Məhkəmə qərarları › İş №1(050)-25/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-25/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-25/2025 15.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1985-ci ildə Masallı rayonu, Mololon kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 12 noyabr 2024-cü il tarixdə, saat 20:58 dəqiqədə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq üzərinə keçirilən yoxlama və götürmə zamanı əynində olan sarı-boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,183 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrdən ara-sıra istifadə etmişdir. 12 noyabr 2024-cü il tarixdə özü istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana almaq qərarına gəlmişdir. Bu məqsədlə həmin gün axşam saatlarında Masallı rayonu, “Köhnə Bazar” adlanan yerə getmişdir. Həmin yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə görüşmüş, həmin şəxslə bir qədər səmimi söhbət etdikdən sonra özü üçün marixuana almaq istədiyini demişdir. Həmin şəxs də ona marixuana sata biləcəyini demişdir. Onlar razılaşmış və o, həmin şəxsə 20 manat pul verib qarşılığında bir ədəd sellofan bükümdə qurudulmuş marixuana alıb əynində olan sarı-boz rəngli gödəkçənin sağ yan cibinə qoymuş və evə getdikdən sonra istifadə etməyi düşünmüşdür. Həmin gün axşam saat 20:50 radələrində yaşadığı H.Əliyev prospekti ilə piyada hərəkətdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Həmin vaxt özünü Masallı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 kimi təqdim edən şəxs onun narkotik vasitələrin istifadəsində şübhəli olmasını demişdir. Əməliyyat müvəkkili bununla bağlı üzərində videoçəkiliş vasitəsilə yoxlama aparılacağını və üzərində hər hansı qanunla qadağan edilmiş əşya varsa təqdim etməsini təklif etmişdir. O da əynində olan sarı-boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuananı çıxardıb təqdim etmişdir. Bundan əlavə o, əynindəki gödəkçənin sol yan cibindən özünə məxsus olan bir ədəd “REDMİ” markalı mobil telefonu da çıxardıb təqdim etmişdir. Şahid1 təqdim etdiyi bir ədəd sellofan bükümün içərisinə baxış keçirmiş və içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması məlum olmuşdur. Bundan sonra Şahid1 tərəfindən üzərindən aşkar olunan qurudulmuş marixuana bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 6,49 qram olduğu müəyyən olunmuşdur. Həmin büküm və mobil telefon ayrı-ayrı zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanmaqla möhürlənmişdir. Daha sonra Şahid1 tərəfindən üzərində yoxlama aparılmış və üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. sorğu zamanı həmin bir ədəd bükümdə olan qurudulmuş marixuananı “Köhnə Bazar” adlanan yerin arxa tərəfində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Daha sonra o, Masallı RPŞ-yə aparılmış, orada xidməti otaqlardan birində Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Əli Sadıqov qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi tutub hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra o, Masallı RPŞ-nin MSY-yə təhvil verilmişdir. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün üzərində daşıyaraq saxlamış, marixuanadan heç kimə pay verməmiş və satmamışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, ailələ yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir nəfər azyaşlı uşağının və xəstə anasının olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 noyabr 2024-cü il tarixdə onun icraatına ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatını əvvəlcə aidiyyatı üzrə rəhbərliyə məruzə edilmişdir. Bundan sonra müvafiq əmrlə həmin tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna rəhbər o, təyin edilmişdir. Qrupun üzvləri isə CAB-ın əməliyyat müvəkkili Şahid2 və kriminalist tədqiqatlar qrupunun baş inspektoru X7 təyin edilmişlər. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs cinayətkar əməlinin ifşa edilməsi və qarşısının alınması məqəsdilə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılmışdır. Onlar video çəkiliş aparılmaqla əvvəlcə Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. O, Zahirə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olmasını bildirib bununla bağlı üzərinə yoxlama aparacağını bildirmişdir. Təqsirləndirilən şəxs yoxlama aparılmasına heç bir etiraz etməmişdir. Bundan sonra o, Zahirə üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan sarı-boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan büküm çıxardıb təqdim etmişdir. O, həmin sellofan bükümdə nə olmasını soruşmuşdur. Zahir həmin sellofan bükümdə marixuana olmasını bildirmişdir. O, həmin sellofan bükümün içərisinə baxmış və içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olmasını aşkar etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni bir ədəd sellofan bükümlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 6,49 qram olması müəyyən olmuşdur. Daha sonra o, həmin qurudulmuş marixuanaya bənzər kütləni və mobil telefonu ayrı-ayrı zərflərə qoyub qablaşdırmış, üzəri iştirakçılar tərəfindən imzanlanmaqla Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin təqdim etdiyi bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuananın özünə məxsus olmasını, həmin narkotik vasitəni öz istifadəsi üçün həmin gün axşam saatlarında Masallı rayonu, “Köhnə Bazar” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən aldığını və üzərində şəxsi istifadə məqsədilə daşıyaraq saxladığını bildirmişdir. O, bundan sonra Zahirin üzərinə olan paltarlarını yoxlamış və hər hansı başqa bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar etməmişdir. Onlar həmin yerdə video çəkilişi dayandırmış və Təqsirləndirilən şəxsla birlikdə Masallı RPŞ-yə gəlmişlər. Onlar Masallı RPŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs Masallı RPŞ-ni məsul növbətçisinə təhvil verib yoxlama və götürmə haqqında protokolu tərtib etmiş, qablaşdırılmış olan 2 ədəd zərfi, yoxlama və götürmə aparılan zaman aparılmış video çəkilişin yazılı olduğu 01 ədəd DVD diski həmin gün növbədə olan Masallı RPŞ-nin TB-in təhqiqatçısı Əli Sadıqova təqdim etmişlər. Əli Sadıqov tərəfindən həmin zərflərə baxış keçirilmiş və götürülmüşdür. Əli Sadıqov tərəfindən təqdim etdiyi qurudulmuş marixuana sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 6,50 qram olması müəyyən olunmuşdur. Daha sonra qurudulmuş marixuana və mobil telefon ayrı-ayrılıqda yenidən qablaşdırılmışdır. Sonda protokol tərtib edilmiş və imzalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şübhəli şəxsin saxlanılaraq yerində üzərinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Masallı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti X7 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdə, saat 20:58-də Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan sarı- boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,49 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş aşkar edilərək götrülmüşdür. İş materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Əli Sadıqov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Masallı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti X7 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə və mobil telefon olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş və həmin büküm elektron tərzidə çəkilərkən 6,50 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən video diskə baxış keçirilmişdir. İş materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Əli Şiriyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən video diskə baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq xx.xx.2024-cü il tarixdə şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana almaq məqsədilə Masallı rayonu, “Köhnə Bazar” adlanan yerin yaxınlığına getdiyini, orada tanımadığı şəxsdən 20 manat pul müqabilində bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana alaraq əynində olan sarı-boz rəngli gödəkçənin sağ yan cibinə qoyub həmin günü saat 20:50 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanıldığını səmimi etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 13 noyabr 2024-cü il tarixli, 19/727 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marxuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -6,183 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuxanadır. (Mariuxananın təmiz çəkisi-6,183 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-6,133 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 14 noyabr 2024-cü il tarixli, 786 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 11 dekabr 2024-ü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 11 dekabr 2024-cü il tarixli, 420 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs X5 ilə birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Zahir oğlu adlı uşaqları vardır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və ailəsinin yeganə təminatçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 08:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 6,133 qram narkotik vasitə qurudulmuş mariuxana məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdən 14 noyabr 2024-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 6,133 qram narkotik vasitə qurudulmuş mariuxana məhv edilsin. İş üzrə maddi sübut 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar