Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-212/2023 09.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı rayonu Sərçuvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Sərçuvar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən istifadəsində olan torpaq sahəsində dayısı Zərərçəkmiş şəxs şəxsi təsərüfatında olan xırdabuynuzlu heyvanlarını həmin torpaq sahəsinin qarşısından keçirtmək üçün düzəltdiyi yol ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun boyun nahiyəsindən qəsdən əl ilə sıxaraq Zərərçəkmiş şəxs boynun sol yan səthində hematoma və hərəkət məhdudluğu ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısıdır, onunla münasibəti 2020-ci ilin avqust ayının sonlarınadək olan müddət ərzində yaxşı olsa da, sonradan münasibətləri korlanmışdır, lakin düşmənçilik ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Sərçuvar kəndi ərazisində olan əkin sahəsinə nəzarət etmək və orada təmizlik işləri aparmaq məqsədi ilə getdiyi zaman ona məxsus əkin sahəsinin kənarında olan kanalın kənarındakı təpəni kiminsə bel ilə təxminən 50 metr məsafədə yayaraq hamarladığını görmüşdür. Həmin vaxt oradan keçən kənd sakinindən həmin təpəni kimin hamarladığını görüb görmədiyini soruşmuş, həmin şəxs isə heç kimsəni görmədiyini demişdir. Bu zaman dayısı Zərərçəkmiş şəxs səslənərək onu çağırmışdır. O da, dayısına yaxınlaşmışdır. Dayısından həmin təpəni kimin hamarladığını soruşmuş, dayısıda cavabında təpəni onun hamarladığını, özü üçün yol düzəltdiyini demişdir. O da, dayısına “sən ordan kanalın üstündən qoyun aparırsan ki, oranı hamarlamısan?” demişdir. Dayısı cavabında yolu qoyunlar üçün düzəltdiyini demişdir. O da, dayısını həmin torpaq sahəsini 15 ildir ki, icarəyə götürdüyünü və nə vaxt istəyirsə qoyunlarını oradan keçirdiyini, bu günə kimi onun qarşısını kəsərək ona oradan qoyun aparmasına heç bir etiraz bildirmədiyini demişdir. Hazırda o, həmin torpaq sahəsini şumlatdırıb əkmək istədiyi üçün neçə dəfələrlə traktorçuya zəng vurub ki, oranı şumlama, əgər şumlayırsansa mənim üçün 6 metr yol saxla. O da, dayısına əgər qanunla orada 6 metr yol varsa ona bildirsin demişdir. Bundan sonra dayısı ilə bir-birini qarşılıqlı itələmişlər. Daha sonra birlikdə orada olan su kanalına düşmüşlər. Daha sonra dayısını buraxıb kanaldan çıxmışdır. Kanaldan çıxdıqdan sonra dayısının arvadı ora gəlmiş və o, evinə getmişdir. Eləcədə dayısı ilə mübahisə zamanı iki əli ilə dayısının yaxasından tutaraq onu sirkələmiş, ola bilsinki həmin vaxt onun əli dayısının boğaz nahiyəsini də sıxmışdır. Evində mərhum atasına məxsus ov silahı vardır. Ara-sıra təsərrüfatında olan xırdabuynuzlu heyvanları örüşə aparan zaman özü ilə götürmüşdür ki, heyvanlarını vəhşi heyvanlardan qorusun. Lakin kimsə onun şəkilini çəkmişdir. Polis şöbəsindən ona zəng olunaraq silahla kimisə hədələdiyi bildirilmiş, oda silahı aparıb polis şöbəsinə təhvil vermişdir. Lakin silahla heç kimsəni hədələməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Himayəsində üç azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmədən qanuni cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur, onunla münasibəti əvvəllər yaxşı olsa da, sonradan münasibətləri korlanmışdır. Lakin aralarında düşmənçilik ədavəti olmamışdır. İcarəyə götürdüyü torpaq sahəsində pomidor əkmiş və orada mal-qara saxlayan şəxslərə öz heyvanlarına nəzarət etmələrini tapşırmışdır ki, saxladıqları mal-qara onun pomidor sahəsinə girməsin. Günün birində sahəyə baxış keçirmək üçün getdiyi zaman pomidor sahəsində çox sayda mal-qara olduğunun şahidi olmuşdur. Həmin vaxt Fərruxda orada olmuşdur. Lakin həmin vaxt Fərruxa yaxınlaşmamışdır ki, aralarında dava-dalaş olmasın. Orada olan bəşqa bir şəxsə yaxınlaşaraq heyvanları kimin saldığını soruşmuş, həmin şəxsdə cavabında Fərruxun saldığını demişdir. Təqribən 23-25 il öncə kəndlərində bələdiyyə sədri olmuş olan Hacı Qurban adında bir şəxs ekskovator gətirərək oranı qazdırıb yolu bağlamışdır. Bu zaman o, Qurban kişiyə müraciət edərək yolu açmasını xahiş etmiş, lakin o, yolu açmamışdır. O, məcbur qalıb polis şöbəsinə müraciət etmişdir. Bundan sonra torpaq şöbəsinin işçiləri gələrək yolu kanalın zolağı ilə göstərib yolun burdan olduğunu bildirmişdir. Həmin vaxtdan da o, istifadə etdiyi torpaq sahəsinə oradan gedib-gəlmişdir. Orada kanalın üstü dik olduğu üçün həmin diki hamarlamışdır ki, ora ilə gedib gəlsin. Hazırkı hadisə baş verdikdən sonra DƏDRX-nə müraciət etmişdir. DƏDRXdən ona məlumat verilmişdir ki, əvvəllər paybəlli torpaq sahələrində yol olmuşdur son xəritə çəkmədə bələdiyyələr onlara bildirmişlər ki, yollar sızılsın bir tərəfə bələdiyyə torpaqları artırılsın camaat öz torpaqlarından bir birinə yol versin. xx.xx.2023-cü il tarixdə torpaq sahəsini təmizlədiyi zaman Fərruxun təxminən 100-150 metr məsafədən qışqırdığını görmüş, oda el-aləmin onlara tamaşa etdiyini görüb Fərruxa tərəf getmiş Fərruxda ona tərəf gəlmişdir. Bir-birilərinə yaxınlaşdığı zaman Fərrux ona hücum edərək boğazından tutub sıxmışdır. Həmin vaxt Fərrux ilə birlikdə su kanalına yıxılmışlar. Lakin Fərrux yenədə əlləri ilə onun boğaz nahiyəsindən sıxmağa davam etmişdir. Daha sonra əli ilə Fərruxu geri itələyib su kanalından çıxmışdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanunauyğun cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs onun baldızı oğludur. Paybəlli torpaq sahələri yaşadıqları evə yaxındır. xx.xx.2023-cü il tarixdə torpaq sahəsindən səs gəldiyini eşitmişdir. Bu səbəbdən qaçaraq torpaq sahəsinə getmişdir. Ora çatdığı zaman əri ilə Fərruxun üst-başının su içində görmüşdür. Ərindən nə baş verdiyini soruşmuş, əridə ona cavabında bildirmişdir ki, bacısı oğlu Fərrux ilə onun torpaq sahəsinin qarşısından keçən təpənin üzərindən yol düzəltdiyi üçün aralarında mübahisə yaranmış, bundan sonra Fərrux onun boğaz nahiyəsindən əlləri ilə sıxaraq həmin xəsarətləri yetirmiş və onlar su kanalına yıxılmışlar, lakin Fərrux yenədə əlləri ilə onun boğaz nahiyəsini sıxmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 19 avqust 2023-cü il tarixli, 1015 saylı tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs boyunun sol yan səthində hematoma və hərəkət məhdudluğu müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Masallı RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə açılmış cinayət işi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Səmədov X2 rayonu, Sərçuvar kəndində arvadı xx.xx.2023-cü il təvəllüdlü X3, övladları xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (cinayət əməli törətmiş şəxsin, zərər çəkmiş şəxsin və şahidin) ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən, qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməli və ya seçilməli (məhz hansı tədbirinin) olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-212/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-212/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver