Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-25/2023 23.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Masallı Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə məhkum cəzasına edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə gecə saat 04 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus Masallı şəhəri H.Əliyev prospektində yerləşən əvvəllər “Yaşıl aptek” kimi istifadə edilən qeyri-yaşayış binasının həyətinə giriş qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq həmin yerdəki yardımçı tikilidən Zərərçəkmiş şəxs məxsus bir ədəd qiyməti 259 manat olan iki laylı hündürlüyü 2,5 metr, hər bir layının eni 1 metr olan alüminium qapını, bir ədədinin uzunluğu 2 metr, diametri 150 mm olan bir ədədinin qiyməti 8 manat olmaqla cəmi qiyməti 16 manat təşkil edən 2 ədəd dəmir boruları, bir ədəd qiyməti 300 manat olan iki laylı hündürlüyü 2 metr, hər bir layının eni 0,75 metr olan dəmir qapını, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 150 manat təşkil edən bir ədədinin uzunluğu bir metr olan ümumilikdə 30 ədəd dəmir materialından hazırlanmış 40 mm-lik künc dəmirləri(uqolnik), bir metrinin qiyməti 3 manat olmaqla cəmi qiyməti 90 manat təşkil edən bir ədədinin uzunluğu 1,5 metr olan ümumilikdə 20 ədəd(metr) alüminium materialından hazırlanmış profilləri, bir ədədinin qiyməti 16 manat olmaqla cəmi qiyməti 80 manat təşkil edən bir ədədinin 8 kiloqram çəkisi olan alüminium materialından hazırlanmış 5 ədəd plafonları və bir ədədinin qiyməti 21 manat olmaqla cəmi qiyməti 105 manat təşkil edən bir ədədi 8 litr həcmində olan ümumilikdə 5 ədəd alüminium materialından hazırlanmış çaynikləri gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 17 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri Dadva küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,334 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ona məxsus Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən əvvəllər “Yaşıl Aptek” adı ilə tanınan qeyri-yaşayış binası vardır və həmin binanın həyətində təsərrüfat işləri üçün yeni tikili inşa etmişdir. Həmin tikiliyə quraşdırılması üçün qapı və aliminiumdan materialdan olan pəncərə sifariş vermişdir.Sifariş vermiş olduğu qapı və pəncərələr usta tərəfindən hazırlanaraq həmin tikiliyə quraşdırılması üçün tikilinin yanında yığılmışdır. Lakin ustanın işləri olduğu üçün bir-iki həftə sonra gəlib qapı və pəncərəni yerinə qoyacağını bildirdiyindən qapı və pəncərələr yerdə yığılmış halda qalmışdır. Həmin qapı və pəncərənin orada qoyulduqdan bir müddət sonra o, həmin obyektə getdiyi zaman orada qoyulmuş qapı və pəncərənin şüşələri çıxarılaraq yerə qoyulduğunu, özlərinin isə orada olmadığını görmüşdür.Eyni zamanda orada Sovet dövründə hazırlanmış alüminium qaplar olmuşdur, həmin qapılar formasını itirdikləri üçün onlarıda tikilinin olduğu həyətdə yığmışdır ki, təsərrüfat mallarının yığılması üçün nəzərdə tutulmuş binanı tikib bitirdikdən sonra onları həmin binanın içinə yığsın.Lakin obyektə baxış keçirdiyi zaman həmin qapılarında orada olmadığını görmüşdür.Həmçinin oradan 2 ədəd dəmir borunun, iki laylı dəmir qapının, 30 ədəd dəmir materialından hazırlanmış künc dəmirlərin (uqolnik), 20 ədəd alüminium materialından hazırlanmış profillərin, alüminium materialından hazırlanmış 5 ədəd plafonların və 5 ədəd alüminium materialından hazırlanmış çayniklərin oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin qaynar xəttinə oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və o, polis əməkdaşlarına hadisə ilə bağlı məlumat vermişdir.Polis əməkdaşları ondan izahat almışlar.Narahat olduğundan hadisədən sonra növbəti gün o, yenidən obyektə baxış keçirmək üçün getmişdir.X8 klinikası ilə sərhəd olan küçə ilə gəlmiş və oradan obyektin həyətinə giriş üçün nəzərdə tutulmuş qapıdan obyektin həyətinə daxil olmuşdur.Daxil olduqdan sonra Təqsirləndirilən şəxs obyektin həyətində görmüşdür. Həmçinin həmin vaxt Əlvanın əlində bir neçə dəmir boru və armatur olduğunu görmüşdür. Əlvandan orada nə etdiyini soruşduğu zaman Əlvan gülə-gülə ona əlində olan boruların ehtiyacı olduğundan götürdüyünü demişdir. O, isə Əlvana həmin dəmir boruları ona məlumat vermədən, ondan icazə almadan götürdüyünü bildirmişdir. Əlvanda ona ərk etdiyi üçün onun ona heç bir irad bildirməyəcəyini düşündüyü üçün götürdüyünü bildirmişdir. Bu zaman o, polis əməkdaşlarına məlumat vermişdir və polis əməkdaşları gəlib Əlvanı polis şöbəsinə aparmışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan bu günə kimi ödənilməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə xidməti iş yerində olduğu zaman ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik maddələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur.Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə etmiş, tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur.Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Dadva küçəsində piyada hərəkət etməsi barədə məlumat əldə edib Masallı RPŞ-nin PPXT-nin sabiq polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə həmin əraziyə getmişdir.Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan üzərində narkotik maddə gəzdirməsini, qəbulunda şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər və onunla birlikdə Masallı RPŞ-nə gəlmişlər.Şöbədə X5 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur.Daha sonra isə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin edilmişdir.Bundan sonra onun, müdafiəçinin və polis əməkdaşı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur.Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxardaraq təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümü xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir.Daha sonra X5 tərəfindən bir ədəd şəffaf rəngli sellofan büküm açılmış və içərisində narkotik vasitə heroin olduğu müəyyən olunmuşdur.Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, 2017-ci ildən Masallı şəhəri “Bakı” prospektində yerləşən plastik və əlvan metalların qəbul məntəqəsində işlənmiş plastik və əlvan metalların alqı-satqısı işi ilə məşğul olur.Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında məntəqədə olduğu vaxt məntəqənin həyətinə “QAZEL” markalı yük avtomobilinin daxil olmasını görüb, həmin yük avtomobilinə yaxınlaşmışdır.Həmin vaxt yük avtomobilinin sərnişin oturacağından bir nəfər şəxs yerə düşüb ona yaxınlaşaraq mənətəqəni kimin işlətdiyini ondan soruşmuşdur.O, həmin şəxsə məntəqəni özünün işlətdiyini və adının Teymur olduğunu bildirmişdir.Həmin şəxs də adının Əlvan olduğunu bildirmiş, özünü Əlvan kimi təqdim edən şəxs müalicə olunmaq üçün özünə məxsus dəmir və alüminium materialından olan əşyaları satmaq istədiyini ona demişdir.O, həmin şəxsin acınacaqlı vəziyyətdə olduğunu görüb satmaq istədiyi əşyaları təqdim etməyini xahiş etmişdir.Əlvan adlı şəxs “QAZEL” markalı avtomobilin sürücüsünə avtomobilin arxa yük yerini açmasını demiş, “QAZEL” markalı avtomobilin arxa yük yerində olan bir ədəd iki laylı alüminium qapını, 2 ədəd dəmir borunu, bir ədəd iki laylı dəmir qapını, 30 ədəd dəmir materialından hazırlanmış künc dəmirləri (uqolnik), 20 ədəd alüminium materialından hazırlanmış profilləri, 5 ədəd alüminium materialından hazırlanmış plafonları, 3 ədəd 8 litr həcmində alüminium çaynikləri ona göstərib ümumilikdə nə qədər pul verə biləcəyini ondan soruşmuşdur.O, özünü Əlvan kimi təqdim edən şəxslə həmin əşyaları avtomobildən yerə boşaldıb məntəqənin girişinə yığdıqdan sonra həmin şəxs “QAZEL” markalı avtomobilin sürücüsünə 20 manat pul vermiş və həmin yük avtomobili oradan uzaqlaşıb getmişdir.Daha sonra o, əşyalara baxmış və ümumilikdə 528 manat pul verə biləcəyini Əlvan adlı şəxsə demişdir.Əslində həmin əşyaların qiyməti 528 manat olmamış, sadəcə olaraq o, bir insan kimi özünü Əlvan kimi təqdim edən şəxsin müalicə xərclərini ödəməyinə görə ona 528 manat pul vermişdir.Əlvan əşyaları ona satdıqdan sonra piyada harasa çıxıb getmişdir.Bundan təxminən iki gün sonra o, Əlvandan aldığı əşyaları əridərək yenidən emalı üçün digər şəxslərdən aldığı işlənmiş əşyalarla birlikdə Sumqayıt şəhərinə göndərmişdir.Həmin əşyaların heç bir hazırda qalmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun illər narkotik vasitələrin qəbulu ilə məşğul olmuşdur. Bu səbəbdən 2019-cu ildə Masallı Rayon Məhkəməsinin müvafiq hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib bitirdikdən sonra azadlığa buraxılmışdır. Polis şöbəsinə aparıldığı zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə isə polis şöbəsində üzərinə qoyulmuşdur. Eləcədə Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və həmin cəzanın icrası ilə bağlı ayağına elektron nəzarət vasitəsi bağlanmışdır. Əgər o, narkotik vasitələrin əldə olunması ilə bağlı Lənkəran şəhərinə getmiş olsaydı o, zaman cəzanın çəkilməsi ilə bağlı ərazi hüdudlarını pozmuş olardı ki, bu zaman icra məmuru onun barəsində təqdimat verməli idiki belə bir hal olmamışdır. Uzun müddətdir ki, heç bir narkotik vasitədən istifadə etmir. Həmçinin o, heç vaxt oğurluq cinayəti törətməmişdir. Ona qarşı irəli sürülmüş ittihamlar tam əsassızıdır. Belə ki, o, nə hər hansı alüminium qapı və pəncərəni, nə dəmir boruları, nə dəmir qapını, nə künc dəmirləri (uqolnik), nə profilləri, nə plafonları, nə də ki, çaynikləri oğrulamamışdır. Çünki ayağında yaranmış şişkinlik var və ayağı irinləyərək çürüyür. Bu səbəbdən hərəkətlərində mətudiyyət vardır və əlil əsası ilə gəzməyə məcburdur. Ona görə də, o qeyd edilən yükləri daşımaq iqtidarında deyildir. Lakin 2022-ci ilin oktyabr ayında zərərçəkmiş şəxsə məxsus obyektdə olmuşdur və zərərçəkmiş şəxslə qarşılaşmışdır. Həmin vaxt əlində iki ədəd təxminən xırda dəmir boru olmuşdur. Zərərçəkmiş şəxs nə üçün icazəsiz ona məxsus obyektə daxil olduğunu və oradan icazəsi olaraq dəmir boruları nə üçün götürdüyünü bildirdiyi zaman, o, Zərərçəkmiş şəxs boruların balaca olmaqla istifadəyə yararsız olduğunu düşündüyündən və həmin borulara ehtiyacı olduğundan götürdüyünü bildirmişdir. Lakin Zərərçəkmiş şəxs boruları ona verməyəcəyini bildirdiyi üçün o, həmin boruları obyektin həyətinə atmışdır. Lakin buna baxmayaraq Ramiz polis əməkdaşlarına zəng vurmuş və polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar. İstintaq dövründə sadalanan cinayət əməllərini törətməsini etiraf etməsinin səbəbi isə ona qarşı olan təzyiqlər olmuşdur. Bütün bu ittihamlar ona atılan şər və böhtandan ibarətdir. Məhkəmədən qeyd etdiyi xüsusatları nəzərə alaraq ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır və onunla arasında əvvəllər hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. Zərərçəkmiş şəxs məxsus əvvəllər “Yaşıl Aptek” adı ilə tanınan qeyri-yaşayış binası vardır. Həmin bina onun yaşadığı evdən 25 metr məsafədə yerləşir. O, həmin yerin sahibsiz olduğunu düşündüyü üçün və maddi imkanı yaxşı olmadığından həmin yerdən oğurluq edib qazanc əldə etmək və həmin qazancla şəxsi istifadəsi üçün narkotik vasitə almaq istəmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 04 radələrində həmin binanın yaxınlığına gedib dəmir materialından olan giriş qapısını açaraq həyətə daxil olmuşdur. Daha sonra orada olan yarım tikilinin içərisinə baxdığı zaman orada bir ədəd iki laylı alüminium qapının, 2 ədəd dəmir borunun, bir ədəd iki laylı dəmir qapının, 30 ədəd dəmir materialından hazırlanmış künc dəmirlərin(uqolnik), 20 ədəd alüminium materialından hazırlanmış profillərin, 5 ədəd alüminium materialından hazırlanmış plafonların, 3 ədəd alüminium çayniklərin olduğunu görüb həmin əşyaları oğurlamaq qərarına gəlmişdir. Belə ki, əvvəlcə hissə-hissə 30 ədəd dəmir materialından hazırlanmış künc dəmirləri(uqolnik), 20 ədəd alüminium materialından hazırlanmış profilləri, 5 ədəd alüminium materialından hazırlanmış plafonları, 3 ədəd 8 litr həcmində alüminium çaynikləri daşıyıb yaşadığı evin həyətinə yığmışdır. Daha sonra yenidən həmin yerə qayıdıb iki laylı alüminium qapının laylarını bir-bir çıxarıb yaşadığı evin həyətinə aparıb həyətdə yerə yığmış, bundan sonra yenidən həmin yerə qayıdıb iki laylı dəmir qapının laylarını ayırıb yaşadığı evin həyətinə digər əşyaların yanına yerə yığmışdır. Bundan sonra oğurladığı əşyaları yaşadığım evin həyətində daş hasarın künc hissəsinə bir yerə yığıb orada saxlamışdır. Yaşadığı evdə tək yaşadığından heç bir şəxsin onun həmin əşyaları oğurlayıb evinin həyətinə aparmağından məlumatı olmamışdır. Bundan sonra həmin gün saat 10 radələrində Masallı şəhəri 20 Yanvar küçəsinə gedərək orada “QAZEL” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürücüsünə yaxınlaşıb özünə məxsus dəmir əşyaların olmasını və onları dəmir yığımı məntəqəsinə aparacağını, bunun müqabilində ondan nə qədər pul alacağını soruşmuşdur. Həmin şəxs ondan bunun müqabilində 20 manat pul alacağını bildirmişdir. O da həmin şəxslə razılaşmış və həmin avtomobilə əyləşib yaşadığı evin istiqamətini avtomobilin sürücüsünə göstərərək yaşadığı evin həyətinə gəlmişdir. Yaşadığı evin yaxınlığında evinin giriş qapısını açıb avtomobilin sürücüsünə avtomobilini həyətə salmasını bildirmiş və daha sonra hissə-hissə Zərərçəkmiş şəxs məxsus qeyri-yaşayış binasının həyətindəki yarım tikilidən oğurladığı dəmir və alüminium materialından hazırlanmış əşyaları avtomobilin yük yerinə yığıb Masallı şəhəri Bakı prospektində yerləşən dəmir yığımı məntəqəsinə aparmışdır. Orada avtomobildən düşüb məntəqəni işlədən şəxsin kim olduğunu soruşduğu zaman bir nəfər şəxs ona yaxınlaşıb adının Teymur olmasını və məntəqəni işlətdiyini demişdir. O, həmin şəxsə müalicə olunmaq üçün özünə məxsus dəmir və alüminium materialından olan əşyaları satmaq istədiyini bildirmişdir. Teymur adlı şəxs onun acınacaqlı vəziyyətdə olmağını görüb satmaq istədiyi əşyaları təqdim etməyini xahiş etmiş,o da buna görə “QAZEL” markalı avtomobilin sürücüsünə avtomobilin arxa yük yerini açmasını bildirmişdir. Daha sonra Teymur adlı şəxsə “QAZEL” markalı avtomobilin arxa yük yerində olan bir ədəd iki laylı alüminium qapını, 2 ədəd dəmir borunu, bir ədəd iki laylı dəmir qapını, 30 ədəd dəmir materialından hazırlanmış künc dəmirləri(uqolnik), 20 ədəd alüminium materialından hazırlanmış profilləri, 5 ədəd alüminium materialından hazırlanmış plafonları, 3 ədəd 8 litr həcmində alüminium çaynikləri göstərib ümumilikdə nə qədər pul verə biləcəyini Teymurdan soruşmuşdur. Teymur və o, əşyaları avtomobildən yerə boşaldıb məntəqənin girişinə yığdıqdan sonra o, “QAZEL” markalı avtomobilin sürücüsünə 20 manat pul vermiş və hmin şəxs oradan uzaqlaşıb getmişdir. Daha sonra Teymur əşyalara baxmış və ümumilikdə 528 manat pul verə biləcəyini demişdir. O, bir neçə dəqiqə fikirləşib onunla razılaşmış, daha sonra Teymura razı olduğunu bildirmiş və Teymur məntəqənin içərisinə özünə məxsus otağa gedib geri qayıdaraq cibindən 528 manat pul çıxarıb ona təqdim etmişdir. O da həmin pulu götürüb piyada hərəkət edərək yaşadığı evə geri qayıtmışdır. Oğurluq yolu ilə əldə etdiyi ümumilikdə 528 manat pulu ayrı-ayrı vaxtlarda öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa heç bir yerdən hər hansı bir oğurluq cinayət əməli törətməmişdir. Həmçinin oğurluq yolu ilə əldə etdiyi əşyaları satarkən istifadə etdiyi “QAZEL” markalı avtomobilin dövlət qeydiyyat nişanını xatırlamır və sürücüsünü tanımır. Bundan başqa Teymur adlı şəxsə oğurluq yolu ilə əldə etdiyi dəmir və alüminium materialından olan əşyaları satarkən həmin əşyaların oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumat verəmişdim və bu barədə əvvəlcədən aramızda heç bir razılaşma olmamışdır.Bundan əlavə o, uzun müddətdir ki, narkotik vasitə heroinin istifadəsilə məşğul olur. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə günün birinci yarısında səhər saat 09 radələrində bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə olan heroin almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Həmin gün yaşadığı evdən çıxaraq Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən "xxxx" ASC-nin yerləşdiyi əraziyə gəlmiş və Lənkəran rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsə məxsus avtomobillə Lənkəran rayonu, Qumbaşı kəndinə getmiş və yolun kənarında avtomobildən düşmüşdür. Bir qədər piyada hərəkət etdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə heroin tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, onda narkotik vasitə heroin olduğunu, istəsə ona verə biləcəyini bildirmişdir. Daha sonra həmin şəxs cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxartmış, həmin bükümü ona göstərib həmin bükümdə heroin olduğunu, həmin bükümü ona 15 manata sata biləcəyini demişdir. Həmin gün saat 10 radələrində tanımadığı şəxsdən bir ədəd səffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini 15 manat pula almış və həmin bükümü əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Daha sonra Masallı rayonu istiqamətində hərəkətdə olan avtomobillərdən birinə işarə edib saxlatdırmışdır. Tanımadığı şəxsə məxsus avtomobillə Masallı şəhəri Seybətin dairəsi adlanan yerə gəlib orada avtomobildən yerə düşmüşdür. Daha sonra yaşadığı Masallı şəhəri ərazisində yerləşən evinin yerləşdiyi istiqamətdə piyada hərəkət etməyə başlamışdır. Həmin gün bir sıra işlərini gördükdən sonra istirahət etmək məqsədilə 15 radələrində Masallı şəhəri Dadva küçəsində piyada gəzərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada ondan üzərində narkotik vasitə olubolmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmışlar və xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞnin TB-nin təhqiqatçısı Bəhmən Əsgərli kimi təqdim etmişdir. Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Bəhmən Əsgərli qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş, daha sonra X5 onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyini ona təklif etmişdir. O da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini çıxararaq təqdim edərək, həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra X5 tərəfindən ona təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan büküm açılmış və içərisində narkotik vasitə heroin olduğu müəyyən olunmuşdur. X3 üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olub-olmadığını soruşduqda, o, təhqiqatçıya üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmet olmadığını bildirmişdir. Buna görə də X5 tərəfindən üzərində axtarış davam etdirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunan narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,38(sıfır tam yüzdə otuz səkkiz) qram olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar olunan narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Daha sonra X5 tərəfindən üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokol X5 tərəfindən uca səslə oxunmuş və o da iştirakçılarla birlikdə həmin protokola imza çəkib təsdiq etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməlləri törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı veridiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin məhəkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin Materialların məhkəmə ekspertizası, “Məhkəmə fiziki-kimyəvi eskpertizasının 18 oktyabr 2022-ci il tarixli 19/1094 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 0,334 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi 0,334 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,284 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli 1137 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2017-ci ildən həşiş narkomanlığı diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan 17 avqust 2022-ci il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyin nəticə hissəsində qeyd edilmişdir ki, bir ədəd iki laylı hündürlüyü 2,5 metr, hər bir layının eni 1 metr olan aliminium qapının qiyməti 220 manat, bir ədədinin uzunluğu 2 metr, diametri 150 mm olan 2 ədəd dəmir borunun bir ədədinin qiyməti 8 manat olmaqla cəmi qiyməti 16 manat, bir ədəd iki laylı hündürlüyü 2 metr, hər bir layının eni 0,75 metr olan dəmir qapının qiyməti 250 manat, bir ədədinin uzunluğu bir metr olan ümumilikdə 30 ədəd (metr) dəmir materialından hazırlanmış 40 mm-lik künc dəmirlərin(uqolnik) bir ədədinin (metrinin) qiyməti 4 manat olmaqla, cəmi qiyməti 120 manat, bir ədədinin uzunluğu 1,5 metr olan ümumilikdə 20 ədəd (30 metr) aliminium materialından hazırlanmış profillərin bir metrinin qiyməti 2 manat olmaqla, cəmi qiyməti 60 manat, bir ədədinin 8 kiloqram çəkisi olan aliminum materialından hazırlanmış 5 ədəd plafonların bir ədədinin qiyməti 16 manat olmaqla, cəmi qiyməti 80 manat və bir ədədi 8 litr həcmində olan ümumilikdə 5 ədəd aliminium materialından hazırlanmış çayniklərin bir ədədinin qiyməti 21 manat olmaqla, cəmi qiyməti 105 manatdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inziabti ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X7 şəhəri, M.Talışxanov küçəsi, ev 6-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Masallı Rayon Məhkəməsinin 1(050)-143/2019 saylı 02 sentyabr 2019cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2022-ci il tarixdə və 17 oktyabr 2022-ci il tarixdə hazırkı cinayət əməllərini törədərkən məhkumluğu ödənilməmiş və ya qanunvericilik ilə nəzərdə tutulmuş qaydada götürülməmişdir. Bundan başqa Masallı Rayon Məhkəməsinin 1(050)-66/2022 saylı 01 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 18 yanvar 2022-ci il tarixli məktubdan və iltizamdan görünür ki, məhkum Əliyev X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-66/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasının çəkilməsi xx.xx.2022-ci il tarixdən başlamışdır. xx.xx.2023cü il tarixə çəkilməmiş cəzası 3 ay 7 gündür. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahidin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəmə istintaqında verdiyi ifadələri özünü müdafiə xarakteri daşımaqla işdə olan təqsirləndirilən şəxsin dindirilməsi protokolu və işdə olan digər mötəbər sübutlarla təkzib olunduğundan onun ifadələri sübut kimi qəbul edilməməli və rədd edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin residivi vardır. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək cəzalar qismən birləşdirilmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 4(050)-66/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 96 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-66/2022 saylı, 01 aprel 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının əvvəli 25 aprel 2022-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Masallı Rayon Məhkəməsinin 1(050)-66/2022 saylı, 01 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 3 (üç) ay, 2 (iki) gün hissəsi azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcələsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhəkəməsinin 1(050)-66/2022 saylı, 01 aprel 2022ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 (üç) ay 02 (iki) gün hissəsinin hər iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 01 (bir) ay, 16 (on altı) gün azadlıqdan məhrumetmə cəzası hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətlərinin hansı tarixdən başlanılması məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq qalan 0,284 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 maddəsinə əsasən iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcələsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-66/2022 saylı, 01 aprel 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 (üç) ay, 02 (iki) gün hissəsinin hər iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 01 (bir) ay, 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına Masallı Rayon Məhkəməsinin 1(050)-66/2022 saylı, 01 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzanın çəkilməmiş qalan 01 (bir) ay, 16 (on altı) gün hissəsi qismən birləşdirililsin və qəti olaraq 04 (dörd) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində daha əvvəl seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə mütəxəssis rəyinin dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,284 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-25/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-25/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver