Məhkəmə qərarları › İş №1(050)-214/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-214/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-214/2023 31.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X9 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X5, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-136/2019 saylı, 14 oktyabr 2019-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılıb və cəzasını çəkmiş hesab edilərək azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı şəhəri, D.Əbilova küçəsi, ev 23-də qeydiyyatda olmaqla yaşayan, bаrəsində polisin nəzarəti altına vermə qitmkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə hasardan aşaraq, həmin həyətdə yerləşən saxlanc yeri olan evə açıq olan pəncərədən keçmə yolu ilə oraya qanunsuz daxil olmaqla evin daxilindəki otaqlarda olan sonuncuya məxsus 1 ədədinin qiyməti 1 manat olmaqla cəmi 12 manat dəyərində olan 12 ədəd çini boşqab, 1 ədədinin qiyməti 1 manat olmaqla cəmi 12 manat dəyərində olan 12 ədəd adi stəkan, 1 ədədinin qiyməti 1 manat olmaqla cəmi 12 manat dəyərində olan 12 ədəd çini nəlbəki, 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 6 manat dəyərində olan 12 ədəd dəmir yemək qaşığı, 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 6 manat dəyərində olan 12 ədəd dəmir çəngəl, 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 6 manat dəyərində olan 12 ədəd dəmir bıçaq, 1 ədədinin qiyməti 1 manat olmaqla cəmi 5 manat dəyərində olan 5 ədəd dəmir çömçə, 1 manat dəyərində olan 1 ədəd qazanaltlığı, 4 manat dəyərində olan 1 ədəd qapaqaçanı və 1 ədədinin qiyməti 6 manat olmaqla cəmi 60 manat dəyərində olan 10 ədəd plastik stulları gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 124 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə hasardan aşaraq, həmin həyətdə yerləşən saxlanc yeri olan evə açıq olan pəncərədən keçmə yolu ilə oraya qanunsuz daxil olmaqla evin daxilindəki otaqlarda olan sonuncuya məxsus 1 dəst 150 manat dəyərində olan 106 predmetdən ibarət 12 nəfərlik qab-qacaq servis dəsti, 1 dəst 100 manat dəyərində olan 24 ədəd stəkan və 1 ədəd dolçadan ibarət “Bohema” su dəsti, 1 ədədinin qiyməti 10 manat olmaqla cəmi 20 manat dəyərində olan 2 ədəd sadə dolça, 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 5 manat dəyərində olan 10 ədəd daş rumka, 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 3 manat dəyərində 6 ədəd büllur rumka, 1 ədədinin qiyməti 15 manat olmaqla cəmi 30 manat dəyərində olan “Madonna” markalı aş buludu, 1 ədəd 80 manat dəyərində olan SSRİ istehsalı olan “PODOLSK” markalı elektromexaniki tikiş maşını, 1 ədəd 60 manat dəyərində olan “EUROLUX” markalı 4 gözlü qaz sobasını gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 448 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə hasardan aşaraq, həmin həyətdə yerləşən saxlanc yeri olan evə açıq olan pəncərədən keçmə yolu ilə oraya qanunsuz daxil olmaqla evin daxilindəki otaqlarda olan sonuncuya məxsus 1 ədəd 80 manat dəyərində olan SSRİ istehsalı “BK 1800” markalı kondisioneri, 1 ədədinin qiyməti 15 manat olmaqla cəmi 30 manat dəyərində 2 ədəd çuqun ləyən, 1 ədədinin qiyməti 50 manat olmaqla cəmi 150 manat dəyərində olan 3 ədəd “ATLANT” markalı soyuducu mühərriki, 1 dəstinin qiyməti 90 manat olmaqla cəmi 270 manat dəyərində 3 dəst “MİLANO” markalı parça kişi kostyumu, 1 ədəd 60 manat dəyərində “RAYYEN” markalı kişi üçün dəri gödəkçə, 1 ədədinin qiyməti 20 manat olmaqla cəmi 60 manat dəyərində “TUDORS” markalı kişi üçün parça uzunqol düyməli köynək, 1 dəst 50 manat dəyərində olan “ALVİNA” markalı qadın üçün kostyum və 30 manat dəyərində 1 ədəd krosna antena ləyənini gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 730 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə o, təkrarən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə hasardan aşaraq, həmin həyətdə yerləşən saxlanc yeri olan evə açıq olan pəncərədən keçmə yolu ilə oraya qanunsuz daxil olmaqla evin daxilindəki otaqlarda olan sonuncuya məxsus 1 ədədinin qiyməti 20 manat olmaqla cəmi 240 manat dəyərində 12 ədəd yataq yastığı, 1 ədədinin qiyməti 60 manat olmaqla 2 metr uzunluqda 1 metr enində olan cəmi 240 manat dəyərində 4 dədə yataq döşəyi, 1 ədədinin qiyməti 30 manat olmaqla 1.80 metr uzunluqda 1.60 metr enində cəmi 150 manat dəyərində yun yataq yorğanı, 1 ədədinin qiyməti 40 manat olmaqla 2 metr uzunluqda 1.60 metr enində cəmi 80 manat dəyərində yun yataq adyalı, 1 ədədinin qiyməti 80 manat olmaqla 3 metr uzunluqda 2 metr enində cəmi 240 manat dəyərində 3 ədəd ipək xalça və 1 metrinin qiyməti 1 manat olmaqla cəmi 18 manat dəyərində 18 metr uzunluqda pərdələri gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 968 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin əməllərinə görə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Ülkərin Masallı rayonunda yerləşən həyət evi onun yaşadığı evlə qonşudur. Belə ki, onların evlərinin arasında təkcə hasar vardır. Ülkərin evi onların həyətinin qarşısında yerləşir. Onların arasında son bir neçə ildir ki, problemlər olmuşdur, Ülkərin etdiyi şikayətlə tanış olmuşdur, şəxsi ehtiyaclarını ödəyə bilmədiyi üçün Ülkərin evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, Ülkər və ailəsi evdə olmadıqları üçün xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində Ülkərin həyətinə yan tərəfdən hasarın üstündən atılaraq daxil olmuşdur. Həyətdə bir qədər gəzdikdən sonra o, evin sol tərəfdə olan pəncərəsinin açıq olduğunu görmüşdür. Pəncərənin altında taxta olduğu üçün pəncərəyə qalxmaq ona asan olmuşdur, həmin pəncərədən evə daxil olmuşdur. Onun məqsədi evdə daşıya biləcəyi və satıb pul qazana biləcəyi hansısa əşyaları oğurlayıb çıxarmaq olmuşdur. Həmin evdə sol tərəfdə olan otaqda qab-qacaq dəstlərinin çox olması onun diqqətini çəkmişdir. Evdə tapdığı sellofan torbaya 12 ədəd çini boşqab, 12 ədəd adi stəkan, 12 ədəd çini nəlbəki, 12 ədəd dəmir yemək qaşığı, 12 ədəd dəmir çəngəl, 12 ədəd dəmir bıçaq, 5 ədəd çömçə, 1 ədəd qazanaltlığı, 1 ədəd qapaqaçan yığıb götürmüşdür, həmin qabları və qaşıqları özü bilə-bilə 12 ədəd olmaqla götürmüşdür ki, sonra satan zaman rahat satılsın. Həmçinin o, evin qonaq otağında olan və 10 ədəd plastik stulları da götürüb həyətə atmışdır. Həyətdə həmin stulları hasardan öz evinin həyətinə atmışdır, yığdığı qabqacaqları sellofan torbalara doldurub özü ilə evinə aparmışdır, plastik stulları əvvəlcə öz evində istifadə etmək niyyətində olmuşdur. Lakin həmin stulları hasardan atan zaman bəzilərinin ayaqları sınmışdır. Səhəri gün o, torbalara yığdığı qab-qacaqları, qaşıq, çəngəl bıçaqlar və s. əşyaları Masallı rayonunda Köhnə bazara gedib adını bilmədiyi şəxslərə bir hissəsini satmışdır. Qalan əşyaları isə özü ilə evə gətirib səhəri gün yenidən gedib satmaq istəmişdir, daha sonra geri evinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 06 radələrində o, həmin həyətə yenidən oğurluq etmək niyyəti ilə hasardan aşaraq düşmüşdür və evə eyni yerdən yəni, açıq olan pəncərədən daxil olmuşdur. Həmin evdə qab qaşıqlar çox olmuşdur. 2-ci dəfə o, 1 ədəd qab-qacaq servis dəsti, 1 dəst 1 ədəd dolça və 24 ədəd stəkandan ibarət olan “Bohema” su dəsti, 2 ədəd sadə dolça, 10 ədəd daş rumka, 6 ədəd büllur rumka, 2 ədəd “madonna” aş buludu, 1 ədəd həm elektriklə, həm əllə işləyən SSRİ istehsalı olan tikiş maşını, 1 ədəd 4 gözlü qaz sobasını götürmüşdür. Həmin əşyaların bəzilərini sellofan torbaya yığmış, bəzilərini isə karton qutulara yığıb hisəhissə evdən çıxardaraq öz evinə aparmışdır, 2-ci dəfə oğurladığı əşyaları aparan zaman Bohema su dəstinin dolçası və bir neçə stəkanı sınmışdır, Köhnə bazarda “Bohema” su dəstinin 18 ədəd stəkanını, 6 ədəd bıçağı, 2 ədəd çömçəni, 1 ədəd qapaqaçanı, 8 ədəd adi stəkanı, 2 ədəd sadə dolçanı, 7 ədəd daş rumkanı və 6 ədəd büllur rumkanı bazarda satıcı işlədiyini bildiyi və üzdən tanıdığı şəxsə satmışdır. Həmin şəxs ona ümumilikdə həmin əşyalara görə 7 manat pul vermişdir, həmin vaxt ağrıları olduğu üçün, həm də soyuq olduğu üçün bazarda çox gəzə bilməmişdir. Bu səbəbdən həmin əşyaları 7 manata satmağa razı olmuşdur, təxminən 10 gün sonra yenidən köhnə bazara gedərək bu dəfə digər əşyaları satmaq istəmişdir, bu dəfə tikiş maşınını, “maddona” aş buludunu və 4 gözlü qaz sobasını satmışdır. Həmin əşyaları alan şəxs ona əşyalar dəyərli olduğu üçün 170 manat pul vermişdir. Bundan sonra o, pula ehtiyacı olduğu üçün yenidən 3-cü dəfə oğurluq etmək niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 9 radələrində həmin evə eyni qaydada daxil olmuşdur. 3-cü dəfə isə o, evdən SSSİ istehsalı olan köhnə işlənmiş bir ədəd kondisioneri, soyuducu matorlarını və s. geyimləri oğurlamaq niyyətində olmuşdur, əvvəlcə həmin kondisioneri çıxarmaq istəmişdir. Həmin kondisioner bir qədər ağır olduğu üçün onu pəncərədən çıxaran zaman əlindən sürüşüb yerə düşmüş və parçalanmışdır, tez bir şəkildə həmin qırılmış kondisionerin hissələrini hasardan öz evi tərəfə atmışdır ki, həyətdə izləri qalmasın. Bundan sonra o, evdən 3 ədəd soyuducu matoru, 2 ədəd çuqun ləyəni, yataq otaqlarındakı dolablardan 3 dəst kişi üçün kostyum, 1 ədəd kişi üçün gödəkçə, 3 ədəd kişi üçün uzunqol parça köynək və 1 dəst qadın üçün kostyum götürmüşdür. Sonda həyətdə olan krosna antenasının ləyənini görmüşdür. Həmin krosna ləyənini də yerdən götürmüşdür, həmin əşyalardan geyimləri sellofan torbalara basaraq çıxarmış, qalan əşyaları isə əli ilə hasardan keçirmişdir, 3-cü dəfə oğurladığı əşyaları həmin gün yenidən köhnə bazara gedərək satmaq istəmişdir. Bu zaman o, tanımadığı, lakin özünü Cəlilabad rayon sakini kimi qələmə verən bir nəfər səyyar satıcıya həmin əşyaları satmaqla bağlı razılığa gəlmişdir. Həmin səyyar satıcı ona satdığı əşyaların qarşılığında ümumilikdə 130 manat pul vermişdir, bundan sonra xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yenidən həmin evə daxil olmuşdur. Bu dəfə o, həmin evdən 12 ədəd yataq yastığı, 4 ədəd yataq döşəyi, 5 ədəd yataq yorğanı, 2 ədəd yataq adyalı, 3 ədəd ipək xalçanı bir-bir pəncərədən həyətə atmışdır. Sonra isə evin otaqlarında olan asılmış pərdələri dartaraq çıxarmışdır. Həmin pərdələrin uzunluğu təxminən 18 metr olmuşdur, həyətə atdığı bütün əşyaları sonra hasardan bir-bir öz evi tərəfə atmışdır. Səhəri gün yəni, xx.xx.2023-cü il tarixdə o, həmin əşyalardan yorğanları və adyalları köhnə bazara aparmış, yorğanları tanımadığı 2 nəfər şəxsə hər birini 2 manata, adyalları isə başqa bir şəxsə hər birini 2 manata satmışdır, döşəkləri və xalçaları da bazarda sata bilməyəcəyini düşünmüşdür. Bu səbəbdən şifahi olaraq döşək və xalça satdığını da demişdir, beləcə 2 nəfər də alıcı tapmışdır. Həmin alıcılar onun evinə gəlmişlər və o, evinin qabağında həmin 2 nəfər şəxsə döşəkləri, yastıqları və xalçaları hamısını birlikdə satmışdır. Həmin 2 nəfər şəxs də Cəlilabad rayonundan olmalarını bildirmişlər. Həmin 2 nəfər ona satdığı döşəklərə, yastıqlara və xalçalara görə ümumilikdə 150 manat pul vermişlər, oğurladığı pərdələri isə xx.xx.2023-cü il tarixdə yenidən köhnə bazara gedərək tanımadığı şəxsə 10 manata satmışdır, həmin evə daha sonra daxil olmamışdır. Oğurlayıb satdığı əşyaların pulunu isə öz ehtiyacları üçün xərcləmişdir, həmin evə hər dəfə girdiyi zaman tək olmuşdur və həmin evdən oğurluq etməkdə, oğurladığı əşyaları daşımaqda və gizlətməkdə ona kimsə kömək etməmişdir, həmin evdən xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə daxil olmaqla ümumilikdə 4 dəfə oğurluq etmişdir, həmin evdən 1-ci dəfə 12 ədəd çini boşqab, 12 ədəd adi stəkan, 12 ədəd çini nəlbəki, 12 ədəd dəmir yemək qaşığı, 12 ədəd dəmir çəngəl, 12 ədəd dəmir bıçaq, 5 ədəd çömçə, 1 ədəd qazanaltlığı, 1 ədəd qapaqaçan, 10 ədəd plastik stul, 2-ci dəfə 1 ədəd qab-qacaq servis dəsti, 1 dəst 1 ədəd dolça və 24 ədəd stəkandan ibarət olan “Bohema” su dəsti, 2 ədəd sadə dolça, 10 ədəd daş rumka, 6 ədəd büllur rumka, 2 ədəd madonna aş buludu, 1 ədəd həm elektriklə, həm əllə işləyən SSRİ istehsalı olan tikiş maşını, 1 ədəd 4 gözlü qaz sobası, 3-cü dəfə 1 ədəd SSRİ istehsalı olan kondisioner, 3 ədəd soyuducu matoru, yataq otaqlarındakı dolablardan 3 dəst kişi üçün kostyum, 1 ədəd kişi üçün gödəkçə, 3 ədəd kişi üçün uzunqol parça köynək, 2 ədəd çuqun ləyən, 1 ədəd krosna antena ləyəni və 1 dəst qadın üçün kostyum, 4-cü dəfə 12 ədəd yataq yastığı, 4 ədəd yataq döşəyi, 5 ədəd yataq yorğanı, 2 ədəd yataq adyalı, 3 ədəd ipək xalçanı və 18 metr uzunluqda pərdələri oğurlamışdır, həmin evdən oğurluq edən zaman hər dəfə tək olmuş və ona heç kim kömək etməmişdir, oğurladığı əşyalardan plastik stullar sındığı üçün onları yandırmış, kondisioner də yerə düşüb parçalandığı üçün onu da yandırmışdır. Digər əşyaları isə Köhnə Bazarda tanımadığı Cəlilabad və digər rayon sakinlərinə satmışdır. Həmin əşyaları satıb əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir, ilk dəfə həmin evdən oğurluq edən zaman ağlında yenidən girməklə bağlı plan olmamışdır, həmin evdən həmin əşyaları bir dəfəyə də oğurlaya bilərmiş, pulu qurtardıqda həmin evə girib oğurluq etmişdir, həmin ilk dəfə daxil olub oğurluq edən zaman sonra yenidən girib oğurluq etmək deyə düşünməmişdir, pulunu xərcləyib qurtarandan sonra pulsuz qaldığı üçün o evə yenidən daxil olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən ev onun ata evidir. O, həmin evdə böyümüş və uzun illər o evdə yaşamışdır. Lakin son 10 ildir ki, o, Bakı şəhərinə köçüb işləməyə başlamışdır. Masallı rayonuna da ildə bir-iki dəfə gedib həmin evdə təmizlik işləri görüb və bir qədər dincəlib gəlmişdir. Son dəfə 18 avqust 2022-ci il tarixdə o, həyat yoldaşı X8 ilə birlikdə Masallı rayonuna gedib yaşamışdır. Onlar 21 avqust 2022-ci il tarixdə yenidən Bakı şəhərinə qayıtmışlar. Bundan sonra xx.xx.2023-cü il tarixdə həyət yoldaşı Natiqlə birlikdə yenidən Masallı rayonuna getmiş və həyətdə olan zaman evinin sol tərəfdəki pəncərəsinin açıq olmasını görmüşdür. Onlar evdə oğurluq olmasından şübhələnmiş və içəriyə qapıdan daxil olduqda evin daxilindən çox sayda ev məişət əşyalarının oğurlanmasını başa düşmüşlər. Onlar evi bir qədər gəzib evin qonaq otağından və yataq otağından 12 ədəd yataq yastığı, 2 metr uzunluqda, 1 metr enində olan 4 ədəd yun döşəklər, 5 ədəd yun yataq yorğanları, 1.80 metr uzunluqda. 1.60 enində 2 ədəd yun yataq adyalı, 2 metr enində, 3 metr uzunluqda 3 ədəd ipək xalça, 10 ədəd plastik stul, 1 ədəd ağzı qapaqlı 4 gözlü “EUROLUX” markalı qaz sobası, 18 metr uzunluqda pərdə, 1 ədəd SSSR istehsalı “PODOLOSK” maraklı elektromexaniki tikiş maşını, 12 ədəd çini boşqab, 12 ədəd adi stəkan, 12 ədəd çini nəlbəki, 1 ədəd qab-qacaq servis dəsti, 12 ədəd dəmir yemək qaşığı, 12 ədəd dəmir çəngəl, 12 ədəd dəmir bıçaq, 5 ədəd dəmir çömçə, 2 ədəd çuqun ləyən, 1 ədəd qazanaltlığı,1 ədəd qapaq açan, 1 ədəd bohema dolça və 24 ədəd bohema stəkandan ibarət 1 ədəd dəst, 2 ədəd sadə dolça, 10 ədəd daş rumka, 6 ədəd büllur rumka, 2 ədəd madonna aş buludu, 3 ədəd “ATLANT” markalı soyuducu matoru, 1 ədəd krosna ləyəni, 3 dəst parça “MİLANO” markalı kişi kostyumu, 1 ədəd kişi üçün “RAYYEN” markalı dəri gödəkçə, “TUDORS” markalı 3 ədəd uzun qol düyməli parça kişi köynək, 1 ədəd “ALVİNA” markalı parça qadın kostyumu, 1 ədəd sovet istehsalı olan “BK 1800” markalı kondisioner oğurlanmasını müəyyən etmişlər. Ona ümumilikdə 2270 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2270 manat maddi ziyan dəymişdir. Ona məxsus oğurlanmış əmlaka 12 ədəd yataq yastığı, 2 metr uzunluqda, 1 metr enində olan 4 ədəd yun döşəklər, 1.60 metr enində 1.80 metr uzunluqda 5 ədəd yun yataq yorğanları, 1.80 metr uzunluqda. 1.60 enində 2 ədəd yun yataq adyalı, 2 metr enində, 3 metr uzunluqda 3 ədəd ipək xalça, 10 ədəd plastik stul, 1 ədəd ağzı qapaqlı 4 gözlü “EUROLUX” markalı qaz sobası, 18 metr uzunluqda pərdə, 1 ədəd SSSR istehsalı “PODOLOSK” maraklı elektromexaniki tikiş maşını, 12 ədəd çini boşqab, 12 ədəd adi stəkan, 12 ədəd çini nəlbəki, 1 ədəd qab-qacaq servis dəsti, 12 ədəd dəmir yemək qaşığı, 12 ədəd dəmir çəngəl, 12 ədəd dəmir bıçaq, 5 ədəd dəmir çömçə, 2 ədəd çuqun ləyən, 1 ədəd qazanaltlığı, 1 ədəd qapaqaçan, 1 ədəd bohema dolça və 24 ədəd bohema stəkandan ibarət 1 ədəd dəst, 2 ədəd sadə dolça, 10 ədəd daş rumka, 6 ədəd büllur rumka, 2 ədəd madonna aş buludu, 3 ədəd “ATLANT” markalı soyuducu matoru, 1 ədəd krosna ləyəni, 3 dəst parça “MİLANO” markalı kişi kostyumu, 1 ədəd kişi üçün “RAYYEN” markalı dəri gödəkçə, “TUDORS” markalı 3 ədəd uzun qol düyməli parça kişi köynək, 1 ədəd “ALVİNA” markalı parça qadın kostyumu, 1 ədəd sovet istehsalı olan “BK 1800” markalı kondisioner daxil olmaqla oğurlanmışdır. O, baş vermiş oğurluq hadisəsində qonşuluqda yaşayan Mərziyə adlı qadından şübhələnir. Çünki Mərziyə tüfeyli həyat tərzi keçirir. Çox gümanki Mərziyəyə pul lazım olduğu üçün onun evindən oğurluq etmişdir. Hazırda təqsirləndirilən şəxs X5 ilə barışmadığınıı, ona dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq təqsirləndirilən şəxsə qanunamüvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Masallı rayonunda Köhnə Bazarda fərdi olaraq köhnə paltarlar, yorğan, döşək, balış kimi əşyalar satır. xx.xx.2023-cü il tarixdə köhnə bazarda tanımadığı bir qadın ona yaxınlaşaraq yorğan satdığını bildirmişdir. Həmin qadının yanında bir ədəd yorğan olmuşdur. Həmin qadın ona adını və haradan olmasını deməmişdir. O yorğanı neçəyə satdığını soruşduqda həmin qadın ona demişdir ki, “yaram var, satıram, mənə dərman lazımdır.” O, həmin qadına demişdir ki, “sənə ancaq 2 manat verə bilərəm.” Qadın da əvvəlcə 2 manatın az olmasını desə də, sonradan onunla razılaşmışdır. O, da cibində olan 2 manatı həmin qadına vermişdir. Qadın da yorğanı onun yanına qoyub getmişdir. O, həmin qadından yorğandan başqa heç bir əşya almamış və aldığı yorğan hələ də alver etdiyi yerdə ondadır. O, aldığı yorğanın oğurluq olmasını bilməmişdir. Həmin qadının da üst başı çirkli olduğundan və dərman almalı olduğunu dediyi üçün o yorğanı almışdır. O, həmin tarixdə adını sonradan Mərziyə deyə bildiyi qadından bir ədəd yorğan almışdır. O, bir ədəd yorğanı 2 manata almışdır. O, həmin yorğanı oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. O, köhnə bazarda müxtəlif şəxslərdən köhnəlmiş paltarlar, yataq üçün üzlüklər, xalçalar, yorğan, balış və s. kimi əşyalar alıb satmışdır. Həmin Mərziyə adlı qadından da bir ədəd yorğanı almaqda məqsədi sonradan həmin yorğanı satmaq olmuşdur. Lakin yorğan çox köhnəlmiş vəziyyətdə olduğu üçün hələ də satılmamışdır. O, həmin yorğan hazırda onun alver etdiyi yerdədir və yorğanı sizə təqdim edə bilər. O, Mərziyəni cəmisi bir dəfə görmüş, sonra Mərziyənin kimlərəsə hansısa əşyaları satıb-satmadığı barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Masallı rayonunda Köhnə Bazarda fərdi olaraq meyvə-tərəvəz satır. 2022-ci ilin dekabr ayında köhnə bazarda işlədiyi zaman tanımadığı bir qadın ona yaxınlaşaraq ehtiyacının olmasını, çörək pulu lazım olduğunu demişdir. Həmin qadın stəkanlar və çəngəl qaşıq satmışdır. O, əvvəlcə həmin qadından həmin əşyaları almaq istəməmişdir. Lakin həmin qadın ona satdığı əşyaların özünün cehizliyi olmasını və ehtiyacı üzündən satmasını demişdir. O, da həmin qadına yazığı gəldiyi üçün satdığı əşyaları almağa qərar vermişdir. O, həmin qadından həmin vaxt 7 ədəd daş rumka, 6 ədəd büllur rumka, 18 ədəd bohema deyə bildiyi stəkan, 8 ədəd adi stəkan, 4 ədəd dəstəyi sarı rəngli bıçaq, 3 ədəd dəstəyi göy rəngli bıçaq, 2 ədəd dəmir çömçə, 1 ədəd qapaq açan, 2 ədəd sadə dolça almışdır. O, həmin adlarını qeyd etdiyi əşyaların hamısına birlikdə 7 manat pul vermişdir.Daha sonra həmin qadından heç bir əşya almamışdır.O, aldığı əşyaları evinə gətirmişdir.Hal-hazırda da həmin aldığı əşyalar evindədir. O, adını bilmədiyi həmin qadından aldığı əşyaların oğurluq yolu ilə əldə edlib-edilmədiyini bilməmişdir. O, bu barədə 2023-cü ilin iyul ayında xəbər tutmuşdur. O, həmin qadının adının Mərziyə olmasını sonradan bilmiş və Mərziyədən daha sonra heç bir əşya almamışdır. O, adını sonradan Mərziyə deyə bildiyi qadından 7 ədəd daş rumka, 6 ədəd büllur rumka, 18 ədəd bohema deyə bildiyim stəkan, 8 ədəd adi stəkan, 4 ədəd dəstəyi sarı rəngli bıçaq, 3 ədəd dəstəyi göy rəngli bıçaq, 2 ədəd dəmir çömçə, 1 ədəd qapaq açan, 2 ədəd sadə dolça almışdır. O, həmin əşyaların hamısına ümumilikdə 7 manat pul vermişdir. O, həmin əşyaların oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. O, həmin vaxt Mərziyənin üst başına baxdıqda Mərziyənin kasıb birisi olmasını, pula ehtiyacının olmasını düşünmüş və ona cehizliyi olduğunu dedikdə yazığı gəlmiş və həmin əşyaları almışdır. Həmin əşyalar hazırda onun evindədir və təqdim edə bilər. O, Mərziyəni cəmisi bir dəfə görmüş, sonra Mərziyənin kimlərəsə hansısa əşyaları satıb-satmadığı barədə heç bir məlumatı yoxdur. O, ilkin araşdırma zamanı izahat verdiyi zaman Mərziyədən aldığı əşyaların saylarını dəqiq xatırlamamışdır. O, evə gəlib ətraflı axdardıqdan sonra Mərziyədən aldığı əşyaların nələr olmasını və hansı sayda olmalarından əmin olmuşdur. İş üzrə hazırki ifadəsinin əsas götürülməsini xahiş etmişdir. Cinayət işində olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 03 sentyabr 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, 12 ədəd yataq yastığının 1 ədədinin qiyməti 20 manat olmaqla cəmi 240 manat, 4 ədəd 2 metr uzunluqda 1 metr enində yun yataq döşəyinin 1 ədədinin qiyməti 60 manat olmaqla cəmi 240 manat, 5 ədəd 1.80 metr uzunluqda 1.60 metr enində yun yataq yorğanının 1 ədədinin qiyməti 30 manat olmaqla cəmi 150 manat, 2 ədəd 2 metr uzunluqda 1.60 metr enində yun yataq adyalının 1 ədədinin qiyməti 40 manat olmaqla cəmi 80 manat, 3 ədəd 3 metr uzunluqda 2 metr enində ipək xalçanın 1 ədədinin qiyməti 80 manat olmaqla cəmi 240 manat, 10 ədəd plastik oturacağın 1 ədədinin qiyməti 6 manat olmaqla cəmi 60 manat, 1 ədəd ağzı qapaqlı, 4 gözlü, “EUROLUX” markalı qaz sobasının qiyməti 60 manat, 18 metr uzunluqda pərdənin 1 metrinin qiyməti 1 manat olmaqla cəmi 18 manat, 1 ədəd SSRİ istehsalı olan, “PODOLSK” markalı elektromexaniki tikiş maşının qiyməti 80 manat, 12 ədəd çini boşqabın 1 ədədinin qiyməti 1 manat olmaqla cəmi 12 manat, 12 ədəd adi stəkanın 1 ədədinin qiyməti 1 manat olmaqla cəmi 12 manat, 12 ədəd çini nəlbəkinin 1 ədədinin qiyməti 1 manat olmaqla cəmi 12 manat, 1 dəst 106 predmetdən ibarət 12 nəfərlik qab-qacaq servis dəstinin qiyməti 150 manat, 12 ədəd dəmir yemək qaşığının 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 6 manat, 12 ədəd dəmir çəngəlin 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 6 manat, 12 ədəd dəmir bıçağın 1 ədədinin qiyməti 0,50 manat olmaqla cəmi 6 manat, 5 ədəd dəmir çömçənin 1 ədədinin qiyməti 1 manat olmaqla cəmi 5 manat, 2 ədəd çuqun ləyənin 1 ədədinin qiyməti 15 manat olmaqla cəmi 30 manat, 1 ədəd qazanaltığının qiyməti 1 manat, 1 ədəd qapaqaçanın qiyməti 4 manat, 1 dəst 24 ədəd stəkan və 1 ədəd dolçadan ibarət “Bohema” su dəstinin qiyməti 100 manat, 2 ədəd sadə dolçanın 1 ədədinin qiyməti 10 manat olmaqla cəmi 20 manat, 10 ədəd daş rumka 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 5 manat, 6 ədəd büllur rumkanın 1 ədədinin qiyməti 0.50 manat olmaqla cəmi 3 manat, 2 ədəd “madonna” markalı aş buludunun 1 ədədinin qiyməti 15 manat olmaqla cəmi 30 manat, 3 ədəd “ATLANT” markalı soyuducu mühərrikinin 1 ədədinin qiyməti 50 manat olmaqla cəmi 150 manat, 1 ədəd krosna antena ləyənin qiyməti 30 manat, 3 dəst “MİLANO” markalı parça kişi kostyumunun 1 dəstinin qiyməti 90 manat olmaqla cəmi 270 manat, 1 ədəd “RAYYEN” markalı kişi üçün dəri gödəkçənin qiyməti 60 manat, 3 ədəd “TUDORS” markalı kişi üçün parça uzunqol düyməli köynəyin 1 ədədinin qiyməti 20 manat olmaqla cəmi 60 manat, 1 ədəd “ALVİNA” markalı parça qadın üçün kostyum dəstinin qiyməti 50 manat, 1 ədəd SSRİ istehsalı olan, “BK 1800” markalı kondisionerin qiyməti 80 manatdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən də görünür ki, X5 əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-136/2019 saylı, 14 oktyabr 2019-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılıb və cəzasını çəkmiş hesab edilərək cəzadan edilmiş, məhkumluğun ödənilməsi üçün qanunvericildə nəzərdə tutulmuş müddət keçmədiyindən məhkumluğu ödənilməmiş, yenidən cinayət əməli törətdiyi üçün əməlində cinayətlərin residivi vardır. Cinayət işində olan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 könüllü olaraq təqdim etdiyi 01 ədəd 1.80 metr uzunluqda 1.60 metr enində olan yun yataq yorğan maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Masallı RPŞ-yə təhvil verilmişdir. Cinayət işində olan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi 7 ədəd daş rumka, 6 ədəd xrustal (büllur) rumka, 18 ədəd “Bogema” stəkan, 8 ədəd adi stəkan, 4 ədəd dəstəyi sarı rəngli bıçaq, 3 ədəd dəstəyi göy rəngli bıçaq, 2 ədəd dəmir çömçə, 1 ədəd qapaqaçan və 2 ədəd sadə dolça maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Masallı RPŞ-yə təhvil verilmişdir. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X1 şəhəri, D.Əbilova küçəsi ev 23-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan olunmuş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 əməllərində cinayət tərkibi vardır. X3 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq təqsirləndirilən şəxs X3 cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə təqsirləndirilən şəxs X3 əməlindən peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs X3 məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin residivi vardır. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Odur ki, təqsirləndirilən şəxs X4 CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan təqsirləndirilən şəxs X5 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətlərinin hansı tarixdən başlanılması məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 31 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi subut olan Masallı RPŞ-də saxlanılan, 01 ədəd 1.80 metr uzunluqda 1.60 metr enində olan yun yataq yorğan, 7 ədəd daş rumka, 6 ədəd xrustal (büllur) rumka, 18 ədəd “Bogema” stəkan, 8 ədəd adi stəkan, 4 ədəd dəstəyi sarı rəngli bıçaq, 3 ədəd dəstəyi göy rəngli bıçaq, 2 ədəd dəmir çömçə, 1 ədəd qapaqaçan və 2 ədəd sadə dolça Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına keçirilməlidir. CPM-in 181-ci maddəsinə əsasən iş üzrə zərər çəkmiş şəxsə dəymiş maddi ziyan ilə əlaqədar mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübutların qaytarılması və məhkəmə məsrəfləri hissəsində icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 31 oktyabr 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi subut olan Masallı RPŞ-də saxlanılan 01 ədəd 1.80 metr uzunluqda 1.60 metr enində olan yun yataq yorğan, 7 ədəd daş rumka, 6 ədəd xrustal (büllur) rumka, 18 ədəd “Bohema” stəkan, 8 ədəd adi stəkan, 4 ədəd dəstəyi sarı rəngli bıçaq, 3 ədəd dəstəyi göy rəngli bıçaq, 2 ədəd dəmir çömçə, 1 ədəd qapaqaçan və 2 ədəd sadə dolça Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mütəxəssis rəyinin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülsün. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmün maddi sübutların qaytarılması və məhkəmə məsrəfləri hissəsində icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar