Məhkəmə qərarları › İş №1(050)-225/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-225/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-225/2024 04.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxx 2002-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-233/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 1 il 5 ay 1 gün hissəsi çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Banbaşı kəndində, qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə psxotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 19:36-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, Zərifə Əliyeva küçəsində saxlanılmış, həmin yerdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 0,556 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götrülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında bədənində ağrılar yaranmağa başladığından şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmək qərarına gəlmiş və bu məqsədlə mikroavtobusla sərnişin qismində Lənkəran rayonu, Qumbaşı kəndinə gedib məscidin yaxınlığında mikroavtobusdan düşmüşdür. Orada bir qədər piyada gəzdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsdən bir ədəd bükümdə psixotrop maddə metamfetamini 10 manata alıb əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Sonra Masallı şəhəri “Seybətin” dairəsi adlanan yerə gəlib şəhər ərazisində gəzməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində həmin metamfetamini istifadə etmək üçün Masallı şəhəri, Z.Əliyeva küçəsinə gedib özünə uyğun yer axtarmağa başlamışdır. Həmin küçədə tək gəzdiyi zaman üç nəfər şəxsin videokamera ilə ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişlər. Həmin şəxslər Şahid1, Şahid2 və Ramal Şükürov olmuşdur. Sonra polis əməkdaşları onda üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmadığını soruşmuşdur. O da üzərində psixotrop maddə metamfetamin olduğunu polis əməkdaşlarına demişdir. Sonra həmin yerdə əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü və sol yan cibindən bir ədəd özünə məxsus mobil telefonu çıxardıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu demişdir. Bundan sonra polis əməkdaşı Şahid1 təqdim etdiyi həmin bir ədəd bükümü açıb yaxından baxdıqda onun həqiqətəndə psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Sonra həmin metamfetamin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,64 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin psixotrop maddə metamfetamin və mobil telefon ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Masallı Rayon Polis Şöbəsinə gətirmiş, orada əməliyyat müvəkkili Şahid1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə əlaqədar protokol yazmış, həmin protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra X9 tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Bundan sonra Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəsi üçün təyin olunmuş, müdafiəçisi gəldikdən sonra təhqiqatçı zəruri sənədləşmə işlərini aparmış və o, həmin sənədləri imzalamışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən gənc olmasını, Vətən müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmasını nəzərə alıb barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü Şahid1 təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən Şahid1 həvalə olunmuş və həmin günü onun tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış, o, və RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Ramal Şükürov qrupun üzvləri, Şahid1 isə həmin qrupun rəhbəri təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olması barədə məlumat əldə etdikdən sonra Şahid1 və R.Şükürovla birlikdə oraya getmişlər. Həmin küçədə saat 19:36-da Təqsirləndirilən şəxs asvalt yolun kənarı ilə tək piyada hərəkətdə olduğunu görüb videoçəkilişlə yaxınlaşıb orada Təqsirləndirilən şəxs saxlamışlar. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqularını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra həmin yerdə özü əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü və sol yan cibindən bir ədəd mobil telefonu çıxardıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsən 10 manat pulun müqabilində şəxsi istifadə üçün alıb üzərində gəzdirdiyini demişdir. Şahid1 təqdim olunmuş həmin bir ədəd bükümü açıb yaxından baxmış və onun həqiqətəndə psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra Şahid1 həmin metamfetaminə bənzər maddəni şəffaf selofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,64 qram olduğunu müəyyən etmişdir. Daha sonra Şahid1 həmin psixotrop maddə metamfetaminə bənzər maddəni və mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmış və üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürləyərək imzalatdırmışdır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqları yerdə üstünün yoxlanılmasına dair parotokolun yazılmasına şərait olmadığından onu aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə və mobil telefonla birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində bununla əlaqədar Şahid1 tərəfindən protokol yazılmış, həmin protokol Təqsirləndirilən şəxs və iştirak edən şəxslərə ucadan oxumuş, məzmununa dair əlavə və düzəlişlər daxil olmadığı üçün həmin şəxslər tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin metamfetaminə bənzər kütləni, mobil telefonu və üzəri yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Əli Sadıqova təqdim etmişlər. X9 tərəfindən həmin əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və götürmə aparılması ilə əlaqədar yazılmış protokolu imzalamışlar. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan şübhəli şəxsin saxlanılaraq yerində üzərinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X7 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə, saat 19:36-də Masallı şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,64 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metafetamin aşkar edilərək götrülmüşdür. İş materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsiin təhqiqatçısı Əli Sadıqov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış psixotrop maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman bir bükümdə metafetamin aşkar olunmuş və həmin büküm elektron tərzidə çəkilərkən 0,63 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən video diskə baxış keçirilmişdir. İş materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Rac Səfərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən video diskə baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq xx.xx.2024-cü il tarixdə şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getməsi və orada tanımadığı şəxsdən 10 manat pul müqabilində bir ədəd bükümdə psixotrop maddə metamfetamin alaraq göy rəngli şalvarının sol yan cibinə qoyub Masallı rayonuna qayıtdığını və həmin günü saat 19 radələrində psixotrop maddə metamfetamini qəbul etməkdən ötrü Masallı şəhəri, Zərifə Əliyeva küçəsində özünə uyğun yer axtararkən saxlanıldığını səmimi etiraf etmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 10 oktyabr 2024-cü il tarixli 19/687 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs məxsus metafetaminə bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi- 0,556 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir (Metamfetaminin təmiz çəkisi-0,556 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,506 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 10 oktyabr 2024-cü il tarixli 738 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(050)- 90/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, hökmdən və Masallı rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-233/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 1 il 5 ay 1 gün hissəsi çəkilməmiş qalmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını, habelə narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəllər eyni xarakterli cinayət əməli törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və cəzasını çəkib qurtarmadan yenidən hazırki cinayət əməlini törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 il 5 ay 1 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,506 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-233/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il 5 (beş) ay 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etməmin bir gününə bərabər tutulmaqla, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və üzərində qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,506 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar