Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-221/2023 04.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonunda doğulmuş, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, həbs olunandək fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyada olmaqla Sumqayıt şəhəri, 18-ci mikrorayon, bina 20, mənzil 15-də yaşayan, barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-551/2023cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1986-cı ildə Masallı rayonunda doğulmuş, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyada olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs sonuncunun oğlu Şahid1 Ukrayna Respublikasının Xarkov Dövlət Universitetini bitirməsi ilə əlaqədar ona verilmiş diplomu Təhsil Nazirliyində işləyən Sevinc adlı tanışının vasitəsi ilə Azərbaycan Respublikasında tanıdacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özlərinə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Roman Palace” restoranın həyətində olan otaqda 5000 manat, xx.xx.2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs “whatsap” ani mesajlaşma vasitəsi ilə göndərdiyi 4169 7388 8569 6728 saylı bank kartına sonuncunun Masallı şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx"da quraşdırılmış terminaldan göndərdiyi 1000 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs sonuncunun oğlu Şahid1 Ukrayna Respublikasının Xarkov Dövlət Universitetini bitirməsi ilə əlaqədar ona verilmiş diplomu Təqsirləndirilən şəxs1 Təhsil Nazirliyində işləyən Sevinc adlı tanışının vasitəsi ilə Azərbaycan Respublikasında tanıdacağına dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özlərinə inandırdıqdan sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Roman Palace” restoranın həyətində olan otaqda 5000 manat, xx.xx.2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs “whatsap” ani mesajlaşma vasitəsi ilə Təqsirləndirilən şəxs1 göndərdiyi 4169 7388 8569 6728 saylı bank kartına Zərərçəkmiş şəxs Masallı şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx"da quraşdırılmış terminaldan göndərdiyi 1000 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə 6000 (altı min) manat, yol xərci və bu işlərlə bağlı çəkdiyi xərclərə görə 1800 (bir min səkkiz yüz) manat, cəmi 7800 (yeddi min səkkiz yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 100 (bir yüz) manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun həm sinif yoldaşı, həm də ki, qonşusudur. 2023-cü ilin aprel ayının axırlarında Tural ilə mobil telefonun “whatsap” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan zaman Tural ona Zərərçəkmiş şəxs adında Masallı rayonunda bir nəfər şəxsin olmasını, Nizaminin oğlanlarının xarici ölkələrdə təhsil almalarını, lakin onların diplomlarının Azərbaycanda tanınmamasını, Nizaminin həmin diplomları Azərbaycanda tanıtmaq istədiyini bildirmişdir. Həmin vaxta qədər o, Nizamini tanımamışdır. O, Turala yaranmış həmin problemi həll edə biləcəyini, işi həll etmək üçün müəyyən tanışlarının olmasını və işin tam şəkildə həlli üçün 15000 manat pul lazım olmasını demişdir. Lakin həqiqətdə isə onun Təhsil Nazirliyində işləyən hər hansı bir tanışı olmamışdır. Lakin diplom təsdiqi ilə bağlı tez-tez problemlərin yaranmasını eşidirmiş və ilk əvvəl Nizamidən alacağı pul ilə hər hansı bir tanış tapıb diplomları təsdiq etdirməyi düşünmüşdür. Tural ilə danışdıqdan sonra isə Tural bu barədə Nizami ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra Tural ona Nizami ilə bu barədə danışdığını və Nizaminin özünün onunla danışmaq istəməsini bildirmişdir. O, “whatsap” vasitəsi ilə Nizaminin özü ilə danışmış və ona oğlanlarının xarici ölkədə təhsil almaları ilə bağlı verilmiş diplomlarının Azərbaycanda təsdiqi ilə bağlı yaranmış problemi həll edəcəyini demişdir. Onun əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləmiş və təxminən bir ilə yaxın müddət ərzində tanıdığı Məzahir adlı tanışı olmuşdur. Onunla tanışlıqları Bakı şəhərində bir neçə dəfə torpaq alğı-satqısı zamanı qarşılaşdıqları üçün yaranmışdır. O, bu barədə Tural ilə “whatsap”la danışan zaman ona da demişdir. Tural isə söhbət əsnasında Zərərçəkmiş şəxs “Əkbərin Məzahir adlı XDMX-də işləmiş tanış var” demişdir. Buna görə də aralarında olan sonrakı danışıqlarda Nizami ona Turalın ona Məzahir adlı tanışının olması barədə məlumat verməsini, həqiqətən belə bir tanışının olub-olmamasını soruşmuşdur. O, isə həqiqətən belə bir tanışının olmasını bildirmişdir. Bundan sonra Nizami ona diplomlar təsdiq edildikdən sonra həmin şəxsin vasitəsi ilə oğlanlarını DTX-də işə düzəldə bilib-bilməyəcəklərini soruşmuşdur. O, isə Nizamiyə Bakı şəhərinə gəldikləri zaman Məzahiri də çağıracağını və bu barədə özlərinin danışıb söhbət etmələrini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs hələ onlar ilk dəfə görüşməmişdən əvvəl oğlanlarına aid sənədləri taksi ilə Bakı şəhərinə göndərmişdir. O, isə həmin sənədləri Bakı şəhəri “20 Yanvar” dairəsi deyilən yerdən taksidən götürmüşdür. Bu minvalla aralarında olan razılıq əsasında xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən “Roman Palace” restoranının həyətində Tural, Nizami və Nizamin iki oğlu ilə görüşmüşlər. Nizaminin onlarla görüşə gələn oğlanlarından ortancılı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında nəzarətçi işləyir. O, restorana getməmişdən qabaq isə tanışı Məzahirə zəng edərək Masallı rayonundan tanışlarının gələcəyini, onlarla diplomların Təhsil Nazirliyində tanınması məsələsini danışacaqlarını, diplomların təsdiqindən sonra iki nəfərin dövlət orqanlarında xidmətə düzəlməsi məslələri barədə də danışmaq istəmələrini, buna görə də onunla birlikdə gəlməsini demişdir. Buna görə də o, restorana getdikdən sonra Məzahir də onun yanına gəlmişdir. Onlar Nizamigil ilə görüşdükdən sonra restoranın həyətində yerləşən otaqlardan birində əyləşmişlər. Aralarında olan danışıq əsnasında o, diplomların təsdiqi məsələsini həll edəcəyini bildirmişdir. Nizami həmin vaxt böyük oğlunun diplomunun qiymətləndirmə cədvəlini itirdiklərini və həmin cədvəlin əslini Ukrayna Respublikasının Xarkov Dövlət Universitetindən özlərinin gətizdirəcəklərini və ona verəcəklərini demişdir. Bundan sonra isə Nizami lazım olan 15000 manatı onaə bütöv verə bilməyəcəyini, həmin pulun 5000 manatını işə başlamaq üçün verəcəyini demişdir. O, isə onunla razılaşdıqdan sonra Nizami 5000 manat pulu sayıb onlarla otaqda əyləşən Turala vemiş, Tural isə həmin pulu ona vermişdir. Məzahir getdikdən sonra o, da Tural ilə başqa bir işlə bağlı çıxıb getmişdir. Onlar taksidə olan zaman Tural ona pula ehtiyacının olmasını bildirmiş, ona borc olaraq pul verməsini xahiş etmişdir. O, Nizamidən aldığı 5000 manat puldan Turala 700 manat borc pul vermişdir. Bundan sonra may ayının 11-də Nizami ilə “whatsap” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq ona verdiyi 5000 manat puldan 700 manatını Turala verdiyini, 300 manat pulu isə özündə saxladığını, Təhsil Nazirliyinə 4000 manat pul verdiyini, 1000 manat pulun isə çatmadığını, həmin pulu göndərməsini istəmişdir. Nizami isə onunla razılaşdıqdan sonra ona atdığı bankomat karıtna əlavə 1000 manat da pul göndərmişdir. Bundan sonra isə Nizamigili yalan vədlərlə aldatmağa davam etmişdir. Aralarında diplomların təsdiqi ilə bağlı ümumilikdə 15000 manat məbləğində razılaşma olmuşdur. Həmin razılaşmadan sonra Nizamidən ümumilikdə 6000 manat pul almışdır. Lakin Turalın onu Nizamini aldadacağından məlumatı olmamışdır. Bundan sonra Tural da bir müddət ona mesaj ataraq işin düzəlməməsi səbəbindən onun ortada pis vəziyyətdə qaldığını, Zərərçəkmiş şəxs ya pulunun, ya da sənədlərinin geri qaytarılmasını demişdir. Eynilə Zərərçəkmiş şəxs da dəfələrlə ona “whatsap” mesajlaşması vasitəsilə yazaraq sənədlərini və pulunu geri istəmiş, ona da pulun və sənədlərin geri qaytaralıcağı barədə yalan vədlər vermişdir. Zərərçəkmiş şəxs qarşı dələduzluq etdiyini etiraf edir. Səhvini dərk edir, məsuliyyətini anlayır. Zərərçəkmiş şəxs pulu övladlarının diplomlarını Azərbaycanda təsdiq etdirmək məqsədi ilə aldığını bildirsə də, etibarından sui-istifadə edərək onu aldatmış, Nizamidən aldığı pulu öz ehtiyaclarına xərcləmiş, hər hansı bir iş görməmişdir. Təqsirləndirilən şəxs2 isə hazırki cinayətdə heç bir iştirakı və əlbirliyi olmamışdır. Zərərçəkmiş şəxs Turalın vasitəsi ilə onunla tanış olmuşdur. Sonda Ə.Q.X8rşı dələduzluq cinayətini təkbaşına törətdiyini, Təqsirləndirilən şəxs2 onunla əlbir olmadığını, nə də Turalın onun Zərərçəkmiş şəxs aldatmasından məlumatının olmamasını, Təqsirləndirilən şəxs2 həmin cinayət əməlində heç bir günahının olmamasını, Zərərçəkmiş şəxs birinci dəfə tanışlıq zamanı onunla görüşdüyünü, həmin vaxtı Turalın yanında ona 5000 manat verildiyini, qalan hallarda isə Zərərçəkmiş şəxs şəxsən onunla Turalın vasitəçiliyi və iştirakı olmadan birbaşa danışıqlar apardığını, sonradan ona 1000 manat kartına pul göndərdiyini bildirib, onun barəsində ədalətli və qanuni qərar qəbul edilməsini, Təqsirləndirilən şəxs2 isə məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs1 məhkəmə iclasında mülki iddianı qismən qəbul edərək, bildirmişdir ki, törətdiyi cinayət nəticəsində Zərərçəkmiş şəxs 6000 manat məbləğində maddi ziyan vurduğunu qəbul edir. Lakin 1800 manat məbləğində əlavə xərcləri qəbul etmir, ona görə ki, Nizami Alşov həmin xərclərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki iddianın 6000 manat hissəsində təmin edilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri 18-ci mikrorayon bina 20, mənzil 15-də kirayədə yaşayır. Masallı rayonu, Yeddioymaq kəndindən olan Təqsirləndirilən şəxs2 onun həm sinif yoldaşı, həmdə ki qonşusu olmuşdur. 2023-cü ilin aprel ayının axırlarında Tural ilə mobil telefonun “whatsap” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan zaman Tural ona Zərərçəkmiş şəxs adında Masallı rayonunda bir nəfər şəxsin olmasını, Nizaminin oğlanlarının xarici ölkələrdə təhsil almalarını, lakin onların diplomlarının Azərbaycanda tanınmamasını, Nizaminin həmin diplomları Azərbaycanda tanıtmaq istədiyini bildirmişdir. Həmin vaxta qədər o, Nizamini tanımırmış. O, Turala yaranmış həmin problemi həll edə biləcəyini, işi həll etmək üçün müəyyən tanışlarının olmasını və işin tam şəkildə həlli üçün 15000 manat pul lazım olmasını demişdir. Lakin həqiqətdə isə onun Təhsil Nazirliyində işləyən hər hansı bir tanışı yox imiş. Lakin diplom təsdiqi ilə bağlı tez-tez problemlərin yaranmasını eşidirmiş və ilk əvvəl Nizamidən alacağı pul ilə hər hansı bir tanış tapıb diplomları təsdiq etdirməyi düşünürmüş. Tural ilə danışdıqdan sonra isə Tural bu barədə Nizami ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra Tural ona Nizami ilə bu barədə danışdığını və Nizaminin özünün onunla danışmaq istəməsini bildirmişdir. O, “whatsap” vasitəsi ilə Nizaminin özü ilə danışmış və ona oğlanlarının xarici ölkədə təhsil almaları ilə bağlı verilmiş diplomlarının Azərbaycanda təsdiqi ilə bağlı yaranmış problemi həll edəcəyini demişdir. Onun əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləmiş və təxminən bir ilə yaxın müddət ərzində tanıdığı Məzahir adlı tanışı var. Onunla tanışlıqları Bakı şəhərində bir neçə dəfə torpaq alğı-satqısı zamanı qarşılaşdıqları üçün yaranmışdır. O, bu barədə Tural ilə “whatsap”la danışan zaman ona da demişdir. Tural isə söhbət əsnasında Zərərçəkmiş şəxs “Əkbərin Məzahir adlı XDMX-də işləmiş tanış var” demişdir. Buna görə də aralarında olan sonrakı danışıqlarda Nizami ona Turalın ona Məzahir adlı tanışının olması barədə məlumat verməsini, həqiqətən belə bir tanışının olub-olmamasını soruşmuşdur. O, isə həqiqətən belə bir tanışının olmasını bildirmişdir. Bundan sonra Nizami ona diplomlar təsdiq edildikdən sonra həmin şəxsin vasitəsi ilə oğlanlarını DTX-də işə düzəldə bilib-bilməyəcəklərini soruşmuşdur. O, isə Nizamiyə Bakı şəhərinə gəldikləri zaman Məzahiri də çağıracağını və bu barədə özlərinin danışıb söhbət etmələrini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs hələ onlar ilk dəfə görüşməmişdən əvvəl oğlanlarına aid sənədləri taksi ilə Bakı şəhərinə göndərmişdir. O, isə həmin sənədləri Bakı şəhəri “20 Yanvar” dairəsi deyilən yerdən taksidən götürmüşdür. Tural ilə aralarında olan razılığa görə diplomların təsdiqi üçün veriləcək 15000 manat pulun 1000 manatını ona “şirinlik” kimi verəcəyini də demişdir. Bu minvalla aralarında olan razılıq əsasında xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən “Roman Palace” restoranının həyətində Tural, Nizami və Nizamin iki oğlu ilə görüşmüşlər. Nizaminin onlarla görüşə gələn oğlanlarından ortancılı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında nəzarətçi işləyir. O, restorana getməmişdən qabaq isə tanışı Məzahirə zəng edərək Masallı rayonundan tanışlarının gələcəyini, onlarla diplomların Təhsil Nazirliyində tanınması məsələsini danışacaqlarını, diplomların təsdiqindən sonra iki nəfərin dövlət orqanlarında xidmətə düzəlməsi məslələri barədə də danışmaq istəmələrini, buna görə də onunla birlikdə gəlməsini, həmçinin üzərində pulunun az olmasını, əgər yemək yeyəsi olsalar hesabı qarşılamasını və sonradan özünün ona ödədiyi hesabı qaytaracağını demişdir. Buna görə də restorana getdikdən sonra Məzahir də onun yanına gəlmişdir. Onlar Nizamigil ilə görüşdükdən sonra restoranın həyətində yerləşən otaqlardan birində əyləşmişlər. Aralarında olan danışıq əsnasında o, diplomların təsdiqi məsələsini həll edəcəyini bildirmişdir. Nizami həmin vaxt böyük oğlunun diplomunun qiymətləndirmə cədvəlini itirdiklərini və həmin cədvəlin əslini Ukrayna Respublikasının Xarkov Dövlət Universitetindən özlərinin gətizdirəcəklərini və ona verəcəklərini demişdir. Bundan sonra isə Nizami lazım olan 15000 manatı ona bütöv verə bilməyəcəyini, həmin pulun 5000 manatını işə başlamaq üçün verəcəyini demişdir. O, isə onunla razılaşdıqdan sonra Nizami 5000 manat pulu sayıb onlarla otaqda əyləşən Turala vemişdir. Tural isə həmin pulu ona vermişdir. Məzahir getdikdən sonra o, da Tural ilə çıxıb getmişdir. Onlar taksidə olan zaman Tural ona pula ehtiyacının olmasını və ona da 5000 manat puldan “şirinlik” verməyini istəmişdir. O, 5000 manat puldan Turala 700 manat pul vermişdir. Bundan sonra may ayının 11-də Nizami ilə “whatsap” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq ona verdiyi 5000 manat puldan 700 manatını Turala verdiyini, 300 manat pulu isə özündə saxladığını, Təhsil Nazirliyinə 4000 manat pul verdiyini, 1000 manat pulun isə çatmadığını, həmin pulu göndərməsini istəmişdir. Nizami isə onunla razılaşdıqdan sonra ona atdığı bankomat kartına əlavə 1000 manat da pul göndərmişdir. Bundan sonra isə Nizamigili yalan vədlərlə aldatmağa davam etmişdir. Aralarında diplomların təsdiqi ilə bağlı ümumilikdə 15000 manat məbləğində razılaşma olmuşdur. Həmin razılaşmadan sonra Nizamidən ümumilikdə 6000 manat pul almışdır. Hazırda da Zərərçəkmiş şəxs qarşı dələduzluq etdiyini etiraf edir. Səhvini dərk edir, məsuliyyətini anlayır. İlkin olaraq Zərərçəkmiş şəxs pul almaqda məqsədi onun övladlarının diplomlarını Azərbaycanda təsdiq elətdirmək olsa da, sonradan məqsədi Nizamidən aldığı pulu öz ehtiyaclarına xərcləmək, ona hər hansı bir iş görməmək olmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Masallı şəhəri Qarabağ küçəsi, döngə 2, dalan 4-də ailəsi ilə birlikdə yaşayır. Ədliyyə Nazirliyinin Mediasiya Şurasında cənub bölgəsi üzrə müstəqil mediator vəzifəsində işləyir. Oğlu Şahid1 2016-cı il tarixdə Ukrayna Respublikasının Xarkov Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Lakin, həmin ərəfələrdə Xarkov Dövlət Universitetinin verdiyi diplom dövlət səviyyəsində tanınmamışdır. Son illər ərzində isə həmin universitetin verdiyi diplomlar dövlət səviyyəsində tanınmağa başlamışdır. Lakin oğlu Şahid1 universiteti bitirməsi ilə bağlı qiymət cədvəlini itirdikləri üçün onun diplomunu dövlət səviyyəsində tanıda bilməmişlər. Həmçinin, Ukrayna Respublikası Rusiya Federasiyası ilə müharibə dönəmlərində olduğu üçün Xarkov Universitetindən qiymət cədvəlinin əslini götürə bilməmişlər. Yaranmış bu narahatçılıq barədə uzun müddətdir ki tanıdığı Masallı rayonu, İ Yeddioymaq kəndindən olan Təqsirləndirilən şəxs2lə danışan zaman Tural ona Təqsirləndirilən şəxs1 adında bir nəfər həmkəndlisinin olmasını, onun əlaqələrinin geniş olmasını, həmin şəxsin vasitəsi ilə diplomun tanınması ilə bağlı yaranmış narahatçılığın həll ediləcəyini bildirmişdir. O, razılıq verdikdən sonra bu barədə “whatsap” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə Əkbərlə əlaqə saxlamışlar. Əkbər ona da diplomun təsdiq edilməsi üçün müəyyən tanışlarının olmasını bildirmişdir. Bundan sonra aralarında olan şifahi razılıq əsasında onlar birlikdə Bakı şəhərinə gedərək orada Əkbər adlı şəxslə görüşüb danışacaqları ilə bağlı razılığa gəlmişlər. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, Tural və oğlu Nahidlə birlikdə Bakı şəhərinə getmişlər. Tural mobil telefonla Əkbərə zəng etmiş və Əkbərlə görüş yeri kimi Bakı şəhəri, Nizami rayonunda yerləşən “Roman Palace” şadlıq sarayının həyəti təyin edilmişdir. Onlar təyin edilən yerə getdikdən sonra orada Əkbər və sonradan özünü Məzahir adı ilə təqdim edən bir nəfər şəxslə görüşmüşlər. Onlar orada restoranın həyətində olan kafedə əyləşmişlər. Aralarında söhbət zamanı Əkbər adlı şəxs Xüsusi Dövlət Mühafizə Xidmətində, özünü Məzahir kimi təqdim edən şəxs isə Dövlət Təhlükəsizlik Xidmətində işləməsini bildirmişdir. Bundan sonra o, onlara yaranmış problemlə bağlı məlumat verərək oğlu Şahid1 diplomunun əlavəsi olan qiymət cədvəlinin itdiyini bildirmişdir. Əkbər isə ona Təhsil Nazirliyində Sevinc adında bir nəfər qadının işləməsini, onun vasitəsi ilə qiymət cədvəlinin əldə olunacağını və diplomun tanınacağını bildirmişdir. Həmçinin, Məzahir adlı şəxs də onlara DTX-ya gənc kadrların işə götürülməsi proseslərinin başlamasını, oğlu Nahidin diplomu təsdiq edildikdən sonra onu DTX-da işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra onlar bu işlərin həlli üçün 15000 manat pul lazım olmasını demişdir. Lakin hələlik 5000 manat diplomun təsdiqi üçün Təhsil Nazirliyinə, 5000 manat isə Nahidin DTX-də işə düzəldilməsi üçün vermələrini, geridə qalan 5000 manat pulu isə iş düzəldikdən sonra vermələrini bildirmişdir. O, həmin şəxsləri tanımadığı üçün bir qədər ehtiyat edərək birdəfəlik 10000 manat pul vermək istəmədiyini bildirdib, beh kimi ilkin olaraq 2000 manat verə biləcəyini, pulun qalanını isə işlər tam həll edildikdən sonra verəcəyini demişdir. Lakin Əkbər ilkin olaraq 10000 manat pulun verilməsinin vacib olmasını demişdir. Lakin o, ilkin olaraq 5000 manat pul verə biləcəyini bildirmişdir. Həmin vaxt onlarla birlikdə olan Təqsirləndirilən şəxs2 də ona Əkbəri tanımasını, özünün cavabdeh olmasını, heç bir narahatçılıq olmayacağını, hətta nəsə narahatçılıq olarsa 5000 manatı özünün geri qaytaracağını bildirib 5000 manat pulu verməsini demişdir. Bundan sonra o, Turalın sözünə arxayın olub, 5000 manat pulu restoranda oturduqları otaqda sayaraq Turala vermiş, Tural isə həmin pulu yanlarında sayaraq Əkbərə vermişdir. Əkbər oğlu Nahidin diplomunun əslini götürüb əlavə olaraq onun DTX-da işə düzəlməsi ilə bağlı şəxsiyyət vəsiqəsini və hərbi biletini də istəmişdir. Oğlu Nahid avtomobildən həmin sənədləri də gətirmiş və onlar həmin sənədləri Əkbərgilə təqdim etmişlər. Həmin vaxt Əkbər onlara diplomun tanınması ilə bağlı Nahidin mobil telefon nömrəsinə 2 gün ərzində mesaj gələcəyini demişdir. Bundan sonra ilk əvvəl Məzahir onlarla sağollaşıb getdikdən sonra Əkbər də getmək üçün kafedən çıxmışdır. Təqsirləndirilən şəxs2 də bibisi oğlu ilə görüşüb qayıdacağını deyib Əkbərlə birlikdə getmişdir. O, isə oğlu Nahidlə birlikdə həmin restoranda əyləşib Turalın qayıtmasını gözləmişdir. Təxminən 1 saatdan sonra Tural geri qayıtmış və onlar restorandan çıxıb oradan birbaşa Masallı rayonuna qayıtmışlar. Rayona çatdıqdan sonra isə Tural ona Əkbərin verilən 5000 manat puldan ona 700 manat pul verməsini bildirmişdir. O, isə Turala həmin pulun ona verilməsini bildirib pulu özündə saxlamasını demişdir. İki gündən sonra həqiqətən oğlu Nahidin mobil telefon nömrəsinə “ETN” başlığı altında mesaj gəlmişdir. Həmin mesaj da isə “Sanadlariniz icraata verilmişdir” cümləsi yazılmışdır. Bundan 2-3 gün sonra “whatsap” vasitəsi ilə Əkbərin mobil telefonuna zəng etmişdir. Əkbərlə danışıq zamanı Əkbər ona verdiyi 5000 manat puldan 700 manat pulu Turala verdiyini, 300 manatını xərclədiyini və 1000 manat pul çatmadığı üçün işi düzəldə bilmədiyini demişdir. O, Əkbərə çatışmayan 1000 manat pulu da göndərəcəyini demişdir. Əkbər isə “whatsap” vasitəsi is ilə ona "xxxx" ASC-yə aid olan bankomat kartının şəklini göndərərək 1000 manat pulu həmin karta göndərməsini demişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" da quraşdırılmış terminaldan Əkbərin göndərdiyi bank kartına 1000 manat əlavə pul göndərmişdir. Onun Əkbərə inanmağına, pul verməyinə təkid edən şəxs Tural olduğu və Əkbər aldığı puldan Turala da 700 manat pul verdiyi üçün onun da Əkbərgil ilə əlbir olmasını düşünmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qarşı əlibir olub ona qarşı dələzuluq etməsini Əkbərin telefonda ona verilmiş 5000 manat məbləğində puldan 700 manatını Turala verməsini deməsinə, buna görə işin yubandığını, əlavə olaraq 1000 manatın lazım olduğunu deyənə qədər bilməmişdir. Bu barədə Turaldan soruşduqda Tural həmin fatkı ona etiraf etmiş, işi düzəlsin deyə Təqsirləndirilən şəxs1 kart vasitəsilə yenidən 1000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs1 işini düzəltmədiyindən dəfələrlə mobil telefonuna zəng etmiş, həmçinin “whatsap” vasitəsi ilə yazaraq pulunun və onda olan oğlu Nahidə məxsus hərbi biletin əslinin geri qaytarılmasını tələb etmiş, hər dəfə Təqsirləndirilən şəxs1 bəhanələr gətirərək, nə pulu, nə də sənədləri ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs2 ona Əkbərə verilmiş 6000 manat məbləğində puldan 1700 manatı hissə-hissə və əlavə olaraq 2100 manat məbləğində qızıl-zinyət əşyası verməsi, hansı ki, həmin qızıl əşyasını Masallı şəhərində bazarda qızıl satışı ilə məşğul olan Şahid4 onun təkidi ilə alaraq ona verməsi tamamilə yalandır. Tural ona nə pul, nə də qızıl-zinət əşyası vermiş, Təqsirləndirilən şəxs2 Şahid4 qızıl əşyasını qohumunun toy mərasimi ilə əlaqədar almış, pulunu toydan sonra geri qaytarcağını demişdir. Masallı rayonunda müxtəlif vəzifələrdə işlədiyindən, həm də həmin ərəfələrdə Tural onun yanında işlədiyi üçün, Şahid4 Turala qızılı verməsinə görə narahat olmamasını, toydan sonra Tural onun pulunu verəciyini demişdir. Turalı pulun əvəzində qızıl alıb, ona verməsinə məcbur etməmişdir. Turalın məhkəmə istintaqında göstərdiyi xüsusatlar yalan olmaqla məqsədi cinayət məsuliyyətindən yayınmaqdır. Baş vermiş dələduzlu faktı ilə bağlı dəfələrlə Bakı şəhərinə getmiş, hər dəfə nəqliyyat, kirayə, yemək və sair xərclərə görə 1800 manat pul xərcləmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmadığını, Təqsirləndirilən şəxs1 ağır cəza verilməsi, Təqsirləndirilən şəxs2 cərimə cəzasından başqa istənilənin cəzanın təyin edilməsi, həmçinin mülki iddianın təmin edilməklə 7800 manat və dövlət rüsmu qismində ödənilmiş 100 manat pulun Təqsirləndirilən şəxs1 alınaraq ona verilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı şəhəri, Qarabağ küçəsi, döngə 2, dalan 4-də ailəsi ilə birlikdə yaşayır. 2016-cı il tarixdə Ukrayna Respublikasının Xarkov Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Lakin, həmin ərəfələrdə Xarkov Dövlət Universitetinin verdiyi diplom dövlət səviyyəsində tanınmırdı. Son illər ərzində isə həmin universitetin verdiyi diplomlar dövlət səviyyəsində tanınmağa başlamışdır. Lakin universiteti bitirməsi ilə bağlı qiymət cədvəlini itirdiyi üçün diplomunu dövlət səviyyəsində tanıda bilməmişdilər. Ukrayna Respublikası Rusiya Federasiyası ilə müharibə dönəmlərində olduğu üçün Xarkov Universitetindən qiymət cədvəlinin təkrar götürə bilməmişlər. Buna görə də atası həmin problemi həll etmək üçün çalışırmış. Belə ki, atası tanışları Tural adlı şəxsin Əkbər adlı tanışının vasitəsi ilə onun diplomunun əlavəsi olan qiymətləndirmə cədvəlinin əldə olunaraq təsdiq olunacağını, həmçinin onun DTX-da işə düzəlməyi ilə bağlı razılığa gələcəklərini demişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, atası və Tural birlikdə Bakı şəhərinə getmişlər. Tural mobil telefonla Əkbərə zəng etmiş və Əkbərlə görüş yeri kimi Bakı şəhəri, Nizami rayonunda yerləşən “Roman Palace” şadlıq sarayının həyəti təyin edilmişdir. Onlar təyin edilən yerə getdikdən sonra Əkbər və Məzahir kimi özünü təqdim edən şəxslə görüşdükdən sonra restoranın həyətində olan kafedə əyləşmişlər. Söhbət zamanı Əkbər adlı şəxs və özünü Məzahir kimi təqdim edən şəxs dövlət orqanlarında işləmələrini bildirmişlər. Bundan sonra atası onlara yaranmış problemlə bağlı məlumat verdikdən sonra Əkbər Təhsil Nazirliyində Sevinc adında bir nəfər qadının işləməsini, onun vasitəsi ilə qiymət cədvəlinin əldə olunacağını və diplomun tanınacağını bildirmişdir. Həmçinin, Məzahir adlı şəxs isə onlara DTX-ya gənc kadrların işə götürülməsi proseslərinin başlamasını, onun diplomu təsdiq edildikdən sonra onu DTX-da işə düzəldə biləcəyini bildirmişdir. Əkbər isə bu işlərin həlli üçün ümumilikdə 15000 manat pul lazım olmasını bildirmişdir. Lakin hələlik 5000 manat diplomun təsdiqi üçün Təhsil Nazirliyinə, 5000 manat isə onun DTX-da işə düzəldilməsi üçün vermələrini, geridə qalan 5000 manat pulu isə iş düzəldikdən sonra vermələrini bildirmişdir. Atası həmin şəxslərə birdəfəlik 10000 manat pul vermək istəmədiyini bildirdib, beh kimi ilkin olaraq 2000 manat verə biləcəyini, pulun qalanını isə işlər tam həll edildikdən sonra verəcəyini demişdir. Lakin Əkbər bu işlərin həlli üçün ilkin olaraq 10000 manat pulun verilməsinin vacib olmasını demişdir. Atası hələlik diplomun təsdiqi üçün 5000 manat verrə biləcəyini bildirmişdir. Əkbər isə atası ilə razılaşmışdır. Həmin vaxt onlarla birlikdə olan Təqsirləndirilən şəxs2 atasına Əkbəri tanımasını, özünün cavabdeh olmasını, heç bir narahatçılıq olmayacağını, hətta nəsə narahatçılıq olarsa 5000 manatı özünün geri qaytaracağını bildirib 5000 manat pulu verməsini atasına demişdir. Bundan sonra atası Turalın sözünə arxayın olub 5000 manat pulu restoranda Turala vermişdir. Tural isə həmin pulu yanlarında Əkbərə vermişdir. Bundan sonra Əkbər onun diplomunun əslini götürüb əlavə olaraq DTX-da işə düzələcəyi ilə bağlı şəxsiyyət vəsiqəsini və hərbi biletini də istəmişlər. O, avtomobildən həmin sənədləri də gətirmiş və onlar həmin sənədləri Əkbərə təqdim etmişlər. Həmin vaxt Əkbər onara diplomun tanınması ilə bağlı mobil telefon nömrəsinə 2 gün ərzində mesaj gələcəyini demişdir. Bundan sonra əvvəlcə Məzahir onlarla sağollaşıb getdikdən sonra Əkbər də restorandan çıxıb getmişdir. Təqsirləndirilən şəxs2 də bibisi oğlu ilə görüşüb qayıdacağını deyib Əkbərlə birlikdə getmişdir. O, isə atası Nizami ilə birlikdə həmin restoranda əyləşib Turalın qayıtmasını gözləmişdir. Təxminən 1 saatdan sonra Tural geri qayıtmış və onlar restorandan çıxıb oradan birbaşa Masallı rayonuna qayıtmışlar. Rayona çatdıqdan sonra isə Tural Əkbərin ona verilən puldan 700 manat pul verməsini demişdir. Atası isə Turala həmin pulun ona iş düzüb qoşduğu üçün verildiyini, pulun ona aid olmasını demişdir. İki gündən sonra mobil telefon nömrəsinə “ETN” başlığı altında mesaj gəlmişdir. Həmin mesajda isə “Sanadlariniz icraata verilmişdir” cümləsi yazılmışdır. Bundan 2-3 gün sonra atası əlavə olaraq Əkbərin “whatsap” vasitəsi ilə atdığı "xxxx" ASC-yə aid olan bankomat kartına 1000 manat pul da göndərməsini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydiyyada olmaqla Abşeron rayonu, Masazır qəsbəsində yaşayır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında nəzarətçi işləyir. Qardaşı Şahid1 2016-cı il tarixdə Ukrayna Respublikasının Xarkov Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Həmin ərəfələrdə Xarkov Dövlət Universitetinin verdiyi diplom dövlət səviyyəsində tanınmırdı. Son illər ərzində isə həmin universitetin verdiyi diplomlar dövlət səviyyəsində tanınmağa başlamışdır. Qardaşı Nahidin universiteti bitirməsi ilə bağlı diplomun əlavəsi olan qiymət cədvəli itdiyi üçün onun diplomunun dövlət səviyyəsində tanınması mümkün olmurdu. Buna görə də atası həmin problemi həll etmək üçün çalışırdı. Belə ki, atası tanışları Tural adlı şəxsin Əkbər adlı tanışının vasitəsi ilə Nahidin diplomunun təsdiqlənməsi məsələsini həll etmək istəyirdi. Buna görə xx.xx.2023-cü il tarixdə atasıgil Bakı şəhərinə gəlmişdilər. Bu minvalla atası onunla danışaraq görüşmələrini istəmişdir. Həmin tarixdə axşam saatlarında onun xidməti növbəsi olumuşdur. O, vaxt itirməmək üçün atasıgil Bakıya gəldikdən sonra özü onların yanına gedərək onlarla görüşəcəkdi. Belə ki, həmin tarixdə artasıgil Bakı şəhəri, Nizami rayonunda yerləşən “Roman Palace” şadlıq sarayına gəlmişlər və o, da onlarla görüşmək üçün həmin restorana getmişdir. Restorana çatdıqdan sonra atasıgil ilə görüşmüşdür. Həmin vaxt orada atası, atasının tanışı Tural, qardaşı Nahid, Əkbər və özünü Məzahir adı ilə təqdim edən şəxs olmuşdur. O, atasıgil ilə görüşdükdən sonra atasına işə gedəcəyini bildirib çölə çıxmışdır. Həmin vaxt Məzahir də arxasınca siqaret çəkmək üçün bayıra çıxmışdır. Bu zaman ona yaxınlaşıb işi ilə bağlı soruşmuşdur. Daha sonra onu DTX-da işə düzəldə biləcəyini bildirmişdir. Lakin o, özünün işinin olmasını bildirib DTX-da işləmək istəmədiyini demişdir. Daha sonra isə atası bayıra çıxmış və Məzahir atasına da onun barəsində fikrini demişdir. Lakin atası razılıq verməmişdir. Daha sonra isə o, onlarla görüşərək oradan işə getmişdir. Atasıgilin aralarında olan sonrakı söhbətlərdə, atasının Əkbərə pul təqdim etməsində iştirak etməmişdir. Lakin bu barədə sonradan maraqlanmış və onların aralarında ümumilikdə 15000 manat pul müqabilində razılıq əldə edildiyini, atasının həmin gün 5000 manat Əkbərə pul verməsini öyrənmişdir. Sonradan isə Əkbər əlavə olaraq atasından 1000 manat pul da almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında tədqiq edilməklə ifadəsi elan olunmuşdur. O, istintaqda veridyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 13, ailəvi yataqxana mənzil 14-də qeydiyyada olmaqla Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşayır. Hazırda konkret olaraq hər hansı bir işlə məşğul olmur. Təqsirləndirilən şəxs1 ilə təxminən 1 il müddətdir ki, tanışlıqları var. Bakı şəhərində maklerliklə məşğul olduqları ərəfələrdə onunla tanışlıqları yaranmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı bir ədavət və düşmənçilikləri olmamışdır. O, əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində əməliyyat sürcüsü kimi işləmişdir. Müəyyən dövlət orqanlarında işləyən tanışları var. Bu barədə Əkbərin də məlumatı var idi. Buna görə də Əkbər ona zəng edərək biri sinif yoldaşı olmaqla Masallı rayonundan olan tanışlarının Bakı şəhərinə gələcəyini, sinif yoldaşının bir nəfər tanışının övladlarının xaricdə təhsil almaları ilə bağlı diplomlarını Azərbaycan Respublikasında təsdiq etdirmələri məsələləri ilə bağlı danışacaqlarını, üzərində pulunun az olmasını, ola bilər ki, yemək yeyerlərsə pulunun çatmamasını, həmçinin gələn şəxsin öz oğlanlarını dövlət işində işə düzəltdirmək istəməsi barədə onunla söhbət etmək istədiyini, buna görə də onun da onlarla görüşməyini demişdir. O, müəyyən vaxtlarda Bakı şəhəri, Nizami rayonunda yerləşən “Roman Palace” restoranının həyətində yerləşən kafedə olurmuş. Əkbər də bunu bildiyi üçün gələn şəxslərə görüş yeri kimi həmin restoranı təyin etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Roman Palace” restoranının həyətində yerləşən kafedə olarkən Əkbər həmin kafeyə gəlmişdir. Daha sonra isə adının Nizami olmasını bildiyi şəxs yanında başqa şəxslərlə kafeyə gəlmişlər. Həmin vaxt Əkbər onu da əyləşəcəkləri otağa dəvət etmişdir. Bundan sonra o, da onların əyləşdikləri otağa gəlmişdir. Həmin vaxt otaqda Nizami, adını sonradan bildiyi Tural adlı şəxs və Nizamin iki oğlu ilə görüşmüşdür. Onları ona Əkbər təqdim etmişdir. Danışıq zamanı Nizami hər iki oğlanlarının diplomlarının təsdiqi məsələləri ilə bağlı Əkbərə ümumilikdə 15000 manat pul qarşılığında razılığa gəldikdən sonra Nizami ona Ədliyyə Nazirliyində işləyən oğlanını DTX-da işə düzəltdirmək istədiyini bildirmişdir. O, isə Nizamiyə oğlunun harada işləməsini və hansı ixtisas üzrə təhsil almasını soruşmuşdur. Nizami isə oğlunun Ukrayna Respublikasında Dövlət Universitetində hüquq ixtisası üzrə təhsil aldığını, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında nəzarətçi işlədiyini bildirmişdir. O, Nizamiyə Ədliyə Nazirliyinin İstintaq Təcrdixanasında işləyən oğlunun DTX-də işlə təmin olunması məsələsinin mümkün olmayacağını, belə ki, həmin məsələnin həlli üçün yalnız Nazirliklər arasında razılığın olmasını demişdir. Nizami Ədliyyə Nazirliyində işləyən oğlu ilə bayıra çıxarkən o, da siqaret çəkmək üçün bayıra çıxmışdır. Eyni məsələ ilə bağlı orada da söhbət etmişlər. Nizaminin həmin oğlu getdikdən sonra isə o, otaqda Nizamiyə digər oğlunun diplomu təsdiq olunarsa, bu barədə sonradan əlaqə saxlayıb danışa biləcəklərini demişdir. Bundan sonra Əkbərlə Nizami arasında olan razılıq əsasında Nizami 5000 manat pulu sayıb onlarla otaqda əyləşən Turala vermişdir. Tural isə həmin 5000 manat pulu Əkbərə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Masallı şəhəri Təzə bazarda qızıl satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 əvvəllər tanımışdır. Zərərçəkmiş şəxs da əvvəllər tanımışdır. Təqsirləndirilən şəxs2 işlədiyi qızıl satışı mağazasına gələrək ondan qızıl komplekt dəsti istəmiş, bacısı oğlunun toyu olduğunu, həmin qızılı bacı oğlunun toyu ilə əlaqədar almaq istədiyini bildirmiş, qızılın pulunu isə toydan sonra gətirəcəyini demişdir. Tural əvvəlcə alınacaq qızıl komlekt dəstin bir neçəsinin şəklini çəkərək evdə ailə üzvlərinə göstərəcəyini, hansı birini bəyəndikdən sonra gəlib götürəcəyini demiş, buna etiraz etməmişdir. Ailə üzvləri bəyəndikdən sonra Tural dükana gələrək 2100 manat dəyərində 22,8 qram çəkidə qızıl koplekt dəsti götürmüş, pulunu isə toydan sonra qaytaracağını demişdir. Tural pulun qaytarılmasına əmin olsun deyə ona Nizami Alşovun yanında işlədiyini deməklə qızılı götürərkən özünə aid mobil telefon vasitəsi ilə zəng etdikdən sonra telefonu ona vermiş, zəngə cavab verən şəxsin Zərərçəkmiş şəxs olduğunu demiş, qızılın pulunu qaytaracağna əmin olsun deyə ona Zərərçəkmiş şəxsla danışmasını xahiş etmişdir. O, da telefonda Zərərçəkmiş şəxs Turalın qızıl komlekt dəsti götürdüyünü, pulunu isə toydan sonra qaytarmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs da cavabında ona problemin olmayacağını demişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs zəng etməsəydi belə ona qızılı verəcəkdi. Çünki, Təqsirləndirilən şəxs2 əvvəllər də işlədiyi dükana gələrək ondan qızıl-zinət əşyası götürmüş, sonradan pulunu ödəmişdir. Lakin Tural qızılı götürdükdən sonra pulunu vaxtında tam olaraq qaytarmamış, həmin puldan 1150 manatını qaytarmış, 950 manat borcu qalmışdır. Bununla əlaqədar bir dəfə Zərərçəkmiş şəxs zəng edərək Turalın pulunu tam qaytarmadığını demiş, Nizami də ona Turala bu barədə deyəcəyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayının axırlarında həm sinif yoldaşı, həm də həmkəndlisi olan Təqsirləndirilən şəxs1 ilə “whatsap” ani mesajlaşma vasitəsi ilə əlaqə saxlayıb danışmışlar. Aralarında olan danışıq zamanı Əkbərdən nə işlə məşğul olması barədə soruşmuş, Əkbər isə ona əsasən torpaq alğısatıqısı ilə məşğul olmasını, həmçinin təhsil nazirliyində, dövlət təhlükəsizlik xidmətində və digər qurumlarda tanışlarının və əlaqələrinin olmasını bildirib, həmin qurumlarla bağlı yaranmış bir çox problemli sənədləşmə işlərini həll edə bildiyini bildirmişdir. Buna görə də onun həqiqətən belə bir əlaqələrinin olmasını düşünmüşdür. Əkbər təxminən 10 ilə yaxın olar ki, Masallı rayonu, İ Yeddioymaq kəndindən köçdüyü üçün onunla mütəmadi əlaqələri olmamış, buna görə də onun konkret işinin nə olmasını bilməmişdir. Zərərçəkmiş şəxsla isə bir yerdə işləmişdir. 2023-cü ilin aprel ayı ərəfələrdinə Zərərçəkmiş şəxsla aralarında söhbət zamanı Nizami ona oğlu Şahid1 2016-cı il tarixdə Ukrayna Respublikasının Xarkov Dövlət Universitetinin hüquq fakültəsini bitirməsini, lakin həmin ərəfələrdə Xarkov Dövlət Universitetinin verdiyi diplomun dövlət səviyyəsində tanınmamasını, son illər ərzində isə həmin universitetin verdiyi diplomların dövlət səviyyəsində tanınmağa başladığını, lakin oğlu Şahid1 universiteti bitirməsi ilə bağlı diplomun əlavəsi olan qiymət cədvəlini itirdiyi üçün onun diplomunu dövlət səviyyəsində tanıda bilmədiyini, Ukrayna və Rusiya arasında müharibə olduğu üçün Xarkov Universitetindən qiymət cədvəlinin əslini götürə bilmədiyini demişdir. Buna görə də Əkbərlə danışan zaman diplom məsələsinin həlli ilə bağlı ona məlumat vermişdir. Əkbər isə təhsil nazirliyində olan tanışlarının vasitəsi ilə bu işi həll edə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxsla danışan zaman Nizamiyə Əkbər barədə məlumat verib Nahidin diplomunu Əkbərin təsdiq elətdirə biləcəyini demişdir. Nizami isə Əkbərlə əlaqə saxlamağını və onların görüşüb bu barədə söhbət etmələrini xahiş etmişdir. Bundan sonra o, Əkbərlə əlaqə saxlamış və Nizaminin onun vasitəsi ilə oğlu Nahidin diplomunun təsdiq edilməsini həll etmək istədiyini demişdir. Əkbər isə diplom tanınmasını həll edə biləcəyini bildirib, bundan əlavə olaraq DTX-ya gənc kadrların seçilməsini və diplom tanındıqdan sonra Şahid1 DTX-da işlə də təmin edilmək məsələsini də danışa biləcəklərini bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs bildirmiş və Zərərçəkmiş şəxs razılaşdıqdan sonra Əkbərlə telefonda danışmışdır. Əkbər ilkin olaraq bu işlərə görə 20000 manat pul lazım olmasını desə də, sonradan ümumilikdə 15000 manata həm diplomun tanınmasını, həm də ki, Şahid1 işlə təmin olunmaq məsələsini həll edəcəyini bildirmişdir. Əkbər Zərərçəkmiş şəxs bu barədə bildirdikdən sonra Zərərçəkmiş şəxs birlikdə Bakı şəhərinə gedib Əkbərlə görüşüb razılaşmalarını demişdir. Bundan sonra aralarında olan razılıq əsasında xx.xx.2023-cü il tarixdə o, Nizami və Nizaminin oğlu Nahid birlikdə Bakı şəhərinə getmişlər. O, mobil telefonla Əkbərə zəng etmiş və görüş yeri kimi Bakı şəhəri, Nizami rayonunda yerləşən “Roman Palace” şadlıq sarayının həyəti təyin edilmişdir. Onlar təyin edilən yerə getdikdən sonra orada Əkbər və adının Məzahir olmasını bildirən şəxslə görüşmüşlər. Onlar restoranın həyətində olan kafenin otaqlarından birində əyləşmişlər. Söhbət zamanı Məzahir özünün dövlət orqanlarından birində işləməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Əkbərə yaranmış problemlə bağlı məlumat verərək oğlu Şahid1 diplomunun əlavəsi olan qiymət cədvəlinin itdiyini bildirmişdir. Əkbər isə Nizamiyə Təhsil Nazirliyində Sevinc adında bir nəfər qadının işləməsini, onun vasitəsi ilə qiymət cədvəlinin əldə olunacağını və diplomun tanınacağını, Məzahir isə diplom tanındıqdan sonra Nahidin DTX-da işlə təmin olunacağını bildirib bu işlərin həlli üçün 15000 manat pul lazım olmasını bildirmişlər. Lakin hələlik 5000 manat diplomun təsdiqi üçün Təhsil Nazirliyinə, 5000 manat isə Nahidin DTX-da işə düzəldilməsi üçün verməsini, geridə qalan 5000 manat pulu isə iş düzəldikdən sonra verməsini bildirmişdir. Nizami həmin vaxt ilkin olaraq 2000 manat pul vermək istədiyini bildirmişdir. Lakin Əkbər bu işlər üçün ilkin olaraq 2000 manatın az olmasını demiş və ən azı 5000 manat pul verilməsini istəmişdir. O, da Əkbərin həm həmkəndlisi, həm sinif yoldaşı olmasına görə dələduzluq edəcəyini ağlından keçirməmişdir. Buna görə də Nizamiyə Əkbəri tanıdığını, özünün cavabdeh olmasını, heç bir narahatçılıq olmayacağını, hətta nəsə narahatçılıq olarsa 5000 manatı özünün geri qaytaracağını bildirmişdir. Bundan sonra Nizami 5000 manat pulu restoranda oturduqları otaqda sayaraq ona vermiş, o, isə həmin pulu yanlarında Əkbərə təqdim etmişdir. Əkbər pulu aldıqdan sonra Nizamiyə telefona sms gələcəyini demişdir. Daha sonra Əkbər onunla birlikdə başqa bir sənədə baxmaq üçün Zərərçəkmiş şəxsla sağollaşaraq yanlarından ayırlmışlar. Həmin sənədi də o, Əkbərin vasitəsilə düzəldəcəkdi, lakin işləri alınmadığından 1 saatdan sonra geri qayıtmışlar. Geri qayıdarkən yolda Əkbərə ehtiyacı olduğundan 700 manat borca pul istəmiş, qısa bir müddətdə qaytacağını demişdir. Əkbər də ona 700 manat borc olaraq vermişdir. Zərərçəkmiş şəxs yanına qayıtdıqdan sonra Əkbərlə sağollaşıb birlikdə Masallı rayonuna geri qayıtmışlar. Yolda Zərərçəkmiş şəxs narahat olmamasını bildirmiş, “Əkbər deyibsə, sənədini düzəldəcək” demişdir. Əkbərin onları aldadacağını düşünməmişdir. Əgər bilsə idi, pulu Əkbərə verməzdi. Bundan sonra Nizami Alşıov özü Əkbərlə telefonda bir neçə gün danışmışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs Əkbərin ona “şirinlik” kimi 700 manat pul verdiyini demiş, sonradan Əkbərin kartına 1000 manat pul göndərməsini demişdir. O isə, Nizamiyə Əkbərdən ehtiyacı olduğu üçün 700 manat borc aldığını və şirinlik olmadığını demişdir. Əkbərlə Nizamini o, tanış etsə də, bütün danışıq proseslərini Nizami Əkbərlə birbaşa aparmış, pulu sayıb ona versə də, Nizaminin yanında həmin pulu sayaraq Əkbərə vermişdir. O, da Zərərçəkmiş şəxs kimi Əkbərin dələduzluq edəcəyini bilməmişdir. Əkbər onların hər ikisini aldatmış, buna görə Əkbərlə münasibətləri pozulmuşdur. Uzun müddət Əkbər Nizamini yalan vədlər verməklə aldatmış, ortada vasitəçi olduğu üçün özü də bir neçə dəfə Əkbərə vatsap vasitəli mesaj və səs ataraq pulun və sənədləri qaytarmasını demişdir. İbtidai istintaq dövründə şahid qismində tanınarkən Zərərçəkmiş şəxs ondan dəfələrlə pulu geri qaytarmasını tələb etmiş, o, da Zərərçəkmiş şəxs istinaq dövründə 1700 manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona təkidlə Masallı şəhərində tanıdığı Rahman adlı qızıl satışı ilə məşğul olan şəxsdən pulun müqabilində onun üçün qızıl götürməsini tələb etmiş, o, Nizaminin tələbinə əsasən Rahman adlı qızıl satışı ilə məşğul olan şəxsdən 2100 manat dəyərində qızıl zinət komplekt dəsti götürərək Zərərçəkmiş şəxs vermiş, hansı ki, həmin qızılın şəklini çəkərək Zərərçəkmiş şəxs telefonuna göndərmiş, Nizami bəyəndikdən sonra həmin qızıl əşyanı alıb ona vermişdir. Latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarır. İbtidai istintaq dövründə ona qarşı hər hansı bir təsir olmamışdır, sərbəst şəkildə ifadə vermiş, ifadəsini oxuyaraq, imzalamışdır. Sonda Təqsirləndirilən şəxs2 özünü təqsirli bilmədiyini, baş vermiş cinayət hadisəsində onun iştiakı olmadığını, Niazmi Alışova qarşı dələduzluq etmədiyini, Əkbərin onları aldadaraq dələduzluq edəcəyini qabaqcdan bilmədiyini, yalnız Əkbərin istintaq zamanı verdiyi ifadəsində ona 700 manat pulu “şirinlik” kimi verməsini göstərməsi səbəbindən təqsirləndirilən şəxs qismində cəlb edildiyini, halbu ki, belə bir halın olmamasını, ona əsassız ittiham irəli sürüldüyünü bildirib, barəsində bəratverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı veridiyi ifadəsi məhkəmə iclasında tədqiq edilərək elan edilmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Masallı rayonu, İ Yeddioymaq kəndində ailəsi ilə birlikdə yaşayır. Konkret olaraq hər hansı bir işlə məşğul olmur. 2023-cü ilin aprel ayının axırlarında həm sinif yoldaşı həmdə həmkəndlisi olan Təqsirləndirilən şəxs1 ilə “whatsap” ani mesajlaşma vasitəsi ilə əlaqə saxlayıb danışmışlar. Aralarında olan danışıq zamanı Əkbərdən nə işlə məşğul olması barədə soruşmuşdur. Əkbər isə ona əsasən torpaq alğı-satıqısı ilə məşğul olmasını, həmçinin təhsil nazirliyində, dövlət təhlükəsizlik xidmətində və digər qurumlarda tanışlarının və əlaqələrinin olmasını bildirib, həmin qurumlarla bağlı yaranmış bir çox problemli sənədləşmə işlərini həll edə bildiyini bildirmişdir. Əvvəllər Əkbərin bir neçə şəxsə ünvanlı sosial yardım düzəltəməsindən məlumatlı olmuşdur. Buna görə də onun həqiqətən belə bir əlaqələrinin olmasını düşünmüşdür. Əkbər təxminən 10 ilə yaxın olar ki Masallı rayonu, İ Yeddioymaq kəndindən köçdüyü üçün onunla mütəmadi əlaqələri olmamışdır. Buna görə də onun konkret işinin nə olmasını bilməmişdir. 2023-cü ilin aprel ayı ərəfələrdinə Masallı şəhərindən olan tanışı Zərərçəkmiş şəxsla aralarında söhbət zamanı Nizami ona oğlu Şahid1 2016-cı il tarixdə Ukraniya Respublikasının Xarkov Dövlət Universitetinin hüquq fakültəsini bitirməsini, lakin həmin ərəfələrdə Xarkov Dövlət Universitetinin verdiyi diplomun dövlət səviyyəsində tanınmamasını, son illər ərzində isə həmin universitetin verdiyi diplomların dövlət səviyyəsində tanınmağa başladığını, lakin oğlu Şahid1 universiteti bitirməsi ilə bağlı diplomun əlavəsi olan qiymət cədvəlini itirdiyi üçün onun diplomunu dövlət səviyyəsində tanıda bilmədiyini, Ukraniya və Rusiya arasında müharibə olduğu üçün Xarkov Universitetindən qiymət cədvəlinin əslini götürə bilmədiyini demişdir. Buna görə də Əkbərlə danışan zaman diplom məsələsinin həlli ilə bağlı ona bu barədə məlumat vermişdir. Əkbər isə təhsil nazirliyində olan tanışlarının vasitəsi ilə bu işi həll edə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxsla danışan zaman Nizamiyə Əkbər barədə məlumat verib Nahidin diplomunu Əkbərin təsdiq elətdirə biləcəyini deişdir. Nizami isə Əkbərlə əlaqə saxlamasını və onların görüşüb bu barədə söhbət etmələrini xahiş etmişdir. Bundan sonra o, Əkbərlə əlaqə saxlamış və Nizaminin onun vasitəsi ilə oğlu Nahidin diplomunun təsdiq edilməsini həll etmək istədiyini demişdir. Əkbər isə diplom tanınmasını həll edə biləcəyini bildirib, bundan əlavə olaraq DTX-ya gənc kadrların seçilməsini və diplom tanındıqdan sonra Şahid1 DTX-da işlə də təmin edilmək məsələsini də danışa biləcəklərini bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs bildirmiş və Zərərçəkmiş şəxs razılaşdıqdan sonra Əkbərlə danışmışdır. Əkbər ilkin olaraq bu işlərə görə 20000 manat pul lazım olmasını desə də sonradan ümumilikdə 15000 manata həm diplomun tanınmasını, həmdə ki, Şahid1 işlə təmin olunmaq məsələsini həll edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs bu barədə bildirdikdən sonra Zərərçəkmiş şəxs birlikdə Bakı şəhərinə gedib Əkbərlə görüşüb razılaşmalarını demişdir. Bundan sonra aralarında olan razılıq əsasında xx.xx.2023-cü il tarixdə o, Nizami və Nizaminin oğlu Nahid birlikdə Bakı şəhərinə getmişlər. O, mobil telefonla Əkbərə zəng etmiş və görüş yeri kimi Bakı şəhəri Nizami rayonunda yerləşən “Roman Palace” şadlıq sarayının həyəti təyin edilmişdir. Onlar təyin edilən yerə getdikdən sonra orada Əkbər və adının Məzahir olmasını bildirən şəxslə görüşmüşlər. Onlar restoranın həyətində olan kafenin otaqlarından birində əyləşmişlər. Söhbət zamanı Məzahir özünün dövlət orqanlarından birində işləməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Əkbərə yaranmış problemlə bağlı məlumat verərək oğlu Şahid1 diplomunun əlavəsi olan qiymət cədvəlinin itdiyini bildirmişdir. Əkbər isə Nizamiyə Təhsil Nazirliyində Sevinc adında bir nəfər qadının işləməsini, onun vasitəsi ilə qiymət cədvəlinin əldə olunacağını və diplomun tanınacağını, Məzahir isə diplom tanındıqdan sonra Nahidin DTX-da işlə təmin olunacağını bildirib bu işlərin həlli üçün 15000 manat pul lazım olmasını bildirmişlər. Lakin hələlik 5000 manat diplomun təsdiqi üçün Təhsil Nazirliyinə, 5000 manat isə Nahidin DTX-da işə düzəldilməsi üçün verməsini, geridə qalan 5000 manat pulu isə iş düzəldikdən sonra verməsini bildirmişdir. Nizami həmin vaxt ilkin olaraq 2000 manat pul vermək istədiyini bildirmişdir. Lakin Əkbər bu işlər üçün ilkin olaraq 2000 manatın az olmasını demiş və ən azı 5000 manat pul verilməsini istəmişdir. O, da Əkbərin həm həmkəndlisi, həm sinif yoldaşı olmasına görə dələduzluq edəcəyini ağlından keçirməmişdir. Buna görə də Nizamiyə Əkbəri tanıdığını, özünün cavabdeh olmağını, heç bir narahatçılıq olmayacağını, hətta nəsə narahatçılıq olarsa 5000 manatı özünün geri qaytaracağını bildirmişdir. Bundan sonra Nizami 5000 manat pulu restoranda oturduqları otaqda sayaraq ona vermiş, o, isə həmin pulu yanlarında Əkbərə təqdim etmişdir. Həmin puldan Əkbər ona “şirinlik” adı ilə 700 manat pul vermişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs Əkbərin ona “şirinlik” kimi verilən pulu istəməsini, Masallı rayonundan Əkbərin göndərdiyi bank kartına 1000 manat pul göndərməsini dediyini bildirmişdir. Düzdür, Əkbərlə Nizamini o, tanış etmişdir. Nizamini Əkbərin iş görəcəyi ilə bağlı inandırıb onun 5000 manatını o, alıb Əkbərə vermiş və həmin 5000 manat puldan Əkbər ona “şirinlik” kimi 700 manat pul vermişdir. Lakin o, da Əkbərin dələduzluq edəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs X12 ona ittiham olunduğu cinayətləri törətməsində özünü qismən (ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi, yəni qeyd edilən cinayət əməlini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla birlikdə törətmədiyini, Təqsirləndirilən şəxs2 dələduzluq cinayətindən məlumatının olmamasını) təqsirli bilsə də, eləcə də digər Təqsirləndirilən şəxs2 elan olumuş ittiham üzrə özünü təqsirli bilməsə də, onların həmin əməlləri törətmələri məhkəmə istintaqı zamanı dindirilmiş, zərərçəkmiş şəxsin və şahidləin ifadələri, özlərinin ibtidai istintaqda verdikləri ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsini özünün müdafiə xarakterli və Təqsirləndirilən şəxs2 məsuliyyətdən yaxa qurtarması kimi, Təqsirləndirilən şəxs2 ifadəsini isə özünü müdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü mddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Masallı şəhəri, H.Əliyev prospektində "xxxx" MMC quraşdırılmış "xxxx" ASC-yə məxsus milliön ödəmi sistemi vasitəsilə H****Z*****D***** oğlu istifadəciyə məxsus 416973*******6728 saylı kart hesabına 1000 manat ödəmə əməliyyatı aparılmışdır. SMS mətinin fotoşəklindən görünür ki, ETN vasitəsilə göndərilən SMS mətnin qeyd edilmir: “25 Nisan 2023 X14 X1 baxilmişdir. Sanadlariniz icraata verilmişdir.” B16 № 226028 saylı diplomun surətindən görünür ki, Şahid1 2016-cı il tarixdə Ukraniya Respublikasının Xarkov Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, ona bakalavr dərəcəli diplom verilmişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs İsgəndr oğlundan götürülmüş “whatsap” ani mesajlaşma sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə danışıqlarının fotoşəkilləri və səs yazıları olan bir ədəd DVD maddi sübut kimi tanınmaqla cinayət işin materiallarına əlavə edilmişdir. Üzləşdirmə aparılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmə aparılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmə aparılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə şahid Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş və Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü madəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərədə tutulan ittiham elan edilmişdir. Üzləşdirmə aparılmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. Sübutarın qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 27 sentyabr 2023cü il tarixli qərardan görünür ki, ********* saylı cinaytət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü madələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü madələrində nəzərdə tutulan ittham elan edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şahid qismində dindirmə və üzləşdirmə istintaq hərəkəti zamanı ifadələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmədiklərini, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 özünün də aldatmasını, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 700 manat pulu “şirinlik” kimi almasını bildirsələr də onların ifadələri özünü müdafiə kimi qiymətləndirilmiş və onların ifadələrinə həmin hissədə tənqidi yanaşılmışdır. Zərərçəkmiş şəxs tərəfindən içərisində “watsap” ani mesajlaşma sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə danışıqlarının fotoşəkilləri və səs yazıları olan bir ədəd DVD disk qəbul edilmiş qərarla maddi sübut kimi tnaınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Şahid2 Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə əlaqəsiin olmaması, təqsirləndirilən şəxsin ifadəsi, əməliyyat tapşırığına cavab məktubu və digər sənədləri ilə sübuta yetirildiyindən, həmçinin Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin hər hansı maddəsinin tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, maddi sübut əməliyyat tapşırığına cavabı və digər istintaq sənədləri cinayət işi üzrə mötəbər sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrii ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə qərar ona elan olunmuşdur. Təqsirləndirilən şəxsi dindirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək, protokolu imzlamaqdan imtina etmiş, müstəntiq və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən bu barədə müvafiq qedlər aparılmışdır. Təqsirləndirilən şəxsə yenidən ititham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü madələri ilə yenidən ittiham edlan edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-551/2023 saylı qərarından görünür ki, Abşeron Rayon Polis İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü madəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-551/2023 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmaqla barəsində yeni qətimkan tədbiri seçilməmişdir. Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-788/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü madələri ilə təqsili bilinib 03 il 06 ay müddətə azadlıqdan məhum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il qərarına əsasən ona 03 il müddətə azadlıqdan məhum etmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 ay 21 gün hisəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-c-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli arayışdan və xasiyyətnamədə göstərilir ki, Əkbərov X6 rayonu, Birinci Yeddioymaq kəndində qeydiyyatda olmaqla arvadı-xx.xx.1986-cı il təvəllüdlü X2, oğlu-xx.xx.2007-ci il təvəllüdlü X9 və oğlu-xx.xx.2010-cu il təvəllüdlü X4 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs1 ərazidə yaşadığı müddət ərzində özünü işgüzar bir gənc kimi göstərmişdir. Kənd əhalisinin hörmətini qazanmışdır. Kənddə keçirilən ictimai tədbirlərdə yaxından iştirak edir. Öz üzərində daim çalışır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs1 barəsində istər qonşuları tərəfindən istərsə də kənd sakinləri tərəfindən heç bir yazılı və şifahi ərizə daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Ağayev X5 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsili bilinib şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzası təyin olunmuşdur. Masallı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən 3000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində hal-hazırda Masallı Rayon İcra və Probasiya şöbəsində hər hansı şəxsi iş yoxdur. Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli arayışdan və xasiyyətnamədə göstərilir ki, Ağayev X5 rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla arvadı-xx.xx.1985-ci il təvəllüdlü X10, oğlu-xx.xx.2012-ci il təvəllüdlü X11 və qızıxx.xx.2010-cu il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs2 heç bir ictimai tədbirlərdə iştirak etməyib, dəyilənlərə görə başqa pis vədişləri yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs2 barəsində istər qonşuları tərəfindən istərsə də kənd sakinləri tərəfindən heç bir yazılı və şifahi ərizə daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, zərərçəkmiş şəxsin, şahidlərinin ifadələri, işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.1 və 178.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxslərə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (təqsirləndirilən şəxsin əvvəllər analoji cinayət törətməsi) o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməli, cəza çəkməsinin əvvəli hökmün elan olunduğu gündən, yəni 04 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)-551/2023 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmaqla barəsində yeni qətimkan tədbiri seçilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-551/2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə 6000 (altı min) manat, yol xərci və bu işlərlə bağlı çəkdiyi xərclərə görə 1800 (bir min səkkiz yüz) manat, cəmi 7800 (yeddi min səkkiz yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 100 (bir yüz) manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs dələduzluq yolu ilə alınmış 6000 (altı min) manat puldan 700 (yeddi yüz) manatı Təqsirləndirilən şəxs2 verilmişdir. Mülki iddia ilə Zərərçəkmiş şəxs yol xərci və bu işlərlə bağlı çəkdiyi xərclərə görə 1800 (bir min səkkiz yüz) manat pulun da Təqsirləndirilən şəxs1 alınmasını tələb etsə də, çəkilmiş xərclərlə bağlı məhkəməyə heç sübut təqdim etməmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, dəymiş 6000 (altı min) manat ziyan məbləğinin 700 (yeddi yüz) manatı Təqsirləndirilən şəxs2, qalan 5300 (beş min üç yüz) manat hissəsi isə Təqsirləndirilən şəxs1 aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməklə Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 5300 (beş min üç yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməli, həmçinin dövlət rüsumuna görə ödənilmiş 98 (doxsan səkkiz) manat pul vəsaitinin 73 (yetmiş üç) manat hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, maddi sübut-Zərərçəkmiş şəxs İsgəndər oğlundan götürülmüş “whatsap” ani mesajlaşma sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə danışıqlarının fotoşəkilləri və səs yazıları olan bir ədəd DVD-nin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli hökmün elan olunduğu gündən, yəni 04 dekabr 2023-cü il tarixdən hesablansın. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-551/2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 oğlundan maddi ziyana görə 5300 (beş min üç yüz) manat məbləğində pul və dövlət rüsumuna görə 73 (yetmiş üç) məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Maddi sübut Zərərçəkmiş şəxs İsgəndər oğlundan götürülmüş “whatsap” ani mesajlaşma sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə danışıqlarının fotoşəkilləri və səs yazıları olan bir ədəd DVD-nin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-221/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-221/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver