Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-220/2024 17.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyan Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, xx.xx.1989-cu il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, evli, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi əsasında ayıq vəziyyətdə etibarnamə olmadan idarə etdiyi X2 məxsus “Mercedes Benz E240 minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Qəriblər-Ərkivan avtomobil yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində Ərkivan qəsəbəsi istiqamətində yolun sağ hərəkət zolağı ilə 40 km/saat sürətlə hərəkətdə olarkən ötmə əməliyyatı həyata keçirmək üçün yolun sağ hərəkət zolağından sol əks hərəkət zolağına keçmək istəyərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verərək hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, ehtiyatsızlıqdan həmin vaxt onunla eyni istiqamətdə əks hərəkət zolağında hərəkətdə olmaqla ötmə əməliyyatını davam etdirən Zərərçəkmiş şəxs idarə etdiyi “Moped” markalı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün xətti sınığı, epidural hematoma, sağ çiyin, sol said və sağ bud nahiyəsinin sıyrığı xəsarətləri alması ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərək bildirdi ki, atası X3 Mercedes E240 markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. O, həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Belə ki, 12 may 2024-cü il tarixdə o, həmin avtomobillə qardaşı Abdurrəhman Xıdırovla birlikdə Masallı rayonu, Qəriblər kəndindən üzü Masallı rayonu istiqamətində hərəkət etmişdir. O, həmin vaxt saatda təxminən 50-60 kilometr sürətlə hərəkət etmişdir. Onun qarşısında olan hazırda markalarını xatırlamadığı avtomobillər qəfldən hərəkət sürətlərini aşağı salmışlar. O, qarşıda olan avtomobillərin nə səbəbə və nə məqsədə sürətlərini aşağı endirmələrini anlamamışdır. O, idarə etdiyi avtomobillə qarşısında dayanmaq üzrə olan avtomobilləri ötüb keçmək məqsədilə öz hərəkət istiqamətində olan yoldan əks hərəkət zolağına çıxmaqla bağlı avtomobilin xəbərdar edici işıqlarını yandırıb əks hərəkət zolağına çıxmışdır. O, idarə etdiyi avtomobili əks hərəkət zolağına çıxardığı anda onun solunda həmin əks hərəkət zolağı ilə onunla eyni istiqamətdə hərəkət edən motosikletin sağ hissəsindən avtomobilinin sol qanad hissəsi ilə vurmuş və həmin motosiklet zərbədən sürüşərək yanı üstə aşmış, nəticədə həmin sürücü yerə yıxılmışdır. O idarə etdiyi avtomobili bir neçə metr irəlidə saxlamışdır. Sonra isə avtomobildən düşüb motosikletin sürücüsünün yanına gəlmişdir. Həmin vaxt motosikletin sürücüsünün başında kaska olmuşdur. O, həmin yıxılan sürücüyə yaxınlaşaraq orada olan şəxslərin köməyi ilə ona yardım etmişlər. Sonra təcili yardıma zəng etmişlər. Təcili yardım gəldikdən sonra yol patrul xidməti əməkdaşları gəlmiş və hadisə yeri müayinə olunduqdan sonra onlar birlikdə Masallı RPŞ-yə gəlmişlər. O, əks hərəkət zolağına çıxmamışdan əvvəl və çıxan anda həmin motosikleti görməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Mahirin ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən barəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 12 may 2024-cü il tarixdə o, Masallı rayonu, Qəriblər kəndi ərazisində tikinti materialları satışı yerinə yaxınlaşdığı zaman önündə bir neçə avtomobilin eyni istiqamətdə hərəkətdə olmalarını görmüşdür. Həmin avtomobillər nədənsə aşağı sürətlə hərəkət etmişlər. O, önündə olan hazırda xatırlamadığı avtomobili ötmək üçün təhlükəsiz şəraitin olmasından əmin olub sola, yəni əks hərəkət zolağına çıxmış və ötmə əməliyyatını davam etdirmişdir. O, birinci avtomobili ötüb keçdikdən sonra ikinci avtomobilin təxminən orta hissəsinə çatmışdır. Bu zaman həmin ikinci avtomobil, yəni Mercedes Benz markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəfil sola dönərək əks hərəkət zolağına çıxmış və onu bir anda avtomobilin sol ön qanad hissəsi ilə vurmuşdur. Həmin zərbədən Mopedin müvazinəti sarsılmış və o, idarəetməni itirib yerə yıxılmışdır. O, Mercedes Benz markalı avtomobilin sola dönəcəyini gözləməmiş, çünki hadisədən əvvəl o, sola dönəcəyi barədə heç bir işarə verməmişdir. O ötmə əməliyyatında olduğu üçün hərəkət üstünlüyü onda olmuşdur. O, yerə yıxıldıqdan sonra bir neçə dəqiqə huşunu itirmişdir. Sonra bir neçə saniyəlik oyansa da, daha sonra olanları xatırlamamışdır. Hadisə nəticəsində o, başından və bədənindən xəsarətlər almışdır. Təqsirləndirilən şəxslə barışmışdır. Bu səbəbdən ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. X16 240 markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. 12 may 2024-cü il tarixdə Masallı rayonu, Qəriblər kəndi ərazisində üzü Ərkivan qəsəbəsi istiqamətində yolda hərəkətdə olmuşlar. Həmin vaxt avtomobili qardaşı Araz idarə etmişdir. Onlar Qəriblər kəndində yerləşən tikinti materialları satışı məntəqəsinə çatmağa az qalmış qarşıda olan avtomobillərin sürətlərini endirmələrini görmüşlər. O, həmin onlarla eyni istiqamətdə hərəkətdə olan avtomobillərin nə səbəbə sürətlərini endirmələrini anlamamışlar. Bundan sonra Araz əks hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı həyata keçirmək üçün avtomobili sola döndərmişdir. Həmin an onların avtomobilinin ön sol qanad hissəsi sol əks hərəkət zolağında ötmə əməliyyatı üzrə hərəkətdə olan “Moped” markalı nəqliyyat vasitəsi ilə toqquşmuş və həmin “Moped”in sürücüsü yıxılaraq yerə düşmüşdür. Qardaşı Araz avtomobili bir qədər irəlidə sağ çiyin hissəyə çıxaraq avtomobili saxlamışdır. Onlar avtomobildən düşüb yola tərəf qaçmış və yerdə olan sürücünün səhhəti ilə maraqlanmağa başlamışlar. Sonradan təcili tibbi yardım gəlmiş və sürücünü Masallı RMX-ya aparmışlar. O, hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz markalı avtomobilin ön sağ oturacağında əyləşmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, “Mercedes Benz” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Moped” markalı nəqliyyat vasitəsi toqquşmuş, və toqquşmadan sonra “Moped” markalı nəqliyyat vasitəsi sürücüsünün arxası üstə yerə yıxılaraq huşunu itirməmiş və ətrafda olan, eləcədə avtomobillə gedən şəxslər yaxınlaşaraq ona kömək etdirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 02 sentyabr 2024-cü il tarixli 8/2164 saylı ekspert rəyində qeyd edilmişdir ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən, Mercedes-Benz E240 markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 14 iyun 2024-cü il tarixli 534 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün xətti sınığı, epidural hematoma, sağ çiyin, sol said və sağ bud nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 12 may 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E240 minik” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi “Moped” markalı nəqliyyat vasitəsi iş üçün əhəmiyyətli ola biləcəyini nəzərə alıb həmin nəqliyyat vasitələri maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək Masallı RPŞ-nin duracağında saxlanılması qərara alınmışdır. İş materiallarında olan Masallı RİHB-nin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Xıdırov X15 rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla arvadı xx.xx.1991-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X14 və X10 adlı əkiz uşaqları ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X1 RPŞ-də istintaqı davam etdirilən ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış və Masallı RPŞ-nin duracağında saxlanılan etibarnamə ilə ona məxsus olan “Mercedes-Benz E240 minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin müstəntiqi Əli Şiriyevdən qəzadan sonrakı vəziyyətdə təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin DYPB-nə göndərilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini və dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin ikinci bəndinə qeyd edilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur və Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiz ziyan ödənilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, qərar qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, bir ədəd “Moped” markalı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs qaytarılmalı və maddi sübut kimi tanınmış “Mercedes Benz E240 minik” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə X4 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “bаşqа yеrə gеtməməк hаqqındа iltizаm” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E240 minik” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 qaytarılması nəzərə alınsın və “Moped” markalı nəqliyyat vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-220/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-220/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver