Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-242/2023 30.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X6 və X2, onların vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5 və X7 iştirakları ilə, X5 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri haqqında X6 və X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxslər X12 və X4 məhkəməyə xüsusi ittham qaydasında şikayətlə müraciət edərək X5 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Qədirli kəndində yaşayırlar. 05 aprel 2023-cü il tarixdə Masallı rayonu, Qarğalıq kənd sakini X3 RPŞ-yə əriə ilə müraciət edərək ona məxsus 8 baş camışlarının itməsini və axtarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar Masallı RPŞ-nin İstinta bölməsi tərəfindən fakta görə 23064014 saylı cinayət işi başlanmışdır. Həmin cinayət işini törətmiş şəxslər müəyyən edilmədiyi üçün cinayət işinin icraatı dayandırılmışdır. Polis şöbəsində aparılmış araşdırılmala zamanı ifadəsi alınmış X13 ifadəsində bildirmişdir ki, ona məxsus 8 baş camışları “Qızılağac Milli Parkı” nın ərazisinə sürmüşdür. Camışların axtarılması nəticəsiz qalmışdır. Sonradan həmkəndlisi X8 ona bildirmişdir ki, ona məxsus 8 baş camışın Səmədin oğlu Hacıbaba və Anar Əzizov tərəfindən oğurlanmışdır. xx.xx.2023-cü il tarixdə ifadəsi alınmış X9 2023-cü ilin yanvar ayında həmin vaxtları Hacıbaba Fətullayev 8-10 baş camışı kəndin əks istiqamətinə aparmağını, apardığı vaxt Anar Əzizovun onun qarşısına çıxdığını və həmin camışların onlar tərərfindən “Ateko” markalı yük avtomobilinə yüklədiklərini bildirmişdir. Onların camışların itməsi və oğurlanması ilə heç bir əlaqələri olmamışdır. X13 və X8 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətlərini ləkələyən və onları nüfuzdan salan məlumatları ilə Polis şöbəsində ifadələr vermişlər. Hər iki şəxsin ifadələrini imzaları ilə təsdiq etmişlər. Bundan başqa, onlar yalan ifadə vermələri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə bilə-bilə yalan ifadə vermək barədə xəbərdalıq edilmişdir. Həmin məlumatlar əsasında barəsində şikayət verilən şəxslərin vermiş olduğu ifadələr böhtan xarakterli olduğu üçün həmin cinayət hadisəsini törətmiş şəxslərin onlara aid olmamasına istintaq nəticəvi qərara almışdır. Cinayət işinin icraatı cinayət törətmiş şəxsi müəyyən etmək mümkün olmadığı üçün dayandırılmış, bu barədə xx.xx.2023-cü il tarixli qərar mövcuddur. Belə olan halda barəsində şikayət verilmiş şəxslərin onlara qarşı vermiş olduqları məlumatlar həmin qərara əsasın də yalan hesab edilir və onlar məsuliyyət daşıyırlar. Şikayət vermiş şəxs X12 şikayətin məzmununa uyğun izahat verərək, X5 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilmələri barədə şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək, X5 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilmələri barədə şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şikayət vermiş şəxslərin vəkili Müdafiəçi şikayəti müdafiə edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 şikayəti qəbul etməyərək göstərdi ki, şikayətdə göstərilənlər əsassızdır. Kiminsə barəsində qərəzli və yalan məlumat verməmişdir. Belə ki, 2023-cü ilin yanvar ayında kəndin örüş sahəsində şəxsi təsərrüfatındakı qoyunlarını otararkən həmkəndlisi X1 at belində və Anar Əzizovun ona kömək etməklə kəndin əks istiqamətinə tərəf 8-10 baş camışları sürdüklərinin şahidi olmuş, Faiq İbişova məxsus camışların əlamətlərini tanımadığından və itməsindən məlumatı olmadığından əvvəlcə heç kimə heç nə bildirməmişdir. Lakin Faiq 10-15 gün sonra ona məxsus 8 baş camışın “Qızılağac Milli Parkı” ərazisində naməlum şəraitdə itdiyini demiş, Faiq İbişov itən camışaların əlamətlərini ona dediyindən o, da həmin camışların Anar Əzizov və Hacıbaba Fətullayev tərəfindən Qızılağa kənd ərazisində yerləşən sahibsiz fermalara tərəf sürdüklərini demiş, Faiq İbişov da həmin məlumatları Masallı RPŞ-də aparılan araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir. Bundan başqa o, Polis şöbəsində ifadə verərkən camışların Anar və Hacıbaba tərəfindən “Ateko” markalı yük avtomobilinə yüklənməsini görməsi barədə ifadə verməmiş, yalnız camışların “Ateko” markalı yük avtomobilinə yüklənməsini eşitdiyini bildirmişdir. Sonda N.B.Eynalov heç kimə qarşı qərəzli mövqedə olmadığını, heç kimin barəsində yalan məlumatları yaymadığını bildirib, şikayət əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsi barədə qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 şikayəti qəbul etməyərək göstərdi ki, Anar Əzizov qaynıdır, Səməd Fətullayev isə həmkəndlisidir. 2023cü ilin yanvar ayında 8 baş camışı itdiyinə görə uzun müddət axtarmış, lakin tapa bilməmişdir. Camışların itməsi barədə kənd sakinlərindən, o cümlədən Nofəl Eynalovdan soruşmuş, camışların əlamətlərini bildirdikdən sonra Nofəl ona həmin camışların Hacıbaba və Anar tərəfindən kəndin əks itiqamətinə sürüldüyünü demişdir. Masallı RPŞ-də aparılan araşdrıma zamanı o da, eynilə Nofəl Eynalovun ona dediklərini ifadəsində qeyd etmişdir. Kiminsə barədində yalan və böhtan xarakterli məlumatları yaymamışdır. Camışlarını oğurlayan şəxs və ya şəxslər müəyyən edilmədiyindən cinaytət işinin icraatı dayandırılmışdır. Sonda F.B.İbişov heç kimə qarşı qərəzli mövqedə olmadığını, heç kimin barəsində yalan məlumatları yaymadığını bildirib, şikayət əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsi barədə qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsləri, onların vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçıların dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində böhtan cinayətinin anlayışı verilmişdir. Həmin maddəyə görə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan cinayəti hesab edirlir. Şikayətə əlavə edilmiş X5 və X7 Masallı Rayon Polis şöbəsində verdikləri ifadələrindən görünür ki, onlara ifadələri alınmamışdan əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297 və 298-ci maddələri ilə bağlı məsuliyyət məsələləri izah edilmiş və bununla bağlı iltizam alınmışdır. 21 oktyabr 2023-cü il tarixli “Cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, X7 8 baş camışının itməsi ilə əlaqədar CM-in 177.1-ci maddəsi ilə başlanmış cinayət işinin icraatı cinayəti törətmiş şəxslər müəyyən edilmədiyi üçün dayandırılmışdır. Məhkəmə qeyd edir ki, cinayət işi icraatdadır, başlanmış cinayət işi üzrə yekun qərar qəbul edilməmiş, həmçinin həmin cinayət işi üzrə zərərçəkmiş şəxs X7 və şahid X5 verdikləri ifadələrinə qiymət verilməmişdir. Hansı ki, həmin şəxslərin ifadələri alınmamışdan əvvəl onlara məsuliyyət məsələləri bildirimiş və bununla bağlı xəbərdarlıq edilmişdilər. Bir sözlə hazırda barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1, 299.3 və 299.3.3cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.6-cı maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayəti vermiş şəxslərin doğulduğu il, məşğuliyyət növü, vəzifəsi; şikayətin verildiyi yer göstərilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X5 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X12 və X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: X5 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X12 və X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-242/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-242/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver