Məhkəmə qərarları › İş №1(050)-228/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-228/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-228/2023 13.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının 05 ay 19 gün çəkilməmiş qalan hissəindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, Sumqayıt şəhəri, Nizami küçəsi ev 111-də qeydiyyatda olmaqla Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Masallı rayonu, Qızılavar kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-nin Boradigah PB-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan boz rəngli pencəyinin sol iç cibindən 01 ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 17,213 qram təşkil edən narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmdi ki, Masallı RPŞ-nin Boradigah PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Nizami küçəsi 111-də qeydiyyatda olmaqla Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Boradigah PBnin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün bölmə rəisi tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında həmin günü tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə əmr imzalanmış və o, qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin təhqiqatçısı Əli Sadıqov, Boradigah PB-nin polis nəfəri Şahid2 və Şahid3 təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılavar kəndi ərazisində olması barədə məlumat əldə edib Şahid2 və Şahid3la birlikdə həmin əraziyə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Boradigah PB-nin polis əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişdilər. Sonra Təqsirləndirilən şəxs şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona üzərinə baxış keçirilməsindən ötrü birlikdə Masallı RPŞ-nin Boradigah PB-yə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra onu TB-nin təhqiqatçısı Əli Sadıqovun xidməti otağına aparmış və bu barədə raportla məruzə etmişdir. Daha sonra X12 Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq Boradigah PB-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra istəyinə əsasən müdafiəçi qismində Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra X12 ona üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyinin sol iç cibindən bir ədəd qara rəngli sellofan bükülünü çıxardıb, təqdim edərək təqdim etdiyi qara rəngli sellofanın içində olan maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı öz şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə günün ikinci yarısında Lənkəran rayonu, Zövlə kəndində tanımadığı şəxsdən 65 manata aldığını və üzərində saxladığını bildirmişdir. Təhqiqatçı Ə.Sadıqov təqdim edilmiş bir ədəd qara rəngli sellofan bükülünü açıb içərisinə baxdıqda onun narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olduğunu görmüşdür. Sonra təhqiqatçı ona üzərində təqdim etdiyindən başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa yenə özünün təqdim etməyi barədə təklif etmiş və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını demişdir. Buna baxmayaraq, təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Daha sonra X12 Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bir ədəd qara rəngli sellofan bükülünü elektron tərəzidə çəkmiş və onun çəkisinin 18 qram olduğunu müəyyən etmişdir. Sonra həmin sellofan bükülü təhqiqatçı tərəfindən içərisi boş olan kağız zərfə qoyularaq bağlanmış və zərfin üzəri Boradigah PB-nin 107 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keşirilmiş şəxsi axtarışla əlaqədar protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2023-cü il tarixdə Boradigah PB-yə gətirildikdə və üzərinə şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PB-nin polis nəfərləri Şahid2 və Heydərov X2 Fail Famil oğlu ilə oxşar məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, üzərində aşkar edilmiş narkotik vasitə ona məxsus deyil, üzərinə polis əməkdaşları tərərfindən qoyulmuşdur. Belə ki, polis əməkdaşları onu Masallı rayonu, Qızılavar kəndi ərazisində saxlayaraq əməliyyat müvəkkili Şahid1 idarə etdiyi “VAZ 2106” markalı ağ rəngli avtomobilə əyləşdirərək, Masallı RPŞ-nin Boradigah PB-yə aparmışlar, polis əməkdaşları tərəfindən saxlanılarkən avtomaşında üzəri yoxlanılmış, üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və Boradigah PB-yə aparılarkən ona yüngül formada fiziki güc tətbiq edilmiş, həmçinin, təhqir və psixi təsirlərə məruz qalmışdır. Polis bölməsinə gətirildiyi zaman üzərində narkotik vasitə olmamışdır. Müdafiəçi dəvət olunduqdan sonra əvvəlcədən polis əməkdaşlarının planlaşdırdıqları kimi içərisində narkotik vasitə selofan büküm ona təqdim edilmiş, videoçəkiliş zamanı təqdim edəcəyini bildirmişdilər. Üzərində narkotik vasitə olmadığı halda üzərinə narkotik vasitə qoyularaq, video çəkiliş zamanı müəyyən sözləri deməsi bildirilmişdir. O, da polis əməkdaşlarının sözlərini təkrarlamışdır. Bu barədə heç kimə, eləcə də müdafiəçisinə məlumat verməmişdir. Narkotik vasitəni almaq üçün maddi imkanı olmamışdır. İstintaq zamanı verdiyi ifadəsinin altındakı imza ona məxsus olsa da, nə yazıldığını bilməmiş, bu səbəbdən narkotik vasitənin ona məxsus olmaması barədə müdafiəçiyə heç bir söz bildirməmişdir. Bundan başqa, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclasına gətirilsə də, ondan heç bir söz soruşulmadığına görə narkotik vasitənin ona məxsus olmamasını bildirməmişdir. Həqiqəti məhkəmədə söyləyəcəyini düşünmüşdür. Sonda Təqsirləndirilən şəxs himayəsində 86 yaşlı qoca və xəstə atasının olmasını, atasına ondan başa heç kimin baxmamasını, atasının xəstəlikdən əziyyət çəkdiyini, üzərində narkotik vasitə olmadığını nəzərə alıb məhkəmədən ədalət qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələr istifadəçisidir, əsasəndə qurudulmuş marixuana qəbul edir. Əvvəllər bir dəfə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 05 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azadlığa çıxdıqdan bir müddət sonra da narkotik vasitələr istifadə etməyə davam etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Zövlə kəndinə getmək qərarına gəlmişdir. Həmin gün günün ikinci yarısında saat təxminən 18 radələrində yaşadığı evdən çıxaraq Boradigah qəsəbəsinin mərkəzindən keçən Boradigah-Lənkəran avtomobil yolunun kənarına getmişdir. Daha sonra oradan tanımadığı şəxsə məxsus sərnişin avtomobili ilə Lənkəran rayonu, Zövlə kəndinə gedib kənd mərkəzində yolun kənarında avtomobildən düşmüşdür. Həmin vaxt ətrafda heç kimin olmadığını görüb yolun kənarı ilə piyada hərəkətini davam etdirmişdir. Bir qədər piyada hərəkət etdikdən sonra ondan bir qədər aralıda yolun kənarında dayanan, xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı bir nəfər şəxs görüb ona yaxınlaşmış və həmin tanımadığı şəxsə bədənində ağrılar olduğunu deyib narkotik vasitə olan qurudulmuş marixuana tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və istəsə ona verə biləcəyini bildirmişdir. O, da həmin şəxslə razılaşmışdır. Həmin şəxs əynində olan şalvarının cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxarıb ona göstərərək, bükümdə təxminən 20 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin bükümü 65 manata sata biləcəyini bildirmişdir. O, da həmin şəxslə razılaşmışdır. Həmin tanımadığı şəxs bir ədəd bükümü ona verdikdən sonra o həmin şəxsə cibində olan puldan 65 manatını vermişdir. Bükümü aldıqdan sonra həmin bükümü əynində olan boz rəngli pencəyinin sol iç cibinə qoyub həmin şəxsin yanından uzaqlaşıb Masallı rayonu istiqamətində yolun kənarı ilə yavaş-yavaş hərəkət etməyə başlamışdır. Bir qədər piyada hərəkət etdikdən sonra Masallı rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsə məxsus avtomobilə əli ilə işarə edib saxlatdırdıqdan sonra həmin şəxsə məxsus avtomobillə Masallı rayonuna qayıdıb Qızılavar kəndi ərazisində avtomobildən düşmüşdür. Həmin gün yaşadığı evdən uzaq Qızılavar kəndində bir neçə saat gəzişib vaxt keçirdikdən sonra Lənkəran rayonu, Zövlə kəndində tanımadığı şəxsdən aldığı narkotik vasitə qurudulmuş marixuanadan bir miqdar istifadə etmək istəmişdir. Bu məqsədlə saat 21 radələrində Masallı rayonu, Qızılavar kəndi ərazisində piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Boradigah PB-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Boradigah PB-yə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Boradigah PB-yə gəlmişdir. Boradigah PB-yə gəldikdən sonra həmin polis əməkdaşları onu xidməti otağa gətirmişdilər. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Əli Sadıqov kimi təqdim etmişdir. X3suz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq Masallı RPŞ-nin Boradigah PB-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Masallı Rayon Vəkil Bürsosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra X12 onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. O, da əynində olan boz rəngli pencəyinin sol iç cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi qara rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı öz şəxsi istifadəsi üçün xx.xx.2023cü il tarixdə günün ikinci yarısında Lənkəran rayonu, Zövlə kəndi ərazisində tanımadığı şəxsdən 65 manata aldığını və üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi sellofan bükülüdə olan narkotik vasitə olan qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 18 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin Boradigah PB-nin 107 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Sonradan təhqiqatçı tərəfindən üzərində şəxsi-axtarış davam etdirilmiş və üzərindən qanunla qadağan olunmuş başqa hər hansı maddə, predmet və ya əşya aşkar olmamışdır. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis böləməsinə gətirilən zaman və polis bölməsində üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana özünə məxsus olmuş, həmin narkotik vasitə qurudulmuş marixuananı satan şəxsi əvvəllər tanımamış, onun xarici görünüşü və əlamətləri yadında qalmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyinin sol iç cibindən bir ədəd qara rəngli sellofan bükümündə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi müəyyən edildi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Masallı RPŞ-nin Boradigah PB-də X12a əlyazma ilə yazdığı izahatında qeyd olunur: “İzahatı özüm yazıram, mənə verilən suallara cavab olaraq bildirirəm ki, xx.xx.2023-cü il tarixdə günün ikinci yarısı Lənkəran rayonu, Zövlə kəndində şəxsi istifadəm üçün tanımadığım şəxsdən 65 manata 20 qram qurudulmuş marixuana aldım. Elə həmin tarixdə saat 21 radələrində Qızılavar kəndi ərazisində piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimli şəxs mənə yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını bildirdilər və məni X7 dəvət etdilər. Boradigah PB-yə gəldikdən sonra məni X12un otağına apardılar. Orada mənə təyin olunmuş müdafiəçi ilə birlikdə videoçəkiliş aparmaqla üzərimə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı mən könüllü olaraq üzərimdəki pencəyin sol döş cibindən qurudulmuş marixuananı çıxarıb təqdim etdim. Bildirirəm ki, Boradigah PB-yə gətirilərkən mənə qarşı hər hansı bir zor tətbiq edilməmişdir. İzahatı özüm yazdım, doğrudur. İmzamla təsdiq edirəm. Qeyd olunan izahat Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və təhiqatçı Əli Sadıqov tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli, 19/861 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -17,213 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 17,213 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 17,113 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X10 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 454 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 17,113 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunduğu görüntünün əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının 05 ay 19 gün çəkilməmiş qalan hissəindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda və xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Boradigah qəsəbəsində qeydiyyatda olmaqla arvadı X4, qızı-X9 və qızı-X5 ibarət ailə tərkibində yaşamış, Təqsirləndirilən şəxs əvvəllər həbsdə plmuş, qəsəbə ərazisində müsbət xarakterizə olunmur. İş materiallarına əlavə edilmiş həbs qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(050)-94/2023 saylı qərarında Təqsirləndirilən şəxs verdiyi izahatında göstərmişdir: “Qeyd olunan cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Belə ki, həmin narkotik vasitəni Lənkəran rayonu, Zövlə kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 65 manat almışdır. Əməlindən səmimi peşmandır. Himayəsində 86 yaşında qoca və xəstə atası vardır və ondan başqa atasına baxan şəxs yoxdur.” Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılmasına dair video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Onun əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-94/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 4(050)-94/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli, 891 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, ərazı narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 17,113 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 17,113 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar