Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-215/2024 02.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı rayonu, Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətə azaldılmış, cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərədə tutulmuş qaydada götürülməmiş, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 15 avqust 2024-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını tamah niyyətilə gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qardaşı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Yeddioymaq kəndində yerləşən yaşayış olmayan evin həyətinə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 300 manat təşkil edən hündürlüyü 1,90 metr və eni 90 sm olan dəmir qapını, bir ədəd qiyməti 500 manat təşkil edən hündürlüyü 2,80 metr və eni 2 metr olan dəmir qapını gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 800 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qardaşı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Yeddioymaq kəndində yerləşən yaşayış olmayan evin həyətinə qanunsuz daxil olaraq oradan bir metrinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 270 manat təşkil edən bir ədədinin uzunluğu 3 metr və diametri 40 mm olan ümumilikdə 18 ədəd dəmir boruları, ümumi dəyəri 300 manat təşkil edən bir ədədinin uzunluğu 80 sm olan ümumilikdə 60 ədəd polad armaturları gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxs Qurbaxan Zeynalova ümumilikdə 570 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq cinayət əməli törətdiyinə görə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs onun qardaşıdır və sonuncuya məxsus Masallı rayonu Yeddioymaq kəndi ərazisində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır və həmin evin ətrafı daşla hasara alınmaqla dəmir listdən hazırlanmış giriş qapısı vardır. O, atası Şahid1 məxsus fərdi yaşayış evində yaşayır və qardaşının evi ilə həmin ev arasında təxminən 1 kilometr məsafə vardır. Qardaşı Zərərçəkmiş şəxs ona öz evinə daxil olmağa və həmçinin oradan hər hansı bir əşya götürməyə, daşımağa və satmağa icazə vermişdir. Hətta həmin həyətdə o, it saxlamışdır. Qardaşının evində köhnə və yararsız halda olan iki ədəd dəmir materialından hazırlanmış giriş qapısı və xırda armatur parçaları olmuş, həmin materiallar istifadə edilmədiyinə, qardaşının köhnə əşyaları satmasına icazə verdiyinə, həm də pula ehtiyacı olduğuna görə satıb qazanc əldə etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə maddi ehtiyacı olduğuna görə qazanc əldə etmək məqsədilə qardaşı Zərərçəkmiş şəxs evinin həyətində yerləşən iki ədəd dəmir materialdan hazırlanmış giriş qapısını və həyətdə olan yardımçı tilkilidəki istifadəyə yararsız dəmir boruları və armatur parçalarını satmaq qərarına gəlmişdir. Dəmir qapılar hasarın çöl tərəfində dayanmış olsa da, bir müddət əvvəl həmin qapıları aparıb evin həyətində qoymuşdur. Bu məqsədlə həmin tarixdə saat 15 radələrində qardaşının evinin yaxınlığına getmiş, dəmir qapıları evin həyətindən çölə qoymaqda ona köməklik etməsi üçün tanışı Şahid2 Zeynal oğluna zəng etmiş, təxminən 10 dəqiqə sonra Zaur onun qardaşının evinin yanına gəlmişdir. O, Zaurla köməkləşib evin həyətindən iki ədəd dəmir materialdan hazırlanmış giriş qapılarını evin həyətindən küçəyə yolun ehtiyyat hissəsinə qoymuş və sonra Zaur onun yanından uzaqlaşıb getmişdir. Bir neçə dəqiqə sonra yoldan keçən dəmir yığımı ilə məşğul olan əvvəllər tanımadığı motosiklet sürücüsü onun olduğu yerə yaxınlaşmış, həmin şəxsə iki ədəd dəmir materialdan hazırlanmış giriş qapılarını təqdim edərək, həmin qapıların özünə məxsus olmasını və satmaq istədiyini, dəmirin kiloqramını hansı qiymətə aldığını sonuncudan soruşmuşdur. Həmin şəxs dəmirin kiloqramını 42 qəpiyə aldığını bildirdiyindən o, həmin şəxslə razılaşmış və həmin şəxs iki ədəd dəmir qapını elektron tərəzidə çəkib ümumi çəkisinin 95 kiloqram olduğunu bildirərək ona 40 manat pul vermişdir. O da həmin şəxslə birlikdə həmin dəmir qapıları motosikletə yükləmişdir. Bundan sonra motosiklet sürücüsünə evin həyətindəki yarımçıq tikilidə dəmir boruların və armatur parçalarının olduğunu demiş, onları da satmaq istədiyini bildirmişdir. Lakin, motosiklet sürücüsü qapıların ağır olduğunu və motosikletdə baş yerin olmadığını bildirmişdir. Motosikletdə yer olmadığını görüb sürücüyə satmaq istədiyi dəmir boruları və armaturları sonra ona verəcəyini demişdir. Bundan sonra həmin motosiklet sürücüsü onun yanından uzaqlaşıb getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində yenidən pula ehtiyacı olduğundan qardaşı Zərərçəkmiş şəxs evinin həyətinə getmiş, həyətdə yerləşən yardımçı tikilidə olan 18 ədəd hər birinin uzunluğu 2 metr, diametri 40 mm olan dəmir boruları, dəqiq sayını bilmədiyi qədər uzunluğu 80 sm olan armaturları ayrı-ayrılıqda 11 ədəd kisəyə yığıb həyətdə olan əşya daşımaq üçün istifadə edilən əl arabası vasitəsilə daşıyaraq həyətin giriş qapısının yanında yerə yığmışdır. Yolda hərəkətdə olan əvvəllər tanımadığı dəmir yığımı ilə məşğul olan motosiklet sürücüsünə əli ilə işarə edib saxlatdırmış və həmin şəxsə yaxınlaşıb özünə məxsus dəmir materialların olduğunu və satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona dəmirin kiloqramını 41 qəpiyə aldığını bildirmiş və o da razılaşıb həmin şəxsə kisələrə yığdığı dəmir materialları təqdim etmişdir. Həmin şəxs həmin əşyaları elektron tərəzidə çəkib ümumi çəkisinin 312 kiloqram olduğunu ona bildirib ümumilikdə ona 128 manat pul vermişdir. Əldə etdiyi pulu götürüb Bakı şəhərinə getmişdir. Bakı şəhərində olduğu müddətdə qardaşı Qurbanxan və atası Əşrəf ona zəng edərək evdən oğurluq olması barədə məlumat verdikdə, həmin əşyaları özünün götürüb tanımadığı dəmir yığımı ilə məşğul olan şəxslərə satdığını demişdir. Bundan sonra atası ona, Masallı rayonu, Yeddioymaq kəndində yerləşən evinə qayıtmasını xahiş etsə də, lakin evinə geri qayıtmadığı üçün atası onun barəsində şikayət etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən olduğu yer müəyyən edilərək saxlanılmışdır. Qardaşının evindən əşyaları götürüb satmağa icazəsi olmuşdur, həm də cinayət işini materiallarında dəymiş ziyan məbləği olduqca yüksək həddə göstərilmişdir. Satdığı dəmir qapılar yararsız və çürük olmuş, dəmir borular isə tikintidə istifadəyə yararsız olmuşdur. Satdığı dəmir qapılar və armaturlara görə ümumlikdə 168 manat qazanc əldə etmiş, hansı ki, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Qardaşının evinə mütəmadi gedib-gəlmiş, evə və həyətə mütəmadi nəzarət etmişdir. Hazırda əməlindən peşmandır, dəymiş ziyan məbləği zərərçəkmiş şəxsə ödənilmiş, qardaşı ilə barışıq əldə etmişdir. Ona qarşı şikayət və tələbin olmadığını bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyətli ifadə verdiyindən onun ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən o, elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayət əməli törətdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə atası Şahid1 Masallı RPŞ-yə etdiyi müraciətin məzmunu ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs onun qardaşıdır və sonuncuya məxsus Masallı rayonu Yeddioymaq kəndi ərazisində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır və həmin evin ətrafı daşla hasara alınmaqla dəmir listdən hazırlanmış giriş qapısı vardır. O, atası Şahid1 məxsus fərdi yaşayış evində yaşayır və qardaşının evi ilə həmin ev arasında təxminən 1 kilometr məsafə vardır. Qardaşı Zərərçəkmiş şəxs ona öz evinə daxil olmağa və həmçinin oradan hər hansı bir əşya götürməyə, daşımağa və satmağa icazə verməmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında maddi ehtiyacı olduğuna görə qazanc əldə etmək məqsədilə qardaşı Zərərçəkmiş şəxs evinin həyətində yerləşən iki ədəd dəmir materialından hazırlanmış giriş qapısını oğurlayıb satmaq qərarına gəlmiş, bu məqsədlə həmin tarixdə saat 15 radələrində qardaşının evinin yaxınlığına getmiş və orada bir müddət dayanıb yolda hərəkətdə olan dəmir yığımı ilə məşğul olan motosiklet sürücüsünə əliylə işarə edib dəmir satdığını bildirmiş və həmin motosiklet sürücüsü də ona geri qayadacağı barədə əliylə işarə edərək məlumat vermişdir. O, dəmir qapıları evin həyətindən çölə qoymaqda ona köməklik etməsi üçün tanışı Şahid2 Zeynal oğluna zəng edərək sonuncuya bu barədə məlumat vermiş, təxminən 10 dəqiqə sonra Zaur onun qardaşının evinin yanına getmiş və həmin vaxt hələ motosiklet sürücüsü ora geri qayıtmamışdır. O, Zaurla köməkləşib evin həyətindən iki ədəd dəmir materialından hazırlanmış giriş qapılarını evin həyətindən küçəyə yolun ehtiyyat hissəsinə qoymuş və sonra Zaur onun yanından uzaqlaşıb getmişdir. Bir neçə dəqiqə sonra motosiklet sürücüsü onun olduğu yerə yaxınlaşmış, həmin şəxsə iki ədəd dəmir materialından hazırlanmış giriş qapılarını təqdim edərək, həmin qapıların özünə məxsus olmasını və satmaq istədiyini, dəmirin kiloqramını hansı qiymətə aldığını sonuncudan soruşmuşdur. Həmin şəxs dəmirin kiloqramını 42 qəpiyə aldığını bildirdiyindən o, həmin şəxslə razılaşmış və həmin şəxs iki ədəd dəmir qapını elektron tərəzidə çəkib ümumi çəkisinin 95 kiloqram olduğunu bildirərək ona 40 manat pul vermişdir. O da həmin şəxslə birlikdə həmin dəmir qapıları motosikletə yüklədikdən sonra həmin motosiklet sürücüsü onun yanından uzaqlaşıb getmişdir. Lakin, o, nə Zaura, nə də ki adını bilmədiyi motosiklet sürücüsünə həmin iki ədəd dəmir materialından hazırlanmış giriş qapısının qardaşı Zərərçəkmiş şəxs məxsus olduğunu və oğurladığı barədə heç bir məlumat verməmişdir. O, həmin oğurluq cinayət əməlini törətməyi nətiəsində əldə etdiyi 40 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində yenidən oğurluq edib qazanc əldə etmək məqsədilə qardaşı Zərərçəkmiş şəxs evinin həyətinə gedərək həyətdə yerləşən yardımçı tikilidə olan 18 ədəd hər birinin uzunluğu 2 metr, diametri 40 mm olan dəmir boruları, dəqiq sayını bilmədiyi qədər uzunluğu 80 sm olan armaturları ayrı-ayrılıqda 11 ədəd kisəyə yığıb həyətdə olan əşya daşımaq üçün istifadə edilən əl arabası vasitəsilə daşıyaraq həyətin giriş qapısının yanında yerə yığmışdır. Daha sonra oradan uzaqlaşıb yaşadığı evə getmiş, həmin gün saat 15 radələrində yenidən həmin yerə gedib qardaşının evinin qarşısında dayanmış və yolda hərəkətdə olan əvvəllər tanımadığı dəmir yığımı ilə məşğul olan motosiklet sürücüsünə əliylə işarə edib saxlatdırmış və həmin şəxsə yaxınlaşıb özünə məxsus dəmir materialların olduğunu və satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona dəmirin kiloqramını 41 qəpiyə aldığını bildirmiş və o da razılaşıb həmin şəxsə kisələrə yığdığı dəmir materialları təqdim etmişdir. Həmin şəxs həmin əşyaları elektron tərəzidə çəkib ümumi çəkisinin 312 kiloqram olduğunu ona bildirib ümumilikdə ona 128 manat pul vermişdir. Lakin, həmin motosiklet sürücüsü onun həmin əşyaları oğurladığını bilməmiş və o da həmin şəxsə bu barədə heç bir məlumat verməmişdir. O, həmin oğurluq cinayət əməlini törətməyi nəticəsində əldə etdiyi 128 manat pulu ayrı-ayrı tarixlərdə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Qardaşı Zərərçəkmiş şəxs evindən birinci dəfə oğurluq cinayət əməlini törədərkən orada olan dəmir boruları və armaturları da sonra oğurlayıb satacağı barədə heç bir qərara gəlməmişdir. Lakin, sonradan ehtiyacı olduğu üçün qazanc əldə etmək məqsədilə həmin yerə təkrar gedib ikinci dəfə oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ona məxsus Masallı rayonu Yeddioymaq kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Lakin, həmin evdə hazırda yaşayış yoxdur. O, uzun müddətdir Bakı şəhərində yaşayır və orada da işləyir. Təqsirləndirilən şəxs onun qardaşı, Şahid1 isə atasıdır. Masallı rayonu Yeddioymaq kəndində yerləşən yaşayış olmayan evinin ətrafı daş hasarla əhatələnmiş, iki giriş qapısı vardır. Həmin giriş qapılarından biri şiferdən, digəri isə dəmir materialından kustar üsulla hazırlanmışdır. Qardaşı Təqsirləndirilən şəxs həmin həyətə gedib gəlməsinə o icazə vermiş, qardaşı Sadiqdə həmin həyətə nəzarət etmiş, ora mütəmadi gedib gəlmiş, hətta həyətdəki ağaclara nəzarət edərək, orada it saxlamışdır. Həyətində tikintiyə yararsız çürük vəziyyətdə olan iki ədəd qəmir qapı, həyətdəki yarımtikilinin içində isə istifadə olunmayan dəmir borular və armatur parçaları yığılmışdır. Qardaşı Sadiqə öz evinə daxil olmağa və həmçinin oradan hər hansı bir əşya götürməyə, daşımağa və satmağa icazə vermişdir. Eynilə də dəmir qapıları, və dəmir boru-armaturları istəyən olduğu təqdirdə satmasına qardaşına o icazə vermişdir. Hətta Bakı şəhərində işlədiyi vaxtlar qardaşı Sadiq də bir müddət onunla işləmişdir. Lakin qardaşı əvvəllər oğurluq cinayətinə görə həbs olunduğundan, və mütəmadi evə gəlmədiyindən atası Əşrəfin onunla münasibətləri pozulmuşdur. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində atası ona zəng edərək yaşayış olmayan evinin dəmir materialından olan giriş qapısının söküldüyünü, evinin həyətində olan iki ədəd dəmir qapının, evin həyətində yerləşən yardımçı tikilinin qarşısında yerə yığılmış bir ədədinin uzunluğu 3 metr və diametri 40 mm olan ümumilikdə 18 ədəd dəmir boruların, bir ədədinin uzunluğu 80 sm olan ümumilikdə 60 ədəd polad armaturların oğurlandığını aşkar etməsi barədə məlumat vermişdir. Həmin əşyaların hər birini o, öz vəsaiti hesabına almışdır. Atası Şahid1 ona verdiyi məlumata görə yaşayış olmayan evinin həyətindən oğurluq hadisəsi qardaşı Təqsirləndirilən şəxs və həmkəndlisi Şahid2 tərəfindən törədilmişdir. Həmin vaxt Bakı şəhərindən yaşadığı Masallı rayonu, Yeddioymaq kəndinə gəlmiş, atası Əşrəflə birlikdə həyətə baxdıqdan sonra həqiqətən dəmir qapıların, boruların və armatur parçalarının oğurlanmasına əmin olmuşlar. Atası ona kənddə gəzən söz-söhbətə görə Təqsirləndirilən şəxs həyətdən oğurluğu həmkəndlisi Şahid2la birlikdə etməsi ilə bağlı şübhələr yarandığın bildirmiş, qardaşı Sadiqə zəng edərək bu barədə soruşduqda, cavabında ona həmin əşyaları götürüb yalnız özünün satdığını etiraf etmişdir. Qardaşından oğurluğu kimlə törətməsi barədə verilmiş suala cavab verməməsi, hadisədən sonra Şahid2 ailə üzvləri ilə aralarında bir neçə dəfə mübahisələrin yaranması, Sadiqə dəfələrlə evinə qayıtmasını demələrinə baxmayaraq, Sadiqin onlara məhəl qoymaması atası Şahid1 əsəbləşməsinə səbəb olduğundan o, DİN-nin 102 xidmətinə zənəg edərək oğurluq barədə məlumat vermiş, bundan sonra araşdırma başlanmışdır. Özü də əsəbi olduğundan, həm də qardaşı Sadiqin hərəkətləri valideynlərində narahatlıq yaratması səbəbindən Masallı RPŞ-yə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. İbtidai istintaq zamanı əsəbiləşdiyi üçün qardaşına qarşı ifadə verməklə, qardaşının evinə getməsinə razılığının olmaması, orada olan əşyaları satmasına və ya götürməsinə icazə verməməsi barədə yalan ifadə vermişdir. Əsl həqiqətdə isə qardaşını evin açarını həvalə etmiş, qardaşı istədiyi vaxt ona məxsus evə gedib-gəlmiş, bunun üçün onun razılığı olmuşdur. Təqsirləndirilən şəxs qardaşı olduğundan istədiyi əşyanı həyətdən götürüb sata bilər. Hazırda isə qardaşı Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, qardaşına qarşı şikayət və tələbinin olmadığını bildirib barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə müqayisədə məhkəmə istintaqı zamanı tamamilə ziddiyyətli ifadə verdiyindən onun ifadəsi elan olunaraq tədqiq edilmiş o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ona məxsus Masallı rayonu Yeddioymaq kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Lakin, həmin evdə hazırda yaşayış yoxdur. O, uzun müddətdir Bakı şəhərində yaşayır və orada da işləyir. Təqsirləndirilən şəxs onun qardaşı, Şahid1 isə atasıdır. Masallı rayonu Yeddioymaq kəndində yerləşən yaşayış olmayan evinin ətrafı daş hasarla əhatələnmiş, iki giriş qapısı vardır. Həmin giriş qapılarından biri şiferdən, digəri isə dəmir materialından kustar üsulla hazırlanmışdır. Qardaşı Təqsirləndirilən şəxs isə oğurluq fəaliyyətilə məşğuldur və əvvəllər də bir neçə dəfə oğurluq cinayət əməli törətdiyinə görə məhkum olunmuşdur. O, Masallı rayonu ərazisinə gecgec gəldiyi üçün atası Şahid1 ona məxsus evə nəzarət edir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində atası ona zəng edərək yaşayış olmayan evinin dəmir materialından olan giriş qapısının söküldüyünü, evinin həyətində olan iki ədəd dəmir qapının, evin həyətində yerləşən yardımçı tikilinin qarşısında yerə yığılmış bir ədədinin uzunluğu 3 metr və diametri 40 mm olan ümumilikdə 18 ədəd dəmir boruların, bir ədədinin uzunluğu 80 sm olan ümumilikdə 60 ədəd polad armaturların oğurlandığını aşkar etməsi barədə məlumat verdi. Həmin əşyaların hər birini o, öz vəsaiti hesabına almışdır. Atası Şahid1 ona verdiyi məlumata görə yaşayış olmayan evinin həyətindən oğurluq hadisəsi qardaşı Təqsirləndirilən şəxs və həmkəndlisi Şahid2 tərəfindən törədilmişdir. Lakin, o, adlarını qeyd etdiyi şəxslərin birbaşa ona məxsus əşyaları oğurluq etmələrini görməmişdir. Ona məxsus yaşayış olmayan evinin həyətindən oğurlanmış bir ədədinin hündürlüyü 1,90 metr və eni 90 sm olan dəmir qapının qiyməti 300 manat, bir ədədinin hündürlüyü 2,80 metr və eni 2 metr olan dəmir qapının qiyməti 500 manat, bir ədədinin uzunluğu 3 metr və diametri 40 mm olan ümumilikdə 18 ədəd dəmir boruların bir metrinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 270 manat, bir ədədinin uzunluğu 80 sm olan ümumilikdə 60 ədəd polad armaturların ümumi dəyəri 300 manatdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1370 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, qeyd edilən əmlakları qardaşı Təqsirləndirilən şəxs oğurlamışdır. O həmçinin göstərmişdir ki, özünə məxsus fərdi yaşayış evinə və həyətinə qardaşı Təqsirləndirilən şəxs sərbəst şəkildə daxil olmasına və orada olan əmlakları satmasına icazə verməmişdir. Bu səbəbdən də Masallı RPŞ-yə yaxınlaşıb ərizə ilə müraciət edərək araşdırma aparılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə birlikdə bir sinifdə orta təhsil almış və aralarında uzun müddətdir dostluq münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o, işə getdiyi zaman Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edərək qardaşı Zərərçəkmiş şəxs evinin həyətində olan iki ədəd dəmir materialından hazırlanmış giriş qapılarını küçəyə qoymaqda ona köməklik etməyini xahiş etmişdir. O da həmin vaxt Sadiqin ümumiyyətlə qardaşının evindən oğurluq edəcəyini düşünmədiyi üçün sonuncu ilə razılaşıb dediyi yerə getmişdir. Zərərçəkmiş şəxs evinə çatanda Sadiqin orada olduğunu görmüş, həmin vaxt Sadiqlə salamlaşıb birlikdə evin həyətində olan iki ədəd dəmir materialından hazırlanmış giriş qapılarını evin həyətindən küçəyə çıxarıb yerə qoymuşdur. Sonra o, həmin yerdən uzaqlaşıb getmişdir. Təqsirləndirilən şəxs öz qardaşının evindən oğurluq niyyəti ilə hərəkət etməsindən ümumiyyətlə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mənim oğlanlarımdır. Oğlum Zərərçəkmiş şəxs Bakı şəhərində yaşasa da, ona məxsus Masallı rayonu Yeddioymaq kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evin yerləşdiyi həyətin ətrafı daş hasarla əhatələnmiş, iki giriş qapısı vardır. Həmin giriş qapılarından biri şiferdən, digəri isə dəmir materialından kustar üsulla hazırlanmışdır. Digər oğlum Təqsirləndirilən şəxs isə əvvəllər oğurluq cinayət əməli törətdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Arabir oğlu Zərərçəkmiş şəxs məxsus evə gedib nəzarət edir. Lakin, özü işlədiyi üçün vaxtı olmadığından oğlu Sadiqə də gedib qardaşı Qurbanxanın evinə nəzarət etməsini tapşırmışdır. Qurbanxanın evini açarları isə onlarda olmuş, həmin açarlar evin giriş qapısında asılı vəziyyətdə olduğundan Sadiq də həmin açarları götürüb qardaşına məxsus evə gedərək nəzarət etmiş, həyətdə əkilən ağaclara qulluq etmiş, həmin həyətdə it də saxlamışdır. Qurbanxanın evinin həyətində daş hasara küçə tərəfdən söykənmiş istifadəyə yarasız iki ədəd dəmir qapı, həyətdə olan yarmçıq tikilidə isə dəmir borular və armatur parçaları yığılmışdır. Qurbanxanın da qardaşı Sadiqə gedib evinə nəzarət etməsinə icazəsi olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində oğlu Qurbanxanın evinə gedib nəzarət etdiyi zaman dəmir materialından hazırladıqları giriş qapısının söküldüyünü görüb oradan həyətə daxil olmuş, həmin vaxt daş hasara küçə tərəfdən söykədiyi oğlu Qurbanxanın öz vəsaiti hesabına alınmış iki ədəd dəmir qapının, evin həyətində yerləşən yardımçı tikilinin qarşısında yerə yığılmış bir ədədinin uzunluğu 3 metr və diametri 40 mm olan ümumilikdə 18 ədəd dəmir boruların, bir ədədinin uzunluğu 80 sm olan ümumilikdə 60 ədəd polad armaturların, oğurlandığını aşkar etmişdir. Hadisə barədə oğlu Qurbanxana zəng edərək məlumat vermiş, Qurbanxan Bakı şəhərindən kəndə qayıtmışdır. İlkin olaraq araşdırma zamanı dəmir qapıların, boruların və armatur parçlarının oğlu Təqsirləndirilən şəxs və həmkəndliləri Şahid2 tərəfindən aparılmasında şübhələnmişlər. Sadiq evinə gəlmədiyindən və Bakı şəhərində avaraçılıqla məşğul olduğundan ona zəng edərək Qurbanxanın həyətindən dəmir qapıların, borcuların və armatur parçalarının kim tərəfindən aparılmasını soruşduqda, Sadiq onlara həmin əşyaları özünün satdığını demişdir. Sadiqə təcili olaraq evə gəlməsini tələb etmiş, lakin sadiq onun tələblərin məhəl qoymadığından əsəbiləşərək DİN-nin 102 xidmətinə məlumat vermiş, Zaur Məmədovun ailə üzvləri ilə aralarında baş vermiş oğurluğu görə narazılıq yaranmış, oğlu Qurbanxan da, əsəsbiləşərək Masallı RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Oğlu Zərərçəkmiş şəxs məxsus evin həyətindən oğurlanmış əşyalara görə ümumilikdə 1370 manat maddi ziyan dəymişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə müqayisədə məhkəmə istintaqı zamanı ziddiyyətli ifadə verdiyindən onun ifadəsi elan olunaraq tədqiq edilmiş o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun oğlanlarıdır. Oğlu Zərərçəkmiş şəxs Bakı şəhərində yaşasa da, ona məxsus Masallı rayonu, Yeddioymaq kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evin yerləşdiyi həyətin ətrafı daş hasarla əhatələnmiş, iki giriş qapısı vardır. Həmin giriş qapılarından biri şiferdən, digəri isə dəmir materialından kustar üsulla hazırlanmışdır. Digər oğlu Təqsirləndirilən şəxs isə oğurluq fəaliyyətilə məşğuldur və əvvəllər də bir neçə dəfə oğurluq cinayət əməli törətdiyinə görə məhkum olunmuşdur. Arabir oğlu Zərərçəkmiş şəxs məxsus evə gedib nəzarət edir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində oğlu Qurbanxanın evinə gedib nəzarət etdiyi zaman dəmir materialdan hazırladıqları giriş qapısının söküldüyünü görüb oradan həyətə daxil olmuşdur. Həmin vaxt həyətin daxilində daş hasara söykədiyi oğlu Qurbanxanın öz vəsaiti hesabına alınmış iki ədəd dəmir qapının, evin həyətində yerləşən yardımçı tikilinin qarşısında yerə yığdığı bir ədədinin uzunluğu 3 metr və diametri 40 mm olan ümumilikdə 18 ədəd dəmir boruların, bir ədədinin uzunluğu 80 sm olan ümumilikdə 60 ədəd polad armaturların oğurlandığını aşkar etmişdir. Həmin oğurluq hadisəsi onun oğlu Təqsirləndirilən şəxs və həmkəndlisi Şahid2 tərəfindən törədilmişdir. Oğlu Zərərçəkmiş şəxs məxsus evin həyətindən oğurlanmış bir ədədinin hündürlüyü 1,90 metr və eni 90 sm olan dəmir qapının qiyməti 300 manat, bir ədədinin hündürlüyü 2,80 metr və eni 2 metr olan dəmir qapının qiyməti 500 manat, bir ədədinin uzunluğu 3 metr və diametri 40 mm olan ümumilikdə 18 ədəd dəmir boruların bir metrinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 270 manat, bir ədədinin uzunluğu 80 sm olan ümumilikdə 60 ədəd polad armaturların ümumi dəyəri 300 manatdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində oğlu Qurbaxan Zeynalova ümumilikdə 1370 manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş; Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, əşyaların oğrulandığı X1 məxsus Masallı rayonu Yeddioymaq kəndi ərazisində yerləşən yaşayış olmayan evin həyəti və həmin evin həyətindəki yardımçı tikili Şahid1 tərəfindən təqdim edilmiş və foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ilə Təqsirləndirilən şəxs arasında videoçəkilişlə üzləşdirmə keçirilmiş, Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə əməl CM-177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməklə istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş, Təqsirləndirilən şəxs Masallı rayonu, Yeddioymaq kəndində yerləşən qardaşı Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan evin həyətindən və evin həyətindəki yardımçı tikilidən müxtəlif növ metal(dəmir) əşyaları oğurladığı yerləri təqdim etməklə ifadəsində qeyd edilən xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir. Hadisə yerinin fotoşəkiləri çəkilməklə protokola əlavə edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, oğurlanmış bir ədəd 190x90 sm metal( dəmir)qapının qiyməti 220 manat, bir ədəd 280x200 sm ölçüdə olan metal (dəmir) qapının qiyməti 300 manat, 18 ədəd 40 mm diametrli bir ədədinin uzunluğu 3 metr, ümumi uzunluğu 54 metr olan metal (dəmir) boruların bir metrinin qiyməti 3 manat olmaqla cəmi 162 manat, 60 ədəd ümumi uzunluğu 48 metr olan 80x0,20 sm ölçüdə polad çubuqların (armaturların) bir metriin qiyməti 2 manat olmaqla 96 manatdır. Ümumilikdə həmin əmlakların dəyərinin 1370 manat olması müəyyən edilmişdir. Rəyin qeyd hissəsində göstərilmişdir ki, qimətlərin müəyyən edilməsində hal-hazırki bazar qiyməti əsas götürülmüş, qiymətləndirmə metodu olaraq müqayisəli yanaşma metodu tətbiq edilmişdir. Tələb və təklifə əsasən qeyd olunan qiymətlər dəyişə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər oğruluq cinayətlərinə görə bir neçə dəfə məhkum edilmişdir. Sonuncu dəfə Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətə azaldılmışdır. Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilsə də, cinayət törətdiyi zaman məhkumluğu ödənilməmiş, və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayır, dörd nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Zərərçəkmiş şəxs Masallı Rayon Polis şöbəsinə imzası ilə təsdiq edərək yazdığı xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, qardaşı Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanı tam şəkildə ödədiyindən onunla barışmış, hazırda ona qarşı şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 məhkəmə istintaqında verdikləri ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əvvəlcə dəmir qapıları satdığını, həmin vaxt başqa əmlak satmaq niyyətinin olmadığını, bir neçə gün keçdikdən sonra pula ehtiyacı olduğundan yenidən oğurluq etmək niyyətinə düşdüyünü bildirsə də, məhkəmə istintaqında fərqli olaraq göstərmişdir ki, oğurlayıb satdığı əmlakların hamısını əvvəlcədən satmaq niyyətində olmuş, birinci dəfə dəmir qapıları satdığı zaman dəmiri satdığı şəxsə məxsus motosikletdə yer olmadığından satmaq niyyətində olduğu digər əmlakları sata bilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsi məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə müqayisədə həqiqəti əks etdirən məlumatlar olması işin müəyyən edilmiş faktiki halları ilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs birinci oğurluğu 24 iyul 2024-cü il tarixdə etmiş, sonrakı oğurluğu isə 10 gün sonra, yəni 04 avqust 2024-cü il tarixdə törətmişdir. O, birinci oğurluq əməlini törətdiyi zaman mostosikiletdə yer olmadığını bildirsə də, onun həmin vaxt digər əmlakları da satmaq niyyəti olsa idi, onu həmin dəmir alan şəxslə razılaşaraq elə həmin gün və yaxud sonrakı gün həmin əmlakları sata bilərdi. Bunun üçün onun kifayət qədər imkanları olmuşdur. Lakin, şəxs 10 gün keçdikdən sonra yenidən həmin evin həyətinə daxil olaraq əmlakları götürüb satması və bu dəfə başqa dəmir alan şəxsə satması onu göstərir ki, onun ikinci dəfə həmin əmlakları oğurlamaq niyyəti sonradan təkrar yaranmışdır. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qardaşına məxsus evin həyətinə daxil olmaq üçün icazəsinin olduğunu bildirsə də, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, ona həmin evin həyətinə daxil olmaq üçün icazəsi olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində də onun qardaşına məxsus evə daxil olması üçün ona icazə verilmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs da ibtidai istintaq zamanı ifadəsində qardaşının oğurluq fəaliyyəti ilə məşğul olması səbəbindən ona məxsus evə və evin həyətinə daxil olmaq üçün icazə vermədiyini göstərmişdir. Zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı ifadəsində qardaşına həmin mənzilə daxil olmasına və orada əmlakları satmasına icazə verməsi ilə bağlı bildirdiklərinin isə qardaşının məsuliyyətdən azad edilməsi məqsədi ilə yalan dediyi, həmin məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı qardaşına qarşı əsəbli olduğundan ibtidai isitntaq zamanı yalan danışdığını, yəni qardaşına evə daxil olmağa icazə verməməsi və orada olan əşyaları satmağa icazə vermədiyi ilə bağlı yalan danışdığını qeyd etmişdir. Zərərçəkmiş şəxs qardaşına evə daxil olmağa və orada olan əşyaları satmağa icazə verdiyini bildirsə də, onun qardaşının evə daxil olaraq əşyaları satdığını bildikdən sonra dərhal polis şöbəsinə müraciət etməsinin və araşdırma aparılmasını tələb etməsi onu göstərir ki, onun qardaşını oğurluq etməsinə görə cəzalandırmaq niyyəti olmuşdur. Zərərçəkmiş şəxs həmin vaxt qardaşına qarşı əsəbli olduğunu, onun qonşuları Zaur adlı şəxslə əlbir olaraq qeyd edilən cinayəti törətdiyindən şübhələndiyini göstərərək, polisə şikayət etdiyini bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs özü də qardaşının evə qanunsuz daxil olaraq əmlakları götürməsini oğurluq kimi qəbul etmiş, sadəcə olaraq qardaşının əlbir olaraq Zaurla bu oğurluq əməlini törətdiyini bildirməyə çalışmışdır. Həm də qeyd edilməlidir ki, ibtidai istintaqın aparıldığı müddət ərzində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunmuş, hətta ibtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilmiş, zərərçəkmiş şəxs bu müddət ərzində bir dəfə də olsun yazılı və şifahi formada qardaşına evinə daxil olmasına orada olan əşyaları satmasına icazə verdiyini, onun günahının olmaması ilə bağlı Polis şöbəsinə və digər dövlət orqanlarına şikayət etməmişdir. Əksinə polis şöbəsinə ərizə təqdim edərək qardaşının ona vurulmuş ziyanı ödədəyini, onunla barışdığını bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin atası Şahid1 da ibtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq ziddiyyətli ifadə verərək oğlunun dəmir qapıları hasarın çöl tərəfindən, yəni həyətin daxilindən deyil, çölündən oğurladığını bildirmiş, ifadəsi alınarkən təqsirləndirilən şəxsin özü müdaxilə edərək həmin qapıların əvvəlcədən həyətin içərisinə daşındığını, həmin qapıları həyətdən götürdüyünü bildirdikdən sonra Şahid1 bundan sonra qapının həyətin çölündən həyətin daxilinə keçirilməsindən xəbərinin olmadığını bildirməklə özünə haqq qazandırmağa çalışmışdır. Halbuki Şahid1 ifadəsində həmin evə tez-tez nəzarət etdiyini bildirmişdir. Həmin evə nəzarət edən bir şəxs kimi Şahid1 qapının həyətin daxilində olmasını bilməsi inandırıcıdır, nəinki bilməməsi. Məhkəmə Zərərçəkmiş şəxs və Şahid1 məhkəmə iclasında verdiyi ifadələrə münasibətdə qeyd edir ki, həmin şəxslər təqsirləndirilən şəxsin yaxın qohumlarıdır və verdikləri ifadələri ilə təqsirləndirilən şəxsi məsuliyyətdən azad olunmasına çalışmışdılar. Qeyd edilən səbəblərdən məhkəmə onların məhkəmə istintaqı zamanı verdikləri ifadələrini inandırcı hesab etmir, həmin ifadələr şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə tam təkzib olunur. Odur ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin məhkəmə istintaqı zamanı verdikləri ifadələri sübut kimi qiymətləndirilməməli, onların ibtidai istintaq zamanı verdikləri ifadələri mötəbər sübutlar kimi qəbul edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs özgə əmlakını tamah niyyətilə gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qardaşı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Yeddioymaq kəndində yerləşən yaşayış olmayan evin həyətinə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 300 manat təşkil edən hündürlüyü 1,90 metr və eni 90 sm olan dəmir qapını, bir ədəd qiyməti 500 manat təşkil edən hündürlüyü 2,80 metr və eni 2 metr olan dəmir qapını gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 800 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qardaşı Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Yeddioymaq kəndində yerləşən yaşayış olmayan evin həyətinə qanunsuz daxil olaraq oradan bir metrinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 270 manat təşkil edən bir ədədinin uzunluğu 3 metr və diametri 40 mm olan ümumilikdə 18 ədəd dəmir boruları, ümumi dəyəri 300 manat təşkil edən bir ədədinin uzunluğu 80 sm olan ümumilikdə 60 ədəd polad armaturları gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxs Qurbaxan Zeynalova ümumilikdə 570 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahid ifadəsi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillər, ifadənin yerində yoxlanılmasına dair protokol və ona əlavə edilmiş fotoşəkillər, üzləşdirmədə dindirmə protokolu, əşyaların qiymətləndirməsi barədə "xxxx" MMC-nin rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi- oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamağa (CM-nin 177.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə; CM-nin 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 3 mart 2005-ci il qərarının aşağıdakı bəndlərində göstərilir ki:
18. şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.
19. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir.
20. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi yaranmışdır. Onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Göstərilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-cü maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs təqsirli bildindiyi Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə münasibətdə ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən az ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini), o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-75/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 avqust 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni 15 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qiymətləndirmə xərclərinə dair 25 (iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. İş üzrə 1370 (bir min üç yüz yetmiş) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 15 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə müəyyən edilmiş 1370 (bir min üç yüz yetmiş) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs qiymətləndirmə xərclərinə dair 25 (iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES0038039 **********701) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Coşqun Abdullayev