Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-233/2024 23.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1998-ci ildə Masallı rayonu, Həsənli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Masallı şəhəri, Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağında sonuncunun geyiminin dar olması ilə əlaqədar aralarında qısqanclıq zəmnində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs üzərinə sarı rəngli “HUAWEİ” markalı mobil telefonu yaxın məsafədən qəsdən atıb vuraraq sonuncuya sol qaş nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır. Onunla 2018-ci il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladı vardır. Təxminən 6 aydır ki, Masallı rayonu Füzuli küçəsində kirayə yaşamışlar. Əvvəllər aralarında mübahisə olmamışdır. xx.xx.2024-cü il tarixdə Fatimə internetdən şalvar sifariş etmişdir. Sifariş etdiyi şalvarı göstərmiş və o yaxşı olmasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Fatimə işdən çıxan zaman onun əynində olan şalvar və köynəyin dar olmasını görüb ona irad bildirmişdir. Yolda mübahisə olmasın deyə evdə söhbət edəcəyini demişdir. Evə gəldikdən sonra şalvarın dar olmasını və geyindiyi paltarların adına xələl gətirməsini və bundan sonra geyinməməsini Fatiməyə bildirmişdir. Fatimə yaxşı geyinməyə qoymadığını və işçi yoldaşlarının yanında pis görsənməsini demişdir. Bu zaman aralarında olan mübahisə artmışdır. Fatimə təhqir etməyə başlamışdır. O, əsəbləşərək əlində olan sarı rəngli “HUAWEİ” markalı mobil telefonu Fatimənin üzərinə atmışdır. Telefon Fatimənin sol qaş nahiyəsinə dəymiş və xəsarət almışdır. Fatimənin qaşının partlamasını və qan axmasını görüb ona yaxınlaşaraq üzr istəmiş və qaşına buz qoymuşdur. Fatimə əvvəlcə valideyinlərinə daha sonra isə X4 müraciət etmişdir. Təxminən 5 dəqiqə sonra anası gəlmiş və həmin zaman o evi tərk etmişdir. Aralarında olan mübahisə təxminən 10 dəqiqə davam etmiş və fərdi yaşayış evlərində olması səbəbindən heç kimin narahatçılığına səbəb olmamışlar. Mobil telefonu Fatiməyə vurduqdan sonra ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmənin baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib, Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı tam ödəməsini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 2018-ci ildə ailə həyatı qurmuşlar və təxminən 5 ay olar ki, Masallı şəhəri, Füzuli küçəsində kirayə yaşayırmışlar. Birgə nikahlarından 2 övladları vardır. Orxanın razılığı ilə şalvar sifariş etmiş, hətta aldıqdan sonra evdə həmin şalvarı geyinib ona göstəmişdir. Əri Orxan paltarın yaxşı olmasını deyərək geyinməsinə icazə vermişdir. xx.xx.2024-cü il tarixdə işdən çıxanda Orxan onu götürərək evə aparmışdır. Yolda olan zaman səbəbini bilmədən Orxan ona şalvarın pis olmasını söyləmiş və deyiləsi mümkün olmayan söyüşlərlə təhqir etməyə başlamışdır. Orxana özünün icazə verdiyini bildirmişdir. Evə çatdıqdan sonra Orxan yenə deyinməyə və onu təhqir etməyə başlamış, onun boğazından tutaraq bir sillə vurmuşdur. Uşaqlara çörək verdikdən sonra otaqda əyləşmişlər. Orxan yenə deyinməyə başalamış və onun sözlərinə qulaq asmağa məcbur etmişdir. Telefonla məşğul olan zaman Orxan əlində olan mobil telefonu onun üzərinə atmışdır. Telefon sol qaş nahiyəsinə dəymişdir. Xəsarət almasını görən Orxan buz gətirib qaşına qoymuşdur. Orxanı istəmədiyini deyib anasına zəng edərək bu barədə məlumat vermişdir. Anası Şahid 10 dəqiqədən sonra evə gəlmişdir. Anasına zəng etdikdən sonra X4 da zəng etmişdir. Demək olar ki, onlar birlikdə çatmışlar. Masallı Rayon Mərkəzi Xəstəxananasına getmiş, orada müayinə edildikdən sonra anasının evinə gəlmişdir. Əri Təqsirləndirilən şəxs ilə arasında olan mübahisə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadıqları Masallı şəhəri, Füzuli küçəsində yerləşən fərdi yaşayış evində geyindiyi şalvarı ərinin bəyənməməsi səbəbindən olmuşdur. Mübahisə zamanı əri Orxan mobil telefon ilə vuraraq ona xəsarət yetirmişdir. Məhkəmənin baxış iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın tam ödənilməsini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli baxış keçirilməsı haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən müəyyən olunur ki, Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə yeri Masallı şəhəri, Füzuli küçəsində fərdi yaşayış evidir. Zərərçəkmiş şəxs hadisə yerini və Təqsirləndirilən şəxs onun üzərinə ataraq sol qaş nahiyəsini əzdiyi bir ədəd sarı rəngli mobil telefonu təqdim etmişdir. Həmin yerə baxış keçirilərək, 1 ədəd sarı rəngli mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Masallı şəhəri, Füzuli küçəsində yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə ilə bağlı 1 ədəd sarı rəngli “Huaweı” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X1 rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1042 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, mobil telefonla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 12 noyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayonu Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əlizadə X2 rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və sonuncunun ona qarşı şikayət və tələbi olmadığı üçün o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.1ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsi barədə məhkəməyə təqdim etdiyi ərizəsini, zərərçəkmiş şəxsin təqdim etdiyi barışıq ərizəsini, habelə Cinayət və Cinayət Prosessual Məcəllələrinin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı sadələşdirilmiş icraat materialı üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan 1 ədəd sarı rəngli “Huaweı” markalı mobil telefon sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 40.3, 300.1.7, 305.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Material üzrə maddi sübut: 1 ədəd sarı rəngli “Huaweı” markalı mobil telefon sahibinə qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-233/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-233/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver