Məhkəmə qərarları › İş №1(050)-224/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-224/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-224/2024 27.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibliyi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 nəfər azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)-224/2024 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 09 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi -0,428 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuşdur. Cəzasını çəkib qurtardıqdan sonra yalnız bir dəfə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Seybətin ərazisinə ot biçən maşınına ehtiyat hissəsi almaq üçün gəlmişdir. Həmin gün Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları Masallı rayonu, Seybətin ərazisində yerləşən “Qızılgül” restoranının yaxınlığında olan zaman ona yaxınlaşaraq, oğurluq hadisəsi baş verdiyini demiş və onu yerə yıxıb sürüyə-sürüyə maşına mindirib polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində olan zaman onun üzərini yoxlamışlar və hər hansı qanunla qadağan edilmiş maddə aşkar olunmamışdır. Bunu görən polis əməkdaşları onu vurmağa başlamışlar və narkotik vasitəni hara atdığını soruşmuşlar. Daha sonra Nüsrət adlı polis əməkdaşı onun üzərinə bir büküm narkotik vasitə qoymuş, videoçəkiliş aparılan zaman üzərindən çıxan narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə verməyə təhrik etmişdir. O, ona verilən işgəncələrdən və təzyiqlərdən qorxaraq etirafedici ifadə vermişdir. Onun üzərində psixotrop maddə metamfetamin olmamış, polis əməkdaşları tərəfindən şərlənərək üzərinə narkotik vasitə qoyulmuşdur. Bundan başqa o, polis əməkdaşları tərəfindən saxlanılan gün narkotik vasitələrin istifadəsinə görə bir neçə dəfə məhkum olunmuş, cəza çəkmə müəsisəsində birlikdə cəza çəkən zamanı tanış olduğu, hazırda həbsdə olan X16 ilə görüşməmiş, ümumiyyətlə heç vaxt birlikdə narkotik vasitə istifadə etməmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, polis şöbəsində işgəncəyə, hədə-qorxuya məruz qaldığı üçün etirafedici ifadə verdiyini bildirsə də o, ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirlən şəxs qismində verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər Masallı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında bədənində ağrılar yarandığından patı kimi bildiyi psixotrop maddə metamfetamin almaq məqsədilə Lənkəran rayonu Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Bu məqsədlə Masallı şəhəri, Seybətin dairəsi adlanan yerə gedərək, oradan Lənkəran rayonu istiqamətində hərəkətdə olan avtomobillərə əliylə işarə etməyə başlamış və əvvəllər tanımadığı taksi fəaliyyəti ilə məşğul olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil sürücüsü onun əl işarəsini görüb avtomobilini saxlamışdır. Daha sonra o, həmin şəxsin idarə etdiyi avtomobilə əyləşib Lənkəran rayonu, Qumbaşı kəndinə getmiş və Qumbaşı kəndinin girişindən 50-60 metr sonra avtomobildən düşüb orada hazırda fəaliyyət göstərməyən adını bilmədiyi çay evinin yanında dayanıb bir neçə dəqiqə narkotik aludəçəsinə oxşar hər hansı bir şəxsin olub-olmamasına nəzər yetirmişdir. Həmin vaxt kənardan əvvəllər tanımadığı zahiri görkəmcə narkotik istifadə edən şəxsin olmasını görüb həmin şəxsə yaxınlaşaraq patı, yəni psixotrop maddə metamfetamin istifadəçisi olduğunu demiş və ondan 10 manatlıq patı təşkil etməsini xahiş etmişdir. Həmin şəxs ona baxıb gözləməyini deyərək, yanından uzaqlaşıb getmiş və daha sonra yenidən onun yanına qayıdıb, 10 manatı ona verməyini istəmişdir. 10 manat pul verdikdən sonra həmin şəxs cibindən gümüşü rəngli kağıza bükülmüş içərisində metamfetamin olan bükümü ona verib, yanından uzaqlaşıb getmişdir. O, da kənarda polis əməkdaşı olub-olmamasına diqqət yetirib heç kimin olmadığını gördükdən sonra yenə də oradan Masallı şəhəri istiqamətində hərəkətdə olan avtomobillərdən birini saxlatdırıb, Masallı şəhəri ərazisinə gəlmişdir. Həmin gün saat 16 radələrində Masallı şəhəri ərazisində piyada hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını ondan soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmışlar və xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etmişdir. Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə ona bildirirş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək, maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş, daha sonra baş X17 onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Baş təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. O, da əvvəlcə əynində olan şalvarın sağ yan cibindən özünə məxsus “İnfinix” markalı mobil telefonu sonra isə şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Baş təhqiqatçı üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini haradan və kimdən əldə etdiyini soruşduqda, o, həmin bükümü xx.xx.2024-cü il tarixdə günorta saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını və istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı ondan üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olub-olmadığını soruşduqda, o, baş təhqiqatçıya üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmet olmadığını bildirmişdir. Buna görə də baş X17 tərəfindən onun üzərində axtarış davam etdirilmiş və onun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra onun tərəfindən baş X17a təqdim edilən bir ədəd büküm açılmış və içərisində psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 0,56 (sıfır tam yüzdə əlli altı) qram olduğu müəyyən olunmuş və həmin psixotrop maddə olan metamfetamin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənərək imzalar edilmişdir. Daha sonra üzərindən aşkar olunan özünə məxsus “İnfinix” markalı mobil telefon zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Bundan sonra baş X17 tərəfindən onun üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokol baş təhqiqatçı tərəfindən uca səslə oxunmuş və o da iştirakçılarla birlikdə həmin protokola imza çəkib təsdiq etmişdir. Təsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında son çıxışında törətdiyi cinayət əməlini etiraf edərək bildirdi ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilir. Üzərində aşkar olunan psixotrop maddə metamfetamin ona məxsus olmuş, şəxsi istifadəsi üçün Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata almışdır. Əməlindən peşman olduğu, himayəsində 3 nəfər azyaşlı övladlarının olması nəzərə alınaraq, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu Səmidxan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olması bərədə ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, qrupun rəhbəri təyin edilmişdir. Qrupun üzvləri isə Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X14 və RPŞ-nin CAB-in axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X10 təyin edilmişdir. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Heydər Əliyev prospektində piyada hərəkətdə olması barədə məlumat əldə edib polis əməkdaşı Şahid2 ilə birlikdə həmin əraziyə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməsini və istifadəsində şübhəli olmasını bildirib üzərində narkotik vasitə olub-olmamasını ondan soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir cavab vermədiyi üçün o, Masallı RPŞ-yə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi üçün raportla şöbə rəisinə məruzə etmişdir. Raportun icrası TB-nin baş təhqiqatçısı polis mayoru Ariz Səfərova həvalə olunmuşdur. X17 şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs istəyilə ona dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ona hüquqlarının müdafiəçisi qismində vəkil təyin edilmişdir. Daha sonra X17 Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtaış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan şalvarın sağ yan cibindən bir ədəd “İnfinix” markalı mobil telefonu sonra isə şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini haradan və kimdən əldə etdiyini soruşduqda, sonuncu həmin bükümü xx.xx.2024-cü il tarixdə günorta saatlarında Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını və istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olub-olmadığını soruşduqda, sonuncu baş təhqiqatçıya üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmet olmadığını bildirmişdir. Buna görə də baş X17 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra baş X17 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd büküm açılmış və içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 0,56 qram olduğu müəyyən olunmuş və həmin psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənərək, imzalar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan özünə məxsus “İnfinix” markalı mobil telefon zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona işgəncəyə məruz qalmaqla etirafedici ifadə verilməsinə məcbur edilməsi ilə bağlı ifadəsi məsuliyyətdən yaxa qurtarması üçün vermiş olduğu ifadədir. Ona hədə qorxu gəlinməmiş, vəkilin iştirakı ilə videoçəkilişdə etirafedici ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin CABnin əməliyyat müvəkkili polis leytenantı Əhədli X2 Nüsrət Arif oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə çəzaçəkmə müəssisəsində çəza çəkdiyi dövrdə tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. Cəzasını çəkib qurtardıqdan sonra bir neçə dəfə birgə narkotik vasitə əsasən də metamfetamin istifadə etmək üçün görüşmüşlər. Sonuncu dəfə xx.xx.2024-cü ildə tarixdə Masallı şəhəri, Seybətin ərazisində Qızılgül restoranının yaxınlığında görüşmüşlər. Həmin vaxt birgə istifadələri üçün Təqsirləndirilən şəxs narkotik vasitə istəmiş, lakin onun üzərində narkotik vasitə olmamışdır. Daha sonra onlar ayrılıb çıxıb getmişlər. Sonradan eşitmişdir ki, həmin gün Təqsirləndirilən şəxs Polis əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsi ilə bağlı saxlanılmışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə satmamış, lakin əvvəllər birgə narkotik vasitələrdən istifadə etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və MSY-dən buraxılma və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə saat 17:05-də şübhəli şəxs qismində tutulmuş, 11 iyul 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Masallı RPŞ-nin İB-də CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə elan edilmiş axtarış üzrə xx.xx.2024-cü il tarixdə tutularaq RPŞ-yə təhvil verilmişdir. Masallı Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş, o, məhkəmə iclas zalından həbs olunmuş, həbsdə saxlanılma müddətinin əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü kağız bükümdə olan maddəni təqdim etməsi və gümüşü kağız bükümdə maddənin metamfetaminə bənzər kütlə olmasını, şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə 10 manat müqabilində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən almasını, onu saxlayaraq polis şöbəsinə gətirən şəxslərin Şahid1 və C.Əhədov olmasını, onlara qarşı heç bir etirazının olmadığını bildirməsi, eyni zamanda Təqsirləndirilən şəxs üzərində “infinix” markalı mobil telefon aşkar olaraq götürülməsi müəyyən olunur. Cinayət işinin materiallarında olan 12 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 Aydın Cahagirova narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğu üçün daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə onu Masallı rayon, H.Əliyev pr-tində “İlqar Plaza” adlı şadlıq sarayının yaxınlığında saxlayaraq Masallı RPŞ-yə gətirdiklərini müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, əynində olan şalvarın sol yan cibində bir ədəd gümüşü rəngli kağıza bükülmüş metamfetamini çıxardıb təqdim etməsini, şəxsi istifadəsi üçün Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını, polis şöbəsinə gətirilən zamanı ona qarşı hər hansı qanunsuz hərəkətin edilməməsini, Təqsirləndirilən şəxs isə Şahid1yi yalan danışdığını, adını bilmədiyi polis əməkdaşı ilə birlikdə onu Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “İlqar Plaza” şadlıq sarayından yaxınlığında saxladığını həmin vaxtı Nüsrətin onun sifətinin hər iki nahiyəsinə şillə vurmasını, təpiklə sinəsinə vurub onu yerə yıxmasını, sonra sol dirsəyindən tutub sıxaraq əlində olan bir ədəd gümüşü rəngli kağıza bükülmüş əynində olan şalvarın cibinə qoymağını tələb etdiyini, o, da qorxduğu üçün onunla razılaşdığını, kağız bükülünü alıb cibinə qoymasını, daha sonra Masallı RPŞ-yə aparıb sənədləşdirilməsini, əvvəlcə onu tənbeh etdiyi üçün o, orda olan polis əməkdaşlarına da psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və Masallı rayonu, Qumbaşı kəndində 10 manata aldığını bildirmiş, Nüsrətin əvvəllər də onu tutmaq istədiyini, tuta bilmədiyi üçün təkrar yenə eyni qanunsuzluq elədiyini və şərlədiyini bir-birilərinin üzünə demişlər. Cinayət işinin materiallarında olan 14 sentyabr 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid2 Aydın Cahagirova narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğu üçün daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə birlikdə onu Masallı rayon, H.Əliyev pr-tində “İlqar Plaza” adlı şadlıq sarayının yaxınlığında saxlayaraq, Masallı RPŞ-yə gətirdiklərini müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, əynində olan şalvarın sol yan cibində bir ədəd gümüşü rəngli kağıza bükülmüş metamfetamini çıxardıb təqdim etməsini, şəxsi istifadəsi üçün Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını, polis şöbəsinə gətirilən zamanı ona qarşı hər hansı qanunsuz hərəkətin edilməməsini, Təqsirləndirilən şəxs isə Şahid2 yalan danışdığını, Şahid1 ilə birlikdə onu Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “İlqar Plaza” şadlıq sarayı yaxınlığında saxladıqlarını həmin vaxtı Nüsrətin onun sifətinin hər iki nahiyəsinə şillə vurmasını, təpiklə sinəsinə vurub onu yerə yıxmasını, sonra sol dirsəyindən tutub sıxaraq əlində olan bir ədəd gümüşü rəngli kağız bükümü əynində olan şalvarın cibinə qoymağını tələb etdiyini, o, da qorxduğu üçün onunla razılaşdığını, kağız bükülünü alıb cibinə qoymasını, daha sonra Masallı RPŞ-yə aparıb sənədləşdirilməsini, əvvəlcədən tənbeh edildiyi üçün o, orda olan polis əməkdaşlarına da psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və Masallı rayonu, Qumbaşı kəndindən 10 manata aldığını bildirmiş, Nüsrətin əvvəllər də onu tutmaq istədiyini, tuta bilmədiyi üçün təkrar yenə eyni qanunsuzluq elədiyini və şərlədiyini bir-birilərinin üzünə demişlər. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/544 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə......” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,428 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,428 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,378 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 587 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X4 özünə məxsus olan 1 ədəd “İnfinix Hot 40İ” markalı mobil telefonu saz vəziyyətdə ləhvil almışdır. “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 09 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalıq çəkisi-0,378 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın video çəkilişinin əks olunduğu 01 ədəd CD disk maddi sübut kimi tanınaraq, psixotrop maddə metamfetamin saxlanılması üçün RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş və ümumi təmiz çəkisi - 0,428 qram təşkil edən psixotrop maddə olan metamfetamini o, şəxsi istifadəsi üçün əldə etmiş və üzərində gəzdirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə psixotrop maddə olan metamfetamin aldığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmadığından RPŞ-nin istintaq Bölməsinə təqdim edilməsi təmin edilməmişdir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetaminin olmasından başqa şəxslərin xəbərinin olubolmamas barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Masallı Rayon Mərkəzi X12 Şəxsin 15 avqust 2024-cü il tarixli, 18-1-60/2-1295/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixo-nevroloji və narkoloji kabinetində qeydiyyatında durmur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3468 saylı arayışdan görünür ki, Cahangirov X7 xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 03 ay 28 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. Masallı RİHB-nın 1-ci Səmidxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, İ Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayır. Arvadı xx.xx.1985-ci il təvəllüdlü X5, qızları xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9, oğlu xx.xx.2015-ci il təvəllüdlü X11 və anası xx.xx.1968-ci il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır. Yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Məhkəmə-tibbi ekspertizasının 11 iyul 2024-cü il tarixli 646 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol bazu nahiyəsinin sıyrıqları və döş qəfəsinin arxa hissəsinin sağ yarısının qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan 28 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Masallı RPŞ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırılmış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış və toplanmış material üzrə CPMin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Masallı rayon məhkəməsinin qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş 02 oktyabr 2024-cü il tarixli, 21088 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əvvəllər eləcə də xx.xx.2024-cü il tarixdə X16 ilə mütəmadi olaraq telefon vasitəsi ilə danışmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələbinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Plenum qəarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsini fiziki və ya psixi zorakılığın təsiri ilə verməsi barədə iddiası ilə bağlı onu qeyd edir ki, bununla bağlı onun Azərbaycan Respublikası Baş prokurorluğunda müraciəti əsasında araşdırılma aparılmış, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insanı rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsi olmadığı üçün xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilsə də, təqsirləndirilən şəxs və yaxud onun müdafiəçisi həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verməmiş, mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiasını özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan hal kimi qəbul etmir. Ona görə də, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ibtidai istintaqın ilkin mərhələsində özünü təqsirli bilərək şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, eləcə də məhkəmə iclasında son çıxışında üzərində aşkar olunan psixotrop maddə metamfetaminin özünə məxsus olması barədə etirafedici ifadəsi göstərdiklərinin həqiqəti əks etdirdiyi, cinayət işinin materiallarında olmaqla digər sübutlarla üst-üstə düşdüyü və biri digərini tamamladığı nəticəsinə gəldiyindən, məhkəmə həmin ifadələrdə, həmçinin video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti zamanı verilən sualları cavablandırarkən qeyd edilənləri həqiqəti əks etdirən əsaslı sübut növü kimi qəbul edərək, Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, polis bölməsinə dəvət edilməsi, üzərinə şəxsi axtarış və götürmə keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirlən şəxs qismində verdiyi ifadələri, eləcə də məhkəmə iclasında son çıxışında üzərində aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olması barədə verdiyi etirafedici ifadəsi, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş CD disk, "xxxx" MMC-dən daxil olmuş 02 oktyabr 2024cü il tarixli, 21088 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD formatlı disk, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, üzləşdirmədə dindirmə protokolları və məhkəmə istintaqında tədqiq olunmuş digər mötəbər dəlillərlə tam sübuta yetirilmiş hesab edir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi-0,15 qram təşkil edir. Məhkəmə istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi-0,428 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi-0,428 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır (eyni xarakterli) cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda ona CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi CM-in 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran haldır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11 - 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:.....353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinə əsaəsn məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. CM-in 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş şəxsdir, məhkumluğu ödənilməmiş, islah olunmayaraq yenidən qəsdən az ağır cinayət törətmişdir. Azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin o, təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. CPM-in 158.2, 158.2.1 və 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, CM-in 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq eksperiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs “opioidlərin qəbulundan yaranan asılılıq sindromu narkomaniya xəstəliyi”dən məcburi müalicəyə ehtiyacı var. Odur ki, ona məcburi müalicə təyin edilməli, o ərazi narkoloji kabinetində 2023-cü ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi-0,378 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, videogörüntü olan 01 ədəd kompakt disk, Azercell MMCdən daxil olmuş məktubun əlavəsi olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulduğu müddət cəmi 3 (üç) gün kimi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş polisin nəzarəti altınavermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçildiyi 20 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixədək tutulduğu, xx.xx.2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulduğu müddətlər 03 (üç) gün kimi nəzərə alınsın və ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs “opioidlərin qəbulundan yaranan asılılıq sindromu” narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetində 2023-cü ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. Maddi sübut-Masallı rayon polis şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi-0,378 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 01 (bir) ədəd CD disk və Azercell MMCdən daxil olmuş məktubun əlavəsi olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X3 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar