Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-231/2023 05.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs X9 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə. xx xxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koruğlu küçəsi, keçid 3, ev 1-də daimi qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə; xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koruğlu küçəsi, ev 9-da daimi qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-cü maddəsi ilə; xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs X11 istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə öz istifadələri üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmək barədə öz aralarında razılaşdıqdan sonra o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Behzad” adlı şəxslə cinayət əlaqəsinə girib satış məqsədi olmadan narkotik vasitə heroini və qurudulmuş marixuananı istifadə etdikdən sonra pulunu ödəyəcəyi barədə əvvəlcədən gəlmiş olduğu razılığa əsasən İİR vətəndaşı “Behzad” adlı şəxs onun sifariş etdiyi narkotik vasitə heroin və qurudulmuş marixuananı istintaqa dəqiq məlum olmayan tarixdə Masallı rayonu Hüseynhacılı kəndi ərazisində avtomobil yolunun kənarında gizlətməsi barədə ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə məlumat verdikdən sonra, o xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Cəlal Rəhimov və Təqsirləndirilən şəxs3la birlikdə sonuncuya məxsus “NissanTida” markalı **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə qanunsuz olaraq həmin narkotik vasitəni əldə etmək məqəsdilə Bakı şəhərindən Masallı rayonu Hüseynhacılı kənd ərazisinə gələrək həmin yerdən bir bükümdə 1,116 qram çəkidə narkotik vasitə olan heroini və qutunun içərisində bir bükümdə 23,007 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixunanı istintaqa dəqiq məlum olmayan vaxta qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onların narkotik vasitələrin qəbul edərək, üzərində gəzdirməklə cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 20 radələrində keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Hüseynhacılı kəndi ərazisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə saxlanılaraq Masallı rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı Cəlal Rəhimov və Təqsirləndirilən şəxs3la birlikdə əldə etdikləri 01 ədəd bükümdə təmiz çəksi 1,116 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 23,007 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs X13 istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə öz istifadələri üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmək barədə öz aralarında razılaşdıqdan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Behzad” adlı şəxslə cinayət əlaqəsinə girib satış məqsədi olmadan narkotik vasitə heroini və qurudulmuş marixuananı istifadə etdikdən sonra pulunu ödəyəcəyi barədə əvvəlcədən gəlmiş olduğu razılığa əsasən İİR vətəndaşı “Behzad” adlı şəxs onun sifariş etdiyi narkotik vasitə heroin və qurudulmuş marixuananı istintaqa dəqiq məlum olmayan tarixdə Masallı rayonu Hüseynhacılı kəndi ərazisində avtomobil yolunun kənarında gizlətməsi barədə ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə məlumat verdikdən sonra, o xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə sonuncuya məxsus “NissanTida” markalı 77-EV- 115 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə qanunsuz olaraq həmin narkotik vasitəni əldə etmək məqəsdilə Bakı şəhərindən Masallı rayonu Hüseynhacılı kənd ərazisinə gələrək həmin yerdən bir bükümdə 1,116 qram çəkidə narkotik vasitə olan heroini və qutunun içərisində bir bükümdə 23,007 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixunanı istintaqa dəqiq məlum olmayan vaxta qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onların narkotik vasitələrin qəbul edərək, üzərində gəzdirməklə cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 20 radələrində keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Hüseynhacılı kəndi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə saxlanılaraq Masallı rayon polis şöbəsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı onunla və Təqsirləndirilən şəxs3la birlikdə əldə etdikləri 01 ədəd bükümdə təmiz çəksi 1,116 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 23,007 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə X12 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə öz istifadələri üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmək barədə öz aralarında razılaşdıqdan sonra Əliəsgər Mə.mişovun şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Behzad” adlı şəxslə cinayət əlaqəsinə girib satış məqsədi olmadan narkotik vasitə heroini və qurudulmuş marixuananı istifadə etdikdən sonra pulunu ödəyəcəyi barədə əvvəlcədən gəlmiş olduğu razılığa əsasən İİR vətəndaşı “Behzad” adlı şəxs onun sifariş etdiyi narkotik vasitə heroin və qurudulmuş marixuananı istintaqa dəqiq məlum olmayan tarixdə Masallı rayonu Hüseynhacılı kəndi ərazisində avtomobil yolunun kənarında gizlətməsi barədə ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə məlumat verdikdən sonra, o xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 və Cəlal Rəhimovla birlikdə özünə məxsus “NissanTida” markalı **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə qanunsuz olaraq həmin narkotik vasitəni əldə etmək məqəsdilə Bakı şəhərindən Masallı rayonu Hüseynhacılı kənd ərazisinə gələrək həmin yerdən bir bükümdə 1,116 qram çəkidə narkotik vasitə olan heroini və qutunun içərisində bir bükümdə 23,007 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixunanı istintaqa dəqiq məlum olmayan vaxta qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onların narkotik vasitələrin qəbul edərək, üzərində gəzdirməklə cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 20 radələrində keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Hüseynhacılı kəndi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Masallı rayon polis şöbəsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı onunla və Təqsirləndirilən şəxs2la birlikdə əldə etdikləri 01 ədəd bükümdə təmiz çəksi 1,116 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 23,007 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X11 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, narkotoik vasitə olan qurudulmuş marixuana istifadə edir. O, Bezhzad adlı şəxslə tanışı hazırda həbsdə olan Yaşar vasitəsilə tanış olmuşdur. Behzadla “Whatsap” mobil tətbiqi vasitəsi ilə ara-sıra əlaqə saxlamış və aralarında səmimi münasibət yaranmışdır. xx.xx.2023-cü il tarixdə Behzadla aralarında olan danışıq nəticəsində Behzad 15 qram qurudulmuş marixuana almış, lakin həmin narkotik vasitəni istifadə etdikdən sonra xoşuna gəlmədiyi üçün Behzada göndərdiyi narkotik vasitəni bəyənmədiyini demişdir. Bundan sonra aralarında olan danışıq nəticəsində Behzaddan yenidən ona narkotik vasitə göndərməsini istəmişdir. Behzad isə onunla razılaşaraq Masallı rayonundan olan bir nəfər yaxınına “əlborcu” 35 qram narkotik vasitə olan qurudulmuş marixuana verməsini, həmin şəxsin ona qaytarmalı olduğu 35 qram narkotik vasitəni ona verəcəyini, 35 qram qurudulmuş marixuanaya görə ona 350 manat pul verməsini, əlavə olaraq ona heroin və metamfetamin də hədiyyə olaraq verəcəyini və həmin narkotik vasitələri Masallı rayonu ərazisində təyin olunmuş bir yerə qoyduracağını, onun həmin narkotik vasitəni Masallı rayonu ərazisindən gəlib götürməsini bildirmişdir. O, Behzada pul verəcəyini söz versə də əslində ona hər hansı bir məbləğdə pul vermək niyyəti olmamışdır. Onlar Eminin idarə etdiyi “Nissan Tida” minik markalı, **-EV-*** aovıəı qeyddiyat nömrə nişanlı avtomobil ilə həmin gün, saat təxminən 16 radələrində Bakı şəhərindən çıxaraq Masallı rayonu istiqamətində gəlmişlər. Yolboyu Behzadla “Whatsap” mobil tətbiqi vasitəsi ilə danışmış, Behzad mobil tətbiqi vasitəsi ilə ona verəcəyi narkotik vasitələrin şəkilərini çəkərək ona göndərirmişdir. Onlar saat təxminən 19 radələrində Masallı rayonuna çatmışlar. Behzada hara gedəcəkləri ilə bağlı mesaj yazmışdır. Behzad isə narkotik vasitələri münasib bir yerə qoymalı olan şəxsin onların Masallı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında gözləmələrini ona yazmasına dair mesajı ona göndərmişdir. Əlavə olaraq Behzad həmin şəxsin narkotik vasitələri münasib yerə qoyduqdan sonra ona “whatsap” mobil tətbiqi vasitəsi ilə “məkan” göndərəcəyini, özünün də həmin məkanı “whatsap” mobil tətbiqi vasitəsi ilə ona göndərəcəyini, bundan sonra gedib oradan həmin narkotik vasitələri götürmələrini yazıb göndərmişdir. Onlar Masallı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına gedərək orada olan kafelərdən birində əyləşərək çay içib Behzaddan gələcək növbəti məlumatı gözləmişlər. Bir müddət sonra Behzad işıq lampasının qutusuna qoyulmuş narkotik vasitələrin qoyulduğu yerin fotoşəkillərini və məkanını ona məxsus “whatsap” mobil tətbiqinə göndərərək həmin yerə gedib narkotik vasitələri götürmələrini demişdir. Bundan sonra onlar kafedən qalxaraq Eminə məxsus avtomobilə minmişlər və avtomobil ilə həmin ünvana doğru getmişlər. Asfalt yolun kənarında olan Hüseynhacılı yazısından həmin kəndin Hüseynhacılı kəndi olmasını bimişlər. Təxminən saat 20 radələrində onlar həmin yerə çatmışlar içərisində narkotik vasitələr olan işıq lampasının qutusu isə Hüseynhacılı kəndi ərazisində Öncəqala kəndinə gedən yolu göstərən plakatın əks tərəfində ağacın altında yerləşdirilmişdir. O, Calal ilə birlikdə avtomobildən düşərək narkotik vasitələrin qoyulduğu yerə yaxınlaşmışdır. Emin isə avtomobili bir qədər kənarda saxlayıb avtomobildə əyləşərək onların narkotik vasitələri götürüb qayıtmalarını gözləmişdir. Cəlal ilə o içərisində narkotik vasitələr olan işıq lampasının qutusunu həmin yerdən götürərək içərisinə baxdıqda qutunun içərisində qurudulmuş marixuana və heroin olmasını görmüşlər. Bundan sonra həmin qutunu o əlində saxlamış və onlar avtomobilə doğru yaxınlaşan zaman 5 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərlərində daşımaqda şübhəli olduqlarını bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərlərində narkotik vasitə olub-olmamasını soruşduqları zaman o əlində olan işıq lampasının qutusunu göstərərək qutunun içərisində narkotik vasitələr olan qurudulmuş marixuana və heroin olmasını bildirmişdir. Polis əməkdaşları təhqiqatçı Bəhmən Əsgərlinin xidməti otağına gətirilmişlər. Orada müdafiəçi qismində Masallı rayon Vəkil Bürsosunun vəkili Müdafiəçi3 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Sonra təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt o da əlində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana və heroin olan işıq lampasının qutusunu, həmçinin özünə məxsus olan mobil telefonu təqdim etmişdir. Hal-hazırda əməlindən peşmandır, saxlanılarkən ona hədə qorxu və ya fiziki təsir olunmamışdır. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X13 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilib ifadəsində göstərmişdir ki, arada narkotik vasitələrdən istifadə edir. Bakı şəhərində restoranlarda aşbaz kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 uzun illərdir ki, tanıyır, bir küçədə yaşamışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində yaşadıqları küçədən çıxaraq işə gerdərkən, Əliəsgər və Eminlə “Nissan Tida” minik markalı, **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə onun yanından keçən zaman o əl etmiş və onlar avtomobili onun yanında saxlamışlar. O, Əliəsgərgildən hara getmələri barədə soruşduğu zaman Əliəsgər ona Behzad adlı İran İslam Respublikasının vətəndaşı olan tanışının vasitəsi ilə Masallı rayonundan narkotik vasitə götürməyə getdiklərini, Behzada narkotikə görə pul verməyəcəyini və həmin narkotiki bölüşdürüb istifadə edəcəklərini demişdir. Bundan sonra o, Əliəsgərə onlarla birlikdə getmək istədiyini, onun da götürəcəkləri narkotik vasitəni aralarında bölüşdürüb istifadə etməklərinə razı olmalarını xahiş etmişdir. Əliəsgərgil onunla razılaşmışlar. Saat təxminən 19 radələrində Masallı rayonuna çatmışlar. Əliəsgər Behzadla danışıq zamanı Behzad narkotik vasitəni onlara verməli olan şəxsin onların Masallı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında gözləmələrini və narkotik vasitələri münasib yerə qoyduqdan sonra ona “whatsap” mobil tətbiqi vasitəsi ilə həmin yerin yerləşdiyi məkanı göndərəcəyini və onların gedib həmin narkotik vasitəni götürmələrini demişdir. Onlar oradan Masallı şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına gedərək orada olan kafelərdən birində əyləşərək çay içib Behzaddan gələcək növbəti məlumatı gözləmişlər. Bir müddət sonra Behzad həmin narkotik vasitənin qoyulduğu yerin fotoşəkilini və məkanını Əliəsgərə məxsus “whatsap” mesajlaşma şəbəkəsinə göndərərək həmin narkotik vasitəni gedib götürmələrini demişdir. Bundan sonra onlar kafedən qalxaraq həmin ünvana doğru getmişlər. Asfalt yolun kənarında olan Hüseynhacılı yazısından həmin kəndin Hüseynhacılı kəndi olmasını bilmişlər. Təxminən saat 20 radələrində onlar həmin yerə çatmışlar. İçərisində narkotik vasitələr olan işıq lampasının qutusu isə Hüseynhacılı kəndi ərazisində Öncəqala kəndinə gedən yolu göstərən plakatın əks tərəfində ağacın altında yerləşdirilmişdir. Əliəsgərlə o birlikdə avtomobildən düşərək qeyd edilən yerə yaxınlaşmışlar. Emin isə avtomobildə əyləşərək onları gözləmişdir. Əliəsgər içərisində narkotik vasitələr olan işıq lampasının qutusunu həmin yerdən götürərək içərisinə baxdıqda qutunun içərisində qurudulmuş marixuana və heroin olmasını görmüşlər. Onlar avtomobilə doğru yaxınlaşan zaman isə 5 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərlərində daşımaqda şübhəli olduqlarını bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərlərində narkotik vasitə olubolmamasını soruşduqları zaman Əliəsgər əlində olan qutunu göstərək içərisində narkotik vasitələr olan qurudulmuş marixuana və heroin olmasını bildirmişdir. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü təhqiqatçı Bəhmən Əsgərli kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Müdafiəçi1 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyimi təklif etmişdir. O, üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya olmamasını bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti qurtardıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolu imzalarla təsdiq etmişlər. Onların Masallı rayonuna gəlməkdə məqsədləri həmin narkotik vasitələri əldə etmək və daha sonra aralarında bölüşdürüb istifadə etmək olmuşdur. Halhazırda əməlindən peşmandır, saxlanılarkən ona hədə qorxu və ya fiziki təsir olunmamışdır. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilib ifadəsində göstərmişdir ki, bəzi hallarda narkotik vasitələrdən istifadə edir. Özünə məxsus olan “Nissan Tida” .minik markalı, **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzun illərdir ki tanıyır. Onların hər ikisi narkotik vasitələrdən istifadə edirlər. 11,08.2023-cü il tarixdə tanışı Əliəsgər “whatsap” mobil tətbiqi vasitəsi ilə ona səs və mesaj göndərək yol haqqını verməklə Masallı rayonuna gedib oradan narkotik vasitə əldə edib qayıtmalarını bildirmişdir. O, Əliəsgərlə razılaşmış və aralarında olan əlavə razılığa görə əldə edilmiş narkotik vasitələri öz aralarında bölüşdürüb istifadə etməli imişlər. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Əliəsgərgilin yaşadıqları küçəyə gedərək onu yoldan götürmüşlər. Yolda gedərkən digər tanışları olan Calal ilə rastlaşmışlar. Çalala getdikləri yer və məqsədləri barədə dedikdən sonra o da onlara getmək qərarına gəlmişdir. Bundan sonra Calal iş yerindən icazə almış və onlar Masallı rayonuna yola düşmüşlər. O, Əliəsgərin Behzad adlı iranlı tanışının olmasını əvvəcədən bilirmişdir. Yolboyu isə Əliəsgər Behzad adlı şəxslə “whatsap” mobil tətbiqi vasitəsi ilə danışırmış. Hətta Behzad adlı şəxs verəcəyi narkotik vasitələrin şəkillərini də çəkib atmışdır. Narkotik vasitələri əldə etdikdən sonra isə pul verməmək üçün Əliəsgər Behzadla əlaqəni kəsməli imiş. Onlar saat təxminən 19 radələrində Masallı rayonuna çatmışlar. Əliəsgər Behzadla danışıq zamanı Behzad narkotik vasitəni onlara verməli olan şəxsin onların Masallı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında gözləmələrini və narkotik vasitələri münasib yerə qoyduqdan sonra ona “whatsap” mobil tətbiqi vasitəsi ilə həmin yerin yerləşdiyi məkanı göndərəcəyini və onların gedib həmin narkotik vasitəni götürmələrini dediyini bildirdi. Onlar oradan Masallı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına gedərək orada olan kafelərdən birində əyləşərək çay içib Behzaddan gələcək növbəti məlumatı gözləmişlər. Bir müddət sonra Behzad həmin narkotik vasitənin qoyulduğu yerin fotoşəkilini və məkanını Əliəsgərə məxsus “whatsap” mobil tətbiqinə göndərərək həmin narkotik vasitəni gedib götürmələrini demişdir. Bundan sonra onlar kafedən qalxaraq həmin ünvana doğru getmişlər. Təxminən saat 20 radələrində həmin yerə çatdıqdan sonra isə Əliəsgərlə Calal birlikdə avtomobildən düşərək qeyd edilən yerə yaxınlaşmışlar. O isə avtomobildə əyləşərək onları gözləmişdir. Əliəsgərlə Calal narkotik vasitələri götürüb avtomobilə yaxınlaşan zaman isə 5 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərlərində daşımaqda şübhəli olduqlarını bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərlərində narkotik vasitə olub-olmamasını soruşduqları zaman Əliəsgər əlində olan qutunu göstərərək içərisində narkotik vasıtəıər olan qurudulmuş marixuana və heroin olmasını bildirmişdir. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü təhqiqatçı Bəhmən Əsgərli kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Müdafiəçi2 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti qurtardıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Onların Masallı rayonuna gəlməkdə məqsədləri həmin narkotik vasitələri əldə etmək və daha sonra aralarında bölüşdürüb istifadə etmək olmuşdur. Məhkəmə istintaqında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Masallı rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Masallı rayonu ərazisinə gələrək qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərlərində və olduqları avtomobildə narkotik vasitələr saxlamaqda şübhəli olmaları ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi təhqiqatçı Bəhmən Əsgərlidən, CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Nüsrət Nüsrətbəylidən, Şahid1, PPXB-nün polis nəfərləri Şahid5 və Şahid4 ibarət əməliyyat- təhqiqat qrupu yaradılmışdır. 11,08.2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Masallı rayonu Hüseynhacılı kəndi ərazisində yolun kənarı ilə bir neçə metr özlərindən aralıda Təqsirləndirilən şəxs3 tərəfindən saxlanılmış “Nissan Tida” minik markalı, **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə doğru hərəkət etdiklərini görüb onlara yaxınlaşmışlar. Təqsirləndirilən şəxs3 həmin vaxt avtomobildə əyləşərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilə gəlmələrini gözləyirmiş. Onlar Əliəsgər və Çalala yaxınlaşan zaman artıq onlar avtomobilin yanında imişlər. Buna görə də onların yaxınlaşmaqlarını görən Təqsirləndirilən şəxs3 da avtomobildən aşağı düşmüşdür. Onlar Əliəsgərgilə özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını, onların narkotik vasitələrin qanunsuz istifadəsində, üzərlərində və avtomobildə saxlamalarında şübhəli olduqlarını bildirmişlər. Onlar Əliəsgərgilə yaxınlaşan zaman Təqsirləndirilən şəxs1 əlində işıq lampasının qutusunu saxlamasını görmüşlər. Şifahi şəkildə onların hər birindən üzərlərində və ya avtomobildə narkotik vasitə olub-olmamasını soruşduqları zaman Təqsirləndirilən şəxs1 əlində olan işıq lampasının qutusunu göstərib həmin qutunun içərisində narkotik vasitələr olan qurudulmuş marixuana və heroin olmasını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Masallı rayon polis şöbəsinə dəvət edilmiş və Əliəsgərgil onların qanuni tələblərinə tabeçilik göstərərək onlarla birlikdə Masallı rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onları təhqiqatçı Bəhmən Əsgərovun xidməti otağına dəvət etmişlər. Bundan sonra təhqiqatçı ardıcıllıqla şəxsi axtarışın keçiriləcəyini bildirib ilk öncə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyini demişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoçəkilişlə şəxsi axtarış keçirləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ərizəsi əsasında onun hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi3 müdafiəçi kimi dəvət olunmuş və təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış zamanı tə-hqiqatçı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. O, əlində olan işıq lampasının qutusunu təqdim edərək içərisində qurudulmuş marixuana və heroin olmasını, həmin narkotik vasitələri iran vətəndaşı Behzad adlı şəxsin vasitəsi ilə həmin şəxsin “whatsap” mobil tətbiqi vasitəsi ilə göndərdiyi konuma (məkana) gələrək əldə etdiyini, əldə etdiyi narkotik vasitələrə görə Behzad adlı İran İslam Respublikasının vətəndaşına pul göndərəcəyini söz verdiyini, lakin hər hansı bir məbləğdə pul vermək niyyətinin olmamasını, narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana və heroin olan bükülülər təhqiqatçı tərəfindən açılaraq proses iştirakçılarına təqdim edilmişdir. Daha sonra təhqiqatçı Əlisəgər Məmişovdan üzərində qanunla qadağan edilmiş başqa predmentin, əşyanın olub-olmamasını soruşmuşdur. Əlisəgər Məmişov isə əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək Behzad adlı şəxslə həmin mobil telefonla yazışdığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 əynində olan digər paltarlarına şəxsi axtarış keçirilsə də, onun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra narkotik vasitələr elektron tərəzidə müdafiəçi və digər proses iştirakçılarının iştirakı ilə çəkimiş və qurudulmuş marixuananın ümumi çəkisinin 23,84 qram, heroinin çəkisinin isə 1,20 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin bükülülər zərfin içərisinə qoyularaq möhürlənmiş və zərfin üzəri tərəflərindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin əməkdaşları Şahid2, və Şahid1 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında ifadələri elan edilməklə təqdqiq edilmiş şahid qismində dindirilmiş Masallı RPŞ-nin əməkdaşları Şahid4 və Şahid5 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deməklə ifadələrini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deməklə ifadələrini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs2la və Təqsirləndirilən şəxs3 ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deməklə ifadələrini bir daha təsdiq etmişdir. Kompleks məhkəmə fiziki-kimyəvi və bioloji 12 avqust 2023-cü il tarixli, 19/791 saylı rəyindən görünür ki, üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olsn üurudulmuş marixuanaya və heroinə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,116 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükümdə təmiz çəkisi 23,007 qram olan yaşımtıl rəngli, xırdalanmış qurudulmuş bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroinin təmiz çəkisi 1,16 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 1,066 qramdır. Qurudulmuş marixuananın təmiz çəkisi 23,007 qram, tədqiqata sərf olundu 0,01 qram, qalıq 22,907 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 831 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 832 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 833 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs1 mobil telefonuna keçirilən baxış zamanı götürülmüş materialların köçürüldüyü DVD diskinə məhkəmə istintaqında “HP” markalı komputerdə baxış keçirilərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 mobil telefonun üzərində olan 070-221-12- 23 saylı nar nömrə vasitəsi ilə istifadə edilən “whatsap” mobil tətbiqi ilə adı “Behzad” kimi qeyd edilən +98 914 *** **** saylı mobil telefon nömrəsinin “whatsap” mobil tətbiqi ilə qarşılıqlı səs qeydlərinin, fotoşəkil və video göndərişlərinin qəbul edilməsi müəyyən edilmişdir. Səs yazıları bir-bir dinlənildikdən sonra müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etmək məqsədi ilə Bakı şəhərindən Masallı rayonuna gəlmişlər. Behzad adlı şəxslə Təqsirləndirilən şəxs1 arasında qabaqcadan narkotik vasitə olan marixuananın və heroinin Masallı rayonu ərazisindən götürülməsi ilə bağlı razılıq olmuş, Behzad adlı şəxs götürüləcək narkotik vasitələrin Masallı rayonu ərazisinə danışıqlardan məlum olmayan şəxs tərəfindən qoyulacağını bildirmişdir. Əlavə olaraq səs danışıqlarıdan məlum olur ki, qurudulmuş marixuananın çəkisi 35 qram müəyyən edilməklə Behzad adlı şəxsə Təqsirləndirilən şəxs1 tərəfindən ümumilikdə 350 manat pul ödənilməsi ilə bağlı razılıq olmuşdur. Səs danışıqlarından həmçinin aydın olur ki, Behzad adlı şəxs narkotik vasitə olan heroinin qarşılığında Əlisəgər Məmişovdan hər hansı bir məbləğdə pu! istəmir. “Whatsap” mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 tərəfindən Behzad adlı şəxsə göndərilən fotoşəkillərə baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhərində olduqları zaman və Masallı rayonu istiqamətində avtomobil ilə yolda hərəkətdə olarkən olduqları yerlər barədə Behzad adlı şəxsə məlumat verir. Bundan əlavə Behzad adlı şəxs “whatsap” mobil tətbiqi vasitəsi ilə təhvil veriləcək narkotik vasitələrin fotoşəkillərini, çəkilərini, o cümlədən narkotik vasitələrin içərisinə qoyulduğu işıq lampasının qutusunun, həmin işıq lampasının yerləşdirildiyi yerin fotoşəkillərini, eləcədə içərisində narkotik vasitələr olan işıq lampasının qutusunun yerlədiyi məkanını mobil telefonun “naviqasiya” xidməti vasitəsi ilə Təqsirləndirilən şəxs1 göndərmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən Behzad adlı şəxsə “whatsap” mobil tətbiqi vasitəsi ilə göndərilmiş 0:10 saniyə intervalında olan video görüntüdən görtünür ki, Təqsirləndirilən şəxs1 avtomobil ilə ilə hərəkətdə olarkən Masallı şəhəri ərazisində olan “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçəmələrinə dair video çəkərək olduqları yer barədə Behzad adlı şəxsə məlumat vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** saylı sim nömrənin “whatsap” mobil tətbiqi vasitəsi ilə aparılan danışıqlardan da müəyyən edilir ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 arasında narkotik vasitələrin Masallı rayonu ərazisindən götürülməsi ilə bağlı əvvəlcədən razılıq əldə edilmişdir. Cinayət işinin materiallarında olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə əldə etdikləri, Təqsirləndirilən şəxs1 üzərindən təmiz çəkisi 1,116 qram və -23,007 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 1,066 qram qalmış narkotik vasitə heroin və 22,907 qram qalmış qurudulmuş marixuana maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılır. Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlində olan işıq lampasının qutusunu göstərib həmin qutunun içərisində narkotik vasitələr olan qurudulmuş marixuana və heroin olmasını olmasını, narkotik vasitələri həddiyə kimi tanışları Təqsirləndirilən şəxs2və X17 birlikdə aralarında bölüşdürüb istidadə etdikləri üçün əldə etdikləri saxladığını bildirməsi müəyyən olunur. Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, üzərində qanunla qadağan olunmayan hər hansı predmet və əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, üzərində qanunla qadağan olunmayan hər hansı predmet və əşya aşkar olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin etirafları, şahidlərin ifadələri, narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disklər, mobil telefonuna keçirilən baxış zamanı götürülmüş materialların köçürüldüyü DVD diski, maddi sübut və ekspretiza rəyləri, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən cinayətləri üzrə təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cünayət hadisəsini Təqsirləndirilən şəxs1, X13 və Təqsirləndirilən şəxs3 törətmişdir, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cünayət Məcəlləsinin CM-nin 234.1.-ci maddəsi əsasında təqsirləndirilən şəxslərə ittihamın elan edildiyi cünayətlərin əlamətlərinə uyğundur, əməllərin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri əsasları yoxdur, odur ki, onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 11 avqust 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 avqust 2023-ci il tarixdə azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X13 11 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 avqust 2023-ci il tarixdə azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 11 avqust 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 avqust 2023-ci il tarixdə azad edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti M.Rəsulzadə qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 2 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti M.Rəsulzadə qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koruğlu keçid 3, küçəsi 1 saylı evdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti M.Rəsulzadə qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koruğlu keçid 3, küçəsi 1saylı evdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Masallı rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koruğlu küçəsi 9 saylı evdə, 2020-ci il təvəllüdlü X10 adlı uşağı var və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs X9 himayəsində bir nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını ilk dəfə cinayət əməli törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X9 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs3 əməlində Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hal müəyyən edilməmişdir, lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hal müəyyən edilməmişdir, lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, əvvəllər cinayət məzuliyyətinə cəlb olunmaması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.- 52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmasına görə hesablanmış 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X19 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 832 saylı rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 “Kannoboidlərin qəbulundan yaranan asılılıq sindiromu” narkomaniya xəstəliyindən məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs3 şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, əvvəllər cinayət məzuliyyətinə cəlb olunmaması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.- 52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmasına görə hesablanmış 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X19 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 831 saylı rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs3 “Opoidlərin qəbulundan yaranan asılılıq sindiromu” narkomaniya xəstəliyindən məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, X9 şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, bu növ əmələ görə əvvəllər inzibati və ya cinayət məzuliyyətinə cəlb olunmaması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.- 52-1.2.4.-cü maddələrinə əsasən X9 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən X9 şübhəli şəxs qismində tutulmasına görə hesablanmış 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X19 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 833 saylı rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 “Opoidlərin qəbulundan yaranan asılılıq sindiromu” narkomaniya xəstəliyindən məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1.-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Maddi subut olan- Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı qalıq qalmış 1,066 qram qalmış narkotik vasitə heroin və 22, 907 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü və fotoşəkillər olan 05 (beş) kompakt disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün X3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 02 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakıı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 “Kannoboidlərin qəbulundan yaranan asılılıq sindiromu” narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3\ “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu” polinarkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 avqust 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X3 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı qalıq qalmış 1,066 qram qalmış narkotik vasitə heroin və 22, 907 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü və fotoşəkillər olan 05 (beş) ədəd kompakdisk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə kimyəvi ekspertiza xərci 60 (altmış) manat X11, Təqsirləndirilən şəxs3 və X7 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X5 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-231/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-231/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver