Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-239/2023 18.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 nümayəndəsi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxslər X1 və X4 iştirakları ilə. X1 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək X1 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü ildə Masallı rayon Sığdaş kəndində anadan olmuşdur. Hal-hazırda Sığdaş kəndində yaşayır. Yaşadığı kənddə fərdi sahibkarlıqla məşğul olmaqla bərabər, kənddə ictimai işlərlədə çalışır. Son illərdə yəni 2020-ci ildən 2023-cü ildə daxil olmaqla həmkəndliləri barəsində şikayət edilən şəxslər X2 və X5 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi ərizələrində, kütləvi çıxışlarında həm də Respublikanın müxtəlif təşkilatlarına yayımlanmışdır. Yayımlanmış ərizələrində və müraciətlərində qardaşının işlədiyi vaxtlarda onu 4000 (dörd) min ABŞ dolları rüşvət alıb saxta sənədlər əsasında 0.06 ha həyatyanı torpaq sahəsini satmağı, həmin pulu qardaşından tələb etdikdə ona oğlanlarından hədə qorxu gələrək onu öldürməklə hədələməsi, bələdiyyənin sədri işlədiyi dövrdə 12 ədəd su turbasını oğurlaması, kəndin ərazisində yerləşən dövlət tərəfindən 1 milyon manat təmir olunmuş sututarı qanunsuz zəbt edərək orada balıq yetişdirilməsi, oğlanlarının hərbi xidmətdən boyun qaçırması və sututara qatışdırılmış kimyəvi maddələrə görə kəndin malqaralarının tələf olması ilə bağlı böhtan xarakterli yalan məlumatlar yaymışdır. Onların yayımladığı məlumatlar araşdırılmış və həmin məlumatların şəxsən barəsində şikayət verilən şəxslərə məxsusdur. Xüsusi ilə nəzərə almaq lazımdır ki, X3 və X5 müraciətlərində dəfələrlə yuxarıda göstərilənləri göstərmələri səbəbindən böhtana məruz qalmışdır. Əvvəla nəzərə almaq lazımdır ki, bütün şikayətlər və müraciətlər ümumi kompleksi böhtana əsaslanıb üstəlik həmin fikirlər onların mübahisəsi olmaqla reallığı əks etdirmir. Belə ki, onların şikayət və müraciətləri Masallı rayon prokurorluğunda, Masallı rayon polis şöbəsində və Ekalogiya və Təbii Sərvətlər Nazirliyində araşdırılaraq, həmin fikirlər öz təsdiqini tapmamışdır. Bu barədə əsaslandırılmış qərarlar mövcddür. Barələrində şikayət verilmiş şəxslərin ona yaraşmayan, kənddə əhalinin arasında hörmətdən salan və ağır cinayətlərdə əsassız olaraq ittiham etməklə böhtana məruz qalmışdır. Bu isə onların əməlində CM-nin 147.2-ci maddəsinin tərkibini yaratmışdır. Göründüyü kimi onlar böhtan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, onu ağır cinayətdə ittiham edən məlumatları yaymaqla ona böhtan atmışlar. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Vətəndaşın ifadə azadlığına malik olması, onun mətbuat vasitəsi ilə öz sözünü cəmiyyətə çatdırılması normal haldır. Belə ki, onların müraciətləri hazırki dövrün tələblərinə uyğun olaraq şəxsin özünü ifadə forması kimi qiymətləndirməlidir. Lakin bu sui-istifadə, ictimaiyyəti çaşdırmaq, insanların şərəf və ləyaqətini alçaltmaq və onların ağır cinayətdə ittiham etmək yolu ilə araşdırılmamalıdır. Özünün hüquqlarını pozulduğunu hesab edən şəxs hansı vasitəni seçməsindən asılı olmayaraq qanun çərçivəsində hərəkət etməlidir. Şikayət edilən şəxslərin şəxsiyyətini səciyyələndirilən halları, habelə cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin ağırlığını nəzərə alaraq qeyd edir ki, onlar, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək barələrində azadlıqdan məhrumetmə cəzası üzrə cəza təyin edilməlidir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 nümayəndəsi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxslər X2 və X5 ilə barışıq ərizəsini təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 xüsusi ittiham qaydasında şikayət etmiş şəxs ilə barışdığını, bu səbəbdən şikayətin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 xüsusi ittiham qaydasında şikayət etmiş şəxs ilə barışdığını, bu səbəbdən şikayətin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respubliası Cinayət-Prosessual Məcəlləsinin: 302.1.8-ci maddəsinə əsasən şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubliası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.8 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 X2 və X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət təqibi başlanması barədə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-239/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-239/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver