Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-217/2024 10.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan, Masallı Rayon Məhkəməsinin 4(050)- 88/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 2 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Umud” adlı restoranda spirtli içki olan pivə sifariş edib içdikdən sonra sonuncunun ona acıqlı baxaraq restoranın sanitar qovşağına tərəf getməsini özünə qarşı qərəzli münasibət hesab edərək alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs arxasınca gedib orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ucadan nəlayiq ifadələr işlədərək üzərinə hücum edib özü ilə gətirdiyi istintaqa məlum olmayan kəsici alətdən silah qismində istifadə edərək zor tətbiq etməklə sonuncunun sifət və boyun nahiyəsinə qəsdən bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs sol yanaq, sol çənəaltı və sol qulaq seyvanında kəsilmiş yara, sol yanaq nahiyəsində və boyunun sol yan səthində kəsilmiş səthi yara ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, Talehə həmişə hörmət etmişdir. Bir ildir ki, Talehə əgər pis vərdişlərlə məşğul deyilsə arada gələ biləcəyini demişdir. Bir aydı gəlib-gedir deyir ki, “mən buyam, gəlməliyəm, yeyib-içməliyəm”. Lakin artıq Talehin çox narahatlıq yaratdığını görmüşdür. Bu səbəbdən Talehlə arasında mübahisələri olmuş, bir-birilərini itələmişlər, ayrılmışlar. Bununla bağlı o, hətta Talehin qardaşlarını və oğlanlarınıda çağırmışdır. Taleh bildirir ki, restorana qadın gəlir. Ora restorandır, yol kənarında yerləşir, hər kəs gəlib orada yemək yeyə bilər. Onun həmin obyektdə yataqxanası yoxdur, heç qadınlar üçün nəzərdə tutulmuş sanitar qovşağı belə yoxdur. Restorana ailəli gələn olur, uşağı ilə gələn olur, o, restorana gələn qadınlardan əxlaqını soruşmalıdırmı.? xx.xx.2024-cü il tarixdə kafeyə gəldiyi zaman Talehin pivə içdiyini görməmişdir. Sanitar qovşağına əl üzünü yumaq üçün getmişdir. Sanitar qovşağında başını bir qədər aşağı əyib su ilə yumaq istəyərkən bu zaman arxadan kiminsə onu qucaqladığını görmüşdür. Zənn etmişdir ki, uzun müddət görmədiyi bir dostudur. Lakin ondan ayrıldığı zaman həmin şəxsin Taleh olduğunu görmüşdür. Taleh heç bir səbəb olmadan qəflətən onun quaq, üz və boğaz nahiyəsindən bıçaqla vurmuşdur. Həmin vaxt Talehin əlində dəstəyi taxtadan və qırmızı rəngli olmuş, köhnə-qədimi bıçaq olmuşdur. O, Talehi özündən geriyə itələmiş, həmin vaxt ora işçiləri gəlmiş Talehdə qaçıb gedərək kafedən uzaqlaşmış və bıçağıda özü ilə aparmışdır. Sonra onu Masallı rayon mərkəzi xəstəxanasına aparmışlar. Talehlə münasibətləri normal olmuş, Talehlə eyni məhəllədəndirlər. Əvvəllərdə aralarında narazılıqlar olmuşdur. Amma ciddi bir problemləri olmamışdır. Taleh həmişə gəlib restoranda narahatçılıq yaratmışdır. O, bunun səbəbini bilmir. Lotu kimi özünü aparmışdır. Restorana gəlib yeyib-içib pulunu verməmişdir. Restorana gəlib spirtli içki qəbul edib, səs-küy salaraq özünü apara bilmir, bundanda müştərilər narazılıq edir. Təqsirləndirilən şəxsla barışmamışdır. Şikayətçidir. Təqsirləndirilən şəxs cəza çəkməsini istəyir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndlisidir və aralarında əvvəllər heç bir ədavət və düşmənçilik münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində o, Zərərçəkmiş şəxs, Şahid5 və Kamal müəllim Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən, Familin işlətdiyi “Umud” adlı restoranın ikinci mərtəbəsində oturub yemək yemişlər. O, restorana daxil olduğu zaman isə Təqsirləndirilən şəxs restoranın həyətində oturduğunu görmüş, salamlaşmış və yuxarı qalxmışdır. Yemək yedikdən sonra Şahid5 aşağı düşmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt yuxarı çıxmışdır, onlar salamlaşmışlar və Talehə yemək yeməyi təklif etmişlər, Taleh yemədiyini demişdir. Daha sonra o, Famillə birlikdə aşağıya düşmüşlər və foedə Famillə ayrılmışlar, həmin vaxt Famil ayaqyoluna tərəf getmiş, o, isə siqaret çəkmək üçün restoranın həyətini tərk edib küçəyə çıxmışdır və restoranın qarşısında dayanmışdır. Taleh isə də yuxarıda qalmışdır. O, çöldə dayandığı zaman Taleh qapını açaraq çölə çıxaraq onun yanından keçib getmişdir. O, həmin vaxt nə baş verdiyini başa düşməmişdir. Çölə çıxdıqdan təxminən 15 dəqiqə sonra içəridə hay-küy düşmüş, səs gəlmişdir. O, da içəri girmişdir ki, nə olduğunu öyrənsin və içəri girdiyi zaman Zərərçəkmiş şəxs sifət və boyun nahiyəsindən qan axdığını görmüşdür. O, əvvəlcə nə baş verdiyini anlamasa da, sonradan bilmişdir ki, o, restoranın həyətindən küçəyə çıxdıqdan sonra Təqsirləndirilən şəxs bıçaqla Familin sifət və boyun nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Restoranda olan şəxslər Familə ilkin-tibbi yardım göstərmiş olsalar da, lakin Familin sifət nahiyəsindən axan qanın dayanmadığını görüb o, öz maşını ilə Famili xəstəxanaya aparmışdır. Orada həkimlər Familə ilkin-tibbi yardım göstərmişlər. O, Təqsirləndirilən şəxs restorandan çıxıb getdiyini görsə də, lakin həmin vaxt Talehin əlində bıçaq və ya hər hansı kəsici alətin olub-olmadığını görə bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs işçisidir, Təqsirləndirilən şəxs isə qonşusudur. Onlarla arasında əvvəllər heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. O, Zərərçəkmiş şəxs işlətdiyi “Umud” adlı restoranda salat hazırlayan işlədiyi üçün mətbəxdə olur. xx.xx.2024-cü il tarixdə o, restoranın mətbəxdə işlədiyi zaman çöldən səs-küy gəldiyini eşitmişdir. O, mətbəxdən çıxaraq dava-dalaş olan yerə getmişdir. Ora çox sayda adam yığışmışdır. O, çölə çıxdığı zaman Təqsirləndirilən şəxs qaçdığını görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs görmüş həmin vaxt Familin sifət və boyun nahiyəsindən qan axmasını və köynəyinin qanlı olduğunu görmüşdür. Daha sonra Famil xəstəxanaya getmişdir. Familin üzünü kimin kəsdiyini görməmişdir. Talehlə Famil arasında baş vermiş davanın şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Hər iki şəxslə arasında heç bir ədavət və düşmənçiliyi yoxdur. O, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi “Umud” adlı restoranda işləyir. xx.xx.2024-cü il tarixdə o, və iş yoldaşı Şahid1 restoranın həyətində söhbət edən zaman restoranın sanitar qovşağından səs-küy gəldiyini eşitmiş cəld sanitar qovşağına tərəf qaçmışdır. İlk olaraq hadisə yerinə o, çatmışdır və bu müşayət kameralarındanda görünür. Ora çatdığı zaman Talehin Familə xəsarət yetirdiyini və Familin sifət və boyun nahiyəsindən qan axdığını görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb getmişdir. Həmin vaxt Talehin əlində ağı göy qırmızı dəstəkli bıçaq olduğunu görmüş və Taleh qaçıb getdiyi zaman həmin bıçağı özü ilə aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Təqsirləndirilən şəxs isə tanımamış və aralarında əvvəllər heç bir ədavət və düşmənçilik münasibəti olmamışdır. Zərərçəkmiş şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Umud” adlı restoranı işlədir. O, arabir həmin restorana gedib orada yemək yemişdir. xx.xx.2024-cü il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yerləşən “Umud” adlı restoranda yemək yemək qərarına gəlmiş və restorana daxil olmudur. Restoranda özü üçün yemək sifariş vermişdir. Daha sonra tanışı Şahid6 da restorana gəlmiş və onun yanında əyləşmişdir. Rafiq də özü üçün yemək sifariş etmiş, az sonra Rafiqin sifarişi gəlmiş və onlar birlikdə yemək yemişlər. Şahid6la restoranda yemək yedikləri təxminən 30-40 dəqiqə olmuşdur ki, həmin vaxt restoranın sanitar qovşağı tərəfdə səs-küy olduğunu görmüşdür. Bu zaman o və Rafiq də oraya yaxınlaşmışlar. Onlar oraya yaxınlaşdıqda Zərərçəkmiş şəxs özünü müdafiə etdiyini görmüş və əvvəllər tanımadığı, adını sonradan bildiyi Taleh adlı şəxs isə əlində bıçaq qaçıb getmişdir. Onlar nə baş verdiyini soruşduqları zaman məlum olmuşdur ki, həmin Taleh adlı şəxs Familin sifət və boyun nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 Baladadaş oğlu ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onlarla arasında əvvəllər heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə tanışı Əlizaminlə birlikdə Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yerləşən “Umud" adlı restoranda yeməyə getmişlər. Həmin vaxt restoranın sanitar qovşağı tərəfdə səs-küy olduğunu görmüşlər. Bu zaman o, və Əlizamin stoldan qalxıb səs-küy baş verdiyi tərəfə getmişlər. Onlar oraya yaxınlaşdıqda əvvəllər tanımadığı, adını sonradan bildiyi Taleh adlı şəxsin əlində bıçaq qaçaraq getdiyini görmüşdür. Lakin onun niyə qaçdığını bilməmişdir. Sonradan Əlizamin restoranın sahibinin bıçaqlandığını ona demişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, həmin şəxslər onun həmkəndlisidir. Aralarında əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, uzun müddətdir ki, Zərərçəkmiş şəxs işlətdiyi “Umud” adlı restoranda aşbaz olaraq işləyir. Təqsirləndirilən şəxs əvvəllər cinayət əməlləri törətmiş və buna görə də cəzaçəkmə müəssisəsində cəzasını çəkmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə onun işlədiyi restorana gələrək orada yemək yemiş və spirtli içki içmiş, lakin hesabı ödəmədən getmişdir. Bu hal artıq Talehdə vərdiş halını aldığından restoranın sahibi Zərərçəkmiş şəxs Talehə restorana gəlməyi qadağan etmiş və işçilərə də tapşırmışdır ki, Təqsirləndirilən şəxs restorana gələrkən Talehi restoranın həyətinə buraxmasınlar. Taleh isə bir neçə dəfə restorana gəlib mübahisə yaratmış və sonra isə çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində o, və iş yoldaşı Şahid4 restoranın həyətində söhbət etmiş və həmin vaxt restoranın həyətində bir neçə nəfər tanımadığı müştərilər də olmuşdur. Bu vaxt restoranın sanitar qovşağından Familin və Talehin bir-biriləri ilə mübahisə etməsini, Talehin Familin üzərinə gəlməsini və Familin sifət və boyun nahiyəsindən qan axmasını görmüşlər. O, Raul və orada olan digər müştərilər cəld onlara yaxınlaşmış və bu zaman Təqsirləndirilən şəxs qaçıb getmişdir. Onlar əvvəlcə nə baş verdiyini anlamamış və bu barədə Famildən soruşmuşdur. Famil onlara demişdir ki, restoranın sanitar qovşağında əl-üzünü yuyarkən Təqsirləndirilən şəxs qəflətən əlində bıçaqla Familin sifət və boğaz nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Familin boyun nahiyəsindən qan axmış, onlar Familin boyun nahiyəsindən axan qanı dayandırmaq üçün Familə yardım etsələr də, lakin axan qanın dayanmadığını görüb Famili Masallı rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada həkimlər Zərərçəkmiş şəxs ilkin-tibbi yardım göstərmiş və sonra isə evə buraxmışlar. O, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs boyun və sifət nahiyəsindən vuraraq xəsarət yetirməsinin birbaşa şahidi olmamışdır. O, Famili və Talehi gördükdə Zərərçəkmiş şəxs sanitar qovşağından çıxmış və Təqsirləndirilən şəxs da Familin üzərinə gəlmişdir. Famil isə Talehi özündən kənarlaşdırmaq istəyirmiş. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarəti sanitar qovşağının daxilində yetirmişdir. Təqsirləndirilən şəxs hadisə yerindən qaçarkən əlində bıçaq da olmuşdur. Hadisə baş verən zaman onlar hadisəni görən kimi oraya həmçinin restoranın həyətində oturub yemək yeyən tanımadığı bir neçə nəfər müştərilər də toplaşmış və baş vermiş mübahisəyə görə onlara iradlarını bildirmişlər. O, uzun müddətdir ki, “Umud” adlı restoranda aşbaz olaraq işləyir. Lakin bu günədək oraya yüngül həyat tərzi keçirən qadınların gətirilməsinin və orada əxlaqsız yuva təşkil olunmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində bununla bağlı göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir. Hadisənin qaynaqlanma nöqtəsi orada yüngül həyat tərzi keçirən qadınların üstündə olmuşdur. Qonşularda bunlara şahiddirlər. Bir neçə qadın həmin restoranın ikinci mərtəbəsində hay-küy etmişdir. Səs onu özündən çıxarmış və o, onlara bir neçə dəfə xəbər göndərmişdir. Lakin mümkün olmamışdır. Hətta oraya polis əməkdaşları gəlmişlər. Sonra evə qayıtmışdır. Yenidən birdə səs-küyə qayıtmışdır ki, “bəs nə oldu dediz onlara demişik, restoranın sahibi hanı, bilmirki belə hallar olmaz” demişdir. Həmin günün sənəri Famili gətirib tapşırıq vermişlər ki, belə bir şeylər olmasın. Lakin 4-5 gün keçmiş gəlib restorana girdiyi zaman yenədə görmüşdür ki, iki nəfər başqa qadınlar səs-küy salırlar. Onun Famillə bir ədavəti yoxdur. Gəlmişdir ki, iradını bildirsin ki, “etmə-eləmə, axı bizim söz-söhbətimiz oldu tapşırdılar etməsin”. Birdə görmüşdür ki, o, yerdədir. Kameranın qarşısında kafenin çölündə. Yerdən qalxdığı zaman ona məlum olmuşdur ki, Famil arxadan gəlib onu vurmuşdur. Qan içində polislər onu xəstəxanaya gətirmişlər. Ona demişlər ki, o, Famildən şikayətçi olsun, lakin o, yox demişdir, çörəyinə bais olmaq istəməmiş, evə qayıtmaq istədiyini bildirmişdir və onu evə qaytarmışlar ki, şikayətçi olmasın. Bir müddət keçmiş yenədə eşitmişdir ki, oraya dilənçilər gəlir, Familin ən yaxın adamı dilənçi ilə əxlaqsızlıq edir. Həmin gecə restorana gəlmışdir ki, Familə iradını bildirsin, buna görə ikinci mərtəbəyə qalxmışdır. Orada Kamal müəllim, Rəşad olmuşdur. O, stol arxasında əyləşdiyi zaman Famil qalxmışdır. Çünki onu vurandan sonra Famil gəlib ondan üzr istəmişdir. Famili səsləmiş, lakin o, getmişdir. Oturub düşünmüşdür ki, içkili ola bilər qalsın sabaha. Sanitar qovşağa getmişdir ki, təbii ehtiyaclarını ödəyib evinə getsin. Həmin günü iki dənə pivə içmişdir. Sanitar qovşağına girdiyi zaman Famili əl-üz yuyanın yanında görmüş, bu zaman Famil əli sulu-sulu ona tərəf dönüb nalayiq ifadələrlə üzərinə gəlmiş və əl-qol atmışdır. Həmin vaxt üzərində nə kəsici alət, nə bıçaq olmamışdır. Qolu orada kəsilmişdir. O, sadəcə özünü müdafiə etmişdir. Görmüşdür ki, Famil onu vurur, vurulandan sonra müqavimət göstərmişdir. O, özü qaydasız döyüşçüdür, o, niyə bıçaq götürsün. Qolunun kəsildiyini görmüş və qolu kəsildikdən sonra yerə dəymişdir. Lakin qoluna nətəhər xəsarət dəyib, necə xəsarət alıb bilmir. Orada görüntülər həmin görüntülərin çıxarılmasını istəyir. O, həmin restorana uzun müddətdir ki, gedir orada əlavə görüntülər vardır. Evində namazqılan olduğu üçün evdə spirtli içki içmir. Həmdə 4 ildir ki, psixi dərmanlar qəbul etmir, çünki həmin dərmanları qəbul etdiyi zaman halı pis olduğundan qəbul etmir, əvəzində spirtli içki qəbul edir. Onun qolundan güclü qan axması onun qaçmasına səbəb olmuşdur. Müstəntiq onun vermiş olduğu ifadəsini düzgün qiymətləndirməmişdir. Odur ki, işin ibtidai istintaqa qaytarılmasını istəyir, işə güzgün baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş və o, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir və əvvəllər aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. O, əvvəllər törətdiyi cinayət əməlləriə görə tutulmuş və 2022-ci ilin may ayında azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra rəsmi olaraq heç bir yerdə işləməmişdir. Zərərçəkmiş şəxslə arabir aralarında sözlə mübahisəsi olmuş və sonra barışmışlar. Zərərçəkmiş şəxs onun yaşadığı evin yaxınlığında “Umud” adlı restoran işlədir. Həmin restorana müxtəlif yerlərdən insanlar gəlir və orada yemək yeyib gedirlər. Famil işlətdiyi restorana bir neçə tanımadığı qadınlar gətirmiş və həmin qadınlar orada musiqi ilə əylənib səs-küy edirmişlər. Bu da qonşuluqda yaşayan sakinləri və onu narahat etmişdir. O, son 1 ay ərzində bir neçə dəfə restorana gedib Familə və işçilərinə irad bildirmişdir. Lakin Zərərçəkmiş şəxs onun iradlarından nəticə çıxarmamış və həmin qadınları yenə də restorana gətirmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, “Umud” adlı restorana getmişdir. Bu zaman Famil də orada olmuş və o, Zərərçəkmiş şəxs iradını bildirmişdir. Famil isə onu döymək istəmiş və onu restorandan qovmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində o, yenidən həmin restorana getmiş və restoranın həyətində oturmuşdur. Özü üçün pivə sifariş vermiş və 10 dəqiqə sonra xidmətçi onun pivəsini gətirmişdir. O, pivədən bir qədər içdikdən sonra Zərərçəkmiş şəxs onun yanından keçərək ona acıqlı baxmış və restoranın sanitar qovşağına getmişdir. O, da sərxoş vəziyyətdə olduğundan Familin ona baxışları onu qıcıqlandırmışdır. Buna görə də o, ayağa qalxıb Familin dalınca sanitar qovşağına getmişdir. Gedərkən pəncərənin kənarında 1 ədəd mətbəx bıçağının olduğunu görüb bıçağı özü ilə götürmüşdür. O, sanitar qovşağına daxil olduqda görmüşdür ki, Famil əl-üzünü yuyur. O, Familin əl-üzünü yumasını görüb bıçaqla 2-3 dəfə Familin sifət nahiyəsinə vurmuş və nəticədə Familin sifət və boyun nahiyəsindən qan axmağa başlamışdır. Sonra Famil başını qaldırıb onun üzərinə gəlmiş və onlar bir birini itələyərək sanitar qovşağından restoranın həyətinə düşmüşlər. Bu zaman restoranın həyətində olan işçilər və oraya gələn tanımadığı bir neçə nəfər müştəri oraya toplaşaraq onları ayırmışlar. O, isə törətdiyi əməldən qorxduğu üçün hadisə yerindən qaçıb getmiş və əsəbləşdiyi üçün sakitləşmək məqsədilə sol qol nahiyyəsinə xəsarət yetirmişdir. Oradan qaçıb evinin həyətinə daxil olmuş və görmüşdür ki, sol qol nahiyəsindən qan axır. Əynindəki köynəyi çıxarıb qoluna sarımışdır. Az sonra polis əməkdaşları onların evinin həyətinə gələrək onu Masallı RPŞ-nə dəvət etmişlər. Orada həkimlər gələrək ona ilkin-tibbi yardım göstərmiş və sonra isə o, evə buraxılmışdır. O, həmkəndlisi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən “Umud” adlı restoranının həyətində əlindəki bıçaqla bir neçə dəfə sifət və boyun nahiyəsinə vuraraq xəsarət yetirmişdir, Famili vurmasına səbəb Familin onu restorandan qovması və ona acıqlı baxaraq getməsi olmuşdur, hadisə zamanı restoranın həyətində olan təxminən 10 nəfər müştəri və restoranın işçiləri oraya toplaşmış və dava-dalaş həmin şəxslərin narahatçılığına səbəb olmuşdur. Dava-dalaş təxminən 10- 15 dəqiqə müddətdə davam etmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində yerləşən “Umud” adlı kafenin həyətindəki sanitar qovşağında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs dalaşır və Təqsirləndirilən şəxs qaçaraq kafenin həyətindən uzaqlaşır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2” X3 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 764 saylı ekspert rəyində qeyd edilmişdir ki, vət. Zərərçəkmiş şəxs sol yanaq, sol çənəaltı və sol qulaq seyvanında kəsilmiş yara, sol yanaq nahiyəsində və boyunun sol yan səthində kəsilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olum sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 1(050)-186/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-153/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il, 1 (bir) ay, 13 (on üç) gün hissəsinin hər iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il, 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası hesablanmış və Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Masallı Rayon Məhkəməsinin 1(050)-153/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş hissəsi olan 1 (bir) il, 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməsi və onun üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 21 may 2020-ci il tarixdən 23 may 2020-ci il tarixədək olan 3 (üç) gün müddət ona hazırkı hökm ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-822/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 06 (altı) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2-2347/24-62-16 saylı məktubdan görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-822/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 06 (altı) ay 16 (on altı) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəza müddəti bitdiyi üçün xx.xx.2022-ci il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin icraatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əzizov X1 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1974-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs bir neçə dəfə həbsdə olmuşdur. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1974-cü il tarixdə Masallı rayonu Ərkivan kəndində doğulmuş, Masallı rayonu Ərkivan qəsəbəsində pasport qeydiyyatındadır və hal-hazırda həbsdədir. Təqsirləndirilən şəxs barədə hal-hazıra kimi təqsirləndirici material Masallı RİHB-nıın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olmamışdır. İşə əlavə edilmiş 02 sentyabr 2024-cü il tarixli alkotestrın nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur (alkoqolun miqdarı 4,177%). Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, eləcə də, işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulan hədlərdə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi özünü müdafiə kimi qiymətləndirilməli və məhkəmə iclasında vermiş olduğu ifadələri nəzərə alınmamalıdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı madələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cünayət Məcəlləsinin 221.3.-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 346.1.19-cu maddəsinin tələblərinə əsasən 01 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzalarının əvvəli 08 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 08 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-217/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-217/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver