Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-24/2024 12.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın, X1 və onun müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx xxxxxx 1984-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs X8 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 26 noyabr 2023-cü il tarixdə saat 23 radələrində əvvəllər tanıdığı, Masallı rayonu, Köhnə Alvadı kənd sakini Zərərçəkmiş şəxs məxsus “Hyundai Accent minik" markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən avtomobilin salonunun ön hissəsində yerləşən sandıqçadan 20000 manat və 4250 Azərbaycan manatı nisbətində olan 2500 ABŞ dolları məbləğində nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 24250 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bu hərəkətlərinə görə X2 Əzizağa qızına Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs X8 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 26 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, Ələddin onu qarşılamış və onu evinə dəvət etmişdir. O, Ələddindən əri ilə münasibətlərinin pozulduğunu və əri ilə aralarında isti münasibətlərin yenidən yaranması üçün dua yazmasını xahiş etmiş, Ələddin isə dua yazmaq işi ilə məşğul olmadığını və onun əri ilə münasibətlərinin düzəlməsi üçün namazda çoxlu dualar edəcəyini bildirmişdir. Yenidən bədbin halda Ələddin ilə sağollaşıb oradan çıxmış, evdən çıxarkən Zərərçəkmiş şəxs özünün də Masallı şəhəri ərazisinə getdiyini və onu apara biləcəyini demişdir. Masallı şəhəri ərazisində yerləşən bacısına məxsus evə getdiyindən Ələddinlə razılaşmış, ona məxsus avtomobilin arxa sərnişin oturacağına əyləşmiş, Ələddin isə sürücü oturacağına əyləşmiş, həmin vaxtı Ələddin əynində olan gödəkçənin iç döş cibindən topa halda pul çıxardıb avtomobilin ön hissəsində yerləşən saxlanc yerinə qoymuş və oranın qapısını örtmüşdür. Ona dərman lazım olduğundan Ələddindən onun üçün dərman almasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Masallı şəhəri Dadva küçəsində yerləşən aptekin qarşısında avtomobili saxlamış və avtomobildən aşağı düşüb aptekə getmişdir. Həmin vaxtı avtomobildə ani olaraq Ələddinin maşına qoyduğu pulu oğurlamaq qərarına gəlmiş və avtomobilin ön saxlanc yerindən topa halda olan pulu götürüb tez əynində olan gödəkçəsinin cibinə qoymuş, saxlanc yerinin qapısını örtmüş və avtomobildə Zərərçəkmiş şəxs gəlməsini gözləmişdir.Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs avtomobilə gəlib əyləşmiş və aldığı 1 qutu baş ağrı dərmanını ona vermişdir. Həmin vaxt keçmiş həyat yoldaşı onları görüb avtomobil tərəfə gəlmiş onlarla mübahisə etmişdir. Onu da götürüb həmin ərazidən uzaqlaşmışdır. Daha sonra Ələddinin maşınında oğurluq edildiyi barədə Polis şöbəsində məlumat verilmişdir. Bununla bağlı onu Masallı RPŞ-nə çağrılmış və orda bu məsələ ilə dindirilən zaman əməlini etiraf etmiş və Ələddinin maşınından götürdüyü 20000 mana və 2500 ABŞ dolları məbləğində nəğd pulu istintaqa təhvil vermişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək bildirdi ki, Günay Cavadova 26 noyabr 2023-cü il tarixdə onlara gələrək, əri ilə münasibətlərinin pozulduğunu və bunun üçün dua yazıb köməklik etməsi barədə xahiş etmişdir. Günaya dua yazmaq işi ilə məşğul olmadığını, namazda əri ilə münasibətlərinin düzəlməsi üçün çoxlu dua edəcəyini demiş, Günay Cavadova həmin vaxtı ona minnətdarlığını bildirib evdən çıxmışdır. Günay Cavadova evdən çıxarkən getmək üçün maşını olub-olmaması barədə maraqlanmış, sonuncu Masallı şəhəri ərazisinə asfalt yola çıxıb taksilə gedəcəyini bildirmiş, Günaya özünün də Masallı şəhərində işi olduğunu və apara biləcəyini demiş və Günay buna etiraz etməmişdir. Evdən çıxarkən üzərində 20000 manat və 2500 ABŞ dollarını götürmüş, Günay xanımın gözünün qabağında özünə məxsus “Hyundai Accent minik” markalı **-ET- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində yerləşən “bardoçok” deyilən saxlanc yerinə qoymuş, oranın qapısını örtmüş, həmin vaxtı Günay Cavadova avtomobilin arxa sərnişin oturacağında əyləşmiş və bunu görmüşdür. Yaşadığı evin həyətindən çıxıb Masallı şəhəri istiqamətində yola düşmüşlər. Masallı şəhəri Dadva küçəsinə çatdıqda başının ağrıdığını və ona 1 manat pul uzadaraq dərman almasını xahiş etmişdir.O həmin pulu götüməyərək aptekə dərman almağa getmişdir. Aptekdə adam çox olduğundan bir qədər yubanmışdır. Günay getdikdən sonra pulu götürmək istəmiş, yerində olmadığını gördükdə başa düşmüşdür ki, 20000 manat və 2500 ABŞ dolları Günay Cavadova oğurlamışdır. O, oğurluq haisəsi ilə bağlı Masallı RPŞ-nə şikayət ərizəsi yazmışdır. Hazırda ona dəymiş ziyan Günay Cavadova tərəfindən tam olaraq ödənilmişdir. X3 heç bir şikayət və tələbi yoxdur, onu bağışlamışdır, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəyən ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, X6 yüngül cəza təyin olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, X8 26 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus “Hyundai Accent minik” markalı **- ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 20000 mana və 250 ABŞ dolları nəğd pulu oğurladığını etiraf etmişdir. 27 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X4 oğurluq etdiyi yer “Hyundai Accent minik” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonudur. xx.xx.2023-cü il tarixli maddi sübütün mülkiyətçisinə qaytarılması haqqında qərardan görünür ki, 26 noyabr 2023-cü il tarixdə X4 oğurladığı Zərərçəkmiş şəxs məxsus 20000 manat və 2500 ABŞ dolları məbləğində nağd pul Günay Cavadovadan götürülmüş, baxış keçirilmiş, maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus “Hyundai Accent minik” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun ön hissəsindən 20000 manat və 2500 ABŞ dolları 26 noyabr 2023-cü il tarixdə saat 23 radələrində avtomobildə sərnişin qismində olan sonuncunun tanışı, Masallı rayonu Təzə Alvadı kənd sakini X8 tərəfindən oğurlanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 1.7000 manat müəyyən edilmiş və bu barədə çıxarışlar cinayət işinin materiallarına əlavə edilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 şəxsiyyət vəsiqəsini dəyişmiş, bu səbəblə ibtidai istintaq zamanı soyadı Şükürova olmuşdur. Yeni şəxsiyyət vəsiqəsi ilə onun soyadı Cavadovadır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxsin ifadəsi, eləcə də işin faktiki halları ilə X1 Azərbaycan Respublikası CM-nin 177.2.3.-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini X4 törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.3.-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X8 28 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 noyabr 2023-ci il tarixdə azad edilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Təzə Alvadı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Cavadova (Şükürova) Günay Əzizağa qızı yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə anadan olmuş anası X7r. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Cavadova (Şükürova) X9 Federasiyasının Samara şəhəri, Kirov rayonu 11-ci sahə sülh məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən RF Cinayət Məcəlləsinin 158-ci maddəsinin 1-ci hissəsi və 73-cü maddəsi ilə təqsirli bilinərək, 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin cəza şərti hesab edilərək, məhkumun barəsində 01 il 06 ay sınaq müddəti müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-9/2-70/2024 saylı məktubdan görünür ki, Cavadova (Şükürova) X9 Federasiyasının Samara şəhəri, Kirov rayonu 11-ci sahə sülh məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq tanınıb-tanınmaması barədə təqdimat məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. X1 himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanın tam ödənilməsi Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12. və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən halllar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X1 əməlində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə X6 təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, dəymiş ziyanın ödənilməsi, özünün davranışı, zərərçəkmiş şəxslə barışması və ondan şikayətin olmaması əsas verir ki, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən X4 şübhəli şəxs qismində tutulmasına görə hesablanmış 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən X4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, X1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Maddi sübut kimi tanınmış 20000 manat və 2500 ABŞ dolları məbləğində nağd pul zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 28 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün X6 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X4 cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X8 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış 20000 manat və 2500 ABŞ dolları məbləğində nağd pul zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökm elan olunduqdan və ya həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-24/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-24/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver