Məhkəmə qərarları › İş №1(050)-236/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-236/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-236/2023 28.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X2 iştirakları ilə. xx.xx.1975-cı ildə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. X3 məhkəməyə verilmişdir ona görə ki, o, tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə hüquq verən vəsiqəni istifadə etmək məqsədilə qanunsuz hazırlayaraq saxtalaşdırıb satmaqla gəlir əldə etmək qərarına gəlmiş və bu məqsədlə 2020-ci ilin iyun ayında Rusiya Federasiyasında olduğu zaman mobil telefon vasitəsilə sonuncu tərəfindən fotoşəkli çəkilməklə ona göndərilmiş Şahid1 adına olan blankı xüsusi mühafizə vasitələri ilə təchiz olunmamış AF128201 nömrəli sürücülük vəsiqəsinin blankını, üzərində olan möhür əksi və imzaları Rusiya Federasiyası ərazisində istintaqa məlum olmayan yerdə və şəraitdə elektrofotoqrafik çap üsulu ilə çap qurğusunda saxtalaşdırmaqla qanunsuz hazırlayaraq həmin vəsiqəyə icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan və qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olan yük avtomobillərini idarə etmək hüququ verən “B C BE CE” kateqoriyası əlavə etməklə 29 iyun 2020-ci tarixdə Şahid3 vasitəsilə Şahid1 bank kart hesabına köçürülməsi yolu ilə aldığı həmin dövrün valyuta məzənnəsi ilə 602,5 manat təşkil edən 25 000 Rus rublu müqabilində 2020-ci ilin iyul ayının ortalarında cinayətə aidiyyəti olmayan və şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə Masallı rayonu ərazisində Şahid1 satmışdır. Təqsirləndirilən şəxs X3 məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 14 avqust 2019-cu il tarixdən Rusiya Federasiyasının Tomsk vilayətində yaşamışdır. 05 il müddətində Rusiya Federasiyasına müvəqqəti qeydiyyata alınmış və orada kiçik sahiblarlıq fəaliyyəti ilə yəni meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olmuşdur. Şahid3 onun dayısı oğludur, Vüqar tır ürücüsü işləmiş və Rusiya Federasiyasına gələn zaman imkan tapdıqca onunla görüşmüşdür. 2019-cu il tarixdə dəqiq yadında qalmayan vaxtda Vüqar ona zəng edərək, Şahid2 adında tanışının “E” kateqoriyalı sürücülük vəsiqəsi almaq istədiyini, tanşı varsa köməklik etməsini xahiş etmişdir. RF-da bir neçə nəfər şəxsin saxta sürücülük vəsiqəsilə maşın idarə etdiyini eşitmiş və bu barədə maraqlanan zaman hazırda adını unutduğum özbək vətəndaşı olan şəxsə bu barədə demişdir. Həmin şəxs özünün istədiyi sənədi hazırlaya bildiyini demiş və 15.000 rubla istədiyini edə biləcəyini bildirmişdir. Bundan sonra Vüqara 25.000 rubla sənədin hazırlandığını bildirmiş, sonuncu bir neçə gün sonra xəbər edəcəyini demiş və onunla razılaşdıqdan bir neçə gün sonra Vüqar onun bank hesab kartını istəmişdir. Bu zaman adına olan hazırda istifadə etmədiyi kartının şəklini Vüqara göndərmiş və karta 25.000 rubl pul, həmçinin sürücülük vəsiqəsinin şəklini ona göndərməsini və nə istədiyimi ətraflı yazmasını istəmişdir. Həmin gün Vüqar “watsapp” ani meajlaşma mübasiləsi sistemi vasitəsilə sürücülük vəsiqəsinin şəklini və kartına 25.000 rubl göndərmiş, pulu götürdükdən sonra özbək vətəndaşı olan şəxsin yanına getmiş və 15.000 rubl pulu verərək “E” katoqoriyasının olduğu sürücülük vəsiqəsini hazırladıb onu tır sürücülüərinin birinin vasitəsilə Natiqə çatdırmışdır. Bundan sonra Vüqarın kartına qazanc kimi ona düşən 5000 dubl pulu göndərmiş, bundan bir müddət sonra Vüqar 2020-ci ilin aprel ayının sonlarında onunla əlaqə saxlayaraq əlavə bir nəfərin də saxta sürücülük vəsiqəsi almaq istədiyini və 25.000 rubl pul verə biləcəyini demişdir. Razılaşmış və həmin şəxsin sürücülük vəsiqəsinin şəklini ona göndərməsini istəmişdir. Vüqar eyni qaydada 25.000 rubl pulu və sürücülük vəsiqəsinin şəklini ona göndərmiş, həmin şəxsin vasitəsilə deyilən vəsiqəni düzəltmiş və adını unutduğu tanışı vasitəsilə vəsiqəsi Masallı rayonunda Zahirə çatdırmış və bu işində müqabilində Vüqarın kartına 5.000 rubl pul göndərmişdir. Hazırda ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilir, əməlindən peşmandır. Məhkəmənin baxış iclası zamanı Dövlət ittihamçısı şifahi vəsatətlə müraciət edərək bildirdi ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 320.1-ci maddəsi cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmiş, özünü təqsirli bilir, bəraətverici əsaslar yoxdur və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.3.ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazı olmadığını bildirmişdir. İş üzrə təqsirləndirilən şəxs X3 və müdafiəçisi Müdafiəçi cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmamasını bildirmişlər. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3.-ci maddəsinə əsasən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə xitam verilməlidir, o cümlədən başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmə baxışı gedişində cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən məhkəmə dövlət ittihamçısı və ya xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Əbdülqasım oğluna verilmiş ittiham sübuta yetmiş, o, özünü təqsirli bilməklə cinayət əməlini tam etiraf etmişdir. Baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs Əbdülqasım oğlunun törətməsi, onun təqsirliliyi mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 320.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Lakin nəzərə alınmalıdır ki, böyük ictimai təhlükəli cinayətlər üçün qanunla müəyyən edilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti ötmüşdür. Belə ki, iş materiallarından göründüyü Təqsirləndirilən şəxs Əbdülqasım oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini 2020-ci ilin iyul ayının ortalarında törətmiş, həmin əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur və təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Belə olan halda qəqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi, cinayət təqibini istisna edən halın olması, həmçinin təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən cinayət təqibinə xitam verilməlidir. Maddi sübut AF 128201 nömrəli, "B C BE CE" kateqoriyalı saxta sürücülük vəsiqəsi Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-24/2022 saylı hökmünə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilmişdir. Məhkəmə ekspertiza xərci 61,52 manat X1 tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X4 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi səbəbindən cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilsin. Məhkəmə ekspertiza xərci 61,52 manat X1 tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X4 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Məhkəmə ekspertiza xərci barədə qərarın icrası Şəki Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildikdən sonra 20 (iyirmi) gün müddətində Masallı rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar