufa qarşı qalxmış kəndin adın dəyişib Erməni toponiminə oxşar ad qoyması ilə bağlı, sonra onun fəaliyyəti ilə bağlı. O, bunları ictimailəşdirmişdir. Əlbətdə ki, bunları bir ucuda gedib rayon icra hakimiyyətinə bağlanır. Bütün bunlar hamısı gəlib elə bir vaxta, dolaşığa düşmüşdür ki, Raufu onun üzərinə saxta şikayətçi qaldırmağa məcbur qalmışlar. Raufa qarşı təhqiramiz yazılar yazmamışdır, bunlar hamısı ona qarşı qurama işlərdir. Facebook səhifəsində o barədə yazmamışdır. Yazdıqlarını məhkəməyə təqdim edir. Onun yazdıqları ona qarşı şər böhtandır. Sonda C.Cəfərov ərizə təqdim edərək xüsusi ittiham qaydasında şikayət etmiş şəxs ilə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respubliası Cinayət-Prosessual Məcəlləsinin: 302.1.8-ci maddəsinə əsasən şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməli və işə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubliası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.8 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət təqibi başlanması barədə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin və işin icraatına xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar