Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-23/2024 15.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay-himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində fiziki şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq anbarında mühasib vəzifəsində işləyərkən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən maddi məsul şəxs olmaqla ona verilmiş proqram daxilində mühasibat işlərinin aparılmasını və vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsini təmin etməli, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına, əməyin təhlükəsizliyi normalarına əməl etməli, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımağı, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamağı, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələri qoyulmasına baxmayaraq ona verilmiş səlahiyyətlərdən tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 ona etibar etdiyi “Asan İmza” vasitəsi ilə xx.xx.2023-cü il tarixdə sonuncunun "xxxx" ASC-nin Cənub filialında olan hesablaşma hesabından öz əmək haqqı kartına əlavə əmək haqqı adı ilə 364 manat, xx.xx.2023-cü il tarixdə ezamiyyə xərci adı ilə 2600 manat, xx.xx.2023-cü il tarixdə əlavə əmək haqqı adı ilə 364 manat, xx.xx.2023-cü il tarixdə ezamiyyə xərci kimi əlavə olaraq 3780 manat köçürmə etməklə xeyli miqdarda vəsaiti vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə və ya israf etməklə talayıb fiziki şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 7108 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində fiziki şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus, Masallı şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq anbarında mühasib vəzifəsində işləyərkən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən maddi məsul şəxs kimi günlük ona verilmiş proqram daxilində mühasibat işlərinin aparılmasını və vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsini təmin etməli, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına, əməyin təhlükəsizliyi normalarına əməl etməli, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımağı, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamağı, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələri qoyulmasına baxmayaraq təkrarən ona verilmiş səlahiyyətlərdən tamah niyyəti ilə özgənin əmlakını talama yolu ilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs1 ona etibar etdiyi “Asan İmza” vasitəsi ilə sonuncunun "xxxx" ASC-nin Cənub filialında olan hesablaşma hesabından işdən çıxarılmış X3 adına olmaqla ona təhvil verilmiş əmək haqqı kartına son ödəniş adı ilə xx.xx.2023-cü il tarixdə 314,60 manat, xx.xx.2023-cü il tarixdə xəstəlik pulu adı ilə 3440 manat köçürmə etməklə təkrarən öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə və ya israf etməklə talayıb fiziki şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 3754,60 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində əzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Rəhimov X8 rayonu ərazisində qida məhsullarının alğı-satqısını həyata keçirən fərdi sahibkardır. Sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 isə heyvan və quş yemlərinin alğı-satqısını həyata keçirir. Onların Masallı şəhəri, H.Əliyev prospektində yerləşən özlərinə məxsus obyektləri var və məhsulların satışını həmin obyektdən həyata keçirirlər. Mühasibatlıqları isə eynidir. Ofis işləri ilə daha çox Zərərçəkmiş şəxs1 məşğul olur. Zərərçəkmiş şəxs2 isə çox vaxt Bakı şəhərində olur. Zərərçəkmiş şəxs1 və onun qardaşı Zərərçəkmiş şəxs2 qonşu kimi tanımışdır. 2023-cü ilin əvvəllərində o, Zərərçəkmiş şəxs1 işə düzəlmək üçün müraciət etmişdir. Onun müraciəti qeydə alınaraq xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2la bağlanmış əmək müqaviləsinə əsasən onu mühasib kimi işə götürmüşlər. Bağlanmış əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 400 manat müəyyən edilmişdir. Əmək müqaviləsinə görə onun vəzifəsi günlük olaraq ona verilmiş proqram daxilində mühasibat işlərinin aparılmasını və vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsini təmin etmək, Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrin, əmək funsksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etmək olmuşdur. İşə başladıqdan sonra onun adına "xxxx" ASC-yə məxsus kart hesabı açılmış və plastik kart verilmişdir. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi sahibkar Zərərçəkmiş şəxs2 və sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 mühasibi işləmişdir. Mühasib olduğuna görə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 "xxxx"ASCdə və "xxxx" da olan fərdi sahibkar hesablarının “Asan İmza” ları onda olmuşdur. O, hesablardan bütün məxaric əməliyyatlarını həmin “Asan İmza” lar vasitəsi ilə həyata keçirmişdir. 2023-cü ilin təxminən iyun ayında Bakı şəhərində adını çəkmək istəmədiyi dostunun avtomobilini idarə edən zaman ehtiyatsızlıqdan başqa avtomobillə toqquşmuş və nəticədə hər iki avtomobilə ziyan dəymişdir. Avtomobillərin təmir xərcləri təxminən 9000 manat olmuşdur. O, aylıq əmək haqqı ilə həmin məbləği qarşılıya bilməyəcəyinə görə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 fərdi sahibkar hesablarından müxtəlif adlarla özünün və digərlərinin kartına köçürmələr edərək sonradan həmin pulları nağdlaşdırıb yuxarıda qeyd etdiyi şəxsi ehtiyaclarına israf etmiş, o cümlədən Zərərçəkmiş şəxs2 "xxxx" ASC-də olan fərdi sahibkar hesabından xx.xx.2023-cü il tarixdə bütün işçilərin əmək haqlarını köçürərkən özünə 364 manat əlavə əmək haqqı köçürmüş, xx.xx.2023-cü il tarixdə 2600 manat özünə ezamiyyə xərci vəsaiti köçürmüşdür. Lakin mühasib kimi faktiki olaraq heç bir ezamiyyətə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə özünə 364 manat əlavə əmək haqqı köçürmüş, xx.xx.2023-cü il tarixdə yenə də öz əmək haqqı kartına 3780 manat ezamiyyə xərci köçürmüşdür. Lakin faktiki olaraq heç bir ezamiyyətə çıxmamışdır. Qeyd etdiyi köçürmələrin hamısını Zərərçəkmiş şəxs2 hesabından etmişdir. Zərərçəkmiş şəxs1 "xxxx" ASC-də olan fərdi sahibkar hesabından xx.xx.2023-cü il tarixdə işdən azad olunmuş işçi X3 ona təhvil verdiyi "xxxx" ASC-yə məxsus əmək haqqı kartına xx.xx.2023-cü il tarixdə son haqq-hesab olaraq 21 məzuniyyət gününə görə 314,60 manat, bundan başqa xəstəlik vərəqəsinə görə tibbi yardım adı altında 3440 manat pul köçürmüşdür. Sonra isə İsrafil Əliyevin kartından həmin pulları çıxarıb özündə saxlamışdır. Bakı şəhərində Zərərçəkmiş şəxs2 hesabatları təqdim edən zaman özü etdiyi köçürmələr barədə məlumat vermişdir. Sonuncu isə ona qardaşı Ramizlə bu haqda danışmağını demişdir. Zərərçəkmiş şəxs1 zəng edəndə isə sonuncu məsələdən xəbəri olduğunu bildirmişdir. Sonradan Masallı şəhərində Zərərçəkmiş şəxs1la görüşmüş və sonuncu təxminən 11000 manat pullarını mənimsədiyini demişdir. Həmin məbləğdən 3500 manatını qaytaracağını bildirmişdir. İsrafil Əliyevin kartına köçürdüb sonradan həmin kartdan nağdlaşdırdığı 3440 manat vəsaitin üzərinə 60 manat da əlavə edərək cəmi 3500 manat pulu Zərərçəkmiş şəxs1 mühasibatlığına vermişdir. Həmin pulu Zərərçəkmiş şəxs2 hesabından əlavə köçürmələr edərək nağdlaşdırıdığı pullardan tutmasını bildirmişdir. Hazırda Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 olan təxminən 7000 manat borcunu qısa müddət ərzində ödəyəcək. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 fərdi sahibkar kimi maliyyə-təsərrüfat fəaliyyətinə maddi məsul şəxs bütün dövr üçün onlar özləri və işlədiyi müdət ərzində mühasib kimi o olmuşdur. Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 audit dəvət edib yoxlama keçirdikdən sonra tərtib edilmiş aktla tanış olması üçün onu mobil telefon vasitəsi ilə dəvət etmişlər. Lakin həmin vaxt Bakı şəhərində olduğuna görə onların dəvəti üzrə gələrək tərtib edilmiş audit aktı ilə tanış ola bilməmişdir. Təqdim edilmiş audit aktı ilə tanış olmuş və aktda qeyd edilənlərlə razıdır. X6 xx.xx.2023cü il tarixdə öz təşəbbüsünə əsasən işdən çıxdıqdan sonra adına açılmış plastik kartı mühasib kimi ona verib getmiş və köçürmə etdiyi zaman həmin kart onda olmuşdur. O, əmək müqaviləsi əsasında mühasib işlədiyi dövrdə Zərərçəkmiş şəxs2 "xxxx" ASC-də olan fərdi sahibkar hesabından öz kart hesabına əlavə köçürdüyü ümumilikdə 7108 manat pulu, həmçinin Zərərçəkmiş şəxs1 "xxxx" ASC-də olan fərdi sahibkar hesabından işdən çıxmış X1 hesabına əlavə köçürdüyü 3754,60 manat vəsaiti həmin bankın Masallı rayonu ərazisində olan bankomatlarından nağdlaşdırmışdır. Lakin tarixləri konkret olaraq xatırlamır. 2023-cü ilin təxminən iyun ayında Bakı şəhərində törətdiyi yol-nəqliyyat hadisəsi baş verdikdən sonra qarşı tərəflə şifahi şəkildə razılaşdıqlarına və hadisə nəticəsində heç kim xəsarət almadığına görə ərazi aidiyyəti üzrə YPX-yə və ya hər hansı polis bölməsinə məlumat verməmiş, avtomobilləri hadisə yerindən uzaqlaşdıraraq sonradan ustaya təhvil vermişlər. Avtomobillərin detallarını və ustaların xidmət haqqını isə o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hesablarından əsassız olaraq köçürüb sonradan nağdlaşdırdığı vəsaitlər hesabına ödəmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş 10862,60 manat maddi ziyandan 3500 mantının ibtidai istintaq zamanı geri qaytarıldığını, qalan maddi ziyanı da zərərçəkmiş şəxslərə tam şəkildə geri qaytaracağını, himayəsində olan azyaşlı uşağın saxlanılması üçün aliment ödədiyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Masallı şəhərində qeydiyyatda olsa da, daha çox Bakı şəhərində yaşayır. Lakin tez-tez Masallı rayonuna da gəlir. Onlar iki qardaş fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Belə ki, qardaşı heyvan və quş yemlərinin alğı-satqısını həyata keçirən fərdi sahibkardır. O, isə qida məhsullarının alğı-satqısını həyata keçirir. Hər birinin ayrıca VÖEN-ni var. Onların Masallı şəhəri, H.Əliyev prospektində yerləşən özlərinə məxsus obyektləri var və məhsulların satışını həmin obyektdən həyata keçirirlər. Mühasibatlıqları isə eynidir. Ofis işləri ilə daha çox qardaşı Zərərçəkmiş şəxs1 məşğul olur. Masallı şəhər sakini Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlayaraq onu mühasib kimi işə götürmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi onlarda mühasib işləmişdir. Bağlanmış əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs günlük olaraq ona verilmiş proqram daxilində mühasibat işlərinin aparılmasını və vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsini təmin etməli olmuşdur. Təqsirləndirilən şəxs əmək müqaviləsini onunla bağlasa da mühasibatlıqları eyni olduğuna görə faktiki olaraq qardaşı Zərərçəkmiş şəxs1 da mühasibat işlərini yerinə yetirmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində onun və qardaşının pullarını mənimsəmişdir. Belə ki, onun və qardaşı Zərərçəkmiş şəxs1 "xxxx" və "xxxx" ASC-də fərdi sahibkar hesabları var. Həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqədar mədaxillər və məxariclər həmin hesablar vasitəsi ilə köçürülür. Həmin hesablardan vəsaitlərin məxaric edilməsi ona və Zərərçəkmiş şəxs1 məxsus “Asan İmza” lar vasitəsi ilə həyata keçirilir. Təqsirləndirilən şəxs mühasib olduğundan köçürmələri həyata keçirməsi üçün “Asan İmza” larını ona vermişdlər. Təqsirləndirilən şəxs isə işlədiyi müddət ərzində ayrı-ayrı tarixlərdə həmin “Asan İmza” lar vasitəsi ilə fərdi sahibkar hesablarından öz əmək haqqı kartına və digər işçilərin kartlarına əlavə vəsaitlər, o cümlədən ezamiyyə xərcləri, tibbi yardım üçün köçürmələri edərək həmin vəsaitləri nağdlaşdırıb mənimsəmişdir. Bu faktı qardaşı Zərərçəkmiş şəxs1 aşkara çıxartmışdır. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri onlara məlum olduqdan sonra “X12” MMC ilə müqavilə bağlayaraq audit dəvət etmiş və 01-03 noyabr 2023-cü il tarixlərində həmin təşkilat tərəfindən audit yoxlaması aparılmışdır. Audit yoxlamasının nəticəsinə dair akt tərtib edilmişdir. “X12” MMC tərəfindən tərtib edilmiş 03 noyabr 2023cü il tarixli audit aktına əsasən Təqsirləndirilən şəxs onun "xxxx" ASC-də olan fərdi sahibkar hesabından xx.xx.2023-cü il tarixdə öz kart hesabına 364 manat əlavə əmək haqqı, xx.xx.2023-cü il tarixdə isə 2600 manat özünə ezamiyyə xərci vəsaiti köçürmüşdür. Lakin mühasib kimi faktiki olaraq heç bir ezamiyyətə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təkrarən özünə 364 manat əlavə əmək haqqı, xx.xx.2023-cü il tarixdə yenə də öz əmək haqqı kartına 3780 manat ezamiyyə pulu köçürmüşdür. Lakin faktiki olaraq heç bir ezamiyyətə çıxmamışdır. Təqsirləndirilən şəxs ezamiyyətə çıxması barədə hər hansı əmr verilməmiş və ezamiyyə vərəqəsi tərtib edilməmişdir. Qeyd etdiyi köçürmələrin hamısını onun hesabından köçürüb məxaric etməklə mənimsəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 "xxxx" ASC-də olan fərdi sahibkar hesabından xx.xx.2023-cü il tarixdə işdən azad olunmuş işçi X3 ona təhvil verdiyi əmək haqqı kartına xəstəlik vərəqəsinə görə (tibbi yardım adı altında ) 3440 manat, xx.xx.2023cü il tarixdə son haqq hesab olaraq 21 məzuniyyət gününə görə 314,60 manat pul köçürmüş, sonradan həmin vəsaiti nağdlaşdırıb mənimsəmişdir. İsrafil Əliyev xx.xx.2023cü il tarixdə fəhlə kimi işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə öz təşəbbüsü ilə işdən azad olunmuşdur. Aparılmış audit yoxlaması ilə X3 adına xəstəlik vərəqəsinin olmadığı müəyyən edilmiş, həmçinin ona 21 məzuniyyət gününə görə son haqq-hesab olaraq 314,60 manat düzgün hesablanmamışdır. X16 bütün təqvim ili deyil, cəmi iki həftə işləmiş və məzuniyyət hüququ yaranmadan işdən ayrılmışdır. Audit yoxlamasının nəticəsinə əsasən Təqsirləndirilən şəxs ümumilikdə ona 7108 manat, qardaşı Zərərçəkmiş şəxs1 isə 3754,60 manat ziyan vurduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməlləri ifşa olunduqdan ona vurduğu ziyandan 2023-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə 3500 manatını qardaşı Zərərçəkmiş şəxs1 qaytarmışdır. Qalan pullarını isə bu günədək qaytarmamışdır. Təqsirləndirilən şəxs fərdi sahibkar hesablarından yuxarıda göstərdiyi məbləğlərdə pulları köçürmə yolu ilə mənimsəyib nağdlaşdırması barədə onların 2023-cü ilin sentyabr ayında məlumatları olmuşdur. Fərdi sahibkar fiziki şəxs kimi onun maliyyə təsərrüfat fəaliyyətinə maddi məsul şəxs bütün dövr üçün özü və işlədiyi müddət ərzində mühasib kimi Təqsirləndirilən şəxs olmuşdur. Onlarda işçilərin əmək haqqı hər ayın sonu və ya növbəti ayın əvvəli köçürülür. Təqsirləndirilən şəxs audit aktında qeyd edilmiş xx.xx.2023-cü il tarixdə öz kart hesabına köçürdüyü əmək haqqı onun qanuni əmək haqqısı olmaqla əlavə sayılmır. Lakin xx.xx.2023-cü il tarixdə öz kart hesabına köçürdüyü əmək haqqı əsassız və əlavə əmək haqqıdır. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmadığını, onlara dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə təqsirləndirilən şəxsə həbslə əlaqəar qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Onlar fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Belə ki, qardaşı qida məhsullarının alğı-satqısını həyata keçirən fərdi sahibkardır. O, isə heyvan və quş yermlərinin alğı-satqısını həyata keçirir. Hər birinin ayrıca VÖEN-ni var. Onların Masallı şəhəri, H.Əliyev prospektində yerləşən özlərinə məxsus obyekti var və məhsulların satışını həmin obyektdən həyata keçirirlər. Mühasibatlıqları isə eynidir. Ofis işləri ilə daha çox o, məşğul olur. Qardaşı Zərərçəkmiş şəxs2 Masallı şəhər sakini Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlayaraq onu mühasib kimi işə götürmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi onların mühasibi işləmişdir. Bağlanmış əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs günlük olaraq ona verilmiş proqram daxilində mühasibat işlərinin aparılmasını və vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsini təmin etməli, Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funsksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməli olmuşdur. Təqsirləndirilən şəxs əmək müqaviləsini Zərərçəkmiş şəxs2la bağlasa da mühasibatlıqları eyni olduğuna görə faktiki olaraq onun da mühasibat işlərini yerinə yetirmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində onun və qardaşı Zərərçəkmiş şəxs2n pullarını mənimsəmişdir. Belə ki, onun və qardaşı Zərərçəkmiş şəxs2 "xxxx" və "xxxx" ASC-da fərdi sahibkar hesabları var. Həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqədar mədaxillər və məxariclər həmin hesablar vasitəsi ilə köçürülür. Həmin hesablardan vəsaitlərin məxaric edilməsi ona və qardaşına məxsus “Asan İmza” lar vasitəsi ilə həyata keçirilir. Təqsirləndirilən şəxs mühasib olduğundan köçürmələri həyata keçirməsi üçün “Asan İmza” larını ona vermişlər. O, isə işlədiyi müddət ərzində ayrı-ayrı tarixlərdə həmin “Asan İmza” lar vasitəsi ilə fərdi sahibkar hesablarından öz əmək haqqı kartına və digər işçilərin kartlarına əlavə vəsaitlər, o cümlədən ezamiyyə xərcləri, tibbi yardım üçün köçürmələri edərək həmin vəsaitləri nağdlaşdırıb mənimsəmişdir. Bu faktı o, aşkara çıxartmışdır. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ortaya çıxdıqdan sonra sonra “X12” MMC ilə müqavilə bağlayaraq audit dəvət etmiş və 01-03 noyabr 2023-cü il tarixlərində həmin təşkilat tərəfindən audit yoxlaması aparılmışdır. Audit yoxlamasının nəticəsinə dair akt tərtib edilmişdir. “X12” MMC tərəfindən tərtib edilmiş 03 noyabr 2023cü il tarixli audit aktına əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 "xxxx" ASC-də olan fərdi sahibkar hesabından xx.xx.2023-cü il tarixdə öz kart hesabına 364 manat əlavə əmək haqqı, xx.xx.2023-cü il tarixdə isə 2600 manat özünə ezamiyyə xərci vəsaiti köçürmüşdür. Lakin mühasib kimi faktiki olaraq heç bir ezamiyyətə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təkrarən özünə 364 manat əlavə əmək haqqı, xx.xx.2023-cü il tarixdə yenə də öz əmək haqqı kartına 3780 manat ezamiyyə pulu köçürmüşdür. Lakin faktiki olaraq heç bir ezamiyyətə çıxmamışdır. Onun ezamiyyətə çıxması barədə hər hansı əmr verilməmiş və ezamiyyə vərəqəsi tərtib edilməmişdir. Qeyd etdiyi köçürmələrin hamısını Zərərçəkmiş şəxs2 hesabından köçürüb məxaric etməklə mənimsəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onun "xxxx" ASC-də olan fərdi sahibkar hesabından xx.xx.2023-cü il tarixdə işdən azad olunmuş işçi X3 ona təhvil verdiyi əmək haqqı kartına xəstəlik vərəqəsinə görə (tibbi yardım adı altında ) 3440 manat, xx.xx.2023-cü il tarixdə son haqq-hesab olaraq 21 məzuniyyət gününə görə 314,60 manat pul köçürmüş, sonradan həmin vəsaiti nağdlaşdırıb mənimsəmişdir. İsrafil Əliyev xx.xx.2023-cü il tarixdə fəhlə kimi işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə öz təşəbbüsü ilə işdən azad olunmuşdur. Aparılmış audit yoxlaması ilə X3 adına xəstəlik vərəqəsinin olmadığı müəyyən edilmiş, həmçinin ona 21 məzuniyyət gününə görə son haqq-hesab olaraq 314,60 manat düzgün hesablanmamışdır. X16 bütün təqvim ili deyil, cəmi iki həftə işləmiş və məzuniyyət hüququ yaranmadan işdən ayrılmışdır. Audit yoxlamasının nəticəsinə əsasən Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs2 7108 manat, ona isə 3754,60 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməlləri ifşa olunduqdan sonra vurduğu ziyandan 2023-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə 3500 manatını ona qaytarmışdır. O, isə həmin 3500 manatı Zərərçəkmiş şəxs2 vermişdir. Qalan pullarını isə bu günədək qaytarmamışdır. O, əlavə olaraq bildirmişdir ki, fərdi sahibkar kimi onun maliyyə təsərrüfat fəaliyyətinə maddi məhsul şəxs bütün dövr üçün özü və işlədiyi dövr ərzində mühasib kimi Təqsirləndirilən şəxs olmuşdur. Sonda R.M. Rəhimov təqsirləndirilən şəxslə barışmadığını, onlara dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə təqsirləndirilən şəxsə həbslə əlaqəar qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və onun qardaşı Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Onların Masallı şəhəri, H.Əliyev prospektində yerləşən obyektləri var və məhsulların satışını həmin obyektdən həyata keçirirlər. Mühasibatlıqları eynidir. Ofis işləri ilə daha çox Zərərçəkmiş şəxs1 məşğul olur. O, 01 iyun 2021-ci il tarixdən 01 may 2023-cü il tarixə kimi Zərərçəkmiş şəxs2la bağladıqları əmək müqaviləsi əsasında onların mühasibi vəzifəsində işləmişdir. 01 may 2023-cü il tarixdə isə öz ərizəsi əsasında işdən çıxaraq, daha çox əmək haqqı olan başqa işə getmişdir. O, işdən çıxdıqdan sonra Masallı şəhər sakini Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2la əmək müqaviləsi bağlayaraq mühasib kimi onların yanında işləməyə başlamışdır. O, Təqsirləndirilən şəxs şəhər sakini kimi qiyabi olaraq tanımış, lakin sonuncu ilə heç bir münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. 2023-cü ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 onunla mobil telefonla əlaqə saxlayaraq mühasibatlıq işlərinin aparılmasında onlara kömək etməyi üçün çağırmışdır. O, sabiq müdiri olduğuna görə Zərərçəkmiş şəxs1 sözündən çıxmayaraq kömək etmək üçün qeyd etdiyi Masallı şəhəri, H.Əliyev prospektində yerləşən obyektlərinə getmişdir. Mühasibatlıq işlərini gördükdən sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs mühasib işlədiyi müddət ərzində əlavə köçürmələr edərək onun və qardaşı Zərərçəkmiş şəxs2 xeyli miqdarda pulunu mənimsədiyini bildirmişdir. Həmçinin, onun yenidən onların mühasibi işləməyini təkif etmişdir. 02 oktyabr 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs2la əmək müqaviləsi bağlayaraq onların anbarlarında mühasib kimi rəsmi olaraq işə başlamışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs konkret olaraq hansı məbləğdə pullarını mənimsədiyini müəyyən etmək üçün audit dəvət etmişdir. 01-03 noyabr 2023-cü il tarixlərdə “X12” MMCdən audit gələrək yoxlama aparmışdır. Yoxlama nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 hesabından 7108,00 manat, Zərərçəkmiş şəxs1 hesabından 3754,60 manat ümumilikdə 10862,60 manat pullarını əsassız köçürmələr yolu ilə mənimsəyib taladığı müəyyən edilmişdir. “X12” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli audit aktında Təqsirləndirilən şəxs əmək müqaviləsi əsasında mühasib işlədiyi dövr ərzində Zərərçəkmiş şəxs2 hesabından xx.xx.2023-cü il tarixdə 364 manat, xx.xx.2023-cü il tarixdə 364 manat öz kart hesabına əlavə əmək haqqı köçürmüşdür. xx.xx.2023-cü il tarixdə 2600 manat xx.xx.2023-cü il tarixdə 3780 manat öz kart hesabına ezamiyyə xərci köçürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 7108 manat məbləğində ziyan vurması, həmçinin Zərərçəkmiş şəxs1 hesabından X3 hesabına xx.xx.2023-cü il tarixdə xəstəlik vərəqəsinə görə 3440 manat, xx.xx.2023-cü il tarixdə isə məzuniyyət haqqı kimi 314,60 manat əsassız köçürmələr etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 3780 manat ziyan vurması barədə göstərilənlər bank çıxarışları əsasında tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə fərdi sahibkar Zərərçəkmiş şəxs2 tərəfindən mühasib kimi işə götürümlüşdür. Əməl müqaviləsinə əsasən Təqsirləndirilən şəxs günlük olaraq ona verilmiş proqram daxilində mühasibat işlərinin aparılmasını və vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsini təmin etməli, Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funsksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməli olmuşdur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “X12” MMC tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli audit aktından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 "xxxx" ASC-də olan fərdi sahibkar hesabından xx.xx.2023-cü il tarixdə öz kart hesabına 364 manat əlavə əmək haqqı köçürmüşdür. xx.xx.2023-cü il tarixdə 2600 manat özünüzə ezamiyyə xərci vəsaiti köçürmüşdür. Lakin mühasib kimi faktiki olaraq heç bir ezamiyyətə çıxmamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə təkrarən öz kart hesabına 364 manat əlavə əmək haqqı köçürmüşdür. xx.xx.2023-cü il tarixdə yenə də öz əmək haqqı kartına 3780 manat ezamiyyə xərci köçürmüşdür. Lakin faktiki olaraq heç bir ezamiyyətə çıxmamışdır. Onun ezamiyyətə çıxmağı barədə hər hansı əmr verilməmiş, ezamiyyə vərəqəsi tərtib edilməmişdir. Zərərçəkmiş şəxs1 "xxxx" ASC-də olan fərdi sahibkar hesabından xx.xx.2023-cü il tarixdə işdən azad olunmuş işçi X3 ona təhvil verdiyi əmək haqqı kartına xəstəlik vərəqəsinə görə 3440 manat, bundan başqa xx.xx.2023-cü il tarixdə son haqq-hesab olaraq 21 məzuniyyət gününə görə 314,60 manat pul köçürmüşdür. İsrafil Əliyev xx.xx.2023-cü il tarixdə fəhlə kimi işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə öz təşəbbüsü ilə işdən azad olunmuşdur. Aparılmış audit yoxlaması ilə X3 adına xəstəlik vərəqəsinin olmadığı müəyyən edilmiş, həmçinin ona 21 məzuniyyət gününə görə son-haqq hesab olaraq 314,60 manat düzgün hesablanmamışdır. X16 bütün təqvim ili deyil, cəmi iki həftə işləmişdir və məzuniyyət hüququ yaranmadan işdən ayrılmışdır. Audit yoxlamasının nəticəsinə əsasən ümumilikdə Zərərçəkmiş şəxs2 7108 manat, Zərərçəkmiş şəxs1 isə 3754,60 manat ziyan vurulduğu müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8921 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi əsasında fərdi sahibkar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mühasibi işləmiş Təqsirləndirilən şəxs audit yoxlamasına dair hesabatda ona verilmiş “Asan İmza” lar vasitəsi ilə Zərərçəkmiş şəxs2 hesablaşma hesabından 7108.00 manat, Zərərçəkmiş şəxs1 hesabından 3754,60 manat əlavə köçürmələr etməsi barədə auditorun gəldiyi nəticə təqdim edilmiş sənədlərlə (bank hesabından çıxarış) təsdiq olunur. İş materallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmaqla yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində X7 vurulmuş 7108 manat ziyandan 3500 manatı geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Aslanov küçəsi, ev 70 ünvanında qeydiyyatda olmaqla atası-xx.xx.1968-ci il təvəllüdlü X5 və qardaşı-xx.xx.1996-cı il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayr. Təqsirləndirilən şəxs Masallı şəhərində yaşadığı müddətdə özünü səmimi və intizamlı aparmış, yaşadığı ərazidə davranış qaydalarına daim əməl etmişdir. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs barəsində Masallı şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. “AZEMİS” elektron Məhkəmə İnformasiya Sistemdən çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini; CM-nin 59.2-ci maddəsinə əsasən isə əməlini səmimi etiraf edərək, peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla islah yolundadır. Dəymiş ziyanı qismən ödəmişdir. Himayəsində olan azyaşlı uşağın saxlanılması üçün aliment ödəyir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdiran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayəti xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində fiziki şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus Masallı şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq anbarında mühasib vəzifəsində işləyərkən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən maddi məsul şəxs olmaqla vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə törətdiyindən, onun gələcəkdə müəyyən rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılması qeyri-mümkündür və bu səbəbdən də ona əlavə cəza təyin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddəsində nəzrədə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə maddi ziyan 10862,60 manat puldan 3500 manatının Zərərçəkmiş şəxs2 ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Ödənilməmiş qalan maddi ziyanla bağlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsi nəzərə alınmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi ziyan 10862,60 manat puldan 3500 manatının Zərərçəkmiş şəxs2 ödənilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 150 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ödənilməmiş qalan maddi ziyanla bağlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-23/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-23/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver