Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-23/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Masallı şəhəri, Qarabağ küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 28 noyabr 2024-cü il tarixdə saat 19:16-da Masallı şəhəri Heydər Əliyev prospektində saxlanılaraq, üstündə keçirilən yoxlama və götürmə zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,542 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, əvvəllər bir dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş və məhkumluğu ödənilmişdir. O, məhkum olunduqdan sonrada narkotik vasitələr, əsasən də psixotrop maddə metamfetamin istifadə etmişdir. Sonuncu dəfə isə tutulmamışdan 10 gün əvvəl narkotik vasitəsi istifadə etmişdir. Üzərində aşkar olunan psixotrop maddə metamfetaminlə bağlı onu qeyd edir ki, Masallı şəhəri, Qarabağ küçəsində kirayədə yaşadığı evin qapısını əvvəllər tanıdığı və bir neçə dəfə narkotik vasitə aldığı Polad adlı şəxs döymüş, o, qapını açan zaman Polad adlı şəxs siqaret qutusunda olan metamfetamini uzadıb, “bu nədir mənə vermisən” ifadəsini işlətmişdir. Bundan sonra iki əməliyyat müvəkkili evinə qanunsuz daxil olmuş, ona bildirmişlər ki, onlara ya 500 manat pul verməli, ya da narkotik vasitə istifadə edən şəxslərin tutulmasında vasitəçilik etməlidir. Əks halda onun özünü narkotik vasitənin istifadəsinə görə tutacaqlarını bildirmişdir. Polis əməkdaşlarının qarşısına qoyduğu şərtlərlə razılaşmadığı üçün o, psixotrop maddə metamfetamini üzərində daşımasında ittiham edilmişdir. Hadisə baş verməzdən əvvəl əllərində tikiş yarası olmuş, polis əməkdaşlarının əlini sıxması və dartması nəticəsində əlindəki tikiş açılmışdır. Eləcə də onu saxlayan əməliyyat müvəkkili üzərində aşkar olunan metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən alması barədə etirafedici ifadə veməyə təhrik etmişdir. O, barəsində aparılan cinayət işinə baxan müstəntiqə və digər polis əməkdaşlarına ona edilmiş qanunsuzluqlarla bağlı məlumat versə də, heç bir faydası olmamışdır. Bundan başqa polis şöbəsində ona qarşı olan qanun pozuntularından hüquq mühafizə orqanlarına şikayətini bildirməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı ibtidai istintaqda verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, öz müdafiəsi üçün heç bir dəlil gətirmədən göstərmişdir ki, əvvəllər 1 dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq məhkum olunmuş, bədənində ağrılar olduğuna görə arada bir psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Təxminən 3-4 gün bundan öncə Bakı şəhərində olarkən orada təsadüfən rastlaşdığı tanımadığı kişi cinsindən olan şəxsdən 1 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamini 10 manat pul müqabilində almış, daha sonra yaşadığı Masallı şəhərinə geri qayıtmış, üzərində olan psixotrop maddə metamfetamini Masallı şəhərində yaşadığı evdə istifadə etməyi planlaşdırmışdır. 28 noyabr 2024-cü il tarixdə təxminən saat 19 radələrində Masallı şəhəri Heydər Əliyev prospektində piyada hərəkətdə olarkən tanımadığı 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin şəxslərdən biri videoçəkiliş aparmış, həmin şəxslərdən digəri xidməti vəsiqəsini göstərib Masallı RPŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 olduğunu, yanında olan şəxslərin də Masallı RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 olmalarını bildirmişdir. Polis əməkdaşı Şahid1 qanunsuz olaraq narkotik vasitə üzərimdə gəzdirməkdə şübhəli olduğunu, üzərində videoçəkiliş aparılmaqla yoxlama və götürmə aparılacağını bildirmiş, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Polis əməkdaşı Şahid1 etiraz etməmiş, əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini çıxardıb təqdim etmiş, polis əməkdaşı Şahid1 kağız bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və psixotrop maddəni Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqdim etdiyi 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 1,10 qram təşkil etmiş, üzərindən aşkar olunmuş 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin zərfdə qablaşdırılmış və zərfin üzəri imzalanaraq möhürlənmişdir. Bundan başqa əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu da çıxardıb polis əməkdaşlarına təqdim etmiş, həmin mobil telefon zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalanaraq möhürlənmişdir. Üstündə olan paltarlara yoxlama keçirilən zaman qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar olunmamış, bundan sonra polis əməkdaşı Şahid1 tərəfindən Masallı rayon Polis Şöbəsinə aparılacağı barədə məlumat verilmiş, etiraz etməmiş və Masallı RPŞ-yə aparılmışdır. Masallı RPŞ-də ilk öncə üzərində keçirilən yoxlama və götürmə haqqında protokol tərtib olunmuş, tərəfindən imzalanmış, daha sonra özünü baş təhqiqatçı Ariz Səfərov kimi təqdim edən polis əməkdaşının xidməti otağına aparılmış, orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, bu barədə yazılı bildiriş verilmiş, öz istəyi əsasında dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi qismində təyin edilmişdir. Müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə baş təhqiqatçı Ariz müəllim sual vermiş, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmiş, videoçəkiliş dayandırılmış, üzərinə və əynində olan paltarlara Laləgül adlı qadın tərəfindən şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamış, daha sonra Masallı RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Təsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında son çıxışında səhvə yol verdiyini, bağışlanmasını və barəsində azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 28 noyabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi mədən 2, korpus 77, ev 36-da qeydiyyatda olmaqla Masallı şəhəri Qarabağ küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs saxlanılıb üstünün yoxlanılması ilə əlaqədar tərəfindən “əməliyyataxtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. 28 noyabr 2024-cü il tarixdə saat 19:16-da Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən məhəllə yolda piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşmışlar, həmin vaxtı orada əməliyyat qrupunun digər üzvləri, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 iştirak etmiş, polis əməkdaşı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs yaxınlaşdıqları andan videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs xidməti vəsiqəsini göstərib, özünü təqdim etdikdən sonra narkotik vasitələr və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli olduğundan saxlanıldığını və üstündə yoxlama aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş, bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 1 ədəd kağız büküm çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs kağız bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, psixotrop maddəni təxminən 2-3 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütləni elektron tərəzidə çəkmiş və çəkisi 1,10 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütləni zərfə qoyub qablaşdırmış, zərfin üzərini imzalatdırıb möhürləmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuş, həmin mobil telefonu zərfə qoyub qablaşdırmış və zərfin üzərini imzalatdırıb möhürləmişdir. Təqsirləndirilən şəxs üstünə və əynində olan paltarlara yoxlama keçirilən zaman üstündən qanunla qadağan olunmuş başqa maddə aşkar olunmamış, Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair protokolun yazılmasına şərait olmadığından aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə ilə birlikdə Masallı RPŞ-nin inzibati binasına dəvət etmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş, Masallı rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üstündə keçirilən yoxlama və götürmə haqqında tərəfindən protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni və üstü yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞ-nin Təhqiqat Bölməsinin xidmətdə olan baş təhqiqatçısı Ariz Səfərova təqdim etmiş, Ariz müəllim tərəfindən həmin psixotrop maddə olan metamfetaminə bənzər kütləyə videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və götürmə aparılması ilə əlaqədar yazılmış protokolu imzalamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin NMQnin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin RPŞnin PPXB-nin polis nəfəri Şahid3 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Masallı Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Masallı Rayon Polis Şöbəsinin RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə, saat 19:16-da Masallı şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan boz rəngli gödəçcənin sağ yan cibindən bir ədəd kağız bükümdə psxiotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, daha sonra əməliyyat müvəkkili tərəfindən üzərində yoxlama aparılan zaman böz rəngli gödəkçənin sağ yan cibində 01 ədəd “Redmi” markalı telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərində aşkar olunmuş, psixotrop maddə olan metamfetaminə oxşar kütləni Bakı şəhərində tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüş, sonra həmin metamfetaminə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 1,10 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddəni və 1 ədəd “Redmi” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Ariz Səfərov tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Masallı Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Masallı Rayon Polis Şöbəsinin RPŞnin PPXB-nin polis nəfəri Şahid3 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək hər biri ağ rəngli zərfdə qablaşdırılmış 1 ədəd sellofonda gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, 1 ədəd “Redmi” markalı mobil telefon və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 bükümdə metamfetaminə bənzər psixotrop maddə olmuş və həmin büküm elektron tərzidə çəkilmiş, təqdim edilmiş “Redmi” markalı telefona baxış keçirilmiş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan şəxsin üzərinə axtarış və götürmə haqqında protokola əlavə edilmiş CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Polis Şöbəsinin RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, xx.xx.1964-cü ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, orta təhsilli, subay, Masallı RPŞ-də xadimə işləyən, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Masallı şəhəri, H.Əliyev prospektində yaşayan X1, Müdafiəçi iştirakları ilə Masallı Rayon Polis Şöbəsinin baş təhqiqatçısı Ariz Səfərov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsini təklif emiş, bundan sonra Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə, saat 19:16 dəqiqədə Masallı şəhəri, H.Əliyev prospektində Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərində istifadəsi üçün gəzdirdiyi 1 (bir) ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni könüllü təqdim etməsini, hazırda üzərində istifadəsi və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya olmamasını,daha sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən X3 Təqsirləndirilən şəxs üzərinin yoxlanması xahiş olunaraq çəkilişin dayandırılması, çəkiliş davam etdikdən sonra X7 Mursəliyevanın üzərində hər hansı maddə, predmet və əşya olmamasını bildirməsi, eləcə də Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi sualına cavab olaraq saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı təqibə, təsirə və təzyiqə məruz qalmamasını, üzərində aşkar olunan psixotrop maddənin ona aid olmasını, müdafiəçisinə hər hansı məxfi və gizli sözünün olmamasını bildirməsi müəyyən olunur. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında protokoldan və MSYdən buraxılma və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə saat 19:16-da şübhəli şəxs qismində tutulmuş, 30 noyabr 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının fiziki-kimyəvi ekspertizasının 29 noyabr 2024-cü il tarixli 19/754 nömrəli saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi- 0,542 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin təmiz çəkisi 0,542 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,492 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 824 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2021-cil ildən “toksikoman” diaqnozu ilə qeydiyyata durur. 29 noyabr 2024-cü il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, 28 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-0,492 qram təşkil edən psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. xx.xx.2024-cü il tarixli sübütların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X4 polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi barədə videogörüntüləri özündə əks etdirən 02 ədəd “CD” disk maddi sübut kimi qiymətləndirilmişdir. Respublika Psixiatriya Xəstəxanası X18 tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli, 15048 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanası X16 müalicədə olmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 xx.xx.2024-cü il tarixli, 1094 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4615 saylı məktubdan görünür ki, Masallı şəhəri, Qarabağ küçəsində yaşayan Təqsirləndirilən şəxs Lənkəran şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X2 özünə məxsus olan “Redmi” markalı telefonu saz vəziyyətdə təhvil almışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yerində saxlanılaraq üzərinə baxış keçirilərkən üzərində psixotrop maddə metamfetamin aşkar edilməsi, polis şöbəsinə dəvət olunub əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara baxış keçirilməsi, eləcə də şübhəli şəxs qismində tutularkən cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklər, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş CD disk, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Plenum qəarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməməsi barədə məhkəmə istintaqında verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadəyə münasibətdə qeyd edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarması, özünü müdafiə xarakter daşıması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə həmin ifadəni mümkün sübut növü kimi qəbul etmir. Belə ki, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə protokollar və onlara əlavə edilmiş CD disklər, üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş CD disk, bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən sonda məhkəmədən səhv etdiyini, bağışlanmasını və barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etməsi onu göstərir ki, Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsi tam təkzib olunmaqla yanaşı, təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmağa, özünü müdafiə etməyə yönəlmiş hərəkətləridir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsini fiziki və ya psixi zorakılığın təsiri ilə verməsi barədə iddiası, özü və müdafiəçisi tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmamışdır. Ona görə də, təqsirləndirilən şəxsin məhkəmə istintaqında heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiası özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxsnun əməli istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi-0,15 qram təşkil edir. Məhkəmə istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi-0,542 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə qeydiyyat yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11 - 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:....353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş olsa belə nəticə etibarı ilə bu da onun cinayət törətməyə meyilli olmasına dəlalət edir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasına baxmayaraq cəzanın məqsədinə nail olunmamış, və o, yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, ona azadlıqdan məhrum etmə cəzasından başqa cəzanın təyin edilməsini istisna edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdən 30 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində qəti cəza saxlanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, CM-in 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu toksikomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Odur ki, ona məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,492 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi, şübhəli şəxs qismində dindirilməsi və şəxsi axtarış və götürmə barədə videogörüntüləri özündə əks etdirən 04 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə görə qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdən 30 noyabr 2024-cü il tarixədək tutulduğu müddət 02 (iki) gün kimi nəzərə alınsın və ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 05 fevral 2025-ci il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs “stimulyatorların” qəbulu nəticəsində yaranan asılılıq sindromu toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut: Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,492 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi, şübhəli şəxs qismində dindirilməsi və şəxsi axtarış və götürmə barədə videogörüntüləri özündə əks etdirən 04 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X5 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №1(050)-23/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-23/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver