Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-215/2023 31.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı)-Zərərçəkmiş şəxs və onun vəkili Müdafiəçi2, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh)-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1959-cu il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, işləməyən, İİ qrup əlil, məhkumluğu olmayan, Masallı rayonu, Tatyanoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs 900 manat pul müqabilində subsidiya təyin etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2023-cü tarixdə, saat 15 radələrində Masallı şəhəri, Xətai parkı ərazisində yerləşən çayxanada Zərərçəkmiş şəxs 900 manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir. Masallı rayonu, Eminli kənd sakini Şahid uzun müddətdir tanıyır. xx.xx.2023-cü il tarixdə Şahid ona mobil telefon vasitəsilə zəng edərək tanışı Masallı rayonu, Xallıcalı kənd sakini Zərərçəkmiş şəxs subsidiya düzəltdirmək istədiyini bildirdikdə, o, Oruca Masallı şəhəri, Xətai parkında olduğunu və ora gəlmələrini demişdir. Təxminən bir saat sonra Şahid tanışı Zərərçəkmiş şəxslə birlikdə Xətai parkına gələrək onunla görüşmüşlər. Həmin vaxt Telman ona dörd nəfər ailə üzvünün adına icarəyə götürülmüş torpaq sahəsinin olduğunu, həmin torpaq sahələrinə görə dövlətdən subsidiya almaq istədiyini və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O da, Zərərçəkmiş şəxs bu işi həll edə biləcəyini və köməklik göstərməsi müqabilində 550 manat pul lazım olduğunu dedikdə, Telman onunla razılaşmış və üzərində 350 manat pul olduğunu, qalan 200 manat pulu isə sonra verəcəyini bildirmişdir. O da, etiraz etməyib ondan Orucun yanından 350 manat pulu almışdır. Sonra o, Telmandan torpağa dair sənədləri təqdim etməsini xahiş etdikdə, sonuncu özü ilə birlikdə gətirdiyi qovluqdan torpağına dair sənədlərin surətini ayırıb ona təqdim etmişdir. Sonra o, pulu və sənədlərin surətini götürüb oradan uzaqlaşıb getmişdir. Sonraki günlərdə bir neçə dəfə Cəlilabad rayonuna gedib orada yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsində qəbul şöbəsində Zərərçəkmiş şəxs sənədləri ilə maraqlandığı zaman sonuncunun subsidiya ala bilməyəciyini öyrənmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs heç bir söz deməmiş və ondan aldığı pulu da artıq öz şəxsi istifadəsi üçün xərcləmişdir. Təxminən 1 ay sonra o, Masallı şəhəri Xətai parkında piyada gəzərkən Telmanla təsadüfən rastlaşmış və sonuncu ondan işinin hansı mərhələdə olduğunu soruşduğu zaman o, Telmana 200 manat əlavə pul lazım olduğunu demişdir. Telman yenə ona inanıb cibindən 200 manat çıxarıb ona vermişdir. O, həmin vaxt artıq bu işin alınmayacağını dərk etmiş və Telmanın ona inanmasından sui-istifadə edib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün ilkin razılaşdıqları kimi qalan 200 manat pulu Telmandan istəmişdir. Zərərçəkmiş şəxs ümumilikdə 550 manat pul almış və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan Zərərçəkmiş şəxs barəsində şikayət etdiyini öyrənmişdir. Hazırda əməldən peşmandır. Məhkəmədən maddi imkanı olmadığı üçün vurduğu ziyanı ödəyə bilmədiyini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, vurduğu ziyanın müəyyən hissəsindən yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Masallı rayonu, Şəhriyar kəndində yaşayan Şahid uzun illərdir tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 10 ildir dövlətdən icarəyə torpaq götürüb əkinçilik fəaliyyətilə məşğul olduğuna görə subsidiya almışdır. 2023-cü ilin mart ayından həmin subsidiya dayandırılmış, lakin buna baxmayaraq subsidiya almaqdan ötrü müxtəlif instaniyalara müraciət etsə də, nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Orucla Masallı şəhəri ərazisində rastlaşmış və Oruc ondan nə üçün narahat görünməsinin səbəbini soruşduqda, o, subsidiya ala bilmədiyi üçün narahat olduğunu bildirmişdir. Bu zaman Oruc ona Heybətəli adlı tanışının olduğunu və onun subsidiya işini həll edə biləcəyini demişdir. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə Orucla Masallı rayonu, Qarğalıq kəndində görüşüb idarə etdiyi avtomaşına sərnişin kimi götürərək Heybətəli ilə görüşmək məqsədi ilə Masallı şəhəri, Xətai parkına getmişdir. Həmin vaxt saat 15 radələrində Heybətəli ilə Xətai parkında görüşüb çay içib subsidiya haqqında söhbət edərkən Heybətəli subsidiya sənədlərini ondan istəmiş və o, üzərində olan subsidiya sənədlərini sonuncuya vermişdir. Heybətəli sənədləri ondan alandan sonra subsidiya almasını yenidən bərpa edəcəyinə dair vəd verərək bu işin müqabilində ondan 900 manat pul istəmişdir. Həmin vaxt o, 900 manat pulu Orucun yanında Heybətəliyə vermişdir. Heybətəli 900 manat pulu ondan alıb saydıqdan sonra götürərək təxminən 15 gün müddətində sənədlərin qeydiyyatdan keçəcəyinə və 4200 manat pul alacağına dair söz vermişdir. O da, 15 gün müddətinin tamam olmasını gözləmiş, lakin heç bir sənədləşmə aparılmadığını öyrənmişdir. Bundan sonra Heybətəliyə zəng edərək onunla görüşmək istəməyini bildirdikdə, sonuncu hər dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır. Hətta Oruc da ondan Heybətəliyə vaxt verməsini bir neçə dəfə xahiş etmişdir. Sonra Heybətəlinin ona qarşı dələduzluq etməsini bilib polis şöbəsinə şikayət etmişdir. O, vurulmuş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını qed edərək, mülki iddianın tam təmin edilməsi və təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımış, onlarla aralarında hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ilə təxminən 5- 6 ay bundan əvvəl Masallı şəhəri, Xətai parkında tanış olarkən sonuncu ona subsidiya ilə bağlı sənədləri düzəldə bildiyini və bundan əvvəl müxtəlif şəxslərə bu işdə köməklik göstərdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs əgər subsidiya düzəltdirmək istəyən tanışı olarsa ondan yararlana biləcəyini və istədiyi zaman ona köməklik göstərəcəyini demişdir. O da, əgər belə bir tanışı olarsa mütləq ona yönəldəcəyinə dair söz vermişdir. Bundan sonra onlar ayrılmış və o, öz işlərinin arxasınca getmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanışı Zərərçəkmiş şəxs ilə Masallı şəhəri, Seybətin dairəsində rastlaşmışdır. Həmin vaxt Telmanla söhbət edərkən sonuncu ona torpaq sahəsinin olmasına baxmayaraq, subsidiya düzəltdirmək istədiyini, lakin, heç bir nəticə əldə etmədiyini demişdir. O da, Heybətəli adlı tanışının olduğunu və bu işlərdən anladığını, istəyirsə Heybətəli ilə onu tanış edə biləcəyimi bildirdikdə, Telman onunla razılaşmış və o, Telmanın yanında Heybətəliyə zəng edərək, ümumi vəziyyəti sonuncuya izah etmış və xx.xx.2023-cü il tarixdə birlikdə Xətai parkında görüşəcəkləri ilə bağlı razılaşmışlar. Həmin gün saat 11 radələrində Xətai parkında o, Telmanla birlikdə Heybətəli ilə görüşmüşdür. X2 təqdim etdikdən sonra onlar öz aralarında danışmağa başlamışlar. Heybətəli subsidiya sənədlərini Telmandan istədifdə, sonuncu üzərində olan subsidiya sənədlərinin surətini Heybətəliyə vermişdir. Sonra Heybətəli sənədləri Telmandan aldıqdan sonra subsidiya almasını yenidən bərpa edəcəyinə dair vəd verərək bu işin müqabilində ondan 900 manat pul istəmişdir. Həmin vaxt Telman onunla razılaşmış və cibindən 900 manat pul çıxararaq onun yanında Heybətəliyə vermişdir. Heybətəli 900 pulu Telmandan götürmüş və təxminən 15 gün müddətində sənədlərin qeydiyyatdan keçəcəyini və 4200 manat pul alacağına söz vermışdir. Sonradan öyrənmişdir ki, Heybətəli Telmana verdiyi vədə əməl etməmiş və onun etibarından sui-istifadə etmişdir. Sonra o, bir neçə dəfə Heybətəliyə zəng edərək pulu geri qaytarmasını xahiş etməsinə baxmayaraq, sonuncu onu da müxtəlif bəhanələrlə aldadaraq Telmanın pulunu geri qaytarmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəsiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-18/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə (cinayət işi üzrə icraata) həmin Məcəllənin 73- 1.1-ci maddəsinə əsasən xitam vermiş və o, cinayət məsuliyyətindən azad edilmiş, məhkumluğu yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayət əməlinin böyük içtimai təhlükə törətməyən cinayətlar koteqoriyasına aid olmasını, yaşını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Zərərçəkmiş şəxs eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinəyət əməli nəticəsində vurulmuş maddi ziyana görə 900 manat və ödənilmiş dövlət rüsumunun məbləgi olaraq 30 manat tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs mülki qismən iddianı qəbul edərək, Zərərçəkmiş şəxs 550 manat aldığını bildirmiş və iddianın qismən təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməl nəticəsində zərərçəkmiş şəxsə 900 manat maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddia tam təmin edilməklə Təqsirləndirilən şəxs maddi ziyana görə 900 manat və ödənilmiş dövlət rüsumunun məbləgi olaraq 30 manat, ümumilikdə 930 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə məhkəmə xərclərinin və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs cinəyət əməli nəticəsində vurulmuş maddi ziyana görə 900 manat və ödənilmiş dövlət rüsumunun məbləgi olaraq 30 manat, ümumilikdə 930 (doqquz yüz otuz) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-215/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-215/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver