Məhkəmə qərarları › İş №1(050)-240/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-240/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-240/2024 25.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Zəkariyə qızının, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1962-ci il tarixdə Masallı rayonu, Qızlağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Qızlağac kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 22 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində Masallı rayonu, Banbaşı kəndi ərazisində istifadəsində olan Vaz 2107 markalı **-ZR-*** dövlət nişanlı avtomobilin salonunda qızı Zərərçəkmiş şəxs mobil telefonla çox məşğul olması və nəsihətlərinə əhəmiyyət verməməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu əvvəlcə avtomobilin içərisində yumruq ilə vurmuş, daha sonra avtomobildən yerə düşürüb yerdə qəsdən bədəninin müxtəlif nahiyələrinə dəfələrlə yumruq və təpiklə vuraraq sonuncuya sağ gözətrafı-yanaq nahiyəsində şişkinlik və hemotoma, sol gözyuvası ətrafında, alt çənə, hər iki said və sağ kürək alt nahiyədə qançırlar, üst və alt dodağın selikli qişasında əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş yekun protokolu üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Hadəsəyə qədər hər gün Kəmaləni işdən götürüb evə aparmışdır. Aralarında olan münasibət yaxşı olmamışdır. Həmişə qızına ağıllı olmasını və etdiyi hərəkətlərə fikir verməsini bildirmişdir. Qızı isə onun sözlərini normal qəbul etməmiş və hər dəfəsində onu söyüb təhqir etmişdir. Sonuncu dəfə 22 noyabr 2024-cü il tarixdə qızı Kəmaləni işdən götürüb idarə etdiyi Vaz 2107 markalı, **- ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə keçmiş qayınatası Əlikamalın yaşadığı Masallı rayonu, Banbaşı kəndinə aparmışdır. Belə ki, hər həftənin beşinci günü Kəmalə Əlikamalgildən iki övladını götürüb həftə sonunadək özü ilə saxlayır. Yolda qızı heç bir səbəb olmadan onu təhqir etməyə başlamışdır. Əlikamalın evinin qarşısında artıq əsəblərinə hakim ola bilməyib avtomobili saxlayıb avtomobilin içərisində Kəmalənin bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Kəmalə avtomobildən düşəndən sonra onun əlindən telefonu almaq istəmişdir ki, telefon ilə az oynasın. Həmin zaman yerdə də Kəmaləni yumruq və təpiklə vurmuşdur. Təxminən 5-10 dəqiqə mübahisə etdikdən sonra Kəmalə qaçaraq ordan uzaqlaşmışdır. Hadisə Əlikamalın evinin qarşısında olmuşdur. Qızı Kəmaləni döyən zaman heç kimin narahatçılığına səbəb olmamışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən yaşını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Hər həftənin beşinci günü uşaqlarını qayınatasının evindən götürüb həftə sonunadək yanında saxlayır. 22 noyabr 2024-cü il tarixdə saat 18 radələrində atası Zəkariyə onu işdən götürüb keçmiş qayınatası Əlikamalın yaşadığı Masallı rayonu, Banbaşı kəndinə aparmışdır. Atasının onun şəxsi həyatına qarışması səbəbindən daima mübahisələri olmuşdur. Keçmiş qayınatası Əlikamalın evinin qarşısına çatdıqda heç bir səbəb olmadan atası Zəkariyə avtomobilin içərisində yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmiş, atasının əlindən çıxıb avtomobildən düşmüş, düşdükdən sonra atası onu saçından tutub yerə yıxaraq yenə vurmağa başlamışdır. Ordan qaçaraq bu barədə DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Aralarında olan mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Hazırda atası Təqsirləndirilən şəxslə barışmadığından məhkəmədən barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Şahid işin təhqiqatı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs keçmiş gəlinidir. Oğlu ilə aralarında olan mübahisəyə görə oğlu Əbülfəz Kəmaləni boşamışdır. Nəvələri ilə birgə yaşayır. Hər həftənin cümə günü axşam saatlarında Kəmalə atası Zəkariyə ilə uşaqları götürməyə gəlir. Uşaqları aparıb bazar günü axşam yenidən qaytarırlar. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində nəvələri ona həyətdən səs eşitidiyini bildirmişlər. Həyətə düşmüş və Kəmalə ilə Zəkariyənin ordan getməsini görmüşdür. Daha sonra bilmişdir ki, Zəkariyə qızı Kəmalə ilə aralarında olan mübahisə zamanı əsəbləşərək qızını döymüşdür. Uzaqda olduğu üçün onların mübahisəsini görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X6» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin 25 noyabr 2024-cü il tarixli 925 saylı rəyindən görünür ki, X1 gözətrafı-yanaq nahiyəsinin şişinlik və hematoma, sol gözyuvası ətrafında,alt çən,hər iki said və sağ kürək altı nahiyədə qançırlar, üst və alt dodağın selikli qişasında əzilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan 25 noyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə yeri Masallı rayonu, Banbaşı kəndində Şahid fərdi yaşayış evinin qarşısıdır. Zərərçəkmiş şəxs hadisə yerini təqdim etmişdir. Həmin yerə baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qızlağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, hazırda məhkumluğu yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar