Məhkəmə qərarları › İş №1(050)-248/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-248/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-248/2023 11.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi , Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1958-ci il tarixdə İmişli rayonu, Boşçallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Boşçallar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində “B1, B, C1, C” kateqoriyalı BC704039 saylı sürücülük hüququnu təsdiq sənədi əsasında idarə etdiyi özünə məxsus “Kamaz-53212” markalı, 30BJ364 dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı şəhəri ərazisində üzü Bakı-Astara avtomobil yolu istiqamətində Heydər Əliyev prospekti ilə Bakı prospektini birləşdirən, dairəvi yolayrıcından hərəkətinə saatda 20 kilometr sürətlə dayanmadan davam edərək qarşı yola keçmək istədiyi vaxt, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə riayət etmədən, yəni hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyərək Masallı şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs “B” kateqoriyalı AC091617 saylı sürücülük hüququnu təsdiq edən sənəd əsasında idarə etdiyi “Hyunadi Sonata” markalı 90ZE690 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi zolağa çıxdığından avtomobillər arasında toqquşma baş vermiş və nəticə də Zərərçəkmiş şəxs 12-ci döş və 1-ci bel fəqərəsinin cisminin yuxarı hissəsinin kompression sınığı və bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi kimi sağlamlığa az ağır zərərvurmaya adi bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək hadisə zamanı ona dəymiş ziyanın tam şəkildə ödəniuldiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı hər hansı şikayətinin olmadığını nəzərə alıb cinayət işi üzrə icraata xitam verilməsini, mülki iddiadan imtina etdiyini nəzərə alıb baxılmamış saxlanıılmaqla geri qaytarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, bu barədə müvafiq protokol, fotocədvəl və hadisənin sxemi tərtib edilərək protokola əlavə edilmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli, 642594 saylı alkoltestin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun miqdarı 0,000% promil göstərilməklə alkoqolun miqdarı aşkar olunmamışdır. xx.xx.2022 il tarixli, BC seriyalı 704039 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx xxxx 1958-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs «B1, B, C1, C» kateqoriyalı sürücülük hüququ verilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin Masalı MTE və PA-nin şöbəsinin xx.xx.2023-cü il tarixli, 274 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs 12-ci döş və 1-ci bel fəqərəsinin cisminin yuxarı hissəsinin kompression sınığı və bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 10 mart 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 8/975 nömrəli rəyindən görünür ki, 1. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kamaz-53212” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. İstintaq tərəfindən göstərilən şəraitdə “Hyunadi Sonata” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, iş üzrə maddi sübut - “Kamaz-53212” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Təqsirləndirilən şəxs, “Hyundai Sonata” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs geri qaytarılması, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüsünü özündə əks etdirən bir ədəd CD maddi sübut kimi tanınmaqla cinayət işinin mataeriallarına əlavə edilməsi nəzərə alınmışdır. Mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı mülki iddia ərizəsi ilə müraciət edərək “Hyunadi Sonata” markalı 90ZE690 dövlət qeydiyyat nişanlı təmir və bərpa işlərinə sərf olunmuş 15200 manat və müalicəsinə sərf edilmiş 1500 manat, cəmi 16700 manat məbləğində pulun X2 alınaraq ona verilməsini xahiş etmişdir. Mülki iddiaçı qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri olmadığından cinayət işi üzrə icraata xitam verilməsini, mülki iddiadan imtina etdiyini nəzərə alıb baxılmamış saxlanıılmaqla geri qaytarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilmiş, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hazırlıq iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.[95] 263.1-ci maddəsinə əsasən vtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Masallı Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut “Kamaz-53212” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Təqsirləndirilən şəxs oğıluna, “Hyundai Sonata” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs geri qaytarılması, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüsünü özündə əks etdirən bir ədəd CD diskin cinayət işinin materallarında saxlanılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs mülki iddiadan imtina etməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut “Kamaz-53212” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Təqsirləndirilən şəxs oğıluna, “Hyundai Sonata” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs geri qaytarılması, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüsünü özündə əks etdirən bir ədəd CD diskin cinayət işinin materallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Masallı Rayon Prokurorluğuna göndərilsin. Zərərçəkmiş şəxs mülki iddiadan imtina etməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar