Məhkəmə qərarları › İş №1(050)-26/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-26/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-26/2023 22.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı)-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh)-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxx 1994-cü ildə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 08 noyabr 2022-ci il tarixdə saat 11 radələrində əvvəllər tanıdığı, qonşusu Zərərçəkmiş şəxs Masallı rayonu, Bədəlan kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə həmin evin birinci mərtəbəsində yerləşən plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində yerləşən otaqdakı şkafdan sonunucuya məxsus bir ədəd 10 qram çəkidə, 583 əyarlı, 1000 manat dəyərində, üzərində 5 ədəd ağ rəngli qaşları olan dördkünc formalı qızıl kişi üzüyünü, bir ədəd 8 qram çəkidə, 583 əyarlı, 800 manat dəyərində, “karona” formalı qızıl qadın üzüyünü, bir ədəd 6 qram çəkidə, 583 əyarlı, 600 manat dəyərində, üzərində ağ rəngli qaşı olan qızıl qadın üzüyünü, bir ədəd 8 qram çəkidə, 583 əyarlı, 800 manat dəyərində, gül formalı qızıl qadın üzüyünü, bir ədəd 7 qram çəkidə, 583 əyarlı, 700 manat dəyərində, ulduz formalı qızıl qadın üzüyünü, bir ədəd 10 qram çəkidə, 583 əyarlı, 1000 manat dəyərində, burma formalı qızıl qadın üzüyünü, bir ədəd 10 qram çəkidə, 583 əyarlı, 1000 manat dəyərində, sonsuzluq işarəsi formalı qızıl qadın üzüyünü, bir ədəd 6 qram çəkidə, 583 əyarlı, 600 manat dəyərində, sadə qaşlı qızıl qadın üzüyünü, bir ədəd, 25 qram çəkidə, 583 əyarlı, 2000 manat dəyərində “yolka” formalı qızıl bilərziyi, bir ədəd, 40 qram çəkidə, 583 əyarlı, 4000 manat dəyərində toxunma formalı qızıl bilərziyi, bir ədəd 30 qram çəkidə, 583 əyarlı, 3000 manat dəyərində “reket” qızıl boyunbağını, bir ədəd 10 qram çəkidə, 888 əyarlı, 1000 manat dəyərində, üzərində insan təsviri olan qızıl beşliyi, iki ədəd, hər biri 888 əyarlı, 8 qram çəkidə, 750 manat dəyərində olan sadə formalı qızıl aralıqları və həmin evin ikinci mərtəbəsində yerləşən yataq otağındakı dolabın üzərində olan pul qabından 40 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 18.040 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, lakin müəyyən vaxtlarda Masallı və ətraf rayonlarda toylarda müğənnilik edən müxtəlif şəxslərin qeyri-rəsmi qaydada prodüserliyini həyata keçirib oradan əldə etdiyi qazancla dolanışığını təmin etmişdir. Masallı rayonu, Bədəlan kənd sakini Zərərçəkmiş şəxs tanıyır, qonşusudur, onunla arasında əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. Son vaxtlar toylarla əlaqədar olan işi ilə məşğul ola bilmədiyi üçün maddi vəziyyətində çətinliklər yaranmışdır. Maddi sıxıntıları ilə əlaqədar tanışlarından bir qədər borc pul aldığı üçün həmin pulu qaytarmaq məqsədi ilə arvadı Gültac Əzizovaya cehiz kimi aldığı qızıl-zinət əşyalarının bir hissəsini satıb pul əldə etmək fikrinə düşmüşdür. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə günorta radələrində yaşadığı evdə arvadına məxsus həmin qızıl-zinət əşyaların olduğu dolabdan 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl boyunbağını və həmin boyunbağıya aid bir ədəd qızıl aralığı arvadı Gültacın icazəsi ilə götürüb əvvəllər üzdən tanıdığı, adının sonradan Şahid1 olduğunu bildiyi Lənkəran şəhər sakininə məxsus Lənkəran şəhərində “Böyük bazar” adlanan bazarda yerləşən qızıl mağazasına satmaq üçün aparmışdır. Həmin vaxt orada 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl boyunbağını və həmin boyunbağıya aid bir ədəd qızıl aralığı Şahid1 arvadına məxsus olduğunu deyərək ümumilikdə 1050 manata satmış və əldə etdiyi pulu borclarını qaytarmağa sərf etmişdir. Lakin 2022-ci ilin noyabr ayının əvvəllərində arvadı Gültacla aralarında ailə daxili mübahisə olduğu üçün arvadı satdığı 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl aralığı ondan tələb etmişdir. Həmin vaxt Gültaca qızıllarını geri qaytaracağına söz vermiş, lakin həmin vaxt qızılların pulunu borclarına verdiyindən pulu olmadığı üçün çətin vəziyyətə düşmüşdür. Bu səbəbdən arvadına məxsus qızılları satdığı Lənkəran şəhərində yerləşən mağazadan həmin qızılları hansı yolla geri qaytarmaq barədə fikirləşməyə başlamışdır. Bu məqsədlə qonşusu Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. O, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olduğu zaman saat təxminən 09 radələrində qonşusu Qalibin işlədiyi ərzaq mağazasına getməsini bildiyi üçün onun evini müşahidə edib sonuncunun oğlunun evdən çıxmasını gözləməyə başlamışdır. Həmin gün saat təxminən 11 radələrində qonşusu Qalibin adını bilmədiyi oğlunun yaşadıqları evin darvazasından çıxıb uzaqlaşmasını görüb, yaşadığı evdən küçəyə çıxaraq ətrafa nəzər yetirib küçədə heç kimin olmadığını görüb iti addımlarla Qalibin evinin həyətyanı sahəsinə yaxınlaşmışdır. O, yaşadığı ev istiqamətindən Qalibin evinin həyətyanı sahəsinin ətrafında olanda əzilmiş dəmir çəpərdən keçərək Qalibin fərdi yaşayış evinin yerləşdiyi həyətə daxil olmuşdur. Həmin vaxt Qalibin evinin ön hissəsindən onu kiminsə görə biləcəyindən ehtiyat etdiyi üçün evin arxa hissəsinə keçmişdir. Həmin vaxt evin arxa tərəfindən birinci mərtəbədə yerləşən plastik pəncərənin bağlı olduğunu görüb qabaqcadan üzərində götürdüyü bıçaqla pəncərəni aralayıb kilidini yuxarıya qaldırmaqla açmışdır. Daha sonra həmin pəncərədən Qalibin evinə daxil olmuş, oradan birbaşa evin daxilində olan daş pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxmışdır. İkinci mərtəbəyə qalxdıqdan sonra orada yerləşən ümumi zala daxil olmuş və həmin vaxt evin ikinci mərtəbəsində iki otağın və bir mətbəx otağının olduğunu görmüşdür. Sonra o, evin ikinci mərtəbəsində sağda yerləşən ortağa daxil olaraq otağa nəzər yetirməyə başlamış və həmin otaqda olan şkafa yaxınlaşıb onun dolab hissələrindən birinin qapısını açmaq istəyən zaman həmin dolabın kilidli olduğunu görüb, orada qızıl-zinət əşyalarının ola biləcəyini fikirləşdiyi üçün oranın açarını axtarmaq məqsədi ilə ətrafa baxan zaman həmin şkafın qapısı açıq olan digər dolabına baxdıqda oradan bir neçə ədəd kişi pencəyinin asıldığını görmüşdür. Həmin vaxt pencəklərin ciblərinə baxaraq şkafın kilidini axtarmış və birinci pencəyin iç cibinə əlini saldıqda orada bir ədəd açarın olduğunu hiss etmişdir. Həmin açarı götürərək şkafın bağlı olan dolabının kilidinə daxil etdikdə qapı açılmışdır. Sonra dolaba baxdıqda orada qızıl-zinət əşyalarını görüb götürmüşdür. Daha sonra evin pilləkənlərinə keçmək istəyəndə əvvəlcə daxil olmaqdan imtina etdiyi evin ikinci mərtəbəsində olan birinci otağının giriş papısının yanında qoyulmuş kiçik dolabın üzərində olan bir ədəd pul qabı gözünə sataşmış, həmin pul qabında pul ola biləcəyini düşünüb otağın qapısından içəriyə daxil olub dolabın üzərindəki həmin pul qabını götürüb açmış və pul qabının içərəsində bir ədəd 10 manatlıq, iki ədəd 20 manatlıq pul əskinaslarının olduğunu görmüşdür. Həmin vaxt pul qabında olan iki ədəd 20 manatlıq pul əskinasını götürüb şalvarının cibinə qoyduqdan sonra pul qabını dolabın üzərinə qoymuşdur. Daha sonra pilləkənlərdən evin birinci mərtəbəsinə düşüb Qalibin evinə daxil olduğu pəncərədən çölə çıxmış və pəncərəni örtmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs həyətinə daxil olduğu yerdən küçəyə çıxmışdır. Sonra oradan yaşadığı kəndin daxilindən keçən Boradigah-Ərkivan avtomobil yolunun kənarına gəlmişdir. O, həmin yerə piyada gedənədək Qalibin evindən götürdüyü açarı və üzərində olan bıçağı yolun kənarında xatırlamadığı istiqamətdə tullamışdır. Daha sonra yolun kənarında bir müddət dayandıqdan sonra tanımadığı şəxsə məxsus avtomobillə Masallı şəhərinə gəlib “Köhnə bazar” adlanan ərazidə avtomobildən düşmüşdür. Masallı şəhərində bir qədər gəzdikdən sonra saat təxminən 14 radələrində Masallı şəhəri Köhnə bazar ərazisindən tanımadığı şəxsə məxsus “Qazel” markalı sərnişin avotomobili ilə Lənkəran şəhərinə gedib “Böyük bazar” adlanan ərazidə avtomobildən düşmüşdür. Həmin gün təxminən saat 15-16 radələrində Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə yerləşən, xx.xx.2022-ci il tarixdə arvadına məxsus 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl aralığı satdığı Şahid1 məxsus qızıl-zinət əşyaları satılan mağazaya getmişdir. Orada Şahid1 yaxınlaşıb ona satdığı arvadına məxsus 1 ədəd üzüyü, 1 ədəd boyunbağını və 1 ədəd qızıl aralığı arvadı ilə arasında narazlıq yarandığı üçün geri almaq istədiyini bildirmiş və həmin qızılların satılıb-satılmadığını soruşmuşdur. Həmçinin Farizə həmin qızılları satmaqla ondan aldığı 1050 manat pulu xərclədiyini, pulun əvəzində isə anasına məxsus qızılları gətirdiyini, həmin qızıllara baxmasını istəmişdir. Şahid1 arvadına məxsus satdığı qızılların mağazada olduğunu, həmin qızılların hələki satılmadığını ona bildirmişdir. Həmin vaxt Şahid1 onu məşğul olduğu işlə əlaqədar əvvəlcədən tanıdığı üçün ondan hansı növ qızıl zinət əşyalarını gətirdiyini soruşmuş və etdiyi təkliflə razılaşa biləcəyini bildirmişdir. Bu zaman o, cibindən Qalibin evindən oğruladığı 1(bir)ədəd qızıl boyunbağını, 2(iki) ədəd qızıl bilərziyi, 8(səkkiz) ədəd qızıl üzüyü, 1(bir) ədəd qızıl beşliyi və 2(iki) ədəd qızıl aralığı çıxarıb mağazanın sahibinə təqdim etmişdir. Bundan sonra Şahid1 qızıllara nəzər yetirib, qızılların köhnə istehsal olduğunu, qızılları ancaq əritmək üçün ala biləcəyini, həmin qızılların müqabilində ona xx.xx.2022-ci il tarixdə satdığı arvadına məxsus 1 ədəd üzüyü, 1 ədəd boyunbağını,1 ədəd qızıl aralığı qaytarmaqla yanaşı əlavə olaraq 1650 manat pul da verə biləcəyini bildirmişdir. Həmçinin həmin vaxt Şahid1 qızılların oğurluq olub-olmadığı barədə ondan soruşduqda, o, Farizə qızılların anasına məxsus olduğunu, arvadına məxsus satdığı qızılları geri almaq və borcu olduğuna görə pul lazım gəldiyi üçün satdığını bildirmişdir. Bundan sonra Şahid1 ondan şəxsiyyət vəsiqəsinin üzərində olub-olmadığını soruşduqda, o, vəsiqəsinin üzərində olmadığını bildirdikdə Şahid1 onu toylar vasitəsi ilə tanıdığı üçün vəsiqəsinin sürətini almadan qızılları ondan alacağını bildirmişdir. Bundan sonra Şahid1 həmin qızılları ondan alaraq müqabilində xx.xx.2022-ci il tarixdə satdığı arvadına məxsus 1 ədəd üzüyü, 1 ədəd boyunbağını, 1 ədəd qızıl aralığı və 1650 manat pul vermişdir. Bundan sonra o, həmin pulu və qızılları cibinə qoyub mağazadan çıxaraq tanımadığı şəxsə məxsus taksi ilə birbaşa Lənkəran şəhərində yerləşən “Ləvəngi” dairəsi adlanan yerə getmişdir. Daha sonra oradan tanımadığı şəxsə məxsus yol maşını ilə əvvəlcə yaşadığı evə getmiş, həmin vaxt evdə heç kim olmadığından arvadına məxsus 1 ədəd üzüyü, 1 ədəd boyunbağını və 1 ədəd qızıl aralığı evin giriş hissəsində qapının yanına qoyub evdən çıxaraq yol maşını ilə Bakı şəhərinə yola düşmüşdür. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhərinə çatıb 20 Yanvar metrosunun yaxınlığında avtomobildən düşmüş, daha sonra oradan metro ilə birbaşa Bakı şəhəri Nərimanov rayonu ərazisinə gedib orada yerləşən, əvvəllər də bir neçə dəfə gecələdiyi “Lalə” adlı oteldə qalmışdır. O, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində qonşusu Qalibin evindən oğurladığı 40 manat pulu və qızıl-zinət əşyalarını satmaqla əldə etdiyi 1650 manat qazancı Bakı şəhərində olduğu müddətdə şəhərin müxtəlif yerlərində özü üçün xərcləmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən cavanlığını, ailəli olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ailəsinin yeganə təminatçısı olmasını, ilk dəfə olaraq cinayər məsuliyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyandan 5.000 manatın ödənildiyini, ziyanın qalan hissəsinin ödənilməsi üçün zərərçəkmişlə razılığa gəldiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmadığını və mülki iddianı qəbul etdiyini nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini və mülki iddianın təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus Masallı rayonu, Bədəlan kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. X7 2019-cu il tarixdə vəfat etmişdir. Bundan başqa qızı Fidan Məcidova hal-hazırda tələbə olduğu üçün Bakı şəhərində yaşayır. O, isə oğlu Heydər Məcidovla birlikdə həmin evdə yaşayır. Onun iş rejimi gündəlik olaraq saat 09-dan saat 20:00-dək olduğundan, eləcə də oğlu Heydər orta məktəbdə oxumaqla ali məktəbə hazırlaşdığı üçün müxtəlif fənnlərdən məşğələlərə getdiyindən yaşadığı ev müəyyən vaxtlarda nəzarətsiz qalır. O, evinin giriş qapısını kilidləsə də, həyətin darvazası kildisiz olduğundan, arabir onunla eyni kənddə yaşayan bacısı Rəsmiyyə onlar evdə olmayan vaxtlarda həyət-bacaya nəzarət etmək üçün onun evinin həyətinə baş çəkir. xx.xx.2022-ci il tarixdə qızı Fidan bayram tətili ilə əlaqədar Bakı şəhərindən yaşadığı evə gəlmişdir. O, 08 noyabr 2022-ci il tarixdə səhər saatlarında işə getmiş, həmin vaxt qızı və oğlu evdə qalsalar da o, evdən çıxan zaman oğlunun həmin gün bir-iki saat sonra məşğələyə gedəcəyindən, qızının isə onlarla eyni kənddə yaşayan digər bacısı Zeynəbin evinə qonaq gedəcəyini bilmişdir. Bu səbəbdən evdən çıxan zaman evin qapısını kilidləməyi uşaqlarına tapşırmışdır. O, həmin gün axşam saat 20 radələrində işdən öz evinə qayıtmış və elə həmin vaxt qızı Fidan da bibisigildən evə gəlmişdir. Onlar evə giriş qapısından daxil olduqdan bir müddət sonra qızı Fidan bibisi Zeynəbin ona xərcləməsi üçün veridiyi 10 manatı otağında olan pul qabına qoyan zaman həmin pul qabına qoyduğu onun əvvəlcədən qızına saxlaması üçün verdiyi 40 manat pulun pul qabında olmadığını ona bildirmişdir. O, həmin vaxt buna əhəmiyyət verməsə də, bir müddət sonra oğlu Heydər məşğələdən evə qayıdan zaman uşaqlarına heç bir söz demədən arvadından qalmış qızıl-zinət əşyalarının olduğu otağa keçmiş və həmin qızılları saxladığı otaqda olan şkafın dolabının kilidinin açarını qoyduğu həmin şkafın digər gözündən asdığı pencəyinin cibini axtarmağa başlamışdır. O, həmin pencəyin ciblərini axtarsa da, açarı tapa bilməmiş və uşaqlarını səsləyib çağırmışdır. Qızı və oğlu yanına gəldikdən sonra şkafın açarının harada olması barədə onlardan soruşsa da, uşaqları açarın harada olduğundan xəbərsiz olduqlarını ona demişlər. Bundan sonra oğlu Heydər qızıl-zinət əşylarını qoyduğu şkafın həmin kilidli olan dolabının qapısını dartaraq zorla açmışdır. Bundan sonra o, həmin şkafın dolabının içərsindəki qızıl-zinət əşyalarını saxladığı qırmızı rəngli sellafanın içərisinə baxan zaman sellofanda olan uzun formalı qızıl qabında olan iki ədəd qızıl bilərziyinin, 1 ədəd kiçik ölçülü dairəvi formalı qızıl qabının içərisində olan bir ədəd qızıl qadın üzüyünün, 1 ədəd kiçik ölçülü dördkünc formalı qızıl qabının içərisində olan bir ədəd qızıl qadın üzüyünün, eləcə də onun düyünlədikdən sonra sellofan torbanın içərisinə qoyduğu cib dəsmalının içərisində olan 1 ədəd qızıl kişi üzüyünün, 5 ədəd qızıl qadın üzüyünün, 1 ədəd qızıl boyunbağının, 2 ədəd dairəvi formalı qızıl aralığın və 1 ədəd qızıl beşliyin yerində olmadığını görmüşdür. Həmin vaxt sadaladığı qızıl qabları və cib dəsmalını açıq vəziyyət sellofan torbanın içərisində gördükdə, onların içərisində saxladığı qeyd etdiyi qızıl-zinət əşyalarının və eləcə də qızına saxlaması üçün verdiyi 40 manat pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğrulandığını başa düşmüşdür. Bundan sonra o, 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Daha sonra evə polis əməkdaşları gəlmişər və o, qızıl-zinət əşyalarının, eləcə də pulunun oğurlandığı barədə ərizə ilə müraciət edib hadisə yerini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı naməlum şəxs və ya şəxslərin evinin arxa tərəfində olan plastik pencərəni açmaqla evə daxil olduğunu bilmişdir. Ona məxsus evdən bir ədəd 10 qram çəkidə, 583 əyarlı, 1000 manat dəyərində, üzərində 5 ədəd ağ rəngli qaşları olan dördkünc formalı qızıl kişi üzüyü, bir ədəd 8 qram çəkidə, 583 əyarlı, 800 manat dəyərində, “karona” formalı qızıl qadın üzüyü, bir ədəd 6 qram çəkidə, 583 əyarlı, 600 manat dəyərində, üzərində ağ rəngli qaşı olan qızıl qadın üzüyü, bir ədəd 8 qram çəkidə, 583 əyarlı, 800 manat dəyərində, gül formalı qızıl qadın üzüyü, bir ədəd 7 qram çəkidə, 583 əyarlı, 700 manat dəyərində, ulduz formalı qızıl qadın üzüyü, bir ədəd 10 qram çəkidə, 583 əyarlı, 1000 manat dəyərində, burma formalı qızıl qadın üzüyü, bir ədəd 10 qram çəkidə, 583 əyarlı, 1000 manat dəyərində, sonsuzluq işarəsi formalı qızıl qadın üzüyü, bir ədəd 6 qram çəkidə, 583 əyarlı, 600 manat dəyərində, sadə qaşlı qızıl qadın üzüyü, bir ədəd, 25 qram çəkidə, 583 əyarlı, 2000 manat dəyərində “yolka” formalı qızıl bilərzik, bir ədəd, 40 qram çəkidə, 583 əyarlı, 4000 manat dəyərində toxunma formalı qızıl bilərzik, bir ədəd 30 qram çəkidə, 583 əyarlı, 3000 manat dəyərində “reket” qızıl boyunbağı, bir ədəd 10 qram çəkidə, 888 əyarlı, 1000 manat dəyərində, üzərində insan təsviri olan qızıl beşlik, iki ədəd hər biri 888 əyarlı, 8 qram çəkidə, 750 manat dəyərində olan sadə formalı qızıl aralıq oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 18.040 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyandan 5.000 manatının ödənildiyini, qalan məbləğlə bağlı öz aralarında hissə-hissə ödənilməsi üçün razılığa gəldiklərini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını qeyd edərək, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini və mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təxminən 5 ildir özünə məxsus Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidə yerləşən qızıl mağazasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər qiyabi olaraq Lənkəran rayonundan olan bir neçə tanıdığı müğəninin prudüseri kimi işlədiyini bilmiş və onu bir neçə dəfə müxtəlif toy şənliklərində görmüşdür. Onun Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2022-ci il tarixdə günorta radələrində ona məxsus Lənkəran şəhərində yerləşən qızıl mağazasına gələrək borcu olduğuna görə arvadına məxsus 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl boyunbağını və həmin boyunbağıya aid 1 ədəd qızıl aralığı satmaq istədiyini bildirmişdir. Həmin vaxt o, Muradla razılaşıb ümumilikdə 20 qrama yaxın olan həmin qızıl-zinət əşyalarını ondan ümumilikdə 1050 manata almışdır. Həmin vaxtdan sonra bir müddət Muradı görməmişdir. Lakin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs yenidən onun mağazasına gələrək arvadına aid satdığı qızıl-zinət əşyalarını geri almaq istədiyini, həmin qızılların satılıb-satılmadığını soruşduqda, o, Murada qızılların hələki satılmadığını bildirib onları geri almaq üçün müqabilində ondan aldığı 1050 manatı verməli olacağını demişdir. Həmin vaxt Murad pulu xərclədiyinə görə əvəzində anasına aid müxtəlif növlü qızıl-zinət əşyalarını satmaq üçün gətirdiyini bildirib həmin qızıllara baxmağını ondan istəmişdir. Daha sonra Murad əynində olan gödəkçəsinin cibindən 1 ədəd qızıl boyunbağını, 2 ədəd qızıl aralığı, 1 ədəd qızıl bilərziyi, 1 ədəd qızıl kişi üzüyü, 7 ədəd qızıl qadın üzüyünü və 1 ədəd qızıl beşliyi çıxarıb piştaxtanın üzərinə qoymuşdur. O, həmin qızıllara baxan zaman onlardan 1 ədəd beşliyin və aralıqların 888 əyarda, digərlərinin isə rus qızılı olaraq 583 əyarlı olduğunu görmüşdür. Muradın təqdim etdiyi qızıllar köhnə istehsallı olduğu üçün və həmçinin keyfiyyətcə satışa yararlı olmadıqlarına görə o, həmin vaxt onları əritmək üçün “lom” qiymətinə ala biləcəyini bildirmişdir. Murad onunla razılaşdıqdan sonra o, həmin qızılları ümumilikdə 2700 manata Muraddan almış və qızılların müqabilində Murada xx.xx.2022-ci il tarixdə arvadına məxsus satdığı qızılları və əlavə olaraq 1650 manat pul vermişdir. Həmin vaxt Muradın satdığı qızıl-zinət əşyaları köhnə model olduqlarından o, həmin qızılları əridilməsi üçün almış və həmin tarixə uyğun alış qiymətinə görə Murada pul vermişdir. O, Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarını oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Əgər bundan məlumatı olsa idi heç vaxt Muraddan həmin qızıl-zinət əşyalarını almazdı və bu barədə polisə dərhal məlumat verdi. Həmin qızıl-zinət əşyalarını aldıqdan bir gün sonra əridilməsi üçün Bakı şəhərinə göndərdiyindən istinatqa təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ona qızılları satan zaman mağazada satıcısı Şahid3 və bir neçə nəfər tanımadığı müştəri olmuşdur. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-in Boradigah PB-nin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Masallı rayonu, Bədəlan kəndi onun xidməti ərazisinə daxildir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində xidməti iş yerində olduğu zaman Boradigah PB-nin növbətçi hissəsindən ona Masallı rayonu, Bədəlan kənd sakini Zərərçəkmiş şəxs məxsus Bədəlan kəndində yerləşən fərdi yaşayış evində oğurluq hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Həmin vaxt o, PB-nin əməliyyattəhqiqat qrupunun üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə getmişdir. Orada Zərərçəkmiş şəxs hadisə yerini ona təqdim edərək özünə məxsus yaşadığı evdən müztəlif növlü qızıl-zinət əşyalarının və 40 manat pulunun oğurlanması barədə məlumat verib ərizə ilə Boradigah PB-nə müraciət etmişdir. Həmin vaxtdan etibarən oğurluq faktı ilə bağlı tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Həmin əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs məxsus evdən 1 ədəd qızıl boyunbağını, 2 ədəd qızıl aralığı, 2 ədəd qızıl bilərziyi, 1 ədəd qızıl kişi üzüyünü, 7 ədəd qızıl qadın üzüyünü, 1 ədəd qızıl beşliyi və 40 manat pulu Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs oğurlamışdır. Keçirilmişəməliyyat axtarış tədbirləri zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı qızı-zinət əşyalarını Lənkəran şəhər sakini Şahid1 məxsus Lənkəran şəhəri “Böyük bazar” ərazisində yerləşən qızıl mağzasına satmışdır. Sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Masallı rayonu, Bədəlan kəndi ərazisində saxlanılaraq istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs xidməti ərazisinin sakini kimi tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsindən başqa hər hansı cinayət hadisəsi törətməsi və ya törədilməsində iştirak etməsi barədə ona əməliyyat məlumatı daxil olmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən (arayış) görünür ki, qeyd olunmuş bir ədəd 10 qram çəkidə, 583 əyarlı, üzərində 5 ədəd ağ rəngli qaşları olan dördkünc formalı qızıl kişi üzüyünün qiyməti 800 manat, bir ədəd 8 qram çəkidə, 583 əyarlı, “karona” formalı qızıl qadın üzüyünün qiyməti 640 manat, bir ədəd 6 qram çəkidə, 583 əyarlı, üzərində ağ rəngli qaşı olan qızıl qadın üzüyünün qiyməti 480 manat, bir ədəd 8 qram çəkidə, 583 əyarlı, gül formalı qızıl qadın üzüyünün qiyməti 640 manat, bir ədəd 7 qram çəkidə, 583 əyarlı, ulduz formalı qızıl qadın üzüyünün qiyməti 560 manat, bir ədəd 10 qram çəkidə, 583 əyarlı, burma formalı qızıl qadın üzüyünün qiyməti 800 manat, bir ədəd 10 qram çəkidə, 583 əyarlı, sonsuzluq işarəsi formalı qızıl qadın üzüyünün qiyməti 800 manat, bir ədəd 6 qram çəkidə, 583 əyarlı, sadə qaşlı qızıl qadın üzüyünün qiyməti 480 manat dəyərində, bir ədəd, 25 qram çəkidə, 583 əyarlı, “yolka” formalı qızıl bilərziyin qiyməti 2000 manat, bir ədəd, 40 qram çəkidə, 583 əyarlı, toxunma formalı qızıl bilərziyin qiyməti 3600 manat, bir ədəd 30 qram çəkidə, 583 əyarlı, “reket” qızıl boyunbağının qiyməti 2400 manat, bir ədəd 10 qram çəkidə, 888 əyarlı, üzərində insan təsviri olan qızıl beşliyin qiyməti 800 manat, iki ədəd, hər biri 888 əyarlı, 8 qram çəkidə, sadə formalı qızıl aralıqların qiiyməti 750 manat olmaqla ümumi dəyəri 1500 manatdır. Qeyd olunan əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ifadələrində göstərdiyi qızıl-zinət əşyalarının qiymətləri ilə "xxxx" MMC-nin mütəxəssisinin xx.xx.2022-ci il tarixli rəyində göstərdiyi qiymətlər arasında olan ziddiyətlər üxrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi qiymətlər əsas götürülmüşdür. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Bədəlan kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Bədəlan kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 621 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 4 (050)-97/2022 saylı qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin ona qarşı şikayəti olmamasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 13.040 manat və ödənilmiş dövlət rüsumuna görə 130 manat məbləğində pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddianı tam qəbul edərək təmin olunması barədə qərar qəbul edilməsinə etirazı olmamasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməl nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddia tam təmin edilməklə Təqsirləndirilən şəxs maddi ziyana görə 13.040 (on üç min qırx) manat və ödənilmiş dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülməli, iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 357, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 20 (iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülsün. Mülki iddia tam təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 13.040 (on üç min qırx) manat və ödənilmiş dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat, cəmi 13.170 (on üç min yüz yetmiş) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən, elan olunduğu 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Hakim Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar