Məhkəmə qərarları › İş №1(050)-219/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-219/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-219/2025 04.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Masallı RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu Sığdaş kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Masallı rayon İcra hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Nümayəndə onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna verdiyi rəsmi məlumat nəticəsində ailə üzvlərinə təyin edilmiş ünvanlı dövlət sosial yardım üzrə aylıq ödənişin dayandırılması və həmin ödənişin bərpa edilməsi üçün Bakı şəhərinə getməkdən ötrü 200 (iki yüz) manat borc pul istəməsi barədə xahişini Nümayəndə rədd etməsini özünə qarşı qərəzli münasibət kimi qəbul edərək sonuncudan qisas almaq, yəni şəxsi niyyətlə Nümayəndə işlədiyi Masallı RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yerləşdiyi binaya gedərək oranın bağlı giriş qapısının qıfılını qırıb ikinci mərtəbəyə qalxaraq Nümayəndə xidməti iş otağının taxta qapısının kilidini sındırıb otağa qanunsuz daxil olmaqla oradan Masallı rayon İcra hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus 01 ədəd möhürü talamışdır. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər sosial yardım alırmış, sonralar ona sosial yardımın verilməsi dayandırılmışdır. Ona görə də Masallı Rayon İcra başçısının qəbuluna yazılmışdır. Cənab başçı ona etdiyi müraciətlə bağlı aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yaxınlaşmağını tövsiyə etmişdir. Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi üçün Bakı şəhərinə getmək zərurəti yaranmışdır. Lakin Bakı şəhərinə getmək üçün ona pul lazım olmuşdur. Onun pulu olmadığına görə yaşadığı yer üzrə Sığdaş kənd ərazi nümayəndəsi olan Babək müəllimə zəng edərək ondan 200 (iki yüz) manat borc pul istəmişdir. Babək müəllim ona pulunun olmadığını bildirmişdir. Daha sonra o, Masallı RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yerləşdiyi binaya getmişdir. Binanın giriş qapısı bağlı olsa da ərazi nümayəndəsi Babək müəllimin içəridə olmasını zənn etmişdir. Ona görə də giriş qapısını sındırıb binaya daxil olmuşdur. Daha sonra binanın içərisində ərazi nümayəndəsi Babək müəllimin xidməti otağının da qapısını sındırıb xidməti otağına daxil olmuşdur. Həmin vaxt stolun üzərində möhür olduğunu görmüşdür. Binada heç kim olmamışdır. Qapıları sındırdığından möhürü kiminsə oğurlayacağından ehtiyat edib binadan çıxan zaman Masallı RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus möhürü də götürüb evinə getmişdir. Qeyd etdiyi möhürü götürməsi barədə Babaək Məmmədova məlumat vermişdir. Hadisədən bir saat sonra polis vasitəsilə götürdüyü möhürü ərazi nümayəndəsi qaytarmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə istintaqında ifadə verərək bildirdi ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində 2023-cü ilin noyabr ayından işləyir. Hadisə baş verən gün Masallı Rayon İcra Hakimiyyətinin Başçısının qəbulunda olmuşdur. Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərinə getmək istədiyini bunun üçün ona 200 (iki yüz) manat pul verməsini xahiş etmişdir. O, da maaşa işlədiyini və Şirxana verəsi pulunun olmadığını bildirmişdir. Şirxan həmin gün təkrarən ona bir neçə dəfə zəng etmişdir. O, da hər dəfəsində Təqsirləndirilən şəxs ona verəsi pulunun olmadığını bildirmişdir. Daha sonra həmin gün yəni 12 iyun 2025-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Masallı RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yeləşdiyi binanın qapılarını sındırdığını və Masallı RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus möhürü götürdüyünü bildirmişdir. Buna görə də o, polisə müraciət etmişdir. Polis vasitəsilə Masallı RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus möhür ona qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirir. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən Şahid ifadəsində göstərmişdir ki, Masallı RİHB-nin Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışır. O, hadisə baş verən günü Masallı rayonu İcra Hakimiyyətinin başçısının keçirtdiyi qəbulla əlaqədar icra hakimiyyətinin qarşısında olmuşdur. Qəbul bitdikdən sonra Təqsirləndirilən şəxs Nümayəndə zəng edib ona yüksək səslə demişdir ki, sosial yardımı kəsilib, bununla bağlı ailə uşağını yığıb Bakı şəhərinə getməlidir. Lakin imkanı yoxdur. Ona 200 (iki yüz) manat pul lazımdır. Babək müəllim Təqsirləndirilən şəxs 200 (iki yüz) manat pulunun olmadığını bildirmişdir. Telefon danışığı bitdikdən sonra nahar fasiləsi olduğuna görə o və Babək müəllim evlərinə getmişlər. Nahar fasiləsi zamanı Babək müəllim ona zəng edərək narahatlıqla işə tez gəlməsini bildirmişdir. O, iş yerinə gələn zaman qapıların sındırıldığını və möhürün götürüldüyünü görmüşdür. Sonralar ona məlum olmuşdur ki, bu qanunsuz hərəkət Təqsirləndirilən şəxs tərəfindən törədilib. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: ●xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd möhürü taladığı yer Masallı rayon İcra Hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yerləşdiyi iki mərtəbəli inzibati binadır. ● 12 iyun 2025-ci il tarixli götürmə və baxış keçirmə haqqında protokoldan, ona əlavə edilmiş fotocədvəldən, qəbzdən və 30 iyul 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə Masallı RİHB-nin Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasından taladığı həmin nümayəndəliyə məxsus 01 ədəd möhür ondan götürülmüş, baxış keçirilmiş, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə geri qaytarılmış və maddi sübut kimi tanınmışdır. ● “Lənkəran Şəhər Psixiatriya Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 844 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Masallı rayonu, Sığdaş kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025xx.xx.2025-ci il tarixlərində Masallı RMX-nın göndərişi ilə Lənkəran ŞPX-da stasionar müayinə olunub və hal-hazırda aktiv psixiatrik xəstəlik əlamətləri aşkar olunmadı diaqnozu qoyulub. ● Masallı Rayon Mərkəzi X4 Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1- 60/2-1493/2025 saylı məktubdan görünür ki, Əliyev X1 Rayon Mərkəzi X4 Şəxsin narkoloji kabinetində dispanser qeydiyyatında durmur. Lakin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. ● Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmdən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. ● Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X1 rayonu, Sığdaş kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəlldlü X8, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları var. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ● xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ● Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2025-ci il tarixli protokolundan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyəti başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasından 01 ədəd möhürü necə talamasını əyanı şəkildə təsvir etmişdir. ●Əlil olan şəxslərə dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs “Üz sinirinin zədələnməsi, Sağ tərəfdə Vll-cüt beyin sinirinin (nevrus facialiş) periferik parezi. Baş beynin digər zədələnmələri, sağ tərəfdə üz sinirinin plastikası. Sağ alın gicgah nahiyəsində kəllə sümüklərinin plastik trepomasiyasından sonrakı fəsadları. Sağ tərəfdə gicgah sümüyünün piramida şişinin götürülməsi (16.12.19) Sağ tərəfdə hipamziya” diaqnozu ilə 3cü qrup əlildir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 326.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 326.1-ci maddəsinə əsasən rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tədbiq olunaraq onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan 6 (altı) övladının olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan 6 (altı) övladının olmasını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 326.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və öhdəsində 06 (altı) nəfər yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər təqsirləndirilən şəxsin əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə maddi sübut kimi tanınmış Masallı RİHB-nin Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus 01 ədəd möhürün həmin ərazi nümayəndəliyinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi hüquqi yardıma görə 10 saat vaxt sərf etmişdir. Ona görə də, 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut- Masallı RİHB-nin Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus 01 ədəd möhürün həmin ərazi nümayəndəliyinə qaytarılması nəzərə alınsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi hüquqi xidmətə görə 110 (bir yüz onk) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Qərar elan olunduqdan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar