Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-250/2023 20.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin şəhər (rayon) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1972-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayon məhkəməsinin 12 aprel 2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Masallı rayonu, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 04 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, Məhəmməd Füzuli küçəsində saxlanılaraq Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,429 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə anasına məxsus evdən çıxıb yol ilə hərəkət edərkən polis əməkdaşları onu tutaraq Masallı Rayon Polis şöbəsinə aparmışlar. Polis Şöbəsində onun üzəri yoxlanılmış, üzərində hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. O, polis şöbəsinə gətirildikdən sonra ona təzyiq edilmiş, başının arxa və bədəninin sinə nahiyəsinə zərbə vurmuşlar və bunun nəticəsində həmin nahiyələrdə ləkə əmələ gəlmişdir. Ona olan təzyiqlə bağlı heç bir tibb müəsisəsinə və hüquq mühafizə orqanına şikayətini bildirməmişdir. O, etiraf edir ki, narkotik vasitə qəbul edir. Lakin polis əməkdaşları tərəfindən tutulan zaman üzərində heç bir narkotik vasitə aşkar olunmamışdır. İstintaq yekunlaşmış digər iş üzrədə üzərində narkotik vasitə aşkar olunmamış, eynilə də həmin cinayət işində də sağ yan cibindən narkotik vasitə aşkar olunduğunu bildirmişlər. O, Cəlilabad rayonu, Göytəpə şəhərinə heç vaxt getməmişdir. Narkotik vasitə polis şöbəsində üzərinə qoyulmuşdur. Polis şöbəsində üzərində videoçəkilişlə aparılan şəxsi axtarış zamanı etirafedici izahat verməsinə səbəb ağır cinayətdə ittiham olunacağından qorxması olmuşdur. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri ilə məhkəmə istintaqında verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün, məhkəmə istintaqında elan edilmiş həmin ifadələrində göstərmişdir ki, narkotik maddələrdən istifadə edir. 04 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonunun Qumbaşı kəndinə getmiş, həmin yerə getməkdə məqsədi öz istifadəsi üçün narkotik maddə almaq olmuşdur. O, Qumbaşı kəndindən əvvəllər də bir neçə dəfə narkotik maddə alıb özü istifadə etmişdir. O, Qumbaşı kəndində adını və ünvanını bilmədiyi, lakin üzdən tanıdığı şəxslə görüşmüş və həmin şəxsdən özü üçün narkotik maddə istəmişdir. O, həmin şəxsdən bir ədəd şəffaf rəngli sellofan bükümdə adını “kakos” deyə bildiyi narkotik vasitə olan heroin almış və əvəzində həmin şəxsə 10 manat pul vermişdir. Daha sonra həmin şəxsdən aldığı bir ədəd bükümdəki narkotik vasitə olan heroini əynindəki tünd boz rəngli şalvarın sağ yan cibinə qoyub geri Masallı rayonuna qayıtmışdır. Masallı rayonu ərazisinə çatdıqdan sonra bir qədər rayon ərazisində gəzmişdir. O, Qumbaşı kəndində aldığı narkotik maddəni axşam saatlarında istifadə etmək niyyətində olmuşdur. Lakin o, həmin gün axşam saatlarında yaşadığı Masallı şəhəri, Məhəmməd Füzuli küçəsində olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra polis əməkdaşları ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bununla bağlı Masallı RPŞ-yə getməli olduqlarını demişlər. O, da polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən polis geyimində olan bir nəfər özünü təhqiqatçı Nəsimi Ağayev kimi təqdim etmiş və həmin təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildikdən sonra o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş və müdafiəçi X4 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı proses iştirakçılarının iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. O da əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. O, təhqiqatçının suallarına cavab olaraq həmin bir ədəd sellofan bükümdə olan maddəni aradabir öz istifadəsi üçün Lənkəran şəhərinin Qumbaşı kəndindən 10 manata aldığını demişdir. Bundan başqa həmin narkotik maddəni aldığı şəxsi tanımadığını bildirmişdir. O, həmin narkotik maddəni üzərində öz istifadəsi üçün daşımışdır. Onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş və başqa heç bir narkotik maddə və ya cinayət xarakterli əşya aşkar edilməmişdir. Həmin 1 ədəd şəffaf sellofan büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,49 qram olması məlum olmuşdur. Təhqiqatçı həmin narkotik maddə olan heroinə bənzər kütləni 01 ədəd sellofan bükülü ilə birlikdə ağ rəngli zərfə qoyub möhürlədikdən sonra zərfin üzəri imzalanmışdır. Daha sonra isə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və protokolu imzalarla təsdiq etmişlər. Polis əməkdaşları ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, narkotik maddə alması və daşıması barədə heç kimə bir söz deməmişdir. Buna görə də üzərində narkotik vasitə olan heroini əldə etməyindən və üzərində saxlamağından heç kimin məlumatı olmamışdır. O, narkotik maddələrdən istifadə etdiyinə görə barəsidə Masallı rayon polis şöbəsində cinayət işi aparılmış və həmin cinayət işi hazırda Masallı rayon məhkəməsində baxış prosesindədir və hazırki mərhələdə məhkəmə hökmü çıxarılmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Masallı şəhəri, M.Füzuli küçəsində saxlanılaraq Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı X8 Abdullayevə hüquq vəzifələrini izah etmiş və müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoəkilişlə şəxsi axtarış keçiriləcəyini izah edib üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim etmişdir. Təhqiqatçı həmin sellofan bükülünün nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə “kakos” deyə cavab vermişdir. Telman həmçinin əynindəki şalvarının sol yan cibindən də bir ədəd samsung markalı mobil telefon çıxarıb təqdim etmişdir. X5 həmin sellofan bükümdə kakos deyə bildirdiyi maddəni nə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs də arada bir istifadə etdiyini bildirmişdir. Daha sonra o, həmin maddəni Lənkəran rayonu, Qumbaşı kəndindən 10 manata tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə ibtidai istintaq dövründə təqibə və təzyiqə məruz qaldığını bildirir. Təqsirləndirilən şəxs mütəmadi narkotik vasitələr istifadə edir və dəfələrlə narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuş şəxsdir. Əgər ona təzyiq və işgəncə olmuşsa hər hansı bir orqana şikayətini bildirərdi. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid2 ifadəsində Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. 04 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd sellofan bükümdə ümumi çəkisi 0,429 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt o, heç bir etirazını bildirməmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə ediməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş 01 ədəd CD diskə “HP” markalı kompüterdə baxıldıqda, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsi və onun əynindəki boz rəngli şalvarının sağ cibində saxladığı bir büküm narkotik vasitə heroinə bənzər maddə təqdim etməsi, həmin narkotik vasitə heroini Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirməsi müəyyən olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 sentyabr 2023-cü il tarixli, 19/848 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “.....Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə..” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi- 0,429 qram oaln maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,429 qr.., tədqiqata sərf olundu-0,05 qr, qalıq -0,379 qr. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X6 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli 865 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 22 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,429 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,379 qram qalmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələri, şahid ifadələri, maddi sübutlar, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda təzyiq və işgəncəyə məruz qalması nəticəsində ifadə verməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması barədə protokol, videoçəkiliş, üzləşmə protokolu ilə onun ifadələri təkzib olunur, ona görə də məhkəmə onun ifadəsini qanuni və mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də, həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 06 sentyabr 2023-cü tarixdə azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Lənkəran Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 5 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)- 508/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 13 (on üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesablanmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)-508/2021 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi olan 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilmiş və ona qəti olaraq 01 (bir) il 06 (alt) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkməsinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən nəzərə alına bilən cəzanı yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitəərin qanunsuz saxlanılmasına görə dəfələrlə məhkum olunmuş şəxsdir. Bu halda məhkəmə hesab edir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Masallı Rayon Məhkəməsinin 1(050)-149/2023 saylı, 01 noyabr 2023-cü il tarixli hökmü üzrə təyin olunmuş cəza üzrə əməl bu cinayət əməlindən əvvəl törədildiyi üçün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hər iki hökmlə təyin edilmiş cəzalar toplanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Masallı Rayon Məhkəməsinin 1(050)-149/2023 saylı, 01 noyabr 2023-cü il tarixli hökmü üzrə azadlıqdan məhrumetmə cəzası çəkdiyi üçün Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X6 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu” narkomaniya xəstələyindən məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur. Ona görə də, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-60 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,379 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan kompakt disk iş materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə Masallı Rayon Məhkəməsinin 1(050)-149/2023 saylı, 01 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il, 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu” narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. Maddi sübutlar olan-Masallı rayon polis şöbəsində saxlanılan, 0,379 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd kompakt diski cinayət işi materiallarında saxlanılsın. Məhkəmə ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-250/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-250/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver