Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-218/2024 18.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi-vəkili Nümayəndə Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1967-ci il tarixdə Masallı rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1 (101)-197/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 07 ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə, saat 21 radələrində Masallı rayonu, Əhmədli kəndi ərazisində yerləşən qardaşı X2 məxsus fərdi yaşayış evinin qarşısında alkoqol sərxoşluğu vəziyyətində olarkən qardaşı oğlu Rusiya Federasiyası vətəndaşı Zərərçəkmiş şəxs ilə həmin evdən kənarlaşdırılmasının səbəbini aydınlaşdırmaq istəyərkən şəxsi münasibətlər zəmnində aralarında baş verən mübahisə zamanı istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq sonuncuya sol əlin ovuc hissəsinin kəsilmiş yarası, sağ əlin İV barmağının, sol budun və sol baldırın kəsilmiş səthi yarası və boynun sağ yarasının ön hissəsinin cızığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, qardaşı X9 Federasiyasında yaşayır və o, cəzasını çəkib cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra qardaşı özünə məxsus Masallı rayonu, Əhmədli kəndində yerləşən fərdi yaşayış evində ona müvəqqəti yaşamağı üçün istifadəsinə vermişdir. 10 iyul 2024-cü il tarixdə günorta saatlarında qardaşının həyat yoldaşı Şahid1 Rusiya Federasiyasından Masallı rayonu, Əhmədli kəndinə bir-neçə günlük qalmaq məqsədilə gəlmiş, həmin vaxt onunla görüşdüyü zaman Şahid1 ona həmin evi bir neçə günlük tərk etməsini və orada özünün yaşayacağını bildirib ona pul da vermişdir. Bundan sonra o, oradan çıxıb axşam saat 21 radələrində həmin evin giriş qapısından çöldə əyləşib spirtli içki qəbul etməyə başlamış, həmin vaxt evin qarşısına avtomobilin yaxınlaşmasını görmüş, piyada hərəkət edib həmin avtomobilə yaxınlaşan zaman sürücü tərəfdən qardaşının qaynı Şahid2, sərnişin tərəfdən isə qardaşı oğlu Zərərçəkmiş şəxs düşdüyünü görmüşdür. Həmin vaxt ağır dərəcəli sərxoş olduğu üçün bundan sonra nə baş verdiyindən xəbəri olmamışdır. Ayıldıqdan sonra bilmişdir ki, Zərərçəkmiş şəxs ondan bıçağı almaq istəyərkən bıçaqla onun bədənin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı və məhkəmə iclası zamanı videokonfrans vasitəsilə vermiş olduğu ifadəsində göstərmişdir ki, Rusiya Federasiyası vətəndaşıdır və orada yaşayır. Onun atasına məxsus Masallı rayonu, Əhmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evi vardır. 10 iyul 2024-cü il tarixdə Bakı şəhərindən dayısı Şahid2 öz avtomobili ilə onu Masallı rayonu, Əhmədli kəndinə atası evinə gətirmiş və həmin gün saat 21 radələrində evinin önündə avtomobildən düşən zaman əmisi Təqsirləndirilən şəxs bıçaqla əvvəlcə dayısının, sonra isə onun üzərinə hücum çəkmiş və onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Həmin vaxt anası X3-küyü eşidib evdən çıxıb Muğdatın üzərinə qışqırmış və Təqsirləndirilən şəxs da onun anasını gördükdən sonra qaçaraq oradan uzaqlaşıb getmişdir. Təqsirləndirilən şəxs onu qəsdən vurmuşdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs bıçaqla onun sol əlinin ovuc hissəsinə, sağ əlinin İV barmağına, sol bud və sağ baldır nahiyələrinə qəsdən vurub ona xəsarət yetirmiş, onun bədəninin müxtəlif nahiyələrindən qan axdığını görən anası Şahid1 polisə zəng edərək məlumat vermişdir. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmiş və o, ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı Şahid1 oğludur. Təqsirləndirilən şəxs isə bacısının qaynıdır. Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirməklə spirtli içki aludəçisidir və əvvəllər dəfələrlə məhkum olunmuşdur. Bacısı Şahid1 və oğlu Zərərçəkmiş şəxs Rusiya Federasiyası vətəndaşı olmaqla orada yaşayırlar. Kürəkəni, yəni X2 məxsus Masallı rayonu, Əhmədli kəndində yerləşən fərdi yaşayış evi vardır. Həmin ev kəndin meşəlik ərazisində inşa edilməklə digər fərdi yaşayış evlərindən kənarda yerləşir. 10 iyul 2024-cü il tarixdə səhər saatlarında bacısı Şahid1 Rusiya Federasiyasından Masallı rayonu, Əhmədli kəndinə gəlmiş və o da həmin gün öz avtomobili ilə Bakı şəhərinə gedib Rusiyadan gələn bacısı oğlu Zərərçəkmiş şəxs qarşılayıb Əhmədli kəndinə gətirmişdir. Şakirin evinin qarşısına çatdıqda avtomobildən yerə düşən zaman Təqsirləndirilən şəxs ağır dərəcəli spirtli içki təsiri altında olduğunu görmüşdür. Muğdat əvvəlcə ona yaxınlaşıb aydın olmayan cümlələr quraraq mübahisə etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs konkret olaraq nə dediyini başa düşməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da avtomobildən yerə düşmüş və Muğdat Ruslanı gördükdə əlində olan meyvə bıçağına bənzər bıçaqla Ruslanın üzərinə hücum çəkmiş və həmin bıçaqla Ruslanın bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. O, Təqsirləndirilən şəxs Ruslandan ayrımağa çalışarkən bacısı Şahid1 evdən çıxıb Muğdatın üzərinə uca səslə qışqırmış və Muğdat da Cəmaləni gördükdən sonra qaçmağa başlamışdır. Daha sonra Şahid1 DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı videokonfrans vasitəsilə vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X7» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin 13 iyul 2024-cü il tarixli, 648 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əlin ovuc hissəsinin kəsilmiş yarası, sağ əlin İV barmağının, sol budun və sol baldırın kəsilmiş səthi yarası və boynun sağ yarısının ön hissəsinin cızığı müəyyən olundu, müəyyən olunan xəsarətlər kəsici əşyanın (əşyaların) ola bilər ki, bıçağın təsirində törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 10 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzə Alvadı kənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1 (101)-197/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 07 ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükəli törətməyən cinayətlər nəzərə alınmır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni əvvəllər qəsdən sağlamlığa ağır bədən xəsarəti yetirdiyinə görə azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən hazırki cinayət əməlini törətməsini və cəzanı yüngülləşdirən halların olmamasını nəzərə alıb, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə zərərçəkmiş şəxslə razılıq əldə etməməsini, bu səbəbdən də sonuncunun ona qarşı şikayətçi olmasını və ona ağır cəza təyin edilməsi barədə xahişini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda məhkəmə xərclərinin, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı bu gündən, yəni 18 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-218/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-218/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver