Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-27/2023 25.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Eıvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu ildə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayon X5 Mərkəzində heyvandarlıq sektorunda baş məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən sui-istifadə etməklə tamah niyyəti ilə əvvəllər tanıdığı Masallı rayonu, Hacıtəpə kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 oğlu Şahid1 və Zərərçəkmiş şəxs2 oğlu Şahid2 1800 manat müqabilində Kənd Təsərrüfatı Nazirliyinin Masallı X5 Mərkəzində işə düzəldəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 Masallı rayonu, Hacıtəpə kəndində yerləşən fərdi yaşayış evində 08 iyun 2022-ci il tarixdə sonuncunun 900 manat pulunu, Zərərçəkmiş şəxs2 isə 900 manat pulunu vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxslərə ümumilikdə 1800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayon X5 Mərkəzində heyvandarlıq sektorunda baş məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən sui-istifadə etməklə tamah niyyəti ilə əvvəllər tanıdığı Masallı rayonu, Hacıtəpə kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 oğlu Şahid1 və Zərərçəkmiş şəxs2 oğlu Şahid2 1700 manat müqabilində Kənd Təsərrüfatı Nazirliyinin Masallı X5 Mərkəzində işə düzəldəcəyini yalandan vəd verib aldadaraq Masallı şəhər ərazisində yerləşən “Heydər Əliyev” parkının kənarında 15 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 850 manat pulunu, Zərərçəkmiş şəxs2 isə 850 manat pulunu vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxslərə ümumilikdə 1700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələrində əzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı şəhər X5 mərkəzində 15 avqust 2016-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixə kimi baş məsləhətçi vəzifəsində işləmişdir. Halhazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 tanıyır və aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Şahbazla birlikdə 7 il DAİM-də işləmişdir. 03 iyun 2022-ci il tarixdə Şəmməd Şahbazovun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, Şəmmədlə bir müddət telefonda söhbət etmişdir. Söhbət əsnasında Şəmmədə Masallı şəhər DAİM-də texniki vəzifələrin boş olduğunu və həmin vəzifədə işə düzəltmək üçün iki nəfər münasib adam tapmağını istəmişdir. Söhbət zamanı Şəmməd ondan həmin şəxsləri necə işə düzəldəcəyini soruşmuşdur. O, da, Şəmmədə həmin şəxslərin Masallı şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçəcəyini və 20 gün müddətində həmin siyahıda adları işsiz kimi qaldıqdan sonra adlarını həmin siyahıdan götürüb DAİM-də texniki vəzifədə işə düzəldəcəyini və punun üçün 1800 manat pulun lazım olacağını demişdir. Şahbazla sağollaşdıqdan sonra o, çıxıb getmişdir. Bir müddət sonra Şahbaz ona zəng edərək kiçik oğlu Şahid1 işsiz olduğundan onu işə düzəltmək istədiyini bildirmişdir. Şəmməd Şahbazova heç bir problem olmadığını və başqa bir nəfəri də tapmağını istəmişdir. Şahbaz getdikdən bir müddət sonra ona təkrar zəng edərək qonşusu Zərərçəkmiş şəxs2 oğlu Şahid2 də DAİM-də texniki vəzifədə işə düzəltməsini istəmişdir. Şahbaza heç bir problem olmadığını bildirmişdir. Bundan sonra Şahbazla sağollaşmış və mobil telefonunu söndürmüşdür. 08 iyun 2022-ci il tarixdə Şahbaz ona mobil telefonu ilə zəng edərək 1800 manat pulun hazır olduğunu bildirmiş və həmin pulu götürmək üçün fərdi yaşayış evlərinə dəvət etmişdir. Əmisi oğlu Şahid3 məxsus olan “Mercedes Benz” markalı avtomobil ilə Şahhüseynlə birlikdə Şahbazın Hacıtəpə kəndində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Həmin vaxt Şahbaz onları qarşılamışdır. Şahhüseyn ilə birlikdə avtomobildən aşağı düşərək Şahbaz ilə görüşmüşdür. Bundan sonra Şahhüseyn avtomobilində əyləşmişdir. Şahbaz onu kənara çəkmiş və ona 1800 manat pulu vermişdir. Həmin pulu almış və Şahhüseyn ilə birlikdə fərdi yaşayış evinə gəlmişdir. 11 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng etmiş və söhbət zamanı Elşən və Aqilin işə düzəlməsi, həmçinin sənədləşmə ilə bağlı təkrarən 1700 manat pulun lazım olduğunu demişdir. Şahbaza həmin pulun 850 manatını onun, 850 manatını isə Allahverdinin verəcəyini bildirmişdir. Həmin pulu 2-3 günə hazır edəcəyini bildirmişdir. 15 iyun 2022-ci il tarixdə səhər saatlarında Şahbaza mobil telefonu ilə zəng etmiş onu Masallı şəhəri ərazisində yerləşən “Heydər Əliyev” parkının qarşısında gözlədiyini demişdir. Şahbazla parkda görüşdükdən sonra sonuncu ona 1700 manat pul vermiş, 850 manat özünün, qalan 850 manatını isə Zərərçəkmiş şəxs2 oğlunu işə düzəlməsi ilə bağlı verdiyini bildirmişdir. Üzərindən bir müddət keçdikdən sonra Şahbaz ona zəng edərək oğlu Elşənin və Allahverdinin oğlu Aqilin işlərinin düzəlmədiyini bildirib pullarını geri tələb etmişdir. Şahbaza yaxın vaxtlarda pulunu geri qaytaracağını demişdir. xx.xx.2022-ci il tarixdə Masallı şəhər DAİM-dən işdən çıxmışdır. 03 noyabr 2022-ci il tarixdə Şahbaz ona mobil telefon ilə zəng edərək görüşmək istədiyini bildirmişdir. 04 noyabr 2022-ci il tarixdə Şahbaza Şıxlar kənd icra nümayəndəliyinin qarşısına gəlməsini istəmişdir. 04 noyabr 2022-ci il tarixdə Şahbaz ilə Şıxlar kənd icra nümayəndəliyinin qarşısında görüşmüş və ertəsi gün ona pul verəcəyini bildirmişdir. 05 noyabr 2022-ci il tarixdə Masallı rayon Şıxlar kənd icra nümayəndəliyinin qarşısında Şahbaza 1000 manat pul vermişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs2 və əmisi oğlu Şahid3 onun yanında olmuşdur. Zərərçəkmiş şəxs2 ilk dəfə orada tanımışdır. Zərərçəkmiş şəxs2 ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Şahbaza iki gün sonra yenidən pul verəcəyini demiş və onun Şıxlar kənd icra nümayəndəliyinin qarşsına gəlməsini istəmişdir. 07 noyabr 2022-ci il tarixdə səhər saatlarında Şıxlar kənd icra nümayəndəliyinin qarşısına gəlmişdir. Həmin vaxt Şahbaz və Allahverdi orada olmuşdur. Şahbaz və Allahverdi ilə görüşdükdən sonra 500 manat pulu Şahbaza vermişdir. Qalan 2000 manat pulu isə az müddət ərzində geri qaytaracağını bildirmişdir. Heç bir yerdə işləmədiyi üçün və maddi vəziyyətində problemlər olduğundan Şahbazdan aldığı pulu geri qaytara bilməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin pullarını geri qaytarılmaqla dəymiş maddi ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, onların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq ona cərimə ilə əlaqədar yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Masallı şəhərində yerləşən X5 Mərkəzində 2013-cü il tarixdən süni mayalanma texniki vəzifəsində işləyir. Qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin edir. Təqsirləndirilən şəxs tanıyır. Onunla 7 il DAİM-də işləmişdir. Hasil DAİM-də baş məsləhətçi vəzifəsində işləmişdir. Hasil ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Hasil Masallı rayonu, Hacıtəpə kəndində yerləşən fərdi yaşayış evinə bir neçə dəfə qonaq gəlmişdir. 03 iyun 2022-ci il tarixdə saat təxminən 11 radələrində Masallı rayonu, Hacıtəpə kəndində yerləşən fərdi yaşayış evində olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Hasil ilə bir müddət telefonda söhbət etmişdir. Söhbət əsnasında Hasil ona Masallı şəhər DAİM-də texniki vəzifələrin boş olduğunu və həmin vəzifədə işə düzəltmək üçün iki nəfər münasib adam tapmağını istəmişdir. Söhbət zamanı Hasildən həmin şəxsləri necə işə düzəldəcəyini soruşmuşdur. Hasil də həmin şəxslərin Masallı Şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçəcəyini və 20 gün müddətində həmin siyahıda adlarının işsiz kimi qaldıqdan sonra adlarını həmin siyahıdan götürüb DAİM-də texniki vəzifədə işə düzəldəcəyini bildirmişdir. Kiçik oğlu Şahid1 işsiz olduğundan onu işə düzəltmək qərarına gəlmiş və mobil telefonda Hasilə oğlu Şahid1 işə düzəltmək istədiyini bildirmişdir. Hasil də heç bir problem olmadığını və başqa bir nəfəri də tapmağını istəmişdir. Bundan sonra Hasil ilə sağollaşmış və mobil telefonunu söndürmüşdür. Həmkəndlisi və qonşusu olan Zərərçəkmiş şəxs2 oğlu Aqil də işsiz olduğundan onun da oğlu kimi işə düzəlməsini istəmişdir. Buna görə də Zərərçəkmiş şəxs2 mobil telefonuna zəng edərək iş yoldaşı Hasilin oğlu Şahid1 DAİM-də texniki vəzifədə işə düzəldəcəyini bildirmiş və əgər istəyərsə Hasilin onun oğlu Aqili də DAİM-də işə düzəldəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 də Hasilin oğlu Aqili DAİM-də necə işə düzəldəcəyini soruşmuşdur. Öz oğlu Elşənin və Allahverdinin oğlu Aqilin Masallı Şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçəcəyini həmin siyahıda adlarının 20 gün müddətində işsiz kimi qeydiyyatda qalacağını və 20 gündən sonra Hasilin Elşən və Aqilin adlarını həmin siyahıdan götürüb DAİM-də işə düzəldəcəyini qeyd etmişdir. Zərərçəkmiş şəxs2 də onunla razılaşmışdır. Daha sonra Allahverdi onu fərdi yaşayış evlərinə dəvət etmişdir. Allahverdinin fərdi yaşayış evinin həyətyanı sahəsinə gəlmiş və Allahverdi ilə görüşdükdən sonra həyətdə olan stolda əyləşmişdir. Yenə də iş barədə Allahverdiyə məlumat vermiş və Hasilin mobil telefonuna zəng etmişdir. Həmin vaxtı mobil telefonunun səsini mikrofana qoymuşdur ki, Hasilin səsini Allahverdi də eşitsin. Hasil mobil telefonu açmış və ona qonşusu Allahverdinin oğlu Şahid2 də DAİM-də texniki vəzifədə işə düzəltməsini istəmişdir. Hasil də heç bir problem olmadığını bildirmişdir. Bundan sonra Hasil ilə sağollaşmış və mobil telefonunu söndürmüşdür. Bir müddət Allahverdi ilə çay içib söhbət etmişdir. Daha sonra fərdi yaşayış evinə gəlmişdir. Axşam saatlarında Hasil yenidən onun mobil telefonuna zəng edərək Elşən və Aqili DAİM-də texniki vəzifədə işə düzəltmək üçün 1800 manat pul lazım olduğunu bildirmişdir. Hasil həmin 1800 manat pulun 900 manatının onun, 900 manatını isə Allahverdinin verəcəyini bildirmişdir. Həmin pulu Hasilə verəcəyini bildirmişdir. Bundan sonra Hasil onunla sağollaşmış və mobil telefonunu söndürmüşdür. Bundan sonra Allahverdiyə mobil telefonu ilə zəng edərək Hasilin Elşən və Aqili işə düzəltmək üçün 1800 manat pul istədiyini və həmin pulun 900 manatını onun, 900 manatını isə Allahverdinin verməli olduğunu bildirmişdir. Allahverdi də fərdi yaşayış evinin həyətyanı sahəsində bir baş dişi cinsli inəyinin olduğunu və həmin inəyi satdıqdan sonra həmin 900 manat pulu verəcəyini bildirmişdir. 04 iyun 2022-ci il tarixdə səhər saatlarında fərdi yaşayış evində olan zaman Hasil yenidən ona mobil telefon vasitəsi ilə zəng edərək 1800 manat pulun hazır olubolmadığını soruşmuşdur. Özünün 900 manat pulu hazır etdiyini, lakin Allahverdinin həmin pulu bir neçə günə hazır edəcəyini bildirmişdir. Hasil də heç bir problem olmadığını qeyd etmiş və sağollaşaraq mobil telefonunu söndürmüşdür. 08 iyun 2022-ci il tarixdə axşam saat 18 radələrində fərdi yaşayış evində olan zaman Allahverdi onun mobil telefonuna zəng edərək bir baş dişi cinsli inəyini satdığını və 900 manat pulun hazır olduğunu bildirmişdir. Allahverdini fərdi yaşayış evinə çağırmışdır. Allahverdi bir neçə dəqiqə sonra fərdi yaşayış evinə gələrək ona 900 manat pulu vermişdir. Allahverdi ona 900 manat pulu verən zaman oğlu Elşən yanında olmuşdur. Allahverdi ona 900 manat pulu verdikdən sonra sağollaşaraq fərdi yaşayış evindən getmişdir. Bir müddət sonra Hasil onun mobil telefonuna zəng etmiş və 1800 manat pulun hazır olub-olmadığını soruşmuşdur. 1800 manat pulun hazır olduğunu bildirmiş və həmin pulu götürməsi üçün Hasili fərdi yaşayış evinə dəvət etmişdir. 08 iyun 2022-ci il tarixdə axşam saat 21 radələrində fərdi yaşayış evində olan zaman Hasil bibisi oğlu Şahid3la birlikdə “Mercedes Benz” minik markalı avtomobil ilə fərdi yaşayış evinin həyətyanı sahəsinə gəlmişdir. Oğlu Elşən ilə birlikdə Hasil və Şahhüseyni qarşılamışdır. Bir müddət sonra 1800 manat pulu fərdi yaşayış evində Hasilə vermişdir. Hasilə 1800 manat pulu verən zaman yanında Şahhüseyn və oğlu Elşən olmuşdur. Hasil 1800 manat pulu ondan aldıqdan sonra oğlu Elşənin və Allahverdinin oğlu Aqilin ertəsi gün şəxsiyyət vəsiqələrini götürüb Masallı Şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçmələrini istəmişdir. Heç bir problem olmadığını bildirmişdir. Bundan sonra Hasil və Şahhüseyn sağollaşmış və “Mercedes Benz” minik markalı avtomobilə əyləşərək getmişdir. Hasil fərdi yaşayış evindən getdikdən sonra o, mobil telefonu ilə Allahverdinin mobil telefonuna zəng etmiş və səhər saatlarında oğlu Aqilin onun oğlu Elşən ilə birlikdə Masallı Şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçməsini istəmişdir. Allahverdi oğlu Aqilin səhər saatlarında şəxsi işi olduğunu və gün ərzində məşğulluq mərkəzində qeydiyyatdan keçəcəyini bildirmişdir. 09 iyun 2022-ci il tarixdə səhər saatlarında oğlu Elşən fərdi yaşayış evindən çıxaraq Masallı şəhərinə gəlmişdir. Bir müddət sonra oğlu Elşən ona zəng edərək 2019-cu il tarixdən Masallı Şəhər Məşğulluq Mərkəzində adının işsiz kimi qeydiyyatda olduğunu və təkrar qeydiyyata alınmağa ehtiyacın olmadığını bildirmişdir. Bundan sonra mobil telefonu ilə Hasilə zəng edərək oğlu X2 işsiz kimi qeydiyyatdan keçdiyini bildirmiş və sağollaşaraq mobil telefonunu söndürmüşdür. Bir müddət sonra Hasil yenidən onun mobil telefonuna zəng etmiş və Allahverdinin X4 mərkəzində qeydiyyatdan keçib-keçmədiyini soruşmuşdur. Xəbərinin olmadığını və Allahverdi ilə əlaqə saxlayıb xəbər verəcəyini bildirmişdir. Mobil telefonu ilə Allahverdinin mobil telefonuna zəng etmiş və X4 mərkəzində işsiz kimi qeydiyyatdan keçib-keçmədiyini soruşmuşdur. Allahverdi də X4 mərkəzində işsiz kimi qeydiyyatdan keçdiyini bildirmişdir. Aqil ilə telefon danışığını bitirdikdən sonra yenidən Hasilə mobil telefon vasitəsi ilə zəng etmiş və Allahverdinin oğlunun da məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdan keçdiyini bildirmişdir. 11 iyun 2022-ci il tarixdə Masallı şəhər ərazisində olan zaman Hasil onun mobil telefonuna zəng etmiş və söhbət zamanı Elşən və Aqilin işə düzəlməsi, həmçinin sənədləşmə ilə bağlı təkrarən ondan və Allahverdidən ümumilikdə 1700 manat pul istəmişdir. Hasil həmin pulun 850 manatını onun, 850 manatını isə Allahverdinin verəcəyini bildirmişdir. Həmin pulu 2-3 günə hazır edəcəyini bildirmişdir. Hasil ilə mobil telefon danışığını bitirdikdən sonra Allahverdinin mobil telefonuna zəng edərək fərdi yaşayış evinə gəlməsini istəmişdir. Bir müddət sonra Allahverdi fərdi yaşayış evinə gəlmişdir. Allahverdi ilə söhbət edən zaman Hasilin təkrarən 1700 manat pul istədiyini və hərəsinin 850 manat pul verəcəyini bildirmişdir. Allahverdi də ondan 1-2 gün vaxt istəmişdir. Təxminən 15 iyun 2022-ci il tarixdə səhər saatlarında Allahhverdi fərdi yaşayış evinə gələrək ona 850 manat pul vermişdir. Bundan sonra Hasilə mobil telefonu ilə zəng etmiş və 1700 manat pulun hazır olduğunu bildirmişdir. Hasil də onu Masallı şəhəri ərazisində yerləşən “Heydər Əliyev” parkının qarşısına gəlməyini istəmişdir. Özündə olan 850 manat və Allahverdinin verdiyi 850 manat pulu götürmüş və Masallı şəhər ərazisində yerləşən “Heydər Əliyev” parkının qarşısına gəlmişdir. Həmin vaxt Hasil parkın qarşısında olmuşdur. Hasil ilə görüşmüşdür. Bu zaman Hasil pulu gətiribgətirmədiyini soruşmuşdur. 1700 manat pulun üzərində olduğunu bildirmişdir. Hasil həmin pulu parkın kənarında ona verməyini istəmişdir. Hasildən nə səbəbə pulu kənarda vermək istədiyini soruşmuşdur. Hasil də pulu ona verməyinin kameraya düşməsini istəmədiyini bildirmişdir. Heç bir problem olmadığını bildirmiş və “Heydər Əliyev” parkının kənarında Hasilə 1700 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Hasil 1700 manat pulu götürmüş və bir neçə gün sonra oğlu Elşən və Allahverdinin oğlu Aqilin işə düzəlməklə bağlı əmrinin veriləcəyini və onlara maaş kartının təqdim olunacağını bildirmişdir. Bundan sonra Hasil ilə sağollaşmışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərinə kimi Hasildən xəbər gözləsə də heç bir xəbər çıxmamışdır. Mütəmadi olaraq Hasildən mobil telefon əlaqəsi saxlamış, həmçinin görüşüb Elşən və Aqilin nə vaxt işə düzələcəyini soruşmuşdur. Hasil isə qısa müddət ərzində Elşən və Aqilin işə düzələcəyini bildirmişdir. Lakin Hasildən heç bir xəbər çıxmamışdır. Hasil xx.xx.2022-ci il tarixdə Masallı DAİM-dən işdən xaric olunmuşdur. Bir müddət də Hasildən xəbər gözləmiş, lakin o Elşən və Allahverdinin işə düzəlməsi barədə heç bir xəbər verməmişdir. Artıq Hasilin ona və Allahverdiyə qarşı dələduzluq etməsindən şübhələnmiş və pulunu istəmək qərarına gəlmişdir. 03 noyabr 2022-ci il tarixdə Allahverdi ilə axşam saatlarında fərdi yaşayış evində görüşmüşdür. Söhbət zamanı Allahverdiyə Hasilin onları aldatdığını, dələduzluq yolu ilə pulunu aldığını bildirmişdir. Allahverdi ilə Hasildən pullarını istəmək qərarına gəlmişdir. Allahverdinin yanında Hasil ilə mobil telefon əlaqəsi saxlayaraq onunla görüşmək istədiyini bildirmişdir. Hasil də ertəsi gün Masallı rayonu, Şıxlar kənd icra nümayəndəliyinin qarşısında görüşməyini istəmişdir. Razılaşmış və mobil telefonunu söndürdmüşdür. 04 noyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində Şıxlar kənd icra nümayəndəliyinin qarşısına gəlmişdir. Həmin vaxt Hasil orada olmuşdur. Hasilə verdiyi 3500 manat pulu geri istəmişdir. Hasil də ertəsi gün Şıxlar kənd icra nümayəndəliyinin qarşısına gəlməyini istəmişdir. Hasil ilə razılaşmışdır. Axşam saatlarında Allahverdi ilə mobil telefon əlaqəsi saxlamış və ertəsi gün onunla birlikdə Şıxlar kəndinə getməsini istəmişdir. Allahverdi onunla razılaşmışdır. 05 noyabr 2022-ci il tarixdə səhər saatlarında Allahverdi ilə birlikdə Şıxlar kənd icra nümayəndəliyinin qarşısına gəlmişdir. Həmin vaxt Hasilin əmisi oğlu Şahhüseyn də orada olmuşdur. Şahhüseyn ilə görüşmüş və söhbət zamanı Hasilin ondan dələduzluq yolu ilə 3500 manat pulunu aldığını bildirmişdir. Bir müddət sonra Hasil də onun yanına gəlmişdir. Hasil ilə görüşmüş və ona verdiyi 3500 manat pulunu istəmişdir. Hasil də ona Allahverdi və Şahhüseyinin yanında 1000 manat pul vermiş və 2 gün sonra yenidən pul verəcəyini bildirmişdir. Hasil ilə razılaşmışdır. Bundan sonra Allahverdi ilə birlikdə Hacıtəpə kəndinə gəlmişdir. Fərdi yaşayış evində Hasilin ona verdiyi 1000 manat pulun 500 manatını Allahverdiyə vermişdir. 07 noyabr 2022-ci il tarixdə Allahverdi ilə birlikdə yenidən Şıxlar kənd icra nümayəndəliyinin qarşısına gəlmiş və orada Hasil ilə görüşmüşdür. Hasil ona Allahverdinin yanında 500 manat pul vermiş, qalan 2000 manat pulu isə yaxın günlərdə verəcəyini bildirmişdir. Yenə də Hasilin verdiyi 500 manat pulun 250 manatını Allahverdiyə vermişdir. Sonda Ş.F.Şahbazov ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Hacıtəpə kənd orta məktəbində müəllim vəzifəsində işləyir. Qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin edir. 03 iyun 2022-ci il tarixdə saat təxminən 11 radələrində Hacıtəpə kəndində yerləşən fərdi yaşayış evində olan zaman həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng etmiş və iş yoldaşı Hasilin DAİM-də texniki vəzifədə işə düzəltmək üçün iki nəfər axtardığını, öz oğlu Elşəni həmin idarədə işə düzəldəcəyini və istəyərsə onun oğlu Aqili də Hasilin həmin idarədə işə düzəldə biləcəyini bildirmişdir. Şahbazı öz fərdi yaşayış evinə dəvət etmişdir. Şahbaz da bir müddət sonra Masallı rayonu, Hacıtəpə kəndində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Şahbaz ilə həyətdə əyləşmişdir. Bundan sonra Şahbaz onun yanında Hasilin mobil telefonuna zəng etmişdir. Həmin vaxtı Şahbaz mobil telefonunun səsini mikrofana qoymuşdur ki, Hasilin səsini o da eşitsin. Hasil mobil telefonu açmış və həmin vaxt Şahbaz ona oğlu Şahid2 də işə düzəltməsini istəmişdir. Hasil də heç bir problem olmadığını bildirmişdir. Bundan sonra Şahbaz sağollaşaraq mobil telefonunu söndürmüşdür. Bir müddət sonra Şahbaz fərdi yaşayış evindən getmişdir. Axşam saatlarında Şahbaz mobil telefonuna zəng edərək Hasilin Elşən və Aqili DAİM-də işə düzəltmək üçün 1800 manat pul lazım olduğunu və həmin pulun 900 manatını özünün, 900 manatını isə onun verəcəyini bildirmişdir. Bir baş dişi cinsli inəyinin olduğunu və həmin inəyi satdıqdan sonra 900 manat pulu verə biləcəyini bildirmişdir. Şahbaz da onunla razılaşmışdır. Bir baş dişi cinsli inəyini satdıqdan sonra 08 iyun 2022-ci il tarixdə axşam saat 18 radələrində fərdi yaşayış evində olan zaman Şahbaza mobil telefonu vasitəsi ilə zəng edərək bir baş inəyini satdığını və 900 manat pulun hazır olduğunu bildirmişdir. Şahbaz da onu evlərinə çağırmışdır. Bir neçə dəqiqə sonra Şahbazın fərdi yaşayış evinə gəlmiş və Şahbaza 900 manat pulu vermişdir. Şahbaza 900 manat pulu verən zaman oğlu Elşən onun yanında olmuşdur. Pulu verdikdən sonra fərdi yaşayış evinə gəlmişdir. Axşam saat 22 radələrində fərdi yaşayış evində olan zaman Şahbaz mobil telefonuna zəng etmiş və səhər saatlarında oğlu Aqilin onun oğlu Elşən ilə birlikdə Masallı Şəhər Məşğulluq Mərkəzində qeydiyyatdan keçməsini istəmişdir. Oğlu Aqilin şəxsi işi bağlı Elşən ilə birlikdə Masallı Şəhər Məşğulluq Mərkəzinə gedə bilməyəcəyini, lakin gün ərzində özünün gedib işsiz kimi qeydiyyatdan keçəcəyini bildirmişdir. Səhər saatlarında oğlu Aqil Masallı şəhərində yerləşən Məşğulluq Mərkəzinə gedərək işsiz kimi qeydiyyatdan keçmişdir. Axşam saatlarında Şahbaz mobil telefonuna zəng etmiş və oğlunun işsiz kimi qeydiyyatdan keçib-keçmədiyini soruşmuşdur. X4 Mərkəzində işsiz kimi qeydiyyatdan keçdiyini bildirmişdir. 11 iyun 2022-ci il tarixdə fərdi yaşayış evində olan zaman Şahbaz onun mobil telefonuna zəng edərək fərdi yaşayış evinə dəvət etmişdir. Şahbazın fərdi yaşayış evinə gəlmişdir. Şahbaz söhbət zamanı Hasilin Elşən və Aqilin işi ilə bağlı təkrarən 1700 manat pul lazım olduğunu və həmin pulun 850 manatını özünün, 850 manatını isə mənim verməli olduğunu bildirmişdir. Həmin pulu düzəltmək üçün 1-2 gün vaxt lazım olduğunu bildirmişdir. Bir neçə günə 850 manat pulu hazır etmiş və 15 iyun 2022-ci il tarixdə səhər saatlarında Şahbazın fərdi yaşayış evinə gələrək 850 manat pulu ona vermişdir. Daha sonra isə öz fərdi yaşayış evinə geri qayıtmışdır. 2022-ci ilin noyabr ayına kimi olan müdddət ərzində mütəmadi olaraq Şahbaz ilə görüşüb işin nə yerdə qaldığını soruşmuşdur. Şahbaz da Hasildən xəbər gözlədiyini bildirmişdir. 03 noyabr 2022-ci il tarixdə axşam saatlarında Şahbazın fərdi yaşayış evində görüşmüşdür. Söhbət zamanı Şahbaz Hasilin onlara qarşı dələduzluq etdiyini bildirmişdir. Hasildən pulunu almaq qərarına gəlmişdir. Şahbaz onun yanında Hasilə mobil telefon vasitəsi ilə zəng edərək onunla danışmışdır. Şahbaz Hasil ilə telefon danışığını bitirdikdən sonra Hasil ilə ertəsi gün görüşəcəyini bildirmişdir. Şahbaz bir müddət sonra fərdi yaşayış evindən getmişdir. 04 noyabr 2022-ci il tarixdə axşam saatlarında Şahbaz mobil telefon ilə ona zəng etmiş və ertəsi gün onunla birlikdə Masallı rayonu, Şıxlar kəndinə getməyini istəmişdir. Şahbaz ilə razılaşmışdır. 05 noyabr 2022-ci il tarixdə səhər saatlarında Şahbaz ilə birlikdə Şıxlar kənd icra nümayəndəliyinin qarşısına gəlmişdir. Həmin vaxt əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Hasilin əmisi oğlu Şahhüseyn də orada olmuşdur. Şahhüseyn ilə görüşmüş və söhbət zamanı Hasilin ondan dələduzluq yolu ilə 3500 manat pulunu aldığını bildirmişdir. Bir müddət sonra Hasil də onun yanına gəlmişdir. Hasil ilə görüşmüş və ona verdiyi 3500 manat pulunu istəmişdir. Hasil də onun və Şahhüseyinin yanında Şahbaza 1000 manat pul vermiş və 2 gün sonra yenidən pul verəcəyini bildirmişdir. 07 noyabr 2022-ci il tarixdə Şahbaz ilə birlikdə yenidən Şıxlar kənd icra nümayəndəliyinin qarşısına gəlmiş və orada Hasil ilə görüşmüşdür. Hasil onun yanında Şahbaza 500 manat pul vermiş, qalan 2000 manat pulu isə yaxın günlərdə verəcəyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Hacıtəpə kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 tanıyır. Onun atasıdır. Atası Zərərçəkmiş şəxs1 Masallı RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Məlum hadisə ilə bağlı onu qeyd etmişdir ki, 03 iyun 2022-ci il tarixdə Masallı rayonu, Hacıtəpə kəndində yerləşən fərdi yaşayış evində olan zaman atası onu yanına çağırmış və iş yoldaşı Təqsirləndirilən şəxs onu X5 Mərkəzində texniki vəzifədə işə düzəldəcəyini bildirmişdir. Hasilin onu necə işə düzəldəcəyini soruşmuşdur. Atası da Masallı Şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçəcəyini, 20 gün müddətində adının həmin siyahıda işsiz kimi qeydiyyatda qaldıqdan sonra Təqsirləndirilən şəxs həmin siyahıdan adını götürərək Masallı Şəhər DAİM-də texniki vəzifədə işə düzəldəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs onunla birlikdə qonşusu Zərərçəkmiş şəxs2 oğlu Aqilin də DAİM-də işə düzəldəyini bildirmişdir. Atası ilə razılaşmışdır. Təqsirləndirilən şəxs tanıyır. O, atası Zərərçəkmiş şəxs1la birlikdə DAİM-də işləmişdir. Onunla arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 08 iyun 2022-ci il tarixdə axşam saat 21 radələrində Hasil əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi əmisi oğlu Şahid3la birlikdə “Mercedes Benz” minik markalı avtomobil ilə atasına məxsus fərdi yaşayış evinə gəlmişdir. Atası Şahbaz ilə birlikdə Hasil və Şahhüseyni qarşılaşmışdır. Bir müddət sonra atası 1800 manat pulu fərdi yaşayış evində Hasilə vermişdir. Həmin vaxtı Şahid3 onun yanında olmuşdur. Bundan sonra Hasil onun və qonşusu Allahverdinin oğlu Aqilin ertəsi gün Masallı Şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçməsini istəmişdir. Hasil 1800 manat pulu götürmüş və Şahhüseyn ilə birlikdə atasına məxsus fərdi yaşayış evindən getmişdir. Hasil getdikdən sonra atası Şahbaz mobil telefonu ilə Allahverdinin mobil telefonuna zəng edərək və səhər saatlarında oğlu Aqilin onunla birlikdə Masallı Şəhər Məşğulluq Mərkəzində qeydiyyatdan keçməsini istəmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs2 oğlunun şəxsi işi olduğunu və gün ərzində məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdan keçəcəyini bildirmişdir. 09 iyun 2022-ci il tarixdə səhər saatlarında Masallı şəhərində yerləşən Məğulluq Mərkəzinə gələrək qeydiyyatdan keçmək istəmişdir. Həmin vaxtı onun məşğulluq mərkəzində 2019-cu il tarixdən işsiz kimi qeydiyyatda olduğunu təkrarən işsiz kimi qeydiyyatdan keçməyə ehtiyac olmadığını bildirmişlər. Bundan sonra atasına zəng edərək işsiz kimi qeydiyyatda olduğunu bildirmişdir. Bundan sonra atasının ona xəbər verməsini gözləmişdir. Bir neçə gün sonra atası ilə söhbət edən zaman o Hasilə təkrarən 1700 manat pul verdiyini bildirmişdir. Atası həmin pulun 850 manatını Allahverdinin, 850 manatını isə özünün verdiyini bildirmişdir. 2022-ci ilin noyabr ayının əvvəlinə kimi gözləsə də o və Aqil DAİM-də işə düzəldə bilməmişdir. Daha sonra atası ona Hasilin onu və Allahverdini aldatdığını və dələduzluq yolu ilə pullarını ələ keçirdiyini bildirmişdir. Onun bir neçə gün sonra xəbəri olmuşdur ki, atası və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ümumilikdə 1500 manat pullarını geri almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Masallı rayonu, Şıxlar kəndində ailsi ilə birlikdə yaşayır. Təqaüdçüdür. Aldığı təqaüdlə ailəsinin gündəlik ehtiyaclarını təmin edir. Masallı rayonu, Hacıtəpə kənd sakini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Masallı RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. 08 iyun 2022-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində yerləşən fərdi yaşayış evində olan zaman əmisi oğlu Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng etmiş və Hacıtəpə kəndinə getmək istədiyini, lakin avtomobili olmadığı üçün onun avtomobilim ilə getmək istədiyini bildirmişdir. Heç bir problem olmadığını bildirmişdir. Bundan sonra mobil telefonunu söndürmüş və “Mercedes Benz” minik markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hasili fərdi yaşayış evinin qarşısından götürmüşdür. Daha sonra Hasil ilə birlikdə Masallı rayonu, Hacıtəpə kəndində yaşayan əvvəllər tanımadığı lakin adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətyanı sahəsinə gəlmişdir. Onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hasil avtomobildən aşağı düşmüşdür. Həmin vaxtı Şahbaz avtomobilinin yanına gələrək Hasil və onunla görüşmüşdür. Bundan sonra Şahbaz onu fərdi yaşayış evinə çay içməyə dəvət etmişdir. Şahbaz Hüseynova təşəkkürünü bildirmişdir. Avtomobilində Hasili gözləmişdir. Bundan sonra Hasil və Şahbaz avtomobilindən müəyyən məsafədə uzaqlaşmış və söhbət etməyə başlamışdır. Təxminən 15 dəqiqə sonra Şahbaz və Hasil yenidən avtomobilinin yanına gəlmişdir. Hasil avtomobilinə əyləşmiş və sağollaşaraq getmişdir. Hasil avtomobildə olan zaman heç bir söhbət etməmişdir. Hasili fərdi yaşayış evlərinə gətirmişdir. Daha sonra öz fərdi yaşayış evinə gəlmişdir. 05 noyabr 2022-ci il tarixdə dostunun oğlunun toyunda iştirak etmək üçün onunla birlikdə getməsi məqsədilə Hasilin mobil telefonuna zəng etmişdir. Hasil də Şıxlar kənd icra nümayəndəliyinin qarşısına gəlməsini istəmişdir. Avtomobili ilə Şıxlar kənd icra nümayəndəliyinin qarşısına gəlmişdir. Həmin vaxtı Hasil orada olmamışdır. Bir müddət sonra Şahbaz və əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Masallı rayonu, Hacıtəpə kənd sakini Zərərçəkmiş şəxs2 ilə birlikdə onun yanına gəlmişdir. Onlarla görüşmüşdür. Şahbaz və Allahverdi Hasilin onların 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini, lakin indiki vaxta kimi həmin pulu geri qaytarmadığını bildirmişdir. Bir müddət sonra Hasil onun yanına gəlmişdir. Hasil onunla görüşmüş, onun və Allahverdinin yanında Şahbaza 1000 manat pul vermişdir. Hasil növbəti günlərdə qalan pulu geri qaytaracağını bildirmişdir. Bundan sonra Şahbaz və Allahverdi sağollaşaraq getmişdir. Hasil ilə birlikdə toy mərasiminə getmişdir. Toy bitdikdən sonra Hasili öz fərdi yaşayış evinə gətirmiş, bundan sonra öz fərdi yaşayış evinə geri qayıtmışdır. Hasilin Şahbaz və Allahverdi ilə aralarında olan məsələ ilə bağlı heç bir şey soruşmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Masallı şəhərində ailəsi ilə birlikdə yaşayır. X7 İnkişaf Mərkəzində 23 may 2016-cı il tarixdən direktor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. O, Masallı DAİM-də xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə kimi heyvandarlıq sektorunda baş məsləhətçi vəzifəsində işləmişdir. Onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə başqa işə keçməsi ilə bağlı ərizə yazaraq könüllü şəkildə işdən çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 DAİMdə işə düzəltməsi barədə heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs hər hansı şəxs və ya şəxsləri işə düzəltməklə bağlı hər hansı səlahiyyəti yoxdur. İbtadi istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsində göstərilmişdir ki, Masallı rayonu, Hacıtəpə kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsinin gündəlik ehtiyaclarını təmin edir. Zərərçəkmiş şəxs1 tanıyır. Onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs1 və atası Zərərçəkmiş şəxs2 Masallı RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. 03 iyun 2022-ci il tarixdə saat təxminən 12 radələrində Masallı rayonu, Şıxlar kəndində yerləşən fərdi yaşayış evində olan zaman atası onu yanına çağırmış və Zərərçəkmiş şəxs1 iş yoldaşı Təqsirləndirilən şəxs onu DAİM-də texniki vəzifədə işə düzəldəcəyini bildirmişdir. Hasilin onu necə işə düzəldəcəyini soruşmuşdur. Atası da onun Masallı Şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçdikdən sonra 20 gün müddətində adının həmin siyahıda qalacağını, 20 gündən sonra Təqsirləndirilən şəxs adını həmin siyahıdan götürüb Masallı Şəhər DAİM-də işə düzəldəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs onunla birlikdə Zərərçəkmiş şəxs1 oğlu Elşənin də DAİM-də işə düzəldəyini bildirmişdir. Atası ilə razılaşmışdır. 04 iyun 2022-ci il tarixdə fərdi yaşayış evində olan zaman Zərərçəkmiş şəxs1 atasına məxsus mobil telefona zəng edərək Hasilin onu və Elşəni DAİM-də işə düzəltmək üçün 1800 manat pul istdəyini və həmin pulun 900 manatını atasının verəcəyini bildirmişdir. Atası da həyətyanı sahəsində olan bir baş dişi cinsli inəyi satdıqdan sonra həmin pulu verə biləcəyini bildirmişdir. Atası bir baş dişi cinsli inəyi satdıqdan sonra 08 iyun 2022-ci il tarixdə axşam saatlarında 900 manat pulu götürüb Zərərçəkmiş şəxs1 evinə getmiş və bir müddət sonra geri qayıtmışdır. Bir neçə saat sonra Zərərçəkmiş şəxs1 atasına yenidən mobil telefon vasitəsi ilə zəng edərək onun və oğlu Elşənin ertəsi gün şəxsiyyət vəsiqələrini götürüb Masallı Şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçməsini istəmişdir. Şəxsi işi ilə bağlı olaraq Elşənlə birlikdə Məşğulluq Mərkəzinə gedə bilməmişdir. Lakin 09 iyun 2022-ci il tarixdə günorta saatlarında Masallı şəhərində yerləşən Məğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçmiş və mobil telefonu ilə atasına zəng edərək işsiz kimi qeydiyyatdan keçdiyini bildirmişdir. Bundan sonra atasının ona xəbər verməsini gözləmişdir. Bu hadisənin üzərindən iki ay keçmiş, lakin o və Elşən DAİM-də işə düzəlməmişdir. 2022-ci ilin oktyabr ayının sonlarında atasından Hasilin onu işə düzəldib-düzəltməyəcəyini soruşmuşdur. Atası da ona Hasilin ona və Şahbaza qarşı dələduzluq etdiyini və bu yolla onların 3500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Bundan sonra atası Allahverdi və həmkəndlisi Şahbaz noyabr ayında Təqsirləndirilən şəxs ümumilikdə 1500 manat pulunu geri almışdır. Hal-hazırda Təqsirləndirilən şəxs atası və Şahbazın dələduzluq yolu ilə ələ keçirdiyi puldan 2000 manat pulunu geri qaytarmamışdır. İş materiallarında olan üzləşdirmə haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan üzləşdirmə haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan üzləşdirmə haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Masallı X5 Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək X6 X1 sektorunda baş məsləhətçi vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, şıxlar kəndində qeydiyyatda olmaqla yaşayır və ərazdə yaşadığı müddətdə onun barəsində Masallı RİHB-nın Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şifahi və ya yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, Təqsirləndirilən şəxs bizə qarşı dələduzluq cinayəti törətmişdir, bizə dəymiş ziyanı tam vermişdir. Artiq o, dəymiş ziyanı ödəmişdir. Bizim ona qarşı heç bir şikayətimiz yoxdur. Odur ki, ərizəni nəzərə alasınız. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, Təqsirləndirilən şəxs bizə qarşı dələduzluq cinayəti törətmişdir, bizə dəymiş ziyanı tam vermişdir. Artiq o, dəymiş ziyanı ödəmişdir. Bizim ona qarşı heç bir şikayətimiz yoxdur. Odur ki, ərizəni nəzərə alasınız. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərşəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur. Odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulan - zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini səmimi etiraf edərək, buna görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla islah yolundadır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmişdir. Bu halda məhkəmə hesab edir ki, o, yüngül cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də cərimə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbi olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Masallı Rayon X5 Mərkəzində heyvandarlıq sektorunda baş məsləhətçi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə törətdiyindən, onun gələcəkdə müəyyən rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılması qeyri-mümkündür və bu səbəbdən də ona əlavə cəza təyin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsində nəzrədə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi, Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan müsadirə müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsi nəzərə alınmaqla 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Мasallı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Msasallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-27/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-27/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver