Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-25/2024 05.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi: Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ili fevral ayında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində katibə kimi 15000 manat müqabilində işə qəbul etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra aralarında olan razılaşmaya əsasən xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən keçmiş "xxxx"- ASC-nin Masallı rayon Filialından pul köçürmə üsulu ilə onun adına göndərilmiş 3000 manat pulu, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Masallı rayon filialının qarşısında olan ödəmə terminalı vasitəsilə X5 məxsus **********738614312 saylı kart hesabına göndərilmiş 200 manat pulu, xx.xx.2021-ci il tarixdə Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Kontakt Home” mağazasının qarşısında ona nağd şəkildə verilmiş 4000 manat pulu, xx.xx.2021-ci il tarixdə Masallı şəhəri H.Əliyev prospketində yerləşən “Bazarstore” mağazasında olan “eManat” ödəmə terminalı vasitəsi ilə ona məxsus ******************** saylı kart hesabına göndərilmiş 250 manat pulu və xx.xx.2021-ci il tarixdə həmin terminaldan X6 məxsus ******************** saylı kart hesabına göndərilmiş 250 manat pulu vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda, ümumilikdə 7700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini bir daha təsdiq edib, ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində kirayədə yaşayıb gözəllik salonunda işləsə də, hal-hazırda heç bir yerdə işləmir və Masallı rayonu Qızılağac kəndində yaşayır. Masallı şəhər sakini Zərərçəkmiş şəxs 2021ci ilin fevral ayından etibarən tanımışdır. Zərərçəkmiş şəxs bacısı Aybənizin keçmiş qonşusu olmuşdur. Belə ki, 2021-ci ilin fevral ayının əvvəllərində o, bacısı Aybənizin yaşadığı evdə qonaq olduğu zaman bacısının qonşusu olan bir nəfər qadının balkonda dayandığını görmüş, həmin vaxt həmin qadının adının Pərvanə olduğunu bilmiş, elə həmin vaxtdan Pərvanə ilə aralarında dostluq münasibəti yaranmışdır. Həmin vaxtdan bir müddət sonra Pərvanə ilə bir neçə dəfə görüşüb söhbət etmişdir. Pərvanə həmin vaxt ona bir nəfər şəxslə sevgi münasibətində olduğunu bildirmişdir. Pərvanə həmin şəxslə iki dəfə onun Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən kirayədə yaşadığı evdə görüşmüşdür. Lakin o, həmin şəxsi tanımadığı üçün kim olduğunu bilmir. O, həmin ərəfələrdə özü bir neçə şəxsə pul borcu olduğu üçün müxtəlif işlərdə işləməyə məcbur olmuş, daha sonra isə həmin borclu olduğu şəxslərə olan borcunu ödəyə bilmədiyi üçün həmin şəxslər onu məhkəməyə vermişlər. O, 2021-ci ilin təxminən sentyabr ayında Bakıda müxtəlif ünvanlarda yaşayıb həmin şəxslərdən yayınmağa çalışmışdır. Bu səbəbdən Pərvanə və digər tanışları ilə əlaqəsi itmişdir. Zərərçəkmiş şəxs işə düzəldəcəyi adı ilə aldadıb onun 7700 manat pulunu dələduzluq yolu ilə ələ keçirməmişdir. Pərvanə sadəcə bir neçə dəfə müxtəlif vaxtlarda olmaqla ümumlikdə 3000 manat məbləğində pulu onun bank kartına atıb, daha sonra isə Bakı şəhərinə gəldikdən sonra həmin pulları ondan geri almışdır. O, Pərvanıni aldadıb dələduzluq yolu ilə pulunu ələ keçirməmişdir. Zərərçəkmiş şəxs həmin pulları yəqin ki öz ailəsindən xəbərsiz kimlərəsə xərclədiyi üçün pulların onun tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə yalan yerə şikayət etmişdir. Pərvanəyə 3000 manat pulu qaytarsa da, lakin bununla bağlı hazırda məhkəməyə sübut təqdim edə bilmir, bu səbəbdən gələcəkdə 3000 manat pulu Zərərçəkmiş şəxs qaytarmasına etiraz etmir. Sonda Təqsirləndirilən şəxs heç bir cinayət əməlini törətmədiyini, Zərərçəkmiş şəxs dələduzluq yolu ilə heç bir məbləğdə pul almadığını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və ibtidai istinaq zamanı dindirilmiş şahidin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayından tanıyır. Təqsirləndirilən şəxs onun keçmiş qonşusu Aybənizin bacısıdır. Belə ki, Aybəniz təxminən 5-6 il əvvələ qədər onun hal-hazırda yaşadığı Masallı şəhəri Xətai küçəsində yerləşən 8 saylı binada yaşamışdır. Lakin, Aybəniz bir neçə ildir ki, ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb orada yaşayır. 2021-ci ilin fevral ayının əvvəllərində yaşadığı evdə olan zaman keçmiş qonşusu Aybənizin yaşadığı evdə bir nəfər qadının balkonda dayandığını görmüşdür. Həmin vaxt qadının Aybənizin bacısı olduğunu və adının Aygün olduğunu bilmişdir. Aygünlə həmin vaxt tanış olub söhbət edəndə Aygün ona Bakı şəhərində “Razin” adlanan ərazidə yerləşən Sabunçu RİH-də katibə işlədiyini bildirmişdir. Həmin vaxt Aygün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. Sonradan o, Aygünlə həmin nömrəsi vasitəsi ilə əlaqə saxlayanda ailə vəziyyətində yaranan çətinliklə bağlı iş axtardığını Aygünə demişdir. Həmin vaxt Aygün yaxın vaxtlarda öz işini dəyişib həmin yerdə başqa vəzifəyə keçəcəyini, əgər istəsə onu öz yerinə katibə kimi işə düzəltdirə biləcəyini demişdir. Həmin vaxt Aygün bunun üçün 15000 (on beş min) manat pul lazım olduğunu, pulu işlədiyi idarənin rəhbərliyinə verəcəyini bildirmişdir. O, Aygünə o qədər pulunun olmadığını dedikdə, Aygün qızılının olub-olmadığını soruşmuş, Aygünə bir qədər qızılları olduğunu dedikdə, Aygün qızılları banka qoyub qızıllarının dəyərində pul götürməyini, həmin pulu ona göndərməyini, daha sonra qalan pulu da işləyib hissə-hissə ödəyə biləcəyini demişdir. O, həmin vaxt Aygünlə razılaşıb 15000 manat müqabilində onu işə düzəltməyinə razılaşmışdır. O, bundan sonra xx.xx.2021-ci il taixdə özünə məxsus dörd ədəd qızıl üzüyünü, üç ədəd qızıl bilərziyini, bir ədəd qızıl boyunbağını "xxxx"- ASCnin Masallı rayon Filialına girov qoyub həmin bankdan 3500 manat kredit götürmüş, götürdüyü 3500 manat pulun 3000 manatını elə həmin tarixdə Muğanbank vasitəsi ilə Təqsirləndirilən şəxs adına göndərmişdir. Aygün daha sonra ona pulu götürdüyünü, işini düzəldəcəyini və yaxın vaxtda işə çıxacağını bildirmişdir. O, həmin vaxtdan sonra Aygünlə əlaqə saxlayan zaman o, həmin vaxtlarda da işinin yaxın vaxtlarda alınacağını bildirmişdir. Aygün daha sonra işi ilə əlaqədar lazım olduğuna görə **********738614312 saylı hesab nömrəsinə 200 manat göndərməyini istəmişdir. O, bundan sonra 2021-ci il mart ayının 9-da Kapital Bankın qarşısında olan ödəmə terminalı vasitəsilə Aygünün dediyi hesab nömrəsinə 200 manat pulu göndərmişdir. Sonradan pulu göndərdiyi hesabın əvvəllər tanımadığı X8 adlı şəxsə məxsus olduğunu bilmişdir. Sonra Aygünlə əlaqə saxlayıb həmin şəxsin kim olduğunu soruşanda, Aygün həmin şəxsin tanışı olduğunu, özünün pulu götürmək imkanı olmadığı üçün Əli adlı şəxsin adına göndərməyini istədiyini bildirmişdir. Lakin, 2021-ci il may ayının əvvəllərində Aygünlə əlaqə saxlayan zaman o, işlədiyi şöbənin müdirinin qalan 12000 manat pulu istədiyini, pul tamamilə verildikdən sonra işə əmrinin verilə biləcəyini ona demişdir. O, Aygünə yenidən o qədər pulunun olmadığını dedikdə, Aygün hər hansı bir yolla kredit götürməyini və pulu düzəltməyini istəmişdir. Həmin vaxt o, Aygünə inanıb anası Şahid adına anasına məxsus pensiya kartı ilə xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Masallı rayon filialından 4000 manat məbləğində kredit götürmüşdür. Daha sonra elə həmin tarixdə Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Kontakt Home” mağazasının qarşısında Aygünlə görüşüb orada Aygünə 4000 manatı vermişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Aygünə 4000 manat pulu verən zaman Aygün həmin tarix üçün gələn həftənin birinci günü işə çıxacağını ona demişdir. Lakin, həmin vaxt Aygünlə əlaqə saxlayanda o, işinin yenidən uzandığını, qalan 7800 manatın da tez bir müddətdə tələb olunduğunu bildirmişdir. Bundan sonra o, Aygünlə əlaqə saxlayanda o, həmişə işinin yaxın vaxtda həll olacağını ona demişdir. 2021-ci ilin sentyabr ayında Aygünlə əlaqə saxlayan zaman Aygün qalan 7800 manatdan yenə pul verməyini istəmişdir. O, həmin vaxt məcbur qalıb qızıllarını satıb 500 manat pul düzəldərək xx.xx.2021-ci il tarixdə Masallı şəhəri H.Əliyev prospketində yerləşən “Bazarstore” mağazasında olan “eManat” ödəmə terminalı vasitəsi ilə Aygünün öz adına olan hesab nömrəsin 250 manat və onun dediyi əvvəllər tanımadığı X3 adına olan hesab nömrəsin də 250 manat pul göndərmişdir. Sonralar o, Aygünlə əlaqə saxlayan zaman Aygün yaşadığı evini satmasını, qalan 7300 manat pulu da göndərməyini ondan istəmiş, həmin vaxt o, artıq Aygünün onu aldatdığını, Aygünün əslində heç bir yerdə işləmədiyini və onun etibarından sui-istifadə edib pulunu ələ keçirdiyini başa düşmüşdür. O, bunu başa düşdükdən sonra xx.xx.2021-ci il tarixədək Aygünə göndərdiyi 7700 manat pulu tələb etsə də, Aygün pulunu vermədiyi üçün Masallı RPŞ-nə müraciət etmişdir. Aygün onun ümumilikdə 7700 manat pulunu dələduzluq yolu ilə keçirmişdir. Təqsirləndirilən şəxs Əhmədəğa qızını əvvəllər tanımamış, onunla 2021-ci ilin fevral ayında tanış olmuşdur. Aygünlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. X9 və X7 tanımır. Onlarla arasında heç bir danışıq və razılaşma olmamışdır. Həmin şəxslərin Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsində olduqlarını düşünmür. Aygün ona həmin şəxslərə məxsus bank kartlarına pulu göndərməyini bildirmişdir. O, həmin şəxslərə aid bank kartlarına pulu göndərdikdən sonra terminaldan əldə etdiyi qəbzlərdə onların adının yazıldığını görmüş və Aygündən bu barədə soruşduqda, Aygün həmin şəxslərin yaxını olduqlarını və daha sonra həmin pulları götürdüyünü ona bildirmişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanı tələb etdiyini, maddi ziyanın ödənilməyəcəyi təqdirdə də Təqsirləndirilən şəxs həbs olunmamasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid məhkəməyədək icraat zamanı və əvvəlki məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldadaraq 7700 manat pulunu ələ keçirməsindən 2022-ci ilin yanvar ayında məlumatı olmuşdur. Belə ki, qızı Pərvanə 2021-ci ilin may ayının 5-də özünə lazım olduğunu deyərək "xxxx" ASC-nin Masallı rayon filialından onun pensiya kartı vasitəsilə 4000 manat kredit götürmüşdür. Həmin vaxt qızının pulu Təqsirləndirilən şəxs göndərdiyini bilməsə də, lakin qızının işə düzəlməsi üçün lazım olduğunu bilmişdir. Sonradan qızı Pərvanə həmin pulu və ondan başqa 3700 manat pulu da Aygün adlı qadına verməsini, Aygünün onu guya Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətində katibə vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verməsini bilmişdir. Həmçinin qızı Pərvanənin dələduzluğa məruz qalması barədə Masallı RPŞ-nə şikayət etdiyini öyrənmişdir Həmin vaxtadək qızı Pərvanə ondan çəkindiyi üçün bu barədə ona heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətində katibə kimi işə düzəltdirəcəyini vəd verməklə kredit götürüb qızı Pərvanəyə bağışladığı 4000 manat pulla birlikdə ümumilikdə 7700 manat pulunu ələ keçirmişdir. İş materiallarında olan: Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında whastapp səsli mesajlaşmaların yazıldığı CD-yə baxış keçirilmiş, baxış Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs işə düzədilməsi adı ilə verilmiş 7700 manat pulla bağlı dialoq aparılması müəyyən edilmiş, dialoqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs işinin nə yerdə olmasını, 7700 manat pulun alınmasına baxmayaraq hələ də işə qəbul olunmamasını, bu səbəbdən ailəsində ciddi narazılıqlar yaranmasını bildirmiş, cavabında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs narahat olmamasını, işin artıq son mərhələdə olmasını, tez bir zamanda düzələcəyi barədə vəd verməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş tədbirlər nəticəsində Masallı rayonu Qızılağac kənd sakini Təqsirləndirilən şəxs Masallı şəhər sakini X2 aldadıb Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətində katibə vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verərək aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs tərəfindən keçmiş xx.xx.2021-ci il tarixdə "xxxx"- ASC-nin Masallı rayon Filialından pul köçürmə üsulu ilə onun adına göndərilmiş 3000 manat pulu, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Masallı rayon filialının qarşısında olan ödəmə terminalı vasitəsilə X5 məxsus **********738614312 saylı kart hesabına göndərilmiş 200 manat pulu, xx.xx.2021-ci il tarixdə Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Kontakt Home” mağazasının qarşısında Zərərçəkmiş şəxs tərəfindən ona nağd şəkildə verilmiş 4000 manat pulu, xx.xx.2021-ci il tarixdə Masallı şəhəri H.Əliyev prospketində yerləşən “Bazarstore” mağazasında olan “e Manat” ödəmə terminalı vasitəsi ilə ona məxsus ******************** saylı kart hesabına göndərilmiş 250 manat pulu və xx.xx.2021ci il tarixdə həmin terminaldan X6 məxsus ******************** saylı kart hesabına göndərilmiş 250 manat pulu ələ keçirməsi müəyyən edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, hadisədən birbaşa məlumatlı olan şəxslər olması müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs X1 7700 pulunu dələduzluq yolu ilə ələ keçirən zaman hər hansı bir şəxslə, o cümlədən X9 və X8 ilə qabaqcadan hər hansı bir razılaşmaya uyğun olaraq cinayət əlaqəsində olmadığı, həmin şəxslərə məxsus bank hesablarından Zərərçəkmiş şəxs məxsus pulu əldə etmək üçün istrifadə etməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan və həmin istintaq hərəkətlərinin videogörüntüsünü əks etdirən CD-yə keçirilmiş baxışdan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli arayışdan və xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla , iki nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayınmaqla çağırşlara gəlməkdən boyun qaçırdığından Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları ilə barəsində axtarış elan edilmiş, və o, məhəmə iclasına gətirələnədək icraat dayandırılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməyərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ona elan edilmiş ittihamla toplanmış sübutlar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə aralarında olan telefon danışığının yazıldığı diskə baxış keçirildiyi zaman müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs işə düzəltməklə bağlı zərərçəkmiş şəxslə söhbət edir, tezliklə məsələnin həll ediləcəyini sonuncuya vəd etmişdir. Həmin danışıq zamanı bir dəfə də olsun ki, zərərçəkmiş şəxsdən işə düzəltmək adı ilə pul almadığını səsləndirməmiş, əksinə pulu aldığını etiraf edərək verdiyi vədi yerinə yetirəcəyinə söz vermişdir. Bundan əlavə zərərçəkmiş şəxs ifadəsində anasının adına aldığı 4000 manat krediti “kontakt home” mağazasının qarşısında təqsirləndirilən şəxsə verdiyini bildirmiş, lakin təqsirləndirilən şəxs qeyd edilən halın baş vermədiyini ifadəsində göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində “kontakt home” mağazasının qarşısında 4000 manat pulu zərərçəkmiş şəxsdən almadığını bildirməsi ilə bağlı qeyd edir ki, aralarında telefon danışığı zamanı zərərçəkmiş şəxs anasının adına kredit alıb ona verdiyini bildirmiş, təqsirləndirilən şəxs danışıq zamanı zərərçəkmiş şəxsin anasının adına kredit alınaraq ona verilməsinə hər hansı formada etiraz etməyərək danışığı ilə onu qəbul etmişdir. Bu onu göstərir ki, təqsirləndirən şəxs qeyri-səmimilik edərək, həm istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadə verərkən məsuliyyətdən azad edilmək üçün yalan danışmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda madd ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin məcəllənin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 24 dekabr 1921-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda madd ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayət törədərək məhkum olunmasını, məhkəmə çağırışlarından dəfələrlə yayınmasını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından qeyd edir ki, 2 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli hökm elan olunduğu gündən, yəni 05 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı məhkəməyədək icraat zamanı, eleəcə də məhkəmə istintaqı zamanı dəymiş ziyanla bağlı iddia vermədiyindən ona gəlcəkdə mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli hökm elan olunduğu gündən, yəni 05 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işinin materiallarında olan 2 ədəd CD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun AbdullayevDüz
Məhkəmə qərarları › İş №1(050)-25/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-25/2024
05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver