Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-235/2023 29.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu ildə Masallı rayonu, Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(050)- 72/2023 saylı qərarına əsasən hökmlə təyin edilmiş 6000 manat cərimə cəzası dəyişdirilməklə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən cəza çəkən, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmkəndlisi Şahid vasitəsi ilə tanıdığı, Masallı rayonu, Qodman kənd sakini Zərərçəkmiş şəxs Fövqəlada Hallar Nazirliyində yanğın söndürən vəzifəsinə 6000 manat pul müqabilində işə düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 25 iyun 2022-ci il tarixdə saat 21 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Lanur” şadlıq sarayının həyətində 3000 manat, 03 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Masallı rayonu, Qodman kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində 3000 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışı və həmkəndlisi Şahid vasitəsilə tanımış, Şahid ilə normal dostluq münasibətləri olmuşdur. 2022-ci ilin iyun ayının əvvəllərində Şahid ilə birlikdə Masallı şəhəri ərazisində yerləşən Xətai parkının ərazisini gəzişmiş, həmin vaxtı Şahid parkın ərazisində əvvəllər üzdən tanıdığı, amma adını sonradan bildiyi Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşıb görüşmüş, Nadir və Seyfəddin bir-biri ilə hal-əhvallaşıb parkın ərazisində yerləşən çayxanada əyləşib çay içmək qərarına gəlmişlər. Çayxanada Nadir və Seyfəddin ilə birlikdə əyləşib çay içməyə başlamış, söhbət əsnasında Seyfəddin Nadirə ustalıq işindən bezdiyini və rahat iş tapa bilsə işləyəcəyini demişdir. Seyfəddinə istəsə əgər Fövqəlada Hallar Nazirliyinin cənub rayonlarının birində yanğınsöndürən vəzifəsinə işə düzəldə biləcəyini, ayda 10 gün işə gedib rahat əməkhaqqı alacağını, həmçinin pensiya təminatının da yaranacağını bildirmişdir. Bu təklifi Seyfəddinə xoş gəlmiş, sonuncu həmin iş barəsində maraqlanmağa başlamış, Seyfəddinə həmin işə düzəlmək üçün 6000 manat pul lazım olduğunu demişdir. Seyfəddin isə “işə girməyə nə pul” sözlərini demiş, sonuncuya həmin məbləğdə pulun müəyyən ödənişlər üçün lazım olduğunu bildirmişdir. Bundan sonra Seyfəddin üzün Şahid tərəf tutub Nadirdən fikrinin nə olduğunu soruşmuş, Nadir Seyfəddinə özü danışmasını demişdir. Nadir ona əgər alınacaqsa bu işi öhdəsinə götürməsini bildirmiş, Seyfəddin və Nadirə bacara bildiyi işin arxasıyca getdiyini demişdir. Məqsədi ilk andan Zərərçəkmiş şəxs işə düzəltmək deyil, etibarından sui-istifadə etməklə əldə edəcəyi pulu şəxsi məqsədləri üçün xərcləmək olmuşdur. Seyfəddin dialoqun sonunda FHN-də həmin işə düzəltməsini xahiş etmiş, dediyi 6000 manat məbləğində pulu verəcəyini bildirmiş, Seyfəddinə zəruri yerlərlə danışıb razılıq ala biləcəyi təqdirdə Nadirin əlaqə saxlayacağını demişdir. Seyfəddinin istifadəsində olan mobil telefon nömrəsini inam yaratmaqdan ötrü götürmüş, sağollaşıb getmiş, oradan çıxdıqdan sonra Nadirə Seyfəddinin yaxşı oğlan olduğunu, çalışdıqca işin həll edəcəyini demiş, Nadir isə “özünüz bilərsiniz, amma xahiş edirəm məni bu işə qatma” sözlərini demişdir. 25 iyun 2022-ci il tarixdə Nadirin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Seyfəddinə zəng etməsini, Seyfəddinin işini danışdığını və ilkin olaraq 3000 manat pul verməsini, qalan pulu isə işi düzələndən sonra alacağını bildirmiş, Nadir ilk əvvəl bunu Seyfəddinə özü zəng edib deməsini demiş, Nadirə Seyfəddinin tanışı olduğundan bu işin həlli üçün qabağa düşdüyünü bildirmişdir. Nadir bundan sonra Seyfəddinə zəng edəcəyini demiş, təxminən 20 dəqiqə sonra Nadir istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Seyfəddin ilə danışdığını, Seyfəddini Masallı şəhər ərazisində yerləşən “Lanur” şadlıq sarayının qarşısına pulu götürməkdən ötrü çağırdığını, onun da gəlməsini demişdir. Nadirlə razılaşmış, həmin günü təxminən saat 21 radələrində Nadir ilə birlikdə tanımadığı taksi avtomobili ilə Seyfəddinin çağırdığı şadlıq sarayının həyətinə getmiş, oraya çatdıqda Seyfəddin ilə salamlaşıb görüşmüş, Seyfəddinə sabah Bakı şəhərinə həmin iş ilə əlaqədar gedəcəyini, bu işin uzağı 2 ay ərzində düzələcəyini və işə qəbul olandan sonra qalan 3000 manat pulu verməsini demişdir. Seyfəddin isə üzünü Nadirə tutaraq Nadiri tanıdığını, onu Nadir vasitəsilə tanıdığını, işinin düzəlməsini və qalan 3000 manat pulu həmin vaxtı verəcəyini demişdir. Bundan sonra Seyfəddin Nadirin yanında 30 ədəd 100 manatlıq pul əskinası olmaqla ümumilikdə 3000 manat pul sayıb ona vermiş, həmin məbləğdə pulu əynində olan şalvarın cibinə qoymuş, Seyfəddin ilə sağollaşıb yenidən Nadir ilə birlikdə tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə yaşadığı kəndə qayıtmışdır. Yolda olarkən Nadirə işi həll etdikdən sonra Seyfəddindən şirinlik alacağını və həmin şirinlikdən verəcəyini demiş, Nadir isə heçnə istəmədiyini və Seyfəddinin işini düzəltməsini xahiş etmişdir. Seyfəddinə söz verdiyi 2 ay müddət keçmiş, 2022-ci ilin oktyabr ayının əvvəllərində Şahid istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Seyfəddinin işi barədə maraqlandığını, bir xəbər çıxmadığını demişdir. Nadirə Seyfəddinə zəng edib narahat olmamasını, işin düzələcəyini və bir az səbrli olmasını deməsini bildirmiş, 03 noyabr 2022-ci il tarixdə Şahid ilə birlikdə görüşmüş, Nadirə Seyfəddini yanına çağırmasını demişdir. Nadir ilə birlikdə Masallı şəhəri “Xan” şadlıq sarayının yanındakı çayxanaya getmiş, Nadir Seyfəddini oraya çağırmış, Seyfəddin oraya gəlib əyləşib çay içmiş, Seyfəddini oraya çağırmaqda məqsədi qabaqcadan işə düzəlməsi üçün dediyi 6000 manat pulun qalan yarısı, yəni 3000 manat pulu almaq və bununla da guya Seyfəddini FHN-də işə düzəlməsi məsələsi üzrə çalışdığını göstərmək barədə inandırmaq olmuşdur. Seyfəddinə Nadirin işin həll etməsini xahiş etdiyini, onu çox bezdirdiyini, bu işin müəyyən vaxt tələb etdiyini, səbrli olmasını və qalan 3000 manat pulu da verməsini demişdir. Seyfəddin isə hələki gözlədiyini, həmin pulu verəcəyini, təki işinin alınmasını, işi düzəlməyəcəyi halda pulunu geri alacağını, Nadirin də onunla birlikdə məsuliyyətinin yaranacağını demişdir. Seyfəddinə Nadirin bu işdə yalnız xahişini etdiyini, özünün bu işə razılıq verdiyini və Nadirin bu işlə əlaqəsinin olmadığını demişdir. Seyfəddin isə ona inandığını və qalan 3000 manat pulu yaşadığı evə gedib oradan götürüb verə biləcəyini bildirmişdir. Nadir ilə birlikdə Seyfəddinin idarə etdiyi avtomobil ilə sonuncunun yaşadığı evə getmiş, oraya çatdıqda Seyfəddin avtomobildən aşağı düşmüş, yaşadığı evə getmiş, bir neçə dəqiqə sonra Seyfəddin qayıtmış və 3000 manat pul sayıb Nadirin yanında ona vermişdir. Seyfəddindən yenidən Masallı şəhərinə aparmasını xahiş etmişlər, sonuncu buna etiraz etməmiş, yolda olarkən Seyfəddinə 1 həftə ərzində FHN-nin cənub rayonlarının birində xidmətə başlayacağı barədə əmri veriləcəyini deyərək əlaqə telefonunu verib Nadiri narahat etməməsini və özünə zəng etməsini tapşırmışdır. Seyfəddin isə işi düzəlməyəcəyi halda ondan və Nadirdən əl çəkməyəcəyini bildirmiş, Seyfəddinə FHN-də işə düzələcəyinə tam əmin olmasını demişdir. Daha sonra Masallı şəhər ərazisinə çatıb avtomobildən aşağı düşmüşlər, Seyfəddin ilə sağollaşıb getmişlər, Nadir ona “sən Allah düzəldə bilirsənsə düzəlt, bilmirsənsə başımı oyuna salma” sözlərini deyib sağollaşıb getmişdir. Bundan 1 həftə sonra Seyfəddin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib vaxtın keçdiyini və işdən nə xəbər olması barədə maraqlanmış, Seyfəddinə əlavə yoxlanışlar üçün 5 ay vaxt lazım olduğunu demiş, Seyfəddin başı qatışıq olduğu üçün 2-3 ay gözləyəcəyini bildirmişdir. Bir müddət sonra Seyfəddin tez-tez zəng edərək işi barədə maraqlanmış, hər dəfəsində Seyfəddini yalandan əmin edərək işinin düzələcəyini demiş, əslində isə həmin vaxtlarda Seyfəddindən aldığı 6000 manat pulu şəxsi məqsədləri üçün hamısını xərcləmişdir. Şahid də tez-tez istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Seyfəddinin pulunu qaytarmasını tələb etmiş, Nadir və Seyfəddinə guya həmin pulun lazımı çatacaq şəxslərə verdiyini bildirdiyini, həmin pulu həmin şəxslərdən ala bilməyəcəyini, işin düzələcəyini yalan demişdir. Lakin əsl həqiqətdə heç kimə pul verməmiş, Seyfəddini aldararaq guya sonuncunu FHN-də işə düzəldəcəyi adı ilə aldığı 6000 manat pulu şəxsi məqsədləri üçün xərcləmiş, daha sorna Zərərçəkmiş şəxs Nadirlə barəsində Masallı RPŞ-yə şikayət etməsini bilmiş, Seyfəddin şikayət etdikdən sonra sonuncunun etibarından sui-istifadə edib dələduzluq yolu ilə almış olduğu pulun 2000 manatını Seyfəddinə geri qaytarmışdır. Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində pulu guya Seyfəddini FHN-də yanğınsöndürən kimi işə düzəltmək adı ilə almışdır. Lakin həmin pulu sonradan şəxsi məqsədlərim üçün xərcləmiş, Şahid Zərərçəkmiş şəxs aldatmasını bilməmiş, Nadir onun həqiqətən Seyfəddini FHN-də işə düzəldəcəyini zənn etmiş, Nadirin onun Seyfəddinə qarşı törətmiş olduğu əməldə hər hansı bir iştirakı olmamış, Seyfəddini aldadıb almış olduğu 6000 manat puldan Nadirə heçnə verməmiş və Nadir özü də heç pul istəməmişdir. Kimi isə işə düzəltmək üçün heç bir rəsmi səlahiyyəti olmamış, Seyfəddinə tanışlarının vasitəsilə FHN-də işə düzəldəcəyimi demiş, lakin əslində ortada hansısa tanış da olmamışdır. Sonda Təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu vurulmuş 6000 manat maddi ziyandan 2000 manatını ibtidai istintaq dövründə, 1000 manatını isə məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə geri qaytardığını, qalan pulu isə hissə-hissə ödəyəcəyini bildirib barəsində həbslə əladəar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Masallı rayonu, Şıxlar kənd sakinləri Şahid və Təqsirləndirilən şəxs bir müddətdir ki, tanımış, onlar ilə əvvəllər hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2022-ci ilin iyun ayının əvvəllərində günorta saatlarında Masallı şəhəri ərazisində yerləşən Xətai parkında əvvəllər tanıdığı Şahid və Təqsirləndirilən şəxs ilə təsadüfən rastlaşmış, həmin vaxtı onlar ilə salamlaşıb parkın ərazisində yerləşən çayxanada əyləşib çay içmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs və Şahid ilə birlikdə əyləşib çay içmiş, söhbət əsnasında Nadirə ustalıq işindən bezdiyini və səhhətinin işləməsinə narahatçılıq yaratdığını demiş, həmin vaxtı Təqsirləndirilən şəxs əgər istəsə Fövqəlada Hallar Nazirliyində yanğın söndürən kimi işə düzəldə biləcəyini bildirmişdir. Hasilə ustalıq işindən yorulduğundan mümkündürsə həmin işə düzəltməsini xahiş etmiş, Şahid tanışı Təqsirləndirilən şəxs onu Fövqəlada Hallar Nazirliyində işə düzəldə biləcəyini və özü söhbət etməsini məsləhət görmüşdür. Təqsirləndirilən şəxs FHN-nin cənub rayonları üzrə, yəni Cəlilabad Masallı və ya Lənkəran xidmətlərində yanğınsöndürən kimi işə qəbul olunması üçün 6000 manat pul lazım olacağını bildirmiş, Hasilə işə düzəlmək üçün pul lazım olmadığını demiş, sonuncu həmin pulun müəyyən dövlət rüsumları olacağını bildirmişdir. Hasil və Nadirə FHN-də işə düzəlmək üçün razı olduğunu və həmin məbləğdə pulu verəcəyini demişdir. Hasil də öz növbəsində razılıq ala biləcəyi təqdirdə işə düzəldəcəyini və bu barədə məlumatı mobil telefonda Şahid zəng edib xəbər edəcəyini demişdir. Nadir və Hasil istifadəsində olan mobil telefon nömrəsini götürmüşlər və onlarla sağollaşmışdır. 25 iyun 2022-ci il tarixdə axşam saatlarında Şahid istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş, Təqsirləndirilən şəxs onun FHN-nə işə düzəlmək işini danışdığını, razılıq aldığını, ilkin olaraq 3000 manat pul verməsini, qalan 3000 manat pulu isə işi düzələndən sonra verəcəyini demişdir. Mobil telefon danışığı zamanı Nadirə bu təklifi ilə razılaşdığını, Masallı şəhər ərazisində yerləşən “Lanur” şadlıq sarayında toyda olduğunu, üzərində pul olduğu üçün oraya gəlib pulu götürməsini demişdir. Həmin günü saat 21 radələrində Şahid Təqsirləndirilən şəxs ilə birlikdə minik avtomobili ilə şadlıq sarayının qarşısına gəlmiş, onlarla orada görüşmüş, Şahid Təqsirləndirilən şəxs vasitəsilə tanıdığını, sonuncuya inandığını və bu işi düzəltməsini Hasildən tələb etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs sabah Bakı şəhərinə onun işi ilə əlaqədar gedəcəyini, işinin 2 ay ərzində düzələcəyini, işinin FHN-nin hansısa cənub rayonu üzrə xidmətində olacağını və işi düzələndən sonra qalan 3000 manat pulu verməli olacağını demişdir. Hasil ilə razılaşmış, 3000 manat pul FHN-də işə düzəltmək üçün Hasilə Nadirin yanında vermiş və onlarla sağollaşmışdır. Bir müddət gözləmiş, xəbər çıxmadığı üçün 2022-ci ilin oktyabr ayının əvvəllərində Şahid istifadəsində olan mobil telefon nömrəsinə zəng edib 3 ay keçdiyini və işindən hər hansı bir xəbər olmadığını demişdir. Nadir isə narahat olmamasını, tanışı Hasilin bu iş üzərində çalışdığını, işinin düzələcəyini, bir az səbrli olmasını və zəngini gözləməsini demişdir. Nadirə Hasili vasitəsilə tanıdığını, işinin alınmayacağı təqdirdə birbaşa məsuliyyət daşıdığını bir daha təkrarlamış və vaxt verməyə qərara almışdır. 2022-ci ilin noyabr ayının 3-də Şahid istifadəsində olan mobil telefon nömrəsinə zəng edib onu Masallı şəhər ərazisində yerləşən “Xan” şadlıq sarayının yanındakı çayxanaya dəvət etmiş, həmin günü saat 14 radələrində “Xan” şadlıq sarayının yanındakı çayxanaya gedib Şahid ilə orada görüşmüş, Nadirin yanında Təqsirləndirilən şəxs da olmuşdur. Təqsirləndirilən şəxs Nadirin onu FHN-də işə düzəltməsini xahiş etdiyini, işin yarısını həll etdiyini, qalan 3000 manat pulu verməsini və işinin 1 həftə ərzində düzələcəyini demişdir. Həmin vaxtı Hasilə işinin alınmayacağı təqdirdə onlar barəsində şikayət edəcəyini, Nadirin də bu işdə başını problemə salacağını demiş, bu zaman Şahid Təqsirləndirilən şəxs işini düzəldə bilirsə etməsini, edə bilmirsə pulu qaytarmasını demişdir. Təqsirləndirilən şəxs isə Nadirə “əşi nə danışırsan, iş hazırdı demək olarki” sözlərini demiş, Hasil bu işi özü həll edəcəyini, əvvəl verdiyi 3000 manat pulun da özündə olduğunu bildirmişdir. Hasilə üzərində pul olmadığını, birlikdə yaşadığı evə gedib evdən pul götürüb verəcəyini demiş, onlar razılaşmış, həmin günü saat 15 radələrində idarə etdiyi avtomobil ilə Hasil və Nadir birlikdə Masallı rayonu, Qodman kəndində yerləşən evinə getmişdir. Evə çatdıqda Hasil və Nadir avtomobildən aşağı düşmüşlər, evdən götürdüyü 3000 manat pulu Təqsirləndirilən şəxs Nadirin yanında vermiş, bundan sonra Hasil və Nadir onları Masallı şəhərinə aparmasını xahiş etmişlər, Nadir və Hasili yenidən Masallı şəhər ərazisində yerləşən “Xan” şadlıq sarayının qarşısına gətirmişdir. Hasil avtomobildən aşağı düşərkən 1 həftə ərzində FHN-nə işə düzəlməsi barədə əmri gələcəyini, öz əlaqə telefon nömrəsini ona verərək özü ilə əlaqə saxlamasını bildirmişdir. Bundan 1 həftə sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edib vaxtın ötdüyünü, işinin düzəlmədiyini demiş, Təqsirləndirilən şəxs əlavə yoxlanışlar üçün 5 ay müddət lazım olduğunu bildirmişdir. Daha sonra Şahid istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Təqsirləndirilən şəxs onunla tanış etdiyini və pulu batacağı təqdirdə cavab verəcəyini Nadirə demişdir. Nadir isə istədiyi üçün bu işin qabağına düşdüyünü bildirmiş, artıq aldanıldığını başa düşmüş, Təqsirləndirilən şəxs və Şahid ya işinin düzəlməsini, ya da pulunu qaytarmaqlarını tələb etmiş, onlar isə heç birini etmədikləri üçün 08 iyun 2023-cü il tarixdə Masallı RPŞ-yə Təqsirləndirilən şəxs və Şahid barəsində şikayət ərizəsi yazmışdır. 2 dəfə, hər dəfəsində 3000 manat olmaqla ümumilikdə 6000 manat pulu Təqsirləndirilən şəxs Fövqəlada Hallar Nazirliyində yanğınsöndürən kimi işə düzəldilməsi üçün vermiş, Təqsirləndirilən şəxs əvvəldən onun FHN-də işə düzəlməsi üçün 6000 manat pul lazım olduğunu, pulu 2 dəfəyə hər dəfəsində 3000 manat olmaqla ödəyəcəyini demiş və bununla razılaşmışdır. 6000 manat pulu Təqsirləndirilən şəxs vermiş, Şahid pul verməmiş, 25 iyun 2022-ci il tarixdə 3000 manat və 03 noyabr 2022-ci il tarixdə 3000 manat pul Təqsirləndirilən şəxs verərkən hər iki tarixdə Şahid yanında olmuş, orada başqa kimsə olmamışdır. Təqsirləndirilən şəxs Masallı RPŞ-yə şikayət etdikdən sonra 2000 manat pul geri qaytarmışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı 1000 manat məbləğində, cəmi 3000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ona geri qaytarıldığını, qalan pulunu da tələb etdiyini, təqsirləndirilən şəxslə barışmadığını bildirib, ona qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir müddətdir ki, tanımış, əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə həmkəndlisi olmuş, uzun müddətdir ki, münasibəti olmuşdur. 2022-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə birlikdə Masallı şəhəri ərazisində yerləşən Xətai parkının ərazisini gəzişmiş, həmin vaxtı parkın ərazisində Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşıb görüşmüş, Seyfəddin ilə hal-əhvallaşıb parkın ərazisində yerləşən çayxanada əyləşib çay içmək qərarına gəlmişdir. Çayxanada Hasil və Seyfəddin ilə birlikdə əyləşib çay içmiş, Seyfəddin və Hasil əvvəllər bir-birilərini görmüşlər, lakin münasibətləri olmamışdır. Söhbət zamanı Seyfəddin ona ustalıq işindən bezdiyini, rahat iş tapa bilsə işləyəcəyini demiş, bu söhbəti eşidən X5 Hallar Nazirliyinin cənub rayonlarının birində yanğınsöndürən vəzifəsinə işə düzəldə biləcəyini, ayda 10 gün işə gedib rahat əməkhaqqı alacağını, həmçinin pensiya təminatının da yaranacağını bildirmişdir. Seyfəddin Hasilin dediyi iş barəsində maraqlanmağa başlamış, Hasil Seyfəddinə həmin işə düzəlmək üçün 6000 manat pul lazım olduğunu demiş, Seyfəddin Hasilə işə girməyə pul lazım olmadığını dedikdə Hasil həmin məbləğdə pulun müəyyən ödənişlər üçün lazım olacağını bildirdirmişdir. Bundan sonra Seyfəddin ona tərəf baxıb Hasilinin fikrinə münasibəti barədə maraqlanmış, Seyfəddinə Hasil ilə özü danışmasını və yəqin ki, Hasilin yalan danışmayacağını bildirmişdir. Hasilə isə əgər alınacaqsa bu işi öhdəsinə götürməsini, camaatı aldatmamasını demiş, Hasil bacara bildiyi işin arxasıyca getdiyini demişdir. Bundan sonra Seyfəddin Hasildən FHN-də həmin işə düzəltməsini xahiş etmiş, dediyi 6000 manat məbləğində pulu Hasilə verəcəyini bildirmiş, Hasil Seyfəddinə zəruri şəxslərlə əlaqə saxlayıb razılıq ala biləcəyi təqdirdə əlaqə saxlayacağını demişdir. Hasilə Seyfəddinlə özünün əlaqə saxlamasını demiş, Hasil Seyfəddinin onun tanışı olduğunu bildirmiş, həmin vaxtı Seyfəddin ilə sağollaşıb çayxanadan çıxıb ayrılmışlar. Hasil ona Seyfəddinin yaxşı oğlan olduğunu, çalışdıqca işini həll edəcəyini demiş, Hasilə işi özü həll etməsini, bu işə qatmamasını və Seyfəddini aldatmamasını demişdir. 25 iyun 2022-ci il tarixdə Hasil istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Seyfəddinə zəng etməsini, Seyfəddinin işini danışdığını və ilkin olaraq 3000 manat pul veriləcəyini, qalan pulu isə işi düzələndən sonra alacağını bildirmişdir. Hasilə Seyfəddinə özü zəng edib danışmasını dedikdə Hasil Seyfəddinin onun tanışı olduğu üçün zəng etməsini demişdir. Seyfəddinin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Hasilin FHN-nə işə düzəlmək işini danışdığını, razılıq aldığını, ilkin olaraq 3000 manat pul verməsini, qalan 3000 manat pulu isə işi düzələndən sonra verəcəyini demiş, Seyfəddin mobil telefon danışığı zamanı razılaşmış, Masallı şəhər ərazisində yerləşən “Lanur” şadlıq sarayında toyda olduğunu, üzərində pul olduğu üçün oraya gəlib pulu götürməsini demişdir. Hasilə zəng edib Seyfəddini pulu vermək üçün Masallı şəhərinə çağırdığını demiş, həmin günü təxminən saat 21 radələrində Hasil ilə birlikdə tanımadığı taksi avtomobili ilə Seyfəddinin çağırdığı “Lanur” şadlıq sarayının həyətinə getmişlər. Oraya çatdıqda Seyfəddin ilə salamlaşıb görüşmüş, Hasil Seyfəddinə sabah Bakı şəhərinə məhz həmin iş ilə əlaqədar gedəcəyini, bu işin uzağı 2 ay ərzində düzələcəyini və işə qəbul olandan sonra qalan 3000 manat pulu verəcəyini demiş, Seyfəddin Hasilə onu tanıdığını, Hasillə tanış etdiyi üçün işinin düzəlməsini və qalan 3000 manat pulu həmin vaxtı verəcəyini demişdir. Bundan sonra Seyfəddin yanında 30 ədəd 100 manatlıq pul əskinası olmaqla ümumilikdə 3000 manat pul sayıb Hasilə vermiş, Hasil pulu götürüb əynində olan şalvarın cibinə qoymuş, Seyfəddin ilə sağollaşıb yenidən Hasillə birlikdə tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə yaşadığı kəndə qayıtmışdır. Yolda olarkən Hasil ona işi həll etdikdən sonra Seyfəddindən şirinlik alacağını, həmin şirinlikdən ona da pul ayıracağını demiş, Hasilə pul istəmədiyini və Seyfəddinin işini düzəltməsini xahiş etmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində Seyfəddin ona mobil telefon vasitəsilə zəng edərək işindən bir xəbər çıxmadığını demiş, Seyfəddinə özü Hasilə zəng etməsini demiş, Seyfəddin isə onun Hasildən maraqlanmasını bildirmişdir. Hasilin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib sonuncudan Seyfəddinin işi barədə maraqlanmış, Hasil Seyfəddinə zəng edib narahat olmamasını, işin düzələcəyini, bir az səbrli olmasını deməsini bildirmiş və Hasilin dediyi sözləri yenidən Seyfəddinə mobil telefonla zəng edib demişdir. 03 noyabr 2022-ci il tarixdə Hasil onunla görüşmüş, Hasil ona Seyfəddini yanına çağırmasını demiş, Seyfəddini Masallı şəhər ərazisində yerləşən “Xan” şadlıq sarayının yanındakı çayxanaya dəvət etmiş, Seyfəddin oraya gəlib birlikdə əyləşib çay içmişlər. Hasil Seyfəddinə işin həll etməsini onun xahiş etdiyini, bu işin müəyyən vaxt tələb etdiyini, səbrli olmasını və qalan 3000 manat pulu da verməsini demişdir. Seyfəddin isə hələki gözlədiyini, həmin pulu verəcəyini, təki işinin alınmasını, işi düzəlməyəcəyi halda pulunu geri alacağını, Hasil ilə yanaşı onun barəsində də şikayət edəcəyini demişdir. Seyfəddinə bu işdə hər hansı bir iştirakı olmadığını, özü Hasil ilə işi danışdığını demiş, Hasil də onun dediklərini təsdiqləmişdir. Seyfəddin isə Hasilə inandığını, qalan 3000 manat pulu yaşadığı evə gedib oradan götürüb verə biləcəyini bildirmiş, Hasil ilə birlikdə Seyfəddinin idarə etdiyi avtomobil ilə sonuncunun yaşadığı evə getmiş, oraya çatdıqda Seyfəddin avtomobildən aşağı düşüb yaşadığı evə getmiş, bir neçə dəqiqə sonra Seyfəddin qayıtmış və 3000 manat pul sayıb yanında Hasilə vermişdir. Seyfəddindən onları yenidən Masallı şəhərinə aparmış, yolda olarkən Hasil Seyfəddinə 1 həftə ərzində FHN-nin cənub rayonlarının birində xidmətə başlayacağı barədə əmri veriləcəyini deyərək əlaqə telefonunu verib onu narahat etməməsini və özünə zəng etməsini tapşırmışdır. Seyfəddin isə işi düzəlməyəcəyi halda Hasildən və ondan əl çəkməyəcəyini bildirmiş, Hasil Seyfəddinə FHN-də işə düzələcəyinə tam əmin olmasını demiş, Seyfəddinə qələt edib Hasil ilə tanış etdiyini bildirmişdir. Daha sonra Masallı şəhər ərazisinə çatıb avtomobildən aşağı düşmüşlər, Seyfəddin ilə sağollaşıb getmiş, Hasilə Seyfəddinin işini düzəldə bilirsə düzəltməsini, bilmirsə başını oyuna salmamasını demişdir. Hasil isə narahat olmamasını demiş, bir müddət sonra Seyfəddin ona tez-tez zəng edərək işi barədə maraqlanmış, Seyfəddinə Hasilə zəng etməsini, özü Hasil ilə danışdığını, bu işə aidiyyəti olmadığını demişdir. Seyfəddin onun barəsində də şikayət edəcəyini demiş, Seyfəddinə pul almadığını, kiminsə pul vermədiyini bildirmiş, daha sonra Hasil Seyfəddini aldadıb işə düzəltməmiş və pulunu qaytarmadığı üçün Seyfəddin barələrində şikayət etmişdir. Hasilin Seyfəddini aldatmaq niyyətinin olmasını bilməmiş, Hasil dəfələrlə onu bu işi əminliklə həll edəcəyi barədə inandırmağa çalışmışdır. Sonradan Hasil onu da Seyfəddinin yanında pis vəziyyətdə qoymuş, Zərərçəkmiş şəxs şikayət etdikdən sonra Hasil Seyfəddini aldadıb aldığı 6000 manat pulun 2000 manatını geri qaytarmış, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs işə düzəldəcəyi adı ilə alacağı puldan ona verəcəyi barədə ümumiyyətlə hər hansı bir danışığı, söhbəti və razılığı olmamışdır. Təqsirləndirilən şəxs 2 dəfəyə hər dəfəsində 3000 manat olmaqla ümumilikdə 6000 manat pul Seyfəddindən FHN-də işə düzəldəcəyi adı ilə onun yanında almış, əvvəllər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kimi inanmış, lakin sonradan Hasilin onu və Seyfəddini yalanları ilə aldatdığını başa düşmüş, Hasil ona hər hansı bir məbləğdə pul verməmiş və bu barədə razılığı olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanışlarının vasitəsilə FHN-də işə düzəldəcəyini demiş, Hasilin tanışının olmaması və aldığı 6000 manat pulu xərcləməsi sonradan məlum olmuşdur. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə haqqında protokoldan görünür ki, üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə haqqında protokoldan görünür ki, üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənoin 178.2.4-cü maddəsinə tövsif olunmuş, istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti alıtına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-27/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsi nəzərə alınmaqla 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(050)-72/2023 saylı qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-27/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6000 (altı min) manat cərimə cəzası 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 2-1190/23-62-16 saylı arayışından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(050)- 72/2023 saylı qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-27/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6000 (altı min) manat cərimə cəzası 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Masallı Rayon İcra və Probasiya şöbəsində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində özünü normal xüsusiyyətlərə malik sakin kimi göstərmişdir. Kənd sakinlərinin ona qarşı rəyi müsbətdir. Hər hansı dövlət və kəndə aid tədbirlərdə fəal iştirak edir. Təqsirləndirilən şəxs barəsində Masallı rayon İHB-nın Şıxlar kənd İƏD üzrə nümayəndəliyinə şifahi, eləcə də yazılı müraciət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.4-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.14-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi; CM-nin 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdiran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayon X10 Mərkəzində heyvandarlıq sektorunda baş məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən sui-istifadə etməklə tamah niyyəti ilə əvvəllər tanıdığı Masallı rayonu, Hacıtəpə kənd sakinləri X2 və X1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X4 Şəmmədovu və X3 Əliyevi 1800 manat müqabilində Kənd Təsərrüfatı Nazirliyinin Masallı X10 Mərkəzində işə düzəldəcəyini yalandan vəd verib aldadaraq X6 rayonu, Hacıtəpə kəndində yerləşən fərdi yaşayış evində 08 iyun 2022-ci il tarixdə sonuncunun 900 manat pulunu, Allahverdi Əliyevin isə 900 manat pulunu vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxslərə ümumilikdə 1800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayon X10 Mərkəzində heyvandarlıq sektorunda baş məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən sui-istifadə etməklə tamah niyyəti ilə əvvəllər tanıdığı Masallı rayonu, Hacıtəpə kənd sakinləri X2 və X1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X4 Şəmmədovu və X3 Əliyevi 1700 manat müqabilində Kənd Təsərrüfatı Nazirliyinin Masallı X10 Mərkəzində işə düzəldəcəyini yalandan vəd verib aldadaraq Masallı şəhər ərazisində yerləşən “Heydər Əliyev” parkının kənarında 15 iyun 2022-ci il tarixdə Şahbaz Şəmmədovun 850 manat pulunu, Allahverdi Əliyevin isə 850 manat pulunu vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxslərə ümumilikdə 1700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin cinayət əməllərini törətdikdən sonra Təqsirləndirilən şəxs görə barəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli ittiham hökmü çıxarılmazdan əvvəl xx.xx.2022-ci il tarixdə və 03 noyabr 2023-ci il tarixdə vahid niyyətlə yenidən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1.-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəzaların məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-27/2023 saylı hökmü ilə əlavə cəza kimi təyin edilmiş 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrumetmə cəzası müstəqil icra olunmalıdır. Cəzaçəkmənin əvvəli hökmün elan olunduğu, yəni 29 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə, maddi sübut, mülki iddia, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Zərərçəkmiş şəxs zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudaşdırılması cəzası Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-27/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasının Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(050)-72/2023 saylı qərarı ilə dəyişdirilərək təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)- 27/2023 saylı hökmü ilə əlavə cəza kimi təyin edilmiş 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrumetmə cəzası müstəqil icra olunsun. Cəzaçəkmənin əvvəli hökmün elan olunduğu, yəni 29 noyabr 2023-cü il tarixdən hesablansın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-235/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-235/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver