Məhkəmə qərarları › İş №1(050)-252/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-252/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-252/2023 26.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx.xx.2002-ci il tarixdə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, ikinci dərəcə əlil, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Boradigah qəsəbəsi C.Cabbarlı küçəsi ev 29-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində xalası Zərərçəkmiş şəxs qızma məxsus ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə giriş qapısının açıq olmasından istifadə edib oradan qanunsuz daxil olaraq həmin evin ikinci mərtəbəsində olan yataq otağındakı güzgülü dolabın içərisindəki Zərərçəkmiş şəxs məxsus qəhvəyi rəngli əl çantasından 10 manat dəyərindəki mücrünü və həmin mücrüdə olan hər biri Rusiya Federasiyası istehsalı və 583 əyarda olan 104 qram çəkidə, 7280 manat dəyərində bir ədəd qızıl boyunbağı, 21 qram çəkidə, 1840 manat dəyərində briliaııt qaşlı iki ədəd qızıl sırğa və bir ədəd qızıl üzük dəstini, 46 qram çəkidə, 3220 manat dəyərində bir ədəd qızıl qolbağı, 8 qram çəkidə, 560 manat dəyərində brilliant qaşlı bir ədəd qızıl kişi üzüyü. 10 qram çəkidə, 700 manat dəyərində brilliant qaşlı bir ədəd qızıl qadın üzüyü, 12 qram çəkidə, 840 manat dəyərində brilliant qaşlı bir ədəd qızıl qadın üzüyü, 7 qram çəkidə. 490 manat dəyərində bir ədəd qızıl qadın üzüyü, 3 qram çəkidə, 210 manat dəyərində bir ədəd qızıl aralığı və 6 qram çəkidə, 420 manat dəyərində bir ədəd qızıl qadın üzüyü gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 15570 manat məbləğində maddi ziyan vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 saylı Bakı baza Tibb Kollecində ödənişli əsaslarla oxumuşdur və 2023-cü ildə həmin kolleci bitirmişdir. 2022-ci ildə təhsil haqqını ödəyə bilmədiyi üçün imtahanlara buraxılmamışdır. Təhsil haqqını ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Onun atası ayrılmış, özü və anası işləmir, fərdi yaşayış evləri olmadığı üçün xalaları və dayısının evlərində yaşayırlar. Oğurluq hadisəsini xalası Zərərçəkmiş şəxs evində qaldığı müddətdə Kəmalə xanımın evindən etmişdir. Uzun müddət orda qaldığı üçün xalasının evində əşylarının harda olması barədə məlumatı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində xalasının evində olan qonaq üçün nəzərədə tutulmuş yataq otağında yerləşən güzgülü dolaba yaxınlaşmış və dolabın alt hissəsini açıb oradan xalası Kəmalənin qəhvəyi rəngli əl çantasını götürmüşdür. Çantanı açıb içinə baxmış və içərisində mücrünün olduğunu görmüşdür. Tez mücrünü götürüb ağzını açmış və orada xeyli sayda və növdən qızılların olduğunu müəyyən etmişdir. Mücrünü götürüb üzərində olan əvvəlcədən özü ilə götürdüyü əl sumkasının içərisinə qoyub evə girdiyi yerdən sakitcə çölə çıxmışdır. Evə daxil olub oğurluq edib çıxana kimi təxminən 3-4 dəqiqə vaxt keçmiş və xalası Kəmalənin bundan xəbəri olmamışdır. Evin küçəsinə çıxan kimi tez piyada İsgəndərli dairəsinə, daha sonra oradan yenə tanımadığı taksi fəaliyyəti ilə məşğul olan avtomobillə Bakı şəhəri M.Əcəmi metrosunun qarşısına gəlib oradan avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra bir küncə çəkilib mücrünü açıb içində olan oğurladığı qızıllara baxmışdır. Qızıllara baxan zaman onların bir ədəd təxminən 100 qram ağırlığında boyunbağı, təxminən 20 qram ağırlığında brilliyant qaşlı iki ədəd qızıl sırğa və bir ədəd qızıl üzük dəstinin, təxminən 45 qram ağırlığında bir ədəd qızıl qolbağın, təxminən 8 qram ağırlığında brilliyant qaşlı bir ədəd qızıl kişi üzüyünün, təxminən 10 qram ağırlığında brilliyant qaşlı bir ədəd qızıl qadın üzüyünün, təxminən 12 qram ağırlığında brilliyant qaşlı bir ədəd qızıl qadın üzüyünün, 7 qram ağırlığında bir ədəd qızıl qadın üzüyün, təxminən 3 qram ağırlığında, bir ədəd qızıl aralığın və təxminən 6 qram ağırlığında bir ədəd qızıl qadın üzüyün olduğunu bilmişdir. Daha sonra həmin vaxtı qızılları satıb pul əldə etmək istəmişdir. Bunun üçün M.Əcəmi metrosunun yaxınlığında olan “Moskva” univermağı kimi adlanan qızıl alqı-satqısı yerinə getmişdir. Univermağın içərisinə daxil olmadan çöl hissəsində olan mağazaların qarşısındakı səyyar qızıl alqı-satqısı ilə məşğul olan şəxslərə bir-bir yaxınlaşmış və onlara özünə məxsus qızılları satmaq istədiyini bildirmişdir. Təxminən 4-5 tanımadığı şəxsə oğurladığı qızılların hamsını ümumilikdə 3000 manat pula satmış və bir müddət Bakı şəhərində qalaraq təhsil haqqını ödəmək istəmişdir. Lakin ödəniş sistemi bağlı olduğu üçün bunu edə bilməmiş və təxminən bir ay müddətində oğurluq yolu ilə əldə etdiyi pulu Bakı şəhərində özü üçün xərcləmişdir. Hadisədən təxminən bir il müddət keçdikdən sonra dayısına xalası Zərərçəkmiş şəxs evindən oğurluq etməsi barədə özü könüllü bildirmiş və həmin günün səhəri polis əməkdaşları onu Masallı rayon polis şöbəsinə aparmışlar. Hazırda əməlindən səmimi peşmandır, qohumları tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam ödənilmişdir, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı oğludur. Bacısı və Ümüd özlərinə məxsus evləri olmadığı üçün Bakı şəhərində olan zaman digər bacısının evində, Masallı rayonunda olan zaman onun və qardaşına məxsus evdə qalırlar. Hadisə baş verməmişdən iki gün əvvəlcədən Ümüd onlara məxsus evdə qalmışdır. 30 avqust 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs onlara məxsus evdən səhər saatlarında çıxaraq getmişdir. Sonradan evlərinə qayıtsada onun bundan xəbəri olmamış və oğurluq hadisəsini evə qayıtdıqdan sonra etmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olduğu vaxt çantasında saxladığı qızıl-zinət əşyalarına baxmaq qərarına gəlmişdir. Həmin vaxt yataq otağında olan güzgülü termonun gözlüyünü açıb orada olan əl çantısını götürüb içinə baxan zaman çantanın içində olan sellofana bükdüyü bir ədəd kişi qızıl üzüyün və bir ədəd qızıl nargilə boyunbağının yerində olduğunu, çantanın içində saxladığı mücrünün və həmin mücrünün içərisində olan ümumi dəyəri 15.560,0 manat təşkil edən Rusiya istehsallı, 104 qram ağırlığında, 583 əyyarlı, bir ədəd qızıl boyunbağının, 21 qram ağırlığında, 583 əyyarlı, brilliyant qaşlı iki ədəd qızıl sırğa və bir ədəd qızıl üzük dəstinin, 46 qram ağırlığında, 583 əyyarlı bir ədəd qızıl qolbağın, 8 qram ağırlığında, 583 əyyarlı, brilliyant qaşlı bir ədəd qızıl kişi üzüyünün, 10 qram ağırlığında, 583 əyyarlı, brilliyant qaşlı bir ədəd qızıl qadın üzüyünün, 12 qram ağırlığında, 583 əyyarlı, brilliyant qaşlı, bir ədəd qızıl qadın üzüyünün, 7 qram ağırlığında, 583 əyyarlı bir ədəd qızıl qadın üzüyün, 3 qram ağırlığında, 583 əyyarlı bir ədəd qızıl aralığın və 6 qram ağırlığında, 583 əyyarlı bir ədəd qızıl qadın üzüyün yerində olmadığını, onların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin vaxt əvvəlcə evdə olan qızı Xoşavaz və nişanlısı Polada qızıl zinət əşyalarının oğurlandığını demiş və oğurluq hadisəsindən xəbərləri olubolmadıqlarını soruşmuşdur. Lakin onlar baş vermiş oğurluq hadisəsindən heç bir xəbərlərinin olmadıqlarını bildirmişlər. Bundan sonra qızı Xoşavaz DİN-nin 102 zəng mərkəzinə məlumat vermiş, sonra polis əməkdaşları gəlib evə baxış keçirmiş, həmin vaxtı o evindən qızıl-zinət əşyalarının oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Ziyan tam ödənilmişdir, bacışı oğlu Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onu bağışlamışdır, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda barışıq ərizəsi ilə müraciət etməklə yanaşı, həmçinin məhkəməyə ərizə təqdim edərək ona dəyən ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma xalası oğludur. Ümüdün oğurluq etdiyi vaxt o və nışanlısı evdə olmamışdır. Oğurluq barədə məlumatı xx.xx.2022-ci il tarixdə məlumatı olmuşdur. Həmin vaxt anası yataq otağında olan güzgülü termonun gözlüyünü açıb orada olan əl çantasını götürüb içinə baxan zaman çantanın içində saxladığı mücrünün və həmin mücrünün içərisində olan ümumi dəyəri 15.560,0 manat təşkil edən Rusiya istehsallı, 104 qram ağırlığında, 583 əyyarlı, bir ədəd qızıl boyunbağının, 21 qram ağırlığında, 583 əyyarlı, brilliyant qaşlı iki ədəd qızıl sırğa və bir ədəd qızıl üzük dəstinin, 46 qram ağırlığında, 583 əyyarlı bir ədəd qızıl qolbağın, 8 qram ağırlığında, 583 əyyarlı, brilliyant qaşlı bir ədəd qızıl kişi üzüyünün, 10 qram ağırlığında, 583 əyyarlı, brilliyant qaşlı bir ədəd qızıl qadın üzüyünün, 12 qram ağırlığında, 583 əyyarlı, brilliyant qaşlı, bir ədəd qızıl qadın üzüyünün, 7 qram ağırlığında, 583 əyyarlı bir ədəd qızıl qadın üzüyün, 3 qram ağırlığında, 583 əyyarlı bir ədəd qızıl aralığın və 6 qram ağırlığında, 583 əyyarlı bir ədəd qızıl qadın üzüyün yerində olmadığını, onların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Anası ona qızılların oğurlandığını bildirdikdə o, dərhal polisə bu barədə məlumat vermişdir. Sonradan onlara məlum olmuşdur ki, evlərindən oğurluğu xalası oğlu Təqsirləndirilən şəxs etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindiriməsini əks etdirən 1 ədəd CD diskə “HP” markalı kompüter vasitəsi ilə baxış keçirilərkən müdafiəçinin iştirakı ilə keçirilmiş dindirmə zamanı Təqsirləndirilən şəxs əməlini etiraf etməsi müəyyən olunur. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin arayışından görünür ki, 01 ədəd Rusiya istehsalı, əyarı 583, çəkisi 104 qram olan qızıl boyunbağının qiyməti 7280 manat, Rusiya istehsalı, əyarı 583, çəkisi 21 qram olan (iki ədəd sırğa, bir ədəd üzükdən ibarət) briliant qaşlı bir cüt qızıl sırğa-üzük dəstinin qiyməti 1840 manat, 01 ədəd Rusiya istehsallı, əyarı 583, çəkisi 46 qram olan qızıl qolbağın qiyməti 3220 manat, 01 ədəd Rusiya istehsalı, əyarı 583, çəkisi 8 qram olan briliant qaşlı qızıl kişi üzüyünün qiytməti 560 manat, bir ədəd Rusiya istehsalı, əyarı 583, çəkisi 10 qram olan briliant qaşlı qızıl qadın üzüyünün qiyməti 700 manat, bir ədəd Rusiya istehsalı, əyarı 583, çəkisi 12 qram olan briliant qaşlı qızıl qadın üzüyünün qiyməti 840 manat, 01 ədəd Rusiya istehsalı, əyarı 583, çəkisi 7 qram olan qızıl qadın üzüyünün qiyməti 490 manat, 01 ədəd Rusiya istehsalı, əyarı 583, çəkisi 3 qram olan qızıl aralığın qiyməti 210 manat, 01 ədəd Rusiya istehsalı, əyarı 583, çəkisi 6 qram olan qızıl qadın üzüyünün qiyməti 420 manat, 01 ədəd Azərbaycan istehsallı mücrünün qiyməti 10 manatdır. Qeyd olunan qızıl-zinət əşyalarının qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. Cinayət işinin materialında olan sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Boradigah qəsəbəsi C.Cabbarlı küçəsi ev 29-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə qanunsuz olaraq tək daxil olub həmin evin yataq otağındakı əl-çantasmdan Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 15570 manat təşkil edən qızılzinət əşyalarını mücrü qabla birlikdə oğurlayaraq həmin günü Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Moskva” univermağı kimi tanınan ərazidə səyyar qızıl alqı-satqısı ilə məşğul olan şəxslərə 3000 manat pulun müqabilində satmışdır. Keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını almış şəxslərin şəxsiyyətini, həmçinin oğurlanmış qızılların olduğu yeri hələ ki, müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, o, istintaq orqanına verdiyi ifadəsini bir daha təsdiq edərək əyani təsvir etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 noyabr 2023-ci il tarixdə azad edilmişdir. Masallı RİHB-nin Masallı rayon Boradigah qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla anası X1 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi əməlində Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallardır. Məhkəmə həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ikinci dərəcə əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, dəymiş ziyanın ödənilməsi, özünün davranışı, zərərçəkmiş şəxslə barışması və ondan şikayətin olmaması əsas verir ki, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxsnın üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digə tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət 02 gün kimi nəzərə alınmalı və ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə xərci 20 (iyirmi) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h;AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN,AZ11BRES******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 08 noyabr 2023-cü il tarixdən 09 noyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə xərci 20 (iyirmi) manat tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************,SWİFTBRESAZ22,İBAN AZ11BRES******************** hesabına köçürülsün. Hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şipkayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar