Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-24/2023 21.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxx 1982-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Masallı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş, 01 fevral 2023-cü il tarixdən həbsdə olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Qədirli kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsinə gələrək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşlаrın gözləri qarşısında söyüşlər söyməklə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozаn, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətlərini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək Zərərçəkmiş şəxs üzərinə hücum edib yerdən götürdüyü daş parçasından silah qismində istifadə edərək zor tətbiq etməklə Zərərçəkmiş şəxs sol əl nahiyəsinə qəsdən bir dəfə vurub ona sol əlin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə 10 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətlərinə görə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə həmkəndlidir. Onunla əvvəllər arasında heç bir ədavət, düşmənçilik və qərəzli münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində işdən qayıdarkən Zərərçəkmiş şəxs evinin yaxınlığından keçdiyi vaxt onun oğlu Nurlan ilə qarşılaşmışdır. Nurlan ona dayanmağını bildirmiş və o, dayanmışdır. Həmin vaxt Nurlan ona yaxınlaşıb səbəbini demədən yumruqla onun sol gicgah nahiyəsinə vurmuş və o, huşunu itirib yerə yıxılmışdır. Sonra o, ayağa qalxmış və Nurlan onu nalayiq söyüşlərlə söyüb təhqir etdiyi üçün, o da Nurlanı nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Daha sonra o, oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs görməmiş və ona daş parçası ataraq bədən xəsarəti yetirməmişdir. Şahid1 özünü müdafiə etmək üçün onun barəsində şər-böhtan xarakterli müraciət etmişdir. O, Şahid1 nalayiq ifadələrlə söyüb təhqir etdiyi üçün barəsində inzibati qaydada tədbir görülmüş və iki dəfə inzibati həbsdə olmuşdur. İş üzrə ifadə vermiş digər şahidlərdən Şahid2 onun qaynıdır və o, 9 il əvvəl arvadından ayrıldığına görə, Vətən ona qarşı qərəzlidir. Şahid3 və Şahid4 da onların tərəfini saxlayır, verdiyi ifadələr doğru deyil. Təqsiri olmadığına görə ona bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, arvadından uzun müddətdir boşanmışdır, onun qaynı Şahid2 onlarla qonşudur. Təqsirləndirilən şəxs dəfələrlə evlərinin yanından keçəndə ucadan nalayiq söyüşlər söyərək keçmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs yenə yol ilə gedərkən ucadan söyüşlər söyməyə başlamışdır. Bu səbəblə Dəşafətə iradını bildirmiş, qadın, uşaq olmasına görə söyüş söyməməsini bildirmişdir. Bundan sonra Dəşafət ona məxsus fərdi yaşayış evinin həyətinin ətrafına çəkilmiş dəmir torları ayaqları ilə əzib həyətyanı sahəsinə daxil olaraq onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir etməyə başlamışdır. O, Dəşafətin təhqirlərinə dözə bilmədiyi üçün ona yaxınlaşıb yaşadığı evin həyətini tərk etməsini bildirmişdir. Lakin, Dəşafət təhqirlərinə davam etmiş və onun səs-küy salmasını eşidən qonşuları Şahid3, Şahid2 və X1 və digər bir neçə nəfər kişi, qadın və uşaqlar səsə gəlmişlər. Həmin vaxt onlar da, Dəşafətə sakitcə həyəti tərk etməsini bildirsələrdə Dəşafət onların sözlərinə məhəl qoymamışdır. Daha sonra yaşadığı evdə yatmış vəziyyətdə olan oğlu Şahid1 yuxudan ayılıb həyətə düşmüş və Dəşafəti gördükdə onu həyətdən çıxarmağa çalışmışdır. Dəşafət isə həyətindən çıxmaq istəməmiş və həmin vaxt Nurlan Dəşafəti itələmiş və Dəşafət həyətin ətrafına çəkilmiş dəmir torlara ilişərək üzü üstə yerə yıxılmışdır. Bundan sonra Nurlan geri çəkilmiş və Dəşafət isə ayağa qalxıb yerdən daş parşaları götürüb onun üzərinə atmış və həmin daş parçalarından biri onun sol əl nahiyəsinə dəymiş və əli əzilmişdir. Bundan sonra Dəşafət yenidən nalayiq küçə söyüşləri söyüb onu və oğlu Nurlanın özünü, ailə və uşaqlarını təhqir etməyə davam etmişdir. Sonra Afəddin və Əlikram Dəşafəti onun həyətindən uzaqlaşdırmışlar və Dəşafət də çıxıb getmişdir. Dəşafətin hərəkətləri 10-15 dəqiqəyə qədər davam etmişdir. Bundan sonra oğlu Şahid1 DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Təxminən 1 saat sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və müvafiq sənədləşmə işləri apardıqdan sonra çıxıb getmişlər. Təqsirləndirilən şəxs onunla barışmamış, hətta məhkəmə iclas zalında da ona qarşı təhqiramiz ifadələr işlədir. Məhkəmədən təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir və onunla heç bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə yatan zaman, həyətdən səsküy gəlməsini eşidib həyətə düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs həyətində olmasını və nalayiq ifadələr işlədərək anası Təyibəni və ailə üzvlərini təhqir etdiyini görmüşdür. Həmçinin qonuşları Şahid3, Şahid2, X1, anası Zərərçəkmiş şəxs, başqa bir neçə nəfər qonşular yaşadığı evin həyətində olmuşlar. Onlar Dəşafətə söyüş söyməməsini və çıxıb getməsini demişlər. O da buna görə Dəşafətə yaxınlaşıb əlləriylə Dəşafəti tutub itələyərək həyətdən çölə çıxarmağa çalışmışdır. Həmin vaxt Dəşafətin ayağı həyətinin ətrafına çəkilmiş dəmir torlara ilişmiş və üzü üstə yerə yıxılmışdır. Dəşafət bundan sonra yerdən daş parçaları götürüb anası Zərərçəkmiş şəxs üzərinə atmış və həmin daş parçalarından biri anası Təyibənin sol əl nahiyəsinə dəymişdir. Bundan sonra Dəşafət yenidən nalayiq küçə söyüşləri söyüb onları təhqir etməyə davam etmişdir. Sonra Afəddin və Əlikram Dəşafəti həyətindən uzaqlaşdırmışlar və Dəşafət də çıxıb getmişdir. Bundan sonra o, DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Təxminən 1 saat sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və müvafiq sənədləşmə işləri apardıqdan sonra çıxıb getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla yanaşı bacısının keçmiş həyat yoldaşıdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə bir sıra işlərini görərkən qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən səs-küy gəlməsini eşidib həmin yerə yaxınlaşmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs nalayiq küçə söyüşləri söyərək Zərərçəkmiş şəxs və ailə üzvlərini təhqir etdiyini görmüşdür. Lakin, onun Dəşafətlə münasibəti olmadığına görə onlara yaxınlaşmamışdır. Həmçinin digər qonşuları Şahid3 və X1 da orada olmuşlar. Daha sonra Zərərçəkmiş şəxs oğlu Şahid1 evin həyətinə düşüb Dəşafətə yaxınlaşmışdır. Dəşafət isə söyüşlərinə davam etmiş və Nurlan əllərilə Dəşafəti tutub itələyərək həyətdən çölə çıxarmağa çalışmışdır. Həmin vaxt Dəşafətin ayağı həyətin ətrafına çəkilmiş dəmir torlara ilişmiş və üzü üstə yerə yıxılmışdır. Nurlan da buna görə ondan kənarlaşıb geri çəkilmişdir. Bu zaman Dəşafət ayağa qalxıb yerdən daş parçası götürüb Zərərçəkmiş şəxs üzərinə atmış və həmin daş parçası Təyibənin sol əl nahiyəsinə dəymişdir. Bundan sonra Dəşafət yenidən nalayiq küçə söyüşləri söyüb onları təhqir etməyə davam etmişdir. O da Dəşafətin getmədiyini görüb ona yaxınlaşıb və Dəşafətə çıxıb getməsini bildirmişdir. Həmin vaxt Dəşafət ona “Sən peysərsən” sözlərini demişdir. O da Dəşafətə eyni cavabı vermişdir. Sonra Afəddin və Əlikram Dəşafəti oradan uzaqlaşdırmışlar və sonuncu da çıxıb getmişdir. Bundan sonra Şahid1 DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermiş, təxminən 1 saat sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və müvafiq sənədləşmə işləri apardıqdan sonra çıxıb getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evin həyətində olarkən görmüşdür ki, Təyyibənin həyətindən söyüş səsləri gəlir. Ora gedəndə görmüşdür ki, Təqsirləndirilən şəxs nalayiq küçə söyüşləri söyərək Zərərçəkmiş şəxs və onun ailə üzvlərini təhqir edir. O, Dəşafəti sakitləşdirmək üçün Təyyibənin həyətinə daxil olmuşdur. Lakin Dəşafəti sakitləşdirmək mümkün olmamışdır. Ondan əlavə olaraq oraya Afəddin də gəlmişdir. Daha sonra Zərərçəkmiş şəxs oğlu Şahid1 evin həyətinə düşüb Dəşafətə yaxınlaşmışdır. Dəşafət isə söyüşlərinə davam etmişdir. Nurlan əlləri ilə Dəşafəti tutub itələyərək həyətdən çölə çıxarmağa çalışmışdır. Həmin vaxt Dəşafətin ayağı həyətin ətrafına çəkilmiş dəmir torlara ilişmiş və üzü üstə yerə yıxılmışdır. Həmin vaxt onun mobil telefonuna zəng gəlmiş və o, telefonla danışdığı üçün fikri yayınmışdır. Danışıb qurtardıqdan sonra görmüşdür ki, Vətən ilə Dəşafət mübahisə edirlər. Sonra onlar Dəşafəti oradan uzaqlaşdırmışlar. Dəşafətin Təyibəni və onun oğlu Nurlanı söyməsinin .şahidi olsa da, mobil telefonu ilə danışdığı üçün Dəşafətin Təyibəni hər hansı bir vasitə ilə vurmasının şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evin həyətində olarkən, Təyyibənin həyətindən səs-küy gəldiyini eşitmiş və Təyibənin həyətinə yaxınlaşmışdır. Həmin vaxt Dəşafətin Təyyibəni və Təyibənin ailə üzvlərini nalayiq küçə söyüşləri ilə söyərək təhqir etdiyinin şahidi olmuşdur. Daha sonra ora Vətən və Əlikram da gəlmişlər. Onlar birlikdə Dəşafəti Təyibənin həyətindən çıxarmağa çalışsalar da buna nail ola bilməmişlər. Daha sonra Təyibənin oğlu Nurlan da evdən həyətə düşmüş və Dəşafətə öz iradını bildirmiş, həmçinin Dəşafəti itələyərək həyətdən çölə çıxarmağa çalışmışdır. Həmin vaxt Dəşafətin ayağı dəmir tora ilişərək yerə yıxılmışdır. Dəşafət yerdən qalxaraq əlində olan daş parçasını Təyibəyə tərəf atmışdır. Dəşafətin atdığı daş Təyibənin əlindən dəymişdir. Sonra onlar Dəşafəti oradan uzaqlaşdırmışlar. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 843 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sol əlin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törədilmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixinə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, aşkar olunan xəsarət bədənin öz əli çatan nahiyəsində yerləşir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərşəkmiş şəxs və şahidlərin ifadəsi, eləcə də işin faktiki halları ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 221.3-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon İHB Masallı rayon Qarğalıq kənd İƏDÜ Nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Tomarov X2 rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayır, himayəsində xx.xx.2012-ci ildə anadan olmuş X4 adında bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır ,o, yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən halllar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəmiyyyət üçün ictimai təhülkəli şəxs olmasını, törətdiyi cinayətin ictimai təhlükəsizlik əleyhinə olan cinayət olmasını, islah olunmaması nəzərə alınmalıdır. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə, bu yolla cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-24/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-24/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver