Məhkəmə qərarları › İş №1(050)-235/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-235/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-235/2025 10.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ İHakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Abşeron, Mehdiabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, üç azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Elfaq Nağıyev küçəsində fərdi evdə kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Masallı rayonu, Çaxırlı kənd sakini qohumu Zərərçəkmiş şəxs 15000 manat pulun müqabilində sonuncunun nəvəsi Şahid1 gözdən əlil olduğu üçün dövlət hesabına pulsuz mənzil veriləcəyinə köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 04 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Masallı şəhəri ərazisində 2778 manat pulunu, təxminən 10 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Masallı rayonu Çaxırli kəndində yerləşən fərdi yaşayış evində 6300 manat pulunu, həmin ilin avqust ayı ərzində istintaqa dəqiq məlum olmayan tarixlərdə Zərərçəkmiş şəxs onun istifadəsində olmuş istintaqa məlum olmayan hesab nömrəsinə göndərdiyi ayrı-ayrılqda 600 manat, 600 manat, 500 manat və 500 manat pulu və 2023-cü ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs yaşadığı Masallı rayonu, Çaxırlı kəndində yerləşən fərdi yaşayış evində sonuncunun 2500 manat pulunu hissə-hissə olmaqla vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə 13778 manat maddi ziyan vurmaqla xeyli miqdarda dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs arvadı Məleykə Hüseynovanın bacısıdır. Zərərçəkmiş şəxs nəvəsi Şahid1 qanuna müvafiq qaydada müddətsiz olaraq İİİ qrup əlillik dərəcəsi düzəltmişdir. Sonra Şahid1 sosial təminat kimi mənzil veriləcəyini düzəldəcəyini demişdir. Bunun üçün İlqarı Masallı rayon İcra Hakimiyyətinə aparmış, orada sərəncam verilmiş və Şahid1 55-ci sırada ev növbəsinə yazdırmışdır. Hazırda İlqar mənzil növbəsi gözləyir. Buna görə Zərərçəkmiş şəxs ona 15000 manat pul verməli idi. Lakin Zərərçəkmiş şəxs hissə-hissə ona 13778 manat pul vermişdir. Mənzil verilməsi uzandığı üçün Zərərçəkmiş şəxs imtina etmiş və pulun verilməsini tələb etmişdir. O, da Zərərçəkmiş şəxs aldığı 13778 manat puldan 550 manatı qaytarmışdır. Qalan pulu isə dəri xərçəngi xəstəliyindən əziyyət çəkdiyindən, psoriyos xəstəliyi olduğundan müalicəsinə xərcləmişdir. Zərərçəkmiş şəxs aldığı 13778 manat puldan başqa şəxsə heç bir vəsait verməmişdir. Hazırda taksi fəaliyyəti ilə məşğul olur və hər ya 800-900 manat gəlir əldə edir. Bacılarının köməkliyi ilə zərərçəkmiş şəxsə növbəti məhkəmə iclasında 2000 manat, sonra isə hər ay 500 manat ödəniş edə bilər. Himayəsində üç azyaşlı uşağının olduğunu bildirərək zərərçəkmiş şəxslə razılıq əldə olunmaq üçün məhkəmədən vaxt verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərşəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısı Məleykə Ələkbərova ilə ailə qurmuşdur. Təqsirləndirilən şəxs bütün imkansız şəxslərə kömək etdiyini bildirərək onu onunla birlikdə yaşayan nəvəsi Şahid1 gözdən əlil olduğu üçün pensiyaya çıxartmağa məcbur etmişdir. Buna görə 1 dananı 800 manata, 2 cöngəni 1400 manata və 1 sağmal inəyi 1000 manata sataraq pulunu Kənana vermişdir. Kənan İlqarı komissiyadan keçirmək üçün Zərifə Əliyeva adına göz xəstəxanasına aparmış və oradan zəng edərək sənəd üçün 200 manat pul istəmişdir, o, da həmin pulu ona göndərmişdir. Sonra uşağı yenə həkimə aparmış və 400 manat pul istəmişdir ki, pensiya 5-6 ay əvvəldən veriləcəkdir. Bir müddət sonra İlqar üçün pensiya düzəlmiş və Kənan zəng etmişdir ki, sizə kod gəlibdir, ancaq pulu almayın, özüm gələcəm. Kənan özü gəlmiş və kartdan iki ayın pensiyası olan 300 manat pulu götürüb kartı ona qaytarmışdır. Həmin günü xiyar dərmək üçün sahəyə getmişdir. Bir nəfər zəng edərək pensiyanı alıb-almadığını soruşmuş, o, da aldığını bildirmişdir. Həmin şəxs pulu alan kimi bu barədə sistemə məlumat yerləşdiyini və ev növbəsinə düşdüklərini demişdir. Həmin şəxslə 3 saata yaxın danışdıqdan sonra gözdən əlillərə ev verənlərin böyüyü olduğunu və adının Tahir olduğunu demişdir. Tahir adlı şəxs Kənana zəng etməyini desə də, o kontur olmadığını bildirmişdir. Həmin şəxs 95 fazi onlara ev düşdüyünü demiş və Kənanın nəyi olduğunu soruşmuşdur. O, da demişdir ki, bacısı ilə evlənibdir. Tahir demişdir ki, kontur göndərim Kənanla danış, lakin o, lazım olmadığını, lazım olsa özü zəng edəyini demişdir. Ondan sonra Kənan zəng etmişdir ki, onlara ev düşür və buna görə pul lazımdır. Bunun üçün Kapital banka müraciət etmişlər, ancaq bank imtina etmişdir ki, “2 saat olar sizə kart vermişəm kredit istəyirsiniz, kredit ancaq 6 ay sonra verilə bilər”. X7 daxil olmuş və geri qayıdaraq İlqarı banka aparıb adına 2500 manat kredit götürmüşdür. Kənan həmin pulu götürüb getdikdən sonra zəng etmişdir ki, 6300 manat pul istəyirlər. Bunun üçün qardaşına zəng etmiş və bir qədər də, özü düzəldib 2-3 gün sonra 6300 manat pulu Kənan vermişdir. Kənan sonradan zəng edərək əlavə 2500 manat pul istəmiş, o, da qardaşı çox pul göndərdiyi üçün 2500 manat pulu Kənan vermişdir. Kənan yenə də, zəng etmişdir ki, əlavə 2500 manat pul istəyirlər. Kiçik qızı Kiçikxanım İsveçdə yaşayır. Pul üçün yeznəsinə zəng etmiş, yeznəsi əsəbləşmişdir. Sonra qızı pulu əmisi oğlu Nəsiminin adına göndərmiş və pulu götürüb 2500 manatı Kənana vermişdir. Bundan 1-2 gün sonra zəng etmişdir ki, sistemdə çıxıb ki, İlqarın atası ya da, əmisi tutulub bunun üçün təmizlik kazığı olmalıdır, ya da ki, ev əldən çıxır. Buna görə İlqarın bibisinə zəng edərək İlqarın atası Marifin təmizlik kağızı verməli olduğunu demişdir. Bibisi İlqarın harada olmasını bilmədiyini demişdir. Kənan özü sistemdən məhkumluğu təmizləmək üçün 600 manat istədiyi üçün həmin pulu özünə vermişdir. İki gün sonra Kənan uşağın atasının uşaqdan imtina kağızı verməli olduğunu bildirərək onu düzəltmək üçün 600 manat pul istəmiş, həmin pulu da, Kənana vermişdir. İki-üç gün sonra isə evin mərtəbəsinin yuxarı mərtəbədən aşağı mərtəbəyə gətirmək üçün istədiyi 600 manat pulu da, vermişdir. Təkrar zəng edərək 500 manat lazım olduğunu demiş, ancaq niyə istəməsini bilməmişdir, o, da qonşu uşağa demiş və pulu Kənana göndərmişdir. Sonra İlqarı Bakı şəhərinə qeydiyyata sala biləcəyini soruşmuş, o, da sala biləcəyini demişdir. Ona görə də, qızına zəng etmiş və qızı razı olmuşdur. Lakin sonra Kənan özü qeydiyyata saldığı üçün ondan buna görə də, 600 manat pul almışdır. Daha sonra Hövsanda veriləcək evin dənizə yaxın və təmirli olması üçün əlavə 600 manat istəmiş, o, da daha xiyar da, yanıbdı pulu olmadığını bildirmiş, ancaq 500 manat düzəldib göndərmişdir. Bundan sonra Kənan bildirmişdir ki, gəlib evə baxacaqlar, onların hər birinə 50 manat pul verərsən. Sonra dedi evə gəlsələr pul çox çıxacaq, 150 manat pul göndər özü həll edəcək. O da, kartdan faiz tutulduğu üçün 160 manat pul göndərmişdir. Sonradan sənəd düzəltmək üçün Masallı rayon İcra Hakimiyyətində işləyən Aybəniz adlı işçiyə vermək üçün 200 manat pul istəmiş, o, da də, bunun üçün Embawoodda işləyən qonşusu Cahidə müraciət etmiş, Kənan da, İlqarla gedib 200 manatı Cahiddən götürmüş və sonra aparıb evində Aybənizə verdiyini demişdir. Cinayət işinin istintaqı zamanı müstəntiq 17750 manat maddi ziyanla işi qurtaracağını dediyi üçün razı olmuşdur, ancaq Kənana çox pul vermişdir. Kənana əlillik üçün verdiyi 3200 manat pul ev üçün verdiyi 17750 manat puldan əlavə olmuşdur. Kənana əlillik üçün verdiyi 3200 manat pulu tələb etmir. Kənanın qaytardığı 550 manat pul isə 17750 manat pulun içindədir, ona görə də, hazırda Kənandan 17200 manat pul tələb edir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmədiyindən ona qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirərək ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, atası uşaq vaxtı onları atıb gedib, anası isə xərçəngdən vəfat etmişdir. Ona görə də, nənəsi Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs gözdən əlil olmağı ilə bağlı ev düzəltməli idi. Kənan aparıb Hövsanda ev göstərəcəyini demişdir. Bakı şəhərinə getdikdən sonra Kənan Tahir adında şəxslə görüşdükdən sonra ona rayona qayıtmasını, qalan işi özü həll edəcəyini demişdir. Sonra Kənan ərzaq verilməsi üçün kart götürmək üçün Bakıya gəlməsini demişdir. Bakıya getsə də, kartı götürmək alınmamış, əvəzinə Kənan Neftçilər metrosunun yanında yerləşən “Kontakthome”dan onun adına 550 manata kreditlə telefon alaraq telefonu özünə götümüşdür. Bundan başqa Kənan mətbuatda əlillik kazığını çıxarıb banka vermiş və adına bankdan 2500 manat kredit götürmüşdür. Eyni zamanda pensiya kartından iki ayın pensiyası olan 300 manat pul çıxarmışdır.Nənəsi Zərərçəkmiş şəxs Kənana nə qədər pul verilməsindən xəbəri yoxdur. Lakin hər dəfə 70 manat olmaqla Kənana iki dəfə özü pul göndərmişdir. Kənan evin verilməsini Tahir adlı şəxsin həll edəcəyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 27 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi narkoloji qeydiyyatında yoxdur. - “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 28 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi narkoloji qeydiyyatında yoxdur. - “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 28 oktyabr 2025ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı psixi pozuntular aşkarlanmır, şəxsiyyətində səciyyəvi xüsusiyyətlər və nitq qüsuru qeyd olunur. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 27 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Təqsirləndirilən şəxs aid 27 oktyabr 2025-ci ilədək daxil edilmiş ailə tərkibinə dair məlumatlara əsasən arvadı X1, qızı X5 (xx.xx.2016), oğlu X3 (xx.xx.2022) və X2r (xx.xx.2022). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 27 oktyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1987-ci il Abşeron, Mehdiabad kəndində anadan olmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.4-cü maddəsinə əsasən 800 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. - Bakı şəhər Probasiya idarəsinin 10 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 800 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 10 dekabr 2025-ci il tarixdə 800 manat cəriməni tam olaraq ödədiyinə görə şəxsi işi Bakı şəhər Probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Eşqin Məmmədovun 18 oktyabr 2025-ci il tarixli “götürmə və baxış keçirmə” haqqında qərarından görünür ki, Şahid1 təqdim etdiyi 04 iyul 2025-ci il tarixdə "xxxx" ASC-nin Masallı rayon filialı ilə bağlanmış olduğu kredit müqaviləsinin surətlərini götürülməsi və baxış keçirilməsi qərara alınmışdır. - Zərərçəkmiş şəxs tərəfindən Masallı rayon Polis şöbəsinə ünvanlanmış 10 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi pulun 550 manatını geri qaytarmışdır. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 12 noyabr 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi ev 123-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Masallı rayonu, Çaxırlı kənd sakini qohumu Zərərçəkmiş şəxs nəvəsi Şahid1 əlilliklə əlaqədar təqaüdə çıxaracağına dair yalan vəd verərək, 2023-cü ilin mart-aprel aylarında 3500 manat və Şahid1 dövlət hesabına pulsuz mənzil veriləcəyinə köməklik edəcəyinə dair yalan vəd verməklə 04 iyul 2023-cü il tarixdən 2023-cü ilin sentyabr ayınadək olan müddətdə Zərərçəkmiş şəxs yaşadığı Masallı rayonu, Çaxırlı kəndində yerləşən fərdi yaşayış evində ümumilikdə 13778 manat pulunu ələ keçirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 04 iyul 2025-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək özünü Tahir kimi təqdim etmiş şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2- 1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərilən qaydada cinayət məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyandan 550 manat ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında cərimə və azadlığın məhdudlaşdırılması növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin cəzaların təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs məhkumluğu ödənilsə də, əvvəllər də, dələduzluq cinayəti törətdiyinə görə cərimə cəzasına məhkum olunmuşdur, lakin təyin olunmuş cəzadan nəticə çıxarmayaraq yenidən dələduzluq cinayəti törətmişdir. Eyni zamanda hökmlə təyin edilmiş cəriməni hazırki cinayət işinin istintaqı zamanı ödəmişdir. Bu isə onu göstərir ki, təyin edilmiş cəza məhkumun islah olunması üçün yetərli olmamışdır. Həmçinin 2023-cü ilin sentyabr ayından hal-hazıradək olan müddətdə dəymiş ziyandan cəmi 550 manat ödəniş etmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki əməli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumununun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 800 (səkkiz yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə toplanmaqla ona qəti cəza təyin edilməlidir. Lakin Təqsirləndirilən şəxs 10 dekabr 2025-ci il tarixdə 800 manat cəriməni tam olaraq ödəməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 10 fevral 2026-cı il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut Şahid1 təqdim etdiyi 04 iyul 2025-ci il tarixdə "xxxx" ASC-nin Masallı rayon filialı ilə bağlanmış olduğu kredit müqaviləsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 13 (on üç) saat vaxt sərf etmişdir. Ona görə də, 143 (bir yüz qırx üç) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə toplanmaqla o, qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2023cü il tarixli hökmü ilə təyin olunmuş 800 (səkkiz yüz) manat məbləğində cəriməni tam olaraq ödəməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 10 fevral 2026-cı il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Şahid1 təqdim etdiyi 04 iyul 2025-ci il tarixdə "xxxx" ASC-nin Masallı rayon filialı ilə bağlanmış olduğu kredit müqaviləsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 143 (bir yüz qırx üç) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar