Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-27/2024 31.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi vəkil Nümayəndə, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Qəbələ rayonu Bum kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “Bioloji Təbabət” klinikasının Masallı rayon filialında həkim-neyrocərrah işləyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Bum kəndində qeydiyyatda olmaqla Masallı şəhəri E.Hüseynov küçəsində faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aydın X4 şəhəri F.Hüseynov küçəsində yerləşən Masallı “Bioloji Təbabət” Klinikasıda Həkim-neyrocərrah kimi fəliyyət göstərməklə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkimneyrocərrahın nümunəvi vəzifə təlimatı”-nın 7-ci bəndinin müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması və diaqnozunu müəyyən edir) tələblərini pozaraq səhlənkərlıq edib işinə vicdansız və laqeyd münasibət göstərərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs üzərində “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4, L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” neyrocərrahiyə əməliyyatını qüsurlu icra edib öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək Zərərçəkmiş şəxs onurğa beyninin sinir köklərini zədələyərək sonuncunun ayaqlarının fəaliyyət qabiliyyətinin itirilməsinə səbəb olaraq fiziki şəxs Zərərçəkmiş şəxs qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Belə ki, məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, uzun müddət idi ki, bel yırtığı xəstəliyindən əziyyət çəkmiş, bu səbəbdən sol ayağı zəyif fəaliyyət göstərirmiş. Lakin sağ ayaq normal olmuş, heç bir problemi olmamış, həmin xəstəliyə görə ağrıları olduğundan mütəmadi olaraq Masallı rayonunda yerləşən “Bioloji Təbabət” klinikasında fizioterapeft həkim Şahid4 yanına mualicə üçün gedirmiş. 2023-cü ilin may ayının əvvəlində Günel həkim ona MRT muayinəsindən keçirilməyi məsləhət görmüşdür. Buna görə həmin klinikada yerləşən MRT muayinəsinə getmiş, orada muayinə olunandan sonra əməliyyat olunmağının zəruriliyi müəyyən olunmuşdur. Buna görə əməliyyat olunmaq qərarına gəlmiş, fizioterapeft Günelin yanına gəlib əməliyyat barədə məsləhətləşmiş, lakin Günel həkim ona konkret heçnə deməmişdir. Səhəri gün “Bioloji Təbabət” klinikasının cərrah həkimi Təqsirləndirilən şəxsla əməliyyat barədə söhbət etməyə getmiş, Qəhrəman həkim onu əməliyyatın risksiz olacağını və sağalacağına söz vermişdir. O, 03 may 2023-cü il tarixində əməliyata daxil olmuş, əməliyyat kifayət qədər uzun çəkmiş və saatlar sonra əməliyatdan çıxmış, narkozdan ayıldığının səhəri gün sağlam ayağının da yararsız hala düşdüyünü , hər iki ayağının tam hərəkətsiz olduğunu görmüşdür. O, Qəhrəman həkimdən nə baş verdiyini soruşaraq siniri kəsdiyini dedikdə, həkim bunu təkzib etmiş, daha sonra əməliyat olunaraq ayaq vətərlərini kəsib düzəltməyi məsləhət görmüşdür. 05 may 2023-cü il tarixdə o, ikinci dəfə əməliyyata daxil olmuş, lakin ikinci əməliyyat da nəticəsiz qalmışdır. Daha sonra Qəhrəman həkim onun tam sağaldacağına və tam bərpa olunacağına söz vermiş, bu səbəblə o, yenidən fizioterapevt Günel həkimin yanında təxminən 16 gün mualicə alsa da nəticəsi olmamışdır. Bu hadisədən sonra 2 həftə Qəhrəman həkimlə əlaqə saxlaya bilməmiş, 2 həftə sonra həyat yoldaşı Nəsib Adıgözəlov onunla görüşə getmiş, lakin Qəhrəman həkim əlindən gələni etdiyini, səhv etmədiyini bildirmişdir. Qəhrəman həkimin düzgün əməliyat etməməsi səbəbilə sağlamlığını itirmiş, əməliyyatdan sonra yataq xəstəsi olmuşdur. O, əlavə olaraq bildirmişdir ki, X14 hesabına əməliyyat olunmuş, heç kimə hər hansı məbləğdə pul verməmiş, əməliyat olunanda Qəhrəman həkimdən başqa həkim olmamış, əməliyyatdan əvvəl sağ ayağı normal işləmiş, özünü sərbəst idarə edə bilmiş, lakin əməliyatdan sonra sağ ayağı da yararsız vəziyyətə düşdüyündən ayaqlarını hərəkət etdirə bilməmiş, buna görə də yataq xəstəsi olmuşdur. Əməliyyatdan təxminən 7 ay müddət keçsə də Təqsirləndirilən şəxs onunla maraqlanmamışdır.Həmçinin bel oma nahiyəsində, yəni əməliyat olan yerdə ağrıları keçməmiş, gündən günə şiddətlənmişdir. Həmçinin zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə istintaqı zaman verdiyi ifadəsindən görünür ki, onun bədənində 1 il əvvəl ağrılar olmuş buna görədə “Bioloji Təbabət” klinikasının Masallı rayonunda yerləşən filialında fizioterapeft həkim kimi fəaliyyət göstərən Günel xanımın yanına müalicəyə getmişdir. Onun müalicələrindən sonra 1 il bədənində ağrılar olmamışdır. Daha sonra ağrılar yenidən başlamışdır. Ağrıları sol ayağında olmuş qorxmuş ki, sağ ayağındada belə ağrılar olacaq ona görə də, yenidən Günel xanımın yanına müalicə almaq üçün getmiş, onun tərəfindən yoxlandıqdan sonra yenidən ona fizioterapevt müalicə yazmışdır. 4 gün müayinə olduqdan sonra MRT müayinəsinə getmiş, müayinə olunduqdan sonra İlkin adlı həkim ona bildirmişdir ki, hökmən əməliyyat olunmalısınız və ona bunun üçün Qəhrəman həkimi məsləhət görmüşdür. Xəstəliklə bağlı bütün sənədlərini götürüb Qəhrəman həkimin qəbuluna getmişlər. Həkim sənədlərə baxan kimi bildirmişdir ki, əməliyyat olunmalıdır. Əməliyyat üçün bütün zəruri prosedurları keçdikdən sonra onu may ayının 3-də əməliyyat etmişdir. Əməliyyatdan çıxmış, narkozdan ayılandan sonra bədənində kəskin ağrılar baş vermişdir. Həkim 2 saat sonra onun yanına gəlmiş vəziyyəti ilə maraqlanarkən ona vəziyyətinin ağır olduğunu bədənində kəskin ağrıların olduğunu bildirmişdir. Həkim ondan ayağını tərpətməsini istəmiş və o, ayağını tərpətmişdir. Bundan sona həkim ona bildirmişdir ki, “hiss edirsən ki, ayağın suda olmuş kimi yüngüldür” oda bəli cavabını vermişdir. İki saatdan sonra həkim xəstəxanadakı işçilərə onun gəzdirilməsinə göstəriş vermişdir. Həmin vaxt o, öz ayağını ümümiyətlə hiss etməmişdir. Bundan sonra ağrıları yenə şiddətli olmuşdur. Qəhrəman həkim görmüş ki, vəziyyəti düzəlmir, onu EMG müayinəsindən keçirmişlər və səhəri onu əməliyyata götürmüşlər. Yenədə sağalmamışdır. Əməliyyatdan sonra onun səhhətində problemlər daha ağırlaşmış yaxşılığa doğru heçnə dəyişməmişdir. O, bu hadisədən sonra başqa xəstəliklər tapmışdır. Bundan başqa əməliyyatdan sonra həkim gəlib başının üzərində dayanıb bildirmişdir ki, “Bahar xanım nə bəxtsiz adamsan nə sənin bəxtin var nədə ki, mənim”. Əgər əməliyyat düzgün icra edilmişdirsə niyə ona bu sözü deyirdi. Bundan başqa əməliyyat nəticəsində səhhətində ciddi problemlərlə bağlı başqa yerlərə müraciət etmişdir. Xeyli başqa yerlərdə həkimlərə pul ödəmişdir. Ona maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, əvvəlki məhkəmə iclaslarında zərərçəkmiş şəxs şəxsən özü iştirak etmiş və ifadəsi alınmışdır. Onun vermiş olduğu ifadəsi məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə aparılmışdır. Odur ki, həmin ifadə iş materiallarına əlavə olunsun. Zərərçəkmiş şəxsin mövqeyi ondan ibarətdir ki, onun belində və digər ayağında ağrılar olmuşdur. Hansıki bu gün tam hərəkətsiz qalmışdır. Zərərçəkmiş şəxs ağrıları ilə bağlı X9na müraciət etmiş, orada olmuş, müəyyən fizioterapiyalar keçirilmiş və orada olduğu zaman məsləhət bilmişlər ki, o, əməliyyat oluna bilər və bununla bağlı klinikada həkim vardır. Zərərçəkmiş şəxs əri ilə birlikdə müraciət etmiş, ərizəsində vardır. Hətta zərərçəkmiş şəxs bildirir ki, keçiriləcək cərrahiyyə əməliyyatının fəsadları ilə bağlı həkim onları inandırmışdır ki, heç bir fəsad ola bilməz, gözlə görülməyən sinirləri onlar mikroskop altında çox qalın görürlər, orada hər hansı bir narahatçılıq yoxdur. Həkim tam olaraq onları inandırmışdır. Əməliyyatdan sonra isə artıq fəsadlar yaranmış, öz ayağı ilə gedən şəxs sonda əlil arabası ilə klinikadan çıxmaq məcburiyyətində qalmışdır. Həmin vaxtdan sonra artıq uzun müddətdir ki, müalicə olunur, lakin nəticə yoxdur, sağalması yoxdur. Odur ki, məhkəməyə mülki iddia da verilmişdir. Həmin mülki iddia ilə bağlı müəyyən sübutlar da təqdim olunmuşdur. Zərərçəkmiş şəxsin çəkdiyi mənəvi sarsıntı ilə yanaşı xeyli miqdarda maddi cəhətdən də xəcrlər çəkmişdir. Təqsirləndirilən şəxs isə özünü təqsirli bilmir. Ümumiyyətlə hərəkəti ilə bağlı vurduğu heç bir ziyanın ödənilməsində köməklik göstərmir. Məhkəmənin gedişində isə səhhətində olan vəziyyətlə bağlı ekspertiza təyin olunmuşdur ki, həmin vəziyyət sağala bilərmi, sağalması mümkündürmü. Çünki CM-nin 314.1-ci maddəsində şəxsin mənafeyinə, hüquqlarına vurulmuş zərərdən söhbət gedir. CM-nin 314.2-ci maddəsində isə artıq həmin əməllərin şəxsin ölümünə və ağır nəticələrə səbəb olmasından. Bu adam əgər cinayət törətmiş şəxsin hərəkətinin əməli ilə əlaqədar olaraq heç vaxt səhhəti bərpa olunmayacaqsa bu artıq ölüm olmasa da, ağır nəticəyə səbəb olmuş bir haldır və CM-nin 314.1-ci maddəsinin deyil 314.2-ci maddəsinin tərkibini yaradır. Məhz ona görə ekspertiza təyin olunmuş və rəy alınmışdır. Həmçinin iş üzrə ekspertiza təyin olunan zaman qarşı tərəfində istədiyi suallar ekspert qarşısında qoyulmuşdur. Aparılmış araşdırmanın sonunda ekspertin gəldiyi rəy bu olmuşdur ki, alınmış xəsarət bərpa olunmayacaq və əməliyyat qüsurlu aparılmasaydı şəxsdə bu vəziyyətə düşməzdi. Hesab edir ki, artıq törədilmiş əməldə CM-nin 314.1-ci maddəsindən deyil 314.2-ci maddəsindən söhbət edir. Belə olan halda isə qanunvericilik tələb edir ki, məhkəmə bu halı aşkar edərsə 10 gün müddətində təqsirləndirilən şəxsə yeni ittiham irəli sürmək üçün cinayət işinin materialları rayon prokurorluğuna qaytarılmalıdır. Təqsirləndirilən şəxsin öz işinə laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini lazımınca icra etməməsi zərərçəkmiş şəxsin hazırkı vəziyyətə düşməsinə səbəb olması iş materialları ilə tam sübuta yetirilir. Hazırkı ittiham olunan maddə nəticə tələb edən maddədir. CM-də elə maddələr vardır ki, əməl oldu nəticədən asılı olmadan tərkib yaranır. Hazırkı maddədə bir qədər fərqlilik ondadır ki, nəticəni bir başa nəzərdə tutur. CM-nin 314.1-ci maddəsi əgər mühüm zərəri nəzərdə tutursa, 314.2-ci maddəsi ölümü və ya ağır nəticəni nəzərdə tutur. Hazırda ölüm yoxdur. Lakin sual ondadır ki, ağır nəticə və mühüm zərər. İbtidai istintaq orqanı tərəfindən ittiham verilərkən və iş məhkəməyə verilən zaman zərərçəkmiş şəxsin bundan sonra müalicə ilə sağalıb-sağalmayacağı, ömürlük şikəst qalacağı bəlli deyildi. Çünki ekspert qarşısında sual qoyulmamışdı, cavab da yox idi. Təqsirləndirilən şəxsin əməli mühüm zərər kimi qiymətləndirilmişdi. Ancaq məhkəmə istintaqı zamanı təyin olunmuş ekspertiza zamanı ekspert qarşısında həmin suallar qoyulmuş və o da sırf ağır nəticəyə səbəb olmanın müzakirəsi zamanı meydana çıxmış ki, bu adam bu vəziyyətə düşmüş, sağalacaqmı, sağalmayacaqsa bu artıq ömürlük şikəst qalmasıdır. Bu isə artıq mühüm zərər deyil ağır nəticədir. Bu məsələdən ötrü ekspertiza təyin olunmuş və ekspert rəyindən də bəlli olmuş ki, bu adam bundan sonra sağalmayacaq, artıq bu sualın cavabı dəqiqləşmişdir. Hansı ki, ibtidai istintaq orqanı tərəfindən ittiham verilərkən bu bəlli olmamışdır. Belə olan vəziyyətdə CM-nin 314.2-ci maddəsinin tərkibi yaranır. Əgər məhkəmə üçün bunun özüdə hansısa halların əsaslandırılmasına çətinlik varsada Konstitusiya Məhkəməsi qanunları şərh edən orqandır. O aydınlıq gətirə biləcək ki, CM-nin 314-cü maddəsində nəzərdə tutulan mühüm zərər hansı halları əhatə edir, ağır nəticələr isə hansı halları əhatə edir və hazırkı iş ağır nəticəyə və ya mühüm zərərə aiddir. Çünki Konstitusiya Məhkəməsinin qərarlarına baxdıqda orada mühüm zərər və ağır nəticə hansı hallarda olmasının kateqoriyası müəyyənləşdirilməmiş, belə bir qərara rast gəlinmir. İşin ədalətli həlli üçün ilk öncə əmələ düzgün qiymət verib ondan sonra cəza məsələsinə gəlmək olar. Odur ki, müşavirəyə gedərkən əgər qənaətə gəlinsə ki, ömürlük şikəst olma ağır nəticədi o zaman işin prokurorluğa qaytarılması, əgər həmin məsələnin qanunvericiliklə tam təsdiq olunmaması nəzərə alınsa Konstitusiya Məhkəməsinə müvafiq sorğunun verilməsi məsələsinin həll olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Hadisədən bir il öncə həyat yoldaşını “Bioloji Təbabət” klinikasının Masallı rayon filialında yerləşən fizioterapeft həkim Günel xanımın yanına bel yırtığı xəstəliyindən fizeoterapeyaya aparmışdır. Bir il fizeoterapeya almış və yaxşı nəticəsi olmuşdur. Lakin bir il sonra arvadının yenidən ağrıları başlamış və ötən ilin aprel ayının axırlarında yenidən fizioterapeft həkim Günel xanımın yanına getmişlər. Günel xanım 4 gün olardıkı fizeoterapiya apardıqdan sonra ona ötən il həyat yoldaşının MRT müayinəsindən keçdiyi üçün fizeoterapeya prosesinin necə aparıldığını bilmiş, lakin bu dəfə MRT müayinəsinin nəticəsi yoxdur və onlara MRT müayinəsindən keçməsini məsləhət görmüşdür. Bu səbəbdən həyat yoldaşını həmin klinikada yerləşən MRT müayinəsinə aparmışdır. MRT müayinəsi aparan İlkin nəticələrə baxıb ona ötən il fəqərə yırtığının az olduğu bu il isə artıq çoxaldığını, bu səbəbdən ötən il fizeoterapiyadan aldıqları nəticəni bu il ala bilməyəcəklərini, ən yaxşısı əməliyyat etdirib bu problemdən birdəfəlik canının qutarmasını və klinikalarında Türkiyədən gəlmiş Təqsirləndirilən şəxs adlı həkim olduğunu bildirmiş və həmin həkimi ona məsləhət bilmişdir. Bundan sonra onu həmin həkimin yanına aparmış və vəziyyəti həkimə başa salmış və MRT müayinəsinin nəticələri çıxdıqdan sonra həkim nəticələrə baxmış və əməliyyat edəcəyini bildirmişdir. O, isə əvvəllərdə həyat yoldaşını iki dəfə əməliyyat etdirdiyi üçün əməliyyatdan qorxduğu üçün həkimə qorxduğunu, sinirə toxuna biləcəyini demiş, həkim isə gülümsünərək istehza ilə ona “əşi o keçmişdə idi, indi bilirsən hansı dövürdü, hansı sinirə toxunmaq, əməliyyatı mikroskopla edirəm və sinirləri barmaq yoğunluğunda görürəm, problem yoxdu” demişdir. Oda razılaşmışdır. Səhəri gün həyat yoldaşını klinikaya gətirmiş və müayinələrdən keçdikdən sonra əməliyyata götürmüşlər. Dokturdan əməliyyatın nə qədər çəkəcəyini soruşmuş, dokturda ona 40 dəqiqə 1 saat keçəcəyini bildirmişdir. Lakin əməliyyat 3 saatdan çox keçmişdir. Sonra həkim gəlmiş və o, əməliyyatın necə keçdiyini soruşmuş həkimdə əməliyyatın yaxşı keçdiyini bildirmişdir. Təxminin 5-6 saat sonra həyat yoldaşı görmək istədiyi demiş və onu həyat yoldaşının yanına aparmışlar. O, həyat yoldaşının yanına getdiyi zaman həyat yoldaşının ağrılardan dözə bilmədiyini görmüşdür. Lakin əvvəlki əməliyyatları zaman əməliyyatdan 3-4 saat sonra xəstəni yeritmişlər, başqa problem olmamışdır. Dedilər ki, narahat olmayın axşama kimi keçər. Lakin sonradan müəyyən olundu ki, həyat yoldaşı ayağa qalxa bilmir, pəncəsi düşmüş, skoçla ayağını sarımışlar. Sonra həkimlə söhbət etmiş həkim ona narahat olma 100 xəstədən birində olur, düzələr. Odur ki, həyat yoldaşını bir neçə gün saxlamışlar. Günün birində həyat yoldaşı ona zəng vuraraq Qəhrəman həkimin onu yenidən əməliyyat edəcəyini bildirmişdir. Oda dərhal həkimim yanına gedərək bu məsələ ilə maraqlanmış, həkim ona pəncə düşüklüyü olduğunu xəstəni başqa bir həkimlə birdə əməliyyat edəcək vətəri qaldırmaq üçün vətəri kəsib qaldıracağını demiş, lakin o həkimlə razılaşmamışdır. Bir gün sonra Bakı şəhərindən MEQ gətizdirmiş, yoxlamış lakin nə olduğunu bilməmişdir. Sonradan həyat yoldaşını baldırından əməliyyat etmişdir. Bundan sona yenə 3-4 gün klinikada qalmış, lakin həyat yoldaşı ayağa qalxa bilməmişdir. Bundan sonra həyat yoldaşına fizeoterapiya etməyə başlamışlar. Lakin nəticə əldə olmamışdır. Daha sonra xəstəni evə buraxmışlar. Evə gəldikdən bir müddət sonra həkimin klinikada olmadığını öyrənmiş, Belarusiyada olduğunu demişlər. Bir neçə gün sonra həkimə zəng vurmuş və həkim ona gəldiyini Masallı rayonunda olduğunu bildirmişdir. Oda həkimə nə üçün xəstə ilə maraqlanmadığını demiş, həkim isə cavabında “Maraqlananda nə olacaqki, nə dəyişəcək?” demişdir. Oda klinikaya həkimin yanına getmiş, həkimə bu nə sözdür demiş həkimdə ona “mən işimi qutarmışam, olan olub” demiş və aralarında mübahisə olmuşdur. Bundan sonra o, klinikanın direktoru Sevindik müəllimin yanına gedərək şikayət edəndə Təqsirləndirilən şəxs anidən üzərinə hücum çəkərək, nalayiq ifadələr işlədərək təhqir etmiş, hədələmiş və vurmaq istəmişdir. Mühafizəçilər onu saxlamağa çalışmışdır. Daha sonra həkim getmiş və o, bu barədə 102 xidmətinə məlumat vermişdir. Bundan sonra həyat yoldaşının başına gələnlərlə bağlı şikayət etmişdir. O, 4 gün həyat yoldaşı ilə gəzə-gəzə klinikaya gətirmiş fizeoterapiya etmiş 5-ci gün isə əməliyyat olunmuş və ayaqları tutulmuş hərəkət edə bilməmiş, şikəst olmuş, həkim isə ona belə olmalıdır, ona aiddiyəti olmadığını demişdir. Şikayəti əsasında bir neçə dəfə istintaq zamanı ekspertiza keçirilmiş və həyat yoldaşının hazırkı vəziyyətə düşməsinin həkim səhlənkarlığında olduğu müəyyən edilmişdir. Daha sonra isə məhkəmə prosesinin gedişində iş üzrə ekspertiza təyin olunmuş və həyat yoldaşını ekspertizadan keçməsi üçün ekspertiza mərkəzinə aparmışdır. Ekspertiza keçirildikdən sonra mərkəzin həkimi ona həyat yoldaşının sağalacağının mümkün olmadığını bildirmiş və bu barədə verilmiş rəydədə qeyd olunmuşdur. Həkim onun həyat yoldaşını şikəst etmişdir. Əməliyyatdan sonra həyat yoldaşı yataq xəstəsi olmuş və ayaqlarının hərəkət qabiliyyəti itmişdir. Bu səbəblə onda nevroloji problemlər, həmçinin şəkər, təzyiq və ürəkdə damar sıxılması problemləri yaranmışdır. Bu səbəbdən məhkəmədə vəsatət qaldırmışlarki cinayət işi ağır nəticələrə səbəb olması ilə bağlı istintaqa qaytarılsın. Həyat yoldaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş mağaza işlətmişdir ki, həyat yoldaşı əməliyyatdan sonra hərəkət edə bilmədiyi üçün mağaza fəaliyyətini dayandırmış, bir ildir mağaza işləmir, orada olan mallar xarab olmuşdur. Həyat yoldaşı şikəst olmazdan qabaq həmin mağazanı işlədərək ailənin dolanışığını təmin etmişdir. Bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Avtomobili olmuş həmin avtomobilidə satıb həyat yoldaşının müalicəsinə sərf etmişdir. Təkcə ona görə ki, onun ağrılarını dindirsinlər. Həkim isə deyir ki, belə olmalıdır. Həkim Təqsirləndirilən şəxs əməliyyat etmiş olduğu Masallı rayonunda yaşayan 30 nəfər şəxsi şikəst etmişdir. Həmin şəxslər barədə əlində məlumatı vardır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 şahid X5 ilə eyni məzmunlu ifadə verərək Nəsib Adıgözəlovun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, həkim Aydın X4 şəhərində yerləşən və onun direktoru olduğu “X9”nda həkim neyrocərrah işləyir. Zərərçəkmiş şəxs əvvəllər klinikaya fizeoterapeya onunmaq üçün gəlmişdir. Fizeoterapeyadan sonra ona klinikada neyrocərah həkim olduğunu bildirib, əməliyyat olunması məsləhət görülmüşdür. Oda klinikada əməliyyat olunmuşdur. Əməliyyatla bağlı hər hansı bir şey deyə bilməyəcəkdir, əməliyyatı o, etməmişdir. Onunla zərərçəkmiş şəxsin yaxın qohumları arasında hər hansı bir narazıçılıq olmamışdır. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, “Bioloji Təbabət” klinikasının Masallı rayon filialında Fizioterapeya şöbəsinin müdiri vəzifəsində işləyir, Zərərçəkmiş şəxs onun xəstəsi olmuşdur. Təxminən 1 il əvvəl Zərərçəkmiş şəxs şiddətli bel ağrıları ilə ona müraciət etmiş, o təxminən 3 həftə mualicə etmiş, səhhəti kifayət qədər yaxşılaşmışdır. 2023-cü ilin təxminən aprel ayın sonlarında Zərərçəkmiş şəxs əri Nəsib Adıgözəlov ilə birlikdə xəstəxanaya yaxınlaşmış və Bahar ona yenidən ağrılarının olduğunu bildirmişdir. O da Baharı MRT muayinəsinə göndərmiş və nəticəsinə baxanda əməliyat olunmasının zəruriliyini görmüşdür. Bu barədə Zərərçəkmiş şəxs bildirdikdən sonra sonuncu “Bioloji Təbabət” klinikasının neyrocərrahı Qəhrəman həkimə müraciət etmişdir. Bildiyi qədəri ilə may ayının əvvəlində Zərərçəkmiş şəxs əməliyyat olunmuşdur. Əməliyyatdan sonra Zərərçəkmiş şəxs sağ ayaq pəncəsinin parezi, yəni gücsüzlüyü müşahidə olunmuş, bu da əməliyatın risklərindən biriymiş və olma ehtimalı çox yüksək olmuşdur. Əlavə olaraq bildirmişdir ki, o, fizioterprvtik proseduralar tətbiq edəndə Zərərçəkmiş şəxs ayaqlarının fəaliyyət qabiliyyəti zəif olmuş, lakin əməliyyatdan sonra pəncə düşüklüyü olduğundan fizioterpevtik prosedura yenidən gəlmiş, təxminən 16 gün fizioterapiya proseduru tətbiq etmişdir. Əməliyatdan sonra Zərərçəkmiş şəxs yeriməsini görməmişdir. Çünki o, Zərərçəkmiş şəxs xüsusi otaqda qarşılamış, o, otağa oğlunun və həyat yoldaşının köməyi ilə daxil olmuşdur. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, 4 ildir ki, “Bioloji Təbabət” Klinikasının Masallı filialında əməliyyat tibb qardaşı kimi fəaliyyət göstərir. Əsas işi hər növdən olan əməliyyatlara operatorluq edən həkimlərə əməliyyat gedişində kömək etməkdən ibarət olmuşdur. Masallı rayon prokurorluğunda Təqsirləndirilən şəxs barəsində istintaq olunan cinayət işinin mahiyyəti üzrə bildirir ki, həmin əməliyyat xx.xx.2023-cü il tarixdə icra edilmiş, əməliyyatın operatoru BT Klinikasının həkim neyrocərrahı Təqsirləndirilən şəxs Sahib oğlu olmuşdur. Əməliyyat Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş, əməliyyatın taktikası və texnikasına məsul şəxs bir başa Təqsirləndirilən şəxs olmuşdur. Onun ali tibbi savadı olmadığı üçün əməliyyatın taktiki və texniki gedişi ilə əlaqədar hər hansı xüsusatı qeyd edə bilmirmiş. Əməliyyatdan bir müddət sonra passient Zərərçəkmiş şəxs həyat yoldaşı təkrar BT Klinikasına müraciət edərək Zərərçəkmiş şəxs həkim Təqsirləndirilən şəxs tərəfindən səhv əməliyyat olunduğu üçün ayaqlarının fəaliyyət qabiliyyətini itirdiyini bildirmişdir. Bundan başqa bildiyi qədəri ilə Zərərçəkmiş şəxs əməliyyatdan sonra bir müddət fizioterapeya şöbəsinə mualicə üçün gəlib getmişdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, 2022-ci ilin iyun ayından Masallı şəhərində yerləşən “X9”nda baş həkim işləyir. Zərərçəkmiş şəxs sağtərəfli radikulyar ağrı, keyimə və sağ aşağı ətrafda həm proksimal, həm də distal qrup əzələlərin zəifliyi və buna bağlı əzələ atrofiyası şikayəti ilə klinikanın fizioterapiya şöbəsinə müraciət etmiş, 1 ildən artıq müddətdə fizioterapevtik prosedurlardan keçməsinə baxmayaraq fayda görməmişdir. Daha sonra mövcud şikayətlər davam etdiyi üçün neyrocərrahiyə poliklinik qəbuluna müraciət etmişdir. Çəkilən MRT muayinəsi nəticəsində L3-L4 foraminal disk yırtığı, onurğa kanalının stenozu, daha öncədən keçirilmiş əməliyyatlara bağlı sol tərəfli L3-L4, L4-L5 hemilaminektomiya deffekti izlənmiş və xəstəyə cərrahi əməliyyat təklif olunmuş və xəstə də əməliyyatı qəbul etmişdir. Bildiyi qədəri ilə Zərərçəkmiş şəxs daha öncədən 2 fərqli “X2” və “X15” xəstəxanasında onurğa əməliyyatı keçirmiş, ancaq mövcud vəziyyəti qənaətbəxş olmadığı üçün üçüncü dəfə onurğa cərrahiyyəsi aparılmasını istəmişdir. Zərərçəkmiş şəxs bütün tibbi testlərdən keçirib 03 may 2023-cü il tarixində neyrocərrah Təqsirləndirilən şəxs tərəfindən əməliyat olunmuşdur. Xəstə əməliyatdan sonrakı müayinəsində sağ ayaq pəncəsinin parezi, yəni gücsüzlüyü müşahidə olunmuş, bu səbəblə xəstəyə elektromiaqrafiya (EMQ) muayinəsi aparılmış və sağ ayağın ciddi şəkildə peronial sinir sıxılması müşahidə olunmuşdur. Bu səbəblə bir neçə gün sonra Zərərçəkmiş şəxs ikinci əməliyata daxil olmuş, həmin əməliyyatı da Təqsirləndirilən şəxs icra etmiş və nəticəsiz qalmışdır. Daha sonra ambulator mualicəsi davam etdirilmiş, bundan sonra Zərərçəkmiş şəxs təxminən 16 gün fizioterapeya şöbəsində mualicə almışdır. Neyrocərrah Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs icra edilən əməliyatdan sonra sonuncuda pəncə düşüklüyü yaranmış, bundan sonra Zərərçəkmiş şəxs həyat yoldaşı N.Adıgözəlov neyrocərrah A.Qəhrəmanın əməliyyatda səhv etdiyi barədə bir neçə dəfə şikayət etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ötən ilin may ayında Zərərçəkmiş şəxs əməliyyat etmişdir. O, Zərərçəkmiş şəxs əməliyyat etməzdən əvvəl Zərərçəkmiş şəxs iki dəfə əməliyyat olunmuşdur və buna baxmayaraq sol ayağında düşüklük olmuşdur. Yəni pəncənin hərəkəti ilə bağlı. İki dəfə onunla bağlı əməliyyat olmuş, lakin faydası olmamışdır. Heç bir şey olmadan xəstənin sol ayağının pəncəsi düşmüşdür. Onunla bağlı kiməsə cinayət işi açılmamışdır ki, niyə xəstənin sol ayağının pəncəsi düşüb. Heçnəsiz bu şəxsin sol ayağının pəncəsi düşüb bu onu göstərir ki, bu adamın sinirləri müdaxiləyə dözümsüzdür. Yəni o vaxt yırtığın təsirindən düşmüş, heç bir əməliyyat olmadan. İndi isə əməliyyat olunan zaman məcbur olub siniri kənara çəkib təmizləməlidir. Bu kənara çəkmənin təsirindən dözümsüzdür. Xəstə yaxınları ilə danışdığı zaman demişdir ki, əmin olun sinir kəsilməz. Bu gündə bildirir ki, sinir kəsilməmişdir. Amma sinirin zədələnməsi ancaq kəsilməklə olmur. Siniri kənara çəkirsən ödemləşir zədələnir. Xəstə onun yanına gəldiyi zaman xəstənin sağ ayağında gücsüzlük olmamışdır. İndi hər yerdə xəstəni yatıranda əvvəlcədən hansı ayaqda əməliyyat olunacaqsa yazılır ki, həmin ayaq parizdir. Xəstə yaxını isə bunu anlamır və problem olan zaman qeyd edir ki, xəstədə əvvəlcədə pariz var idi. Necə olubsa xəstəlik tarixçəsini olduğu kimi yazmışdır. Əməliyyatdan sonra müayinədə sağ ayağın pəncəsinin geri hərəkət etmədiyini görmüşlər. Bu isə əməliyyatın ağırlaşması deməkdir. Bu ağırlaşma onurğa cərrahiyyə sonrası ikinci ən sıx rast gəlinən ağırlaşmadır. Bütün dünyada. Birinci ən sıx rast gəlinən infeksion hadisələrdir. İkinci isə düşük ayaqdır. 3-4 aya bəzi xəstələrdə bərpa olunur, bəzilərində bərpa olunmur. Ötən dəfə məhkəmə prosesi zamanıda o, bildirmişdir ki, əgər 6 aya bərpa olunmamışsa bərpa olunmayacaq, pəncə sallax qalacaq. Bu əməliyyatdır, həmin şəxsləri əvvəlcədən tanımamış onlarla arasında hər hansı bir düşmənçiliyi olmamışdır. Gəliblər heç bir süründürməçilik etmədən, işi çətinə salmadan əməliyyat etmişdir. Əməliyyatdan sonra ağırlaşma olmuş, həmin ağırlaşmanı aradan qaldırmaqdan, həcmini kiçiltməkdən ötrü tibbi ədəbiyyatda praktikada nələr varsa onlara heç bir tələb qoymadan hamısını etmişdir. Təəsüff ki, görülən işlərdən bir fayda olmamışdır. Normalda bel əməliyyatı olan xəstələri bir-iki gün klinikada yatırılır, həmin xəstə isə bir həftəyə yaxın klinikada yatmışdır. Amma yüksək dərəcəli streoid müalicəsi vardır ki, 5 gün ən azı həmin müalicə üçün saxlamaq lazımdır ki, onun üçün saxlanılmışdır. Daha sonra fizioterapiya lazım olur ki, onunla bağlı klinika rəhbərliyi ilə danışmış və onlar fizioterapiyaya gəlib getmişlər. Düzdür düşük ayağın sinir mənşəli bərpası yoxdur, lakin düşük pəncənin vətər transpazisiyası ilə bağlı bərpası mümkündür. Düşük ayaqla bağlı özlərinə təklif etmişdir ki, 3 ay tamam olar dəyişiklik olmaz bizim əməliyyatda sağ ayaq düşüb, sol ayaqda 8-10 il əvvəl düşüb amma hər iki ayaqda vətər əməliyatı etsinlər. Sonradan işlər başqa məcraya getmişdir. Plan o, olmuşdur ki, 2-3 həftə fizioterapiya olunacaq, 3 ay gözləyəcəklər bərpa gedəcəksə gözləyəcəklər, bərpa olunmasa o zaman 3 aydan sonra xəstənin iki ayağını da əməliyyat edəcəklər. Bu gün icbari tibbi sığortanın zərfində də bu əməliyyat vardır. Xəstə ilk öncə vətər əməliyyatı olunmalıdır daha sonra fizioterapiya olunmalıdır. Sonda məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Bundan başqa təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə keçirilmiş məhkəmə istintaqı zaman vermiş olduğu ifadəsindən görünür ki, 2023-cü ilin aprel ayının axırlarında Masallı rayon X9nın fəaliyyət göstərən fizioterapevt Şahid4 Zərərçəkmiş şəxs MRT müayinəsinin sənədlərini ona göstərərək bildirmişdir ki, 1 ildən artıq müddətdə fizioterapevtik perosedurlardan keçməsinə baxmayaraq xəstədə irəliləyiş olmamışdır. Hazırda xəstə və yaxınları fizioterapevktiv müalicənin dayandırılmasını və xəstənin cərrahiyyə əməliyyat olunmasını istəyirlər. O, da Zərərçəkmiş şəxs xəstəlik kağızlarına baxmış və görmüşdür ki, xəstə əvvəllər başqa klinikalarda iki dəfə əməliyyat olunmuşdur. Buna görə də bildirmişdir ki, xəstə əvvəllər harada əməliyyat olunubsa gedib orda əməliyyat olunsun deyərək onları yola salmışdır. Bundan sonra ikinci dəfə də xəstə və yaxınları ona müraciət etmişlər. Xəstədən və yaxınlarından əvvəllər xəstənin kimin əməliyyat etdiyini soruşduqda bildirmişlər ki, Hikmət Şəkərov adlı həkim tərəfindən əməliyyat olunmuş və hazırda həmin həkim vəfat etmişdir. Bundan sonra onlarla razılaşaraq Zərərçəkmiş şəxs əməliyyat etdirilməsini üzərinə götürmüşdür. Lakin sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs başqa bir adam əməliyyat etmişdir. Xəstə Zərərçəkmiş şəxs bütün tibbi prosedurlardan keçirərərk stasionara yatırmışdır. Xəstədə kanal darlığı, yırtıq olmuş həmçinin bunlar ayrı-ayrı səviyyədə olduğu üçün həmçinin onurğa iki dəfə açıldığına görə normal anatomiya pozulduğu üçün əməliyyat uzun çəkmişdir. Əməliyyatdan sonra xəstənin sağ ayağında da sol ayağı kimi gücsüzlük müşahidə olunmuşdur. Bu hal standart cərrahi fəsaddır. Xətənin ayağında düşüklük yarandığı üçün xəstəyə təklif etmişdir ki, vətər qısaltması “Bredil proseduru” deyilən narkozsuz olunan bir işdir. Vətər qısaldıqda xəstə gəzəndə ayağı yerə ilişməyəcəkdir. Xəstədə hazırda istər yuxarı istərsədə aşağı əzələsində gücsüzlük yoxdur. Xəstədə yalnız pəncə zəyifliyi vardır. Xəstə gəzə bilir, sadəcə gəzən vaxtı ayağı yerə ilişir. Bu hal əməliyyatdan sonra sıx rast gəlinən fəsaddır. Xəstənin gəzməsinin rahatlaşdırılması üçün vətəri qısaltma əməliyyatı vardır. O, xəstəyə vətəri qısaltmağı təklif etsədə onunla razılaşmamışdır. Eyni zamanada bu fəsad onurğa cərrahiyəsindən sonra yaranan kiçik fəsaddır. Xəstənin əmək qabiliyyətinin itirilməsinə səbəb olmamışdır. Xəstə əlil arabasında hərəkət etməsi inanadırıcı bir hal deyil. Xəstənin hazırki vəziyətini fizualizə edən obyektiv inistermental müalicə üsulları vardır. Hazırkı iş üzrə verilən ekspertiza rəyi ilə razı deyil. Çünki həmin rəy verilən zaman obyektiv heç bir müayinədən istifadə olunmamışdır. Birinci dəfə iş üzrə ekspert rəyi verillərkən qeyd edilmişdir ki, onun tərəfindən əməliyyat edən zaman heç bir yanlışlılğa yol verilməmişdir. O həmin rəylə tanış olmuş, ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin rəylə razı deyil. Xəstənin həyat yoldaşı xəstəni ekspertiza mərkəzinə apararaq öz istədiyi kimi rəyi almamış xəstəni ekspertiza mərkəzindən götürməyəcəyini bildirmişdir. Ona görədə ikinci dəfə ekspertiza keçirilmişdir. İkinci ekpertiza rəyində qeyd edilmişdir ki, əməliyyat taktiki cəhətdən uğurlu icra olunmuş, texniki cəhətdən isə qüsurlu icra olunmuş, bu səbəbdən xəstədə onurğa sinirlərinin zədələnməsi və ayağında düşmə bununla bağlılığı istisna olunmur. Hesab edir ki, iş üzrə təyin edilmiş ekspertizalar doğru və düzgün aparılmamışdır. Düzgün ekspertiza rəyi aparılarsa bundan sonra onun günahı olduğu sübüta yetirilərsə, xəstənin bütün xərclərini çəkməyə hazırdır. Bu işdə zərrə qədər də günahı yoxdur. Xəstədə baş verən hal standart cərrahi ağırlaşmadır. Bu Azərbaycandan başqa bütün dünyada qəbul olunan haldır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsin komissyon ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli, 475/KEŞ saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, əsaslanaraq, qərarda qarşıya qoyulan sualara uyğun ekspert komissiyası tərəfindən aşağıdakı nəticəyə gəlinir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Masallı “X9”na müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental (xx.xx.2023-cü il tarixdə MRT) müayinələrdən sonra ona “Lumbar spondiloz, L4-L5 fəqərəarası disk yırtığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L 4 -L 5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, əməliyyatdan sonra sağ pəncədə kəskin zəiflik (pəncə sallanması) inkişaf etmiş və aparılmış EMG müayinəsi zamanı xəstədə iki tərəfli incik sinirinin neyropatiyası müəyyən edilmişdir. Bununla əlaqədar sağ incik sinirinin sərbəstləşdirilməsi əməliyyatı aparılmışdır. Lakin ikinci əməliyyat haqqında xəstəlik tarixində hər hansı bir qeydiyyat yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs icra edilmiş ilkin cərrahiyyə əməliyyat taktikası düzgün olmuş, lakin inkişaf etmiş incik sinirinin neyropatiyası əməliyyatdan sonra toxumaların sağalma prosesinə aid olan formalaşmış çapıq toxuması, qan dövranı pozğunluğu və ya işemiya ilə əlaqədar ola bilərdi. Bununla da aparılmış cərrahiyyə əməliyyatının texniki icrası ilə səbəbli əlaqəsinin olması istisna edilir. Zərərçəkmiş şəxs üzərində icra edilmiş cərrahiyyə əməliyyatı təyin edilmiş diaqnoza uyğun olmuşdur. Zərərçəkmiş şəxs əməliyyatdan öncə aparılmış diaqnostik müayinələr onun vəziyyətinə uyğun olmuşdur. Zərərçəkmiş şəxs üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanm dərəcəsinin təyini nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsin komissyon ekspertizalar şöbəsinin xx.xx.2023-ci il tarixli, 655/KEŞ nömrəli iş materialları üzrə ekspertizasının ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası tərəfindən aşağıdakı nəticəyə gəlinir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Masallı “X10’na müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental (xx.xx.2023-cü il tarixdə MRT) müayinələrdən sonra ona “Lumbar spondiloz, L4-L5 fəqərəarası disk yırtığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4-L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, əməliyyatdan sonra sağ pəncədə kəskin zəiflik (pəncə sallanması) inkişaf etmiş və aparılmış EMG müayinəsi zamanı xəstədə iki tərəfli incik sinirinin neyropatiyası müəyyən edilmişdir. Bununla əlaqədar sağ incik sinirinin sərbəstləşdirilməsi əməliyyatı aparılmışdır. Lakin ikinci əməliyyat haqqında xəstəlik tarixində hər hansı bir qeydiyyat yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs icra edilmiş ilkin cərrahiyyə əməliyyat taktikası düzgün olmuş, lakin texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, əməliyyat zamanı onurğa beyinin sinir kökləri zədələnmişdir. Zərərçəkmiş şəxs əməliyyatdan öncə aparılmış diaqnostik müayinələr onun vəziyyətinə uyğun olmuşdur. Zərərçəkmiş şəxs üzərində icra edilmiş qüsurlu cərrahiyyə əməliyyatı ilə əlaqədar səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi (“Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən edir”) pozulmuşdur. Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə aparılmış əməliyyatdan öncə onun aşağı ətraflarında (hər iki ayağında) hərəkət məhdudiyyətinin olduğu qeyd edilməmişdir. Zərərçəkmiş şəxs əməliyyatdan sonra sağ pəncədə kəskin zəiflik (pəncə sallanması) baş vermişdir ki, bu da əməliyyat zamanı sinir kökünün zədələnməsi ilə əlaqədar olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsin komissyon ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli, 810/KEŞ saylı ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi səndlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası tərəfindən aşağıdakı nəticəyə gəlinir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Masallı “X9”na müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental (xx.xx.2023-cü il tarixdə MRT) müayinələrdən sonra ona “Lumbar spondiloz, L4-L5 fəqərəarası disk yırtığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4-L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, əməliyyatdan sonra sağ pəcədə kəskin zəiflik (pəncə sallanması) inkişaf etmiş və aparılmış EMG müayinəsi zamanı xəstədə iki tərəfli incik sinirinin neyropatiyası müəyyən edilmişdir. Bununla əlaqədar sağ incik sinirinin sərbəstləşdirilməsi əməliyyatı aparılmışdır. Lakin ikinci aməliyyat haqqında xəstəlik tarixində hər hansı bir qeydiyyat yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs icra edilmiş ilkin cərrahiyyə əməliyyat taktikası düzgün olmuş, lakin texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, əməliyyat zamanı onurğa beynin sinir kökləri zədələnmişdir. Buna məsul şəxs əməliyyatı icra edən həkim-neyrocərrahdır. Bununla əlaqədar səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi (“Müvafiq qaydalara və standartlara uyğun olarq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən edir”) pozulmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmamn dərəcəsinin təyini nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsin komissyon ekspertizalar şöbəsinin xx.xx.2024-cü il tarixli, 410/KEŞ saylı ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Masallı “X9’na müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental (xx.xx.2023-cü il tarixdə MRT) müayinələrdən sonra ona “Lumbar spondiloz, L4-L5 fəqərəarası disk yırtığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4-L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, əməliyyatdan sonra sağ pəncədə kəskin zəiflik (pəncə sallanması) inkişaf etmiş və aparılmış EMG müayinəsi zamanı xəstədə iki tərəfli incik sinirinin neyropatiyası müəyyən edilmişdir. Bununla əlaqədar sağ incik sinirinin sərbəstləşdirilməsi əməliyyatı aparılmışdır. Lakin ikinci əməliyyat haqqında xəstəlik tarixində hər hansı bir qeydiyyat yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs icra edilmiş ilkin cərrahiyyə əməliyyatının taktikası düzgün olmuş, lakin texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, əməliyyat zamanı onurğa beyninin sinir kökləri zədələnmişdir. Buna məsul şəxs əməliyyatı icra edən həkim-neyrocərrahdır. Bununla əlaqədar səhiyyə sistemində mövcud olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalişan tibb, əczaçiliq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlari”nın 7-ci bəndi (“Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən edir”) pozulmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda sağ pəncədə kəskin zəiflik (pəncə sallanması) və iki tərəfli incik sinirinin neyropatiyası müəyyən edilir. Bu da “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4-L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatın qüsurlu icrası ilə əlaqədardır. Əməliyyat qüsurlu apanlmadığı halda Zərərçəkmiş şəxs qeyd olunan fəsadlar baş verməzdi. Zərərçəkmiş şəxs üzərində icra edilmiş “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4-L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatı zamanı onurğa beyninin sinir kökləri zədələnmişdir ki, bunun da müalicə ilə bərpası mümkün deyil. Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim-travmatoloq-ortopedin nümunəvi vəzifə təlimatına görə həkim- travmatoloq-ortoped tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir. 7. Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir. 8. Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. 9. Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir. 10. Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir. 11. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 12. Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. 13. Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir. 14. Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. 15. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 16. Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir. 17. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır. 18. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir. 19. Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
20. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 21. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür. 24.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; 24.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 24.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; 24.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 24.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim edilməsinə; 24.6. ona tabe olan işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; 24.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə. 25. Həkimtravmatoloq-ortoped əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Bum qəsəbə inzibati ərazi nümayəndəliyindən və Masallı X3n verilmiş arayış və xasiyyətnamədən görünür ki, Aydın X6 rayonu, Bum qəsəbəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və müsbət xarakterizə olunan şəxsdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, onun nümayəndəsinin və şahidlərin) ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində əsasənsəhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də islah işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini “Bioloji Təbabət” klinikasının Masallı rayon filialında həkim-neyrocərrah vəzifəsində işləyərkən törətmişdir. Odur ki, onun gələcəkdə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutma hüququnun saxlanılması məqsədə müvafiq deyildir. Bu səbəbdən ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs təyin olanacaq islah işləri cəzasını iş yerində çəkməklə cəzasının başlanğıcı qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə istintaqı zamanı mülki iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2024-ci il tarixdə 15000 manat məbləğində pulun maddi ziyana görə, 15000 manat məbləğində pulun mənəvi zərərə görə, 300 manat məbləğində pulun hüquqi xidmətə görə və 180 manat ödənilmiş dövlət rüsumuna görə pulun təqsirləndirilən şəxsdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı mülki iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə cinayət əməli nəticəsində vurulmuş ziyana görə 15000 manat pulun, sahibkarlıq fəaliyyətinin məcburi dayanması ilə bağlı maddi ziyana görə 12830 manat pulun və mənəvi ziyana görə 15000 manat pulun, hüquqi xidmətə görə ödədiyi 300 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 230 manat pulun təqsirləndirilən şəxsdən alınıb ona verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi (hər biri ayrı-ayrılıqda) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı qəbul etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya münasibətdə qeyd edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya əlavə olunmuş sənədlərə (retsep və ödəniş qəbzlərinə) görə 20 manat, 18 manat, 68 manat, 58 manat, 16.90 manat, 16.90 manat, 25 manat, 20 manat, 117 manat, 110 manat, 350 manat, 50 manat, 500 manat, 95.80 manat, 58.68 manat, 64.80 manat, 49 manat, 25.40 manat, 77.18 manat, 34.30 manat, 34.92 manat, 29 manat, 24.56 manat, 13 manat, 160.60 manat, 600 manat, 83.18 manat, 7.91 manat, 33.70 manat, 107.30 manat, 94.20 manat, 62.56 manat, 192.76 manat, 12.93 manat, 13 manat, 81.51 manat, 59.20 manat, 21.17 manat, 9.9 manat, 18.10 manat, 77.80 manat, 9.30 manat, 18.71 manat, 63.39 manat, 24.64 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 60 manat, 70 manat, 80 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 70 manat, 50 manat, 36 manat, 26.96 manat, 54 manat, 57.40 manat, 54 manat, 34.62 manat, 54 manat, 170.57 manat, 61.68 manat, 28.99 manat, 18.90 manat, 16.20 manat, 94 manat, cəmi 5925.62 manat məbləğində ona maddi zərər dəymişdir. Mülki iddianın cinayət əməli nəticəsində dəymiş zərərin təmin olunmayan hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs həmin hissəni təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə prosesi zaman mülki iddia ilə bağlı zərərçəkmiş şəxsin yaxınları ilə aparılmış dialoq zamanı aydın olur ki, zərərçəkmiş şəxs 2023-cü ilin may ayının 3-də və 5-də X3 əməliyyat olunmuş, əməliyyatdan sonra 5-7 gün klinikada müalicə olunmuş, daha sonra evə buraxılmış və evə buraxıldıqdan sonra təxminən şənbə və bazar günləri çıxmaqla 3 həftə müddətində X3 fizioterapiya olunmuş, lakin nəticəsi olmamışdır. Daha sonra əməliyyat yaraları sağaldıqdan sonra 3 aylıq ara ilə iki dəfə Bakı şəhərində fizioterapiya olunmuş və “Naftalan” vannası qəbul etmişdir və qeyd etdikləri kimi bununla bağlı sənədlər məhkəməyə təqdim olunmuşdur. Eləcədə həmin şəxslərin demələrinə görə zərərçəkmiş şəxs əməliyyatdan sonra aldığı müalicələri Dövlət xəstəxanalarında deyil özəl xəstəxanalarda olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, zərərçəkmiş şəxsin yaxınları onun müalicə olunduğu özəl tibb müəssisələrindən istənilən vaxt müraciət edərək etdikləri ödənişlərlə bağlı müvafiq çıxarışları edib məhkəməyə təqdim edə bilərdilər. Lakin belə bir hal olmamışdır. Məhkəmə mülki iddianın sahibkarlıq fəaliyyətinin məcburi dayandırılması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki iddiaçının tələbi bu hissədə əsassızdır. Belə ki, mülki iddiaçı ərizəsində əldən çıxmış faydanı təqsirləndirilən şəxsin cərrahi əməliyyatı düzgün icra etməməsi nəticəsində səhhətində yaranmış problemlərlə bağlı sahibkarlıq fəaliyyətini davam etdirə bilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələrindən və mülki iddia tələbinin həcminin artırılması haqqında ərizədən görünür ki, zərərçəkmiş şəxsin mağazası olmuş, o, həmin mağazanı işlədərək ailəsinə qazanc gətirmiş və zərərçəkmiş şəxs-mülki iddiaçının səhhətində yaranmış problem həmin mağazanın fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur. Lakin məhkəmə iclası zaman mülki iddia ilə bağlı aparılmış dialoq zamanı zərərçəkmiş şəxs-mülki iddiaçının səhhətində yaranmış problemin həmin mağazanın fəaliyyətinin dayandırılması üçün əsas olmadığı müəyyən edilmişdir. Çünki verilmiş ifadələrdən də göründüyü kimi zərərçəkmiş şəxs-mülki iddiaçı ailəlidir və ailə üzvləri ilə birlikdə (əri, övladları və nəvələri) yaşayır və həmin şəxslər hər hansı bir fəaliyyətlə məşğul deyillər. Bu isə onu deməyə əsas verir ki, həmin şəxslərdən biri zərərçəkmiş şəxsin sahibkarlıq fəaliyyətini (yəni ailə biznesini) davam etdirə bilər və ailənin büdcəsinə dəyər qata bilərdi. Lakin əgər zərərçəkmiş şəxs-mülki iddiaçının ailə üzvlərindən biri onun sahibkarlıq fəaliyyətini davam etdirməmişsə və bununla bağlı hər hansı bir addım atmamışsa (məsələn: mağazaya satıcı qismində bir şəxsin işə qəbul edilə bilərdi) bu gün bununla bağlı dəymiş hər hansı bir zərərin başqa bir şəxsdən tutulmasına əsas vermir. Həmçinin zərərçəkmiş tərəf mağazanın fəaliyyətinin davam etdirilməsi üçün mağazaya satıcı qismində istədikləri bir şəxsi işə qəbul edə bilərdilər. Eləcə də verilmiş ərizədə mağazada olan malların bir qisminin yararsız hala düşməsi qeyd olunsa da, həmin malların yararsız vəziyyətə düşməsi ilə bağlı məhkəməyə hər hası bir mötəbar sübut təqdim edilməmişdir (akt və sair). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iddianın hüquqi xidmətə görə ödənilmiş 300 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulması hissəsinə münasibətdə qeyd edir ki, mülki iddia həmin hissədə təmin edilməlidir. Belə ki, mülki iddiaya əlavə edilmiş zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə göstərdiyi hüquqi xidmətlə bağlı onun hesabına 300 manat məbləğində pul vəsaiti köçürmüşdür. Məhkəmə hesab edir ki, mülki cavabdeh tərəfindən mülki iddiaçıya mənəvi zərər vurulmuş və mülki cavabdeh tərəfindən törədilən cinayət nəticəsində mülki iddiaçının sağlamlığı pozulmuş, ömürlük sağalmaz şikəst olmuş, mülki cavabdehin təqsiri üzündən iddiaçı fiziki, psixoloji və mənəvi iztirablar və sarsıntı keçirmiş, ona mənəvi zərər vurulmuşdur. Bununla yanaşı, məhkəmənin qənaətinə görə, iddiaçının 15000 manat məbləğində mənəvi zərər tələbi ona vurulmuş mənəvi zərərə mütənasib hesab oluna bilməz və xeyli dərəcədə yüksəkdir. Ona görə də məhkəmə hesab edir ki, mülki cavabdehin əməli nəticəsində mülki iddiaçıya dəymiş mənəvi zərərin əvəzi hesabına mülki cavabdehdən mülki iddiaçının xeyrinə 9000 manat məbləğində pul tutulması ağlabatan və ədalətlidir. Məhkəmə mülki iddianın ödənilmiş dövlət rüsumu ilə bağlı qeyd edir ki, verilmiş mülki iddianın təmin olunacaq hissəsinə uyğun olaraq X1 tələblərinə əsasən dövlət rüsumu tutulmalıdır. Mülki iddianın təmin olunmayan hissəsi ilə bağlı isə dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki mülki iddia qismən təmin edilməklə Təqsirləndirilən şəxs 5925.62 (beş min doqquz yüz iyirmi beş manat, altmış iki qəpik) manat məbləğində maddi ziyan, 9000 (doqquz min) manat məbləğində mənəvi ziyan, 300 (üç yüz) manat məbləğində göstərilmiş hüquqi yardıma görə ödənilmiş vəsait olmaqla, cəmi 15225.62 (on beş min iki yüz iyirmi beş manat, altmış iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 136 (bir yüz otuz altı) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 5925.62 (beş min doqquz yüz iyirmi beş manat, altmış iki qəpik) manat məbləğində maddi ziyan, 9000 (doqquz min) manat məbləğində mənəvi ziyan, 300 (üç yüz) manat məbləğində göstərilmiş hüquqi yardıma görə ödənilmiş vəsait olmaqla, cəmi 15225.62 (on beş min iki yüz iyirmi beş manat, altmış iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 136 (bir yüz otuz altı) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Zeynal Zeynalov