Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-216/2024 18.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cu ildə Masallı rayonu, Xıl kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, 4 azyaşlı uşağı olan, orta təhsilli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 08 radələrində Masallı rayonu, Xıl kəndi ərazsində yerləşən Şahid1 məxsus paybəlli torpaq sahəsində qohumu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində həmin kənd ərazisində yerləşən pay bəlli torpaq sahəsindən istifadə etməyə görə aralarında baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs hər iki said nahiyəsinə istintaqa məlum olmayan yaba (şana) ilə qəsdən bir dəfə vurmaqla sonuncuya sağ said nahiyyəsinin əzilmiş yaraları, geniş qançırı və sol said nahiyyəsinin qançırları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. X1 məxsus olan icarə ilə qardaşı Şahid4 istifadə etdiyi Masallı rayonu Xıl kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmkəndlisi Şahid2 və Şahid1 mütamadi olaraq həmin torpaq sahəsinin onlara aid olduğunu iddia edərək qardaşı Şahid4la mübahisələr etmişlər. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Masallı rayonu, Xıl kəndində yerləşən özünə məxsus olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində təsərrüfatında olan xırdabuynuzlu heyvanlarını otaran zaman qışqırıq səsi eşitmiş, bu zaman o, səs gələn istiqamətə baxmış, 3 nəfər şəxsin ondan təxminən 300-350 metr uzaqlıqda mübahisə etdiyini görüb həmin istiqamətə hərəkət etməyə başlamışdır. Təxminən mübahisə yerinə 100 metr qalmış, qardaşı arvadı Şahid5 qışqıraraq “öldü-öldü” dediyini eşitmiş və həmin istiqamətə iti addımlarla qaçmağa başlamışdır. Hadisə yerinə çatdıqda Şahid1 onun qardaşı Şahid4 iki əli ilə boğaz nahiyyəsindən tututaraq yerə yıxıb boğduğunu, Şahid2 isə əlində olan ağacla vurduğunu görüb cəld onları ayırmağa başlamış, onlara “ayıbdı biz qohumuq camaatı özümüzə güldürməyək deyərək” onlara öz iradını bildirmişdir. Həmin vaxt onlar onu eşitmişlər və ayrılaraq öz evləri istiqamətinə getmiş sonra o, qardaşı Şahid4 səhətinin pisləşdiyini görüb oğlu Elxana təcili yardıma və polisə məlumat verməsini bildirmişdir. Polis əməkdaşları və təcili yardım hadisə yerinə gəldikdən sonra o, kənddə olan yas məclisinə getmişdir. Sonradan keçirilmiş növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında fərdi yaşayış evinin pilləkənlərində oturub çay içirmiş. Bu zaman evinin qarşısında olan torpaq sahəsindən səs-küy gəldiyini eşitmişdir. Bəhruz arvadı və oğlu əllərində paya və yaba olmuş, özlərinə məxsus heyvanları onun darvazasının qarşısına gətirmişlər. Oğlu Elnur və qohumu Şahid2 Bəhruzdan heyvanları onlara məxsus torpaq sahəsindən çıxarmasını tələb etmişlər. Bu zaman onlar arasında mübahisə baş vermiş, Bəhruz əlindəki olan yaba ilə Şəmsdəddini vurmuş, daha sonra isə oğlu Elnuruda vurmuşdur. Daha sonra mübahisə gedən yerə Təqsirləndirilən şəxs gəlmiş və əlində olan yaba ilə onun sol və sağ qoluna vurmaqla xəsarət yetirmişdir. O, şəkər xəstəsi olduğu üçün təcili tibbi yardıma zəng etmiş və çox keçmədən təcili yardım işçiləri hadisə yerinə gələrək ona ilkin tibbi yardım etmişdir. Sonradan keçirilmiş növbəti məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona dəymiş maddi ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, dayısı oğlu X2 məxsus olan Masallı rayonu, Xıl kəndində yerləşən ümumi sahəsi 1.32 ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi etibarnamə ilə bir il müddətinə onun istifadəsinə verilmişdir. Həmkəndliləri Şahid2 və Şahid1 mütamadi olaraq həmin torpaq sahəsinin onlara aid olduğunu idda edərək onunla mübahisə etmişlər. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində təsərrüfatında olan iribuynuzlu heyvanlarını otarmaq üçün Şahid1 yaşadığı evin qarşısından keçən küçədən istifadə edərək istifadəsində olan torpaq sahəsinə gətirmişdir. Həmin vaxt onun əlində yaba olmuşdur. Təxminən 15-20 dəqiqədən sonra arvadı Şahid5 və oğlu Şahid6 onun arxasınca evində qalan heyvanları da gətirmişlər. Bu zaman Şahid1 və Şahid2 ona yaxınlaşaraq bildirmişdirlər ki, heyvanlarını burdan çıxar və onlar əllərində olan ağac parçası ilə heyvanları torpaq sahəsindən çıxardaraq sürməyə başlamışlar. O, Şahid1 heyvanlarını torpaq sahəsindən çıxarmamasını bildirmişdir. Şahid1 onunla sözlə mübahisə edən zaman Şahid2 əlində olan ağac parçası ilə arxadan onun sol diz nahiyyəsinə bir zərbə vurmuş, arxaya dönən zaman Şahid1 arxadan onu tutaraq yerə yıxmış və əli ilə boğmağa başlamışdır. Bu zaman arvadı Şahid5 və oğlu Elxan Şahazov onu Şahid1 ayırmışlar. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs onun yanına gəlmiş və onlara öz iradını bildirmişdir. Əlavə olaraq onu bildirir ki, qardaşı Şahbaz Solmaza heç bir xəsarət yetirməmiş, Şolmaz özü-özünə xəsarət yetirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 qızı əri Şahid4 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 atası Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 həmkəndlisi Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qohumu Şahid1 evinə süd gətirmiş, Elnurun həyətinin qarşısında olan zaman onun evinin qarşısında olan torpaq sahəsinə doğru getdiyini görmüş, bundan sonra o da Elnurun arxasınca sahəyə getmişdir. Həmin vaxt Elnur Şahid4 məxsus olan heyvanları sahədən çıxarmaq istəyən zaman o hadisə yerinə çatmış və Şahid4 uca səslə "sən nə hayasız adamsan, sənə tapşırılıb ki, bu torpaq sahəsinə heyvanlarını salma” demişdir. Bu zaman Şahid4 onun üzərinə əlində olan dəmir boru ilə hücum etmiş və onun baş nahiyəsinin sağ tərəfinə dəmir boru ilə bir zərbə vurmuşdur. Orada olan Şahid4 arvadı Şahid5 Bəhruzu ondan ayırmışdır. Daha sonra hadisə yerinə Şahbaz gəlmiş və yaba ilə Solmazı vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1997-ci il tarixdə Masallı rayonu Aqrar İslahat Komissiyası tərəfindən ona verilmiş, olan Masallı rayonu Xıl kəndində yerləşən ümumi sahəsi 1.10 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini əkib-becərməklə ailəsini dolandırır. Həmkəndlisi Şahid4 mütamadi olaraq həmin torpaq sahəsininin ona aid olduğunu iddia edərək onunla mübahisələr etmiş, buna görə o, Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə sonuncu məhkəmə iclası təyin olunmuş və Şahid4 həmin torpaq sahəsindən istifadəsi qadağan edilmişdır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində qohumu Şahid2 zəng edərək ondan süd istəmişdir. Sonra o, öz yaşadığı evin həyətindən küçəyə çıxmış, bu zaman Şahid4 ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iribuynuzlu heyvanlarını otardığını görmüşdür. O, Şahid4 məxsus heyvanları sahədən çıxartmaq üçün getmişdir. O, heyvanları sahədən çıxaran zaman Şahid4 Şahid2la mübahisə etdiyini görmuş, onlara yaxınlaşmış, bu zaman Bəhruz əlində olan dəmir boru ilə Şahid2 baş nahiyyəsinə bir zərbə vurmuş, həmin vaxt onları ayırmaq üçün aralarına girmişdir. Şahid4 əlində olan dəmir boru ilə onun sol əlinə və bədəninin müxtəlif nahiyyələrinə zərbə vuraraq xəsarətlər yetirmişdir. Bu zaman anası Zərərçəkmiş şəxs qışqırıq səsini eşitmiş, anası Zərərçəkmiş şəxs ona və Şahid4 iradını bildirərək ayıran zaman Təqsirləndirilən şəxs əlində olan taxta yabanın dəmir tiyəsi ilə Zərərçəkmiş şəxs hər iki qoluna xəsarət yetirdiyini görmüş, Şahbaz ikinci dəfə yabanı havaya qaldırıb Solmazı vuran zaman o, əli ilə yabanı taxta hissəsindən tutmuş və kənara tullamışdır. Bu zaman başının arxa nahiyyəsinə nə isə dəydiyini hiss etmiş, arxaya dönüb baxdıqda Şahid6 əlində olan ağac parcası ilə onu vurduğunu görmüşdür. O, hirslənib qışqıraraq polisə şikayət edəcəyəm demiş, ondan sonra Təqsirləndirilən şəxs, Şahid4, Şahid6 və Fazilə Şahbazova onlardan uzaqlaşmışlar və onlar öz yaşadığı evə qayıdıb DİN-nin 102 xidməti zəng mərkəzinə hadisə barədə Şəmsəddinlə birlikdə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 556 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ said nahiyyəsinin əzilmiş yaraları və geniş qancırları və sol said nahiyyəsinin qancırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yaba (şana) ilə vurulma nəticəsində əmələ gələ bilərdi törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağ said nahiyyəsinin əzilmiş yaraları və geniş qancırı dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sol said nahiyəsinin qançırıları sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan 03 oktyabr 2024-cü il tarixli üzləşdirmədə-dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə xx.xx.2024-cü il tarixdə baş vermiş mübahisə zamanı əlində olan taxta yabanın dəmir tiyəsi ilə onun hər iki qol nahiyəsinə vuraraq xəsarət yetirdiyini demişdir. Cinayət işinin materiallarında olan 03 oktyabr 2024-cü il tarixli üzləşdirmədə-dindirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs üzünə xx.xx.2024-cü il tarixdə baş vermiş mübahisə zamanı əlində olan taxta yabanın dəmir tiyəsi ilə anası Zərərçəkmiş şəxs hər iki qol nahiyəsinə vuraraq xəsarət yetirdiyini demişdir. Cinayət işinin materiallarında olan 03 oktyabr 2024-cü il tarixli üzləşdirmədə-dindirmə protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs üzünə xx.xx.2024-cü il tarixdə baş vermiş mübahisə zamanı əlində olan taxta yabanın dəmir tiyəsi ilə Zərərçəkmiş şəxs hər iki qol nahiyəsinə vuraraq xəsarət yetirdiyini demişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Cinayət işinin materiallarında olan sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Şahid4 Əlheydər oğlunun xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Masallı rayonu Xıl kəndi ərazisində yerləşən Şahid1 məxsus 1.10 ha ümumi sahəsi olan torpaq sahəsində təsərüfatında olan heyvanları otaran zaman həmkəndlisi Şahid1 və qohumu Şahid2la birlikdə özünə məxsus payıbəlli torpaq sahəsinə getmiş, orada Şahid4la münaqişə edərək dava-dalaş etmişlər. Təqsirləndirilən şəxs onları ayırmaq üçün münaqişə yerinə gəlmiş, münaqişəni sakitləşdirmək üçün səs-küyü eşidən Zərərçəkmiş şəxs hadisə yerinə gəlmiş Şahid1 Şahid4 ayıran zamanı Təqsirləndirilən şəxs əlində olan yaba ilə Zərərçəkmiş şəxs bir zərbə vuraraq xəsarət yetirmişdir. Dava-dalaş zamanı orada Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid6, Şahid5, Şahid1, Şahid2, Şahid3 və Şahid4 olmuşdur. Dava-dalaş qısa müddətdə davam etdiyi üçün həmin vaxt oraya başqa şəxslər gəlməmiş, ictimai qayda pozulmamış və kənar şəxslərin narahatlığına səbəb olmamış, hadisə zamanı istifadə olunan yabanın yeri müəyyən olunmamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə Masallı rayonu Xıl kəndi ərazisində yerləşən Masallı Rayon Aqrar İslahat komissiyası tərəfindən 1997-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsinə verilmiş 1,10 ha torpaq sahəsidir. Masallı RİHB-nın Xıl kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla yaşayır. Yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı uşaqları vardır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, CMin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və bunları nəzərə alıb Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və tərəflərin cinayət işi üzrə icraata xitam verilməsi barədə müraciətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və о, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-216/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-216/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver