Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-251/2023 19.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şirvan Şöbəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. xx xxxx 1984-cü il tarixdə Masallı rayonu, Təzəkənd kəndi anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, 18 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib və hazırda həbsdə olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05 radələrində özgənin əmlakını gizli olaraq talamaqla ələ keçimək məqsədilə, tamah niyyəti ilə Zərərçəkmiş şəxs məxsus Masallı rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan tövləyə açıq pəncərədən keçmək yolu ilə daxil olaraq tövlənin içərisindən hər birinin qiyməti 200 manat dəyərində olan 2 (iki) baş xırdabuynuzlu qoyunu gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumlikdə 400 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 18 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Təzəkənd kəndi ərazisində saxlanılaraq Masallı rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,497 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə qəbul edir. Pula ehtiyacı olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə gecə təxminən saat 05 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olan tövlənin arxa tərəfində olan kiçik pəncərədən içəri daxil olaraq sonra orda olan qoyunlardan iki ədədini pəncərədən çölə atıb özü də pəncərədən çıxmışdır. Daha sonra o qoyunları həmin ərazidən uzaqlaşdırmışdır. Havanın qaranlıq olduğundan bir qədər işıqlanmasını gözləmiş daha sonra Masallı rayonu Qızılavar kəndində yaşayan tanışı Şahid4 ilə qoyunları satmaq üçün əlaqə saxlamışdır. O, tanımadığı bir taksinin vasitəsi ilə qoyunları Masallı rayonu Qızılavar kəndinə Şahid4 həyətinə gətirmişdir. Araza qoyunların özünə məxsus olmasını və qızının xeyir işi ilə əlaqədar satdığını demişdir. Araz iki baş qoyuna 200 manat pul verə biləcəyini demişdir. O, Arazla razılaşmış və ondan 200 manat pul almışdır. Hal-hazırda Zərərçəkmiş şəxsb 2 baş qoyun qaytarılmış və onun heç bir şikayət tələbi yoxdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, üzərində aşkar olunan 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini o, 18 sentyabr 2023-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. Narkotik vasitəni əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Kəndə qayıtdıqdan sonra narkotik vasitəni istifadə etmək üçün əlverişli yerə çəkilməkdən ötrü kənd ərazisində piyada gəzərkən tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu və onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə razılaşmış və Masallı RPŞ-də onu özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşının xidməti otağına aparmışlar, orada şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, öz istəyi əsasında dövlət hesabına Masallı rayon Vəkil Bürosundan vəkil Müdafiəçi qismində təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmiş və həmin sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu və Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Göstərilənləri, ailəsi və himayəsində yaşlı anasının olmasını nəzərə alaraq barəsində həbslə ələqəli olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki xx.xx.2023-cü il tarixdə səhər saatlarında tövləyə daxil olub heyvanları örüş sahəsinə aparmaq üçün bayıra çıxarmışdır. Bu zaman xırdabuynuzlu heyvanlardan iki baş qoyunun heyvanların arasında olmamasını müəyyən etmişdir. Tövlənin qapısına hər hansı bir kənar müdaxilə olmadığından ilkin olaraq iki baş qoyunun oğurlanması ehtimalını fikirləşməmişdir. Buna görə də bir gün öncə özünə məxsus heyvanları dəqiq saymadığını və ona məxsus xırdabuynuzlu heyvanlardan yox olmuş iki baş qoyunun kənd ərazisində xırdabuynuzlu heyvan saxlayan başqa şəxslərin heyvanlarına qatışma ehtimalını düşünüb axşam saatlarına qədər kənd ərazisində xırdabuynuzlu heyvan saxlayan şəxslərlə maraqlanmışdır. Lakin iki baş qoyunu tapa bilmədiyi üçün DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Fərdi yaşayış evinin həyətində olan tövlənin arxa tərəfində olan kiçik pəncərə 2023-cü ilin sentyabr ayının 13-dən 14-nə keçən gecə ərzində açıq vəziyyətdə qalmışdır. xx.xx.2023cü il tarixdə isə o gecə saat 24 radələrinə qədər oyaq vəziyyətdə olmuş və mütəmadi olaraq həyətə çıxıb evə qayıtmışdır. Buna görə də ona məxsus xırdabuynuzlu heyvanlardan iki baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən xx.xx.2023-cü il tarixdə gecə saatlarında tövlənin arxa tərəfində olan açıq pəncərədən daxil olma yolu ilə oğurlanmasını düşünür. Ona məxsus olan oğurlanmış iki baş qoyunun hər ikisinin yunu qırxılmamış vəziyyətdə, diri çəkiləri 40 kq olmuşdur. Qoyunlardan birinin başı ağ, digərinin başı isə qəhvəyi rəngə çalar olmuşdur. Ona məxsus Masallı rayonu Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan tövlədən hər biri 200 manat dəyərində olan iki baş qoyunun oğurlanması nəticəsində ümumilikdə ona 400 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin əməkdaşı Şahid3 ifadələrində göstərmişdir ki, o, Masallı RPŞ-in CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında şöbə rəisinin əmri ilə qrup rəhbəri kimi Şahid2 qrup üzvləri kimi təhqiqatçı Abbasağa Paşayevdən, ondan ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu Təzəkənd kəndi ərazisində piyada hərəkətdə olan görüb saxlayaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduqları zaman o, şəxsi istifadəsi üçün üzərində heroin olmasını demişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmiş və o, onların qanuni tələblərinə tabeçilik göstərərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı Abbasağa Paşayevin xidməti otağına dəvət etmişlər. Təhqiqatçı ona şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoçəkilişlə şəxsi axtarış keçirləcəyini izah etmişdir. Onun hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi kimi dəvət olunmuş və təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı şübhəli şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. O, əynində olan şalvarının sağ yan cibindən saxladığı bir ədəd sellofana bükülmüş bükülünü masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin olduğunu, həmin heroini Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manat qarşılığında aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir.. Məhkəmə istintaqında idaadəsi elan edilməklə tədqiq olunmuş şahid Masallı RPŞ-in CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, o, Masallı rayonu Qızılavar kəndində yaşayır və kənd ərazisində qəssablıqla məşğul olur. Şahid4 onun doğma qardaşıdır. Arazın fərdi yaşayış evinin həyəti onların evlərinin həyəti ilə eynidir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həyətdə iki baş qoyunun otlamasını görmüşdür. Bu barədə Arazdan soruşduğu zaman Araz qoyunları satmaq üçün almasını bildirmişdir. Sonradan Arazın satın aldığı iki baş qoyunları polis əməkdaşları tərəfindən həyətlərindən gəlib aparılmışdır. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Rəşad ona zəng edərək qızının xeyir işi ilə bağlı özünə məxsus olan iki baş qoyunu satmaq istədiyini bildirmişdir. di. Qardaşım Şahid1 qəssablıqla məşğul olduğu üçün Rəşad həmin qoyunları onun ala biləcəyini düşündüyü üçün ona zəng etmişdir. O isə qoyunların təxmini çəkilərini Rəşaddan soruşduqdan sonra qoyunları onlara məxsus evə gətirməsini və qoyunlara baxdıqdan sonra pulunu verəcəyini demişdir. Bundan təxminən 1 saat sonra Rəşad tanımadığı taksi ilə onlara gəlmişdir. O, qapıya çıxdıqdan sonra Rəşad qoyunları həyətə gətirmişdir. Qoyunlara baxdıqdan sonra Rəşada iki baş qoyuna ümumilikdə 200 manat pul verə biləcəyini demişdir. Rəşad isə onunla razılaşmışdır. Bundan sonra o Rəşada 200 manat pul vermişdir. Rəşad isə çıxıb getmişdir. Qoyunları almaqda isə məqsədinin aldığı qiymətdən baha sataraq gəlir əldə etmək olmuşdur. Lakin qoyunları aldığı polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə tutulduğu üçün həmin qoyunları satıb gəlir əldə edə bilməmişdir. Qardaşı Şahid1lə onların həyətləri bir olduğu üçün qoyunlar həyətdə qalmışdır. Sonradan isə qardaşı Məsləhətin qoyunları polis əməkdaşlarına təhvil verməsini öyrənmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyavi ekspertizasının xx.xx.2023-cü il tarixli 19/877 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,497 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,497 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,447 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 906 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli götürmə haqqında qərar və protokol görünür ki, Şahid1 qardaşı Şahid4 Təqsirləndirilən şəxs satın aldığı 2 (iki) baş qoyun götürülmüşdür. Sübütların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,497 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,447 qram qalmış narkotik vasitə heroin və 1 ədəd kompakt disk maddi sübut kimi tanınmış, həmçinin Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və istintaq tərəfindən tapılaraq götürülmüş 2 (iki) baş xırdabuynuzlu maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən saxladığı 01 ədəd sellofana bükülmüş bükümü və şalvarın sol yan cibindən isə 1 ədəd 5 manatlıq pul əskinasını təqdim etməsi, sellofana bükülmüş büklüdə olan maddənin heroin olmasını, şəxsi istifadəsi üçün almasını bildirməsi müəyyən edilir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən alınmış rəydən görünür ki, təqdim olunmuş 2 (iki) baş xırdabuynuzlu qoyunun hər birinin ət çəkisi 15 kq olmaqla bir baş qoyunun qiyməti 200 manat, ümumilikdə qiyməti 400 manatdır. Masallı rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 4(050)-96/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan digər cinayət işi üzrə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun tutulduğu 18 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, ekspertiza rəyləri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3.və 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-63/2019 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-177.2.3 və 234.1., xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmişdir. Masallı RİHB-nın Təzəkənd kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir, 2007-ci ildə anadan olmuş X6 və 2008-ci ildə anadan olmuş X5 adlı iki övladı vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.13.-cü maddəsində əsasən törətmiş olduğu oğurluq cinayətinə münasibətdə dəymiş ziyanı tamamilə aradan qaldırılması cəzanı yüngülləşdirən halı vardır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2.ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə bir neçə dəfə məhkum olunmasını, cinayətləri törətmə mexanizmi, xarakteri, əməlinin ictimai təhlükəliliyi ona əsas verir ki, o, cinayətə meyilli şəxsdir, məhkumluğu ödənilmiş olsa da, o, yalnız azadlıqdan məhrumetmə cəzası çəkməklə islah oluna bilər. Bununla belə təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, yüngülləşdirici hallar nəzərə alınmalıdır və orta həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X7 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 906 saylı rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs “opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu” polinarkomaniya xəstəliyindən məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apelyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-cü maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1.-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri-60 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,447 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, CD diski cinayət işi materiallarında saxlanılmalı, 2 baş qoynun Zərərçəkmiş şəxs geri qaytaılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44,, 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2023-cu il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu-polinarkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı şəkisi 0,447 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, 2 baş qoynun Zərərçəkmiş şəxs geri qaytaılması nəzərə alınsın. 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********00 00003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE**********000 ******* hesabına ödənilsin. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-251/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-251/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver