Məhkəmə qərarları › İş №1(050)-244/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-244/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-244/2023 04.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı şəh., M.Talışxanov küç, ev. 206-A da qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində, saat 19 radələrində yaşadığı ünvan 1 ünvanında atası Zərərçəkmiş şəxs ilə sonuncunun onu spirtli içki qəbul etdiyi üçün evə buraxmaması səbəbindən şəxsi münasibətlər zamanı aralarında yaranmış mübahisə zamanı həmin fərdi yaşayış evinin həyətinin giriş hissəsindəki dəmir qapını Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vurub sonuncuya burnun və alnın tüksüz hissəsinin əzilmiş yarası, sağ gözaltı-yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğludur və ona məxsus evdə birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs spirtli içkiyə meyilli olduğundan mütəmadi spirtli içki qəbul edir. O, Eminə spirtli içki qəbul etməməsindən ötrü bir neçə dəfə xəbərdarlıq etmişdir. Lakin, bir nəticəsi olmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Emin spirtli içkinin təsiri altında evə gəlmişdir. O, Eminə spirtli içki qəbul etməsinə görə irad bildirmişdir. Bu zaman aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Emini evdən qovmuş, Eminin evə geri qayıtmamasından ötrü fərdi yaşayış evinin həyətində girişdə olan iki laylı list dəmir konstruksiyadan ibarət qapını bağlayaraq evinə getmişdir. Təxminən 2 saatdan sonra evdən qapının bərk döyülməsi səsini eşitmişdir. O, qapının yanına gəlmişdir. Bu zaman qapını döyən şəxsin Emin olmasını bilmişdir. O, Eminə qapını açmayacağını demişdir. Emin isə ona qapını açmayacağı təqdirdə qapını ona vuracağını, belə şeylərə məcbur etməməsini demişdir. O, Eminin sözünə əhəmiyyət verməyərək, biraz da qapıya yaxınlaşıb Eminə bir daha evə gəlməməsini demişdir. Bu zaman Emin qapını əliylə qəsdən itələyərək sifətinə vurmuşdur. Həmin vaxt onun alnı və burnu qanamışdır. O, DİNnin 102 xidmətinə zəng edərək oğlu Eminin ona xəsarət yetirməsi barədə məlumat vermişdir. Orada olan arvadı Südabə istifadəsində olan mobil telefon vasitəsi ilə 103 xidmətinə zəng etmişdir. 103 xidmətinin əməkdaşları TTY avtomaşını ilə yaşadığı ünvana gəlib onu müalicə və müayinə olmaq üçün Masallı RMX-na aparmışlar. Orada ona tibbi yardım edilmişdir. O, da evə gəlmişdir. Həmin vaxt onların arasında 3-5 dəqiqə mübahisə olmuş, orada arvadı Südabədən başqa şəxs olmamışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, ona qanuna müvafiq lakin həbslə əldaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əri, Təqsirləndirilən şəxs isə oğludur. Emin onlara məxsus evdə yaşayır. Təqsirləndirilən şəxs spirtli içkiyə meyilli olduğundan mütəmadi spirtli içki qəbul edir. O, Eminə spirtli içki qəbul etməməsindən ötrü bir neçə dəfə xəbərdarlıq etmişdir. Lakin, bir nəticəsi olmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Emin spirtli içkinin təsiri altında evə gəlib Vasiflə mübahisə etmişdir. Vasif Emini evdən qovmuşdur. O, təxminən 2 saatdan sonra evin qapısının bərk döyülməsi səsini eşitmişdir. Vasif qapının yanına getmişdir. O, bir qədər sonra evin həyətində Vasifin sifəti qanlı vəziyyətdə Eminlə mübahisə etməsini görmüşdür. O, Eminə Vasiflə mübahisə etməsinə görə irad bildirmişdir. Emində evin həyətini tərk etmişdir. O, Vasifə tibbi yardım edilməsi üçün 103 xidmətinə zəng etmişdir. Həmin vaxt onların arasında 3-5 dəqiqə mübahisə olmuş. Orada ondan başqa şəxs olmamışdır. Məhkəmə iclasına Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs atasıdır. O, Zərərçəkmiş şəxs məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, əvvəllər mebel təmiri ilə məşğul olmuş, yaxşı qazanc əldə etmişdir. Lakin bir müddət sonra işlmədəyində spirtli içkiyə meyilli olduğundan mütəmadi spirtli içki qəbul etmişdir. Bu səbəbdən ailə üzvləri ilə arasında narazılıqlar yaranmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Masallı şəhər ərazisində olan kafedə spirtli içki araq qəbul etmişdir. O, sonra spirtli içkinin təsiri altında evə gəlmişdir. Həyətə daxil olmaq istədikdə həyət qapısının bağlı olduğunu görmüş, bir neçə dəfə yumruqla dəmir qapını döyərək onu evə buraxılmasını istəmişdir. İçkili olduğundan özündə olmamışdır. Dəmir qapını yumruğu ilə döyərkən qapı anidən açılmış, qapının əks tərəfindən olan atası Zərərçəkmiş şəxs sifətinə dəymiş, lakin həmin vaxt atasının xəsarət aldığını bilməmişdir. Mübahisə olduğunu görüb qonşularının evinə getmiş, az keçmiş TTY avtomaşınının yaşadığı ünvana gəldiyini görmüş, evə getmək istədikdə qonşuları onu buraxmamış, gedəcəyi təqdirdə mübahisə baş verə biləcəyini ona demişlər. Atasının ürək xəstəsi olduğundan ürək tutmasına görə TTY avtomaşının evə çağırıldığını düşünmüşdür. Lakin atasının sifət nahiyyətindən xəsarət aldığın bilməmiş, nə də görməmişdi. O, dəmir qapını qəsdən atasına vurmamış, içkili olduğundan həmin vaxt atasının qapı arxasında olacağını güman etməmişdir. Mübahisə 2-3 dəqiqə davam etmişdir. Sonda Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, spirtli içkiyə meyilli olduğundan mütəmadi spirtli içki qəbul edir. Ona spirtli içki qəbul etməməsindən ötrü bir neçə dəfə Vasif və digər ailə üzvləri xəbərdarlıq etmişdir. Lakin, o, özü ilə bacarmır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Masallı şəhər ərazisində olan kafedə spirtli içki araq qəbul etmişdir. O, sonra spirtli içkinin təsiri altında evə gəlmişdir. Vasif onu sərxoş görüb irad bildirmişdir. Həmin vaxt aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Vasif onu evdən qovmuşdur. O, gedib təxminən 2 saatdan sonra evə qayıdanda fərdi yaşayış evlərinin həyətinə girişdə olan ikilaylı list dəmir konstruksiyadan ibarət qapını bağlı olmasını görmüşdür. O, qapını döymüşdür. Vasif qapıya gəlmişdir. O, Vasifə qapını açmasını demişdir. Vasif isə ona qapını açmayacağını demişdir. O, Vasifə qapını açmayacağı təqdirdə qapını ona vuracağını, belə şeylərə məcbur etməməsini demişdir. Vasif onun sözünə əhəmiyyət verməyərək, birazda qapıya yaxınlaşıb ona bir daha evə gəlməməsini demişdir. Bu zaman o, qapını əliylə qəsdən itələyərək Vasifin sifətinə vurmuş və Vasifin sifəti qanamışdır. Həmin vaxt onların arasında 3-5 dəqiqə mübahisə olmuş, orada anası Südabədən başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli, 1077 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burnun və alnın tüksüz hissəsinin əzilmiş yarası, sağ gözaltı-yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 03 noyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs Masallı şəh., M.Talışxanov küç, ev 206 A-da yaşayan Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Masallı şəh., M.Talışxanov küç, ev 206-Ada baş vermişmişdir. Təqsirləndirilən şəxs hadisə yerini təqdim etmişdir. Həmin yerə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Masallı RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinaytət işi üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. O, əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə X7 şəxs Masallı Rayon Mərkəzi Xəstəxanasının 16 noyabr 2023-cü il tarixli, 18-1-60/2- 1358/2023 saylı məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs və Kənkərli X5 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin ruhi-əsəb dispanser kabinetində qeydiyyatında durmurlar; Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla atası xx.xx.1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, anası-xx.xx.1953-cü il təvəllüdlü Şahid, qardaşı-xx.xx.1979-cu il təvəllüdlü X2 və qardaşı xx.xx.1985-ci il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs Masallı şəhərində yaşadığı müddətdə özünü əvvəllər səmimi və intizamlı aparmış, lakin son zamanlar yaşadığı ərazidə və cəmiyyət arasında davranış qaydalarına daim əməl etməmişdir. Təqsirləndirilən şəxs barəsində Masallı rayon İHB-nın Masallı şəhəri İƏDÜ nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də ictimai işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası CM-nin 47.2-1.-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, 320 (üç yüz iyirmi) saat ictimai işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar