Məhkəmə qərarları › İş №1(050)-226/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-226/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-226/2023 13.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1979-cu il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə, saat 03 radələrində Masallı rayonu, Boradigah qəsəbəsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir giriş qapısının qarşısında arvadı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə gecə vaxtı zəng gəlməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə 1 dəfə yumruq zərbəsi ilə qəsdən vurmuş, mübahisənin davamı olaraq ünvan 3 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evində Zərərçəkmiş şəxs alın nahiyəsini 1 dəfə daş divara qəsdən çırpmış, sonuncunun sol gözaltı, sağ və sol qol nahiyələrinə bir neçə dəfə yumruq zərbələri, sağ və sol bud, sağ və sol baldır nahiyələrinə bir neçə dəfə təpik zərbələri ilə qəsdən vuraraq ona başın ənsə nahiyəsinin hematoması, alnın tüksüz hissəsinin, sol gözaltı nahiyənin, sağ və sol bazu, sağ və sol bud, sağ və sol baldır nahiyəsinin çoxsaylı qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Təxminən 1 ildir Zərərçəkmiş şəxs ilə aralarında münaqişə olduğu üçün sonuncu uşaqları ilə birlikdə qonşuluqda yerləşən atasına məxsus evə köçərək orada yaşayır. 26 iyul 2023-cü il tarixdə, saat 03 radələrində övladlarına xərclik üçün pul vermək məqsədilə arvadı Zərərçəkmiş şəxs yaşadığı atası evinə getmiş və evin yerləşdiyi həyətin arxa dəmir qapısının qarşısına yenicə çatdıqda sonuncunun istifadəsində olan mobil telefona zəng gəldiyini eşitmişdir. Sonra o, dəmir qapını döyərək arvadı Arzunu səsləyib çağırmışdır. Bu zaman Arzu həyətdə olmuş və qapını onun döydüyünü bilib açmışdır. Arzu ondan dəmir qapının qarşısında dayanıb gecə vaxtı nə istədiyini soruşduqda, o da Arzudan gecə vaxtı kimin zəng etdiyini soruşmuş, Arzu isə ona mobil telefona zəng gəlmədiyini bildirmişdir. Bu cavabdan sonra Arzunun əlində olan mobil telefonu istəyərək öz qulağı ilə mobil telefonun zəng çaldığını eşitdiyini bildirmişdir. Arzu isə müqavimət göstərməyə başlamış, əlində olan mobil telefonu yaşadığı həyətə tullamış, telefonu verməyəcəyini bildirmişdir. Həmin vaxtı əsəblərini sakitləşdirə bilməmiş və dəmir qapının qarşısında bir dəfə yumruq zərbəsilə Arzunun başının arxa nahiyəsinə qəsdən vurmuş, sonra Arzunun qolundan tutub atası həyətindən 100 metr aralıda yerləşən öz yaşadığı evə aparıb evin ikinci mərtəbəsində yerləşən ümumi zala çıxartmış, zalda Arzunun bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə bir neçə zərbə vurmuşdur. Həmin vaxtı Arzu ilə dalaşdığını yataq otağında olan anası Şahid eşidib əmisi arvadı Zülfiyyə Nəhmətova ilə birlikdə zala çıxmış və onları ayırmağa çalışmışlar. Həmin vaxt anası Şahid halı qəflətən pisləşdiyi üçün anası ilə maraqlanmış və ona dərman vermişdir. Bir neçə dəqiqə sonra Arzu evdən çıxıb getmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək etdiyi əməldən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Təxminən 1 ildir Təqsirləndirilən şəxs ilə aralarında ailə münaqişəsi olduğundan uşaqları ilə birlikdə atası evinə köçərək orada yaşayır. 26 iyul 2023-cü il tarixdə, saat 03 radələrində atasına məxsus evin həyətində olarkən evin yerləşdiyi həyətin arxa dəmir qapısının döyüldüyünü eşidib, hasardan kənarda əri Təqsirləndirilən şəxs olduğunu görüb qapını açmış, Vüqardan gecə vaxtı nə səbəbə gəldiyini soruşduqda, Vüqar da ondan gecə vaxtı həyətdə mobil telefonda kiminlə danışdığını soruşmuşdur. Sonra Vüqar mobil telefonu ondan istəmiş, lakin o, telefonu verməmiş və bu zaman Vüqar anidən çöl tərəfdən dəmir qapının qarşısında 1 dəfə yumruq zərbəsilə başının arxa nahiyəsinə qəsdən vurmuşdur. Sonra Vüqar onun qolundan tutub 100 metr aralıda yerləşən yaşadığı evin ikinci mərtəbəsində yerləşən ümumi zala çıxartmışdır. Evin ümumi zalına çıxandan sonra Vüqar bir neçə dəfə yumruq və təpiklə zərbələr vurmuşdur. Həmin vaxtı Vüqarın onu vurmasını eşidən anası Şahid və qaynı arvadı Zülfiyyə Nəhmətova onların yanına gəlib onu Vüqarın əlindən almağa çalışmışlar. Həmin vaxtı Şahid səhhəti qəflətən pisləşdiyi üçün Vüqar onu buraxıb anasının səhhəti ilə maraqlanmışdır. Həmin vaxtı şərait tapıb Vüqarın evdən qaçıb yaşadığı evə gəlmiş və qardaşına hadisə barədə məlumat verib xəstəxanaya getmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan AZ-İV №925115 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X3» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin 26 iyul 2023-cü il tarixli 690 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin hematoması, alnın tüksüz hissəsinin, sol gözaltı nahiyəsinin, sağ və sol bazu, sağ və sol bud və sağ və sol baldır nahiyəsinin çoxsaylı qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə vurulma, divara çırpılma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 26 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşin məhkəmə iclası zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Zərərçəkmiş şəxs ilə barışdığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmiş və məhkəmə gedişində zərərçəkmiş şəxslə barışaraq bu barədə məhkəməyə yazılı müraciət etmiş, müraciətlərində isə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə onların barışmasının səmimiliyinə inanaraq, zərərçəkmiş şəxsin barışmasını, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi mümkündür. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.8, 39.1.11, 43, 321, 344- 347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar