Məhkəmə qərarları › İş №1(050)-22/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-22/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-22/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci ildə Masallı rayonu, Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Rüdəkənar kəndində qeydiyyatda olan və yaşamış, barəsində Masallı Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb, xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə 12 iyul 2024-cü il tarixdə, saat 12 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 12000 manat təşkil edən 22 baş xırdabuynuzlu heyvanları (qoyun-quzu) Masallı rayonu, Rüdəkənar kəndi ərazisində yerləşən otlaq sahəsindən gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 12000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə 12 sentyabr 2024-cü il tarixdə, saat 14 radələrində qohumu Zərərçəkmiş şəxs3 məxsus iki baş hər birinin ət çəkisi 16 kiloqram və qiyməti 300 manat təşkil edən quzunu Masallı rayonu, Rüdəkənar kəndi ərazisində yerləşən otlaq sahəsindən gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 600 manat maddi ziyan vurmuşdur. Bundan əlavə o, təkrarən tamah niyyətilə özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə 02 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs4 məxsus qara rəngli, dişi cinsli, diri çəkisi 300 kiloqram olan qiyməti 2000 manat təşkil edən bir baş inəyi Masallı rayonu, Rüdəkənar kəndi ərazisində yerləşən otlaq sahəsindən gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs4 2000 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə 12 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus ağ-qara rəngli, dişi cinsli, diri çəkisi 400 kiloqram olan qiyməti 3500 manat təşkil edən bir baş inəyi Masallı rayonu, Rüdəkənar kəndi ərazisində yerləşən otlaq sahəsindən gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs1 3500 manat maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir dəfə oğurluq etmiş, digər oğurluqları o, etməmişdir. Onu polis şöbəsində döydükləri üçün məcbur qalıb oğurluqları etiraf etmişdir. Onu döyən üç nəfər polis əməkdaşı olmuşdur ki, onlardan birinin adı Qalibdir, qalanlarını tanımır. O, döyülməsi ilə bağlı Baş prokurorluğa şikayət etmiş və şikayəti baxılması üçün yerli prokurorluğa göndərilmişdir. Onun şikayəti araşdırılır, lakin nəticəsi barədə məlumatı yoxdur. İstintaq zamanı müstəntiq ona təziq edərək cinayəti etiraf etməyini istədiyi üçün ona döyülməsi barədə məlumat verməmişdir. Cinayət işi ilə Kürdəxanıda saxlanıldığı zaman tanış olarkən döyülməsi barədə vəkilə də, demiş, lakin bir nəticəsi olmamışdır. Şikayətçi Zərərçəkmiş şəxs2 ondan şikayət edərək bildirir ki, onun 22 baş qoyununu o, oğurlamışdır, lakin onun bundan heç bir xəbəri yoxdur. Dəfələrlə ondan şikayətlər yazır, özü ona 4500 manat məbləğində pul borcludur. Əvvələr onların aralarında yaxşı münasibət olub, sonradan dəfələrlə evinə hücüm çəkib, video görüntülər var. Nalayiq söyüşlər söyüb, həmçinin anasını döymək istəyib, lakin anası onun əlindən qaça bilib, buna dair video görüntü vardır. 22 baş qoyun sürüsünü o, tək oğurlaya bilməzdi, kimsə onu hər halda görmüş olardı. Təkbaşına 22 baş qoyun sürüsünü necə aparmışdır ki, heç kim görməmişdir, üstəlik heç bir şahid ortalıqda yoxdur. Zərərçəkmiş şəxs3 qoyunlarını o, oğurlamamış, xəbəri yoxdur, onun qoyunları çayın yanında sahə var, orda qoyunlarını otarırdı, həmin yerdə ən azı 20 nəfər fəhlə işləyir, onlardan görən olardı. Heç bir əsası və şahidi olmadan yazılıb ki, tanımadığı adama satmışdır. Zərərçəkmiş şəxs4 isə onun qonşusudur, dükan işlədir, onunla aralarında heç bir problem və ədavət olmamışdır. Onun inəyi meşədə itdiyi üçün axtarmağa köməklik etmişdir. İnək çayın digər tərəfinə getmişdi, onu gətirmişdir ki, başqa adam oğurlamasın. O, yalnız Zərərçəkmiş şəxs1 bir baş inəyini oğurlamışdır. Oğurluğu gündüz vaxtı saat 13:00-14:00 radələrində etmiş və oktyabr ayın 12-də saat axşam 23:00dan 00:00-dək İslama vermişdir. X5 rayon Polis şöbəsinə gətirmişlər, sonradan onu aparmışlar. İslamı çoxdan tanıyır, ona bir neçə dəfə mal-qara satmışdır. Orda inəyi 930 manat pula İslama verməsini etiraf etmişdir. İnək İslamın həyətində olduğundan müstəntiqə inəyi sahibinə qaytarmasını, lazım olsa İslama 1000 manat məbləğində pulu ödəyəcəyini demişdir. Lakin müstəntiq mümkün olmadığını demiş və bunu etmədən İslamın izahatını dəyişərək yazmışdır ki, inək Kösakül kəndində yerləşən mal bazarında satılmışdır. Faktiki inək həmin vaxt İslamın həyətində olmuşdur. Həmin bazar 5-ci və 6-cı günləri işləyir, o isə inəyi ona bazar günü gətirmişdir. Atası həmçinin İslama zəng etmişdir ki, inəyi qaytar 1000 manat məbləğində pulu ona verəcək, lakin İslam ümumiyyətlə atasına ondan heç bir inək almadığını demişdir. Mülki iddia ilə bağlı onu bildirir ki, Zərərçəkmiş şəxs1 mülki iddiasını 2000 manat dəyərində qəbul edir, çünki inəyin dəyəri 2000 manat təşkil edərdi, 3500 manat ola bilməzdi. Ziyanı indi ödəməyə imkanı yoxdur, lakin hissəhissə ödəmək üçün müqavilə bağlamağa razıdır, lakin azadlıqda olacağı təqdirdə ödəyəcəkdir. Barəsində hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin istintaq zamanı ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, onlara məxsus fermada yalnız özlərinə məxsus qoyun saxlayırlar, orada başqasının qoyunu olmur. Fermada olan qoyunlar ona məxsusdu, qoyunlar fermada iplə bağlanır. O, hadisə vaxtı xəstə vəziyyətdə evdə olmuşdur. Oğlu Şahid3 zəng etmişdir ki, ana hardasan, o, da evdə olduğunu demişdir. Oğlu 23 ədəd qoyunları açdıqlarını bildirmiş və sonra yenə zəng edərək Səfailgilə getməsini demişdir. Onun da, təzyiqi qalxdığı üçün yeriyə bilməmişdir. Maşın da, olmamışdır. Səfailgilə gedib onların 23 qoyunlarının olmadığını demişdir. Səfail bildirmişdir ki, “bizə aidiyyəti yoxdu, nə danışırsan 23 qoyun bir fermadı”. Sonra oğlu təkrar zəng edərək 1 erkək qoyunu başqa şəxsə verdiyini, onun 22 qoyununu apardıqlarını demişdir. Sonra oğlu polisə zəng etmişdir. Bir qədər sonra oğluna zəng edib Səfailin qoyunları buraxmadığını, atasının rəhmətə getdiyini deməsini bildirmişdir. Əvvəlllər qoyunlara əri baxmış, sonra infarkt keçirtmiş, o, da xəstə olduğu üçün qoyunlara baxa bilmir. Qoyunları tək adam apara bilməz, ən az 2-3 nəfər olmalıdır. Qoyunları Vaqifin oğurlaması ilə bağlı sübutları olmadığından şübhələndikləri dörd nəfərin adını polisə vermişlər. Qoyunları fermadan aparsalar evdən görə bilməz və o, özü qoyunların aparılmasını görməmişdir. Polis şöbəsinə gedib Vaqiflə üzləşməmişdir. Bir quzu hazırda 200-400 manat olur, qızı bir qoyunu balası ilə birlikdə 390 manata almışdır. 22 ədəd qoyunun hər biri 300-400 manatdan hesablanmaqla ona dəymiş ziyan müəyyən edilməlidir. Lakin o, ərizədə yazılan 12000 manatı tələb edir. Mülki iddianın təmin olunaraq ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Mahmudavar kəndində, Vaqif isə Rüdəkənar kəndində yaşayır. Onun evi ilə Vaqifin evindən ən azı 3 km məsafə var. Vaqifin, atasının və anasının da, onun qoyunlardan xəbəri olmuşdur. O, öz qoyunlarını boş sahəyə buraxır. Hər birinin dəyəri 200 manat olan iki qoyunun itdiyini görüb Masallı rayon Polis şöbəsinə şikayət etmişdir. Heç kimin adını verməmiş, qoyunları kimin oğurladığını bilməmiş, sadəcə qoyunların itməsi ilə bağlı müraciət etmişdir. Sonra Vaqifi şöbəyə gətirmişlər və orda artıq özü mallarını oğurladığını boynuna almışdır. 30 may 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciə edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona vurulmuş ziyandan 100 manat ödəniş olunmuş, qalan məbləğ ödənilməmişdir. Ona görə də, mülki iddianı müdafiə edir və təmin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs barəsində cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır, məhkəmə çıxışlarının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Vaqif onun qapı qonşusudur. Onun inəyi ayın 4-5-i itmişdir. Həmin vaxt o, xəstəxanada olduğu üçün inəyi axşam çöldə qalmışdır. Səhər gələndən sonra inəyin həmin yerdə olmadığını görmüşdür. Təxminən 4-5 gün ərzində inəyi gəzsə də, tapa bilmədiyi üçün 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları gəlmiş və o, ərizədə malın itməsini qeyd etmişdir. O, inəyi kiminsə oğurladığını görməmişdir. Təxminən 2-3 gün keçəndən sonra onu Boradigah polis bölməsindən çağırmışlar, oğrunun tutulduğunu və Vaqif olduğunu demişlər. O, Vaqifdən heç bir şikayət yazmamışdır. İstintaq dövründə Vaqif özü oğurluğu etiraf etmişdir. Lakin həmin gün iki dəfə gecə vaxtı, saat 04:00 radələrində Ağa adında şəxs İslamın inək apardığını görmüş və bu barədə ona demişdir. Həmin şəxs yoldaşı ilə birlikdə evinə gedərkən qabağında göy rəngində kopeyka (Vaz 21011) markalı maşınla inək aparıldığını görmüşlər. Özü də, həmi maşınını kimə məxsus olması ilə maraqlanmış və İslama məxsus olmasını demişlər. 30 may 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciə edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş olunmamışdır. Ona görə də, mülki iddianı müdafiə edir və təmin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs barəsində cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır, məhkəmə çıxışlarının iştirakı olmadan keçirilməsini xahiş edir. 02 iyun 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciə edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 2000 manat maddi ziyan onun ailə üzvləri tərəfindən tam olaraq ödənilmişdir. Ona görə də, mülki iddiadan imtina edir və mülki iddia üzrə icraata xitam verilməsini xahiş edir. Həmçinin təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini və məhkəmə çıxışlarının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, oktyabr ayının 12-də üç baş inəyi evinin yanında payı bəlli torpağa buraxmışdır. Sonra təxminən saat 12:00 radələrində namaz qılmağa getmiş, yoldaşı isə ehsana getmişdir. Daha sonra evdə yatmışdır. Yoldaşı qayıtdıqdan sonra iki heyvanın həyətdə olduğunu, lakin qara-ala cinsindən olan bir inəyin orada olmadığını demişdir. Yoldaşı ilə birlikdə heyvanı axtarmaq üçün çölə çıxaraq ətrafa baxmışlar, lakin tapa bilməmişlər. Tanış adamlardan soruşsa da, görən olmamışdır. Növbəti gündə yeznəsini çağırmış və birlikdə inəyi digər sahələrdə axtarsalar da, tapa bilməmişlər. Məcbur qalıb 102 xidmətinə zəng edib inəyin oğurlaması ilə bağlı müraciət etmişdir. Polis əməkdaşları gələrək yerində baxış və çəkiliş aparmışlar. O, da öz növbəsində baş verənlərlə bağlı izahat vermiş, heyvanın payı bəlli olan torpağından oğurlamasını qeyd etmişdir. Müəyyən vaxtdan sonra Saday adlı müstəntiqə verilmişdir. Müstəntiq onu çağırmasa da, özü Polis şöbəsinə gedərək müstəntiqdən işin gedişatı ilə bağlı maraqlanmışdır. Müstəniq Vaqifin inəyi oğurladığını və sonra İslama verdiyini demişdir. Ona görə o, da heyvanı İslamdan alıb ona verilməsini tələb etmişdir. Heyvan İslamda olsa da, bir neçə gün ondan xəbər çıxmadı. Ancaq İslam inəyin oğurlanmış olduğunu bilmişdir. İslamı cinayət məsuliyyətinə cəlb etmək lazımdır. 25 fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan onun yaxın qohumları tərəfindən ödənildiyindən ona qarşı şikayətçi olmadığını, mülki iddiadan imtina etdiyini, təqsirləndirilən şəxsə cəza verilməsini istəmədiyini, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, özü təsərrüfatla məşğul olur, mal alıb saxlayır və satır, ona görə də, onu çox insan tanıyır. Vaqifi yaxın müddətdə sakit insan kimi tanımış, ola bilər ki, bir il olsun, şəxsi bir münasibətləri olmamışdır. Bir necə dəfə Vaqif ona zəng edib qapısında olan malı satdığını demişdir. O, da gedib baxmış və qiymətdə razılaşdığı üçün qara rəngli malı 600 manata almışdır. Malın diri çəkisi təxminən 250 kq olardı. Vaqif öz malı olduğunu demişdir. Lakin malı nə vaxt aldığını dəqiq bilmir, şəkər xəstəsi olduğu üçün dəqiq xatırlamır. Sonra həmin malı tanımadığı şəxsə 680 manata satmışdır. Bir necə müddət sonra Vaqifin bacısının Mahmudavar kəndində yerləşən həyətindən 930 manat pula ağ-qara rəngli kolbasalıq inək almışdır. Həmin malın diri çəkisi təxminən 250 kq olardı. Ümumilikdə Vaqifdən iki dəfə mal almışdır, lakin Vaqifin oğru olduğunu hiss etməmiş və belə işlərlə məşğul olduğunu bilməmişdir. Malın qiyməti də, elə olmuşdur ki, oğurluq mal olmasından heç bir şübhəsi olmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, o, Masallı rayonu Cil kəndində yerləşən bazarda qəssablıq fəaliyyətilə məşğul olur. Təqsirləndirilən şəxs ilə münasibəti uzun müddətdir var və bir neçə dəfə sonuncuya xırdabuynuzlu heyvanlar satmışdır. Vaqifin ona 100 manat pul borcu olmuşdur. 12 iyul 2024-cü il tarixdə günorta saatlarında Boradigah qəsəbəsində olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb özünə məxsus iki baş quzunun olduğunu və satmaq istədiyini bildirmişdir. O, həmin quzulara baxdığı zaman quzuların ümumi dəyərinin 350 manat olduğunu Vaqifə demiş və Vaqif onunla razlaşmışdır. Vaiqfə ondan əvvəllər borc qismində aldığı 100 manat pulu da, həmin puldan çıxacağını demişdir. O, gəldiyi taksi ilə qabaqda Lənkəran rayonu Zövlə kəndinə getmiş, Vaqif isə quzuları özü avtomobil ilə onun arxasında kəndə gətirmişdir. Onun üstündə pulu olmadığından kənddə evdən pul götürüb Vaqifə 250 manat pul vermişdir. Vaqif quzuları oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Masallı rayonu Rüdəkənar kəndində yerləşən mal-qara tövləsində anası Zərərçəkmiş şəxs2 məxsus 202 baş qoyun və 6 baş quzu olmuşdur, heyvanlara isə özü nəzarət etmişdir. 12 iyul 2024-cü il tarixdə qoyun-quzuların oğurlandığını görüb onları qoyunları daimi olarq otardığı poliqon deyilən ərazidə axtarmağa başlamışdır. Lakin qoyunları tapmadığını görüb DİN-nin 102 xidmətinə məlumat vermişdir. İlk öncə 23 qoyunun oğurlandığını bildirsə də, sonradan 1 erkək qoyunu başqa şəxsə verdiyi yadına düşmüşdür. Oğurluq nəticəsində anasına ümumilikdə 12000 manat maddi ziyan dəymişdir. Sonradan heyvanların oğurlanmasında şübhəli bilindiyinə görə Təqsirləndirilən şəxs saxlanılmış və həbs edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. - Masallı Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. - hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 22 baş xırdabuynuzlu heyvanlar Masallı rayonu Rüdəkənar kəndi ərazisində yerləşən otlaq sahəsindən oğurlanmış, oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs2 oğlu Şahid3 tərəfindən təqdim edilmiş və foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir. - hadisə yerinə keçirilmiş baxış protokolundan məlum olur ki, Zərərçəkmiş şəxs1 məxsus bir baş inək Masallı rayonu Rüdəkənar kəndi ərazisində yerləşən otlaq sahəsindən oğurlanmış, oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş və foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir. - hadisə yerinə keçirilmiş baxış protokolundan məlum olur ki, Zərərçəkmiş şəxs4 məxsus bir baş inək Masallı rayonu Rüdəkənar kəndi ərazisində yerləşən otlaq sahəsindən oğurlanmış, oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş və foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir. - hadisə yerinə keçirilmiş baxış protokolundan məlum olur ki, Zərərçəkmiş şəxs3 məxsus iki baş quzu Masallı rayonu Rüdəkənar kəndi ərazisində yerləşən otlaq sahəsindən oğurlanmış, oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş və foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 20 noyabr 2024-cü il tarixli raportdan görünür ki, Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Rüdəkənar kənd sakini Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus 22 baş qoyun-quzudan 2 baş quzunu 12 iyul 2024-cü il tarixdə günorta saatlarında Masallı rayonu Boradigah qəsəbəsi ərazisində Lənkəran rayonu Zövlə kənd sakini Şahid2 350 manat pul müqabilində satmışdır. Bundan başqa o, oğurluq yolu ilə əldə etdiyi həmkəndlisi Zərərçəkmiş şəxs4 məxsus bir baş inəyi 04 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Masallı rayonu Rüdəkənar kəndi ərazisində Masallı rayonu Lürən kənd sakini Şahid1, həmçinin həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus bir baş inəyi 12 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Masallı rayonu Mahmudavar kəndi ərazisində yenə Şahid1 satmışdır. Onun digər oğurluq yolu ilə əldə etdiyi xırdabuynuzlu heyvanları satdığı şəxslərin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmadığından həmin şəxslər istintaqa təqdim edilməmişdir. Əməliyyat axtarış tədbirləri zamanı Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs ilə qabaqcadan sövdələşmələri barədə heç bir məlumat əldə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs qeyd olunan oğurluq cinayət əməllərini törətdiyi zaman iribuynuzlu və xırdabuynuzlu heyvanların daşınmasını həyata keçirdiyi avtomobillərin sahiblərinin şəxsiyyətlərini, marka və dövlət qeydiyyat nişanlarını müəyyən etmək mümkün olmamışdır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu Rüdəkənar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin psixo-nevroloji kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu Rüdəkənar kəndində qeydiyyatda olan Məlikov X3 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı RİHB-nın Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta təhsilini Rüdəkənar kənd tam orta məktəbində almışdır. Hərbi xidmətdə olmayıb. Törətdiyi qanunazidd əməllərə görə mütəmadi polis tərəfindən xəbərdarlıq edilib. Ərazidə olduğu zaman oğurluq edərək vətəndaşlara dəfələrlə maddi ziyanlar vurmuşdur. Kənd ictimaiyyəti ilə ünsiyyət qura bilməmişdir. Hal-hazırdakı dövrdə şifahi olaraq dəfələrlə həmkəndliləri tərəfindən ərazi nümayəndəliyinə onun barəsində şikayət olunmuşdur. Onunla aparılan söhbətlər nəticə verməmişdir. Mütəmadi olaraq Respublikanın müxtəlif orqanlarına əsassız müraciətlər ünvanlamışdır. Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən mütəmadi olaraq ona şifahi xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 14 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1995-ci ildə Masallı rayonu, Rüdəkənar kəndində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası 1 il 6 ay sınaq müddəti müəyən olunmaqla şərti hesab edilmişdir. 18 mart 2020-ci ildə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. 2) Masallı Rayon Məhəkəməsinin 17 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. - Masallı rayon İcra və Probasiya şöbəsinin 18 oktyabr 2024-cü il tarixli, 2-2506/24- 62-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 1 ili “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarına əsasən azaldılmış, cəza müddəti 07 aprel 2023-cü il tarixdə başa çatdığı üçün Masallı rayon İcra və probasiya şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki:

1. ət çəkisi 16 kiloqram olan iki baş quzunun 1 başının qiyməti 256 manat olmaqla, cəmi 512 manatdır.

2. ət çəkisi 16-22 kiloqram olan 22 baş qoyun-quzunun bir başının qiyməti 304 manat olmaqla cəmi 6688 manatdır.

3. bir baş qara rəngli, dişi cinsli, diri çəkisi 300 kiloqram olan inəyin qiyməti 1800 manatdır.

4. bir baş ağ-qara rəngli, dişi cinsli, diri çəkisi 400 kiloqram olan inəyin qiyməti 2400 manatdır. Aparılmış qiymətləndirmənin dəyəri 25 manatdır (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************). - Masallı Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərarına cavab olaraq "xxxx" MMC 30 yanvar 2025-ci il tarixli məktubla cavab vermiş və 1 ədəd CD disk göndərmişdir. Məktubda qeyd edilmişdir ki, ********* nömrənin qərarda göstərilə müddətlərə dair əhatə dairəsi barədə məlumatlar göndərilmişdir. 505819241, ********* və ********* nömrələrin istifadəsi qərarda göstərilən müddətlərdə qeydə alınmadığına görə əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun istintaq zamanı etirafedici ifadələri, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 22 baş xırdabuynuzlu heyvanları (qoyun-quzu), Zərərçəkmiş şəxs3 məxsus 2 baş quzunu və Zərərçəkmiş şəxs4 məxsus bir baş inəyi oğurlamaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs qeyd edilən epizodlar üzrə dəfələrlə ifadələri alınmış, həmin ifadələrdə həmin epizodlar üzrə özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Eyni zamanda videoçəkiliş vasitəsi ilə də, ifadəsi alınmışdır. İbtidai araşdırma başa çatdıqdan sonra Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə anası X1 müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, ədliyyə müşaviri X2 tərəfindən 10 yanvar 2025-ci il tarixdə Cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Bundan əlavə, məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, zərərçəkmiş şəxslər ifadələrində Təqsirləndirilən şəxs istintaq zamanı qeyd olunan cinayətləri törətməsini özünün etiraf etdiyini bildirmişlər. Məhkəmə zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil nömrənin daima istifadəsində olduğunu, 12 iyul 2024-cü il tarixdə Bakı şəhərində olduğunu, 17-18 sentyabr 2024-cü il tarixdə rayona qayıtdığını, Bakı şəhərində olduğu müddətdə istifadəsində ***- ***-**-** və ya ***-***-**-** mobil nömrələri olduğunu, 02 oktyabr 2024-cü il tarixdə xəstə olduğu üçün bütün günü Rüdəkənar kəndində evdə olmasını və 12 oktyabr 2024-cü il tarixdə Rüdəkənar kəndində olduğunu bildirdiyi üçün Masallı Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən məlumatlar götürülmüşdür. Məktubda qeyd edilmişdir ki, 505819241, ********* və ********* nömrələrin istifadəsi qərarda göstərilən müddətlərdə qeydə alınmadığına görə əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olduğunu bildirdiyi mobil nömrələr cinayət əməllərinin törədildiyi 12 iyul 2024-cü il tarixdə, 12 sentyabr 2024-cü il tarixdə, 02 oktyabr 2024-cü il tarixdə və 12 oktyabr 2024-cü il tarixdə qeydə alınmadığına görə əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Bu da, onu göstərir ki, Təqsirləndirilən şəxs həmin nömrələri istifadə etdiyini, 12 iyul 2024-cü il tarixdə və 12 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində olduğunu bildirməklə Zərərçəkmiş şəxs2 məxsus 22 baş xırdabuynuzlu heyvanları (qoyun-quzu) və Zərərçəkmiş şəxs3 məxsus 2 baş quzunu oğurlamamasını, 02 oktyabr 2024-cü il tarixdə isə bütün günü evdə olduğunu bildirməklə Zərərçəkmiş şəxs4 məxsus bir baş inəyi oğurlamamasını sübut etməyə və bununla da, cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımışdır. Eyni zamanda məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyan tam, Zərərçəkmiş şəxs3 dəymiş ziyandan isə 100 manat ödəniş olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 12000 manat təşkil edən 22 baş xırdabuynuzlu heyvanları (qoyun-quzu), Zərərçəkmiş şəxs3 məxsus hər birinin ət çəkisi 16 kiloqram və qiyməti 300 manat olan, ümumilikdə 600 manat təşkil edən iki baş quzunu, Zərərçəkmiş şəxs4 məxsus qara rəngli, dişi cinsli, diri çəkisi 300 kiloqram, qiyməti 2000 manat təşkil edən bir baş inəyi və Zərərçəkmiş şəxs1 məxsus ağ-qara rəngli, dişi cinsli, diri çəkisi 400 kiloqram, qiyməti 3500 manat təşkil edən bir baş inəyi talayıb, zərərçəkmiş şəxslərə manat ziyan vurmaqla oğurluq etmişdir. Lakin, "xxxx" MMC tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki,

1. ət çəkisi 16 kiloqram olan iki baş quzunun 1 başının qiyməti 256 manat olmaqla, cəmi 512 manatdır (Zərərçəkmiş şəxs3).

2. ət çəkisi 16-22 kiloqram olan 22 baş qoyun-quzunun bir başının qiyməti 304 manat olmaqla cəmi 6688 manatdır (Zərərçəkmiş şəxs2).

3. bir baş qara rəngli, dişi cinsli, diri çəkisi 300 kiloqram olan inəyin qiyməti 1800 manatdır (Zərərçəkmiş şəxs4).

4. bir baş ağ-qara rəngli, dişi cinsli, diri çəkisi 400 kiloqram olan inəyin qiyməti 2400 manatdır (Zərərçəkmiş şəxs1). İstintaq orqanı tərəfindən alınmış "xxxx" MMC tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli mütəxəssis rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilmiş, lakin əsassız olaraq əşyaların dəyərini zərərçəkmiş şəxslərin ifadələri əsasında müəyyən etmişdir. Halbuki, əmlakların dəyəri barədə zərərçəkmiş şəxslərin ifadələrində qeyd etdikləri qiymətlər digər sübutlarla təsdiq edilməmiş, əksinə mötəbərliliyi şübhə doğurmayan mütəxəssis rəyi ilə təkzib edilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 22 ədəd qoyunun hər biri 300-400 manatdan hesablanmaqla ona dəymiş ziyan müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 məxsus 22 baş xırdabuynuzlu heyvanların (qoyun-quzu) oğurlanması üzrə verilmiş ittihamın həcmi 12000 (on iki min) manatdan 6688 (altı min altı yüz səksən səkkiz) manatadək, Zərərçəkmiş şəxs3 məxsus iki baş quzunun oğurlanması üzrə verilmiş ittihamın həcmi 600 (altı yüz) manatdan 512 (beş yüz on iki) manatadək, Zərərçəkmiş şəxs4 məxsus bir baş inəyin oğurlanması üzrə verilmiş ittihamın həcmi 2000 (iki min) manatdan 1800 (min səkkiz yüz) manatadək, Zərərçəkmiş şəxs1 bir baş inəyin oğurlanması üzrə verilmiş ittihamın həcmi 3500 (üç min beş yüz) manatdan 2400 (iki min dörd yüz) manatadək azaldılmalı, məbləğlərin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməllərinin tövsifini dəyişmədiyindən cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinə əsasən eyni əməllər- 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə, 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir:

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, Zərərçəkmiş şəxs3 dəymiş ziyandan qismən, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı isə tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması növündə alternativ cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası 07 aprel 2023-cü il tarixdə başa çatdığından və həmin vaxtdan 12 iyul 2024-cü il tarixdə yeni cinayət törədənədək bir il keçdiyindən məhkumluğu ödənilmişdir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs məhkumluğu olmasa da, əvvəllər mülkiyyət əleyhinə cinayət törətdiyinə görə iki dəfə məhkum olunduğundan, Zərərçəkmiş şəxs2 dəymiş ziyandan ümumiyyətlə, Zərərçəkmiş şəxs3 dəymiş ziyanı isə tam ödəmədiyindən və zərərçəkmiş şəxslər həmin ziyanı tələb etdiyindən ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə 25 (iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) keçirilməlidir. 23 dekabr 2024-cü il tarixdə məhkəməyə Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi daxil olmuşdur. Ərizədə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onun xeyrinə 3500 manat məbləğində maddi ziyanın, 2000 manat məbləğində mənəvi ziyanın və 75 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. 26 dekabr 2024-cü il tarixdə məhkəməyə Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi daxil olmuşdur. Ərizədə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun xeyrinə 12000 manat məbləğində maddi ziyanın və 126 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. 28 dekabr 2024-cü il tarixdə məhkəməyə Zərərçəkmiş şəxs3 mülki iddia ərizəsi daxil olmuşdur. Ərizədə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onun xeyrinə 600 manat məbləğində maddi ziyanın, 2000 manat məbləğində mənəvi ziyanın və 46 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qərarı ilə mülki iddia ərizələri icraata götürülmüş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. 21 yanvar 2025-ci il tarixdə məhkəməyə Zərərçəkmiş şəxs4 mülki iddia ərizəsi daxil olmuşdur. Ərizədə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs onun xeyrinə 2000 manat məbləğində maddi ziyanın və 40 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata götürülmüş, Zərərçəkmiş şəxs4 mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə hesab edir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 maddi ziyan dəyməsi iş materialları əsasında sübuta yetirilir. Lakin məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 məxsus 22 baş xırdabuynuzlu heyvanların (qoyun-quzu) oğurlanması üzrə verilmiş ittihamın həcmi 6688 (altı min altı yüz səksən səkkiz) manatadək, Zərərçəkmiş şəxs3 məxsus iki baş quzunun oğurlanması üzrə verilmiş ittihamın həcmi 512 (beş yüz on iki) manatadək, Zərərçəkmiş şəxs4 məxsus bir baş inəyin oğurlanması üzrə verilmiş ittihamın həcmi 1800 (min səkkiz yüz) manatadək, Zərərçəkmiş şəxs1 bir baş inəyin oğurlanması üzrə verilmiş ittihamın həcmi 2400 (iki min dörd yüz) manatadək azaldıldığı üçün mülki iddialar maddi ziyanın ödənilməsi hissəsində ittihamın azaldılmış həcmi ilə müəyyən edilməlidir. Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən Zərərçəkmiş şəxs3 vurulmuş ziyandan 100 manat ödəniş olunduğundan həmin ödəniş dəymiş ziyandan çıxılmalıdır. Ona görə də, mülki iddialar qismən təmin edilərək Təqsirləndirilən şəxs 6688 (altı min altı yüz səksən səkkiz) manat məbləğində maddi ziyan və 126 manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2, 412 (dörd yüz on iki) manat məbləğində maddi ziyan və 46 manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Mülki iddialar maddi ziyanın qalan hissələrinin tutulması hissədə təmin edilməməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək mülki iddiadan imtina etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiadan imtinası qəbul olunaraq mülki iddia üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiadan imtina etdiyindən və tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. 02 iyun 2025-ci il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək mülki iddiadan imtina etdiyini bildirmiş və mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiadan imtinası qəbul olunaraq mülki iddia üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiadan imtina etdiyindən və tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur». Zərərçəkmiş şəxs3 mənəvi əzab çəkməsi, psixi və fiziki sarsıntı keçirməsi, bunların Təqsirləndirilən şəxs hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə iclası zamanı sübuta yetirilmədiyindən mülki iddia 2000 manat mənəvi ziyanın ödənilməsi hissəsində rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 13 may 2025-ci il tarixədək hər saat üçün hüquqi yardımın dəyəri 6 manat olmaqla 21 saat üçün 126 manat, 13 may 2025-ci il tarixdən sonra hər saat üçün hüquqi yardımın dəyəri 11 manat olmaqla 9 saat üçün 99 manat, ümumilikdə 225 (iki yüz iyirmi beş) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 25 (iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına (Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) keçirilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 6688 (altı min altı yüz səksən səkkiz) manat məbləğində maddi ziyan və 126 manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 412 (dörd yüz on iki) manat məbləğində maddi ziyan və 46 manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs3 mülki iddiası 2000 manat mənəvi ziyanın tutulması hissəsində təmin edilməsin. Zərərçəkmiş şəxs1 3500 manat məbləğində maddi ziyanın, 2000 manat məbləğində mənəvi ziyanın və 75 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair mülki iddia üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs4 2000 manat məbləğində maddi ziyanın və 40 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair mülki iddia üzrə icraata xitam verilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 225 (iki yüz iyirmi beş) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar